BAZAR ĐQTĐSADĐYYATINDA STATĐS-
TĐKA
– statistikanın əsas vəzifəsi idarəetmə
orqanlarında planların hazırlanması və onların
yerinə
yetirilməsinə
nəzarət
etməsi
üçün
məlumatlarla təmin etmək olan mərkəzləşdirilmiş
planlı iqtisadiyyatdakından fərqli olaraq, başqa
rolu yerinə yetirir. Məcburi qaydada daxil olan,
toplanan və işlənən statistik hesabatlar daha ətraflı
məhsul nomenklaturası üzrə istehsalın həcminin
əks
etdirilməsinə
yönəldilmişdir.
Bazar
münasibətlərinə keçid prosesində statistikanın
yeni sahələrinin yaradılmasına və ənənəvi
sahələrin
modifikasiya
olunmasına
zərurət
yaranır. Đdarəetmə orqanlarının məşğulluq və
işsizlik,
sosial
təbəqələşmə,
qiymətlərin
dinamikası, işgüzar aktivlik, özəlləşdirmə və
inhisarsızlaşdırma, strukturun yenidən qurulması,
investisiyalar, kredit-maliyyə mexanizmi, tədiyyə
balansı haqqında keyfiyyətli və operativ məlumata
ehtiyacı
yaranır.
Makroiqtisadi
aqreqatlar
kompleksi kimi, milli hesablar sisteminin rolu
artır. Statistikanın qarşısında duran yeni vəzifələr
və dəyişən şərait (özəl müəssisələrin sürətli
inkişafı və bununla əlaqəli “kommersiya sirləri”
problemi), bu şəraitə uyğun olaraq məlumatların
yığılması və işlənməsinin yeni metodlarının
hazırlanması və tətbiqini, bir çox sahələrdə
başdan-başa
müşahidələrin
müxtəlif
seçmə
müayinələri ilə əvəz edilməsini tələb edir.
Statistik məlumatlara yalnız dövlət idarəetmə
orqanlarının
deyil,
həmçinin
kommersiya
strukturlarının,
ictimaiyyətin,
beynəlxalq
təşkilatların da tələbatı artır ki, bu da istifadəçilər
üçün statistik məlumatların aşkarlığı və əldə
edilən olmasına xüsusi tələb irəli sürür.
Respondent-statistika-istifadəçi
münasibətləri
yaranır.
BAZAR ĐQTĐSADĐYYATININ ĐNKĐŞAFI-
NIN TƏLƏBLƏRĐNƏ UYĞUN OLARAQ,
AZƏRBAYCAN
RESPUBLĐKASINDA
BEYNƏLXALQ TƏCRÜBƏDƏ QƏBUL
OLUNMUŞ UÇOT VƏ STATĐSTĐKA
SĐSTEMĐNƏ
KEÇĐLMƏSĐ
ÜÇÜN
DÖVLƏT PROQRAMLARI (DP)
– ölkənin
rəsmi
statistikasının
beynəlxalq
tələblərə
uyğunlaşdırılması proqramlarıdır. Azərbaycan
Respublikası öz müstəqilliyini əldə etdikdən sonra
ötən dövr ərzində (01.01.2010-cu ilə qədər
dövrdə) rəsmi statistikanın inkişafı ilə bağlı dörd
Dövlət Proqramı qəbul edilmişdir: respublika
hökumətinin 8 dekabr 1992-ci il tarixli, 653 saylı
qərarı
ilə
təsdiq
edilmiş
“Azərbaycan
Respublikasında beynəlxalq praktikada qəbul
edilmiş uçot və statistika sisteminə keçilməsi”,
ölkə Prezidentinin 20 avqust 1998-ci il tarixli və
20 fevral 2003-cü il tarixli fərmanları ilə təsdiq
edilmiş
“1998-2002-ci
illərdə
Azərbaycan
Respublikasının
dövlət
statistika
sistemində
islahatların aparılmasına dair” və “2003-2007-ci
illərdə
Azərbaycan
Respublikasında
rəsmi
statistikanın təkmilləşdirilməsinə dair”, 26 dekabr
2007-ci
il
tarixli
“2008-2012-ci
illərdə
Azərbaycan Respublikasında rəsmi statistikanın
təkmilləşdirilməsinə dair”.
Bu proqramlarda əsas məqsəd ölkədə statistika
sahəsində islahatların aparılması üçün beynəlxalq
və ölkədaxili sahədəki dəyişikliklərlə, sosial və
ictimai-iqtisadi
mühitin
transformasiyası
ilə
şərtlənən yeni hadisə və proseslər haqqında
obyektiv məlumatlar əldə etmək üçün statistikanın
ümumi metodoloji, texniki və təşkilati-hüquqi
əsaslarının inkişaf etdirilməsinə yönəldilmiş
56
tədbirlər kompleksinin həyata keçirilməsidir.
Göstərilən
dövlət
proqramlarının
yerinə
yetirilməsi ölkədə statistika sisteminin beynəlxalq
statistika standartlarına uyğunlaşmasına imkan
yaratmışdır.
BAZAR ĐSTEHLAKI
– yalnız mənşəyinə
görə, pərakəndə ticarət vasitəsilə bölüşdürülən
mallar ailələrin bazar istehlakına daxildir. Onlara
su, qaz və elektrik üzrə xidmətlər və istehlak daxil
edilmir.
BAZAR ĐSTEHSALÇISI
- bazar məhsulunun
hamısını böyük hissəsini istehsal edən və ya
iqtisadi fəaliyyət növü üzrə yerli vahiddir və ya
institusional
vahiddir.
Əgər
yerli
və
ya
institusional vahid bazar istehsalçısı hesab
edilirsə, onda müəyyənləşdirməyə görə onların
əsas məhsulu da bazar məhsulu hesab edilir. Belə
ki, bazar istehsalçısı konsepsiyasında nəzərdə
tutur ki, yerli və institusional vahidlər tərəfindən
istehsal edilən məhsul bazar üçün, özünün son
istehlakı üçün və ya digər qeyri-bazar məqsədləri
üçün istehsal edilir.
BAZAR ĐSTEHSALI
– mal və xidmətlərə olan
tələbata əhəmiyyətli dərəcədə təsir göstərən
qiymətlərlə bazarda satılmaq üçün istehsal olunan
mal və xidmətlərdir. Bazar istehsalına mal və
xidmətlərin satışı, onların barter yolu ilə
dəyişdirilməsi, muzdlu işçilərə əmək haqqı kimi
natura formasında verilməsi, digər müəssisələrə
göndərilməsi, həmçinin illik məhsulun ehtiyatı
şəklində yığılması daxildir.
BAZAR QĐYMƏTLƏRĐ ĐLƏ ĐSTEHSAL
ÜZRƏ
ÜMUMĐ
DAXĐLĐ
MƏHSUL
(ÜDM)
–
xərclər
üzrə
ÜDM
müəyyənləşdirmələrinə uyğun olaraq, bütün
istehsalçılar-rezidentlər,
yəni
istehsal
üzrə
məlumatlar toplandıqda, aşağıdakı bərabərlik
(eynilik) alınır:
a) ÜDM = istehsalçıların qiyməti ilə ümumi əlavə
dəyərin məbləği + subsidiyalar çıxılmaqla idxala
vergilər + əlavə dəyər vergisinin çıxılmayan
məbləği;
b) ÜDM = əsas qiymətlərlə əlavə dəyərin məbləği
+ subsidiyalar çıxılmaqla məhsula bütün vergilər;
c) ÜDM = faktor dəyərləri ilə əlavə dəyərin
məbləği + subsidiyalar çıxılmaqla məhsula bütün
vergilər + subsidiyalar çıxılmaqla istehsala bütün
digər vergilər. a) və b) hallarında subsidiyalar
çıxılmaqla məhsula vergilər maddəsi məhsul
istehsalına vergilərə əlavə olaraq, idxala vergiləri
və subsidiyaları da birləşdirir. AĐ birləşdirilmiş
iqtisadi hesablarının Avropa sistemində ümumi
əlavə dəyər əsas qiymətlərlə müəyyənləşdirilir (b
halında).
BAZAR
QĐYMƏTLƏRĐNDƏ
ƏLAVƏ
DƏYƏR
– aşağıdakı kimi hesablanır:
Əsas qiymətlərdə əlavə dəyər
- (çıxılsın) məhsula subsidiyalar
+ (üstə gəl) məhsula vergilər
+ (üstə gəl) ƏDV (yalnız əlavə edilmiş)
- (əlavə edilmiş) ƏDV (alışa)
_____________________________
= (bərabərdir) Bazar qiymətlərində əlavə dəyər
BAZAR
QĐYMƏTLƏRĐNDƏ
ÜMUMĐ
ƏLAVƏ DƏYƏR
- aşağıdakı kimi hesablanır:
dövriyyə + ehtiyatların dəyişməsi - mal və
xidmətlərin alınması + xüsusi yığım üçün
məhsullar = bazar qiymətləri ilə əks olunmuş
ümumi əlavə dəyər.
Amortizasiya ayırmaları onun tərkibinə daxil
olduğundan, əlavə dəyər “ümumi” adlanır. Bu
əlavə dəyər istehsal vahidinin ümumi daxili
məhsula qoyduğu dəyəri müəyyənləşdirir. O,
dövriyyənin
saldosundan
və
bir
tərəfdən
ehtiyatların dəyişməsi, digər tərəfdən isə əmtəə və
xidmətlərin (əsas kapitala aid olanlardan başqa)
alınması
və
sonda
kapitallaşdırılmış
məhsullarından yaranır. Ehtiyatların dəyişməsi
müsbət və ya mənfi ola bilər.
BAZAR MƏHSULU
– bazarda satılmaq
məqsədi ilə istehsal olunmuş əmtəə və xidmətlərin
məcmusudur. O, bazarda iqtisadi əhəmiyyət kəsb
edən və ya bazarda istifadə edilən qiymətlərlə
satılır. Qiymətlər o zaman iqtisadi əhəmiyyət kəsb
edir ki, istehsalçıların satmağa və alıcıların
almağa hazır olduqları əmtəələrin həcmlərinə
əhəmiyyətli təsir göstərir.
BAZAR PAYI VƏ BEYNƏLMĐLƏL-
LƏŞDĐRMƏ
– bu ifadə əsasən ölkə daxilində
həyata keçirilən məhsul istehsalının ümumi
həcmində rezident vahidlər tərəfindən istehsalın
payına aid edilir.
Məhsul üzrə bazar payının təhlili məhsulun zahiri
istehlakını təşkil edən müxtəlif komponentlərin
(dövriyyə, ixrac, idxal) müqayisəsi yolu ilə
aparılır.
Xidmət sahələrinin beynəlmiləlləşdirilməsinin
təhlilini yalnız ixrac və idxalla məhdudlaşdırmaq
olmaz. Həmçinin xaricdə olan törəmə şirkətlərin
yaradılması faktorunu onlarda yaranan ehtiyatlar
və axınlar (xaricdə qoyulan illik investisiyalar)
nöqteyi-nəzərindən
nəzərə
almaq
lazımdır.
Nəhayət, “qalan dünya” ölkələrində törəmə
şirkətlərin və ya iş yerlərinin yaradılması
57
nəticəsində baş verən gəlir (xərclər və buraxılış)
axınlarının hesablanması zəruridir. Bu dəyişən
kəmiyyətlər,
sahə
sektoru
çərçivəsində
beynəlmiləlləşdirmə
səviyyəsinin
ölçülməsini
mümkün etməlidir.
BAZAR STATĐSTĐKASINDA BALANS
METODU
- bazarda əmtəələrin hərəkəti
prosesinin, ticarətin ehtiyatlarla təminatının aşkar
edilməsinin,
bazar
konyunkturasının
təhlili
üsuludur. Bazar statistikasında balans metodunun
mahiyyəti aşağıdakı balans düsturunda əks olunur
ki, onun da sol tərəfi ehtiyatları, sağ tərəfi isə
ehtiyatlardan istifadəni göstərir:
E
ə
+ D= R + В + E
s
burada, E
ə
və E
s
- müvafiq olaraq dövrün əvvəlinə
və sonuna əmtəə ehtiyatını; D – dövr ərzində
daxilolmaları; R – dövr ərzində əmtəələrin
satışını; A - əmtəələrin bazardan kənar istifadəsini
(qaytarılmadan ötürmə, itkilər, oğurluq və s.)
göstərir.
Topdansatış bölməsində əmtəələrin hərəkətini əks
etdirən əmtəə balansı, istehlak bazarının əmtəə
ehtiyatları mənbəyini aşkara çıxaran pərakəndə
əmtəə dövriyyəsinin əmtəə təminatı balansı və
digər balanslar qurula bilər.
BAZARIN
DOLĞUNLUĞU
–
1)
istehlakçılarda
əmtəələrin
mövcudluğunu
xarakterizə edən göstəricidir (“Bazarın tutumu”na
bax). Bazarın dolğunluğu istehlakçıların xüsusi
müayinələrinin məlumatları əsasında, həmçinin
balans yolu ilə: dövrün axırına mövcud olan
bərabərdir dövrün əvvəlinə mövcud olan, üstə gəl
daxilolmalar, çıxılsın – köhnəlmə nəticəsində
sıradan çıxılmalar (fiziki və mənəvi); 2) çeşid
siyahıları
üzrə
ticarətdə
əmtəələrin
mövcudluğudur.
BAZARIN
DÖVRĐLĐYĐ
–
müxtəlif
davamlılıqla
bazarın
vəziyyətinin
bazar
dövriliyinin
təkrarlanan
kənarlaşmaları
ilə
əlaqədar xarakteristikasıdır. Đl ərzində istehsalın
və istehlakın mövsümiliyi ilə şərtlənən mövsümi
kənarlaşmalarla
bazar
iqtisadiyyatının
qanunauyğunluqları ilə şərtlənən bazar dövriyyəsi
fərqləndirilir.
Đkinci
halda
artım
bazarın
doldurulmasına (təmin olunmasına) gətirib çıxarır
və tənəzzülü əvəz edən satış böhranı baş verir ki,
bu da öz növbəsində canlanmaya səbəb olur və s.
dövrələr dəfələrlə təkrarlanır.
BAZARIN
FƏALĐYYƏTĐNĐN
TƏMĐN
OLUNMASI ÜZRƏ ÜMUMĐ KOMMER-
SĐYA FƏALĐYYƏTĐ XĐDMƏTLƏRĐNĐN
GÖSTƏRĐLMƏSĐ (BURAXILIŞI)
– bazarda
sövdələşmələrin baş verməsinin təşkili üzrə
vasitəçilik xidmətlərinin, həmçinin əmtəənin
bazarda hərəkətinə kömək edən və ya nəzarət və
uçota almaq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı
vahidlərin göstərdiyi xidmətlərin dəyəridir. Bu
sahəyə
daxildir:
broker
kontorlarının
və
ixtisaslaşmayan firmaların əmtəə alış-verişi üzrə
agentliklərin vasitəçilik xidmətləri; nəqliyyat,
mənzil-kommunal təsərrüfatı, məişət xidmətləri,
təhsil, mədəniyyət, səhiyyə və elm, avadanlıqların
sazlanmasına
yardım,
yeni
texnologiyaların
tətbiqi, nou-hauların satışı və alışı, patentlər,
lisenziyalar, digər müəllif hüquqları sahələrindəki
vasitəçilik xidmətləri; ədəbiyyat və incəsənət
əsərlərinin ifa edilməsinə müəllif hüquqlarının
alınması və güzəştlər; reklamlar, təmsiledici
xidmətlər, auditor fəaliyyəti, marketinq axtarışları,
kommersiya
fəaliyyəti
və
idarəetmə
üzrə
məsləhətlər. Xidmətlərin göstərilməsi onlara görə
sövdələşmələrdən
əldə
olunan
faizlər,
komisyonlar və s. şəklində ödəmələrin miqdarı ilə
müəyyən edilir.
BAZARIN ĐQTĐSADĐ FƏALĐYYƏTĐNĐN
SƏMƏRƏLĐLĐYĐ
-
əmtəə
kütləsinin
istehsalçıdan istehlakçıya çatdırılma prosesinin
səmərəliliyini
xarakterizə
edən
statistik
göstəricilər sistemidir. Buraya daxildir: əmtəə
dövriyyəsinin ümumi daxili məhsula nisbəti,
ticarət fəaliyyətindən əldə olunan gəlir, gəlirlilik
(əmtəə dövriyyəsinin 100 pul vahidinə gəliri və
dövriyyənin 100 pul vahidinə xərcləri), fond
təchizatı, ticarətdə əmək məhsuldarlığı (bir ticarət
işçisinə düşən əmtəə dövriyyəsi) və s. Dinamika
(indeks)
göstəriciləri
ilə
hesablanır
və
səmərəliliyin amil modelləri qurulur.
BAZARIN
ĐNFRASTRUKTURU
-
əmtəələrin alqı-satqısı üzrə əsas bazar fəaliyyətini
təmin
edən
köməkçi
sahələrin
(iqtisadi
institutların) məcmusudur. Özündə ticarət-satış
müəssisələrinin və birjalarının maddi-texniki
bazalarını (bina, tikili, avadanlıq və s.), onların
nəqliyyat və informasiya təminatlarını və digər
xidmət
formalarını
birləşdirir.
Bazar
infrastrukturunun statistikası ticarətin həcmini,
strukturunu, əsas fondlarının yenilənməsini,
investisiyaların səmərəliliyini və özünü ödəməsini
(çıxarmasını); ticarət-satış müəssisələrinin sayını,
tərkibini,
yerləşməsini
və
miqdarının
dinamikasını, onların texniki, informasiya və
nəqliyyatla təmin edilməsini öyrənir.
BAZARIN ĐNHĐSARLAŞDIRILMASI
–
bazarda yaranmış elə bir vəziyyətdir ki, bunun
nəticəsində müəyyən inhisarçılar əmtəə istehsalı
və
satışının
əksər
hissəsini
öz
əllərində
58
cəmləşdirirlər və bu yolla bazarda satış şərtlərinə
və inhisarçı qiymətlərin müəyyənləşdirilməsinə öz
təsirlərinin diktə olunması imkanlarını təmin
edirlər. Bazarın inhisarlaşdırılması istehsalçının
ticarət və istehlak üzərində hökmranlığına və
bunun nəticəsində durğunluğa səbəb olur. Bazarın
inhisarlaşdırılması
ilə
mübarizənin
mühüm
istiqamətləri orta və kiçik sahibkarlığın inkişaf
etdirilməsi, marketinq prinsiplərinin tətbiqi və
antiinhisarçılığa
dair
qanunvericiliyin
təkmilləşdirilməsi
sayılır.
Bazarın
inhisarlaşdırılmasının
statistik
xarakteristikası
bazar iştirakçılarının ölçüləri və onların bazardakı
xüsusi çəkisi hesab edilir.
BAZARIN KONYUNKTURU (VƏZĐY-
YƏTĐ
) (latınca conjungere - əlaqələndirmək,
birləşdirmək deməkdir) – tələb və təklifin nisbəti,
əmtəə ehtiyatlarının həcmi, sifariş portfeli,
qiymətin səviyyəsi, məhsul satışının kommersiya
şərtləri ilə xarakterizə olunan, dövrün müəyyən
anına bazarda iqtisadi vəziyyətdir. Bazarın
konyunkturası kəmiyyətcə orada baş verən
dəyişikliklərin qiymətləndirilməsinə və onların
inkişaf tendensiyasının müəyyənləşdirilməsinə
imkan verən göstəricilərin köməyi ilə öyrənilir.
Bazarın konyunkturu göstəricilərini 4 qrup üzrə
sistemləşdirmək olar: 1. Đstehsal. Konkret məhsul
növünün istehsalının strukturu və dinamikası; əsas
əmtəə istehsalçıları; innovasiya fəaliyyəti; istehsal
güclərindən istifadə; investisiya layihələri; sifariş
portfellərinin
dinamikası;
maya
dəyərinin
strukturu; yeni iş yerlərinin yaradılması; məşğul
və işsizlərin sayı; qiymətli kağızların kursunun
dinamikası haqqında məlumatlardır. 2. Tələb və
təklif. Bazar ehtiyatlarının (müəssisələr tərəfindən
yüklənmiş məhsulların həcmi, idxal, ixrac, hazır
məhsulların anbarlarda qalığı), məhsulların çeşidi
və keyfiyyəti, bazarın tutumu (konkret məhsul
növü üzrə müəyyən vaxt ərzində satılan məhsulun
həcmi),
kreditlə
satışın
dinamikası
və
strukturudur. 3. Beynəlxalq ticarətin vəziyyəti.
Đdxal-ixrac əməliyyatlarının, əsas idxalçı və
ixracatçıların strukturu və dinamikasıdır. 4.
Qiymət. Verilmiş əmtəənin aparıcı istehsalçı və
istehlakçı ölkələrdə topdansatış qiymətlərinin,
ixrac qiymətlərinin dinamikası; inflyasiyanın,
enerji daşıyıcılarının qiymətinin dəyişməsinin,
valyuta kursunun dəyişməsinin qiymətlərə təsiri;
inhisarın qiymətin səviyyəsinə təsiri, qiymətin
yaradılmasının dövlət tənzimlənməsi və s.
haqqında məlumat.
BAZARIN PAYI VƏ ONUN BEYNƏL-
MĐLƏLLƏŞDĐRĐLMƏSĐ
ÜZRƏ
GÖS-
TƏRĐCĐLƏR
– rezidentlərin nəzarəti altında
satılan əmtəəlik məhsulların, məhsulların daxili
istehsalının ümumi həcmində payıdır. Xidmətə
gəldikdə isə, beynəlmiləlləşdirmənin təhlili yalnız
mal göndərmələrin və almaların ixrac-idxalına
dair məlumatlarla məhdudlaşa bilməz. Həmçinin
xaricdə olan törəmə şirkətlərin yerləşməsinin,
həm
onların
xaricdə
yerləşməsi
nöqteyi-
nəzərindən, həm də onların axınları nöqteyi-
nəzərindən (xaricdə investisiyaların illik həcmi)
tədqiqi də zəruridir. Həmçinin AĐ-də yerləşən,
qalan dünyaya aid olan müəssisələrin sayını
müəyyənləşdirmək də zəruridir. Axırda törəmə
şirkətlərin və ya onların iş bölmələrinin qalan
dünyada yerləşməsi və işgüzar fəallığı nəticəsində
baş
verən
gəlirlər
və
xərclər
axınının
müəyyənləşdirilməsi zəruridir. Bu göstəricilər hər
bir
bölmə
üzrə
beynəlmiləlləşdirmənin
səviyyəsinə təsirini müəyyən etməyə imkan
verməlidir.
BAZARIN PAYININ TƏHLĐLĐ
– faktiki
istehlak olunmuş məhsulların, onların ayrı-ayrı
növləri üzrə tərkibinin (dövriyyə, ixrac, idxal)
müxtəlif komponentlərinin müqayisəsi yolu ilə
həyata keçirilir.
BAZARIN SEQMENTLƏŞDĐRĐLMƏSĐ
–
istehlakçıların
məcmusunun
oxşar
qruplara,
seqmentlərə bölünməsinin marketinq prosesidir.
Firma o seqmenti, bazarın o hissəsini (kiçik
firmalar – böyük olmayan bazar taxçasını) seçir
ki, orada onun malının satılması üçün daha
əlverişli şərait vardır: aşağı səviyyəli rəqabət,
yüksək
gəlir
səviyyəsi
və
s.
Bazarın
seqmentləşdirilməsində aşağıdakılar nəzərə alınır:
bazarın regional-coğrafi quruluşu; istehlakçıların
sosial-demoqrafik tərkibi, onların davranışlarının
psixoloji xüsusiyyətləri və spesifikasiyası. Bazarın
seqmentləşdirilməsinin mühüm ilkin şərti -
istehlakçı qrupunun mala və firmanın marketinq
fəaliyyətinə
eyni
reaksiyasıdır.
Bazarın
seqmentləşdirilməsində statistik qruplaşdırmanın
metod və prinsiplərindən istifadə edilir.
Dostları ilə paylaş: |