REGĐONAL ĐQTĐSADĐYYAT
– iqtisadiyyat
elmi sahəsi, ictimai istehsalın ərazi üzrə təşkili
qanunauyğunluqlarını və fəaliyyət mexanizmini
öyrənir. Ayrı-ayrı regionların və ərazi-istehsal
kompleksləri təsərrüfatlarının inkişafı ilə bağlı
iqtisadi hadisə və prosesləri tədqiq edir.
REGĐONUN YÜK DÖVRĐYYƏSĐ
– hər
hansı regiondan göndərilən və regiona gətirilən
yüklərin
miqdarıdır.
Regiondan
yüklərin
göndərilməsi nəqliyyat vasitələrinə qəbul olunan
məhsulların həcmini, həmçinin bu məhsulların
istehsalının regionun ərazisi üzrə yerləşdirilməsini
xarakterizə edir. Yüklərin regiona gətirilməsi
istehlakla
(tələbatla)
bağlıdır
və
regionun
xammalla, yanacaqla, materiallarla və s. mallarla
təmin olunmasını xarakterizə edir.
REGĐSTR
– (I) - vahidlərin (müşahidə
obyektlərinin) siyahısıdır. Vahidlərin uçotunu və
identifikasiyasını təmin edən məlumat sistemidir.
(II)
–
ixtisaslaşdırılmış
hüquqi
registrləri
(məsələn, ticarət registri) adlandırmaq üçün tez-
tez istifadə olunan termindir. Vahidlərin bütün
məcmusunun tam və aktuallaşdırılmış siyahısıdır.
REGĐSTR
GÖSTƏRĐCĐS
Đ
–
registr
obyektinin kəmiyyət xarakteristikasıdır.
REGĐSTR MÜŞAHĐDƏSĐ
– statistik registrin
aparılmasına əsaslanan müşahidədir.
REGĐSTRDƏ UÇOT KARTI
– özündə
rekvizitlər məcmusunu əks etdirən, registr
obyektinin identifikasiyası üçün müəyyən edilmiş
və müəyyən qaydada kağız və ya maqnit
daşıyıcılarda
yerləşdirilmiş
sənədin
unifikasiyalaşdırılmış formasıdır.
REGĐSTRĐN AKTUALLAŞDIRILMA
SI –
registr subyektləri haqqında məlumatların doğru
(aktual) vəziyyətdə saxlanması məqsədi ilə
onlarda dövri dəyişikliklərin aparılmasıdır.
REGĐSTRĐN
APARILMASI
–
registr
subyektləri haqqında olan məlumatların düzgün
(səhih) vəziyyətdə saxlanmasıdır.
REĐMMĐQRASĐYA
(lat. re – ön şəkilçidir,
burada əks hərəkət deməkdir və immiqrasiya) –
immiqrasiya nəticəsində gəlmiş şəxslərin ölkədən
əks axınıdır.
REKLAM
- tələbatın formalaşdırılması üçün
istehlakçılara
təsirin
marketinq
üsuludur,
həmçinin informasiya-tanışlıq funksiyasını yerinə
yetirir. Reklam - kütləvi informasiya vasitələri və
ayrı-ayrı nəşrlər vasitəsi ilə, həmçinin ticarət
müəssisələrinin, sərgi, təqdimat, piştaxtaların
tərtibatı, məhsullara əlavələrin edilməsi, təbliğat
və məsləhət fəaliyyəti yolu ilə satıcıların alıcılara
pullu və dolayı müraciətidir. Reklamın təsir
formaları əmtəənin cəlbedici xarici görünüşü,
onun
dizaynı
və
firma
qablaşdırılmasıdır.
Reklamın yayılması və səmərəliliyi statistik
metodlarla öyrənilir.
REKLAM TURLARI
- turagentliklərin və (və
ya) aviaşirkətlərin işçilərini hər hansı bir turist
marşrutları və turist mərkəzləri ilə tanış etmək
məqsədilə təşkil edilmiş pulsuz və ya güzəştli
turlardır.
REKLAMASĐYA
(şikayət, iddia)
-
turların
satışı ilə məşğul olan firmanın ofisinə dəyəri
ödənilmiş və təqdim olunmuş xidmətlərin turun
tərkibində göstərilənlərə uyğun gəlmədiyi halda,
turist tərəfindən göndərilmiş şikayət ərizəsidir.
Reklamasiya əsasında protokol tərtib olunur və
uyğunsuzluq
faktı
sübut
olunarsa,
zərərin
kompensasiya olunması nəzərdə tutulur.
REKURRENT ƏLAQƏ
– onun ilk (birinci)
üzvlərindən axırıncı üzvlərinədək ardıcıllıqla
bütün üzvlərini müəyyən etməyə imkan verən
düsturdur. Ardıcıllıq üzvü kimi say, funksiya,
vektor, matris və s. çıxış edə bilər. Rekurrent
əlaqəsi iterasiya alqoritminin əsası kimi müvəqqəti
sıraların parametrlərinin qiymətləndirilməsində
və ekonometrik modellərin qurulmasında tətbiq
edilməyə başlanmışdır.
REKURSĐV MODEL
– ekonometrik modelin
tipik olmayan fərdi halıdır. Rekursiv modeldə
dəyişən
endogenlər
arasındakı
səbəb-nəticə
əlaqələri geriyə əlaqə olmadan dəqiq ardıcıllıq
yaradır,
parametrlərin
matrisaları
üçbucaqlı
şəklində
olur,
təsadüfi
kənarlaşmalar
isə
korrelyasiya olunmur. Rekursiv model üçün adi
ən kiçik kvadratlar metodunun tətbiqi əsaslı
qiymətləndirməyə səbəb olur.
REQRESSĐV TƏHLĐL
– nəticə əlamətinin
səbəb
əlamətindən
asılılığının
forma
və
xüsusiyyətləri tədqiq olunan riyazi statistikanın
istiqamətidir. Reqressiv təhlilin tətbiqinin nəticəsi
reqressiv model və ya reqressiya tənliyidir.
Reqressiv
təhlil
özündə
bu
modelin
parametrlərinin və alınan nəticələrin etibarlılığının
qiymətləndirilməsi metodlarını birləşdirir.
REQRESSĐYA
– asılı Y dəyişəninin, sərbəst
dəyişənlərin verilən qiymətlərindən asılılığını
553
göstərən (χ
1
, χ
2
, ... χ
k
sərbəst dəyişənlərdir) f
(χ
1
, χ
2
, ... χ
k
) funksiyasıdır.
Ümumi halda,
reqressiya
funksiyasının
təsviri
üçün
asılı
dəyişənlərin
paylanması
qanununu
bilmək
vacibdir.
Đqtisadi hadisələrin statistik təhlili
təcrübəsində adətən belə məlumatlara malik
olmurlar.
Buna görə də, paylanma üçün statistik
müşahidə (seçmə müayinə) nəticəsində alınan
ilkin statistik məlumatlara əsaslanan oxşar
approksimasiyaların (yaxınlaşmaların) axtarışı ilə
kifayətlənirlər.
Reqressiyanın
funksiyalarının
qiymətlərinin ilkin statistik məlumatlara görə
bərpa məsələsinin həlli üsullarından asılı olaraq,
ortakvadrat,
median,
minimaks
və
s.
reqressiyalara bölünür.
RENTA
– sahibkarın sahibkarlıq fəaliyyəti ilə
bağlı
olmayan,
əmlakdan
(əmlak
rentası),
torpaqdan (torpaq rentası), kapitaldan müntəzəm
əldə etdiyi gəlir növüdür. Bir çox ölkələrdə dövlət
istiqrazları üzrə ödənilən faizlər də renta adlanır.
RENTABELLĐK
- müəssisələrdə, birliklərdə
və iqtisadi fəaliyyət sahələrində istehsalın iqtisadi
səmərəliliyinin əsas göstəricilərindən biridir.
Müəyyən dövr ərzində fəaliyyətin son iqtisadi
nəticəsini xarakterizə edir və əldə olunmuş
mənfəətin əsas fondlara və dövriyyə vasitələrinə
qoyuluşun kəmiyyətinə nisbəti ilə müəyyən edilir.
Rentabelliyin aşağıdakı göstəriciləri tətbiq olunur:
ümumi rentabellik – balans mənfəətinin istehsal
fondlarının orta dəyərinə nisbəti; məhsulların
rentabelliyi – məhsul və xidmətlərin satışından
əldə olunan mənfəətin, onların istehsalı və satışına
çəkilmiş xərclərin həcminə nisbəti; istehsal
olunmuş məhsulun rentabelliyi – buraxılış
qiymətləri ilə (ƏDV və aksizsiz) hesablanmış
məhsulun (işlərin, xidmətlərin) həcmindən maya
dəyərini çıxmaqla, məhsul istehsalından əldə
olunan mənfəətin məhsul istehsalının maya
dəyərinə nisbəti.
REPATRĐASĐYA
(keçmiş lat. repatriatio –
vətənə qayıdış) – hərbi əməliyyatlar və s. məcburi
şərtlər nəticəsində vətəndən kənarda olan hərbi
əsirlərin və mülki şəxslərin, həmçinin vətəndaşlıq
hüquqlarının bərpası ilə emiqrantların vətənə (çox
vaxt mütəşəkkil) qayıtmasıdır. Repatriasiya ikinci
dünya müharibəsindən sonra ilk illərdə, sonra –
1960-80-ci illərdə Asiyanın və Afrikanın bir sıra
rayonlarında hərbi münaqişələrlə bağlı geniş vüsət
almışdı.
REPREZENTATĐVLĐK (TƏMSĐLÇĐLĐK)
XƏTASI
– seçmə məcmunun və baş məcmunun
öyrənilən əlamətlərinin qiymətləri (göstəriciləri və
ya xüsusiyyətləri) arasındakı kənarlaşmadır.
Təsadüfi və sistematik xətalar fərqləndirilir.
Təsadüfi reprezentativ xəta - seçmə statistik
müşahidə zamanı seçmə məcmu baş məcmunu
lazımi qədər dəqiq təsvir (təmsil) etmədikdə
əmələ gəlir. Reprezentativ xətanın qiymətinin
müəyyən edilməsi zamanı qeydiyyat xətasının 0-a
bərabər olması qəbul edilir. Reprezentativ xətanın
hesablanması xüsusi düsturla aparılır (“Orta
seçmə xəta”ya bax). Sistematik reprezentativ xəta
seçmə müşahidə üçün baş məcmunun vahidlərinin
seçilməsi qaydalarının (qərəzsiz, qəsdən olmayan
seçim) pozulması nəticəsində əmələ gəlir.
Sistematik
reprezentativ
xəta
müşahidənin
nəticələrini tam yararsız hala sala bilir.
REPRODUKTĐV DÖVR
(GENERATĐV
DÖVR, NƏSĐL VERMƏ DÖVRÜ)
– qadının
həyatının uşaq doğmağa qadir olan hissəsidir.
Demoqrafiyada reproduktiv dövrün uzunluğu
reproduktiv yaşın sərhədlərinin göstərilməsi ilə
xarakterizə olunur. Hər bir qadının həyatında
reproduktiv
dövr
birinci
menstruasiyanın
(menarxe) olması ilə başlayır və menopauza ilə
başa çatır. Demoqrafiyada reproduktiv dövrün
başlanması şərti olaraq 15 yaş, başa çatması isə 50
yaş qəbul olunur. Bu yaş dövrünün qadınları üçün
müxtəlif doğum əmsalları hesablanır. Qadınların
həyat
səviyyəsinin
və
sağlamlığının
yaxşılaşdırılması reproduktiv dövrün uzunluğunun
artmasına səbəb olur. Reproduktiv dövrün həqiqi
uzunluğu
qadının
reproduktiv
dövrün
hüdudlarında faktiki nikahda olmasından asılıdır.
Uşaq
doğumuna
praktiki
məhdudiyyət
qoyulmayan əhalidə reproduktiv dövrün həqiqi
uzunluğunun
artması
doğumların
sayının
artmasına gətirib çıxarır; uşaq doğumunun
ailədaxili məhdudlaşdırılması, geniş yayılmış
əhalidə reproduktiv dövrün həqiqi uzunluğunun
artması doğumun sayına az təsir göstərir.
Reproduktiv dövrdən qadının həyatında uşaq
doğma fərqləndirilməlidir.
REPRODUKTĐV YAŞ
(“fertil” yaşı ifadəsini
işlətmək tövsiyə olunmur) – uşaq doğmağa qadir
olan qadının yaşıdır. Demoqrafiyada reproduktiv
yaş sərhədinin göstərilməsi ilə reproduktiv dövrün
uzunluğu xarakterizə olunur. Bir qayda olaraq,
reproduktiv yaş anlayışı altında qadınlar üçün 15–
49 yaş, doğum səviyyəsi aşağı olan ölkələrdə
bəzən 15–44 yaş (bütöv illərlə) başa düşülür.
Doğulanların ümumi sayı və ümumi doğum
əmsalının kəmiyyəti reproduktiv yaşda olan
qadınların payından asılıdır. Bu pay nə qədər çox
olsa, bir o qədər doğulanların ümumi sayı və
ümumi doğum əmsalı çox olar. Reproduktiv yaşda
554
olan qadınlar üçün müxtəlif doğum göstəriciləri
hesablanır ( “Doğum əmsalları”na bax).
RESĐDĐVĐST
CĐNAYƏTKARLIQ
–
məhkəməyə düşməsi üstündən götürülməmiş və
ya kəsilən məhkəmə cəzası qurtarmamış şəxslər
tərəfindən törədilmiş qəsdən cinayətlərin cəmidir.
RESTĐTUSĐYA
(latincada
restitutio-
pozulmuş hüququ bərpa etmə, zərəri ödəmə
deməkdir) – 1) tərəflər arasında bağlanmış saziş
etibarsız sayıldıqda müqavilə ilə əldə edilmiş pul
və malın qarşılıqlı qaytarılmasıdır. Əgər mal və
qiymətliləri
natura
formasında
qaytarmaq
mümkün deyilsə, onda onların dəyəri pul
formasında ödənilir. Əgər müəyyən edilsə ki,
sazişin pozulmasında yalnız bir tərəf günahkardır,
onda restitusiya birtərəfli qaydada həyata keçirilir
və vəsaitləri yalnız günahkar tərəf qaytarır; 2)
işğalçı dövlət tərəfindən qanunsuz zəbt edilmiş və
qarət edilmiş mülkiyyətin qaytarılmasıdır; 3)
özəlləşdirilmə və milliləşdirmə zamanı yaşayış
evlərinin, binaların, tikililərin və bir sıra
müəssisələrin əvvəlki sahiblərinə qaytarılması
prosesidir. Hüquqi cəhətdən restitusiya haqqında
qanunvericiliklə müəyyənləşdirilir.
REVALVASĐYA
– valyuta məzənnəsinin digər
ölkələrin valyutalarına nisbətən və ya beynəlxalq
pul vahidinə nisbətən artmasıdır, yəni bu və ya
digər valyutanın paritetinin dəyişməsidir. Adətən,
revalvasiya qanunvericilik qaydasında baş verir,
bu da yeni pariteti və baza dəyəri ətrafında enib-
qalxmaların mümkün sərhədlərini müəyyən edən
hüquqi aktların rəsmi mövcudluğunu tələb edir.
Revalvasiyadan
daxili
pul
dövriyyəsinin
stabilləşdirilməsi və inflyasiya dövrlərindən sonra
pulun alıcılıq qabiliyyətinin yüksəldilməsi üsulu
kimi istifadə olunur.
Revalvasiya ixracın dəyərinin bahalaşmasına və
idxalın ucuzlaşmasına səbəb olur.
REZĐDENT
(fransızca
resident,
latınca
residens – öz yerində qalan) – 1) müəyyən ölkədə
daimi məskunlaşma yerinə malik olan fiziki və ya
hüquqi şəxsdir. Beynəlxalq hüquqa əsasən
rezident anlayışı milli mənsubluğa əsaslanmır.
Əsas meyar iqtisadi maraq mərkəzi hesab edilir.
Ölkədə vergi ilinin 12 ayından az olmamaq şərti
ilə yaşadığı və orada özünün həyati və ya işgüzar
maraqlara malik olduğu halda, fiziki şəxsə
rezident kimi baxılır. Bir neçə spesifik vəziyyət
mövcuddur ki, bu zaman rezidentlik anlayışı
xüsusi şəkildə müəyyən olunur. Ərazi anklavları
(hərbi
bazalar,
səfirliklər
və
s.)
qeyri-
rezidentlərdir, çünki onların iqtisadi maraq
mərkəzi, onların bu anklavlarda nə qədər uzun
müddətdə işləmələrindən asılı olmayaraq, başqa
ölkədə yerləşir. Tələbələr xaricdə nə qədər uzun
müddətə oxumalarından asılı olmayaraq, öz
ölkələrinin rezidenti sayılırlar. Bu, həm də xaricdə
müalicədə olan xəstələrə də aid edilir; 2) orta
əsrlərdə göndərildiyi dövlətlərdə daimi qalan
xarici diplomatik nümayəndə olmuşdur; 3)
metropoliyanın protektoratdakı nümayəndəsidir;
4)
kəşfiyyatın
xarici
ölkədə
yaşayan
nümayəndəsidir; 5) Azərbaycan Respublikasının
Vergi Məcəlləsinə görə, aşağıda göstərilən
tələblərin birinə cavab verən istənilən fiziki
şəxsdir: a) təqvim ilində başa çatan hər hansı
ardıcıl olan 12 aylıq dövr ərzində üst-üstə 182
gündən artıq vaxtda həqiqətən Azərbaycan
Respublikasının ərazisində olanlar; b) təqvim ili
içərisində, yaxud bir təqvim ili ərzində xarici
ölkədə
Azərbaycan
Respublikasının
dövlət
xidmətində olanlar; Azərbaycan Respublikasının
ərazisində və ya hər hansı xarici ölkədə fiziki
şəxsin olma müddəti 182 gündən artıq olmadıqda,
həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən
meyarla Azərbaycan Respublikasının rezidenti
sayılır: daimi yaşayış yeri; həyati mənafelərinin
mərkəzi; adətən, yaşadığı yer; Azərbaycan
Respublikasının vətəndaşlığı.
RƏHBƏRLĐK TƏRƏFĐNDƏN NƏZARƏT
– şirkətin fəaliyyət göstərməsi haqqında təsəvvürə
imkan verən dövri məlumatların rəhbərliyə
çatdırılması məqsədi ilə bir sıra tədbirlərin həyata
keçirilməsidir. Bu məlumatların keçən ilin
məlumatları və ya proqnozlaşdırılan məlumatlarla
müqayisəsi yolu ilə rəhbərlik mövcud vəziyyəti
daha yaxşı təsəvvür edir və tez bir zamanda
düzgün vacib təshihedici tədbirlər həyata keçirə
bilir.
RƏQABƏT
(latınca
concurrere
-
rəqib
deməkdir) – şəxsi və ictimai maraqların
eyniliyinin baş verməsinə əlverişli şərait yaradan,
bazar iqtisadiyyatında əsas nəzarət mexanizmidir.
Müəssisə və ehtiyat tədarükçülərinin mənfəət əldə
etmə səbəblərini elə ifadə edir ki, ehtiyatlardan
səmərəli
istifadə
edilməsində
cəmiyyətin
maraqları
stimullaşdırılır.
Rəqabət
bazarda
müxtəlif formalarda meydana gəlir və müxtəlif
metodlarla həyata keçirilir. Eyni bir tələbatı
ödəyən, ancaq qiymətinə, keyfiyyətinə və
çeşidlərinə görə bir-birindən fərqlənən əmtəələri
istehsal
edən
və
bazarda
satan
əmtəə
istehsalçılarının rəqabət apardıqları sahədaxili
rəqabət; əhalinin alıcılıq qabiliyyəti tələbinə görə
rəqabətlə xarakterizə olunan (yəni müxtəlif
konkret tələbatı ödəyən əmtəələr rəqabət aparır)
sahələrarası rəqabət ola bilər. Həyata keçirilmə
metodlarına
görə
qiymət
və
qeyri-qiymət
555
rəqabətləri
fərqləndirilir.
Qiymət
rəqabəti
əmtəələrin
satışını
və
ya
xidmətlərin
göstərilməsini digər bazar agentlərinə nisbətən
daha aşağı qiymətlə nəzərdə tutur. Qiymətlərin
aşağı salınması istehsal xərclərinin ixtisar
edilməsi, yaxud gəlirin azaldılması hesabına
mümkündür. Rəqabət mübarizəsi prosesində bəzi
firmalar
rəqiblərini
bazarın
müəyyən
seqmentlərindən sıxışdırıb çıxartmaq üçün gəlirin
əldə edilməsindən tamamilə imtina edirlər. Qeyri-
qiymət
rəqabəti
daha
yüksək
keyfiyyətli
(erqonomik, ekoloji göstəricilər, təhlükəsizlik
daxil edilməklə), yaxşılaşdırılmış dizaynlı, daha
geniş çeşidli əmtəələrin təklif edilməsini nəzərdə
tutur. Fəaliyyətdə olan bazar agentlərinin (satıcı
və alıcıların) sayına görə, iqtisadi nəzəriyyədə
başa
çatmış
və
başa
çatmamış
rəqabət
fərqləndirilir. Başa çatmış rəqabət bütün bazar
iştirakçılarının bərabər bazar gücünü (üstünlük
təşkil etmənin olmamasını) nəzərdə tutur, yəni
satıcı və alıcılar sərbəst şəkildə bazara daxil ola və
oranı tərk edə bilər. Real həyatda belə vəziyyətə
nadir hallarda rast gəlinir. Adətən, alıcı və
satıcıların bazara təsiri yalnız məhsulun qiyməti
vasitəsilə baş verir. Bu halda başa çatmamış
rəqabət baş verir.
Rəqabət
müəssisələr
arasında
bazar
münasibətlərinin
formalaşmasının
əsas
şərtlərindən biridir. Təsadüfi surətdə müəssisələr
seçir.
Onların
bir
hissəsinin
mövqeyinin
möhkəmləndirilməsinə məcbur edilir, digərləri isə
iflasa uğrayır.
Bazarın rəqabətliliyini müəssisələr statistikasının
məlumatlarından, onun maliyyəsindən və bir sıra
MHS
göstəricilərindən
istifadə
etməklə
xarakterizə etmək olar
RƏQƏMLƏR
ÜZƏRĐNDƏ
ƏMƏLĐY-
YATLAR
- əməliyyatların yerinə yetirilməsinin
verilmiş
alqoritmlərin
qaydalarına
uyğun
rəqəmlərin nizama salınmış ardıcıllığı üzərində
işlərin
məcmusunun
EHM-də
yerinə
yetirilməsidir. Rəqəmlər üzərində əməliyyatların
yerinə yetirilməsinin nəticəsi – rəqəmlərin və
yaxud məntiqi qiymətlərin yeni ardıcıllığıdır.
Əsas əməliyyatlar hesabi, müqayisə və məntiqdən
ibarətdir.
RƏSMĐ QEYDĐYYATDAN KEÇMĐŞ ĐŞ-
SĐZLĐK SƏVĐYYƏSĐ
– rəsmi qeydiyyatdan
keçmiş işsizlərin sayının (“Dövlət məşğulluq
xidmətləri orqanlarında rəsmi qeydiyyata alınmış
işsizlər”ə bax) baxılan dövrdə iqtisadi fəal
əhalinin sayına nisbətidir. Rəsmi qeydiyyatdan
keçmiş işsizlərin səviyyəsi müxtəlif yaş qrupları,
kişilər və qadınlar, müxtəlif təhsil səviyyəli
şəxslər və s. üçün hesablana bilər.
Dostları ilə paylaş: |