Abş VƏ azərbaycan nəSRİNDƏ MÜhariBƏ MÖvzusunda əSƏRLƏRİn janr xüsusiYYƏTLƏRİ



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə12/14
tarix24.09.2023
ölçüsü0,65 Mb.
#147718
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Vusale Ibrahimova az-1

“Roman janrında 
qəhrəmanlıq və məhəbbət tarixinin bədii təcəssümü”
adlanır. 
İnkişaf etdikcə təkmilləşən, zənginləşən roman janrı 125 ilin 
məhsulu olmaqla kiçik mövzulardan ciddi qlobal, ictimai, fəlsəfi, 
siyasi, sosial məsələlərin həllinə yönəlmiş problemlərin həllini 
ortaya qoyur. Yeni əsr ədəbiyyatımıza yeni mövzu gətirmiş oldu 
– müharibə.
Yazıçı-publisist Fazil Güneyin “Qara qan” adlı üç hissəli 
roman-trilogiyası polifonik əsərdir. Min səhifədən artıq olan bu 
romanda Azərbaycanın məşəqqətli və mübarizəli tarixini qələmə 
almış nasir sənədli faktlar əsasında bədii əsər yaratmışdır. Bu 
illərin içindən boylanan insan taleləri bu gün də həyatda olan, 
11
Mirələmov H. Xəcalət. Gənclik. Bakı: 2002, – s.93. 
12
Yenə orada, – s.144. 


25 
yaxın keçmişimizin iştirakçısı olan qarabağlılardır. Romanın 
çoxşaxəliliyi 
geniş obrazlar qaleriyasının yaranması ilə 
səciyyələnir və müəllif bir-birindən fərqli surətlərin həyat 
yollarına işıq tutur və onların psixoloji durumundan tutmuş tarixi 
gerçəklik zəminində milli şüur və məfkurənin təzahürünü diqqətə 
çəkir.
Müəllif bədii sözlə zamanın ən təkzibedilməz, ən həqiqi 
tarixini, siyasət məngənəsinə düşən ölkəmizi, onun dilbər guşəsi 
olan Qarabağ müharibəsinin başlanma prosesini izləmiş, 
müharibəyə doğru aparan siyasi oyunları dərin bir vətəndaş hissi 
ilə araşdırmış və ümumiləşdirmişdir. Müharibənin hansı 
faciələrlə üzləşmiş olduğu soydaşlarımızın mənəvi və fiziki 
əzabları xalqın öz ruhuna uyğun dildə danışılır.
...Bütün kənd xoşbəxt ovqat içindədir. İnsan həyatının ən 
ali məqam-iki gəncin toy məclisidir. Bakıdan qohumları da toya 
təşrif gətiriblər. Jurnalist Aysu da bunların arasındadır. 
Qələbəlik, sevinc duyğuları bir an içərisində faciə ilə əvəz 
olunur. Erməni işğalçıları əvvəlcədən hazırlanmış məclisi
gülləboran edir, dinc insanlar qırılır, jurnalist qız yağılara əsir 
düşür.
Roman sevgi və ismət sınağı ilə qarşı-qarşıya qalmış 
Aysunun əsirliyi fonunda Qarabağ savaşının ilk günlərindən 
erməni yağılarının onlara arxa olmuş havadarların köməyi ilə 
Azərbaycan torpağında törətdikləri vəhşilikləri, öz içimizdəki 
vəzifə, mənsəb naminə qüvvələrimizi parçalamış namərd, naxələf 
siyasətçilərin əməllərini müşahidə etmiş müəllif bütün hərbi və 
siyasi gerçəklikləri bədii, xarakterik surətlərlə, inandırıcı 
boyalarla təqdim edir.
13
Əsərin Narçiçəklə Ərturun toy səhnəsi mənəvi-əxlaqi 
problemlərin ifadəsində hadisənin gözlənilməz, qəfil baş verməsi 
yaranan obrazların bədii təsir gücünü daha dərinləşdirmiş olur. 
Obrazların təbiiliyi baxımından onların sərt reallığı, əyaniliyi 
ehtiva etməsindən irəli gəlir.
13
Fazil Güney. “Qara qan” – trilogiya. “QAPP-Poliqraf” Bakı: 2002, – s. 3. 


26 
“Biçarə Narçiçək bir neçə addım ata bildi. Güllə səsləri onu 
çönüb geriyə baxmağa məcbur elədi və o, dəhşətli bir mənzərənin 
şahidi oldu. BTR-dən yağdırılan güllə yağışı arxasını ağaca 
söykənmiş Ərturu yıxa bilmirdi. Baxışları ilə Narçiçəyi izləyən 
Ərtur o, ağacların arasında itənədək, nə qədər mümkünsə dik 
dayanmaq, sevgilisinin qaçıb namusunu qorumasına öz qanı 
bahasına şərait yaratmaq istəyirdi... 
Sonra o, başını qaldırıb son dəfə doğma yerlərə baxdı, ona 
sarı tələsən hərbiçiləri qabaqladı, bütün ağırlığı ilə xəncırin 
üstünə yıxıldı və son gücünü toplayaraq sevgilisini qucaqladı.
14
Əsir düşən qadınlardan biri də düşmənin qabağında 
alçalmaq istəməmişdir. Ölümü, namusu şərəfsizlikdən üstün 
tutmuşdular.
Bu iki gəncin taleyinin müharibə ilə sona çatması ustalıqla 
və bədiiliklə əsərdə təqdim etməyi bacaran nasir müharibənin 
bəşəriyyətə qarşı fəlakət olduğunu göstərir. Bir daha fərdlərin 
vaxtsız ölümü, nakam məhəbbətləri bəşəriyyətin faciəsi kimi 
düşünülür. 
Azərbaycanın milli Qəhrəmanı Mübariz İbrahimovun qısa 
həyatı və şərəfli döyüş yolu məhz vətən yolunda şəhidlik 
zirvəsinə ucalması ilə gənclərimizə bir örnək oldu.
E.Elatlının “Qisas gecəsi” romanı Mübarizin həyat yolunu 
doğum günündən, atasının ona ad verməsindən başlayıb ta son 
gününə kimi həyatının ən önəmli məqamlarını işıqlandırır. Oxucu 
onun “ciddi siması, idmançılara məxsus qəddi-qaməti ilə 
seçildiyini təsadüfən küçədə rastlaşdığı orta yaşlı bir əlil qadının 
onu “Biləsuvar pələngi”
15
adlandırması ilə Mübarizin zahiri 
görünüşü ilə bərabər, daxili aləmi ilə də yaxından tanış olur. 
“Gəzintidən hərbi məktəbə qayıdan iki kursantın üzündə isə 
təntənəli bir həyəcan oxunurdu. Onlar Silahlı Qüvvələrin Təlim-
tədris mərkəzində kurs keçərək gizir rütbəsi almışdılar və iki 
gündən sonra keçiriləcək “püşkatmada” hansı hərbi hissəyə 
14
Fazil Güney. “Qara qan” – trilogiya. “QAPP-Poliqraf” Bakı: 2002, – s. 58– 59. 
15
Elxan Elatlı Qisas Gecəsi, Bakı: Elgün– 2011, – s. 10. 


27 
göndəriləcəkləri məlum olacaqdı”.
16
Başqalarından fərqli olaraq 
Mübariz deyir: “Şəxsən mən deyəcəm ki, püşkatma-filan lazım 
deyil, məni Murova göndərin..... Neçə gündü hər namazda Allaha 
dua edirəm ki, ən çətin yerə düşüm. Səngərə.... Həm də atəşkəs 
ən çox hansı bölgədə pozulursa, oraya”.
17
Düşməndən qisas almaq niyyəti ilə ön cəbhəyə, ən gərgin 
sərhəd xəttinə getmək arzusunu belə bildirir Mübariz “Əlimə 
birinci imkan düşən kimi onların üstünə gedəcəm. Bu mənim 
çoxdankı arzumdur. Lap uşaqlığımdan bəri...”
18 
Mübariz 
İbrahimovun 
timsalında 
Azərbaycan 
Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyünün 
müdafiəsi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz 
xatirəsinə və onların fədakar valideylərinə ithaf edilmiş bu əsər 
gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində 
yüksək mənəviyyatı təbliğ edir. Azərbaycan igidinin bu ibrətli 
ölümünü müəllif ölümsüzlük, əbədiyyətə qovuşmaq kimi 
qiymətləndirir.
Rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi 
ömür və döyüş yolu dərindən və mükəmməl öyrənilməli və yeni 
nəslə çatdırılmalıdır ki, varislik qırılmasın.
Dissertasiya işinin 

Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin