A. X. Mirzəcanzadə, M.Ə.İskəndərov, M.Ə. Abdullayev, R. Q. Ağayev, S. M.Əliyev, Ə. C.Əmirov, Ə. F. Qasımov


§ 3. DƏRİNLİK NASOSLARININ İSTİSMAR QAYDALARI



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix29.10.2019
ölçüsü3,61 Mb.
#29455
1   ...   23   24   25   26   27   28   29   30   31
§ 3DƏRİNLİK NASOSLARININ İSTİSMAR QAYDALARI 

 

A. Nasosların nəql edilməsi və saxlanması 

 

1. Nasosların açıq halda (yeşiksiz) nəqli zamanı, mütləq aşağıdakı 

qaydalara riayət edilməlidir: 

a) dərinlik nasosları avtomobilə nəql edilərkən mütləq taxtadan 

hazırlanmış altlıq üzərinə qoyulmalıdır; 

         b) nasoslar avtomobilə yüklənərkən onların üst-üstə yığılmasına və 

uclarının asılı halda qalmasına (1 m-dən artıq) yol verilməməlidir; 

 c) nasoslar avtomobilə yüklənib-boşaldılarkən titrəyişlərə və zərbələrə 

yol verilməməlidir, çünki bunun nəticəsində oymaqlar öz yerini dəyişə bilər; 

      ç)  nasoslar zədədən və çirkdən mühafizə edilməlidir. 

2.

  Təzə quyudan çıxmış və təmir olunmuş nasoslar, onlara üç nöqtədə 



dayaq verilmək şərti ilə örtülü tikililərdə saxlanmalıdır. 

3.

  Nasos quyudan qaldırıldıqdan sonra quyunun yanında 



qalmamalıdır. 

Qummirlənmiş ehtiyat plunjerlər və işdə olmuş, lakin kipləşdirici 

halqası  yeyilməmiş plunjerlər, texniki rezin məmulatların saxlanılması 

qaydalarına uyğun surətdə saxlanmalıdır. 

Qummirlənmiş plunjerləri günəş şüalarından, atmosfer 

çöküntülərindən və istilik cihazlarından qorumaq lazımdır (optimal saxlanma 

temperaturu 20°C olmalıdır). 

Qummirlənmiş plunjerlər altı aydan artıq saxlanmamalıdır (bu 

müddətdən sonra rezin öz xassəsini itirir). 


361

 

 

 



B. Təzə alınmış nasosların  mədəndə yoxlanması 

 

Mədənə gətirilən hər bir dərinlik nasosunun pasportu  olmalı, bu 

pasportda silindrin yığılmasının 

keyfiyyətini göstərən kartoqram 

yapışdırılmalıdır. Bu kartoqramda plunjerin silindr daxilində yerdəyişməsi 

üçün tələb olunan qüvvənin ölçüsü  göstərilir. 

Mədənə təzə gətirilmiş bütün nasoslar aşağıda göstərilmiş qaydalar 

üzrə diqqətlə yoxlanmalıdır. Mədən işçilərinin təzə nasosları sökməsinə və 

təmir etməsinə icazə verilmir. 

Mədəndə təzə boru nasosları xarici görünüşünə (silindr keçiricisinin 

konus yəhərinin yivli birləşmələri, örtüyün vəziyyəti və uzadıcı qısaborunun 

vəziyyəti) görə yoxlanılır. 

Yivlərdə  qırılma, uzadıcı qısa boruda əyrilik və örtükdə mexaniki 

zədələr aşkar edilirsə, belə nasos işə yararsız hecab olunur. 

Plunjerin vəziyyətini yoxlamaq üçün nasos xüsusi dirəklər üzərinə 

qoyularaq, silindrin yuxarı keçiricisi boru sıxıcıları ilə  bərkidilir və 

plunjerlərlə sorucu klapanın qovşağı rım vasitəsilə nasosdan çıxarılır. 

Beləliklə plunjer təmiz əski ilə silinərək səthi, bundan başqa konus ucluğu və 

yiv birləşmələri də yoxlanılır (əgər birləşmələri boşalmışsa, onları bərkitmək 

lazımdır). Əgər yoxlama zamanı plunjerin işçi səthində, konus ucluqda batıq, 

cızıq və ya başqa  zədələr, paslanma, tutucu qurğularda qüsurlar aşkar 

edilərsə, nasos yararsız hesab edilir. 

Klapan qəfəsinin bərkidilməsi üçün metal mildən istifadə edilməsinə 

yol verilməməlidir. Bu məqsəd üçün xüsusi açarlardan istifadə edilir. 

Mədənə gətirilmiş təzə qondarma dərinlik nasosları aşağıda göstərilən 

qayda üzrə yoxlanmalıdır. 



 

Qıfıl dayaq bölməsinin vəziyyətinin yoxlanması 

 

Keçidlərin çirklənməsi, bütün bölmənin düzgün yığılması və yiv 

birləşmələrinin möhkəmliyi yoxlanır. 

Qıfıl dayağın açılması lazım gələrsə, keçirici açılır və yivinin 

vəziyyəti  yoxlanır. Əgər  nöqsan varsa, hissə dəyişdirilir. Əgər yiv 

çirklənmişsə, o ağ neftlə yuyulur və yenidən maşın yağı ilə yağlanır. 

Kipləndirici səthlər üzərində batıq, cızıq və ya başqa zədələr varsa və 

həmçinin yaylı lövbərin pərləri sınmış olarsa, o başqası ilə əvəz edilir, 

yağlanır və yenidən yığılır. 

Qıfıl dayağın qovşağı yığıldıqdan sonra onu hidravlik üsulla yoxlamaq 

lazımdır. 

 

 



362

 

 

Nasosun vəziyyətinin yoxlanması 



 

Örtük xarici görünüşünə görə yoxlanır; batıq, deşik və ya başqa zədə 

aşkar edilərsə, nasos yararsız hesab edilir. Konusun səthi və yiv birləşmələri 

yoxlanır (yivlər boşalmışsa bərkidilir). 

Nasosun  yoxlayıcı  dayaq halqasından keçməsi yoxlanır. Plunjer 

səthinin vəziyyətinin  və yiv birləşmələrini yoxlamaq üçün o silindrdən 

çıxardılır (yiv birləşmələri açılmışsa, bərkidilir). 

Silindrin  vəziyyətinin  yoxlamaq üçün o, təmiz əski parçası ilə 

silinərək, maşın yağı ilə yağlandıqdan sonra plunjer  ona salınır. Bundan 

sonra  plunjerin silindr içərisində maneəsiz olaraq hərəkəti yoxlanır. Bunun 

üçün plunjerə bərkidilmiş rımı sağ tərəfə fırlatmaq lazımdır. Bu zaman 

plunjer sərbəst halda hərəkət etməlidir. Plunjer hər hansı bir yerdə ilişirsə və 

ya çətinliklə hərəkət edirsə, bu zaman nasos yararsız hesab edilir. Bütün bu 

yararsız hesab olunmuş nasoslar üçün uyğun reklamasiya tərtib edilərək 

hazırlayıcı zavoda göndərilir. 

 

Dərinlik nasoslarının seçilməsi və istismarı 

 

Yeraltı avadanlıq (dərinlik nasosunun tipi və  ölçüsü,  qoruyucu 

avadanlıq), nasosun buraxılma dərinliyi və iş rejimi quyunun 

xarakteristikasından (qumun, qazın və suyun  mövcud olmasından), 

məhsuldarlığından və həmçinin mayenin quyuda qalxma hündürlüyündən 

asılı olaraq seçilir. 

Dərinlik nasoslarının tipini müəyyən etdikdə aşağıdakıları əsas tutmaq 

lazımdır. 

Az faiz qumlu və sərbəst qazlı mayeləri çıxarmaq üçün NQN-1  və 

NQN-2 hamar plunjerli nasoslardan istifadə etmək lazımdır. NQN-2 nasosu 

qumlu sərbəst qazlı mayeləri çıxarmaqdan ötrü istifadə edilməlidir. 

Verdiyi neftin tərkibində az faiz qum və qazsız maye olan dayaz, az 

məhsullu və alçaq dinamik səviyyəli quyuların istismarında iki oymaqlı 28, 

32 və 43 mm NQN-1 tipli nasoslardan istifadə etmək məsləhət görülür. 

28  və  32 mm nasosları quyuya 

2

1

1

$$

 nasos boruları ilə endirmək 



lazımdır. Kiçik diametrli nasos boruları mayenin qalxma sürətinin artmasına 

və qumun çökməməsinə imkan yaradır. Çox qumlu quyularda qanovlu 

(halqavarı vintvarı) plunjerli, „qumsıyıran" plunjerli, xüsusi çuxurlu plunjerli 

və ya NQN-2T  tipli nasoslardan istifadə olunmalıdır. Tərkibində az miqdar 

qaz, parafin və  duz olan quyularda NQN-2RB, NQN-2R, NQN-1RB və 

plunjeri qummirlənmiş NQN-1R  tipli nasoslardan istifadə edilir. Orta 

dərinlikli və dərin quyularda əsasən NQV-1  tipli qondarma nasoslarından 

istifadə edilməsi məsləhət görülür. 



363

 

 

Böyük  diametrli (68 mm) NQV-1 nasosu lazımi məhsuldarlığı təmin 



etmədikdə, borulu nasoslardan istifadə edilməlidir. 

Tıxacı tez-tez  təmizlənən  quyularda borulu nasosdan istifadə etmək 

olar. 

Nasos optimal orta verim əmsalında nəzərdə tutulan məhsuldarlığı 



təmin edə bilən ən kiçik diametrdə götürülməlidir. 

Quyudan daha çox maye cıxarmaq məqsədi ilə nasos qurğusunun 

məhsuldarlığı, ən əvvəl plunjerin gediş yolunu, sonra yırğalanma sayını  və 

axırıncı növbədə nasosun plunjerinin diametrini artırmaqla təmin 

edilməlidir. 

Nasosun araboşluğunun qrupu çıxarılan mayenin özlülüyündən, 

temperaturundan və nasosun buraxılma dərinliyindən asılı olaraq 

seçilməlidir. Temperatur yüksək və özlülük böyük olduqda II və  III qruplu 

nasoslardan istifadə etmək lazımdır. 

Mayenin  temperaturu aşağı və  özlülüyü az olduqda I qrup nasoslardan 

istifadə edilməlidir. Nasosun buraxılma dərinliyi 500-1200 m olan quyularda 

II qrup nasoslardan istifadə etmək lazımdır. Plunjeri sürətlə  hərəkət edən 

böyük diametrli nasos işləyən çox su basmış böyük debitli quyularda III qrup 

nasosdan istifadə edilməsi məsləhət görülür. Yüngül və  az özlülüklü neft 

quyularında (əsasən nasosun asılma dərinliyi 1200 m-dən  çox olan 

quyularda) I qrup nasoslardan istifadə edilməlidir. 

  Mümkün olduqda nasosu quyudakı mayenin dinamik səviyyəsindən 

20-30 m aşağı buraxmaq lazımdır. 

Böyük miqdarda qaz ayrılan və kifayət qədər maye  sütunu olan 

quyularda nasosun dərinə buraxılması plunjerin qumla tutulmasına səbəb 

olmursa, onun buraxılma dərinliyini 100—150 qədər artırmaq olar. 

Dərinlik nasosu bir qayda olaraq mühafizə avadanlığı ilə təchiz 

edilməlidir. 

Mühafizə avadanlığını seçdikdə aşağıdakılar nəzərə alınmalıdır: 

a) sərbəst qazlı qumsuz quyulara qaz lövbəri buraxılmalıdır; susuz, 

xüsusən ağır və böyük özlülüklü neftli quyularda qaz lövbəri buraxmaq 

faydasızdır; 

b) əgər quyu qazdan başqa qum da verirsə, quyudibi zonası Azərb. 

ETNÇİ metodu ilə bərkidilməlidir; 

c) qumlu quyularda tez-tez tıxac əmələ gəlməsinin qarşısını almaq 

üçün laydan gələn qumun dərhal xaricə çıxarılmasını təmin etmək lazımdır. 

Bunun üçün 

%

2

1

1

 və 


2

$$

nasos borularından ibarət olan quyruqdan istifadə 



edilməlidir. 

„Quyruğun" qondarma nasos ilə birlikdə süzgəcin yuxarı deşikləri 

səviyyəsinə qədər buraxılması məsləhət görülür. „Quyruq" və dərinlik 

nasosu süzgəcin qarşısında dayanarsa, qumun quyudan xaric edilməsini 



364

 

 

yaxşılaşdırmaq üçün boruarxasına maye tökmə üsulundan istifadə 



edilməlidir; 

ç) çox miqdarda qum verən quyularda buraxılma dərinliyi 1000 m 

qədər olduqda plunjerin ilişməsinin qarşısını almaq üçün NQN-2T, 1000 m-

dən çox olduqda isə NQV-2T nasosundan istifadə etmək yaxşı nəticə verir. 

 

C. Nasosun endirilmə və qaldırılma qaydaları 

 

Nasosu, emalatxanadan, quyuya endirmək üçün göndərməzdən qabaq, 

onun əsas hissələrini xaricdən diqqətlə müayinə etmək və plunjer silindrdən 

hərəkətinin səlisliyini yoxlamaq lazımdır. 

Endirmə-qaldırma əməliyyatına başlamazdan əvvəl iş yeri müəyyən 

qaydaya əsasən sahmana salınmalıdır. Quyunun döşəməsi və korpusu 

çirkdən və palçıqdan təmizlənməli, lazım olduqda təmir edilməlidir. 

Boru nasosu quyuya aşağıdakı ardıcıllıqla endirilir. 

Əvvəlcə mühafizəedici avadanlıq, sonra nasosun silindri və daha 

sonra nasos boruları endirilir. Nasos boruları lazımi dərinliyə endirildikdən 

və planşayba oturdulduqdan sonra nasosun plunjer bölməsinin ştanqlarla 

endirilməsinə başlanır. 

İçklapanlı HQN-2 nasosu endirildikdə, nasosun sorucu klapan 

qovşağını, plunjerlə birlikdə endirmək lazımdır. Borular endirildikdən sonra 

yuxarıdan konusu atmaq qadağan edilir. 

Qondarma nasoslar quyuya endirilərkən əvvəlcə qoruyucu  avadanlıq, 

sonra qıfıl dayaq bölməsi, daha sonra nasos boruları endirilməlidir. Fikir 

vermək lazımdır ki, qıfıl dayağın yivi nasos borularının yivinə uyğun olsun; 

gediş yolu uzunluğu 2100 mm və daha çox olan nasoslarda uyğun köynəkli 

dayaq qoyulması tələb olunur. 

Nasos borularını lazımi dərinliyə qədər endirib planşaybanı kəmərin 

flyansının (və ya üçboğazın) üzərinə oturtduqdan sonra nasosu ştanqlarla 

endirib, qıfıl dayağa oturtmaq lazımdır. 

Quyuya endirilən boruların daxili divarlarında duz, parafin çöküntüləri 

olmamalıdır. Nasos borularını hər dəfə endirməzdən qabaq xüsusi şablon 

vasitəsilə yoxlamaq lazımdır. Şablonun uzunluğu 1250 mm, diametri isə 

aşağıdakı ölçülərdə olmalıdır: 

%

2



1

1

borular üçün 38,2 



mm 

2

$$

       „ 



 48,2   „ 

%

2



1

2

       .       . 

 59,7   „ 

3

$$   „       „ 

 72,9   „ 

%

2



1

3

     -         

  85,7   „ 


365

 

 

4

$$        „ 

  97,3   „ 

Bir qayda olaraq quyuya eyni markalı bir qrupdan olan borular 

buraxılmalıdır. Quyuya nasosun xarakteristikasına görə təyin edilmiş 

diametrdən böyük diametrli boru buraxılmasına yol verilməməlidir. 

Borular endirilən zaman yivlərinə qrafitli yağ çəkib, kip bağlamaq 

lazımdır. 

Quyuya endirilən nasos ştanqlarının üzəri təmiz olmalıdır. 

Ştanqların yiv  birləşmələri elə bağlanmalıdır ki, onlar iş zamanı öz-

özunə açılmasın. 

Quyuya gövdəsi və ya başı əyilmiş, yaxud üzərində zədə olan 

ştanqların endirilməsinə yol vermək olmaz. Buruqda ştanqları asmaq üçün 

çilçiraq olmadıqda, onlar bir-bir endirilib qaldırılmalıdır 

Endirmə zamanı qondarma nasosun sorucu klapan qovşağının qıfıl 

dayağına və ya boru nasosunda plunjerin sovurucu klapan qovşağına zərb ilə 

dəyməməsi üçün sonuncu ştanqı quyuya ehtiyatla endirmək lazımdır. 

NQN-2 tipli nasoslarda sorucu klapan qovşağını azad etmək üçün 

konusvarı ucluğu səlis olaraq konus yəhərinə oturdub, ştanq kəmərini sola 

fırladıb qaldırmaq lazımdır. 

     Sorucu klapan qovşağını tutmaq üçün isə plunjer tutucu ilə birlikdə 

tutucuqoluna söykənənə  qədər endirilməli və  ştanq kəməri sağa 

fırlandırılaraq qaldırılmalıdır. 

Qondarma nasosun qıfıl dayağının düzgün oturmasını, boru 

nasoslarında isə sorucu  klapan qovşağının konus yəhərinə oturmasını və 

həmçinin boruların kipliyini nasos boruları kəmərinə maye  tökməklə 

yoxlayırlar. Borulu nasoslarda sorucu klapan qovşağının altına başqa şeylər 

düşüb kiplik yaratmağa imkan vermədikdə, bu qovşağı yuyub təmizləmək 

lazımdır. Quyuda texniki işlər aparmaq üçün (quyunun dibini təmizləmək və 

ya borularda maye itkisini ləğv etmək üçün və i.) qondarma nasosu boru 

kəmərini qaldırmadan çıxarmaq olmaz. 

 

Ç. Dərinlik nasoslarının işi 

 

Dərinlik nasosunu endirib boruların kipliyini və konusun düzgün 

oturmasını yoxladıqdan sonra dərinlik nasosunun texniki xarakteristikasına 

əsasən onun ehtiyat gediş yolunu müəyyən etmək lazımdır. 

Sonra pardaxlanmış pistonqolu vasitəsilə axırıncı ştanq mancanaq 

dəzgahı asqısından asıb, mancanağı işə salmaq lazımdır. 

Plunjerin öz yerində düzgün oturması dinamometrləmə vasitəsilə 

yoxlanır. 

Borulu nasosun plunjeri sorucu klapan qovşağına və ya qondarma 

nasosda pistonqolu keçiricisi pistonqolunun yönəldicisinə dəyirsə, sonuncu 

ştanqı qısaltmaq lazımdır. Boru nasosunun plunjeri normal vəziyyətindən 


366

 

 

yuxarı oturdularsa, o, yuxarı gedişin son nöqtəsində silindrdən kənara 



çıxacaqdır. Bu halda ştanqları uzatmaq lazımdır. Qondarma nasosda 

plunjerin yüksək oturması zamanı, plunjer qəfəsi yuxarı gedişin son 

nöqtəsində dayağa toxunacaqdır. Bunun nəticəsində qıfıl öz dayağından 

ayrılır və maye boru kəmərindən quyuya axır və nasosun maye verimi 

kəsilir. Bu qüsuru aradan qaldırmaq üçün ştanqları bir qədər uzatmaq 

lazımdır. 

İstismar zamanı dərinlik nasosuna daim nəzarət edilməlidir. 

Müntəzəm olaraq nasosun məhsuldarlığını, yeraltı avadanlığın (nasosun, 

boruların, ştanqların) vəziyyətini və quyudakı mayenin dinamik səviyyəsini 

yoxlamaq lazımdır. 

Dərinlik nasosunun işinə dinamometrləmə vasitəsilə nəzarət etmə 

üsulu, ən mükəmməl və geniş yayılmış üsuldur. Bu üsul ilə nasosun 

silindrinin dolma dərəcəsi, nasosun sorucu və vurucu klapanlarının kipliyi, 

qazın təsiri, plunjerin yerində oturması, boruların kipliyi, ştanqların açılması 

və qırılması, plunjerin ilişməsi və i. aydınlaşdırılır. 

Nasosu hər dəfə quyudan qaldırmazdan qabaq və həmçinin nasosu   

quyuya  endirəndən bir gün sonra ya  nasosun iş rejimi və ya məhsuldarlığı 

dəyişdikdə onu bir qayda olaraq dinamometrləmək lazımdır. 

Quyunun məhsuldarlığının quyu üçün təyin edilmiş minimal verim 

əmsalına qədər azalmasına yol vermək olar. 

Quyunun sənədlər kitabına müntəzəm olaraq nasosun tipi, diametri, 

endirmə-qaldırma əməliyyatı haqqında, nasosun təmiri və təkrar istifadə 

edilməsi haqqında məlumat qeyd edilməlidir. Bu kitabdakı qeydlər əsasında 

dərinlik nasosunun pasportunun müvafiq cədvəli doldurulmalıdır. 

 

D. Nasosu quyudan çıxartdıqdan sonra, qüsurlarının təyini və tez 

yeyilən hissələrinin dəyişdirilmə qaydası 

 

Ştanq açıldıqda yaxud  qırıldıqda boru nasosunu quyudan çıxartmaq 

lazım gəlmir. Bu zaman nasosu sınmış ştanq olan yerə qaldırıb, qüsuru ləğv 

etmək və nasosu yenə də öz yerinə endirmək lazımdır. 

Borularda maye itkisi olduqda ştanqları tamamilə, boruları isə qüsur 

yerinə qədər qaldırıb qüsuru ləğv etdikdən sonra, əvvəlcə boruları, sonra isə 

ştanqları quyuya endirmək lazımdır. Yuxarıda göstərilən səbəblərdən 

qondarma nasosunun qıfıl dayağının hər hansı bir hissəsi sıradan çıxarsa 

qondarma nasosu quyudan çıxarıb qüsuru ləğv etmək lazımdır. 

Məhsuldarlığını azalması nəticəsində quyudan çıxarılmış nasos, 

mədənin emalatxanasına aparılır və orada diqqətlə müayinə edilir. 

Emalatxanaya gətirilmiş nasosları müayinə edib, emalatxanada təmiri 

mümkün olan və zavodda təmir edilməsi lazım olan qruplara ayırmaq 

lazımdır. 



367

 

 

Təmirdən  sonra onları 



yağlayıb  ayrı-ayrı qəfəslərə 

qruplarla yığmaq lazımdır. 

Zavoda verilən 

nasosların bütün hissələrinin 

hamısı öz yerində olmalı və 

onlar çirkdən qorunmalıdır. 

Nasoslar zavoda pasportları 

ilə birlikdə verilməlidir. 

Pasportda aşkar edilmiş 

qüsurlar, edilmiş təmirlər .və 

təmirin səbəbi qeyd 

edilməlidir.  

Emalatxanada təmirə 

seçilmiş nasoslarla aşağıdakı 

əməliyyat aparılmalıdır: 

a) klapan qovşağını 

yoxlamaq, lazım gələrsə, 

yeyilmiş hissələrini dəyişmək 

lazımdır; 

b) qondarma nasosun 

konusunu yoxlamaq, lazım 

gələrsə, 

dəyişmək lazımdır. 

Örtükdə 


və 

başqa 


hissələrin üzərində tutmaq 

üçün xüsusi yer olmadıqda, 

onları borusıxanda və  məngənədə  üzərinə  xüsusi əzilmədən mühafizəedici 

qoyub sıxmaq lazımdır. 

Plunjeri silindrdən çıxardıqdan sonra onu təmiz əski ilə silib üzərini 

diqqətlə müayinə etmək lazımdır. Üzərində aydın surətdə görünən korroziya, 

yeyilmə, iri cızıq və qopuq olan plunjer yararsızdır. 

Quyudan çıxarılmış nasosların klapanı mühəndis Dadaşovun təklif 

etdiyi üsulla yoxlanır (181-ci şəkil). 

Quyudan  çıxarılmış, nisbətən yüksək  verim əmsalına malik nasosun 

plunjeri ilə silindri arasında boşluq kiçik olarsa, o təkrarən böyük özlülüklü 

neft verən dayaz quyularda istifadə edilə bilər. 

Əgər nasosun hissələrini dəyişdikdə, onun yivlərini açıb-bağlamaq 

lazım gəlirsə, onda nasos yığıldıqdan sonra onun kipliyini yoxlamaq 

lazımdır. 

Hər bir mədənin təmir məntəqəsində (xüsusi və ya adi nasos 

emalatxanası) dərinlik nasoslarının təmiri xüsusi kitabçada qeyd edilməlidir. 

181-ci şəkil. Klapanları yoxlamaq 

üçün mühəndis Dadaşovun vakuum 

cihazı : 

1-rezin qat;2- gürəcik; 3-yəhər;4- qayka; 

5- patron;6-şüşə boru;7-düymə



8-qalaq;9-



yaylı dalqavarı borucuq



0



10

20

30



40

50

60



70

80

90



100

6

7



8

9

1



2

3

4



5

368

 

 

§4.



 

Q

UMLI QUYULARIN DƏRINLIK NASOSLARI ILƏ ISTISMARI

 

 

Q

UMLU QUYULARDA TƏTBIQ EDILƏN NASOSLAR

 

 

Hal-hazırda qumlu quyularda tamamilə əngəlsiz işləyə bilən dərinlik 

nasosu yaradılmamışdır. Bu məsələ üzrə tədqiqat işləri davam edir. İstər 

boru, istərsə də qondarma nasoslarında qumla mübarizə üçün plunjerin xarici 

səthində bəzi dəyişikliklər (qanovlar, qum sıyıran) edildiyi məlumdur. Bütün 

bunlar verdiyi mayedə 3%-dən az qum olan quyularda yaxşı nəticələr verir. 

Əgər mayedə iri dənəli qum çox olarsa, qumla mübarizə məsələsi daha da 

çətinləşir, çünki iri qum dənələri nasos borularından plunjer üzərinə çökür və 

onun hərəkətinə əngəl törədir. Qumun plunjer üzərinə çökməməsi üçün 

nasos borularında mayenin qalxma sürətini lazımi qədər artırmaq lazım gəlir. 

Bunun üçün əsas vasitələrdən biri də NQN-2T və NQV-2T nasoslarıdır. 

NQN-2T tipli nasos şaquli plunjerli, birtəsirli, iki  klapanlı içi boş 

ştanqlara bağlanmış oymaqlı silindri olan boru nasosudur (182-ci şəkil). 

Bu nasoslar orta dərinlikli, sərbəst qaz və qumun miqdarı çox olan 

quyularda tətbiq edilir. 

Bu tipli nasoslar 2 əsas bölmədən—silindr və plunjerdən ibarətdir. 

Bu tipli nasosların silindrinin qovşağı, NQN-2 tipli nasosun 

silindrinin qovşağından tutucunun pistonqolu, klapanın uzunlaşdırılmış 

gövdəsi və stəkanın olması ilə fərqlənir. 

Tutucu qolunun yuxarı ucu bir qədər uzadılmışdır; ona görə də sorucu 

klapan qovşağını tutduqda vurucu klapanın kürəciyi  qaldırılmış vəziyyətdə 

qalır. Buna görə də nasosun vurucu boşluğu ilə sorucu boşluğu arasında əlaqə 

yaranır və beləliklə də boruvarı ştanqlarda olan maye quyuya axır. 

Bu nasoslarda işlədilən „Q", „K", „V" və ya „N" tipli plunjerin yuxarı 

hissəsinə keçirici vasitəsilə boru şəklində olan kiçik pistonqolu bərkidilmişdir. 

Bu kiçik pistonqolunun yuxarı hissəsi keçirici mufta vasitəsilə boruvarı 

ştanqla birləşdirilir. Bütün qalan cəhətlərinə görə NQN-2 Q tipli nasoslar 

NQN-2 tipli nasosların eynidir. 

           Bəzən çox qum verən quyulardan çıxan maye çox qatı və içərisində 

parafin olur ki, bu da nasosun işini daha da çətinləşdirir. Belə quyularda 

dərinlik nasosunun əngəlsiz  işləməsi məqsədi ilə, teleskopik nasoslar təklif 

olunmuşdur. 

 

 

 



 

 

 



 

369

 

 

 



 

 

 



 

 

182-ci şəkil.NQN-2 tipli boru nasosu  

D


370

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

183-cü şəkil. NQV-3(NQN-5) teleskopik nasosu: 

 

1—ərsin; 2—  keçirici; 3—piştonqolunun yönəldicisi; 3a—əksqayka; 4-keçirici mufta; 



5—konusun gövdəsi; 6—konus; 7—konusun yəhəri; 8—qıfılın yayı; 9—dayaq muftası; 

10—silindrin yuxarı muftası; 11—pistonqolu; 12— silindr; 13—plunjerin qəfəsi; 14—

plunjer; 15—vurucu klapanın gövdəsi; 16—stəkan; 17—kürəcik; 18—vurucu klapanın 

yəhəri; 19—plunjerin ucluğu; 20—yönəldici mufta; 21—silindrin aşağı muftası; 22—

vurucu klapanın gövdəsi23—kürəcik; 24— vurucu klapanın yəhəri; 25—ucluq. 

1

2



3

3a

4



5

6

7



8

9

10



11

12

13



14

15

16



17

18

19



20

21

22



25

24

23



371

 

 

 



NQV-3 (NQN-5) və  NQV-4  (NQN-6) teleskopik nasoslar, şaquli 

boru plunjerli sabit və boru silindrli birtəsirli qondarma nasoslardır. Bu 

nasosların silindri və plunjeri bir-birinin içərisində konsentrik işlədiyinə görə 

bunlara ikiborulu teleskopik nasoslar adı verilmişdir. 

Bu nasosların ölçüsü 

%





$$



2



1

2

50

2

39

,

 və 


3

63

$$

  olur. Bunlardan hər 



biri 5 əsas qovşaqdan silindr, sorucu klapan, vurucu klapanla plunjerdən, 

pistonqolu yönəldicisi ilə konusdan, köynəklə qıfıl dayağından və göstə-

rilmiş bölmələrə daxil edilməmiş bəzi hissələrdən ibarətdir. 

NQV-3 (183-cü şəkil) və NQV-4 (184-cü şəkil) nasosları bir-birindən 

quruluş cəhətcə, yalnız dayaq bölməsinin yerləşməsinə görə fərqlənir. Bu 

səbəbdən də aşağıda ancaq NQV-3 (NQN-5) tipli nasos haqqında izahat 

verilir. 

Nasosun silindri tikişsiz, qəliblənmiş (soyuq uzadılmış) və ucuna 

muftalar bağlanmış borudan ibarətdir. Aşağı muftaya sorucu klapan, yuxarı 

muftaya isə pistonqolu yönəldicisi ilə konus qovşağı bağlanmışdır. Silindrin 

daxilində vurucu klapanı olan plunjer yerləşmişdir. Plunjer qəliblənmiş və 

uzunluğu 3 m  olan borudan hazırlanır. Plunjer qəfəs, mufta, pistonqolu və 

sıxıcı vasitəsilə ştanqlarla birləşir və hərəkətə gətirilir.  

NQV-3  nasoslarındakı sorucu və vurucu klapanlar, qıfıl dayağı 

qovşaqları eynilə müvafiq ölçülü NQV-1 nasoslarındakının eynidir. 

Beləliklə,  NQV-3  tipli nasoslardakı yeni hissələr silindr, plunjer, 

plunjer qəfəsi (ancaq 39X2" nasoslar üçün) və plunjer ötürücülərindən (50x2 

1/2" və 63X3" nasoslar üçün) ibarətdir. 

Üç ölçüdə olan teleskopik nasosların qovşaqları 100 kQ/sm



2

 təzyiq ilə 

sınaqdan keçirilir. Bu nasoslarda ehtiyat gediş yolunun uzunluğu 600 mm 

götürülür və silindrlə plunjer arasındakı kiplik, plunjerlə silindrin daim 

təmasda olan böyük uzunluğundakı ara boşluğundan axan mayenin hidravlik 

müqaviməti hesabına yaradılır. 



2 NQV-4 (2 NQN-6)  tipli nasos. Bu nasos iki borulu teleskopik, si-

lindri hərəkət edən və dayağı aşağıda olan qondarma nasosdur. Teleskopik 

nasosların hazırlanmasını asanlaşdırmaq məqsədi ilə Dzerjinski adına zavod 

M.Ə.Abdullayev,  A.V.Krasnobayev  və K.A.Lisikyan tərəfindən təklif 

olunmuş, 2 NQN-6 63X3" tipli borulu nasoslar buraxmışdır (185-ci şəkil). 

Bu nasos quruluşca NQV-4  nasosundan sadədir və ona nisbətən bir 

sıra üstünlüyə malikdir. Bunlardan başlıcaları: hissələrin az miqdarda 

olması, ucuz başa gəlməsi, qumun nasosun içinə girməsinin qarşısının 

alınması və nasosla qaldırıcı boruların araboşluğunda qum  çökməsi 

hallarının minimuma çatdırılmasıdır. 

 

 


372

 

 

 



 

 

 



 

 

18



4-cü şəkil. NQV-4(NQN-6) tipli nasos 

 


373

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

185-ci şəkil. 2NQV-42(NQN-6)tipli qondarma nasosu: 

 

1—nasos boruları; 2— vurucu clapanın qəfəsi; 3—kürəcik; 4— vurucu clapanın 

yəhəri; 5—nippel; 6—silindr; 7—sorucu clapanın qəfəsi; 8—  kürəcik; 9— 

sorucu clapanın yəhəri; 10—nippel; 11—plunjer; 12— ucluq; 13—uzadıcı; 14—

dayaq; 15—keçirici; 16—konusun gövdəsi; 17—konus; 18—konusun yəhəri; 

19—qıfılın yayı; 20—dayaq nippel; 21—dayaq muftası 

 

1



2

3

4



5

14

13



12

6

15



16

7

17



8

18

9



19

10

20



11

21


374

 

 

Silindr, plunjer və uzadıcını hazırlamaq üçün istifadə edilən boruların 



istər xarici diametrinin və istərsə də divar qalınlığının ölçulərindən yüksək 

dəqiqlik tələb olunmur. 

Bu nasosun bölmələri, yəni qıfıl dayaq, vurucu və sorucu klapan 

qovşaqları, müvafiq ölçülü  qondarma   NQV-1 borulu NQN-1 və NQN-2 

tipli nasosların bölməsi və qovşaqlarından quraşdırılmışdır. 

2 NQN-6 nasosları üç ölçüdə layihə edilmişdir: 2"-li nasos-

kompressor boruları üçün 39 mm, 2

1

/



2

"-lilər üçün 50 mm və 3"lilər üçün 63 



mm nasosun hər tip ölçüdə gediş yolunun uzunluğu 0,9 m və 1,8 m-dir. 

NQV-5 (NQN-7) tipli nasos.  Bu markalı teleskopik nasos üçborulu, 

üçklapanlı, silindri hərəkət edən və qıfılı aşağıda olan qondarma nasosdur 

(186-cı şəkil). Onun hərəkət etməyən orta borusu yaylı qıfıl və kipləşdirici 

konus vasitəsilə qıfıl yəhərinə bağlanmışdır. 

Nasosun hərəkət edən hissəsi-silindr, nippel, dartıcı boru və ötürücü 

vasitəsilə daxili boru ilə birləşmiş xarici borudan ibarətdir. 

Yuxarı vurucu klapan qovşağı sıxıcı ərsin vasitəsilə ştanq kəmərinə 

bağlanmışdır. Aşağı vurucu klapan qovşağı daxili borunun ucunda 

yerləşdirilmişdir. NQV-5 tipli nasosun klapan bölmələri, silindr və plunjeri, 

həmçinin texniki xarakteristikası NQV-3 və NQV-4 nasoslarınınkı kimidir. 

Yuxarıda göstərdiyimiz teleskopik nasosda maye itkisinin səbəbini 

mükəmməl təhlil etmək üçün bir neçə tənlik vardır. Bu tənliklərdən aydın 

olmuşdur ki, NQV-3 və NQV-4 nasoslarında olan xarici araboşluqlarının 

uzunluğu bərabər olduqda, ikinci nasosdakı itki birincidəkindən bir qədər az 

olur. Bu onunla aydınlaşır ki, ştanqların yuxarı getmə prosesində bir qədər 

vaxt keçir ki, bu zaman NQV-4 nasosunun hərəkət etməkdə olan aşağı 

klapanı hələ bağlı qalır və maye hər iki araboşluğundan (xarici və daxili) 

keçməli olur. 

Yuxarıda qeyd edilənlərdən belə çıxır ki, NQV-3 və NQV-4 

nasoslarında olan itkilərin fərqi, nasosun dalma dərinliyinin və araboşluğu 

kəmiyyətinin artması ilə çoxalır, əksinə maye özlülüyünün, təmasda olan 

səth uzunluğunun, yırğalanma sayının, gediş yolu uzunluğunun və nasosun 

diametrinin artması ilə azalır. 

Buna görə də kiçik diametrli NQV-5 (NQN-7) tipli teleskopik nasosu 

ilə özlülüyü az olan mayeləri dərin quyulardan, özlülüyü çox olan mayeləri 

böyük diametrli nasoslarla dayaz quyulardan vurmaq əlverişlidir. 187-ci 

şəkildə NQN-5 və NQN-7 tipli nasosların 

4

D

&

 səthinə müvafiq hesablanmış 



verim əmsalının əyriləri verilmişdir. 

Əyrilər A.M. Pirverdiyan tərəfindən aparılmış hesablamanın əsasında 

qurulmuşdur: 

 

 



375

 

 

 



 

 

 



 

 

186-ci şəkil. NQV-5(NQN-7) tipli üçborulu qondarma 



nasosu: 

 

1—ərsin; 2— yuxarı vurucu klapanın qəfəsi; 3— kürəcik; 3—əksqayka; 



4-yəhər; 5—keçirici; 6—plunjerin xarici borusu; 7—silindrin ucluğu; 

8—uzadıcı boru; 9—silindr; 10— keçirici nippel; 11— plunjerin daxili 

borusu; 12— aşağı vurucu klapanın gövləsi; 13—stəkan; 14— kürəcik; 

15—yəhər; 16— plunjerin ucluğu; 17—sorucu klapanın gövdəsi; 18— 

stəkan; 19—  kürəcik; 20—  yəhər; 21—qıfılın keçiridisi; 22—  qıfılın 

muftası23—konus; 24— qıfılın yayı; 25— qıfılın yəhəri 

 

 



1

2

3



4

5

6



7

8

9



10

11

25



24

23

22



21

20

19



18

17

16



15

14

13



12

376

 

 

                                               



,

D

s

n

L

H

g

k

3

'

'



'

'







                                    (X.4) 

burada 



-kənar tərəflərdəki araboşluğu; 



  H— nasosun dalma dərinliyi

  L— təmasda olan boruların uzunluğu; 

  



—kinematik özlülük;  



  n— yırğalanma sayı; 

  s—gediş yolunun uzunluğu;. 

  D—nasosun (orta borunun) diametridir.  

Aşağıdakı tənlik vasitəsilə NQN-7 tipli nasoslar üçün təxmini 

hesablanmış təmasda olan boru uzunluğunun orta qiyməti verilir: 

                          



.

max

2

s

L

L

or

(

 



Şəkildə NQN-5 və NQN-7 nasoslarının verim əmsalları (R) arasındakı 

fərq nəzərə çarpır. Buna görə də kompleks kəmiyyət (k) 0,03-dən artıq 

olarsa, NQN-5 əvəzinə üçborulu NQN-7 nasosunu işlətmək əlverişlidir. 

Əgər bu kompleks (k) 0,03-dən az olarsa, NQN-5 nasosunu işlətmək 

faydalıdır, çünki bu nasos NQN-7-dən daha sadədir və ucuzdur. 

NQN-5 nasosu üçün təmasda olan səthin uzunluğu sabitdir və 3020 



mm-ə bərabərdir; NQN-7 tipli nasoslar üçün isə bu qiymət 2950—3500 mm 

arasında dəyişir. 



 

 

187-ci şəkil. NQN-6, NQN-7 tipli nasosların    

 səthindən hesablama verişəmsallının əyriləri 

h

10



0,8

0,6


0,4

0,2


0

0,01


0,03

0,05


0,07

HГН-7


HГН-5

377

 

 

Boru arxasından quyuya maye tökülməsi 



 

Nasos istismarında, qumla mübarizə məsələsi ən əsas problemlərdən 

biridir. Bu problemi həll etmək üçün xüsusi nasoslardan (NQV-2T və s.) 

istifadə edildiyi kimi, texnoloji tədbirlər də görülür. 

Bu tədbirlərdən ən əhəmiyyətlisi Ə.B.Süleymanov tərəfindən təklif 

olunmuş, boru arxasına maye tökmə üsuludur. Bu üsul, Azərneft birliyinin 

mədənlərində xüsusi müvəffəqiyyətlə tətbiq edilir. 

Quyuya tökülən mayenin miqdarı çıxarılan və tökülən mayelərdən, 

həmçinin qumun fiziki xassələrindən başqa qumun həcm 

konsentrasiyasından da (



x



) asılıdır (birinci kitabın VII fəslinin ikinci 



paraqrafına bax). Birinci kitabdakı (VII.72-78) düsturlarından aydın olur ki, 

eyni bir şəraitdə həcm konsentrasiyasının hər bir qiymətinə mayenin 

müəyyən sərfi (Q) uyğun gəlir. 

Lakin quyuda 



x



-in çox olmasına yol vermək olmaz, belə ki, son 



halda müxtəlif əngəllər (qum tıxacı yaranması, qaldırıcı boruların tutulması 

və s.) baş verə bilər. Deməli 



x



-in müəyyən  buraxıla bilən həcm 



konsentrasiyası (

b



) hüdudunda artmasına yol  vermək olar ki, mayenin 



buna müvafiq lazımi sürəti 

l

)

 dir. 



Qumun yerüstünə müvəffəqiyyətlə çıxarılması 

l

)

 ilə 



q

)

 arasındakı 



münasibətdən asılıdır (

q

)

-quyuyun gündəlik hasilatına müvafiq ölçüsüz 



sürətdir). Burada iki hal ola bilər: 1) 

q

)

*



l

)

, 2) 



q

)

#



l

)



Birinci halda quyunun hasilatı elədir ki, o, qumun çıxarılmasını 

tamamilə təmin edir və bu zaman 



q

)

*



l

)

 olur. İkinci halda isə quyunun 



hasilatı kafi deyil və 

q

)

#



l

)

 alınır ki, bu da yuxarıda qeyd etdiyimiz kimi 



müxtəlif əngəllərə səbəb ola bilər. 

Yuxarıda göstərilənləri nəzərə alaraq buraxıla bilən həcm 

konsentrasiyaya, yəni 

b



=



x



 şərtinə müvafiq lazımi sürətin (



l

)

) qiymətini 



birinci kitabdakı (VII.78) düsturuna əsasən 

                                       





  



b

1

1

0

b

0

b

b

v















)

)

(



(

(

                           (X.5) 



ifadəsi ilə tapa bilərik; 

burada 


 

b



-birinci  kitabdakı (VII.72)  və (VII.73) ifadələrinə əsasən 



hesablanır.  

        Quyuya  maye 



q

)

#



l

)

 halında vurulacağından, həmin vurulacaq 



mayenin sərfinə müvafiq ölçüsüz sürət (

v

)

) belə tapılır: 



,

q

l

v

)

)



)

(

 



378

 

 

buradan 



                                                 

;

v

v

v

v

F

Q

+

)



,

q

q

q

q

F

Q

+

)



                                             (X.6) 

burada 


v

Q

-quyuya vurulacaq mayenin sərfi;



           F

b

və  F



q

 - quyuya vurulacaq və laydan gələn mayenin qaldırıcıda 

müvafiq olaraq tutduğu canlı kəsiyin sahəsidir; aydındır ki, F

b

+F

q

=F (F

qaldırıcı borunun en kəsik sahəsidir).



188-ci şəkil. Boruarxasına vurulacaq mayenin gündəlik sərfini 

təyin etmək üçün nomoqram

          



v

+

və 



q

+

- qumun vurulacaq mayedə və laydan gələn mayedə müvafiq 



olaraq çökmə sürətidir.

3

12



11

2

1



10

4

5



9

6

7



8

8

1



2

3

4



5

9

5



8

7

6



11

12 13


5

9

9



cavab

Açar


I

II

III



tapılır

ilə


kəsiş-

məsindən


cavab tapılır

Qeyd


- in qiyməti

-a bərabərdir

verilib

verilib


ve

ril


ib

ve

rilib



2

4

6



8a %

5

a%



2,0

1,5


1,0

0,5


0,1

1,0


2,0

a             =3,0%

0

0,6


0,8

1,0


1,2

1,4


1,6

1,8


2,0

2,2


İ

n

24 5



10

15 20


b

2,2


2.0

1,8


2,6

1,4


1,2

1,0


0,8

0,6


0,4

0,2


İ

İ

İ



İ

2,0


1,5

1,0


0,5

0

r



b

İ

3



santipuas

r

3



0

2

0



1

5

1



2

1

0



8

7

6



5

4,5


4,0

3,5


3,0

2,5


2,0

1,5


1,0

0,5


M

3

gün



Q

Q

r



a

D

=1



1 2

2

1



1 2

3

4



6

d=

0,6



m

m

0,5



0,4

0,3


0,2

379

 

 

Qeyd etməliyik ki, 



b



-nin təcrübi olaraq təyini heç də asan deyildir. 



Təqribi sürətdə 

b



=



,



 qəbul etmək, yəni 



b



-ni kritik sürətə (



,

)

) müvafiq  



həcmi konsentrasiyaya bərabər götürmək olar (sürət 

,

)



-dən az olanda 

x



 kəskin sürətdə artır). Beləliklə 



b



=



,



, başqa sözlə  



l

)

=



,

)

 qəbul 



etməklə, 

l

)

-in tapılması üçün buraxıla bilən həcm konsentrasiyasının (



b





qiymətini bilmək lazım gəlmir, belə ki, 

                                      

388

,

0



0

1





)



l

                                         (X.7) 

Bu düstur birinci kitabdakı (VII.79) ifadəsinə əsasən yazılmışdır 

(burada 

0



-laydan gələn qumun faiz hesabı ilə sərf konsentrasiyasıdır). 



Quyuya vurulacaq mayenin gündəlik sərfini asanlıqla tapa bilmək 

üçün yuxarıdakı düsturlara əsasən qurulmuş nomoqram 188-ci şəkildə 

göstərilmişdir. Nomoqram mayenin özlülüyü (



), qumun diametri (d), 



qaldırıcı borunun diametri (D), quyunun gündəlik hasilatı (Q

q

), qumun sərfi 

konsentrasiyası (

0



) və buraxıla bilən həcm konsentrasiyasının (



b





müxtəlif qiymətləri üçün qurulmuşdur. Qeyd etməliyik ki, nomoqram 

qurularkən qumun sıxlığı 



q



=2,64  q/sm



3

,  mayenin sıxlığı 



m



=0,8  q/sm



3

 

sabit götürülmüş, 



l

)

 isə  d=0,4  mm  və 





=1  sp  üçün hesablanmışdır; 

hesablamalar göstərmişdir ki, 



-nun dəyişməsi 



l

)

-in qiymətinə cüzi təsir 



edir. Nomoqramda 

l

)

=



 

0

f



 asılılığı qırıq xətlərlə 



 

0

l

f

w



 asılılığı isə 



bütöv xətlərlə göstərilmişdir. 

Nümunə üçün quyuya vurulacaq suyun (



sp

1

su

v



)



) gündəlik sərfi 

aşağıdakı şərtlərə əsasən tapılmalıdır: Q



q

=2,0  m



3

/gün

q



=5  sp,  d=0,4  mm



D=2",

0



=0,2%. Əvvəlcə verilmiş 



q



,  d, D  və  Q



q

-yə əsasən nomoqramdan 



q

)

=0,48 olduğunu tapırıq. Sonra verilmiş 



0



-a əsasən 



l

)

=1,5 qiymətini və 



l

)

 ilə 



q

)

-ni birləşdirib, onların fərqini, yəni 



v

)

=1,02 qiymətini tapırıq. 



Bunun ardınca verilmiş 

d

v

,



 və  D-dən keçməklə düz xətt çəkib onu 



v



=1,02 xətti ilə kəsişdirərək, Q



v

=8 m



3

/gün alarıq ki, bu da quyuya vurulacaq 

mayenin tapmaq istədiyimiz gündəlik sərfidir. 

Əgər həmin misalda başqa şərtlər olduğu kimi qalmaqla 

0



=1,0% 



olsa, onda 

l

)

=2,0, 



v

)

=1,52 və Q



v

=12  m

3

/gün; 


0



=2,8% olanda isə 



l

)

=2,47, 



v

)

=1,99 və Q



v

 =16 m



3

/gün alarıq. 

Əgər quyu neft ilə bərabər su verirsə, onda quyuya töküləcək mayenin 

miqdarını aşağıdakı kimi tapmaq lazımdır.  Neft və suyun gündəlik hasilatı 

Q

neft


=1,0 m

3

/günQ

su

=3,0 m



3

/gün, d=0,4 mmD=2"; 

0



=0,5%, neft və suyun 



özlülüyü 

neft



=5 sp,



su



=1 sp olan hal üçün Q



v

-ni tapaq. Əvvəlcə 



neft

)

 və 



su

)

-dan ibarət 



q

)

-ni təyin etmək lazımdır. Verilmiş 



neft



D, d və Q



neft

-ə əsasən 



380

 

 

nomoqramdan tapırıq ki, 



su

)

=0,22; yenə həmin yolla  verilmiş 



su



,  d,  D  və 



Q

su

-ya əsasən tapırıq ki, 



su

)

=0,38. Beləliklə 



q

)

=



neft

)

+



su

)

=0,6. Bunun 



ardınca verilmiş 

0



-a əsasən 



l

)

=1,8 olduğunu tapır və 



l

)

 ilə 



q

)

-ni 



birləşdirib, onların fərqini, yəni 

v

)

=1,2 qiymətini tapırıq. Nəyahət quyuya 



vurulacaq mayenin özlülüyü 

su



-dan, həmçinin d  və  D-dən keçməklə düz 



xətt çəkib, onu 

v



= 1.2 xətti ilə kəsişdirərək, Q



v

=10 m


3

/gün alırıq ki, bu da 

quyuya töküləcək mayenin (suyun) tapmaq istədiyimiz gündəlik sərfidir. 

Qumla mübarizə məqsədilə, bir çox konstruksiyalı çınqıllı 

süzgəclərdən, qumayırıcı lövbərlərdən və metal-keramik süzgəclərdən 

istifadə olunur. Prinsip etibarilə bunların hamısı quyu içərisinə daxil olmuş 

qumun nasosun silindrinə dolmasının qarşısını almaq üçündür. Əlbəttə nasos 

altına bağlanan bu süzgəclərin uzunluğu gündəlik hasilat, qumun orta 

diametri və onun az-çoxluğundan asılı olaraq götürülür. 

Son illərdə qumla mübarizə üçün Azərb. ETNÇİ tərəfindən yeni bir 

metod təklif olunmuşdur. Bu metodla quyudibi zonasına 3—5 t qədər fenol-

formaldehidli qatran vurulur. Bu məhlul quyudibi zonadakı qumları bərkidir 

və eyni zamanda lazımi qədər məsaməli olur. Bunun nəticəsində quyu-

dibində bərkidilmiş qum zonasından quyuya yalnız maye keçə bilər. 

 


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin