Rs = Burada,
Rs – reklamın iqtisadi səmərəliliyi;
Tə - realizə olunan ticarət əlavəsi, (%-lə );
M2 – reklam tətbiq edilən dövrdəki mal dövriyyəsi, (manatla);
M1 – reklam tətbiq edilənə qədərki dövrdə mal dövriyyəsi, (manatla);
Rx – reklam xərcləri, (manatla);
Bu formullardan bazar şəraitində ticarət reklamının rentabelliyinin hesablanması üçün geniş istifadə etmək mümkündür.
Ticarət reklamının iqtisadi səmərəliliyi daha çox onun mal dövriyyəsinin həcminə göstərdiyi təsirlə qiymətləndirilir. Reklam tətbiq edilən dövrə qədərki həcminə göstərdiyi təsirlə qiymətləndirilir. Reklam tətbiq edilən dövrə qədərki və reklam tətbiq edilən dövrdən sonrakı eyni müddətdə orta günlük mal satışı və mal dövriyyəsinin müqayisə olunması reklam tədbirlərinin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsinə imkan verir. Ticarət reklamı tədbirlərinin iqtisadi səmərəliliyini daha dəqiq hesablamaq üçün aşağıdakı düstürdan istifadə olunur :
Burada,
Mo – reklam tətbiq edilən və reklamdan sonrakı dövrdə orta günlük mal
dövriyyəsi, (manatla);
M2 – reklam tətbiq edilən dövrə qədərki orta günlük mal dövriyyəsi,
(manatla);
Tg – mallara verilən ticarət güzəşdi, (% -lə);
Rx – reklam xərcləri, (manatla);
Ks – reklam tətbiq edilən və reklamdan sonrakı dövrdə mal mal dövriyyəsi
hesablanan günlərin sayı, (gün);
Bu düstürün sol tərəfi götürülən günlər (Ks) ərzində reklamın tətbiqi nəticəsində ticarət müəssisəsinin əldə etdiyi əlavə ümumi gəliri, sağ tərəfi isə reklama sərf edilən xərcləri əks etdirir. Tətbiq edilən reklam o halda səmərəli sayılır ki, onun tətbiqindən əldə edilən gəlir reklama sərf edilən xərclərə bərabər və ya ondan çox olsun.
Reklama ayrılan vəsaitdən daha səmərəli istifadə etmək üçün reklam tədbirlərinə çəkilən xərclərin ödənilməsi göstəricisinin hasablanması məqsədə uyğundur. Bununla reklama ayrılmış xərclərin ödənilmə vaxtı müəyyən edilir. Reklam tədbirlərinə sərf edilən xərclərin ödənilməsi göstəricisi aşağıdakı düsturla hasablanılır :