§ 4. FONTAN QUYUSUNUN AVADANLIĞI
Fontan quyusunun avadanlığı quyuya endi-
rilən boru kəmərindən, kəmər başlığından və fontan
armaturundan ibarətdir. Bununla yanaşı quyudibi və
quyuağzı ştuserlər və nəhayət, atqı xəttində fontan
trapı da qurulur.
Fontan armaturu
Fontan vuracağı gözlənilən quyuya fontan boruları endirilir. Bu
boruları quyuağzında bir şeydən asmaq və quyunun məhsulunu onun
içərisindən bayıra yönəltmək, bunun üçün isə fontan boruları ilə istismar
kəməri arasındakı fəzanı kipləşdirmək lazım gəlir.
Fontanın optimal rejimdə vurması, lay enerjisindən istifadəni tənzim
etmək üçün quyu ağzında hər hansı bir vasitə ilə əks təzyiq yaratmaq lazım
gəlir. Deməli, fontan quyusunun ağzındakı avadanlıq atqı xəttində istənilən
əks təzyiqi yaratmağa, o cümlədən quyunu bağlamağa imkan verməlidir.
Bundan başqa quyuağzı avadanlığı boru arxasındakı, atqı xəttindəki
təzyiqləri ölçməyə, həmçinin lazım gələrsə, quyuya qaz və ya maye vurmağa
imkan verməlidir.
Fontan armaturu adlandırılan quyuağzı avadanlıq bütün bu deyilənləri
həyata keçirməyə, habelə fontan quyusunun işinə hər cür nəzarət yetirməyə
imkan verir.
Qaz
P
q.a.
119-cu şəkil.
Başmağı qıflı
fontan
qaldırıcısı
275
Fontan armaturunu seçərkən əsas etibarilə aşağıdakılar nəzərdə
tutulur:
1) qazın, yaxud qazlı mayenin armaturda gözlənilən təzyiqi;
2)
qumun miqdarı və onun armaturdakı sürəti;
3)
fontanın xüsusiyyəti.
Avadanlıq başlıca olaraq qazın və qazlı neftin gözlənilən təzyiqinə
əsasən seçilir. Atqı xəttindəki təzyiq dib təzyiqindən - qazlı maye sütununun
təzyiqi ilə sürtünməyə sərf olunan təzyiq düşküsünün cəmi qədər az olur;
quyu bağlı olanda atqı xəttində təzyiq sürtünməyə sərf olunan təzyiq itkisi
qədər artır. Əgər quyu, məsələn, yatağın qaz papağı hissəsinə düşmüşsə,
onda quyunu bağlayan zaman atqı xəttində təzyiq təqribən quyudibi
təzyiqinə yaxın olur. Ümumiyyətlə quyudibinə neft sərbəst qazla birlikdə
daxil olursa, fontan armaturuna təsir edən təzyiq təqribən quyudibi təzyiqinə
bərabər götürülür.
Bütün bunlara görədir ki, ilk gözlənilən lay təzyiqini təxmini olaraq
=
10
(VIII.34)
düsturu ilə hesablayırlar;
burada H—quyunun metrlərlə dərinliyidir.
Neft yataqları müxtəlif dərinlikdə yerləşdiyindən, lay təzyiqi,
həmçinin fontan armaturuna təsir edəcək təzyiq də müxtəlif olur. Buna görə
fontan armaturları müxtəlif təzyiqlər üçün bir neçə tip hazırlanır.
Hazırda fontan armaturları aşağıdakı təzyiqlərə müvafiq olaraq
hazırlanır:
1) sınaq təzyiqi-75 atm, işlək təzyiq-40 atm (AF-75);
2)
sınaq təzyiqi-150 atm, işlək təzyiq-75 atm (AF-150); .
3)
sınaq təzyiqi-250 atm, işlək təzyiq-125 atm (AF-250).
Bundan başqa 400 atm sınaq təzyiqinə, 200 atm işlək təzyiqə və 600
atm sınaq təzyiqinə, 300 atm işlək təzyiqə hesablanmış fontan armaturları da
hazırlanır. İşlək təzyiq dedikdə, fontan quyusunun ağzında gözlənilən ən
böyük təzyiq nəzərdə tutulur. Zavodda quraşdırılmış armatur su ilə
preslənərək, işlək təzyiqdən 1,5—2 dəfə artıq təzyiq altında sınanılır. Bu
təzyiqə sınaq təzyiqi deyilir.
Fontan armaturları bir-birindən aşağıdakı səbəblərə görə fərqlənir:
1)
birləşmənin tipinə görə—flans və yivli birləşməli armatur. Yivli
birləşməli fontan armaturunun ayrı-ayrı hissələrini dəyişdirmək mədən
şəraitində xeyli çətin olduğundan hazırda onlar az tətbiq edilir;
2)
fontan borularının cərgələrinin sayına görə bircərgəli və ikicərgəli
armatur;
3)
atqı xətlərinin quruluşuna görə - üçboğaz və dördboğaz (xaçvarı)
tipli fontan armaturları;
4)
içərisində maye keçən hissənin diametrinə görə 4″ və 2½″
armaturlar.
276
Yuxarıda dediyimiz fərqlənmələrə görə fontan armaturları, məsələn,
belə işarələnir: 1 AFK2
1
/
2
″-40, yaxud 2AFT-4″-75. Burada birinci rəqəm
fontan borusunun neçə cərgəli
olduğunu bildirir (1, yaxud 2 cərgəli);
AF işarəsi fontan armaturu sözünü
bildirir; atqısı üçboğaz olan armaturu T
hərfi (rus dilindəki troynik sözünün
birinci hərfidir), dördboğaz, yaxud
xaçvarı atqılı fontan armaturunu K
hərfi (bu rus dilindəki krestovıy
sözünün ilk hərfidir); bunun ardınca
gələn rəqəm isə mayeyə keçən hissənin
diametrini (2½, yaxud 4″) bildirir;
nəhayət sonuncu rəqəm işlək təzyiqi
bildirir.
Fontan armaturu üç əsas
hissədən ibarətdir: 1) kəmər başlığı; 2)
boru başlığı və 3) fontan yolkası.
Kəmər başlığı armaturun aşağı
hissəsinə deyilir. Bu başlıq qoruyucu
və istismar kəmərlərini bir-birinə
birləşdirir, bağlayır və bütün boruarxası
boşluqları kip örtmək üçündür.
Kəmərlər bir-birinə pyedestal və ya
sarğac vasitəsilə birləşdirilir.
İki kəməri bir-birinə kip
bağlamaq üçün işlədilən kəmər başlığı
120-ci şəkildə göstərilmişdir. Şəkildən
göründüyü kimi qoruyucu kəmərə (1),
flans (2), o biri kəmərə (3) isə
pyedestal (4)
vintlənib bağlanır.
Pyedestal iki flansı olan qalın divarlı
polad boru parçasıdır. Bu başlıqda
tullanışa qarşı avadanlıq qurulması
nəzərdə tutulmayıbdır. Bu məsələ 121-
ci şəkildəki kəmər başlığında nəzərə
alınmışdır.
Sınaq təzyiqi 600 atm olan
kəmər başlığı yüksək təzyiqi və böyük
qazlılığı ilə fərqlənən ən dərin (5000
m-ədək) quyular üçün hazırlanır (100-cü şəkil).
120-ci şəkil. İki kəməri bağlamaq
üçün işlədilən kəmər başlığı
121-ci şəkil. Yandan çıxıntıya
imkan verən kəmər başlığı:
1-konduktorun flansı;2-yandan
çıxıntıyaimkan verən borucuq;
3-borucuğun flansı; 4-pyedestal
200
370
D 6" -7"
D 14"-16"
4
1
2
3
350
1"
4
370
d=6"
360
3
2
d=14və16"
D=630 və 580
H-yerə
görə
seçilir
D=630və 580
d=14 və 16"
1
d=6"-7
300
277
Pazvarı asmalar konduktora lafetlə bağlanmış halqadan (1) və altı
pazdan ( 2) ibarətdir. Pazlar texniki kəmərin diametrinə (10¾″, ya 11¾″)
müvafiq götürülür. Kəmər başlığı özü texniki kəmərin ən yuxarıdakı
borusuna bağlanmış kəmər flansından (3), bu flansın üstünə qoyulan və
istismar kəmərini asmaq üçün işlədilən pazlardan (4), texniki və istismar
kəmərləri arasındakı fəzanı kipləşdirmək üçün pakerdən (5) və üzərinə
fontan armaturu qoyulacaq sarğacdan (6) ibarətdir. Konduktorla texniki
kəmər arasındakı fəza sement məhlulu ilə doldurulur; sement məhlulu həmin
fəzaya lafetin pazları arasında qoyulmuş birdüymə boru ilə axıdılar.
İstismar kəmərinin ucu sarğac
flansının üstü ilə bərabər yerdən
kəsilir və sarğaca sıx qayaqlanır.
Texniki və istismar kəmərləri arasın-
dakı fəza da sementlə doldurulur.
Kəmər başlığı elə quraşdırılır
ki, sarğacın üst səthi buruğun
döşəməsindən 150 mm aşağıda
olsun; texniki kəmərin ucunda isə
yiv olmalıdır. Konduktorda yiv
olmadıqda və texniki kəmərdə flans
olarsa, lafet halqası qurulmur və
pazlardan yalnız istismar kəmərini
asırlar.
Kəmər başlığı quraşdırılıb
qurtarandan sonra şaxtanı, ta kəmər
flansının dayaq səthinədək sement
məhlulu ilə doldururlar (122-ci şəklə
bax).
Boru başlığı. Kəmər başlığı
ilə fontan yolkasının birinci
siyirtməsi arasında armaturun orta
hissəsi fontan borularını asmaq, bu
borularla istismar kəməri arasında
qalan boşluğu kip bağlamaq və
quyunu işə salmaq üçün ona sıxılmış
hava və ya quyu yuyulan zaman
maye vurmaq üçün lazımdır.
Birkəmərli quyularda orta təzyiqlər üçün işlədilən boru başlığının ən
sadə növü 123-cü şəkildə göstərilmişdir. Belə quyularda kəmər başlığı
olmur, konduktorla kəmər arasındakı boşluq isə sementlənib kipləşdirilir
(buna sement kipgəci deyirlər).
122-ci şəkil. Pazvarı asması
olan KQ600-10¾
×
× 6⅝″
kəmər başlığı
410
278
Fontan yolkası armaturun yuxarı hissəsinə deyilir, o, boru başlığının
üstündə qurulur. Yolka, fontan vuran qazlı maye axınının sürətini yoxlamaq,
nəzarət etmək və nizama salmaq, axını atqı xəttindəki bu və ya başqa boruya
yönəltmək lazım gəldikdə isə fontanı bağlamaq üçün tətbiq edilir. Atqı
xəttinin sayından asılı olaraq,
yolka iki və ya üç atqılı (iki və ya
üç simli) olur. Neft həmişə üst
borudan çıxır, aşağıdakı borular
isə ehtiyyat üçün bağlı saxlanılır
və yalnız ştuserlər, yaxud
yolkanın yeyilib xarab olan yuxarı
hissələri dəyşdirilən zaman açılır.
Yolka siyirtmə və üçboğaz (yaxud
dördboğaz) borulardan ibarətdir.
Yolkanın hissələri bir-birinə
flanslarla və ya yiv ilə birləş-
dirilir.
124-cü şəkildə ikicərgəli
qaldırıcı üçün sınaq təzyiqi 250
atm olan flanslı üçboğaz fontan
armaturu göstərilmişdir. Şəkildən
göründüyü kimi fontan yolkasının
hissələrinin keçid yolu 2½″-dir.
Boru başlığı 4 və 2½″ boruları
asmağa imkan verir.
Fontan armaturu istismar
kəməri flansının (1) üstünə
qoyulur. Armaturun boru başlığı
dördboğazdan (2), üçboqazdan (3)
və sarğacdan (4)
ibarətdir.
Armaturun yuxarı hissəsi fontan
yolkasından ibarətdir.
Dördboğazın üstündə iki çıxış
xətti vardır, bunlara 2½″
siyirtmələr bağlanır. Çıxış xət-
lərinin birində siyirtmədən sonra
boruarxası fəzada, yəni istismar kəməri ilə birinci cərgə qaldırıcı borular
arasındakı halqavarı fəzada təzyiqi ölçmək üçün manometr (6) qoyulur.
Quyunu işə salan və mənimsəyən zaman lazım gələndə o biri yan çıxış
xəttindən boruarxası fəzaya maye vurmaq olur. Birinci cərgə boruları yivli
oymaq (5) vasitəsilə boru başlığındakı üçboğazdan (3) asılır. Həmin
üçboğazın yan çıxış xətti vardır ki, buradan quyu işə salınan zaman lazım
123-cü şəkil. Üç kəməri bağlamaq
üçün işlədilən kəmər başlığı:
1-tökmə kipgəc;2-konduktor;3-yönəldici
flans-şayba;4-texniki kəmər;5-kəmərin
flansı;6-boruculuqlu flans;7-qısaboru;
8-pyedestal;9-nəzarət üçün atqı xətti;
10-birdüymə ventil
370
200
6"
8
10
430
10
9
6
1"
7
6
5
4
3
2
1
d=14"-16"
2
d-10"
1
d-6"
279
gələndə sıxılmış qaz, yaxud hava vurmaq olar. İkinci cərgə boruları sarğacın
( 4) aşağı hissəsində bağlanmış yivli oymaq vasitəsilə asılır.
124-cü şəkil. Flanslı üçboğaz fontan armaturu
Fontan yolkasının iki atqı xətti vardır: yuxarıda işlək xətt, aşağıda isə
ehtiyat xətti. Yuxarı xətdə ştuseri dəyişəndə, yaxud həmin xətdəki hər hansı
bir hissəni təmir edəndə aşağıdakı xətdən istifadə edirlər; quyu adi qaydada
işlədiyi zaman aşağı xətt bağlı olur və quyu yuxarıdakından fontan vurur.
Aşağı atqı xəttində iki siyirtmə qoyulmuşdur, bunlardan biri quyunun
gövdəsinə yaxın olan ehtiyat, ikincisi isə işlək siyirtmə adlanır.
2 / "
2
1
6"
4"
1
2
5
6
3
4
7
8
fontan
yolkası
Boru
başlığı
2 / " yaxud 4"
2
1
2 / " yaxut 4"
2
1
2 / "
2
1
2 / "
2
1
280
Quyunun gövdəsindəki aşağı siyirtmə boru başlığı makarasının
üstündə qurulur və mərkəzi siyirtmə adlanır. Mərkəzi siyirtmə-fontan
yolkasının ən mühüm hissəsidir, o, həmişə açıq olur və xüsusi hallarda
fontanı dayandırmaq istədikdə bağlanır. Quyunun gövdəsində üçboğazlar
arasındakı siyirtmə (bu siyirtməyə atqı xətləri birləşdirilir) ondan yuxarıdakı
hissələri dəyişdirmək və ya təmir etmək məqsədi ilə quyunun məhsulunu
aşağı atqı xəttinə yönəltmək lazım gələndə bağlanılır. İşlək atqı xəttində də
siyirtmə qoyulur; bu həmin xətdə ştuseri dəyişəndə axının yolunu kəsmək
üçündür. Əgər işlək atqı xəttində siyirtmə saz deyilsə, quyunun gövdəsindəki
aşağıdan ikinci siyirtmədən istifadə etmək olar.
125-ci şəkil. Yivli üçboğaz fontan armaturu:
1-alt flans;2-dördboğaz;3-bufer;4-manometr;5-hava üçboğazı;6-xüsusi
flans;7-üçboğaz;8-ştuser borucuğu;9 və10-siyirtmələr
Quyunun gövdəsində, buferin (7) altında üçüncü siyirtmə qoyulur, o,
buferdə iş görəndə, məsələn, manometri dəyişdirəndə axının yolunu kəsmək
üçündür. Bufer özü isə fontan axınının zərbələrini qəbul edib, onu zəiflətmək
1
2
4
12
5
9
6
10
7
10
10
8
10
7
3
281
üçündür; buferdə təzyiqi (buna bufer təzyiqi, yaxud quyuağzı təzyiq deyilir)
ölçmək üçün manometr ( 8) qoyulur. Quyu adi halda işlədiyi zaman
gövdədəki siyirtmələrin hamısı açıq olmalı və quyu üstdəki atqı xəttindən
fontan vurmalıdır.
Haqqında danışdığımız fontan yolkasının hissələri bir-birinə flansla
birləşdirilir. Armaturun keçidi 2
1
/
2
″ olduğundan nisbətən yüngüldür.
Həmin fontan armaturunun hissələri (gövdəsi, siyirtmələr, üçboğazlar
və s.) başlıca olaraq, xrom-molibdenli xüsusi poladdan hazırlanır.
125-ci şəkildə həm gövdəsində, həm də atqı xətlərində keçidi 4″ olan
yivli üçboğazlı fontan armaturu göstərilmişdir. Həmin armaturun boru
başlığındakı birləşmədən başqa yerdə qalan hissələri yivlə bağlanmışdır.
İstismar nöqteyi-nəzərindən çox da rahat olmadığına görə yivli fontan
armaturları az tətbiq olunur.
126-cı şəkil. İkicərgəli qaldırıcı üçün flanslı
dördboğazlı fontan armaturu:
1-manometr;2-üçyollu kran;3-bufer;4-siyirtmələr;5-dördboğaz;
6-keçirici makara;7-boru başlığında dördboğaz;8-ştuser
126-cı şəkildə 2AFK 2
1
/
2
″—250 flanslı dördboğazlı fontan armaturu
göstərilmişdir. Bu cür armatur adətən axınında qumu az olan fontan
quyularında işlədilir.
1
2
3
4
4
4
5
8
8
6
4"
7
1
2 /
2"
1
2 /
2"
1
6" yaxud 8"
282
Quyunun ağzına fontan armaturu qoyulan zaman ayrı-ayrı hissələrin
bir-birinə möhkəm bağlanmasına xüsusi diqqət yetirilir. Mühüm quyularda
armatur yerinə qoyulduqdan sonra onu hidravlik sınaqdan keçirirlər.
Armatur sınaq edilərkən quyuda
gözlənilən maksimal təzyiqdən
1,5—2 dəfə artıq təzyiqə tab
gətirməlidir.
Fontan yolkasının əsas hissəsi
siyirtmələrdir. Fontan quyularının
ağzındakı bütün avadanlığın yaxşı
işləməsi siyirtmələrin fasiləsiz işlə-
məsindən asılıdır. Fontan yolkası
siyirtməsi aşağıdakı hissələrdən
ibarətdir (127-ci şəkil): gövdə (1),
qapaq (2), kipgəc gövdəsi (3),
kipgəc (4), çubuq (5), çarx (6),
pazvarı bağlayıcılar (7).
Fontan armaturunun atqı xət-
tindən çıxan maye axını trapa boru
kəməri ilə göndərilir. Atqı xəttini
elə əlaqələndirmək lazımdır ki,
həmin kəmər həm yuxarı işlək atqı
xəttindən, həm də ehtiyat atqı
xətdindən qəbul edib trapa yönəldə
bilsin.
128-ci şəkildə üçbo-
ğazlı fontan armaturunun iki
atqı xəttinin necə əlaqə-
ləndirildiyi sxematik olaraq
göstərilmişdir. Belə əlaqə-
ləndirmə atqı xəttində istə-
nilən işləri görməyə imkan
verir. Adi iş zamanı maye
və qaz yuxarı atqı xətti ilə
axır: B siyirtməsi bağlı, A
siyirtməsi isə açıqdır. Maye
və qaz axınını aşağı ehtiyat
atqı xəttinə keçirmək istə-
dikdə B siyirtməsi açılır, A
siyirtməsi isə bağlanır.
127-ci şəkil. Fontan siyirtməsi
Quyu
Yuxarı (işlək) xətt
Aşağı (ehtiyat) xətt
B
A
Trapa
128-ci şəkil. Fontan quyularında atqı
xətlərinin bağlanması sxemi
435
2
2
0
8
1
0
6
5
4
3
2
36
22
7
1
4
"
420
283
129-cu şəkildə dördboğazlı fontan armaturunun atqı xəttinin
əlaqələndirilməsi sxemi göstərilmişdir. Əgər I - işlək atqı xətti və II - ehtiyat
atqı xəttidirsə, onda adi iş zamanı II atqı xəttindəki və B siyirtmələri bağlı
olur. İşlək atqı xəttində ştuseri dəyişdirəndə II atqı xəttindəki siyirtməni və B
siyirtməsini açır, eyni zamanda I
atqı xəttindəki siyirtməni və A
siyirtməsini bağlayırlar. Ştuseri
dəyişəndən sonra müvafiq siyirt-
mələri açmaqla axını yenə də I atqı
xəttinə yönəldirlər.
Ştuserlər
Müvafiq fontan borularını
seçəndən sonra fontan quyusunun
işini ya quyu üstündə əks təzyiq
yaratmaqla, ya da boruların
başmağında yerli müqavimətlə
tənzim edirlər. Yer üstündəki təzyiq ya ştuser vasitəsilə yerli müqavimət
yaratmaqla, ya da axını trapa yönəltməklə yaradılır. Əksər hallarda hər ikisi -
həm trap, həm də ştuser birlikdə tətbiq olunur.
Qaldırıcı boruların başmağında yerli müqavimət də ştuser vasitəsilə
yaradılır. Harada qurulmasından asılı olaraq ştuserlər quyuağzı, yaxud
yerüstü və quyudibi, yaxud dərinlik ştuserlərinə bölünür.
Yerüstü ştuserlər
fontan armaturunun atqı xəttində yan
siyirtmələrdən sonra qoyulur. 130-cu şəkildə sadə quruluşlu Suraxanı tipli
ŞS1-250 ştuseri göstərilmişdir (bu, 250 atm sınaq təzyiqinə hesablanmışdır).
Əslində ştuser bir tərəfində flansı olan və ortasında əvvəldən axıradək dəlik
açılmış ştuser oymağı adlandırılan polad parçasından ibarətdir. Ştuser
oymağının flansı (1) iki flans (2 və 3) arasında qoyulub çubuqlarla (4) sıxılır.
Quruluşunun sadə olmasına baxmayaraq, bu ştuserin ən böyük nöqsanı maye
keçən dəlik yeyiləndən sonra bütün ştuser oymağının tamamilə atılmasıdır,
Həm də oymağın dəyişdirilməsinə xeyli vaxt gedir. Bu ştuserin son
quruluşunda onun gövdəsinə termiki işlənmiş konusvarı oymaq qoyulur;
dəyişdirmək lazım gələndə təkcə bu oymağı atırlar, ştuserin gövdəsi isə
yerində qalır.
Ştuserin dayanıqlığını artırmaq üçün maye axan hissədə pobedit
xəlitəsindən hazırlanmış lüləcik, xüsusi rezin, saxsı borucuq və s. işlədirlər.
Ştuserin yeyilməyə qarşı dayanıqlığını başqa bir yolla, maye axınının
sürətini azaltmaq yolu ilə də artırmaq mümkündür; bunun üçün bir deyil,
ardıcıl olaraq bir neçə ştuser götürülür. Bir neçə ştuserdəki təzyiq
düşkülərinin cəmi bir ştuserinki qədər olur. Beləliklə, çox pilləli ştuser alınır
(131-ci şəklə bax).
I
II
A
B
129-cu şəkil. Dördboğaz fontan
armaturu atqı xəttini
əlaqələndirilməsi sxemi
284
Neftlə birlikdə qum gəlməyəndə ştuserdə qalın polad oymaq əvəzinə
ortasında xırda dəliyi olan adi halqa da qoymaq olar. Bəzən bir deyil, bir
neçə dəliyi olan ştuserlər də işlədilir.
130-cu şəkil. ŞS1-250 Suraxanı ştuseri
Yuxarıda haqqında danışdığımız ştuserlərin çatışmayan cəhəti onların
dəliyi yeyiləndə axıntının o biri atqı xəttinə keçirilməsidir ki, bu zaman
quyunun adi qaydada iş rejimi
müəyyən qədər pozulmuş olur.
Bu nöqsanı aradan qaldırmaq
üçün keçidi tənzim olunan ştu-
serlər düzəldilmişdir. Quyu
ağzındakı əks təzyiqi ştuser
vasitəsilə dəyişmək
lazım
gələndə,
bu yeni ştuserlərdə
maye axınını bir atqı xəttindən o
birinə keçirmək lazım gəlmir.
132-ci şəkildə tənzim olunan
ştuserin quruluşu göstərilmişdir.
Burada dəstəyi fırladaraq iynənin
yerini
dəyişdirməklə, keçidi
artırıb azaltmaq və bununla da
əks təzyiqi dəyişmək olur. Başqa
ştuserlərə nəzərən xeyli üstün-
lüklərinə baxmayaraq bunların ən
böyük nöqsanı axının 90° dönməsi ilə əlaqədar olaraq qumlu quyularda tez
işdən çıxmasıdır. Buna görə belə ştuserləri yalnız hasilatında qumu olmayan
fontan quyularında tətbiq etmək məsləhət görülür.
131-ci şəkil. Çoxpilləli ştuser
İynə ilə tənzim olunan ŞR1-150 ştuseri:
1 - gövdə; 2 - ştuser oymağı; 3 - iynə; 4 - pistonqolu;
5 - qapaq (pistonqolu gipkəci).
1200
1600
2
4
1
3
1200
P
1
P
2
P
3
P
4
132-ci sÿkil.
1
4
5
2
285
Yeraltı ştuser ortasında dəliyi, bayır tərəfdən çıxıntısı olan polad
parçasından ibarətdir (133-cü şəkil). Ştuserin çıxıntısı qaldırıcı kəmərin aşağı
hissəsindəki iki boru arasında muftalar vasitəsilə sıxılır. Göründüyü kimi
ştuseri dəyişdirmək üçün bütün kəməri yuxarıya, yer üstünə qaldırmaq
lazımdır, fontan vuran zaman boruları qaldırmaq isə mürəkkəb və çox vaxt
tələb edən işdir.
Yuxarıda dediyimiz kimi quyudibi ştuseri ilə
quyunun işini tənzim etmirlər, o, döyüntünü bir qədər
zəiflətmək məqsədi ilə bütün fontanvurma müddətində
başmaqda saxlanılır.
Qaz amili böyük olanda, ştuserin diametrini
təqribən aşağıdakı düsturla tapmaq olar:
N
ş
= 0,27GV
q
q
ş
(VIII.35)
burada Q
q
—qazın gündəlik hasilatı, m
3
/gün ilə,
ψ
— qaz amilindən asılı olan əmsal,
ψ
=1,0—1,1
götürülür;
q
— qazın xüsusi çəkisi, kQ/m
3
ilə;
p
şt
— ştuserdən qabaqkı təzyiq, atm ilə;
d
şt
— ştuserin diametri, mm ilə.
Yerüstü ştuserin diametri mədən şəraitində təcrübə
ilə tapılır.
Quyudan çıxan
qazlı neft qarışığı fontan
armaturundan və atqı xəttindən keçərək trapa axıdılır.
Trap
Trap maye ilə qazı bir-birindən ayıran rezervuardır. Trapın diametri
atqı borusunun diametrindən bir neçə dəfə böyük olduğu üçün oraya daxil
olan qazlı maye qarışığının sürətini azaldır, maye ağır olduğu üçün aşağı
enir, qaz isə yuxarıya qalxır və beləliklə bir-birindən ayrılır. Qaz, təzyiq
tənzimləyicisindən qaz kəmərinə, neft isə xüsusi klapan və ya ştuserdən
ölçücü-çökdürücü qaba, ya da nisbətən alçaq təzyiqli trapa göndərilir və
alçaq təzyiqli trap qazın yenidən ayrılması davam edir.
Fontan armaturunun buferindəki təzyiqdən asılı olaraq müxtəlif
təzyiqli trap işlədilir. Traplar aşağıdakı təzyiqlər üçün hazırlanır. Alçaq
təzyiqli 0,7-dən 6 atm-dək, orta təzyiqli 6-dan 16 atm-dək və yüksək təzyiqli
16-dan 60 atm-dək. Bundan başqa 0,2-dən 0,7 atm-dək təzyiqə hesablanmış
vakuum trap da işlədilir.
Trap elə qurulmalıdır ki, qazı neftdən tamam ayıra bilsin və qaz
xəttinə nefti, neft xəttinə isə qazı buraxmasın. Bunun üçün trapın ölçüsü,
133-cü şəkil.
Quyudibi ştu-
seri
286
başqa sözlə, orada qaz və neftin sürəti elə olmalıdır ki, nə qaz özü ilə nefti,
nə də neft qaz qabarcıqlarını apara bilsin. Bundan başqa qazın neftdən yaxşı
ayrılması üçün trapın içərisində müxtəlif vasitələr qurulur. Neft trapdan
xüsusi üzgəc vasitəsilə buraxılır. Bunun nəticəsində trapa gələn hasilatın
miqdarından asılı olmayaraq onun içərisində maye həmişə müəyyən
səviyyədə olur.
Şübhəsiz trapda ayrılan qazın miqdarı trapdakı təzyiqdən asılıdır;
təzyiq az olduqca daha çox qaz ayrılar. Trapdakı təzyiq, ondan sonra qazın
harada işlədiləcəyindən də asılıdır; yüksək təzyiqli qaz kəmər vasitəsilə uzaq
yerə göndərilə bilər, həmçinin ondan sıxılmış qazdan başqa (kompressor)
quyularda maye çıxarmaq üçün işlək qaz kimi də istifadə etmək olar.
Trapda qazın bir
hissəsi ayrılmayıb neftdə
həll olmuş halda qalır və
yalnız nisbətən alçaq
təzyiqdə ayrıla bilər; belə
halda qazı daha yaxşı
ayırmaq üçün çoxpilləli
separasiya tətbiq olunur,
yəni qaz əvvəlcə yüksək
təzyiq altında (yüksək
təzyiqli trapda) ayrılır,
sonra bu trapdan çıxan neft
orta və alçaq təzyiqli trapa
göndərilir.
Fontan trapı bir və
bəzən bir neçə quyunun
birlikdə hasilatını ayırır.
134-cü şəkildə mə-
dənlərdə geniş yayılmış
traplardan alçaq təzyiqli
TQ-1400-6 trapın sxemi
göstərilmişdir. Quyunun
məhsulu trapın gövdəsinə
yanakı birləşdirilmiş 4″
boru ilə (4) daxil olur.
Axını yönəltmək üçün
novabənzər hissə (5) vardır. Qum, gövdəni yeməsin deyə divara xüsusi
qumdöyən (6) qaynaqlanmışdır. Trapda qazı lazımi istiqamətdə hərəkət
etdirmək üçün yönəldicilər (1 və 2) qurulur; qaz onların yanından qaz
borusuna (3) keçir. Bu boruya yandan (8) qoruyucu klapan (7) bağlanmışdır.
Trapı təmizləyə bilmək üçün giriş (10) vardır, digər atqı xətti isə (15)
134-cü şəkil. Alçaq təzyiqli trap:
1,2-yönəldicilər;3-qaz borusu;4-quyu məhsulunun
daxil olduğu yer;5-nov;6-qumdöyən;7-qoruyucu
klapan;8-çıxış borusu;9-səviyyəni tənzim edən
üzgəc;10-giriş;11-təzyiqin tənzimləyicisi;
12-klapan; 13-neft üçün çıxış xətti;14-qızdırıcı
boru; 15-siyirtməli çıxış borusu;16-metal altlıq
1280
16
15
Qaz
13
neft
870
1460
14
880
880
12
10
8
9
Mayenin şərt
səviyyəsi
7
4
1400
4480
3
5
6
2
1
287
trapdakı qumu və lehməni yuyub təmizləmək üçündur. Trapın gövdəsi metal
altlıq ( 16) üzərində qurulur.
Trap belə işləyir. Qazlı maye qarışığı quyudan boru (4) vasitəsilə trapa
daxil olub, novdan (5) keçir; mərkəzdənqaçma qüvvəsi təsiri altında neft
trapın divarları ilə axır və öz ağırlığı ilə aşağı süzülüb atqı xəttinə (13) keçir,
qaz isə trapın mərkəzi hissəsi ilə yuxarı qalxır və yönəldicilərin (1və 2)
yanından keçərək qaz borusuna daxil olur.
Trapın neft xəttində (13) səviyyəni tənzim edən klapan qurulur; bu
klapan səviyyəni tənzim edən üzgəc vasitəsilə idarə olunur. Üzgəc trapda
mayeni avtomatik surətdə həmişə eyni səviyyədə saxlayır ki, bu da qazın
neft xəttinə və neftin qaz xəttinə keçməsinin qarşısını almış olur.
Gövdənin aşağasında, lazım gələndə, mayeni qızdırmaq üçün boru
(14) quraşdırılmışdır.
Neftölçən şüşədən istifadə edərək quyunun gündəlik hasilatını bilmək
olar. Trapın diametri 1,4 m, hündürlüyü 4,5 m-dir. Trap 6 atm təzyiqə
hesablanmışdır.
Trap səviyyəni və təzyiqi tənzim edən avtomatik cihazlarla avtomatik
olaraq işləyir.
Dostları ilə paylaş: |