Odlu sətirlər müəllifi
Qaynar, coşqun təbiəti, obrazlı, alovlu, cəsarətli çıxışları ilə həmsöhbətini,
ətrafındakıları ovsunlayan, heyran qoyan, düşündürən, onların qəlbinə, beyninə
nüfuz edən Xəlil Rza haqqında tələbə ikən – 70-ci illərdə çox eşitsəm də, onunla
ilk tanışlığım, ünsiyyətim 1990-cı ilin noyabr ayında oldu.
«Odlar yurdu» qəzetində çalışırdım. Fasilə zamanı redaksiyanın qapısı açıldı
və Xəlil Rza əlində diplomat çanta içəri daxil oldu. Həyəcanlı, ürəyi dolu olduğu
üzündən oxunurdu, gözləri az qala hədəqəsindən çıxırdı. Əyləşmək üçün yer
göstərdim. O, çantanı stolun üstünə köndələn qoydu, bir qədər ucadan dilləndi:
- Dünyanın bu vaxtında da qorxu xofu adamların qəlbindən çıxmır. Nə qədər
belə ehtiyatla, səksəkə içində yaşamaq olar?! İnsan mübariz olmalıdır, azad
yaşamalıdır!
Bunları söylədikdən sonra, bir az sakitləşən Xəlil Rza «Elçin bəyin yanına
gəlmişdim, dedilər fasilədədir, dedim redaksiyada gözləyərəm, mane olmaram?» –
deyə soruşdu.
- Əsla! Çox xoşdur, - dedim.
278
Ad-familiyamla maraqlandı. Özümü təqdim etdikdən sonra niyə əsəbləşdiyi,
narahat olduğu ilə maraqlandım. O, qürurla dilləndi:
- Sumqayıt qartallarına bir dastan yazmışam. Qoy bütün dünya bilsin ki,
Sumqayıt hadisələri erməni təxribatının nəticəsidir, şovinist rusun törətdiyi
əməldir, bizim igidlər də tankdan, topdan qorxmur, təpədən dırnağa silahlı
düşmənin üzərinə əliyalın şığıyır.
Sonra cəld bir hərəkətlə çantasını açdı, üç-dörd vərəq çıxardı və oradakı
şeirdən bir parçanı çox ehtirasla oxumağa başladı:
- Bala, getmə qabağa!.. Qarşıdan tanklar gəlir!
BT – Rostov markalı zirehli dağlar gəlir!
- Rostovun nə ölümü axı, bu yerdə ana?
Tros qırıldı, düşdü!.. Başqasını ver mana!
- Bala, getmə!
- Ana, gəl!
- Getmə, qansızdır tankçı!
Dağ boyda tanka neynər əlindəki qamçı?
Tankçı, əlin qurusun!
Tankçı, dilin qurusun!
Tankçı, belin qurusun!
Söylə, hansı üzlə sən
Belə xalqın üstünə öz tankını sürürsən?
Sanki şeir oxumur, od püskürürdü. Sözlərin, səsin sehrindən çıxmaq
olmurdu. Azadlıq aşiqi rus əsgərlərini nifrətlə ittiham, millətin qeyrətli övladlarını
məhəbbətlə vəsf edirdi. O, fasilə verib «Necədir?» - deyə soruşdu.
Mən fikirləşmədən:
- Əla! Həm də çox əla! – dedim.
- Hamı belə deyir. Elə isə niyə çap etmirsiniz? Səhərdən bütün qəzetləri bir-
bir gəzmişəm. Hərə bir bəhanə gətirir. Fikirləşdim ki, bunu yalnız Elçin çap edər.
Ona görə bura gəldim. İndi onu gözləyirəm. Düzdür, tələsirəm, amma gözləyəcəm.
- Xəlil bəy, ünvana düz gəlmisiniz. Şeiri verin. Biz hökmən çap edərik.
- Doğrudan? Elçin bəyə demək lazım deyil?
- Məncə yox, o özü bizdən belə materiallar tələb edir.
Bu söhbətin üstündən bir neçə gün sonra istiqlal şairinin portreti və
«Sumqayıt dastanı» şeiri «Odlar yurdu» qəzetini (№ 23, dekabr 1990-cı il)
bəzəyirdi.
«Ədalət» qəzeti, 29 iyun 2002.
Səməndər tək yanar daim anan nari-fərağında
Erkən qıĢ
279
Qəbələyə bu il qış erkən gəldi. Qar hələ saralıb solmayan yaşıl yarpaqların,
dərilməmiş meyvələrin üstünə yağdı, qəfil yükün, zərbənin ağırlığına dözməyən
ağaclar kökündən yıxıldı, məhv oldu. Son illər noyabrın 3-cü ongünlüyü girər-
girməz havanın birdən-birə belə kəskin dəyişdiyini bu yerlərdə xatırlamırlar.
Ömrün xəzanı
Nohurqışlağa ildırım sürətilə yayılan acı, ağır xəbər qışın hikkəsini,
sərtliyini və sazağını kölgədə qoydu: kəndin seçilib-sayılan, kiçikdən-böyüyə hər
kəsin qəlbində yeri olan Rafiq Mirzəyev ağır avtomobil qəzasında faciəli şəkildə
həlak olmuşdur!
Hər kəsin ürəyi sızıldadı, gözlər nəmləndi. Kənd sakinləri dərin kədərə,
matəmə qərq oldu. Ölüm xəbəri hamını sarsıtmışdı. Rafiqin ata yurdundan ucalan
ah-nalə göylərə bülənd olmuşdu, göz yaşları selə dönmüşdü, ağılar ürəkləri didib
parçalayırdı, bir yerdə qərar tutmayan, özünə yer tapmayan Rafiqin övladlarının –
Vüsal və Turalın ara verməyən hıçqırtıları sinələri dağlayırdı. Həyətdə sarsılan,
donub qalan valideynlərin, qardaş-bacıların, dost-tanışların, qohum-qonşuların beli
bükülmüş, qaməti əyilmiş, dizləri taqətdən düşmüşdü…
Ġz
Rafiq həyatda və ürəklərdə iz qoyub getdi, xatirələrdə yaşamaq,
unudulmamaq haqqını qazandı. Qədirbilən övlad, qayğıkeş, həssas ata, qardaş,
əmi, dayı, sədaqətli həyat yoldaşı, əvəzolunmaz dost, yaxşı qonşu, yoldaş,
bənzərsiz insan kimi onun yeri bizim sırada, cərgədə, aramızda həmişə görünəcək.
O, öz xarakteri, xasiyyəti, əməli ilə ünsiyyətdə olduğu insanların hamısında özünə
qarşı bir mənəvi ehtiyac yaratmışdı. Yaxınlıq dərəcəsindən asılı olmayaraq,
kiminsə bir problemi yaranırdısa, dərhal həmin yükün altına girirdi: fikirləşmədən
və təmənnasız. Bu cür fəaliyyətin, yaşam tərzinin bir adı var: fədakarlıq.
R.Mirzəyev tərkibindən və təyinatından asılı olmayaraq, bütün məclislərin yaraşığı
idi. O, tədbirlərə gecikəndə, hamı bir-birinə sual verirdi: - Bəs, Rafiq hanı, niyə
ləngiyir? Tanıyanlar ona elə öyrəşmişdilər ki, yəqin bundan sonrakı məclislərdə də
sual və nisgil dolu nəzərlər bir-birinə dikiləcək: bəs, Rafiq hanı?!
Rafiq – rəfiq
Taleyin hökmü ilə eyni kənddə dünyaya gəldik, eyni yerin havasını udduq,
suyunu içdik, duz-çörəyini kəsdik. Hər səhər gözümüzü açanda eyni dağlara,
meşələrə tamaşa etdik. Eyni çayların şırıltısına qulaq asdıq. Bir məhəllənin tozu,
torpağı içində oynadıq, eyni cığırlarla, yollarla yürüdük, eyni güllərin ətrindən
məst olduq, eyni meyvələrdən dərdik. Bu yerlərin leysanı bizi birgə islatdı, qışı,
280
qarı birgə üşütdü, qızmar yayında birgə isindik. Eyni məktəbdə eyni müəllimlərdən
dərs aldıq, eyni insanların əhatəsində boya-başa çatdıq. Bütün bu amillər həyat və
düşüncə tərzimizdə yaxınlığın, doğmalığın əsasını qoydu. Bu təbii təməl görünən
və görünməyən milyon tellərlə bizi bir-birimizə bağladı. Yaşımızın və həyatımızın
müəyyən mərhələsində daha tez-tez təmasda olmağa, tez-tez ünsiyyətə ehtiyac
yarandı. Bu cür təşəbbüslərin kim tərəfindən gəlməsindən asılı olmayaraq, tədbirlər
Rafiq Mirzəyevsiz keçmirdi. Dostların hər biri – Ağalar İbrahimov, Mirzəbala
Əmrahov, Vahid Babayev, bu sətirlərin müəllifi onun məsləhətləri ilə dərhal
hesablaşırdı. Belə görüşlərin birində Ağalar müəllim «tərifləyin bir-birinizi,
özümüzü tanıyandan, dərk edəndən bu günə kimi tərifləmişik, bir-birimizin şəninə
xoş sözlər demişik, yenə də deyək!» - deyə yarızarafat, yarıgerçək bildirdi.
Məclisdə biz Rafiqin də ünvanına, o ki var, layiq olduğu sözləri qəlbimizdən
dilimizə gətirdik. O, etiraz edib, başını aşağı salıb, «bəsdir, bəsdir» - deyib, biz isə
davam etmişik. Yaxşı ki, belə olub…
Ot kökü üstə bitər
Rafiq nəinki Nohurqışlaqda, bütün bölgədə tanınan, hörməti, nüfuzu olan,
böyük nəslin layiqli davamçısı idi. Doğrudur, ulu babası Hacınəzirin, babası
Əhməd kişinin nəslinə çox təlatümlü bir həyat nəsib olmuşdur. Ötən əsrin 30-cu
illərində Əhməd kişi qolçomaq nəslindən olan əksinqilabçı, düşmən kimi həbs
edilib Sibirə göndərilmişdi. Lakin gec də olsa, haqq öz yerini tapmış, o bəraət
almışdı. Bu nəsildən pərvazlanan bütün övladlar tərbiyəsi, təhsili, yüksək
mədəniyyəti, əməli ilə çox böyük hörmət sahibi olmuşlar. Rafiq də öz nəslinə,
nəcabətinə xas həyat tərzi sürürdü. Kimi onu «zadəgan», kimi «bəy» kimi
xarakterizə edirdi.
Rafiq öz kökünə layiq 2 övlad böyüdürdü: Vüsal və Tural. Əminəm, Rafiqin
tərbiyəsini görən bu iki gənc, heç şübhəsiz, atalarının xoş məramlı, xoş niyyətli
əməllərinin davamçıları olacaqlar.
Son görüĢ
Ölümündən iki gün əvvəl Rafiqlə kəndə getmişdik. Yolda məlum oldu ki,
Rafiqin həmin gün kəndə getmək niyyəti yoxmuş. Səhər yuxudan durub və qərar
verib: kəndə gedirəm. Ertəsi gün Bakıya qayıtmağa hazırlaşırdıq ki, qəfildən Vahid
həkimə zəng vurdu, onunla görüş təyin etdi. Mənə isə dedi: Doktoru çoxdan
görmürəm, gedim görüşüm. Etibarsız dünyadır. Bəlkə, bir də görmədim.
Ata-anası, bacı-qardaşları, dost-tanışları ilə vidalaşmaq üçün yola çıxıbmış.
Doğma kəndə, elə-obaya, bizim dağlara «salamat qal» demək üçün tələsirmiş. Heç
demə, o kəndə son səfərə, son görüşə gedirmiş…
«525-ci qəzet»,
dekabr 2006.
281
Əməllərinizlə, əsərlərinizlə əbədi yaĢayacaqsınız, professor
Azərbaycan elminə, təhsilinə, ictimaiyyətinə ağır itki üz vermişdir. Əməkdar
elm xadimi, tibb elmləri doktoru, professor, müharibə və əmək veteranı,
Azərbaycan farmakologiyasının yaradıcılarından biri Dursun Yaqub oğlu
Hüseynov ömrünün 95-ci baharında dünyasını dəyişmişdir. «Hər son bir
başlanğıcdır» - deyənlər yanılmırlar. Bu gündən Dursun müəllimin haqq
dünyasındakı bioqrafiyası başlanır. Əminəm ki, onun bu dünyadakı gözəl əməlləri
Dursun müəllimin haqq dünyasında da yerini yüksək mərtəbələrdə edəcəkdir,
cənnətlik olacaqdır…
Dursun müəllimin elmi fəaliyyəti haqqında fikirləşəndə yadıma Qəbələnin
yetişdirdiyi digər elm xadiminin, unudulmaz professor, müəllimim Xəlil
Əlimirzəyevin alimlər barədə dediyi sözləri xatırlayıram: «Alimlər bir neçə cür
olur. Bir qismi yaxşı natiqdir, pis yazır, başqa qismi pis natiqdir, yaxşı yazır, elələri
də var ki, həm yaxşı natiqdir, həm də yaxşı yazır». Bax, Dursun müəllim,
sonunculardan idi. O, gözəl həmsöhbət idi, onun maraqlı söhbətlərindən ayrılmaq
mümkünsüz idi, eyni zamanda gözəl qələmi vardı.
Sahəmə yaxın olduğu üçün tam məsuliyyətlə deyə bilərəm ki, Dursun
müəllim, mahir publisist idi. Elmi əsərləri nə qədər dərin və dəyərlidirsə,
publisistik məqalələri də bir o qədər oxunaqlı, maraqlı və zəngindir. 200-dən çox
elmi əsərin, 10 dərsliyin, 16 monoqrafiyanın, 3 lüğətin, farmakologiya üzrə 2
məlumat-soraq kitabının müəllifi olan Dursun müəllimin şərəfli həyat
salnaməsində pedaqoji fəaliyyəti mühüm yer tutur. Onun dərs dediyi, yetişdirdiyi
tələbələrin, onlarca alimin, əczaçılar ordusunun sorağı bu gün yüksək elm, təhsil
ocaqlarından, Azərbaycanın bütün bölgələrindən gəlir.
Dursun müəllimin məhsuldar elmi-pedaqoji fəaliyyəti ondakı yüksək
təşkilatçılıq bacarığının da üzə çıxmasına təkan vermişdir. Daim yaradıcılıq
axtarışlarında olan, tükənməz enerji ilə çalışan Dursun müəllim ölkə
farmakoloqlarının elmi cəmiyyətinin yaradıcılarından biri olmuşdur.
Dursun müəllimi mən səmimi, sədaqətli, prinsipial, mehriban, həssas,
ailəcanlı bir insan kimi tanıyırdım. O, əqidəsinə, məsləyinə bağlı, qətiyyətli adam
idi. İndiki kimi xatırlayıram. İki il əvvəl ailəsi ilə birlikdə Qəbələnin dilbər
guşələrindən birində – Nohurqışlaqda dincəlirdi. Onlara baş çəkməyə gəlmişdim.
Dursun müəllim həyətdə – fındıq ağacının kölgəsində bir kitab oxuyurdu.
– Kimin haqqındadır? – deyə maraqlandım.
– İosif Vissarionoviç Stalin haqqında.
Üz-gözümü turşudub, «Oxumağa kitab tapmadınız?!» - demək istəyirdim ki,
Dursun müəllimin fədakar və sədaqətli ömür-gün yoldaşı, nəcib, xeyirxah Zoya
xanım ehmalca, xoş təbəssümlə, lakin çox ciddi işarə vurdu:
282
- Abid müəllim, özünüzə düşmən qazanmaq istəmirsinizsə, bu mövzunu
bağlayın.
Bizi kənardan seyr edən Dursun müəllimin qızı, istedadlı alim, pedaqoq
Fatimə xanım gülümsəyərək anası Zoya xanımın dediyini başı ilə təsdiqlədi.
Bununla demək istəyirəm ki, Dursun müəllim fikrini, sözünü tez-tez dəyişən
adamlardan deyildi, əqidəsinə, məsləyinə sadiq insan idi.
Dursun müəllimi son mənzilə yola salırıq. Qəbələ ziyalıları, ayrı-ayrı
rayonlardan gələn qonaqlar unudulmaz Dursun müəllimlə vida görüşünə gəlmişlər.
Fürsətdən istifadə edib bir məsələyə də diqqəti çəkmək istəyirəm. Dursun
Hüseynovun xidmətləri onun xatirəsinin əbədiləşdirilməsi üçün əsasdır. Yaxşı
olardı ki, Qəbələdə, yaxud elə onun dünyaya göz açdığı qədim Vəndam
qəsəbəsində professorun adı əbədiləşdirilsin.
Sonda uca Allahdan Dursun Hüseynova rəhmət diləyir və deyirəm: Dursun
müəllim, rahat yatın, sizin əməlləriniz, əsərləriniz, irsiniz Sizi əbədi yaşadacaqdır.
“525-ci qəzet”, 14 aprel 2009
Unudulmaz ġaban müəllim
Üzünü ilk dəfə 1980-ci ildə gördüyüm Şaban müəllimi 70-ci illərdən
tanıyıram desəm, burada yanlışlıq, yaxud qəribəlik axtarmağa dəyməz. Hələ tələbə
ikən «Bakı» qəzetində tez-tez rast gəldiyim imzasının arxasında prinsipial,
cəsarətli, mübariz, eyni zamanda qayğıkeş, həssas, diqqətli və yumorlu bir insanın
dayandığı hiss olunurdu. Vicdanının səsi, qəlbinin hökmü ilə qələmə aldığı hər bir
yazısı hamı kimi biz tələbələrin arasında da geniş əks-səda doğurur, ciddi
müzakirəyə səbəb olurdu. Yanılmıramsa, o müəllimlik etməyib, lakin
jurnalistikaya yeni gələn gənclər ondan öyrənir, ona böyük ehtiramla «Şaban
müəllim» deyə müraciət edirdilər.
Şəxsi tanışlığımızın ilk günündən yanılmadığımın şahidi oldum:
«Bakıelektrikməişətcihaz» İstehsalat Birliyinin «Nümunəvi texnika uğrunda»
qəzetinin redaksiyasına daxil olanda məni gülərüz, sarıbəniz, qıvrımsaç bir nəfər
mehribanlıqla qarşıladı. Bu, Şaban Şabanov idi.
- Yəqin səni Əliabbas müəllim göndərib, - dedi və otaqdakılar ilə tanış etdi.
O vaxt Şaban müəllim qəzetin Azərbaycan hissəsinə redaktorluq edirdi.
Yura Əsədov isə rus hissəsinə redaktorluq etməklə yanaşı, həm də hər iki qəzetin
baş redaktoru hesab olunurdu. Şaban müəllim üzünü Yuraya tutub dedi:
- Yura, Abid bu il ali məktəbi bitirib, jurnalistdir. Bizdə işləmək istəyir.
Etiraz etmirsiniz?! – O, sonuncu sözlərini elə söylədi ki, mən onu «etiraz edə
bilməzsiniz» kimi qəbul etdim.
Yura:
- Onun yazdıqlarını oxumusunuz?
Şaban müəllim «Yox» deyib, sənədlərimi istədi. Yura isə mızıldanırdı:
- Bəlkə, əli qələm tutmur. Heç nə yaza bilmir. Axı, indi belələri çoxdur…
Şaban müəllim dözməyib Yuranın üstünə qışqırdı:
283
- Bu adama Əliabbas Əliyev zəmanət verib, bura göndərib, başa düşdün, ay
Allahın yazıq ermənisi!
Yura Şaban müəllimin sözlərini zarafata salıb mövzunu dəyişdi, mən isə bir
müddət həmin redaksiyada işləməli oldum…
Sonralar da Şaban müəllimi tez-tez görür, əlaqə saxlayır, hal-əhval
tuturdum. Həmişə şən, gümrah görünən Şaban müəllim heç vaxt öz
problemlərindən, onu narahat edən, düşündürən şəxsi məsələlərdən söhbət salmaz,
şikayətlənməzdi. Hərdən isə «dərdimi bölüşdüyüm tək-tək adamlardan biri sənsən
deyib bir kənarda yorulanadək danışar, söhbəti isə «bax, belə əzizim» deyə
yekunlaşdırardı.
Şaban müəllimin söhbətlərindən onun ailəsini demək olar ki, yaxından
tanıyıram. Bu gün – Şaban müəllimsiz günlərdə onlara nə qədər çətin, ağır
olduğunu yaxşı başa düşürəm. Amma nə yaxşı ki, bu dünyada təsəlli, təskinlik
tapmağa Şaban müəllim çox yadigarlar qoyub: onlardan biri də yaxşı əməl sahibi,
yaxşı addır.
«Azərbaycan müəllimi» qəzeti,
№ 5, 1 fevral 2001.
284
Sərvətim-- hədiyyə sətirlər
Müəllifdən
Bu kitabın nəşri 55 yaşıma təsadüf etməsəydi, bəlkə də «Sərvətim-hədiyyə
sətirlər» adı ilə sizə təqdim etdiyim yazılar elə arxivimdə, qəzet, jurnal
səhifələrində qalacaqdı. Amma ad günüm ərəfəsində «indiyədək nə etmişəm,
nəyə nail olmuşam?»- kimi suallar məni geri boylanmağa vadar etdi. Əziz və
unudulmaz Yaşar Qarayevin, Xeyrulla Məmmədovun, Şamil Qurbanovun,
Ağarəfi Zeynalovun, Əflatun Məmmədovun böyük sevgi və həvəslə haqqımda
yazdıqları və dissertasiyalarımın müzakirəsi və müdafiəsi zamanı söylədiklərini
şükranlıqla xatırladım.Ruhları şad olsun!
Azərbaycan ədəbiyyatşünaslıq elmində, belə demək mümkünsə, möhürü,
öz sözü olan, sayılıb seçilən alimlərimizdən Bəkir Nəbiyev, Nizami Cəfərov,
Hüseyn Əhmədov, Məhərrəm Qasımlı, Nizaməddin Şəmsizadə, Vaqif Arzumanlı,
Həsən Quliyev, Nizami Məmmədov, Xaləddin İbrahimli, İslam Ağayev, Tofiq
Hüseynoğlu, Abdulla Abbasov, Şamil Vəliyev, Vaqif Sultanlı, Bəhlul Abdullayev,
İfrat Əliyeva, Nazif Qəhrəmanlı, Qulu Məhərrəmli, İsmayıl Vəliyev, Alxan
Məmmədov, Aydın Dadaşov, Buludxan Xəlilov, Himalay Qasımov, Səbahəddin
Şimşir, Tehran Əlişanoğlu, Bayram Ağayev, Mənzər İbrahimova, Ramin
Əhmədov
və
başqaları
kimi
nüfuzlu
tədqiqatçıların
fəaliyyətimlə,
araşdırmalarımla bağlı yüksək fikirlərini, yazılarını minnətdarlıq hissi ilə bir
daha nəzərdən keçirdim. Dəyərli müəllimlərim Cahangir Məmmədli, Yalçın
Əlizadə, Akif Rüstəmli və Mahmud Mahmudovun araşdırmalarıma diqqətli və
qayğı dolu münasibətlərini qədirbilənliklə yada saldım.
Jurnalistika fakültəsinin gənc və perspektivli müəllimlərinin, təcrübəli,
istedadlı həmkarlarımın, digər peşə sahiblərinin tədqiqatlarımla bağlı KİV-də
çıxışlarını razılıqla bir daha oxudum.
Bütün bunlardan sonra bu qənaətə gəldim ki, mənə ünvanlanan xoş
məramlı, təmiz niyyətli, isti, səmimi sətirlər ən gözəl hədiyyədir, fikirləşdim ki,
bu hədiyyələrin yaratdığı nəşəli duyğuları , zəngin təəssüratları elə sizinlə
bölüşsəm yaxşıdır.Fürsətdən istifadə edib mənə ən böyük sərvət-xoş sözlər,
sətirlər ünvanlayan dəyərli müəlliflərə minnətdarlıgımı bildirirəm.
Namizədlik dissertasiyası və avtoreferatına rəylərdən
parçalar
Abid Həmid oğlu Tahirlinin «C.Hacıbəylinin həyat və yaradıcılığı
(mühacirətə qədərki dövr)» mövzusunda dissertasiya əsəri haqqında
285
R Ə Y D Ə N
Dissertasiya gənc tədqiqatçının uzun illərdən bəri apardığı elmi
araşdırmaların, müəyyən qisminin ilk dəfə üzə çıxardığı və elm dövriyyəyə daxil
etdiyi ilk mənbələrin, yasaqdan yeni çıxmış mətbu sənədlərin, arxiv materiallarının
əsasında yazılmışdır.
Tədqiqatın nəticələri doxsanıncı illərin əvvəllərindən başlayaraq, ardıcıl
şəkildə ədəbi ictimaiyyətə çatdırılmış, ilk mötəbər, ictimai aprobasiyadan
çıxmışdır.
Əsərdə C.Hacıbəylinin hərtərəfli maarifçilik fəaliyyəti və bədii-publisist
yaradıcılığı dövrün, mühitin, sosial-tarixi gerçəkliyin ümumi kontekstində alınır,
xeyriyyəçiliyi, «Hacı Kərim» povesti, hekayə və felyetonları tarixilik meyarı ilə,
milli mənəviyyat və mentalitetik inkişafına təsiri, bu gün üçün əhəmiyyəti
baxımından qiymətləndirilir. Azərbaycan maarifçiliyinin və hekayəçiliyinin
inkişafında ədibin roluna münasibət ifadə edilir.
Dissertasiya tədqiq olunan dövrə hərtərəfli elmi bələdliklə, yeni müasir elmi
tələblər və prinsiplər səviyyəsində yazılmışdır.
akademik Y.V.Qarayev
elmi rəhbər
A.H.Tahirlinin «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə
qədərki dövr)» mövzusunda filologiya elmləri namizədi alimlik dərəcəsi
almaq üçün təqdim etdiyi dissertasiya iĢi haqqında
R Ə Y D Ə N
Uzun illər fəaliyyəti qadağan zonası elan edilən mühacir Azərbaycan
ədəbiyyatı, mətbuatı xadimlərinin tədqiqi bu gün xüsusilə aktual əhəmiyyət kəsb
edir. A.H.Tahir «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə qədərki
dövr)» mövzusunda dissertasiya işinin aktuallığı və elmi əhəmiyyəti ilk növbədə
bununla şərtlənir. Dissertant Ceyhun Hacıbəyli irsini tədqiq etməklə təkcə milli
ədəbiyyatşünaslıq elmimizin dövrəsinə yeni faktlar daxil etmir, eyni zamanda onun
hüdudlarını genişləndirir, məfkurəvi istiqaməti və bədii səviyyəsi haqqında yeni
təsəvvür hasil edir.
A.H.Tahirlinin «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə
qədərki dövr)» mövzusunda dissertasiya işi «Giriş»dən, iki fəsildən, «Nəticə»dən,
istifadə olunmuş ədəbiyyatın siyahısından və bir əlavədən (C.Hacıbəylinin
mühacirətə qədərki mətbuatda dərc olunan əsərlərinin biblioqrafiyasından)
ibarətdir.
286
Dissertasiya işinin «Giriş»ində mövzunun aktuallığı, metodologiyası, elmi
yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti, aprobasiyası haqqında ətraflı məlumat
verilmiş, mövzunun tədqiqi tarixi və obyektindən bəhs edilmişdir.
Dissertasiya işinin «Ceyhun Hacıbəyli Azərbaycan maarifçiliyinin görkəmli
nümayəndəsi kimi» adlanan birinci fəsli bütövlükdə ədibin publisistik irsinin
tədqiqinə həsr olunmuşdur, lakin bununla yanaşı C.Hacıbəylini XX əsr Azərbaycan
maarifçiliyinin görkəmli nümayəndələrindən biri kimi araşdırmağı məqsəd qoyan
dissertant yeni yüzilliyin başlanğıcında bu məfkurənin inkişaf yolları və səciyyəsi
haqqında da məlumat verməyi zəruri hesab etmiş, ədibin yaradıcılığını mənsub
olduğu ideoloji hərəkatın fonunda təhlil etmişdir. Beləliklə, tədqiqin hüdudları
genişlənmiş, əsrin əvvəlində milli maarifçiliyin inkişaf xüsusiyyətləri, Ceyhun
Hacıbəylinin həyatı, ilk yaradıcılığı, dövri mətbuatda iştirakı, imzaları, bu vaxta
qədər haqqında danışılmamış publisistikasında qaldırılan problemlər kimi
ədəbiyyatşünaslıq elmimiz üçün yeni və maraqlı məsələlər əhatə olunmuşdur.
Dövri mətbuatda C.Hacıbəyli haqqında dərc olunmuş bir neçə məqalə istisna
edilməklə, sözügedən fəsildə tədqiqata cəlb olunmuş tarixi və filoloji faktlar
tədqiqata ilk dəfə dissertant tərəfindən cəlb olunmuşdur. Şübhəsiz, bu məsələnin
bir tərəfidir. Digər diqqətəlayiq cəhət ondan ibarətdir ki, tədqiqatçı faktları
professional ədəbiyyatşünas qələmi ilə araşdırıb təhlil edir. Bu keyfiyyət fəslin
«C.Hacıbəylinin
həyatı,
ilk
yaradıcılığı
və
imzaları»,
«C.Hacıbəyli
publisistikasında maarif, mentalitet və mənəviyyat məsələləri», «C.Hacıbəyli
publisistikasında din və maarifçilik məsələləri» bölmələrində qabarıq surətdə
nəzərə çarpır.
A.H.Tahirlinin «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə
qədərki dövr)» mövzusunda dissertasiya işi zəngin tarixi və filoloji faktlar əsasında
yazılmışdır. Tədqiqatdakı faktlar yeni olduğu kimi, onların təhlili də orijinal
səpkidə yerinə yetirilmişdir.
Dissertasiyanın C.Hacıbəylinin yaradıcılığı üzərində apardığı təhlillər,
mülahizə və mühakimələri onun elmi-nəzəri səviyyəsinin yetkinliyini nümayiş
etdirir. Bu baxımdan «Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı (mühacirətə
qədərki dövr)» mövzusunda dissertasiya işi cari ədəbiyyatşünaslıq elmimizin
nailiyyətlərindən hesab oluna bilər.
Dostları ilə paylaş: |