A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə17/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   13   14   15   16   17   18   19   20   ...   182

 

BƏRPA EDĐLMĐŞ TORPAQLAR

 – təyinatı 

üzrə  (kənd,  meşə,  su  təsərrüfatlarında  və  s.) 

istifadə  edilmək  üçün  yenidən  yararlı  vəziyyətə 

gətirilmiş torpaqlardır. 

Torpaq  qatının  korlanması  ilə  nəticələnən  faydalı 

qazıntı  yataqlarının  işlənməsi  ilə  məşğul  olan, 

geoloji-kəşfiyyat,  axtarış,  tikinti  və  digər  işləri 

yerinə  yetirən  müəssisə  və  təşkilatlar  tərəfindən  

bərpa  edilmiş  torpaqlar  qüvvədə  olan  qaydalara 

uyğun  olaraq  aktla  torpaq  istifadəçilərinə  verilir. 

Statistikada  bərpa  edilmiş  torpaqların  uçotu  

korlanmış  və  işlənmiş  torpaqların  uçotuna 

oxşardır.  

 

BƏRPA  OLUNAN  DƏYƏR  METODU

  -   

aktivlərin  mühasibat  və  statistik  uçotda  ifadə 

olunan qiymətlərlə dəyəri haqqında məlumatların, 

bu  aktivlərin  yığılmış  aşınması  nəzərə  alınmaqla, 

fond  yaradan  məhsulların  qiymət  indeksindən 

istifadə etməklə müasir qiymətlərə çevrilməsidir. 

 

BƏRPA  OLUNAN  VƏ  BƏRPA  OLUN-

MAYAN  TƏBĐĐ  EHTĐYATLAR

  –  su 

ehtiyatları,  heyvanat  və  bitki  aləmi,  atmosfer 

havası  və  enerji,  bunlarla  bağlı  ehtiyatlar  bərpa 

olunmaya 

və 

təkrar 


istehsala 

tabe 


olan 

ehtiyatlardır.  Uzun  illər  ərzində  bərpa  olunmaya 

və  təkrar  istehsala  tabe  olmayanlara  torpaq  və 

faydalı qazıntılar aiddir. 

 

BĐXEVĐORĐZM

 

(marketinqdə) 

– 

rəyin, 


zövqün, 

əxlaqın, 

istehlakçıların 

üstünlük 

vermələrinin 

formalaşmasının 

qanunauyğunluqlarını öyrənən elm sahəsidir. 

 

BĐLAVASĐTƏ  MÜŞAHĐDƏ



  –  məlumat 

mənbəyi 


təqdim 

olunmuş 


sənədlər 

deyil, 


bilavasitə  sorğular,  hesablar,  ölçmələr  və  ya 

ölçülmələr olan müşahidələrdir. Məsələn, əhalinin 

siyahıyaalınması, inventarizasiya. 

 

BĐLĐK 



ĐQTĐSADĐYYATI

 

– 

“Bilik 



iqtisadiyyatı”  termini  ilk  dəfə  1962-ci  ildə 

Amerika  tədqiqatçısı  F.Maxluk  tərəfindən  tətbiq 

olunmuşdur.  Đndi  ictimai  sərvətin  yaradılmasında 

biliyin  həlledici  rol  oynadığı  iqtisadiyyatın 

xarakteristikası  üçün  istifadə  edilir  və  iqtisadi 

artımın  və  rəqabət  qabiliyyətinin  ən  vacib 

amilidir.  Belə  iqtisadiyyat  tipinin  daha  dəqiq 

xarakteristikası  müxtəlif  müəlliflərdə  müxtəlifdir. 

Məsələn,  Q.Kleynerə  görə:  “Bilik  iqtisadiyyatı” 

bu  və  ya  digər  ölkənin  iqtisadiyyatının  elə 

vəziyyəti  sayılır  ki,  bu  zaman:  a)  bilik  tam 

əmtəəyə  çevrilir;  b)  istənilən  yeni  əmtəə  özündə 

nadir  bilik  daşıyır;  c)  bilik  istehsalın  vacib 

amillərindən  birinə  çevrilir.  L.M.Qohberqə  görə: 

“Bilik iqtisadiyyatı”  - biliyin intensiv və effektiv 

istifadəsinə əsaslanan iqtisadiyyatdır. 

 

BĐLĐK  VƏ  ĐNFORMASĐYA

  –  ətraf  mühitin 

əşyaları  tərəfindən  buraxılan  görmə,  səs  və  digər 

siqnal  və  məlumatlar  axınının  insanın  qavrama, 

dərk etmə, informasiyanı sistemləşdirmək və şərh 

etmək  məqsədi  olan  düşünmə  fəaliyyətidir.  

Đnformasiya  –  insanın  düşünmə  fəaliyyəti  üçün  

bilik  yaradan  bir  növ  xammaldır.  Đnformasiyanın 

elektron  daşıyıcıları  əsrində  -  əsasən  bu,  tərkibi 

məlumatlar, 

faktların 

təsviri, 

hadisələr, 

xüsusiyyətlər  və  digər  məlumatlardan  ibarət  olan 

iri məlumat bazalarıdır.  Bu informasiyaya ehtiyac 

olduqda  yeni  biliklərin  əldə  edilməsi  məqsədilə 

istifadə  olunmaq  üçün  insandan  ayrı  qalan  və 

ondan  ayrı  olaraq  daşıyıcılara  köçürülən  bilik 

şəklini alır. 

 

BĐMETALLĐZM



  –  iki  metala  –  qızıl  və 

gümüşə  əsaslanan  pul  sistemi  olmuşdur.  Burada 

hər iki metal qanuni ödəniş vasitəsidir və onlardan 

kəsilmiş  sikkələr  bərabər  əsasda  dövr  edirdilər. 

Pul vahidində qızıl və gümüşün çəki kəmiyyətləri 

arasında  nisbət  qanunvericiliklə  təsbit  edilirdi  və 

bu  da  metalların  təsbit  edilmiş  dəyəri  ilə  bazar 

dəyəri  arasında  uyğunsuzluğa  gətirib  çıxarırdı  ki, 

bunun 

nəticəsində 



də 

dəyəri 


azaldılmış 

metallardan olan sikkələr dövriyyədən yox olurdu 

və  dövriyyədə  daha  ucuz  metallardan  olan 

sikkələr  qalırdı.  Bimetallizm  orta  əsrlərdə 

Avropada daha geniş yayılmışdı, lakin qızılın pul 

materialı 

kimi 

rolunun 


getdikcə 

artması 


 

67

nəticəsində  bimetallizm  tədricən  monometalizmlə 



əvəz  olundu.  Bimetallizm  sistemi  1933-cü  ildə 

tamam ləğv edildi. 

 

BĐNA

  –  (I)  -  daşınmaz  və  mühafizəedici  və  ya 

birləşdirilmiş  konstruksiyalardan  (daşıyıcı  və 

mühafizəedici)  ibarət  olan,  yerüstü  örtülü  həcmi 

əmələ gətirən, funksional təyinatından asılı olaraq, 

adamların yaşaması və ya qalması və müxtəlif növ 

istehsal  proseslərinin  yerinə  yetirilməsi  üçün 

nəzərdə  tutulmuş  tikili  sistemləridir.  Təyinatı 

əhalinin  əmək,  yaşayış,  sosial-mədəni  xidmət  və 

material  qiymətlilərinin   saxlanması  üçün  şəraitin 

(atmosfer 

hadisələrindən 

müdafiə 


və 

s.) 


yaradılmasından  ibarət  olan,  memarlıq-tikinti 

obyektləri  də  daxil  olmaqla,  əsas  fondların  bir 

növüdür.  Binalar  əsas  konstruksiya  elementləri 

kimi  divar  və  dam  örtüyünə  (açıq  havada  olan 

elektrik  stansiyalarının    kürsülük  hissəsi  binalara 

aid  edilir)  malik  olur.  Köçürülə  bilən  evciklər 

(emalatxanalar,  dəmirçixanalar,  qazanxanalar, 

mətbəxlər, avtomatlaşdırılmış telefon stansiyaları, 

yaşayış,  məişət,  inzibati  və  s.)  binalara,  onlarda 

quraşdırılan avadanlıq və digər əsas fondlar maşın 

və  avadanlıqlara  və  ya  əsas  fondların  digər 

növlərinə aid edilir. 

Đstifadəyə  verilmiş    binaların  ümumiləşdirici 

xarakteristikası 

üçün 

sahə 


və 

həcm 


göstəricilərindən istifadə edilir. 

Binaların  ümumi  həcmi  tikintilərin  yeraltı  və 

yerüstü həcmlərinin cəmi kimi müəyyən edilir.  

Binaların 

ümumi 

sahəsi 


binanın 

bütün 


mərtəbələrinin  sahələrinin  cəmi  kimi  müəyyən 

edilir. 


(II)  –  xarici  təsirdən  insanların,  heyvanların,  mal 

və  ya  avadanlıqların  qorunması  (müdafiəsi)  üçün 

istifadəsindən  asılı  olmayaraq,  damla  örtülmüş, 

daimi əsasda tikilmiş tikilidir. 



Binaların iki tipini fərqləndirmək olar:  

Yaşayış  binaları:  bu  binalar  yalnız  və  ya  əsas 

etibarı  ilə  yaşayış  məqsədləri  üçün  nəzərdə 

tutulmuşdur;  sonuncu  halda  o  zaman  yaşayış 

binası  sayılır  ki,  onun  yararlı  sahəsinin  və  ya 

yaşayış  məqsədləri  üçün  tikilmiş  həcminin  50%-

dən çoxu yaşayış üçün əlverişli olsun. 



Qeyri-yaşayış  binaları:  bu  binalar  yalnız  və  ya 

əsas  etibarı  ilə  yaşayışdan  fərqli  olaraq,  başqa 

məqsədlər  üçün  nəzərdə  tutulmuşdur;  sonuncu 

halda  o  zaman  qeyri-yaşayış  binası  sayılır  ki, 

onun döşəməsinin yararlı sahəsinin və ya tikilmiş 

həcminin  50%-dən  çoxu  yaşayışdan  fərqlənən 

məqsədlər üçün istifadə edilsin. 

 

BĐNA VƏ AVADANLIQLAR

 – istifadə üçün 

ixtisaslaşdırılmış  əsas fondlardır.  Bunlara  binalar, 

avadanlıqlar  və  digər  obyektlər  daxil  edilə  bilər. 

Bunlar  ayrı-ayrı  komponentlər  olmaqla,  iş  üçün 

texniki  qarşılıqlı  əlaqəlidirlər  və  daimi  qarşılıqlı 

əlaqələrinə görə amortizasiyanın eyni bir norması 

tətbiq edilir.  

 

BĐNA  VƏ  AVADANLIQLARIN  ĐSTĐS-



MAR  XƏRCLƏRĐ

  -  istismar  xərclərinin 

funksional  bölüşdürülməsidir.  Daşınmaz  əmlakla 

(icarə  və  ya  maliyyə  lizinqi)  əlaqədar  olan 

binalara  xərclər,  istilik  və  elektrik  enerjisinin 

alınması,  texniki  xidmət  və  binanın  təmiri,  digər 

avadanlıqlara  çəkilən  xərclər,  icarə  və  maşın 

avadanlığı  xərcləri,  bütün  maşınlara  (kompüterlər 

də daxil olmaqla) texniki xidmət və təmir xərcləri 

bura daxil edilir. 

 

BĐNA  VƏ  AVADANLIQLARIN  ĐSTĐS-



MARI  ĐLƏ  ƏLAQƏDAR  ĐSTEHSAL 

XƏRCLƏRĐ

 - aşağıdakılardan ibarətdir: 

Bina xərclərinə aşağıdakılar daxildir: 

-  icarə,  qızdırma,  elektrik,  texniki  xidmət  üzrə 

enerji və binanın təmiri xərcləri; 

- əməliyyat lizinqlərinə görə ödəmələri; 



Avadanlıq xərclərinə aşağıdakılar daxildir: 

- texniki xidmət və bütün maşınların (kompüterlər 

də  daxil  olmaqla)  təmiri  və  icarəsinə  görə 

ödəmələr; 

- maşınların lizinq əməliyyatlarına görə ödəmələr. 

Bu  göstərici  “Əmtəə  və  xidmətlərin  alınması” 

göstəricisinin bir hissəsi hesab edilir. 

 

BĐNALARIN  ĐSTĐSMARINDAN  DÖV-



RĐYYƏ

  –  iqtisadi  fəaliyyət  növləri  təsnifatının 

müvafiq  bölməsində  təsnif  olunan,  tikililərə  aid 

olan  və  tikinti  obyektlərinin  növləri  təsnifatında 

bina 

kimi 


təsnifləşdirilən 

obyektlərin 

istismarından  əldə  olunan  dövriyyənin  bir 

hissəsidir.  

Bu  göstəriciyə  subpodrat  münasibətlər  obyekti 

olan  əmtəə  və  xidmətlərin  satışından  alınan 

dövriyyə  daxildir.  Alınmış  vəziyyətdə,  emal 

edilmədən  təkrar  satılmaq  üçün  alınan  əmtəə  və 

xidmətlər dövriyyəsi istisna edilir. 

Binaların 

istismarından 

dövriyyə 

şirkətin 

hesablarında  ayrıca  verilə  bilməz.  Bu  göstərici 

“Xalis  dövriyyə”nin  və  “Đstehsal  fəaliyyətindən 

digər gəlirlər”in bir hissəsidir. 

 

BĐNALARIN  TĐKĐLMƏSĐNƏ  VƏ  YENĐ-

DƏN QURULMASINA QOYULAN ÜMU-

MĐ    ĐNVESTĐSĐYALAR

  –  hesabat  dövrü 

ərzində  yeni  binaların  tikilməsinə,    yenidən 

qurulmasına  və  genişləndirilməsinə  sərf  olunan 

məsrəfləri  xarakterizə  edən  göstəricidir.  Mövcud 

kapital (tikinti) mallarının xidmət müddətini və ya 

istehsal  gücünü  artıran  dəyişikliklərə,  əlavələrə, 


 

68 


yaxşılaşdırmalara  və  yeniləşdirmələrə  çəkilən 

xərcləri özündə  birləşdirir.  

Đnvestisiyalara  daxildir:  su  təchizatı,  mərkəzi 

istilik, havanın kondisiyalaşdırılması, işıqlandırma 

və  s.  kimi  daimi  əsasda  fəaliyyət  göstərən  

qurğulara  sərf  edilmiş  investisiyalar,  həmçinin 

neft  quyularının  qazılması,  şaxtaların  istismarı, 

boru  kəmərlərinin,  enerji  ötürücü  xətlərinin,  qaz 

borularının  və  dəmir  yollarının  çəkilməsi,  liman 

tikililərinin,  şosse    yollarının,  körpülərin,  kəsişən 

yolların  üstündən  keçən  körpülərin,  drenaj 

sistemlərinin    və  digər  obyektlərin  tikintisi  ilə 

bağlı məsrəflər.  

Texniki 


xidmətə 

çəkilən 


cari 

xərclər 


investisiyalara daxil edilmir. 

Binaların  tikilməsinə  və  yenidən  qurulmasına 

qoyulan  ümumi  investisiyalar  “Maddi  mallara 

qoyulan  ümumi  investisiyalar”  göstəricisinin  bir 

hissəsidir.  

 

BĐNALARIN  VƏ  DĐGƏR  DAŞINMAZ 

MÜLKĐYYƏTĐN  TĐKĐNTĐSĐ  VƏ  YA 

YENĐDƏN  QURULMASI

 

“Daşınmaz 

əmlakın  alışı”  maddəsinin  altbölməsidir.  Bu 

maddə  hesabat  ilinə  aid  olan  binaların  tikinti  və 

yenidən  qurulması  xərclərini,  həmçinin  mövcud 

daşınmaz mülkün genişləndirilməsi, konversiyası, 

modernləşdirilməsi  və  təmiri,  faydalı  xidmət 

müddətinin uzadılması üzrə işlərə çəkilən xərcləri 

birləşdirir. 

 

BĐOLOJĐ  TƏBĐĐ  EHTĐYATLAR



  –  təbii, 

becərilməyən  bitki  ehtiyatlarıdır  (meşə,  kolluqlar 

və  s.),  heyvan  aləmi  ehtiyatlarıdır  (vəhşi 

heyvanlar, vəhşi quşlar, balıqlar və s.). Bunlara bir 

dəfə  və  dəfələrlə  məhsul  verən  bitkilər  və 

heyvanlar  aiddir.  Đnsanlar  onların  məhsulundan 

istifadə edirlər, lakin onların təbii artımı və bərpa 

olunması  insanların  birbaşa  nəzarəti,  idarəçiliyi 

olmadan baş verir. Yalnız iqtisadi məqsədlər üçün 

istifadə  olunan  və  yaxın  gələcəkdə  istifadə 

olunacaq təbii bioloji ehtiyatların uçotu aparılır. 

 

BĐOMETRĐK  TƏHLĐL



  (uşaq  ölümünün)  – 

kiçik  uşaq  yaşlarında,  başlıca  olaraq  ömrünün 

birinci  ilində  ölümün  təhlili  metodudur,  bütün 

ölüm  hallarını  endogen,  yəni  uşaq  orqanizminin 

quruluşundakı  xüsusiyyətlərə,  anadangəlmə  və 

irqi  xəstəliklərlə  və  s.  bağlı  və  ekzogen  – 

orqanizmə  xarici  təsirlərlə  bağlı  növlərə  bölməyə 

imkan verir.  

Biometrik  təhlil  ölümün  səbəbləri  haqqında 

məlumatlardan  istifadə  etmir,  ölüm  hadisələrinin 

ömrün  birinci  ilinin  ayları  üzrə  bölünməsinə  

əsaslanır.  Nəzərdə  tutulur  ki,  endogen  ölüm 

birinci  ayda  təmərküzləşir,  ekzogen  isə  yaş 

artdıqca,  uşaq  orqanizmi  inkişaf  etdikcə  elə  aşağı 

düşür  ki,  doğulanların  ilkin  məcmusunda  x  gün 

yaşında  ölənlərin  cəmləşdirilmiş  sayı  empirik 

düsturla  (D

x

=a+bln

3

(x+1))  tapılır,  yaxud  1  illik 

yaş üçün: D



x

=a+bln

3

366 olur. Burada a kəmiyyəti 

1  illik  yaşa  görə  endogen  səbəblər  üzündən 

ölənlərin  sayına  bərabərdir.  Doğulanların  sayı 

praktikada  hər  hansı  bir  sabitə  bərabər  götürülür. 

Məsələn, 1000, yaxud 100 000, onda a və bln

3

366 



endogen,  ekzogen  səbəblərdən  ömrünün  birinci 

yaşında ölüm ehtimalı müvafiq vahidlərlə ölçülür, 



a+bln

3

366 

– 

körpələrin 



ölüm 

əmsalıdır

Parametrlərin  a  və  b  seçilməsi,  yaxud  qrafik 

çəkilməklə  (ölüm  əyrilərinin  çəkilməsi  yolu  ilə), 

yaxud  hər  hansı  bir  statistik  meyara  əsasən, 

məsələn,  ən  kiçik  kvadratlar  metodu  ilə  aparılır. 

Komponent  a  körpələrin  ölüm  əmsalına  nisbətən 

kiçik olan əhali üzrə 1000 doğulanların 7-dən 20-

dək, bln


3

366 kəmiyyəti – 0-dan 50-dək olur. 



 

BĐRDƏFƏLĐK MÜŞAHĐDƏ

 – yalnız bir dəfə 

üçün  təşkil  olunan  və  ya  dövriliyinə  ciddi  əməl 

edilmədən  müəyyən  vaxtdan  bir  aparılan  və 

keçirilməsi  üçün  xüsusi  proqram  hazırlanan 

statistik müşahidədir. 

 

BĐR  DOLLARLIQ  ÜDM-ə  (ALICILIQ 



QABĐLĐYYƏTĐ 

PARĐTETĐ 

ÜZRƏ) 

ENERJĐ  SƏRFĐ  (NEFT  EKVĐVALENTĐ 

ÜZRƏ  KĐLOQRAMLA)

  (Minilliyin  bəyan-

naməsində  əks  olunmuş  inkişaf  göstəricilə-

rindən) - kommersiya məqsədləri üçün sərf edilən 

enerjini əks etdirir və neft ekvivalenti vahidində 1 

dollar  ÜDM  ilə  ölçülür  ki,  bu  da  öz  növbəsində 

alıcılıq  qabiliyyətinin  pariteti  amilinin  tətbiq 

edilməsi  ilə  onun  milli  valyuta  səviyyəsində 

konsertasiyası yolu ilə əldə edilir.  

Kommersiya  məqsədi  ilə  sərf  edilən  enerjinin 

ümumi həcmi 1 ton neft ekvivalentinə uyğun olan 

standart  cədvəllər  üzrə  hesablanır.  Dəyişməz 

qiymətlərlə  istehsalın  həcminin  sərf  edilən 

enerjinin  real  həcmi  ilə  müqayisə  edilməsi 

məqsədi  üçün,  ÜDM-ə  dair  məlumatlar  AQP 

(alıcılıq qabiliyyətinin pariteti) cədvəllərinə uyğun 

olaraq 


hesablanmalıdır. 

ÜDM 


haqqında 

ümummilli  rəqəmlər  beynəlxalq  müqayisələr 

Layihəsi  materialları  əsasında  hesablanan  AQP 

cədvəllərinə  (hazırda  AQP-nin  səviyyəsi  1995-ci 

ilin  ABŞ  dollarının  kursu  ilə  götürülür)  uyğun 

olaraq  təshih  edilir.  Əmsal  enerji  xərclərinin 

ÜDM-ə bölünməsi ilə hesablanır. 

 

BĐR 

ĐŞÇĐYƏ 

DÜŞƏN 

TƏQVĐM 

GÜNLƏRĐ  FONDU

  (“Təqvim  günü  fondu”na 

bax). 

 


 

69

BĐR  kBt  MÜƏYYƏN  EDĐLMĐŞ  GÜCDƏ 



ELEKTRĐK  ENERJĐSĐNĐN  HƏCMĐ

  – 

enerji 


qurğuları 

sistemlərinin, 

elektrik 

stansiyalarının,  onların  qruplarının  və  yaxud 

ümumilikdə  elektroenergetikanın  enerji  gücündən 

istifadəsini xarakterizə edən göstəricidir. Adətən il 

üzrə 

istehsal 



olunmuş 

elektrik 

enerjisinin 

miqdarını 

elektrik 

stansiyalarının 

müəyyən 

edilmiş  orta  illik  gücünə  bölməklə  hesablanır  və 

müəyyən edilmiş orta illik gücdən istifadə edilmiş 

saatların sayını əks etdirir.  



 

Bir  kvt.  saat  ELEKTRĐK  ENERJĐSĐNƏ 

SƏRF  OLUNAN  YANACAĞIN  XÜSUSĐ 

ÇƏKĐSĐ

  –  bütün  istilik  elektrik  stansiyalarında 

şərti  yanacağın  qramla  müəyyən  olunan  və 

elektrik  enerjisinin  texnoloji  sxemi  ilə  qəbul 

olunmuş faydalılığını səciyyələndirən göstəricidir. 

Bu  göstərici,  istilik-elektrik  stansiyasının  1  kvt. 

saat elektrik enerjisinin istilik ekvivalentinin şərti 

yanacaq  vahidinin  istilik    tutumuna  nisbəti  kimi 

faydalılıq  güc  əmsalının  (FGƏ)  tam  faydalılığını 

müəyyən etməyə imkan verir. 

 

Bir  kv.m  ĐSTEHSAL  SAHƏSĐNDƏN 

MƏHSUL  GÖTÜRÜLMƏSĐ

 

– 

istehsal 



binalarının və onlarda qurulan avadanlığın istifadə 

edilmə 


səviyyəsini 

xarakterizə 

edən 

ümumiləşdirici  göstəricidir.  Məhsulun  verilən 



dövr  üçün  natura  və  ya  pul  ifadəsində  həcminin, 

sexin  və  ya  bütövlükdə  müəssisənin  istehsal 

sahəsinə bölünməsi ilə hesablanır. Bu səviyyələrin 

statistikada 

və 

ya 


dinamikada 

qarşılıqlı 

müqayisəsi 

ilə 


ayrı-ayrı 

sexlərin 

və 

ya 


müəssisələrin istehsal sahələrinin istifadə dərəcəsi 

müəyyən edilir. 



 

BĐR  MANATLIQ  TĐKĐNTĐ  VƏ  QURAŞ-

DIRMA  ĐŞLƏRĐNƏ  ÇƏKĐLƏN  XƏRCLƏR  – 

tikinti  məhsullarının  maya  dəyərinin  və  tikinti 

istehsalının  səmərəliliyinin  öyrənilməsində  tətbiq 

edilən  göstəricidir.  Bu  xərclərin  səviyyəsi 

müəssisənin  öz  gücü  hesabına  yerinə  yetirdiyi 

tikinti  və  quraşdırma  işlərinin  maya  dəyərinin 

müqavilə 

qiyməti 


üzrə 

müəyyənləşdirilmiş 

dəyərinə bölünməsi ilə hesablanır.  

 

BĐR 

MƏNZĐLDƏ 

YAŞAYANLARIN 

SAYI  VƏ  YA  BIR  ADAMA  DÜŞƏN 

ORTA  YAŞAYIŞ  SAHƏSĐ

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  bir  mənzildə  yaşayanların 

sayı  və  ya  bir  adama  düşən  orta  yaşayış  sahəsi 

sakinlərin sıxlığını  qiymətləndirən  göstəricilərdən 

biridir.  Bir  mənzildə  yaşayanların  sayı  –  ev 

təsərrüfatının 

hər 


bir 

üzvünə 


düşən 

bu 


təsərrüfatdakı  otaqların  sayıdır.  Hər  bir  nəfərə 

düşən  orta  yaşayış  sahəsi  (kvadrat  metrlə)  –  bu, 

orta hesabla hər bir sakinə düşən yararlı sahədir. 



Otaqların  sayına  mətbəx,  vanna  otağı,  ayaqyolu, 

eyvan,  iş  və  təsərrüfat  otaqları  və  kirayə  verilən 

otaqlar daxil edilmir. 

Ümumi  yaşayış  sahəsinə  mətbəx,  vanna  otağı, 

daxili  dəhlizlər  və  kiçik  anbarlar  da  daxildir. 

Buraya  həmçinin  dəhlizlər,  daxili  həyətciklər  və 

ya şüşəbəndlər kimi ümumi istifadə üçün nəzərdə 

tutulmuş  yerlər  (əgər  onlar  yeməyin  hazırlanması 

və  ya  qəbul  edilməsi,  yatmaq  və  digər  ev 

məşğuliyyətləri  üçün  istifadə  olunursa)  də 

daxildir.  

Bir  mənzildə  yaşayanların  sayı  ev  təsərrüfatında 

yaşayanların  sayının  onlar  tərəfindən  tutulan 

otaqların  ümumi  sayına  bölünməklə  hesablanır. 

Bu  göstərici  aşağı  olduqda,  sıxlıq  da  aşağı  olur. 

Adambaşına  düşən  orta  yaşayış  sahəsi  ümumi 

sahənin 


(kvadrat 

metrlə) 


ev 

təsərrüfatının 

tərkibinə  daxil  olan  şəxslərin  sayına  bölünməklə 

hesablanır.  Bu  göstərici  aşağı  olduqda,  sıxlıq  da 

yuxarı olur. 

 

BĐR 



NEÇƏ 

MALĐYYƏ 

ĐLĐ 

ÜZRƏ 

BÖLÜŞDÜRÜLƏN  XƏRCLƏRĐN  NƏ-

ZƏRDƏ  TUTULMASI

  –  onların  istehsal 

olunduğu  maliyyə  ili  ərzində  tam  ödənilməsi 

mümkün  olmaya  biləcək,  gözlənilən  xərclərin 

nəzərdə tutulmasıdır.  

Məsələn, 

əsaslı 


təmirə 

xərclərin 

nəzərdə 

tutulması.  Bununla  yanaşı,  aşağıdakı  xərclərə 

əməl olunmalıdır:  

-  nəzərdə  tutulmuş  vəsait  bir  neçə  il  üzrə 

bölüşdürülmüş əsas xərcləri ödəməlidir, həmçinin 

texniki xidmətlərə və cari təmirə cari xərclər kimi 

də baxmaq olar; 

- vəsaitlərin xərclənməsi, aktivlərin ehtimal edilən 

faydalı  xidmət  müddətindən  və  əsaslı  təmir  üzrə 

planlaşdırılan  əsas  işlərdən  asılı  olaraq,  onların 

şirkət  tərəfindən  alınmasından  sonra  dərhal 

nəzərdə tutulmalıdır. 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin