ADİL ƏSƏdov fəLSƏFİ pentalogiya beşinci cild SİyasəTİn fəLSƏFƏSİ


Gəncə-Qazax regional deputat qrupu



Yüklə 3,52 Mb.
səhifə21/37
tarix07.01.2017
ölçüsü3,52 Mb.
#4521
1   ...   17   18   19   20   21   22   23   24   ...   37
Gəncə-Qazax regional deputat qrupu. Bu regional deputat qrupuna Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonlarının hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Respublika tabeliyində olan Gəncə və Naftalan şəhərlərinin hər birindən seçki hüququna malik əhali tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində ya­şa­yan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azər­baycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir depu­tat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir de­pu­tat daxildir (bütövlükdə, 13 deputat).

Qarabağ regional deputat qrupu. Bu regional deputat qrupuna Ağdam, Cəbrayıl, Fizuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qu­bad­lı, Laçın, Şuşa, Zəngilan rayonlarının hər birindən həmin rayon­larının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Respublika tabeliyində olan Xankəndi şəhərindən şəhərin seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, regiona aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisində vaxtilə yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 13 deputat).

Naxçıvan regional deputat qrupu. Bu regional deputat qrupu­na Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur rayon­ları­nın hər birindən həmin rayonlarının seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Naxçıvan şəhərindən şəhərin seçki hüququna malik əhalisi tərəfindən seçilən bir deputat, Müxtar Respublikaya aid olan inzibati-ərazi vahidlərindən birinin ərazisin­də yaşayan və orada daimi qeydiyyatı olan vətəndaşlar sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən bir deputat və regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən bir deputat daxildir (bütövlükdə, 10 deputat).

Beləliklə, Nümayəndələr Palatasının 8 regional deputat qru­pun­da birləşən 101 deputatdan ibarət formalaşdırılması təklif olu­nur.

Nəhayət, Nümayəndələr Palatası ilə bağlı sonuncu məqam - səslərin hesablanması prinsipi - ilə bağlı mülahizələrimi mənim kon­­sep­siyam ətrafında müzakirələrə qatılacaq hörmətli həmkarlarımla bölüşürəm.

Nümayəndələr Palatasına seçilən hər bir deputat seçildiyi zaman qazandığı səslərin sayına münasib səsə malikdir. Çünki o Azərbaycan xalqının daha çox hissəsinin etibarını qazana bilmişdir və bu səbəbdən də belə hesab etmək üçün əsas vardır ki, o, xalqın daha çox hissəsinin iradəsini ifadə edir. 40 000 sayda əhalinin səsini qazanmış deputata əslində elə 40 000 sayda əhalinin adından çıxış etmək, 25 000 sayda əhalinin səsini qazanmış deputata isə elə 25 000 sayda əhalinin adından çıxış etmək səlahiyyəti vermişdir. Bu səbəbdən də, 40 000 sayda əhalinin səsini qazanmış deputat səsvermə zamanı 25 000 sayda əhalinin səsini qazanmış deputata nisbətən üstünlüyə malik olmalıdır. Bununla bağlı mənim konkret təklifim ondan ibarətdir ki, seçki hüququna malik olan 10 000 sayda əhalinin səsini qazanmış deputat Nümayəndələr Palatasında səsver­mə zamanı 1 səsə malikdir. 1 səsə malik olma hüququ 10 000-dən 20 000-dək (20 000 daxil olmamaqla) sayda seçki hüququna malik olan əhalinin səsini qazanmış bütün deputatlara aiddir. Uyğun olaraq, 20 000-dən 30 000-dək (30 000 daxil olmamaqla) sayda seçki hüququna malik əhalinin səsini qazanmış deputat 2 səsə malik­dir və bu, səslərin toplanması zamanı nəzərə alınır. Ümumi şəkildə deyilərsə, hər bir deputat seçildiyi zaman qazandığı səslərin sayının on mində bir mislinə bərabər səsə malikdir. Nümayəndələr Palatasına seçildiyi zaman qazandığı səslərin sayı 10 000-dən az olan və seçki hüququna malik əhalisinin sayı 10 000-dən az olan inzibati-ərazi vahidlərindən (məsələn, Naftalan şəhəri) seçilən deputatlar həm regional deputat qruplarında, həm də Nümayəndə­lər Palatasının ümumi iclaslarında məşvərətçi səslə iştirak edirlər. Regional qeyri-hökumət təşkilatları tərəfindən seçilən deputat da həmçinin həmin regionun 10 000 vətəndaşının imzasını toplaya bilmədiyi halda, Nümayəndələr Palatasının ümumi iclaslarında məşvərətçi səslə iştirak edir. Regionun 10 000 və ya daha artıq vətəndaşının imzasını toplaya bilən regional qeyri-hökumət təşkilatı daxil olduğu regional deputat qrupunda və Nümayəndələr Pala­ta­sının ümumi iclaslarında 1 səsə malikdir. Regional deputat qrupu­nun iclaslarına sədrliyi Azərbaycan Respublikasının Preziden­ti tərə­findən həmin regional deputat qrupuna təyin edilən deputat edir. Nümayəndələr Palatasının iclaslarına sədrliyi Azərbaycan Res­pu­blikasının Prezidenti tərəfindən təyin edilən deputatlardan biri edir.

İndi isə Senata seçkilərdə iştirak edən elektoratın təsnif edilmə (qruplaşdırılma) prinsipi, Palatanın özünün formalaşdırılma qay­da­ları və üzvlərinin səslərin hesablanması prinsipləri ilə bağlı mülahizələrimi bölüşmək istərdim.

Senata seçkilərdə iştirak edən elektorat sahələr üzrə qruplaş­dırılır və şərti olaraq gildiyalar adlandırılan həmin qruplara konkret sahə üzrə bakalavr və ya magistr səviyyəsində ali təhsil almış və həmin sahədə çalışan, və ya həmin sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları aid edilir. Gildiyalar dövlət təşkilatlarının, özəl təşkilatların və qeyri-hökumət təşkilat­ların bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəs­sis­ləri əsasında formalaşdırılır. Hər bir vətəndaş yalnız bir gildiyaya daxil olmaq hüququna malikdir.

Hər bir gildiya uyğun sahə üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinə malik olan bir Azərbaycan Respublikası vətən­daş­ını Senatın üzvü (senator) olaraq seçir.

Gildiyalar tərəfindən seçilmiş həmin senatorlar seçildikləri sahəyə uyğun olaraq Senatın daimi komissiyalarından birinin tərki­bi­nə daxil olurlar. Senatın hər bir daimi komissiyasına Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və ya müxbir üzvü olan alimlər sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfin­dən təyin edilən senator daxildir və həmin senator uyğun daimi ko­mis­siyanın sədri statusundadır.



Daimi komissiyaların aşağıdakı kimi təşkil olunması, mənə elə gəlir ki, məntiqi və məqsədəuyğun hesab edilə bilər.

Maliyyə, bank, vergilər, gömrük orqanları bloku üzrə qa­nun­lar­ın yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissi­ya. Senatın bu daimi komissiyasına Azərbaycan Respu­blikasının Mərkəzi Bankının strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Mərkəzi Bankın strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Maliyyə Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyi­nin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaş­ları əsasında formalaş­dırı­lan gildiya tərəfindən seçilən 1 senator, Vergilər Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin struk­turun­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaşdırılan gildi­ya tərəfindən seçilən 1 senator, İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin struktu­run­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azər­bay­can Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Dövlət Gömrük Komitəsinin strukturu­na daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyə­sində ali təhsil almış mütəxəssislər və Komitənin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında forma­laş­dırılan gildiya tərəfindən seçilən 1 senator, Satınalmalar üzrə Dövlət Agentliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Agentliyin strukturun­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbay­can Respublikası vətəndaşları əsasında forma­laş­dırılan gildiya tərə­fin­dən seçilən 1 senator, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Komitənin struktu­run­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azər­baycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Dövlət Statisti­ka Komitəsinin struktu­runa daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyə­sin­də ali təhsil almış mütəxəssislər və Komitənin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında forma­laş­dırılan gildiya tərəfindən seçilən 1 senator, Azərbaycan Respu­blikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Komissiyanın strukturundan kənar­da uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respub­likası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçi­lən 1 senator, müstəsna olaraq Azərbaycan Respublikasının vətən­daş­ları tərəfindən təsis olunan özəl maliyyə-bank təşkilatlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəs­sislər və həmin təşkilatlardan kənarda uyğun sahə üzrə elmi-tədqi­qat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator, daimi komissiy­anın istiqaməti üzrə ixtisas­laşan qeyri-hökumət təşkilatlarının baka­lavr və ya magistr səviy­yəsində ali təhsil almış mütəxəssisləri əsasında formalaşdırılan gil­di­ya tərəfindən seçilən 1 senator, Ədliyyə Nazirliyinin Qanun­vericilik Baş İdarəsində çalışan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və həmin İdarədən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator və daimi komissiyanın istiqamətinə müvafiq ixtisas üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və ya müxbir üzvü seçilmiş alimlər sırasından Azərbaycan Respubli­kası­nın Prezidenti tərəfin­dən təyin edilən 1 senator daxildir (bütöv­lükdə 12 senator).

Silahlı qüvvələr bloku üzrə qanunların yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissiya. Senatın bu daimi komissiyasına Müdafiə Nazirliyinin strukturuna daxil olan təşkilat­lar­da çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaş­ları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 se­na­tor, Milli Təhlükəsizlik Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəs­sislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaşdırılan gildiya tərəfindən seçilən 1 se­nator, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan baka­lavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsasında forma­laş­dırılan gildiya tərəfindən seçilən 1 senator, Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında forma­laş­dırı­lan gildiya tərəfindən seçilən 1 senator, Dövlət Sərhəd Xidmə­ti­nin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Xidmətin struk­turundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsasında formalaşdırılan gil­di­ya tərəfindən seçilən 1 senator, Səfərbərlik və Hərbi Xidmətə Çağı­rış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan təşkilatlarda çalı­şan bakalavr və ya magistr sə­viy­yəsində ali təhsil almış mütəxəssis­lər və Xidmətin struk­turundan kənarda uyğun sahə üzrə elmi-tədqi­qat işləri aparan Azər­baycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, daimi ko­mis­siya­nın istiqaməti üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının baka­lavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssisləri əsa­sında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Ədliyyə Nazirliyinin Qanun­vericilik Baş İdarəsində çalışan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və həmin İdarədən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator və da­imi komissiyanın istiqamətinə müvafiq ixtisas üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və ya müxbir üzvü seçilmiş alimlər sırasından Azərbaycan Respub­likası­nın Prezidenti tərəfindən təyin edilən 1 senator daxildir (bütövlükdə 10 senator).

Hüquq-mühafizə orqanları bloku üzrə qanunların yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissiya. Senatın bu daimi komissiyasına Respublika Prokurorluğunun strukturuna daxil olan tədqiqat və istintaq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Prokurorlu­ğun struk­turundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaş­dırı­lan gildiya tərəfindən seçilən 1 senator, Daxili İşlər Nazirliyinin struk­turuna daxil olan tədqiqat və istintaq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Ədliyyə Na­zir­­liyinin strukturuna daxil olan tədqiqat və istintaq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütə­xəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Milli Təhlükəsizlik Nazirliyinin strukturuna daxil olan tədqiqat və istin­taq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respubli­kası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Vergilər Nazirliyinin strukturuna daxil olan tədqiqat və tin­taq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan blikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan qiqat və istintaq orqanlarında çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan blikası və­təndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, daimi komissiyanın istiqaməti üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssisləri əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarə­sin­də çalışan magistr səviyyəsində ali təhsil almış xəssislər və həmin İdarədən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri apa­ran Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator və daimi komissiyanın istiqa­mətinə müvafiq ixtisas üzrə Azərbaycan Milli Elmlər Akademi­yasının həqiqi üzvü və ya müxbir üzvü seçilmiş alimlər sırasından Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin edilən 1 senator daxildir (bütövlükdə 9 senator).

Kənd təsərrüfatı bloku üzrə qanunların yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissiya. Senatın bu daimi komissiyasına Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Komitənin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respu­blikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçi­lən 1 senator, Azərbaycan Milli Elmlər Akademiyasının Aqrar Elm­lər Bölməsinin strukturuna daxil olan təşkilatlarda çalışan, ma­gistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Bölmənin strukturun­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbay­can Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, İqtisadi İnkişaf Nazirliyinin struk­turu­na daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsin­də ali təhsil almış mütəxəssislər və Nazirliyinin struk­turundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator, əkinçilik üzrə bakalavr və ya magistr səviy­yəsində ali təhsil almış fermerlər və uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında forma­laş­dı­rılan gildiya tərəfindən seçilən 1 senator, hey­van­darlıq üzrə bakalavr və ya magistr səviyyəsində ali təhsil almış fermerlər və uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respubli­kası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator, əkinçilik məhsullarının emalı üzrə özəl mü­əssi­­sələrdə çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gil­diya tərəfindən seçilən 1 senator, heyvandarlıq məhsullarının emalı üzrə özəl müəssisələrdə çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında forma­laşdırılan gildiya tərəfindən seçilən 1 senator, daimi komissiyanın is­tiqa­məti üzrə ixtisaslaşan qeyri-hökumət təşkilatlarının bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssisləri əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Ədliyyə Nazir­liyinin Qanunvericilik Baş İdarəsində çalışan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və həmin İdarədən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator və daimi komissiyanın istiqamətinə müvafiq ixtisas üzrə Azər­baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və ya müxbir üz­vü seçilmiş alimlər sırasından Azərbaycan Respublikasının Prezi­den­ti tərəfindən təyin edilən 1 senator daxildir (bütövlükdə 11 senator).

Sə­na­ye bloku üzrə qanunların yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissiya. Senatın bu daimi komissiyasına Sənaye və Energetika Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respub­lika­sı vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçi­lən 1 senator, Müdafiə Sənayesi Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respu­blikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçi­lən 1 senator, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respub­lika­sı vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçi­lən 1 senator, İqtisadi İnkişaf Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respu­blikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükə­siz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyində çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Agentliyindən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasın­da formalaş­dırı­lan gildiya tərəfindən seçilən 1 senator, "Azneft­kimyamaş" Açıq Səhmdar Cəmiyyətinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Cəmiyyətin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqi­qat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziy­yat və Texnika Elmləri Bölməsinin strukturuna daxil olan təşkilat­larda çalışan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Bölmənin strukturun­dan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbay­can Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərə­findən seçilən 1 senator, Azərbaycan Mil­li Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin struk­turuna daxil olan təşkilatlarda çalı­şan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Bölmənin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsasında formalaşdırılan gil­di­ya tərəfindən seçilən 1 senator, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və Palatanın strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respu­blikası vətəndaşları əsasında forma­laşdırılan gildiya tərəfindən seçi­lən 1 senator, Azərbaycan Respub­lika­sının vətəndaşları tərəfindən tə­sis olunan özəl sənaye təşkilatla­rında çalışan bakalavr və ya ma­gistr səviyyəsində ali təhsil almış mütəxəssislər və həmin təşkilatlardan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətəndaşları əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, daimi komissiyanın istiqaməti üzrə ixtisaslaşan qeyri-hökumət təşkilat­ları­nın bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəs­sisləri əsasında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Ədliyyə Nazir­liyinin Qanunvericilik Baş İdarəsində çalışan magistr səviyyəsində ali təhsil almış mütəxəssislər və həmin İdarədən kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsasında formalaşdırılan gildiya tərəfin­dən seçilən 1 senator və da­imi komissiyanın istiqamətinə müvafiq ixtisas üzrə Azər­baycan Milli Elmlər Akademiyasının həqiqi üzvü və ya müxbir üzvü seçilmiş alimlər sırasından Azərbaycan Respubli­kası­nın Prezi­denti tərəfindən təyin edilən 1 senator daxildir (bütöv­lükdə 12 senator).

Rabitə və informasiya texnologiyaları bloku üzrə qanunların yaradılması və təkmilləşdirilməsi üzrə daimi komissiya. Senatın bu daimi komissiyasına Rabitə və İnformasıya Texnologiyaları Nazirliyinin strukturuna daxil olan təşkilatlarda çalışan bakalavr və ya magistr səviyyəsində ali təhsil almış mütəxəs­sislər və Nazirliyinin strukturundan kənarda uyğun sahə üzrə elmi-tədqiqat işləri aparan Azərbaycan Respublikası vətən­daşları əsa­sında formalaşdırılan gildiya tərəfindən seçilən 1 senator, Azərbay­can Milli Elmlər Akademiyasının
Yüklə 3,52 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin