15
ƏSAS LABORATOR-İNSTRUMENTAL MÜAYİNƏ ÜSULLARI
Spirometriya (hava axını sürətinin məhdudlaşmasının ölçülməsi)
ACXOX ehtimalı olan bütün xəstələrdə spirometriyanın
aparılması zəruridir.
Spirometriya diaqnostika, diferensial diaqnostika və xəstəliyin
inkişafına nəzarət olunması üçün “qızıl standart” hesab olunur.
Spirometriya müayinəsi aşağıdakı göstəriciləri müəyyən edir:
►
maksimal nəfəs almadan sonra gücləndirilmiş nəfəs vermə
prosesində maksimal həcmi (ağ ciyərlərin gücləndirilmiş həyat
həcmi FVC)
►
gücləndirilmiş nəfəs vermə zamanı 1-ci saniyədə nəfəslə verilən
havanın həcmi (FEV1)
Hər iki göstəricinin nisbəti hesablanmalıdır (FEV1/FVC).
Spirometrik göstəricilər yaş, boy və irqdən asılı olaraq normativ
göstəricilərlə müqayisə olunmalıdır.
FEV1/FVC < 0,70 və FEV1 < 80% postbronxodilatasion
göstəricisi hava axını sürətinin tam geri
dönməyən məhdudluğunu
təsdiq edir. Nəfəs vermənin zirvə sürəti hava axını sürətinin
məhdudluğunu təyin etmək üçün bəzən istifadə olunur, lakin NVZS-
nin istifadəsi ACXOX-lu xəstədə obstruksiyanı kifayət qədər
qiymətləndirə bilmir.
45>
Dostları ilə paylaş: