BEYNƏLXALQ
MÜLKĐ
AVĐASĐYA
TƏŞKĐLATI (BMAT)
–
1944-cü
ildə
Çikaqoda Beynəlxalq mülki aviasiya üzrə
konfransda hazırlanmış və Beynəlxalq Mülki
Aviasiyaya dair Konvensiya 26 dövlət tərəfindən
təsdiq
edildikdən
sonra,
1947-ci
ildə
yaradılmışdır. BMAT-ın yaradılmasında məqsəd
beynəlxalq mülki aviasiyanın təhlükəsizliyini və
planauyğun
inkişafını
təmin
etməkdən;
təyyarələrin yaradılmasının və onlardan sülh
məqsədləri üçün istifadə edilməsinin, mülki
aviasiya üçün hava yollarının (xətlərinin), hava
limanlarının,
aeronaviqasiya
avadanlıqlarının
yaradılmasını
həvəsləndirməkdən;
dünya
əhalisinin təhlükəsiz, daimi, səmərəli hava
daşımalarına tələbatını ödəməkdən ibarətdir. Bu
məqsədlərin yerinə yetirilməsinə kömək etmək
üçün BMAT bir sıra beynəlxalq standartlar qəbul
etmiş və praktiki tədbirlər tövsiyə etmişdir ki,
bunlar da təyyarələrin konstruksiyası (layihəsi) və
istismar qaydalarının, onların avadanlıqlarının
xarakteristikasını, hava nəqliyyatı şirkətlərinin
pilotlarının, uçuş ekipajının (heyəti), hava
hərəkətləri xidməti üzrə operatorların xidməti
vəzifələrini müəyyənləşdirir.
BEYNƏLXALQ SƏVĐYYƏDƏ TÖVSĐYƏ
EDĐLMĐŞ
VƏRƏMLƏ
MÜBARĐZƏ
STRATEGĐYASI ÇƏRÇĐVƏSĐNDƏ VƏ-
RƏM XƏSTƏLĐYĐNƏ TUTULANLARDA
63
APARILMIŞ DĐAQNOSTĐKA VƏ MÜA-
LĐCƏ OLUNANLARIN SAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf
göstəricilərindən) - vərəm xəstəliyinə tutulma
hallarının aşkar edilmiş sayı - DOTS (beynəlxalq
səviyyədə tövsiyə edilmiş vərəmlə mübarizə
strategiyası) çərçivəsində yenidən aşkar edilmiş
vərəm
xəstəliyinə
tutulma
hallarının
qiymətləndirmə sayının faizlə ifadəsi kimi verilə
bilir. DOTS özündə beş elementi birləşdirir: cari
strategiyaya bağlılığı, mikroskoplardan istifadə
edilməsini, dərman preparatları ilə təmin etməni,
nəzarət və kontrol sisteminin mövcudluğunu,
həmçinin yüksək səmərəli rejimlərin tətbiq
edilməsini
(pasiyentin
bilavasitə
müşahidə
edilməsində). Sağalmanın faiz payı – bu,
sağalması mümkün olmuş və ya müalicəsində
DOTS-un
tam
kursu
keçirilmiş
vərəmlə
xəstələnmənin yenidən qeydə alınmış infeksiya
hallarının (pasiyentin bəlğəminin analizində
müsbət reaksiyası əsasında müəyyənləşdirilmiş)
payıdır. Vərəmlə xəstələnmə halları vərəmin
mövcudluğunun bakterioloji analizi və ya həkimin
diaqnostikası yolu ilə təsdiq olunmuş pasiyentlər
kimi müəyyənləşdirilir.
Aşkar edilmiş vərəm xəstəlikləri hallarının sayı bu
və ya digər konkret ildə vərəmə yoluxma halları
haqqında
məlumatların
sayının
(pasiyentin
bəlğəminin analizinin müsbət reaksiya verməsi
əsasında müəyyənləşdirilmiş) bu il üzrə belə yeni
hadisələrin qiymətləndirmə sayına bölünməsi ilə
hesablanır. Bir çox ölkələrdə bu nisbətin
məxrəcini kifayət qədər dəqiqliklə müəyyən
etmək mümkün olmur.
Uğurlu müalicələrin sayı müalicəsi baş tutmuş və
ya DOTS-un tam kursunun tətbiq edilməsi
nəticəsində vərəmə yoluxma (bəlğəmin analizinin
müsbət
reaksiya
verməsi
əsasında
müəyyənləşdirilmiş) halları haqqında yenidən
qeydə
alınmış
məlumatların
sayının
yeni
qeydiyyatdan keçmə hallarının ümumi sayına
bölünməsi şəklində hesablanır. Müalicəsi DOTS
strategiyasının
tətbiqi
ilə
həyata
keçirilən
pasiyentlər kontingenti üzrə müalicəsinin uğurlu
olmasına bilavasitə və kifayət qədər dəqiqliklə
nəzarət
etmək
olur.
Surətdə
pasiyentlərin
vəziyyətinin
və
müalicələrin
nəticələrinin
sistematik qiymətləndirmə rəqəmləri göstərilir.
BEYNƏLXALQ STANDARTLAŞDIRMA
TƏŞKĐLATI
(BST)
-
1946-cı
ildə
yaradılmışdır. Təşkilatın məqsədi istehsal olunan
məhsulların intellektual, elmi, texniki və iqtisadi
cəhətdən qarşılıqlı inkişafını təmin etməkdir. BST
Beynəlxalq
Elektrotexniki
Komissiyanın
nəzdində, hər bir standartlaşma sahəsində
fəaliyyət göstərir.
BEYNƏLXALQ STATĐSTĐKA
– rəsmi
statistikanın əsas prinsiplərindən biri olaraq, ayrı-
ayrı xarici ölkələrin və beynəlxalq birliklərin
iqtisadi vəziyyətini xarakterizə edən statistik
məlumatların
seçilməsi,
təhlili
və
sistemləşdirilməsi ilə məşğul olan statistika
bölməsidir. Bu məlumatlar ayrı-ayrı ölkələrin və
beynəlxalq
təşkilatların
rəsmi
statistika
nəşrlərində dərc edilir. Beynəlxalq statistika sosial
və iqtisadi statistikanın bütün sahələrini əhatə
edir.
BEYNƏLXALQ
STATĐSTĐKA
ĐNSTĐ-
TUTU (BSĐ)
– müasir dünyada fəaliyyət
göstərən ən yaşlı beynəlxalq cəmiyyətdir. BSĐ
1885-ci ildə onun sələfi olan Beynəlxalq Statistika
Konqresi isə 1853-cü ildə yaradılmışdır. Đnstitut
müstəqil cəmiyyətdir, məqsədi statistik üsulların
işlənməsi, təkmilləşdirilməsi və onların dünya
ölkələrində beynəlxalq fəaliyyət və əməkdaşlığın
köməyi ilə tətbiqi, statistika nəzəriyyəsi sahəsində
tədqiqatların inkişafı, məlumatların beynəlxalq
müqayisəliliyinin
yaxşılaşdırılması,
statistika
cəmiyyətləri və digər statistika təşkilatları
arasında beynəlxalq münasibətlərin inkişafı yolu
ilə
statistikanın
birləşdirilməsidir
(əlaqələndirilməsidir).
BEYNƏLXALQ
STATĐSTĐKA
TƏŞ-
KĐLATLARI
- BMT, YUNESKO və AĐ
çərçivəsində yaradılmışdır.
BMT-nin
statistika
fəaliyyəti
beynəlxalq
əməkdaşlığın inkişafına, statistik məlumatların
düzgünlüyünün və keyfiyyətinin yüksəldilməsinə,
onun
beynəlxalq
müqayisəliliyinin
yaxşılaşdırılmasına yönəldilmişdir. BMT-nin əsas
orqanlarından biri Đqtisadi və Sosial Şuradır
(Economic and Social Council, ECOSOC) və o,
beynəlxalq miqyasda statistika proqramlarının
əlaqələndirilməsi ilə məşğul olur. 1946-cı ildə
yaradılmışdır və BMT-nin Baş Assambleyasının
rəhbərliyi altında iqtisadi və sosial məsələlər üzrə
beynəlxalq əməkdaşlıqda BMT-nin məqsəd və
prinsiplərinin həyata keçirilməsinə xidmət edir.
Đqtisadi və Sosial Şuranın tərkibində müxtəlif
komitə və komissiyalar fəaliyyət göstərir. BMT-
nin beş regional komissiyası fəaliyyət göstərir:
Afrika üçün Đqtisadi Komissiyası (AĐK), Asiya və
Sakit okean regionu üçün Đqtisadi və Sosial
Komissiyası (ASOĐSK), Avropa üzrə Đqtisadi
Komissiyası (AĐK), Latın Amerikası və Karib
hövzəsi
ölkələri
üzrə
Đqtisadi
və
Sosial
Komissiyası (LAKĐK), Qərbi Asiya ölkələri üzrə
Đqtisadi
Komissiyası
(QAĐK).
BMT-nin
ixtisaslaşdırılmış
təşkilatlarının
statistika
fəaliyyətinin razılaşdırılması Đqtisadi və Sosial
64
Şuranın tabeliyində olan Əlaqələndirmə üzrə
Đnzibatı Komitəyə (ƏĐK) həvalə olunmuşdur.
ƏĐK-in
tərkibində
beynəlxalq
statistika
proqramlarının
əlaqələndirilməsi
və
təkrarlanmanın azaldılması ilə məşğul olan
statistik fəaliyyət üzrə Alt komitəsi fəaliyyət
göstərir.
Beynəlxalq statistika məsələləri ilə qlobal
miqyasda BMT-nin Statistika komissiyası, əhali
statistikası məsələləri və ümumi demoqrafik
problemlərlə isə BMT-nin əhali üzrə Komissiyası
məşğul olur.
BMT-nin Nyu-York, Cenevrə və yerlərdəki
müxtəlif struktur qurumlarına təşkilati-inzibati,
maliyyə, texniki və ümumi xidmətləri, onun
katibliyinin
Beynəlxalq
Đqtisadi
və
Sosial
məsələlər üzrə Departamenti (Departament of
International Economic and Social Affairs) həyata
keçirir. 1977-ci ildə yaradılmış Departament,
BMT-nin bütün sisteminin maraqlarına uyğun
olaraq, beynəlxalq ticarət, nəqliyyat, sənaye və
tikinti statistikasına dair məlumatları toplayır,
təhlil edir və yayır, standartları və statistika
təsnifatlarını hazırlayır. Departamentin tərkibində
BMT-nin Statistika Bürosu (UN Statistical Office)
fəaliyyət göstərir. Büro beynəlxalq statistika
məlumatlarının işlənməsi, statistik məcmuələrin
hazırlanması, metodoloji işlərin həyata keçirilməsi
və BMT-nin Statistika Komissiyasının sessiyaları
üçün materialların hazırlanması ilə məşğul olur.
BMT-nin Statistika Bürosu regional və milli
statistika
məlumatlarının
müqayisəliliyinin
yüksəldilməsinə xüsusi diqqət verir. Bunun üçün
statistika məlumatlarının yığılması, işlənməsi,
təhlili və yayılması metodlarına dair BMT-nin
bütün qurumları üçün məcburi olan standart
tövsiyələrdən istifadə edilir (bu standartlar milli
statistika xidmətləri üçün təklif xarakteri daşıyır
və əsas etibarı ilə statistika məcmuələrinin
hazırlanmasında
istifadə
üçün
nəzərdə
tutulmuşdur).
BMT-nin statistika proqramlarının və BMT
sisteminə daxil olmayan təşkilatların işlərinin
əlaqələndirilməsi məqsədilə 1969-cu ildə BMT-
nin Statistika Komissiyasının yardımçı orqanları
kimi fəaliyyət göstərən təşkilatların beynəlxalq
statistika proqramları və statistika fəaliyyətlərinin
əlaqələndirilməsi üzrə işçi qrupu yaradılmışdır.
BMT-nin mərkəzi orqanları ilə ixtisaslaşdırılmış
təşkilatları
arasında
qarşılıqlı
əlaqələr
müqavilələrlə tənzimlənir. BMT-nin orqanları və
ixtisaslaşdırılmış təşkilatları statistik məlumatları
hazırlayır, sistemləşdirir və illik məcmuələr,
külliyyatlar və s. nəşrlər də dərc etdirir.
Beynəlxalq
Statistika
Đnstitutu
–
BSĐ
(Inernational Statistical Institute) - statistika
metodlarının inkişafı və təkmilləşdirilməsi və
onların müxtəlif bilik sahələrində tətbiqi ilə
məşğul olan qeyri-hökumət təşkilatıdır. Đqtisadi və
sosial
şurada
və
YUNESKO-da
məsləhət
statusuna malikdir. 1885-ci ildə elmi-statistiklərin
müstəqil beynəlxalq cəmiyyəti kimi yaradılmışdır.
BSĐ-nin nəzdində dörd bölmə mövcuddur:
Y.Bernulli adına riyazi statistika və nisbilik
nəzəriyyəsi cəmiyyəti, Statistik müşahidələr üzrə
beynəlxalq
cəmiyyət,
Regional
və
şəhər
statistikası üzrə beynəlxalq cəmiyyət, Rəsmi
statistika üzrə beynəlxalq ittifaq.
Avrostat (Statistical Office of the Europen
Communities) – Avropa Đttifaqının Statistika
Bürosudur, Lüksemburqda yerləşir və Brüssel
şəhərində departamentə malikdir. Avrostatın əsas
vəzifələrinə daxildir: Birlik üzvləri və əsas ticarət
partnyorları barədə statistik məlumatlarla təmin
edilməsi; statistika standartlarının, metodlarının,
konsepsiyalarının vahidliyinin təmin edilməsi;
milli
statistika
institutları
(təşkilatları)
ilə
məlumatlar mübadiləsi üçün vahid Avropa
hesablama
şəbəkəsinin
yaradılması;
inkişaf
etməkdə olan ölkələrə, Mərkəzi və Şərqi Avropa
ölkələrinə statistikanın inkişaf etdirilməsində
yardım göstərmək; nəşriyyat fəaliyyəti.
BEYNƏLXALQ
TƏSNĐFATLAR
–
beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş
təsnifatlardır.
Azərbaycan
statistikasında
beynəlxalq təsnifatlar tətbiq edilməklə, onların
əsasında milli təsnifatların hazırlanması, yaxud
keçid açarlarından istifadə etməklə (“Təsnifatların
harmonizasiyası”na bax) həyata keçirilir.
Beynəlxalq
təsnifatlar
Birləşmiş
Millətlər
Təşkilatı (BMT), Avropa Đttifaqı (AĐ), Beynəlxalq
Valyuta Fondu (BVF), Đqtisadi Əməkdaşlıq və
Đnkişaf Təşkilatı (ĐƏĐT), Gömrük Əməkdaşlığı
Birliyi (GƏB), Beynəlxalq Əmək Təşkilatı
(BƏT), Beynəlxalq Səhiyyə Təşkilatı (BST) və s.
kimi təşkilatlar çərçivəsində işlənib hazırlanır.
Statistik məqsədlər üçün ən geniş istifadə olunan
beynəlxalq təsnifatlar aşağıdakılardır: iqtisadi
fəaliyyətin bütün növlərinin beynəlxalq standart
sahələr təsnifatı (BSST); Əsas məhsulların
beynəlxalq təsnifatı (ƏMBT), Beynəlxalq standart
ticarət təsnifatı (BSTT), Dövlət orqanlarının
funksiyaları təsnifatı (DOFT) və s.
BEYNƏLXALQ
TRANZĐT
–
ölkənin
göndərilmə
və
çatdırılma
məntəqələrinin
hüdudları
xaricində
olan
ölkənin
yük
daşınmalarının həyata keçirilməsidir. Birbaşa və
dolayı tranzitlər fərqləndirilir. Birbaşa tranzitə -
gömrük anbarına yerləşdirmədən gömrük təminatı
altında xarici əmtəələrin daşınması; dolayısı
tranzitə - gömrük anbarlarına daxil olan və oradan
65
xaricə göndərilən xarici əmtəələrin daşınması
aiddir.
BEYNƏLXALQ
VALYUTA
FONDU
(BVF)
- BMT-yə üzv dövlətlərin əksəriyyətini
birləşdirən ixtisaslaşdırılmış beynəlxalq maliyyə
təşkilatıdır və vəzifəsi beynəlxalq valyuta
sisteminin
fəaliyyətini
təkmilləşdirməkdən
ibarətdir. BVF beynəlxalq valyuta məsələləri üzrə
məsləhət və razılaşdırılmış fəaliyyət üçün
mexanizmlə təmin etmək; məşğulluğun və real
gəlirin yüksək səviyyəsi ilə beynəlxalq ticarəti
tarazlı inkişaf etdirmək; istehsal imkanlarını
inkişaf etdirmək; valyuta sabitliyi və valyuta
münasibətlərini nizamlamaq yolu ilə beynəlxalq
əməkdaşlığa təsir göstərir. BVF həm də
ödəmələrin çoxtərəfli sistemlərinin yaradılması və
dünya ticarətinin inkişafına maneçilik törədən
valyuta məhdudiyyətlərinin aradan qaldırılmasına
çalışmağa; tədiyyə balanslarında tarazlığa nail
olmaq,
lazımi
zəmanətlə
Fondun
ümumi
ehtiyatlarından müvəqqəti olaraq üzv-dövlətlərə
verilməsinə;
tədiyyə
balanslarının
kəsrinin
davamlılığını və miqyasını ixtisara salmağa təsir
göstərir. BVF-nin ehtiyatları üzv-ölkələrin üzvlük
haqqından və bazar götürmələrindən ibarətdir.
BVF-nin idarəedici orqanı idarəetmə şurasıdır və
tərkibinə hər ölkədən bir nümayəndə daxildir.
BEYNƏLXALQ YENĐDƏNQURMA VƏ
ĐNKĐŞAF BANKI (BYĐK)
– BMT-nin
valyuta-maliyyə məsələləri üzrə konfransında
işlənib hazırlanmış Sazişin 28 ölkə tərəfindən
imzalanmasından sonra, 1944-cü ildə Bretton-
Vudsda (ABŞ) yaradılmışdır. Onun məqsədi -
istehsal məqsədləri üçün kapital qoyuluşu yolu ilə
üzv-dövlətlərin ərazilərinin yenidən qurulması və
inkişaf etdirilməsinə yardım göstərmək; fərdi
xarici kapital qoyuluşunu maraqlandırmaq və
hətta fərdi kapitalı əlverişli şərtlərlə almaq
mümkün olmadığı hallarda, fərdi kapitala əlavə
olaraq, istehsal məqsədləri üçün maliyyə vəsaitləri
ayırmaq;
BYĐK-yə
üzv-dövlətlərin
istehsal
ehtiyatlarını
inkişaf
etdirmək
məqsədilə,
beynəlxalq ticarətin uzunmüddətli tarazlı artımına
kömək göstərməkdən və tədiyyə balanslarının
tarazlığını saxlamağa yardım etməkdən və
beynəlxalq
kapital
qoyuluşunu
həvəsləndirməkdən ibarətdir. BYĐK-in bütün
səlahiyyətləri idarəetmə şurasına məxsusdur. Bu
idarəetmə şurasına hər bir üzv-dövlətdən bir
idarəedici və onun bir müavini daxil edilir.
BƏDBƏXT HADĐSƏLƏRDƏN VƏ XƏS-
TƏLĐKLƏRDƏN SIĞORTALANMA
–
sığortaçının, tibbi sığortaya aid olan sığortalar
istisna olmaqla, sığorta olunanla sığorta hadisəsi
baş verərsə: bədbəxt hadisə, xəstəlik və ya onların
əmək
qabiliyyətlərinin
həmin
səbəblərdən
itirilməsi nəticəsində sağlamlığına zərər dəyərsə,
çəkdiyi
əlavə
xərclər
müqabilində
kompensasiyaların qismən və yaxud tam ölçüdə
qəbul olunmuş məbləğdə sığorta ödənişləri üzrə
vəzifələrini nəzərdə tutan şəxsi sığorta növlərinin
məcmusudur.
BƏLƏDĐYYƏ QĐYMƏTLĐ KAĞIZLARI
–
bələdiyyənin büdcə kəsirini doldurmaq və
büdcədənkənar tədbirlərin yerinə yetirilməsi üçün
maliyyə ehtiyatları cəlb etmək məqsədilə, yerli
idarəetmə orqanlarının təsis etdiyi qiymətli
kağızlardır.
BƏLƏDĐYYƏ
MÜLKĐYYƏTĐ
–
yerli
maliyyə,
dövlət
mülkiyyətində
olan
və
bələdiyyələrin istifadəsinə verilmiş bələdiyyə
əhalisinin tələbatının ödənilməsinə xidmət edən
bütün növdən olan daşınan və daşınmaz əmlakdır.
“Bələdiyyələrin statusu haqqında” Qanuna uyğun
olaraq, bələdiyyə mülkiyyətinin tərkibinə yerli
vergilər və ödənişlər hesabına formalaşan yerli
büdcənin vəsaiti, bələdiyyənin büdcədənkənar
fondları, bələdiyyə əmlakı, habelə bələdiyyə
torpaqları, bələdiyyə müəssisələri və təşkilatları,
bələdiyyə mənzil fondları və qeyri-yaşayış
binaları,
dövlət
mülkiyyətində
və
xüsusi
mülkiyyətdə olmayan yollar, bələdiyyə, təhsil,
səhiyyə, mədəniyyət və idman müəssisələri, digər
daşınan və daşınmayan əmlak daxildir.
Bələdiyyələr bələdiyyə mülkiyyətini idarə edirlər.
Bələdiyyə mülkiyyətinin tərkibinə daxil olan
əmlak
barəsində
mülkiyyət
hüququnu
bələdiyyələr,
Azərbaycan
Respublikasının
qanunları ilə nəzərdə tutulmuş hallarda isə
bilavasitə əhali həyata keçirir. Qanuna uyğun
olaraq, bələdiyyələr yerli əhalinin mənafeyi
naminə bələdiyyənin hüdudları daxilində olan
torpaqlardan istifadə şərtlərini müəyyənləşdirə
bilərlər.
BƏLƏDĐYYƏ STATĐSTĐKASI
–
yerli
idarəetmə
orqanlarının
işinin
aparılması
predmetinə daxil olan kütləvi hadisə və
proseslərin vəziyyətini xarakterizə edən statistika
məlumatları sistemidir.
Bələdiyyə statistikasının göstəricilər sistemi
bələdiyyə mülkiyyətinin miqdarını (ölçüsünü),
tərkibini və istifadəsini; bələdiyyələrin yaşayış və
qeyri-yaşayış fondlarının tərkibini və istifadəsini;
bələdiyyələrin təhsil və səhiyyə idarələrinin
orqanlarının təşkilini, saxlanmasını və inkişafını;
ictimai
qaydaların
mühafizəsinin
təşkilini;
bələdiyyələrin
enerji,
qaz,
istilik
və
su
təchizatının, kanalizasiya sisteminin saxlanmasını
66
və inkişaf etdirilməsini; yerli əhəmiyyətli yolların
saxlanmasını;
bələdiyyənin
ərazisinin
abadlaşdırılmasını və yaşıllaşdırılmasını; əhalinin
rabitə, ticarət, ictimai iaşə və məişət xidməti və s.
xidmətlərlə təmin edilməsini xarakterizə edir.
Bələdiyyə statistikası göstəriciləri rəsmi statistika
orqanlarının həyata keçirdiyi rəsmi statistika
tədqiqatları çərçivəsində işlənib hazırlanır.
Yerli idarəetmə üçün tələb edilən məlumatların
digər hissəsi isə icraedici orqanların ərazi
nümayəndəlikləri (Əmlak Məsələləri üzrə Dövlət
Komitəsinin yerli orqanları, əmək və məşğulluq
təşkilatları, daxili işlər, təhsil, mədəniyyət və
səhiyyə şöbələri, torpaq ehtiyatları və yer
quruluşu, su təsərrüfatı və su mühafizəsi ilə
məşğul olan təşkilatlar və s.) tərəfindən, habelə
yerli bələdiyyə orqanlarının özləri, onların
müvafiq
funksional
təşkilatları
tərəfindən
hazırlanır.
BƏRPA EDĐLMĐŞ MƏMULATLAR
–
təkrar
işlənmə
nəticəsində
alınan
bütün
məmulatlardır.
Dostları ilə paylaş: |