Firmaya aid divardan asılan və masaüatü təqvimlərdə, işgüzar gündəliklərdə, altıgünlük və qeyd kitabçalarında təklif eilən mallar və xidmətlər haqqında məlumatlar yazmaq üçün reklam xətti (sahəsi) olur. Belə nəşrlərin dərc edilməsində (çapında), xüsusilə də təqvimlərin və qeyd kitabçalarının üz hissəsinin tərtibində firmanın – sifarişçinin nişanlarından (rəmzlərindən) geniş istifadə edilir.
Cib üçün təqvim-tabelin(cədvəl) nəşri zamanı nomenklatura xarakterli reklam süjetlərindən və reklam-başlıqlardan istifadə olunur. Bunların arxa hissəsində sifariş edən firmanın nişanı olamalıdır.
Çap reklam materiallarından: işgüzar görüşlərdə və kommersiya sövdələşmələrində, müxtəlif yarmarkalarda və sərgilərdə, poçt vasitəsilə istehlakçılara göndərilməsində və s. sahələrdə geniş istifadə edilir. Bundan həm də yeni il qabağı reklam-hədiyyə kimi şəxsi əlaqələrdə, təbrik və vizit kartoçkalarına müəyyən əlavələr etməklə poçt vasitəsilə müəyyən ünvanlara göndərilməsində də istifadə edilir.
Audiovizual-reklam:reklam xarakterli kinofilmlər, videofilmlər və slaydlar daxildir.
Reklam kinofilmlərini reklam roliklərinə, texniki reklam filmlərin və prestij-reklam filmlərinə ayırmaq olar.
Reklam-roliklərə – vaxt etibarilə 15 saniyədən bir neçə dəqiqəyə qədər, geniş əhali kütləsinə mallar və xidmətlər haqqında məlumat vermək üçün nümayiş etdirilməsi nəzərdə tutulan reklam filmləri daxildir. Bunlar kinoteatrlarda və ya telefilmlərdə seansdan əvvəl jurnal qismində göstərilə bilər.
Texniki-reklam filmləri – bu reklam filmləri, sənaye təyinatlı malların üstünlüyündən, xammal, maşınlar və avadanlıqlardan bəhs edən və xüsusilə mütəxəssislər üçün nəzərdə tutulmaqla 10-20 dəqiqə (bəzən bir az çox) davam edir. Bu filmlərdən, xüsusilə, yarmarkalarda və sərgilərdə, təqdimat mərasimlərində, mətbuat konfranslarında, simpoziumlarda, işgüzar görüşlərdə və s. istifadə edilir.
Nüfuzlu (prestij) reklam filmləri –göstərilməsi 10-20 dəqiqə (bəzən də bir az çox) nəzərdə tutulan bu reklam filmlərində yalnız məhsullar haqqında deyil, ən başlıcası sifarişçi-müəssisə haqqında danışılır. Belə filmlər müxtəlif məqsədlər üçün nəzərdə tutulmuşdursa, əsasən reklam verənlərin fəaliyyəti və onların nüfuzunu qaldırmaq üçün əlverişli şərait yaratmaq və fikir formalaşdırmaqdan ibarətdir.
Texniki-reklam və nüfuzlu (prestij)-reklam filmləri janr etibarilə elmi-populyar filmlərə yaxındır. Belə tipli reklam filmlərini yaradarkən cizgi filmlərinin, kompüter qrafikası və əyləncəli kinofilmlərin elementlərindən istifadə edilir. Video reklam filmlərinin təsnifləşdirilməsi kinofilmlərin təsnifləşdirilməsi kimidir.