Reklamın sosial səmərəliliyi – alıcılarda yeni tələbatın əmələ gəlməsi, onların zövqlərinin təkmilləşdirilməsi, istehlakçıların mallar haqqında biliklərinin genişlənməsi, əhaliyə mallar, xidmətlər və ticarət müəssisələri haqqında məlumatların verilməsi, ticarət mədəniyyətinin yüksəldilməsi və digər amillərlə müəyyən olunur.
Reklamın iqtisadi səmərəliliyi – reklamdan sonra əldə edilən nəticələrin reklamadək olan xərc göstəriciləri ilə müqayisəsi yolu ilə müəyyənləşdirilir. İqtisadi səmərəlilik reklam olunan ticarət müəssisələri və təşkilarının təsərrüfat fəaliyyəti göstəricilərini ( mal dövriyyəsinin artımı, mənfəətin yüksəlməsi, tədavül xərcləri səviyyəsinin aşağı düşməsi, normadan artıq mal ehtiyatlarının azalması və s. )müəyyənləşdirilməklə xarakterizə edilir.
Reklamın iqtisadi səmərəliliyinin müəyyən edilməsi üçün müxtəlif metodlardan istifadə olunur. Ticarət praktikasında başqa sahələrdən fərqli olaraq daha sadə və əlverişli metodlar tətbiq edilir.
Reklamadək və ondan sonrakı dövrdə təsərrüfat fəaliyyəti göstəricilərinin müqayisə olunması;
Bir malın eyni vaxtda reklam tətbiq edilən və tətbiq edilməyən rayonda satışı məlumatlarının müqayisə edilməsi;
Mütəxəssislər marketinq tədqiqatlarına əsaslanaraq ticarət reklamının iqtisadi səmərəliliyini bu düsturla hesablayırlar:
Rs = . - Rx Burada,
Rs - reklamın iqtisadi səmərəliliyi;
Om- reklama qədərki dövrdə orta günlük mal dövriyyəsi, (manatla);
Ma - reklam tətbiq edilən və günlük mal dövriyyəsinin artımı, ( %-lə );
Ks - reklam tətbiq edən və reklamdan sonrakı dövrdə mal dövriyyəsi hesablanılan günlərin sayı, ( gün );
Tk – mallara verilən ticarət güzəşti, ( %-lə );
Rx – reklam xərcləri;
Bununla yanaşı, marketinq tədqiqatlarına ticarət reklamı fəaliyyətinin iqtisadi səmərəliliyinin ümumiləşdirilmiş nəticələri aşağıdakı düsturla hesablanıla bilər :