Ailənin pedaqoji-psixoloji əsasları və funksiyaları Ailə



Yüklə 150,87 Kb.
səhifə41/43
tarix28.12.2021
ölçüsü150,87 Kb.
#48235
növüQaydalar
1   ...   35   36   37   38   39   40   41   42   43
ailə tərbiyəsi

Antisosial ailələrə, əslində, ailə demək olmaz. Onlar daha çox uşaqlar üçün müvəqqəti sığınacaqdır. Burada valideynlər uşaq­ları sevmir, onların dünyaya gəlməsini arzulamır, onları bir övlad kimi qəbul etmirlər.

Adətən, belə ailələrdə valideynlər yanlış həyat tərzi keçirir, bö­­yüklər bir-biri ilə yola getməyib münaqişələrə girir, uşaqlara hə­də-qorxu gəlirlər. Odur ki, belə ailələrdə tərbiyə alan uşaqlar ev­dən tədricən uzaqlaşırlar.

Pedaqogikada ailə tərbiyəsi dedikdə, valideynlərlə uşaqların qarşılıqlı münasibətlərinin idarə olunması sistemi başa düşülür. Bu münasibət həmişə tərbiyəedici xarakter daşıyır. Bu zaman onlar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

Məktəblə ailə arasında uşağın tərbiyəsinə xidmət edən vahid tələblərin yerinə yetirilməsinə ciddi nəzarət edilməlidir:



  • Valideynləri öz ətrafında birləşdirməyə və onların böyük tərbiyə imkanlarından istifadə etməyə ruhlandırmalıdır;

  • Valideynlərin pedaqoji biliklərə yiyələnməsinə və onların pedaqoji mədəniyyətinin yüksəldilməsinə xüsusi qayğı göstərilməli, valideynlərlə aparılan maarifləndirmə işlərinə diqqət yetirilməlidir.

  • Məktəb və ailə ictimai tərbiyənin həyata keçirilməsində aparıcı rol oynayır.

Məktəb uşaqların tərbiyəsində ailə və ictimaiyyətin fəaliy­yə­tinin əlaqələndirilməsi üçün öz işini aşağıdakı kimi həyata keçirir:

Məktəb pedaqoji kollektivin, valideyn komitəsinin, yaşayış yerlərində ictimai şuraların, klubların, kitabxanaların, stadionların, sə­hiyyə orqanlarının tərbiyəvi iş planlarını əlaqələndirir, tərbiyə pro­­sesinin iştirakçılarının hər birinin funksiyalarını dəqiq bölüş­dürür;



    • Məktəb öz gücü ilə valideynlərə və ictimaiyyətin nüma­yəndələrinə uşaqlarla iş aparmağın ən effektli üsullarını sistematik surətdə öyrədir;

    • Məktəb tərbiyə işinin gedişini və nəticələrini diqqətlə öy­rə­nir və müzakirə edir, nöqsanların səbəblərini aşkar edir və onları aradan qaldırmaq üçün birgə tədbirlər həyata keçirirlər.

    • Məktəbdə valideynlərlə iş valideyn birlikləri vasitəsi ilə apa­­­rılır. Bu birliklər aşağıdakılardır: valideyn komitələri, şuraları, konqreslər, yardım cəmiyyətləri, rəyasət heyətləri, komissiyalar və s.

Məktəb və ailə tərbiyəsi arasında sıx inteqrasiyaya keçilən yer­lərdə “məktəb-ailə” kompleksi yaradılır. Belə komplekslərin baş­lıca tələbi məktəbin fəaliyyətinin bütün istiqamətləri üzərində va­lideyn nəzarətini təmin etməkdən ibarətdir. Valideyn birliklərinin başlıca vəzifələrindən biri pedaqoji bilikləri yaymaqdır. Valideyn universitetləri, dəyirmi masalar, konfranslar, pedaqoji maarifin mün­təzəm fəaliyyət göstərən bir çox cari və birdəfəlik formaları valideynlərə kömək edir. Ümumi etik, iradi, intellektual dəyərləri öyrənmək üçün valideynlər məktəbi yaradılır.

Ailələdə uşaqların tərbiyəsini düzgün təşkil etmək üçün vali­deynlər məktəblə sıx əlaqə saxlamalı, ondan vaxtında lazımi məs­lə­hətlər almalıdır. Məktəb ictimai-dövlət təşkilatıdır, ictimai və sosial tərbiyənin müvəkkilidir. Burada uşağın təlim-tərbiyəsi səriştəli adamlar-mütəxəssislər tərəfindən aparılır. Məktəbdə aparılan tər­bi­yə işi prosesində müəllimlərin vəzifəsi, ilk növbədə, ondan ibarətdir ki, şagirdlərdə aşılayacaqları əxlaq prinsiplərinə dərin şəxsi inam hissi və vərdişlər qazandıra bilsinlər. Şagirdlərlə aparılan tərbiyəvi iş hər gün və hər saat: dərslərdə, tənəffüslərdə, küçədə, oyun prose-sin­də və s. həyata keçirilir. Şagirdlərlə aparılan tərbiyəvi iş mək­təbin bütün fəaliyyəti prosesində həyata keçirilir ki, bu da şagirdləri ümumbəşəri əxlaqın mühüm keyfiyyətlərinə yiyələndirməyə istiqa­mət­ləndirir.

Məktəb, eyni zamanda, valideynləri də unutmur. O, təlim-tər­biyənin forma və üsullarını uşaqların yaş, fərdi və cins xüsu­siy-yətlərinə əsasən müəyyənləşdirməkdə valideynlərə yardım göstərir, əhali arasında pedaqoji bilikləri yayır, uşaqların həyatını düzgün təşkil etməyin metodlarını ailəyə öyrədir, övladlarının tərbiyəsində yaxşı nəticələr əldə edən ailələrin iş təcrübəsini ümumiləşdirib geniş kütləyə çatdırır. Məktəb təlim-tərbiyə sahəsində mütəxəssislərin çalışdığı mühüm mərkəz olmaq etibari ilə özünün fəaliyyət dairəsini daim genişləndirir, ailələrə də hər cəhətdən kömək göstərir.

Məktəb gənc ailələrin köməyinə çatmalı, uşağın asudə vaxtını səmərəli təşkil etməyin yollarını valideynlərə izah etməlidir: ailədə boş vaxtlarda müxtəlif növ oyunlar keçirmək, oyuncaqlar almaqla uşağı mədəni əyləncəyə alışdırmaq, onu yaşına uyğun texniki yara­dı­cılıq işinə cəlb etmək, müxtəlif bədii kitabların, qəzet və jurnal­lardakı maraqlı məqalələrin ailədə oxunuşunu keçirmək, uşaq­lar üçün nəzərdə tutulan radio və televiziya verilişləri haqqında fikir mübadiləsini təşkil etmək, uşağa şəkil çəkdirmək, şeir, mahnı oxu­maq, tapmaca tapdırmaq, uşaqla birlikdə parka gəzintiyə çıx­maq, ai­lənin məişət və təsərrüfat işlərində fəal iştirakını təmin etmək və s. belə yollardandır. Məktəb ailələrlə həmişə səmimi təmasda olma­lıdır.

Məktəbin ailə ilə digər əlaqə formalarına: müəllimlərin ai­lə­yə getməsi, valideynlərin ailəyə dəvət edilməsi, məktəbdə ke­çi­rilən valideyn günü, ailə tərbiyəsinə həsr edilmiş kon­frans­lar, valideyn universitetləri və s. daxildir. Məktəbdə təlim-tərbiyə işinin keyfiyyətinin yüksəldilməsində məktəbin ictimai təşkilatlarla da əlaqəsinin böyük əhəmiyyəti vardır. İctimai təşkilatlar məktəblə əlaqə formasını sinif rəhbəri və məktəb valideyn komitəsi vasitəsi ilə həyata keçirirlər. Bu isə məktəbdə tərbiyə işinin yüksəldilməsinə böyük təsir göstərir.




Yüklə 150,87 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin