§ 5. KOMPRESSOR QUYUSU İŞ REJİMİNİN TƏYİNİ
VƏ TƏNZİMİ
Kompressor quyusunun səmərəli texnoloji rejimi quyunun tədqiqatı
əsasında seçilir. Quyunun tədqiqatı dedikdə, qərarlaşmış rejimdə başlıca
olaraq məhsuldarlıq (mayenin gündəlik hasilatı) ilə quyuya verilən işlək
qazın sərfi arasındakı asılılıq əyrisinin qurulması nəzərdə tutulur. Bu əyriyə
koordinat başlanğıcından (Q=0 nöqtəsindən) çəkilən toxunanın əyri ilə
görüşdüyü nöqtə optimal rejimi göstərəcəkdir. Optimal rejimdə qazın xüsusi
sərfi minimum qiymət almış olur; buradan işlək qazın optimal sərfi və buna
müvafiq mayenin gündəlik hasilatı seçilə bilər.
Kompressor quyularının tədqiqatı ən çox iki üsulla: işlək qazın sərfini
dəyişməklə (Azərb. ETNÇİ üsulu) və işlək qazın təzyiqini dəyişməklə
(Q.Maksimoviç üsulu) aparılır. Mədənlərdə Azərb. ETNÇİ üsulu geniş
yayıldığından aşağıda yalnız
bu haqda məlumat verilmişdir.
Kompressor quyula-
rının Azərb. ETNÇİ üsulu ilə
tədqiqində əvvəlcə işlək qazın
sərfini yer üstünə maye çıxa-
rılması şərtilə minimal qiy-
mətədək azaldırlar. Qazın
sərfini bir neçə saat eyni miq-
darda saxlayıb quyunun hasi-
latını və quyuya vurulan qazın
həcmini (2—3 dəfə) ölçürlər.
Axının qərarlaşdığını
müəyyən edəndən sonra
quyuya vurulan qazın işlək
təzyiqini (p
iş
) ölçürlər. Sonra qazın sərfini çoxaldıb ikinci rejimə keçirlər
(tədqiqat ən azı 3—4 rejimi əhatə etməlidir).
Tədqiqatın nəticəsini qrafik şəkildə qururlar (144-cü şəkil).
Qazın halqavarı fəzada quyuağzından qaldırıcının başmağına qədər
yoluna qaz kəməri kimi baxıb, təzyiq itkisini Veymaut düsturu ilə tapmaq
olar:
Q = EH
2,667
V
ş
2
−
ş
2
(IX.35)
burada D — birinci cərgə qaldırıcının (yaxud istismar kəmərinin
diametri);
p
iş
, p
baş
— işlək qazın quyuya daxil olduğu yerdə və başmaqdakı
təzyiq;
A — mütənasiblik əmsalıdır.
P
iş
Q
Q
P
iş
Q
144-cü şəkil. Kompressor quyusunun
tədqiqi əyriləri
309
(IX.35) düsturundan:
ş
= V
ş
2
− Q
2
(IX.36)
ifadəsini alırıq ki, burada
=
Q
1
(EH
2,667
)
2
(IX.37)
olur. Bunun ardınca başmaq təzyiqinə əsasən quyudibi təzyiqini təyin etmək
və nəhayət indikator əyrisini qurmaq olar.
Şübhəsiz ki, tədqiqat nəticəsində tapılmış G=f(Q) əyrisi qaldırıcı ilə
layın birgə işini ifadə edir.
Hesablama yolu ilə seçilmiş və quyuya endirilmiş qaldırıcı, nəzərdə
tutulan maye hasilatının ən az qaz sərf etməklə çıxarılmasını o zaman təmin
edə bilər ki, onun işi nəzərdə tutulmuş rejimdə getsin. Lakin fontan
qaldırıcısında bəzi hallarda olduğu kimi, kompressor qaldırıcısında da iş
zamanı döyüntülər baş verir. Bu döyüntülər hətta quyuya optimal rejim tələb
etdiyi qədər qaz vuranda da baş verir.
Döyüntüyə ən çox qazın halqavarı sistemlə vurulduğu bircərgəli
qaldırıcıda təsadüf olunur. Bu qaldırıcının başmağına quyudan mayenin,
halqavarı fəzadan isə qazın eyni zamanda deyil, növbə ilə daxil olması ilə
izah olunur.
Qaldırıcı boruların başmağında təzyiqin cüzi azalması qazın halqavarı
fəzadan qaldırıcıda güclü axınına səbəb olur, bu da öz növbəsində başmaq
təzyiqinin daha da aşağı düşməsinə və halqavarı fəzadan daha çox qaz
gəlməsinə bais olur. Bu hadisə ta halqavarı fəzadakı təzyiq quyudan gələn
maye təzyiqindən az olanadək davam edir. Bundan sonra maye başmağı
örtür və qazın halqavarı fəzadan qaldırıcı borulara girməsinə yol vermir. Bir
müddət, daha doğrusu, halqavarı fəzada qaz toplanıb təzyiqi lazımi
qiymətədək artana qədər, qaldırıcıya yalnız maye daxil olacaqdır. Qazın
təzyiqi lazımi qədərə çatandan sonra isə qaldırıcıya qaz da daxil olacaq,
başmaq təzyiqi aşağı düşəcək və proses yenidən təkrar olunacaqdır.
Bircərgəli qaldırıcıda döyüntülərin daha kəskin olması halqavarı
fəzanın həcminin böyüklüyü ilə izah olunur. Belə ki, əvvəla qazın oraya
yığılıb təzyiqin lazımi qədərədək artması üçün xeyli vaxt gedir, ikincisi,
orada təzyiq yalnız xeyli qaz çıxandan sonra aşağı düşür. Döyüntünu azalt-
maq üçün qaldırıcı kəmərə maye və qazın mütəmadi axınını təmin etmək
lazımdır.
Qaz-hava qaldırıcılarından danışarkən demişdik ki, döyüntülər
qaldırıcıların f.i.ə.-nı aşağı salmaqla yanaşı olaraq, quyuda qum tıxacının
əmələ gəlməsinə də səbəb olur. Bircərgəli qaldırıcının başqa bir nöqsanı isə
quyudakı qumun çıxarılmasını kifayət qədər təmin etməməsidir. Bu hal
mayenin quyu dibindən qaldırıcının başmağınadək nisbətən gen yerdə,
istismar kəmərinin içərisi ilə hərəkət etməsidir; burada canlı kəsik böyük,
310
sürət isə elə olur ki, qumun iri dənələrini quyudibindən yuxarı qaldıra bilmir.
Həmin dənələr quyunun dibinə çöküb qum tıxacı əmələ gətirir. Tıxac
süzgəci tutandan sonra mayenin laydan quyuya axmasına maneçilik törədir
və beləliklə qaldırıcının normal işini pozur.
Laydan quyuya gələn qumun bütünlüklə yuxarı qaldırılması üçün
qaldırıcının başmağınadək mayenin müvafiq
sürətlə axmasını təmin etmək lazımdır.
Haqqında danışdığımız bu iki nöqsan,
əslində eyni olub, lazımi tədbirlərin görülməsi ilə
aradan qaldırılır.
Qaldırıcı boruları hesablama ilə tapılmış
dərinliyə deyil, süzgəcədək endirirlər. Qaldırıcı
boruların hesablama ilə endirilməli olduğu
dərinlikdə, daha doğrusu, işlək qazın qaldırıcıya
verilməli olduğu dərinlikdə dəlikləri olan xüsusi
mufta qoyurlar (145-ci şəkil). Halqavarı fəzadakı
qaz qaldırıcının gövdəsindəki muftanın dəliyindən
qaldırıcının icərisinə keçir.
Mayenin quyudibindən yalnız qaldırıcıya
daxil olması üçün, dəlikləri elə seçirlər ki, onlarda
təzyiq düşküsü 1-2 atm olsun, bunun nəticəsində
halqavarı fəzada mayenin səviyyəsi dəlikdən 10-20
m aşağıda olur və maye qaldırıcı boruya yalnız
başmaqdan gedə bilir.
Quyudan maye ilə qum gəlməzsə, qaldırıcını
süzgəcədək endirmək lazım deyil, belə ki,
döyüntünün qarşısını almaq üçün muftanı öz
yerində saxlamalı, ondan aşağı 30-40 m uzunluqda
“quyruq” boru endirilməlidir.
Sadə olmasına baxmayaraq
muftaların
başlıca nöqsanı dəliyin sahəsinin sabitliyidir;
birincisi qabaqcadan quyuya vurulacaq qazın
sərfini dəqiq bilmək olmur (adətən, qazın sərfini
quyunu işə salıb tədqiqat aparandan sonra
müəyyən edirlər), ikincisi, zaman keçdikcə lay
təzyiqi düşdüyündən dib təzyiqi də azalır və
quyuya vurulan qazın miqdarını dəyişdirmək lazım
gəlir. Beləliklə, muftanın dəliklərinin qazın müəyyən sərfinə hesablanmış
ölçüsü artıq yararlı olmayacaqdır. Bundan başqa quyunu yuyanda mayenin
bir hissəsi həmin dəliklərdən keçir və tıxacı yumaqda heç bir iş görmür.
145-ci şəkil. İşçi
mufta:
1-muftanın ğövdəsi;
2-borucuq; 3-nippel;
4-yay; 5-klapan; 6-vint
1
2
3
4
5
6
311
Bütün bu nöqsanlar üç
klapanı ilə aradan qaldırılır (146-
cı şəkil).
Klapan (2) özü yay (4)
vasitəsilə yəhərə (3) sıxılır;
beləliklə, adi halda klapan
bağlıdır (146-cı a şəkli).
Qaz halqavarı fəzada
mayeni klapandan aşağı basanda
və klapanda təzyiq düşküsü 1-
1,5 atm-ə çatanda klapan açılır
və qaz, deflektor (1) vasitəsilə
boruya daxil olur. 146-cı çəkildə
göstərilən klapanda təzyiq
düşküsü 1-dən 1,3 atm-ədək
dəyişəndə qazın keçdiyi sahə 0-
dan 15 mm
2
-dək dəyişir. Deməli,
liftin iş rejimi nə qədər geniş
hədd daxilində dəyişirsə dəyişsin, klapanda təzyiq düşküsü sabit qalacaq və
qaldırıcı boruya klapandan qaz, başmaqdan isə maye daxil olacaqdır.
147-ci şəkil. Qaldırıcının işə salınması sxemi
a
b
146-cı şəkil. Uc klapanın sxemi və
quruluşu:
1-deflektor; 2-klapan; 3-yəhər; 4-yay;
5-deflektor
1
2
3
4
5
6
312
Hesablama ilə qaldırıcının uzunluğu nə qədər alınmışsa, üç klapanı
həmin dərinlikdə qoymaq lazımdır.
147-ci şəkildə quyunun işə düşməsinin müxtəlif dövrləri gös-
tərilmişdir. Qaldırıcıda iki işəsalma klapanı və bir uc klapanı vardır.
1-cidə (147-ci şəkil) quyunun dayanan vaxtı göstərilir; həm qaldırıcı
boruda, həm də boruarxasında maye statik səviyyədə dayanmışdır. Birinci
klapan mayenin səviyyəsindən çox da dərində deyildir.
2-cidə quyunu işəsalmanın əvvəli göstərilmişdir: boruarxasında
mayenin səviyyəsi klapanadək basılmış, boruda isə mayenin səviyyəsi
statikdən xeyli yuxarı qalxmışdır.
3-cüdə qaz, birinci işəsalma klapanından qaldırıcı boruya keçmiş və
qazlı maye quyunun ağzından bayıra axır.
4-cüdə ikinci klapan işə düşmüş,
birinci isə bağlanmışdır.
5-cidə uc klapanın açılmasından,
ikinci klapanın isə bağlanmasından bir
qədər əvvəlki vəziyyətdir.
6-cıda quyu uc klapanla adi
qaydada işləyir, işəsalma klapanları
bağlıdır, boruarxasında səviyyə uc
klapanından aşağadır.
§ 6. QUYULARIN KOMPRESSOR
ÜSULU İLƏ
İSTİSMARINDA İŞLƏDİLƏN
AVADANLIQ
Quyuların kompressor üsulu ilə
istismarı xüsusi avadanlıq tələb edir;
buraya quyuağzı avadanlığı, işlək qazın
paylanması sistemi və mədən kom-
pressor təsərrüfatı daxildir.
Quyuağzı avadanlığı. Kompressor
quyusunun ağzına kompressor armaturu
qoyulur; bunun vəzifəsi eyni ilə fontan
armaturununku kimidir. Kompressor
avadanlığı quyuya endirilmiş boruları
saxlamaq, boruarxası fəzanı kipləş-
dirmək, quyudan gələn axını atqı xəttinə
yönəltmək, qaz, yaxud havanın bu və ya
digər yolla quyuya göndərilməsini təmin
etmək üçündür.
148-ci şəkil. İkicərgəli
qaldırıcı üçün kompressor
quyusu avadanlığı:
1-istismar kəməri flansı; 2- və
10-üçboğaz; 3 və 9-siyirtmə; 4 və
7-keçirici oymaq; 5-hava üçboğazı;
6-manometr; 8-keçirici; 11-bufer; 12-
üst şayba (manometr üçün)
3
1
2
4
10"
4"
2 /
2
"
1
5"
5
2 /
2
"
1
7
8
9
4"
10
11
12
6
313
Quyunun xarakterindən asılı olaraq
müxtəlif armatur tətbiq edilir. Kompressor
armaturu fontan armaturuna nisbətən xeyli
sadə olur, buna səbəb kompressor
istismarında təzyiqin fontan quyuların-
dakından az olmasıdır. Fontan dayanandan
sonra bəzən quyunun üstündəki fontan
armaturunu saxlayıb onu kompressor
armaturu kimi işlədirlər. 148-ci şəkildə
ikicərgəli qaldırıcı üçün, 149-cu şəkildə isə
bircərgəli qaldırıcı üçün kompressor arma-
turu göstərilmişdir (bunların sınaq təzyiqi
75 atm-dir).
İşlək qazın paylanması sistemi.
Hazırda mədənlərdə işlək qaz, daha doğrusu
sıxılmış qaz və ya hava quyulara xüsusi qaz-
hava paylayan budkalar (qısa şəkildə QPB,
yaxud HPB adlanır) vasitəsilə verilir. Qazın
belə bir templə paylanmasında kompressop
quyularını müəyyən dəstələrə bölüb, hər bir
dəstənin təqribən mərkəzində qaz-hava
paylayan budka yerləşdirilir. 150-ci şəkildə
32 quyuya xidmət edən qaz-hava paylayan
budkanın sxemi göstərilmişdir.
Kompressor stansiyasından QPB
yaxud HPB-yə iki-üç, bəzən dörd xətt (boru
kəməri) gəlir. Bunlardan biri quyuları işə
salmaq üçün yüksək təzyiqli xətt, yerdə
qalanı isə işlək təzyiq xəttidir. İşəsalma xətti
adətən 2½″, işlək xətt isə 4″ borulardan
çəkilir. Qaz-hava paylayan budkada hər biri
quyuya ayrılıqda, özü də qazın sərfindən
asılı olaraq 1½″, yaxud 2½″ boru kəməri çəkilir.
Qaz xəttinin diametrini elə seçirlər ki, 2 km uzunluqda kəmərdə təzyiq
düşküsü 1 atm-dən çox olmasın. Yüksək təzyiqli kəmərdən keçən qazın sərfi
Q = 20,209 N
⅜
V
1
2
−
2
2
>
(IX.38)
düsturu ilə tapılır (buradan qazım sərfi məlum olduqda borunun diametrini
hesablamaq çətin olmaz);
burada Q — qazın sərfi, m
3
/saat ilə;
d — qaz kəmərinin diametri, sm ilə;
p
1
— qaz kəmərinin əvvəlindəki mütləq təzyiq, kQ/sm
2
ilə;
149-cu şəkil. Bircərgəli qal-
dırıcı üçün kompressor
quyusu avadanlığı:
1-manometr;2-bağlayıcı şayba;
3-bufer;4-üçboğaz;5-atqı xətti;
6-siyirtmə;7-keçirici;8-keçirici
nippel;9-istismar kəməri flansı;
10-hava-qaz vurulan xətt;
11-hava üçboğazı
1
2
3
4
5
6
7
6
8
11
10
9
Buruqun
döşəməsi
314
p
2
— qaz kəmərindəki axırındakı mütləq təzyiq, kQ/sm
2
ilə;
L — qaz kəməri uzunluğu, km ilə;
γ — qazın xüsusi çəkisi (hava üçün γ=1 qəbul edilir);
T — qazın mütləq temperaturu T=t+273; burada t-qazın °C ilə
temperaturudur.
Orta təzyiqli
xətt.
İşəsalma xətti
Alçaq təzyiqli xətt
4
-li quyu
ya
№
1
-li quyu
ya
№ 2
-li quyu
ya
№
3
-li quyuya
№
151-ci şəkil. Qaz-hava paylayan batareya bölməsinin sxemi
Quyulara işçi qaz xüsusi qaz-hava paylayan „batareyadan” göndərilir.
Batareya ayrı-ayrı bölmələrdən ibarətdir, hər bir bölmə dörd quyuya xidmət
edir (belə bir bölmənin
sxemi 151-ci şəkildə
göstərilmişdir). Batare-
yada bölmələrin sayı
səkkizə qədər olur;
deməli, bir batareya 32-
yə qədəp quyuya xidmət
edə bilir.
Quyulara göndərilən
qazın miqdarı avtomatik
tənzimləyici ilə tənzim
edilir (152-ci şəkil).
Mədən kompressor
təsərrüfatı. Həm kom-
pressor quyularının is-
tismarı üçün, həm də
laya qaz, yaxud hava
vurmaq üçün qazı
(havanı) quyuya
göndərməzdən əvvəl lazımi təzyiqədək sıxmaq lazımdır. Neft mədənlərində
bu məqsədlə porşenli kompressor işlədilir.
Quyuya
2
3
1
10
7
8
9
11
5
4
6
152-ci şəkil. Quyuya işlək hava-qaz verilməsini
avtomatik tənzimləyicinin sxemi:
1-tənzimləyici klapan; 2,3-MİM (membranlı icra
mexanizmi); 4-sərfölçən; 5-pnevmatik rele; 6-yazıcı
əğrəb; 7-kondensasiya qabı; 8-süzgəc və reduktor;
9,10,11-boru kəmərciyi
315
Kompressorlar atqı xəttindəki təzyiqin qiyməti və məhsuldarlığı ilə
xarakterizə olunur. Atqı xəttindəki təzyiqdən asılı olaraq kompressorlar dörd
qrupa bölünür: yüksək, orta, alçaq təzyiqli və vakuum kompressorlar.
Yüksək təzyiqli kompressorun atqı xəttində təzyiq 60 atm-dan 250 atm-dək,
orta təzyqli 35-dən 50 atm-dək, alçaq təzyiqli 8-dən 35 atm-dək olur.
Bunların qəbul xəttində təzyiq 1 atm-dən az olmamalıdır. Vakuum
kompressorun qəbul xəttində təzyiq 1 atm-dən az olur, atqı xəttində isə 2-6
atm-ə çatır.
Mədənlərdə kompressor stansiyaları, ümumiyytlə, aşağıdakı məqsədlə
qurulur:
1)
nefti kompressor üsulu ilə çıxarmaq üçün;
2)
laya qaz, yaxud hava vurmaq üçün;
3) boruarxası qazı (buna vakuum qazı deyirlər) yığmaq üçün;
4) neft qazını mədəndən işlədiciyə göndərmək üçün.
Haqqında danışdığımız stasionar kompressor qurğularından başqa
kəşfiyyat quyularının mənimsənilməsi və sınaqdan çıxarılması üçün,
həmçinin quyuların işə salınması üçün səyyar kompressorlar da işlədilir.
§ 7. KOMPRESSOR QUYUSUNA QULLUQ EDİLMƏSİ
Kompressor quyusuna qulluq etmək mümkün qədər minimal enerji
sərf edib maksimal hasilat almaq məqsədi ilə quyunun normal və fasiləsiz
işləməsini təmin etmək deməkdir. Burada başlıca olaraq aşağıdakılara riayət
edilməlidir:
1)
quyunun düzgün texnoloji rejimini seçib, quyuya verilən işlək
qazın təzyiqini və miqdarını tənzim etmək yolu ilə həmin texnoloji rejimi
saxlamağa çalışmalı;
2)
vaxtında təmir etmək və lazımi hissələri dəyişdirmək yolu ilə
quyuüstü avadanlığa gündəlik qulluq etməli.
Qeyd etməliyik ki, fontan quyusuna qulluq edilməsinə dair yuxarıda
deyilənlərin (VIII fəsil, §5) çoxu kompressor quyularına da aiddir.
Kompressor quyusuna qulluq edərkən boruların parafinləşməsi,
borularda metal „kipgəclərlə", duz çöküntüləri ilə və emulsiyaya qarşı
mübarizə məsələlərini yaddan çıxarmaq olmaz.
Kompressor quyularında, eləcə də fontan quyularında qaldırıcı
borularda parafin çökə bilər. Parafin qaldırıcı borularla quyuağzından
təqribən 300—600 m aşağıda çökür. Axında qumun olması da parafinin
çökməsinə kömək edir, belə ki, qum dənələri parafinin kristallaşma
mərkəzinə çevrilir.
Kompressor quyularında (həmçinin fontan quyularında) parafinlə
mübarizə mexaniki yolla, quyuya isti neft, su buxarı vurmaqla və s. üsullarla
aparılır.
316
Kompressor quyularının əksəriyyətində neft quyuya lay suyu ilə
birlikdə daxil olur. Buna görə boruda hərəkət zamanı su-neft qarışığı əmələ
gəlir. Əgər quyuya hava vurularsa, onda çox dayanıqlı emulsiya yaranır.
Həmin emulsiyanı parçalamaq, yəni nefti sudan ayırmaq çox da asan olmur.
Bundan başqa emulsiyanın özlülüyü yüksək olur ki, bu da qarışığın boruda
hərəkətini çətinləşdirir. Bu halda isə mayeni qaldırmağa daha çox enerji sərf
etmək lazım gəlir. Müəyyən edilmişdir ki, maye-qaz sistemində səthi
gərginliyin azaldılması, başqa şərtlər sabit qalmaqla, hasilatın artmasına
səbəb olur. Belə hala özlülüyün azalmasında da təsadüf olunur. Bu məqsədlə
quyu içərisində deemulsasiya aparılması ciddi əhəmiyyətə malikdir. Quyuya
işlək hava ilə birlikdə neft-su, neft-qaz və su-qaz sərhədlərində səthi
gərginliyi azaldan kimyəvi maddələr vurulur. Bu, yüksək özlü və dayanıqlı
emulsiya yaranmasının qarşısını alır. Quyuya deemulqator vurulması işlək
təzyiqin və qazın xüsusi sərfinin azalması ilə yanaşı hasilatın artmasına
səbəb olur.
Kimyəvi maddə olmaqla müxtəlif növ neytrallaşdırılmış kontaktlar
işlədilir. Deemulqator quyuya xüsusi nasoslar vasitəsilə vurulur.
Quyuya vurulan sıxılmış hava adətən nəmli olur. Bu isə boruda
korroziya əmələ gəlməsinə səbəb olur. Korroziya nəticəsində metal qəlpələri
tıxac-„kipgəc" kimi halqavarı fəzanı tutub quyunun normal işini pozur.
Bunun qarşısını almaq üçün bir sıra tədbir görmək lazım gəlir. Bu
tədbirlərdən korroziya qarşı dayanıqlığı artırmaq məqsədi ilə borunun daxili
səthinin xüsusi maye ilə yuyulmasını, hava və qaldırıcı borular arasında
lazımi qədər ara saxlanmasını (təqribən 20 mm), qaz yaxud hava kəmərində
kondensasiya qabları qoyulmasını, işlək qazın hərəkət istiqamətinin
dəyişdirilməsini (halqavarı sistemdən mərkəzi sistemə keçmək və əksinə),
havanın fiziki və fiziki-kimyəvi yolla qurudulmasını və s. göstərmək olar.
Bundan başqa hava vurulan yolların paslanmasına qarşı mübarizə
üçün xüsusi kimyəvi maddələr, məsələn, natrium heksametafosfatı işlədilir.
Bunu xüsusi nasos vasitəsilə hava ilə birlikdə quyuya vururlar. Bu tədbir
borularda duzların çökməsinin də qarşısını almış olur.
Kompressor quyusuna qulluq edilməsi ilə əlaqədar olaraq görülən
bütün işlər mütləq səliqəli surətdə qeyd olunmalıdır. Bu, bir tərəfdən həmin
quyuda görülən tədbirlərin necə nəticələndiyini izləmək üçün, digər tərəfdən
isə lazım gələndə eyni şəraitdə işləyən o biri quyulardan ötrü bu məlumatdan
istifadə etmək üçün lazımdır.
Dostları ilə paylaş: |