§ 5. FONTAN QUYUSUNA QULLUQ EDİLMƏSİ
Fontan quyusuna qulluq etmək aşağıdakı işləri görmək deməkdir: a)
quyunu tədqiq etmək, b) quyunun işləməsini tənzim etmək, c) quyunun və
avadanlığın müntəzəm işləməsinə göz yetirmək, ç) təmir işlərini görmək və
ğ) quyunun normal işi pozulduqda onu bu və ya digər yolla bərpa etmək.
Fontan quyusunun tənzimi haqqında gələcəkdə ayrıca danışacayıq.
Quyunun işini tənzim etmək-quyu ağzında ştuser və ya trap vasitəsilə lazımi
qədər əks təzyiq yaratmaqdan ibarətdir.
Quyunu aparılmış tədqiqata əsasən tənzim edirlər, çünki layda şərait
dəyişdiyindən optimal rejim də dəyişir; bundan başqa ştuserlə tənzim
edəndə, o yeyilir, axıntının keçdiyi sahə böyüyür; buna ğörə quyuya nəzarət
yetirmək, daha doğrusu quyuağzı təzyiqini vaxtaşırı bərpa etmək, yaxud
müəyyən qədər hasilat alınmasına nail olmaq lazım gəlir.
Quyuya müntəzəm göz yetirmək-boruarxası, halqavarı fəzadakı (iki
cərgə boru endiriləndə), bufer və trapdakı təzyiqlərə, neft və qaz hasilatına,
suyun və qumun faizinə fikir vermək və nəhayət avadanlığın-yerüstü
avadanlığın, atqı xəttinin və s. saz olmasına nəzarət yetirməkdən ibarətdir.
Cari təmir dedikdə avadanlığın işində hər cür qüsurları, məsələn,
birləşmələrdəki sızmanı, bu və ya başqa hissənin yeyilməsini və s. aradan
qaldırmaq nəzərdə tutulur.
288
Quyunun normal işinin pozulmasını quyu üstündə (bufer və
boruarxası) təzyiqlərin dəyişməsi ilə, həmçinin neft hasilatının, suyun və
qumun faizi ilə bilirlər.
Əgər boruarxası təzyiq tədricən artırsa, buferdəki təzyiq düşürsə, bu
zaman neft hasilatının azalması fontan borularının tutulduğunu, məsələn,
parafinləşdiyini bildirir; əgər həm boruarxası, həm də bufer təzyiqləri artır,
lakin hasilat azalırsa, onda ya borular tutulmuş (məsələn, parafinləşmiş), ya
da atqı xətti və ya ştuser tutulmuşdur. Son halda quyu o biri atqı xəttinə
keçirilməli və ştuserin işi qaydaya salınmalıdır.
Boruarxası təzyiqin xeyli aşağı düşməsi quyudibində qum tıxacının
əmələ gəldiyini, ya da suyun çoxaldığını bildirir; quyunun məhsulunu
ölçməklə, ya da axıntıdan nümunə göturməklə suyun gəlməsini asan bilmək
olar. Su gəlmişsə, buferdə təzyiqi artırmaq yolu ilə quyudibinə təzyiqi
çoxaltmaq lazımdır. Bundan başqa suyun xarakteri və onun hansı yolla axıb
gəlməsi səbəbi aydınlaşdırılmalıdır.
Əgər boruarxası təzyiqin düşməsi qum tıxacının əmələ gəlməsi ilə
əlaqədardırsa, onda quyunu dayandırmadan qum tıxacını təmizləmə
üsullarına əl atmaq lazımdır. Şübhəsiz ki, bu üsullar quyuda mayenin
sürətini artırmaqla əlaqədar olmalıdır; sürəti artırmaq üçün maye hasilatı
artırılmalı, bunun üçün isə quyudibinə təzyiq azaldılmalıdır; son halda bufer
təzyiqini azaltmaq lazım gəlir. Əgər quyuağzı təzyiqini aşağı salmaq lazımi
nəticə verməsə, onda fontan zəifləyən zaman quyuda təzyiqi artırmaq ücün
quyunu bağlamaq lazımdır. Bu zaman təzyiq artarsa, deməli, qum tıxacı layı
quyudan ayırmamışdır. Belə ki, quyunu açanda o, şiddətlə fontan
vurmalıdır. Bu halda axın, tıxacı əmələ gətirən qumu quyuağzına ata bilər.
Bu üsul da kömək etməzsə, onda quyudibi təzyiqini azaltmaq üçün
bufer təzyiqini aşağı salmaqla yanaşı, halqavarı fəzadan hava və ya qaz
vurmaq lazım gəlir. Hava yol tapıb quyuağzından çıxanda eyni zamanda
boru arxasına neft vurmaq da yaxşı nəticə verir.
Bütün bu işləri görərkən, neftin və suyun, məsələn, quyudibindən yer
üstünə axması üçün xeyli vaxt lazım gəldiyini yaddan çıxarmaq olmaz (dərin
quyularda bu vaxt saatlarla ölçülür). Bütün bu üsullar müsbət nəticə
verməzsə, qum tıxacını təmizləmək, yaxud yumaq lazımdır ki, bu haqda
sonra bəhs ediləcək.
Axında qumun faizi artanda, onu azaltmaq üçün tədbirlər
görülməlidir. Belə ki, həm quyuda tıxac yaranması, həm də layda böyük
boşluq—kaha əmələ gəlməsi nöqteyi-nəzərındən qumun çox gəlməsi
təhlükəlidir (son halda, məsələn, quyunun dibi uçub kəməri əzə bilər).
Depressiyanı dəyişdirmək, yəni quyudibinə təzyiqi artırmaqla qumun
miqdarını azaltmaq olar lakin, bu həmişə müsbət nəticə vermir, belə ki,
depressiyanı azaltmaq hasilatın enməsinə, quyuda axın sürətinin azalmasına
səbəb olur ki, bu da tıxac yaranması ehtimalını artırır; buna görə də qumun
289
faizini azaltmaq məqsədi ilə yerüstü təzyiqin və buna müvafiq dib təzyiqinin
artırılmasını yalnız fontanın nisbətən müntəzəm, döyüntüsüz vurduğu
hallarda tətbiq etmək olar; bundan
əlavə təzyiq də tədricən artırılmalıdır.
Sonuncu tədbir həyata keçi-
riləndə döyüntü olarsa və fontanın
kəsildiyi hiss edilməzsə
;
onda yerüstü
təzyiqin artırılması dayandırılmalı və
quyunun fontanvurma dərəcəsindən
asılı olaraq yerüstü təzyiq hətta
azaldılmalıdır.
Fontan quyusuna qulluq edil-
məsi ilə əlaqədar olaraq quyuda bir
sıra əngəllərin baş verə biləcəyini qeyd
etməliyik. Bunlardan, məsələn,
parafinli neftlərin çıxarılması zamanı
istər qaldırıcı borularda, istərsə yerüstü
avadanlıqda parafinin çök-məsini,
neftin su ilə birlikdə hərəkəti zamanı emulsiyalı qarışığın yaranmasını,
qumun neftdə yaxud neft-su qarışığında hərəkət edərkən müxtəlif səbəbdən
qum tıxacı və s. əmələ gətirməsini və başqalarını göstərə bilərik. Bütün bu
əngəllərə neft quyularının kompressor üsulu ilə istismarında da təsadüf
edilir; bu halda qısa da olsa, IX fəsildə danışılır (həmin qeydlər fontan
istismarına da aiddir).
Buradaca neftlə birlikdə
quyuya gələn qumun yerüstünə
çıxarılması ilə əlaqədar olan bir
məsələni ayrıca şərh etməliyik.
Kövrək süxurlardan iba-
rət olan yataqları istismar
edərkən, qumun mayedə
α
x
həcmi konsentrasiyası (birinci
kitabın VII fəslinin ikinci pa-
raqrafına bax) bəzi hallarda elə
böyük qiymətə çatır ki, hər
hansı bir səbəbdən quyunu qısa müddətə dayandıranda belə, müxtəlif
əngəllər törənə bilir.
Qumun yaxşı çıxarılması məqsədi ilə fontan boruları adətən, süzgəcin
yuxarı dəliyinədək, bəzən daha aşağı endirilir. Bununla əlaqədar olaraq
fontanvuran quyuda süzgəcin yuxarı dəliyindən ta quyunun ağzınadək
qumun həcmini hesablamaq lazım gəlir (135-ci şəkildə qaldırıcının həm
X P
P
q.a.
P*
P
d
h
b
r
r*
r
1
2
*
x
1
135-ci şəkil. Qaldırıcı boyunca
qumun həcmi konsentrasiyasının
dəyişməsi sxemi
3,0 2,0 1,0 0 1,0 2,0 3,0
4,0
1,0
1,5
2,0
2,5
3,0
0
*
*
136-cı şəkil.
¼
¼
0
ilə
Ü* və Ü* ilə ¼*
arasında asılılıq
290
p
≥
p
d
, həm də p
<
p
d
hissəsində təzyiqin paylanması düz xətt qanunu ilə
qəbul edilmişdir).
Əgər p
≥
p
d
hissəsində
¡
q
>
¡* şərti ödənilirsə, onda qumun həcmi
konsentrasiyası tam müəyyən bir
α* kəmiyyətinə qədər azalacaq (həmin
kəsikdəki təzyiqi p* ilə işarə edək) və yuxarıda isə
α
x
=
α*=const olacaqdır
(
α
x
,
α* və ¡* haqqında birinci kitabın VII fəslinə bax, ¡
q
isə quyunun
gündəlik Q
q
hasilatına müvafiq olan ölçüsüz surətdir).
α
0
ilə
¡* və ¡* ilə
α* arasında asılılıq 136-cı şəkildə verilmişdir (eyni zamanda birinci
kitabdakı 160-cı şəklə bax).
Burada iki hal ola bilər: 1)
¡
q
≥¡*, 2) ¡
q
<¡*.
I hal (¡
q
≥¡*). Süzgəcin yuxarı dəliyindən qaldırıcı boruların
başmağınadək qumun həcmi:
V
1b
=F
i
h
b
D* (VIII.36)
ifadəsi ilə tapılır;
burada F
i
- istismar kəmərinin en kəsiyi sahəsidir.
Qaldırıcı borulardakı qumun həcmi isə belə tapılar:
1
= L &
1
+ 0,5
2
ƒ
.
?
.
'
D
∗
1−D
∗
, (VIII.37)
burada
ƒ(p) = (2+Q
0
) p
0
+(2−kp
0
) p;
φ
(p) = (1+Q
0
) p
0
+(1−kp
0
) p;
1
=
ş
−
N
∶ K1 +
√_Q
4º
q
2
L
2,5
M ;
2
= −
1
λ — hidravlik müqavimət əmsalı;
γ
n
— qazla doymuş neftin xüsusi çəkisi;
k — qazın mayedə həllolma əmsalı (qaldırıcının p
q.a
ilə p=p
d
təzyiqli
kəsikləri arasında k-nın orta qiyməti götürülür).
p
0
— atmosfer təzyiqi;
L — qaldırıcının uzunluğudur.
Beləliklə, halında quyudakı qumun ümumi həcmi:
V
1
= V
1b
+ V
1q
(VIII.38)
olur.
II hal (¡
q
<¡*). Süzgəcin yuxarı dəliyindən qaldırıcı boruların
başmağınadək qumun həcmi (135-ci şəklə bax):
V
2b
≡ F
i
h
b
α
b
(VIII.39)
burada —
α
b
quyunun h
b
hissəsində qumun həcmi konsentrasiyasıdır.
Qaldırıcı borularda qumun həcmi belə tapılır:
2
= L ã
1
D
1
1−D
1
+ 0,5
∗
S1 +
0
+
∗
? (
∗
)
U
D
1
+D
∗
2−D
1
+
+
1
−
∗
2
&
0
+
∗
? (
∗
)
+
0
+
.
?
.
'
D
∗
1−D
∗
ä (VIII.40)
291
burada
∗
=
N
−
∗
−
.
2
;
∗
=
¡
∗
[1+
0
(1−D
∗
)−¡
∗
]
¡
∗
−¡
[1−
0
(1−D
∗
)]
0
Beləliklə,
¡
q
<¡* halında quyudakı qumun ümumi həcmi
V
2
= V
2b
+ V
2q
(VIII.41)
ifadəsi ilə tapılır.
Qumun tamamilə çökməsi hər hansı bir səbəbdən quyunun
dayandırılması ilə əlaqədardır. Tamamilə çökmə müddəti (t) maye və qumun
fiziki xassələrindən başqa, bir də qumun həcmi konsentrasiyasından (
α
x
)
asılıdır. Fontan quyusu dayandırılanda qum həm
maye-qum qarışığında, həm də maye-qaz-qum
qarışığında çökməli olur. Sadə olsun deyə qum
dənələrinin yalnız maye-qum qarışığında
çökməsi nəzərdən keçirilmiş və t,
α
x
, ilə d
arasındakı asılılığa əsasən 137-ci şəkildə 100 m
mayedə özlülüyü 20 sp olan mayedə qumun
çökməsi müddəti qrafiki olaraq göstərilmişdir
(d-qum dənəciklərinin dia-metridir).
Nümunə üçün süzgəcin yuxarı dəliyindən
qaldırıcının başmağınadək və qaldırıcı boru-
larda aşağıdakı şərtlərə əsasən qumun həcmini
və onun çökmə müddətini tapaq: Q
q
= 40
m
3
/gün, Q
0
= 58 m
3
/m
3
, p
d
=100,9 atm, p
q.a
= 9
atm, p
baş
= 74,5 atm, L=1234 m, h
b
=20 m, k =
0,7817,
γ
n
=0,87 q/sm
3
,
η = 20 sp, istismar
kəmərinin diametri 6″, fontan qaldırıcısının diametri 4″, d = 0,4 mm, =2,0%.
136-cı şəkildən
¡*=2,3 və α*=3,2 qiymətlərini tapırıq. ¡
q
-ni birinci
kitabdakı (VII.72) — (VII.78) düsturlarına əsasən hesablasaq, bizim
götürdüyümüz hal üçün qaldırıcı borularda və istismar kəmərində, müvafiq
olaraq 14 və 5 qiymətlərini alırıq. Deməli,
¡
q
>¡* və qumun həcmini
(VIII.36) və (VIII.37) düsturları ilə tapmaq lazımdır: V
1b
= 0,011 m
3
, l
1
=
307m, l
2
= 927 m, V
1q
= 0,220 m. Bu həcmdən 80,0 m
3
-u maye-qum
qarışığında (p
≥p
d
), 0,140 m
3
-u isə maye-qaz-qum qarışığındadır (p
< p
d
).
(VIII.38) ifadəsinə əsasən qumun ümumi həcmi V
1
=0,231 m
3
. Onda qumun
tamamilə çökəcəyi halda yaranacaq qum tıxacının hündürlüyü (h
t
) belə
tapılır:
ℎ
>
=
1
L
D
. (VIII.42)
Tıxacın məsaməliliyini m = 0,4, yəni
α
T
= 0,6 qəbul etsək, h
t
=20,7 m
alarıq. Deməli, qum tamamilə çöksə, 6″ kəmərdə yüksəkliyi 20,7 m olan
tıxac əmələ gətirər. 137-ci şəkildən görünür ki, 0,4 mm diametrli qum
0
2
4
6
8
10
12
14
d=0,3
t, saat
10 20 30 40 50
0,4
0,5
0,2 mm
=20 cn
x
%
137-ci şəkil. t,
¼
¼
x
və d
arasında asılılıq
292
dənələrinin konsentrasiyası
α
x
=
α*=3,2% olan zaman 5 saata çökür (100 m
maye sütunu hesabı ilə).
Qumun tamamilə çökməsi müddətinin (t
ç
) təyin edilməsindən
danışarkən göstərməliyik ki, əgər qaldırıcıda bütünlüklə maye-qum qarışığı
olsaydı, onda
ç
=
ybÖ
ydd
∙ z = æb saat alınardı. Şübhəsiz ki, bu müddət
həqiqi çökmə müddətindən çoxdur. Əslində qaldırıcının yuxarı hissəsində
(p
<p
d
) maye-qaz-qum qarışığı vardır ki, quyu dayanan zaman qaz mayedən
ayrılandan sonra həmin qarışıq qaldırıcı boruda aşağıdakı yüksəkliyi
tutacaqdır:
2
′
=
2
∆
= 0,5
2
ƒ
.
? ²
.
³
, (VIII.43)
burada
∆
op
— qaldırıcının p
d
≥ p ≥ p
q.a
hissəsində qazlı maye
qarışığının orta mayeliliyi adlanır.
Araşdırdığımız misalda
2
′
= 540 m alınır. Deməli, qaldırıcıda
mayenin ümumi yüksəkliyi 850 m olur, buna müvafiq olaraq, qumun
tamamilə çökmə müddəti
850
100
∙ 5 ≈ 43 saat alınır. Şübhəsiz ki, bu müddət
həqiqi çökmə müddətindən azdır.
Beləliklə, qumun həqiqi çökmə müddəti:
43 saat
<
t
ç
< 62 saat
edəcəkdir. Gətirdiyimiz misaldan aydın olur ki, fontan vuran quyuda qumun
həcminin, eləcə də onun çökmə müddətinin təyini müəyyən əməli
əhəmiyyətə malikdir. Belə ki, hər hansı bir səbəbdən quyunun
dayandırılması üzündən qumlu qarışıqla boru arasındakı ilişmə qüvvəsindən
asılı olaraq, bəzi hallarda qaldırıcı tutula bilər. Bu hal, xüsusən qaldırıcı
boruların süzgəcin yuxarı dəliyindən aşağıya endirildiyi halda daha
mürəkkəb əngəllərə gətirib çıxara bilər.
Fontan quyusuna qulluq edilməsindən danışarkən, nəhayət göstərməliyik
ki, bütün təmir işləri və dəyişikliklər mütləq səliqəli qeyd olunmalıdır. Bu,
bir tərəfdən həmin quyuda görülən tədbirlərin necə nəticələndiyini izləməyə,
digər tərəfdən lazım gələndə, bu məlumatdan eyni şəraitdə işləyən o biri
quyular üçün optimal rejim yaradılmasına kömək edir.
293
IX FƏSİL
QUYULARIN KOMPRESSOR ÜSULU İLƏ İSTİSMARI
§ 1. QAZ-HAVA QALDIRICILARI
Neft quyularının kompressor üsulu ilə istismarı fontanvurmanın təbii
davamıdır. Belə ki, fontanvurmanın sonunda quyuya gələn lay enerjisi o
qədər azalmış olur ki, o, lazımi qədər mayeni yer üstünə çıxarmaq üçün
kifayət etmir və xaricdən enerji əlavə etmək lazım gəlir. Bunun üçün lay
qazına kömək olaraq qaldırıcı boruların başmağına kompressor vasitəsilə
sıxılmış qaz və ya hava gətirilir. Əgər quyuya sıxılmış qaz vurulursa, bu
qurğuya—qazlift, hava vurulursa - erlift deyilir. Bəzi hallarda lay enerjisinin
azlığı üzündən erqazlift quyunun işə salındığı ilk gündən tətbiq edilir.
Qeyd etməliyik ki, sıxılmış qazla quyudan neft çıxarılması ilk dəfə
V.Q.Şuxov tərəfindən 1897-ci ildə Bakı mədənlərində tətbiq edilmişdir.
Mayeni sıxılmış qazla quyudan qaldırmaqdan ötrü, birincisi yüksək
təzyiqli qazı vermək, ikincisi isə mayeni yer üstünə qaldırmaq üçün iki kanal
lazımdır. Qaz-hava qaldırıcıları quyuya endirilən boru kəmərinin sayından
və yerləşdirilməsindən, həmçinin işlək qazın və qazla neft qarışığının
hərəkət istiqamətindən asılı olaraq, müxtəlif tipli olur.
Qaz-hava qaldırıcıları bir cərgə, ya da iki cərgə boru kəmərindən
ibarət olur; birinci halda qaldırıcıya bircərgəli, ikinci halda isə ikicərgəli
deyilir. Quyuya işlək qazın vurulmasından asılı olaraq halqavarı və mərkəzi
sistemlər vardır.
İkicərgəli qaldırıcıda quyuya iki konsentrik boru kəməri endirilir ki,
xaricdəkinə (böyük diametrliyə) birinci cərgə, içəridəkinə (kiçik
diametrliyə) isə ikinci cərgə deyilir.
Erqazlift dedikdə ya qazlift, ya da erlift nəzərdə tutulur. Aşağıda qaz
vurulmasından danışanda havanı da nəzərdə tutmaq lazımdır.
Halqavarı sistemdə işlək qaz halqavarı fəzaya, daha doğrusu ikicərgəli
qaldırıcıda - birinci və ikinci cərgələr arasına, bircərgəli qaldırıcıda isə
istismar kəməri ilə qaldırıcı arasına vurulur. Maye ikicərgəli qaldırıcıda -
içəridəki (kiçik diametrli) qaldırıcı boruların içərisi ilə, bircərgəlidə isə
qaldırıcının içərisi ilə qalxır. Bu cür qaz-hava qaldırıcıları mədənlərdə çox
geniş yayılmışdır.
138-ci şəkildə müxtəlif qaz-hava qaldırıcıları göstərilmişdir. Şəkildə
hər bir cərgəsi başdan-başa eyni diametrli borulardan ibarət olan ikicərgəli
qaldırıcı (138-ci a şəkli), bircərgəli qaldırıcı (138-ci b şəkli) birinci cərgəsi
pilləli olan qaldırıcı (buna bəzən cərgəyarım qaldırıcı deyirlər, 138-ci v
şəkli) bunların hər üçündə işlək qaz halqavarı sistemlə verilir; nəhayət
mərkəzi sistem adlanan bircərgəli qaldırıcı (138-ci q şəkli) göstərilmişdir.
294
İkicərgəli qaldırıсıda birinсi (xariсi) cərgə borunu, adətən, qumu yaxşı
qaldırmaq məqsədilə mümkün qədər dərinə, ta süzgəcədək endirirlər, ikinсi
cərgənin dərinliyi isə quyunun xarakterindən və kompressorun təzyiqindən
asılı olaraq seçilir.
138-ci şəkil. Qaz-hava qaldırıcıları:
a—ikicərgəli qaldırıcı; b—işlək qazın halqavarı sistemlə verildiyi bircərgəli
qaldırıcı; v—cərgəyarım qaldırıcı; q—işlək qazın mərkəzi sistemlə verildiyi
bircərgəli qaldırıcı
Cərgəyarım qaldırıcıda qaldırıсı borular birinci cərgədə böyük
diametrdən kiçiyinə keçən yerdə qoyulmuş keçiriciyədək endirilir; elə buna
görə də həmin keçiricini qaldırıсının endiriləсəyi dərinlikdə saxlayırlar.
Keçirici ilə qaldırıcının başmağı arasındakı məsafə mümkün qədər az
olmalıdır. Belə ki, əgər bu məsafə böyük və qaldırılan maye qumlu olduqda,
kiçik diametrdən böyüyünə keçəndə sürətin azalması üzündən keçirici olan
yerdə qum çöküb, qaldırıcının işini poza bilər.
Cərgəyarım qaldırıcının üstünlüyü qumu yaxşı çıxarması (boruların
diametri kiçik olduğundan qarışıq böyük sürətlə hərəkət edir), borunun
tutulması imkanının azalması, bütün qurğunun nisbətən yüngül
olmasındadır.
Bircərgəli qaldırıcıda hava borularının vəzifəsini istismar kəməri
görür, maye isə qaldırıcının içərisi ilə qalxır. Şəkildən göründüyü kimi
qaldırıcı bircərgəli olduqda quyudakı mayenin səviyyəsi əslində qaldırıcı
boruların başmağındadır. İşlək qaz, halqavarı sistemlə veriləndə - halqavarı
fəzada sıxılmış qaz, qaldırıcı borularda isə qazla maye qarışığı olacaqdır;
işlək qaz mərkəzi sistemlə veriləndə, əksinə, əslində dinamik səviyyə
olmayacaq; bu halda gətirilmiş dinamik səviyyə məfhumu işlədilir;
gətirilmiş dinamik səviyyə dedikdə qaldırıcının başmağından yuxarı təzyiqə
müvafiq maye sütunu nəzərdə tutulur.
a
b
v
q
295
Bütün qaz-hava qaldırıcılarında işlək qazı vurmaq və qazlı maye
qarışığını qaldırmaq üçün quyuya endirilmiş boru kəmərləri quyunun
ağzında kipləşdirilir.
İkicərgəli və bircərgəli halqavarı və mərkəzi sistemli qaz-hava
qaldırıcılarının üstünlükləri ilə yanaşı çatışmayan cəhətləri də vardır.
İkicərgəli qaldırıcının üstünlüyü ondan ibarətdir ki, maye axınının və
işlək təzyiqin döyüntüsü az olur, belə ki, burada halqavarı fəzanın həcmi
bircərgəli halqavarı sistemliyə nəzərən azdır. Bundan başqa boruarxası
fəzadakı maye sütunu da qaldırıcının daha səlis işləməsinə kömək edir.
İkicərgəli qaldırıcıda işəsalma təzyiqi bircərgəliyə nisbətən xeyli az olur.
İkicərgəli qaldırıcının nöqsanı burada quyuya bircərgəliyə nisbətən əlavə
boru kəmərinin endirilməsidir.
Bircərgəli qaldırıcının başlıca üstünlüyü quyuya bir cərgə boru
endirilməsi ilə əlaqədar olaraq metala qənaət edilməsi, həmçinin boruların
diametrini nisbətən geniş intervalda seçməyin mümkün olmasıdır. Bircərgəli
qaldırıcının nöqsanlarından biri döyüntü ilə işləməsidir, bu da bir sıra
hallarda quyudibi ətrafındakı layın dağılması və qum tıxacının yaranmasına
səbəb olur; bundan başqa quyunu istismara verəndə işəsalma təzyiqi yüksək
olur.
İşlək qazın quyuya verilməsi sisteminə gəldikdə qazın mərkəzi
sistemlə verilməsinin üstünlüyü işəsalma təzyiqinin nisbətən az olması və
istismar kəmərinin diametrinin böyüklüyündən istifadə edilməsidir. Lakin,
mərkəzi sistemlə qaz vermənin ciddi nöqsanları da vardır. Qazla neft qarı-
şığında qum varsa, o, halqavarı fəzada hərəkət edərkən ikinci cərgə (hava)
borularının muftalarını yeyir və istismar kəmərini xarab edir. Bundan başqa
parafin və duz çöküntüləri ilə mübarizə çətinləşir. Buna görə işlək qazın
mərkəzi sistemlə verilməsi mədənlərdə, demək olar ki, heç tətbiq edilmir. Bu
sistemi yalnız maye qumsuz olduqda, parafin və duz çöküntüləri əmələ
gəlməsi qorxusu olmadıqda və nisbətən böyük hasilat almaq istədikdə tətbiq
etmək olar.
Mədəndə adi şəraitdə işlək qazı halqavarı sistemlə verən bircərgəli
qaz-hava qaldırıcısını tətbiq edib, onun nöqsanlarını aradan qaldırmağa
çalışmaq lazımdır.
Dostları ilə paylaş: |