Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə13/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Vusale Ibrahimova az-1

Nəticə
hissəsində aparılan araşdırmanın 
əsas elmi müddəa və qənaətlərini aşağıdakı kimi təqdim edirik: 
- ABŞ-da müharibə mövzusundakı əsərlərin inkişafında üç 
mərhələni göstərmək olar: birinci, klassik dövr – XX əsrin 
əvvəlindən ortalarına kimi; ikinci, ən məhsuldar modernist dövr – 
1950-1970-ci illəri əhatə edir; üçüncü, postmodernist dövr – XX 
əsrin 70-ci illərindən çağmızadək davam edir. Azərbaycan 
ədəbiyyatında birinci-klassik dövr, ikinci – (20-80-ci illər) 
sosrealizm ideologiyasının kontekstində yaranan əsərlər, üçüncü 
– 80-ci illərdə sovet rejiminin süqutu ərəfəsində yaranmış 
ölkənin yeni müstəqillik mərhələsi başlaması ilə səciyyələnir və 
davam etməkdədir. Bu dövr ərzində bədii metodların, ədəbi 
16
Elxan Elatlı Qisas Gecəsi, Bakı: Elgün– 2011, – s. 20. 
17
Yenə orada, – s. 21. 
18
Yenə orada, – s. 22. 


28 
cərəyanların hər birində və bəzən paralel olaraq onların 
sintezində müharibə mövzusunda əsərlər yaranmışdır. 
–Amerika yazıçılarının müharibə əleyhinə yazılan 
əsərlərində mübariz-əsgər obrazı ümumiyyətlə yoxdur. Heç də, 
təəccüblü deyil ki, ən müsbət obraz müharibə əsərlərində fərarilik 
etmiş olur. 
–Azərbaycan əsgəri vətən
 
uğrunda ölümə gedən döyüşçü 
kimi təqdim olunub. Bunu həm II Dünya Müharibəsinə həsr 
olunmuş əsərlərdə, həm də Qarabağ haqqında yazılmış bədii 
nümunələrdə müşayət etmək olar. 
–Hər iki ədəbiyyatda nəsrin irəliyə doğru hərəkətini fərqli 
janrların –hekayənin, povest və romanın, həmçinin fərdi 
üslubların, hətta üslub təmayüllərinin kontekstində izləmək 
mümükündür. 
–Formadan 
asılı olmayaraq 
ədibləri 
yaxınlaşdıran 
militarizmin qəti inkarıdır, ümumbəşəri ideyalara sədaqətdir.
Tədqiqatda sübut olundu ki, müharibə mövzusu istənilən 
janrlarda öz əksini tapmışdır. 
–Hərbi nəsrin janr müxtəlifliyi poetik strukturundakı 
yeniləşmə prosesi ilə səciyyələnir, yeni çalarları ilə fərqlənir. 
–Birinci dünya müharibəsində müxtəlif ölkə yazıçılarını 
bir-birinə yaxınlaşdıran əsərlərinin mövzuları və hadisələrə 
münasibətləri idi. Onlar Birinci dünya müharibəsi illərində
bütün həyat arzuları və xəyalları məhv olan burjua ziyalıları 
nəslinə mənsubdular. 
–II Dünya Müharibəsindən sonra ABŞ və Azərbaycan 
yazıçılarını antifaşizm ideyaları birləşdirir. 
–Müharibə mövzusunda yazılan nəsrdə heç şübhəsiz ki, 
əyləndirici-estetik funksiya, idrakı tərbiyəvi funksiyalardan sonra 
gəlir. 
–Elmi Texniki İnqilabın başlanması ilə bağlı stresslərin 
artması – yəni zəmanə özü artıq 60-cı illərdən başlayaraq janrlara 
çeviklik və yığcamlıq gətirən elementlərin gəlməsinə şərait 
yaratdı. Ədəbiyyatda psixologizm gücləndi, sənət pafosdan, 
patetikadan, möhtəşəm bədii təsvirlərdən, təfərrüatlardan 
təbiiliyə endi. 


29 
–Qarabağ müharibəsi mövzusunda yazılan bədii və bədii-
publisist əsərlər bütövlükdə müasir Azərbaycan ədəbiyyatının 
ideya istiqamətini dəyişmiş, vətənin nicatı bədii fikir-məğzini 
çox mühüm amil səviyyəsinə yüksəltmişdir. 
–İstər ABŞ, istərsə də Azərbaycan oxucusu müharibə 
haqqında yazılan əsərlərlə tanış olarkən eyni emosional xaosdan 
keçmiş olurlar, bu əzabdan pay almış olurlar, günahın, şərin nə 
olduğunu eyni yolla dərk etmiş olurlar. 
–Müxtəlif ölkələrin müharibə haqqında olan əsərlərdə 
motiv və obraz səsləşmələri, bənzərliyi eyni məna və məzmun 
kəsb etməsindədir.

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin