Akif Aşırlı


    366-cı rus hərbi alayı Xocalını qanına buladı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə3/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

 

18 

 

366-cı rus hərbi alayı Xocalını qanına buladı 

 

Artıq tarixin arxivinə atılmış Sovet dövlətinin bu alayı barədə bütün təfərrüatlar aydınlaşdırılıb. 



Bir məsələ bəllidir ki, Xocalı soyqırımının törədilməsində bu alayın müasir hərbi texnikasından, şərəfmi 

erməni quldurlarına satmış zabit heyətindən istifadə edilmişdir. Xocalı qətliamının acılarını yaşayan, ana-

bacılarını, övladlarını  Əsgəran yolunda, Naxçıvanikdə, Kətik meşəsində itirən, zamanın ağrılarına tab 

gətirən faciə  şahidləri buna şəhadət verir. Özü də  təkzibolunmaz sübutlarla, faktlarla. Sovet ordusunun 

sabiq generalları "zabit şərəfmi" qorumaq üçün bu faktları  təkzib etməyə çalışsalar da, söylədikləri 

arqumentlər su üzərində sabun köpüyünə bənzəyir. Bu alayın hərb tarixinə Xocalı ləkəsi vurulub. Tarix 

isə ləkə, yamaq götürmür. Xocalı soyqırımını araşdırmaq üçün belə heç bir emosiyaya uymayaraq 366-cı 

alayın tarixinə diqqət yetirib, əliyalın insanlara qarşı törədilən faciənin sərhədlərini 

müəyyənləşdirməliyik.  Ən azı tarix və  gələcək nəsillər üçün. Bəşəriyyət isə  gərək bu sadalanan 

cinayətlərə göz yummasın. Xocalıda törədilənlərin soyqırım faktı olduğunu təsdiqləsin və  bəyan etsin. 

Yoxsa dünya yeni soyqırımlarla, yeni terror hərəkətləri ilə üzləşməli olacaq. Necə ki, Amerika kimi 

böyük dövlət 11 sentyabr terroru ilə üzləşdi. Amerikanın üzləşdiyi, insanları sarsıdan bu qanlı səhnələri 

366-cı alay xocalıların başına cəmi 3-4 saat ərzində, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə 

gətirdi. 613 nəfər insan güllələndi, 1225 nəfər girov düşdü. Onların arasında 63 nəfər 3 yaşından 15 

yaşına qədər uşaq, ahıl vardı. Bu qətliamlar nə  hərb qanunlarına, nə  də insani davranışlara, heysiyyətə 

əsaslanır. Yalnız qəddarlıqla vəhşiliyə dəlalət edir. 

Keçmiş Sovet ordusunun 366-cı alayının bu qəddarlığı, rüsvayçılığı  təsadüfi deyil. Bəllidir ki, 

təsadüf də qanunauyğunluğun ayrıca bir halıdır. Qanunauyğun odur ki, tarixən çar Rusiyasının zamanında 

da rus zabitləri dini birliyi əsas gətirərək həmişə ermənilər tərəfindən azərbaycanlılara qarşı döyüşüb, 

vuruşub. Minlərlə azərbaycanlıları  dədə-baba torpaqlarından didərgin salıb, Qafqazın boşaldılmış 

ərazilərinə erməniləri məskunlaşdırıblar. Erməni dövlətinin sərhədlərini Azərbaycan torpaqlarının 

hesabına genişləndiriblər. Məgər 366-cı alay çar Rusiyasının hərbi strukturlarının, zabit və  əsgərlərinin 

varisi deyildimi? Qarabağda aparılan hərbi  əməliyyatlarda tək texnika ilə deyil, canlı qüvvə ilə erməni 

daşnaklarına kömək etmirdilərmi? Bütün bu deyimlər sübut olunmamışmı? 

Alayın yüksək səlahiyyətli zabitləri ermənilərə müntəzəm surətdə silahlar, hərbi sursatlar satırdı. 

Bütün bunların nəticəsi olaraq alayda hərbi qanunlardan kənar olan qeyri-qanuni atmosfer yaradılmış, 

ordu qanunları ticarət qanunları ilə  əvəzlənmişdir. Alayın say tərkibi 1800 nəfəri  əhatə etməsinə 

baxmayaraq, cəmi 350 nəfərə yaxın zabit və əsgəri qüvvə qalmışdır. Mərkəzi Tbilisi şəhərində yerləşirdi. 

Para qazanmaq zabitlərin başlıca amalına çevrilmişdi. Ona görə  də Xankəndinə insani varlıqlarını, 

simasını çoxdan itirmiş erməni daşnakları, quldurlara öz çeşidli "xidmətlərini" təklif edirdilər. Hətta 

erməni terror qruplarına belə xidmətlərin gündəlik məzənnəsi də  bəlli idi. Azərbaycanlıların yaşayış 

məntəqəsinə bir top atəşi 1300 rubl, BTR-in bir gecəlik icarəsi 5000 rubl, altı PDM-dən ibarət qrupun hər 

reydi üçün 1,5 milyon rubl, kiçik rütbəli zabitlərin təlimatlarının gös-tərişlərinə 3-4 min rubl ödənilməli 

idi. Canlı qüvvə olaraq sıravi  əsgərlər də döyüş  əməliyyatlarına cəlb olunur, pis qazanmırdılar. Alayın 

hərbi qulluqçusu Znayevin Tbilisidəki hərbi hissəyə köçürülməsi zamanı ciblərindən 280 rubl 

aşkarlanmışdır. Xocalı soyqırımından bir gün sonra, yəni fevral ayının 27-də gündüz saat 3 radələrində 

Binə aeroportunda Deyçukov Oleq Alekseyeviç adlı bir polkovnik həbs olundu. Onun üstündən yarım 

milyona yaxın pul aşkarlandı. Polkovniki müşayiət edən praporşik P. Şevçenko, sıravi  əsgər, sürücü 

A. Qainkin də həbs olundu. Bu, xocalıların qanpulu idi. Yüksək rütbəli rus zabiti Azərbaycanda soyqırım 

törədərək vəhşiliyinin, qəddarlığının əvəzini almışdı. 

1985-ci ildən Xankəndinə köçürülən 366-cı alayı Qarabağda başlanan erməni separatçılığının 

fonunda Xocalı soyqırımınadək normal hərb həyatının nə demək olduğunu bilmədi. Alayda əsas vəzifələri 

tutan erməni zabitlərinin sayı nə az, nə çox, 50 nəfər idi. Praporşiklər də yox deyildi. Bir məsələ aydındır 

ki, praporşikləri daha çox yerli əhali arasından yığırdılar. Məhz ona görə  də yerli ermənilərdən alayda 

kiçik rütbəli hərbçilər çox idi. Erməni əsilli hərbçilər artıq 366-cı alayı, onun baş komandiri Zarviqarovu 

milli münaqişəyə, etnik separatçılığa çəkə bilmişdilər. Bu alayın hədəfi bəlli idi. Müntəzəm olaraq 

Azərbaycan kəndlərinə basqınlar edilir, insanlar güllələnir, onların qanı pula çevrilərək rus zabitlərinin 

cibinə axırdı. Xocalı soyqırımından bir ay öncə Zaqafqaziya hücum dairəsinin müavini, milliyyətcə 

erməni general-leytenant Ohanov alaya baş  çəkərək zabit heyətini etnik separatçılığa sövq edən 

hərəkətlərdə bulundu. Ohanov zabitləri "Şanlı Arsax işinə" xidmətə çağırmışdı. Lakin hərbi hissədəki 

vəziyyətlə barışmayanlar, öz hərbi andına sadiq qalıb zabit şərəfmi qorumaq istəyənlər də vardı. 

Çünki keçmiş Sovet ordusunun ənənələrinə görə, alayda ukraynalılar, qazaxlar, özbəklər, gürcülər 

də  hərbi xidmət keçirdilər. Hələ 1991-ci ilin sonlarında alayın bir qrup zabiti Zaqafqaziya hərb dairəsi 


19 

 

komandanlığına rəsmi məktubla müraciət edib alaydakı mənəvi pozğunluğu göstərməklə yanaşı, yüksək 



səla-hiyyətli zabitlərin onları azərbaycanlı  əhaliyə qarşı döyüşlərə sövq etmələrini göstərmişdilər. 

Sözügedən vicdanlı  hərbçilərin rəyi bir idi: Komandir, polkovnik Zarviqarov təcili dəyişdirilməlidir. 

Ancaq hərbi komandanlıq zabitlərin etiraz məktubuna, raportuna heç bir məhəl qoymadı. 1991-ci ilin 

"Vesti" televiziya proqramında şərhçi Feyorkovskinin hazırladığı buraxılışda iki nəfər rus əsgəri açıqca 

söyləmişdilər ki, erməni zabitlər azərbaycanlıların yaşadıqları  kəndlərə atəş açmağı  əmr edirlər. Bu 

informasiya heç kəsin "nəzərini cəlb" etmədi. Qarabağın azərbaycanlı yaşayan məskənləri isə 366-cı 

alayın zirehli texnikası ilə ardıcıl olaraq ölüm məskənlərinə çevrildi. Kütləvi informasiya vasitələrində 

Azərbaycan tərəfi ilə birləşmiş silahlı qüvvələrin komandanlığı arasında mübahisə gedirdi. "366-cı alay 

azərbaycanlıların məhv edilməsində erməni terrorçu qrupların tərəfində  iştirak edir" arqumentinə onlar 

soyuqqanlılıqla "yox" cavabı verirdilər. Azərbaycan mediası alaydan qaçan əsgərlərin, zabitlərin 

ifadələrini, dəlillərini söyləyən zaman bəlli alayın zabitləri "bu barədə bizdə  məlumat yoxdur" 

söyləyirdilər. Malıbəyli kəndi tarmar ediləndə 3 əsgər ağ bayraq götürüb kəndin sağ qalmış sakinlərini 

mühasirədən çıxarmaq istəmişdi. Lakin onlar vəhşiliyi qəbul etməyən, günahsız qan tökmək istəməyən 

əsgərlərin qarşısında güllələndilər. Vandalizm aktlarının iştirakçısı olmaq istəməyən alayın hərbi 

xidmətçiləri Rjevski şəhərindən Jarqin Roman, krımlı Kuzmişov Sergey, Boqdanovski Andrey hərbi 

jandarmdan qaçmağa nail olmuşdular. Məhz bu əsgərlər komandanlığın  əmrinə uyğun olmayaraq 

azərbaycanlı  əhaliyə qarşı  hərbi  əməliyyatlardan imtina edərək, hərbi hissənin mövqelərindən 

uzaqlaşmışdılar. Ancaq erməni ekstremistləri terror qrupları bu istəkdə olan hərbçilərə qarşı amansız 

davranaraq onların bəzilərini güllələmişdilər. Dəqiq məlumatlara görə, bu qəbildən olan zabitlərdən ikisi 

erməni yaraqlıları tərəfindən öldürülmüş, biri isə itkin düşmüşdür. 366-cı alayın hələ fevralın ortalarında 

qaçmağa nail olmuş daha 3 nəfər  əsgəri erməni muzdluları, hərbi birləşmələri tərəfindən mühasirəyə 

alınmış Xocalıda idi. Həmin gecə  təbii surətdə onlar da başqaları ilə birlikdə  şəhəri öz alaylarının və 

erməni qoşunlarının hücumundan müdafiəyə qalxmışdılar.  İstər hərbi qulluqçuların, istərsə  də erməni 

quldurlarının dinc sakinləri necə öldürdüklərini onlar öz gözləri ilə görmüşdür. Onların dediklərinə görə, 

adamları ailəlikcə  qırır, valideynləri uşaqlarının gözü qarşısında öldürür, adamları üzbəüz dayanıb 

güllələyirdilər. Qaniçən vəhşilər gecə  də, ertəsi günü səhəri də yaralıları vurub öldürürdülər.  Əsirləri 

güllələyirdilər. Körpələri vəhşicəsinə qətlə yetirir, imdad diləyən ahıllara imkan vermirdilər. Adamları ən 

alçaq üsulla təhqir edirdilər. Arxadan gələn erməni rəzilləri isə qarətçiliklə, soy-ğunçuluqla məşğul 

olurdular. 

Xocalı soyqırımına hazırlaşmaq üçün ermənilərdən 20 litr spirt alan alayın komandir-zabit 

heyətinin artıq gözlərini qan örtmüşdü. Azərbaycan insanının başını kəsmək onlar üçün adiləşmişdi. Bu 

faktı alayın əsgərləri Y. Numanov, Ş. Tangülov, S. Ezizov təsdiqləmişlər. 

Keçmiş Sovet ordusunun, indi isə MDB-nin birləşmiş silahlı qüvvələri aşkar faktları  nə  qədər 

rədd etsə də, törətdiyi bu soyqırım faktı qarşısında nəsə bir iş, yenilik görməli idi. Soyqırım məsələsini 

üzərlərindən atmağa çalışıb, bəzi variantların  əhatəsində gedişlər etməli idi. Ona görə  də Zaqafqaziya 

hərb dairəsinin komandanlığının müavini, general-leytenant İosif Ohanyan 366-cı alaya gəlmişdi. 

"Xəbər servis" agentliyinin 4 mart 1992-ci il buraxılışında bu səfərin məğzi açıqlanıb: "Zaqafqaziya 

hərbi dairəsi qərargahının generalı  İosif Ohanyan Xocalyıa gəlmişdir. O, tələb etmişdir ki, 366-cı alay 

məhz  əvvəllər planlaşdırıldığı kimi Şuşa və Laçın  şəhərlərindən çıxarılsın. Azərbaycan Milli 

Təhlükəsizlik Nazirliyindən məlumat verilmişdi ki, 366-cı alayın silahlı texnikası və canlı qüvvəsi hazırda 

Azərbaycanın zəbt olunmuş Xocalı, Kərkicahan məntəqələrinə köçürülür. Qrad və "uraqan" raket 

artilleriya qurğuları isə artıq erməni silahlı  dəstələrinin sərəncamına verilmişdi". Rusiya Müdafiə 

Nazirliyinin orqanı olan "Krasnaya Zvezda" qəzeti 6 mart 1992-ci il sayında isə 366-cı alayın erməni 

terrorçuları  tərəfindən azərbaycanlılara qarşı döyüşdüyünü, Xocalı soyqırımında iştirakını dolayısı ilə 

təsdiqləyən məlumat dərc etmişdi: "İkinci motorlu atıcı taborunun komandiri Seyran Ohanyan Qarabağ 

silahlı  dəstələrinin tərəfinə keçmişdir. Ola bilsin ki, zabit polk ilə birlikdə  Gəncəyə (Azərbaycan) 

getməkdən qorxmuşdur, çünki bəzi məlumatlara görə, o, azərbaycanlılara qarşı döyüş  əməliyyatlarında 

iştirak etmişdir". Bəli, Rusiya Müdafiə Nazirliyi tabeçiliyində olan 366-cı alayın batalyon komandiri 

soyqırımında iştirakmı öz rəsmi məlumatları ilə təsdiqləməyə məcbur idi. Bu, o Ohanyan idi ki, alayın 

çıxarılmasına qarşı hərbi qiyam qaldırmış, nəticədə alaya məxsus hərbi texnikanın 80 faizini ələ keçirib, 

Xocalı soyqırımından sonrakı qətliamlarda işğalçılıq siyasətlərində istifadə etmişdir. Martın 2-də alayın 

çıxarılmasına başlanılsa da, bu proses erməni terror qrupları, yerli erməni hakimiyyətinin müqaviməti ilə 

yarımçıq aparıldı. Nəticədə keçmiş Sovet ordusunun hərbi mirasının kiçik bir hissəsini çıxarmaq mümkün 

oldu. Erməni hərbi qulluqçuları Qarabağı və hərbi hissənin yerləşdiyi ərazini tərk etməkdən imtina etdilər. 

Alayın 2-ci batalyonunun komandiri Ohanyan 14 PDM hərb maşını  ələ keçirib, erməni yaraqlıları, 

xaricdən gətirilmiş muzdlu döyüşçülərlə birləşdi. Alayın hərbi sursat və texnikasının nə  dərəcədə 



20 

 

çıxarılması haqda dəqiq məlumat da aşkardı. Azərbaycan kəşfiyyat orqanlarının əldə etdiyi sənədlərdə bu 



müqayisəli faktlar aydın görünür. 

PDM çıxarılıb 38 vahid, saxlanılıb 70 vahid. 

BTR çıxarılıb 0, saxlanılıb 4. 

D-30 toplar çıxarılıb 0, saxlanılıb 27. 

"Strela-10" çıxarılıb 0, saxlanılıb 10. 

366-cı alayın iflası şəxsi heyətin Tbilisiyə köçürülməsi ilə reallaşdı. "Sovetski voin" qəzeti alayın 

çıxarılması ilə bağlı "366-cı polk nədən ləğv olundu" məqaləsini 2 aprel 1992-ci ildə dərc etdirdi. Verilən 

məlumatlara görə, azacıq da olsa həqiqətlərə yer ayıran qəzetin həmin sayı general-leytenant İ. Ohanyanın 

göstərişi ilə, bütün tirajla birlikdə yandırılıb. Qəzetin yalnız bir neçə nüsxəsi salamat qalaraq əldən-ələ 

keçib. "Xalq ordusu" qəzeti isə sözügedən yazını 28 aprel sayında rus dilində təkrar çap edib. Beləliklə 

general-leytenant Ohanyanın niyyəti baş tutmayıb. Müəllifin yazdığına görə, 366-cı polkun 

Xankəndindən çıxarılması  əməliyyatı yaxşıca götür-qoy edilib, əvvəlcədən planlaşdırılıb. Yəni hər  şey, 

hərbi sursat və texnika qabaqcadan alınıb satılıbmış.  Əsgərlər ermənilərlə vida məclisi keçirərək, birgə 

ziyafətdə olublar. Polkda komandir Y. Zarviqarovdan tutmuş, zabit arvadlarının hamısı sərxoş vəziyyətdə 

alqı-satqı  əməliyyatlarını davam etdiriblər. Texnikanı ermənilərə verib Xankəndindən çıxanda isə 

gözlənilmədən onları müdafiəyə gəlmiş desantçılarla qarşılaşıblar. Desantçıların dediyinə görə, zabitlərin 

arvadları paçka-paçka valyutanı aradan çıxarmağa cəhd göstəriblər. Desantçılarla erməni yaraqlıları 

arasında atışma baş verib. Nəticədə serjant Andre Ruderi öldürülüb. Məqalədə belə faktlar, epizodlar 

kifayət qədərdir. Ancaq əsas diqqəti çəkən məsələ odur ki, sərxoşluqdan ayılmayan polk komandiri 

Zarviqarovun əvəzinə Xocalıya hücum əmrini onun arvadı verərək rus əsgərlərini Xocalı üzərinə Jora adlı 

bir erməni aparıb. 

Zaqafqaziya Dairə  Hərbi Prokurorluğu Xocalıda törədilən cinayətlərdə  iştirakına görə 366-cı 

alayın hərbi rəhbərliyi barəsində cinayət işi qaldırdı. Sonra bəlli oldu ki, bu

?

 formal əməliyyatdır. Alay 



komandiri Zarviqarov həbs edilərək, bir neçə gündən sonra təqsirsizliyi sübuta yetirildiyindən azadlığa 

buraxılmışdır. Lakin o, törətdiyi cinayət  əməlinin masştabına görə vaxtından  əvvəl istefaya 

göndərilmişdir. 

Keçmiş Sovet ordusunun bu alayının təmsilçilərinin dinc əhaliyə qarşı törətdikləri beynəlxalq 

cinayət məsuliyyəti doğurur. Müharibə cinayətlərini xocalılara tətbiq edən 366-cı alay bütün humanitar 

hüquq normalarını, müharibə adət və qanunlarını pozaraq beynəlxalq cinayət məsuliyyəti doğurub. 

Beləliklə, müharibə cinayətləri geniş bir hüquqi kateqoriya olub, həm beynəlxalq xarakterli, həm 

də qeyri-beynəlxalq xarakterli silahlı münaqişələr dövründə beynəlxalq humanitar hüququn ciddi 

pozuntularını əhatə edir. Bu pozuntuların hər biri özü-özlüyündə konkret cinayət əməlidir və beynəlxalq 

cinayət məsuliyyəti doğurur. Ona görə də müharibə cinayətləri haqqında tam təsəvvür əldə etmək üçün bu 

kateqoriyaya daxil olan bütün cinayət tərkiblərini göstərmək lazım gəlir. Müharibə cinayətlərinə 

aşağıdakı əməllər aiddir: 

1) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı 

biri: 


- qəsdən adamöldürmə; 

- işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; 

- ağır əzab-əziyyətin və ya ciddi xəsarətin qəsdən törədilməsi; 

- hərbi zərurətlə bəraət qazandırılmayan və qeyri-qanuni və böyük miqyasda törədilən dağıntılar 

və əmlakın ələ keçirilməsi; 

- hərbi  əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə  məcbur 

edilməsi; 

- hərbi  əsirin və ya mülki şəxsin qərəzsiz və normal məhkəmə araşdırmasına olan hüququndan 

qəsdən məhrum edilməsi; 

- girov götürülməsi. 

2) beynəlxalq humanitar hüququn pozulması ilə  qəsdən törədilmiş  və ölümlə  nəticələnən və 

yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: 

- mülki əhalinin və ya ayrı-ayrı mülki şəxslərin hücum obyekti edilməsi; 

-  şəxsin kombatant olmadığını  və ya artıq sıradan çıxdığını ("hors de sombat") bilərək, onun 

hücum obyekti edilməsi; 

- qırmızı xaç, qırmızı aypara və ya qırmızı  şir və günəş  və yaxud digər tanınmış  fərqləndirmə 

emblemlərindən sui-istifadə edilməsi. 

3) beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı 

biri: 


21 

 

- işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; 



- hərbi  əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (reparitasiyasının)  əsas olmadan 

yubandırılması. 

4) beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan 

ləyaqətini alçaldan rəftar, zorlama, məcburi fahişəlik və əxlaqsız hücumun hər hansı bir forması: 

5) müharibə qanun və ədalətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri; 

- zəhərli silahların və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahların 

tətbiq edilməsi; 

- şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan 

soyğunçuluq; 

- müdafiə olunmayan şəhərlərin, kəndlərin, binaların və ya yaşayış evlərinin və yaxud 

hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; 

- dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin və incəsənət və elm əsərlərinin qəsb 

edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; 

- ictimai və ya xüsusi əmlakın talan edilməsi. 

6) beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı  tətbiq olunan beynəlxalq humanitar 

hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: 

- adamların həyatına, səhhətinə, fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən 

qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən 

forması; 

- kollektiv cəzalandırma; - girov götürülməsi; 

- terror aktları; 

-  şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama, məcburi 

fahişəlik və əxlaqsız hücumun hər hansı bir forması; 

- hərbi soyğunçuluq; 

- məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün 

yerinə yetirilməsi. 



 

P.S. Əski sovet ordusunun törətdiyi bu cinayət təbii ki, Rusiyanın hərbi-siyasi dairələrini narahat 

etməyə bilməzdi.  Əsrlər boyu Azərbaycan türklərinə qarşı ermənilərlə bir cəbhədə dayanan keçmiş rus 

hərbi birləşmələri XX əsrdə növbəti vəhşiliklərini Xocalıda, Şuşada, Azərbaycanın 20 faiz torpaqlarının 

işğalında oynadı. Xocalı soyqırımının törədilməsində 366-cı rus alayının iştirakı faktlarla, dəlillərlə 

təsdiq olundu. Həmin vaxt rus mətbuatı bu olaylarda hərbi birləşmələrinin iştirak etmədiyi xəbərlərini 

ardıcıl  şəkildə çap etdirsə  də, artıq dünya faciəsinin miqyasında "rus izlərini" qabarıq  şəkildə  təqdim 

edirdilər. Rusiyanın Azərbaycanda səlahiyyətli səfiri Valter Şoniya heç nə olmamış kimi davranır, təmkin 

nümayiş etdirirdi. Türkcə danışmağı özünün məşğuliyyəti hesab edən səfir, Xocalı soyqırımını 

təsdiqləməklə mətbuat üçün bu məzmunda bəyanat yaydı: "Bu faciə qarşısında bir insan kimi baş əyirəm. 

Fikrimcə, Xocalıda törədilən hadisə bəşəriyyətin adına silinməz ləkədir. Bəşər mədəniyyətinin XX əsrində 

belə bir faciə yolverilməzdir. Biz hələ bir-birimizə aid davranış qaydalarını öyrənməliyik. Uşaqları, 

qadınları, dinc əhalini öldürmək isə bütün dövrlərdə bağışlanmaz cinayət sayılıb. Bu, ibrət dərsidir və 

bizim borcumuz bir daha belə faciələrin təkrarına yol verməməkdir. Təəssüf ki, ayrı-ayrı siyasi xadimlər 

indi də öz ambisiyalarından əl çəkmək istəmirlər. Halbuki bir problemi danışıq, sülh yolu ilə həll etmək 

mümkündür. Xocalı faciəsində 366-cı alayın iştirakı böyük söz-söhbətə səbəb olub. Təəssüf ki, bu barədə 

də  həqiqətləri bilmirik. Əlbəttə, ola bilər ki, alayın ayrı-ayrı zabitləri,  əsgərləri ermənilər tərəfindən 

cinayətə  cəlb ediliblər. Bu cür faktlar təkcə Azərbaycanda yox, keçmiş SSRİ-nin digər qaynar 

nöqtələrində  də ola bilər. Lakin MDB-nin 366-cı alayının bütün texnikası, canlı qüvvəsi ilə Xocalı 

faciəsinə müdaxiləsini inkar edirəm. Bu gün mən də Azərbaycan xalqının kədərinə qoşulur, bu faciədə 

həlak olanların ailələrinə, yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. 

 


22 

 

Xocalıda yalnız meyitlər qaldı 

 

Xocalı - Dağlıq Qarabağda yaşayış məntəqəsi olmaqla yanaşı, bir vaxtlar qəsəbə hesab olunurdu. 



Xocalı rayonu şimaldan və  şimal-şərqdən Kəlbəcər və  Ağdam rayonları, qərbdən isə Laçın rayonu ilə 

həmsərhəddir. Səthi  əsasən dağlıq zonadan ibarətdir. Rayonun ərazisi 926 kvadrat kilometrdir. Əvvəlki 

adı Xocalı olmuş; 1930-78-ci illərdə Stepanakert Xankəndi, 1978-91-ci illərdə Əsgəran. 1991-ci ildən isə 

yenidən Xocalı adlandırılmışdır. Rayonun qərb sərhədi boyunca Qarabağ silsiləsi uzanır. Qarabağ 

silsiləsinin şərq yamacları Xocalı ərazisində Qarabağ və Mil düzlərinə tərəf çay dərələri boyunca uzanır. 

Rayonun ən yüksək zirvələri 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlükdə olan Qırxqız 

dağlarıdır. Xocalı ərazisində Yura, Tabaşir, Antropogen çöküntüləri yayılmışdır. Ərazi faydalı qazıntılarla 

- gil, qum, çınqıl, gillicə və s. zəngindir. İqlimi əsasən qışı quraq keçən mülayim istidir. Orta temperatur 

qışda 0 dərəcə S-yə yaxın, yayda 24 dərəcə S olur. İllik yağıntı 500-700 mm-dir. Əsas çayı Qarqar 

çayıdır. Rayon ərazisində  qəhvəyi dağ-meşə, dağ-çəmən və çimli dağ-çəmən torpaqları yayılmışdır. 

Ərazisinin 40 faizi meşələrdən /palıd, fıstıq, tut və s./ ibarətdir. Dağlıq sahələri alp və subalp çəmənləri ilə 

örtülmüşdür. Alçaq dağətəyi sahələrdə Kserofit kolluqlar və  çəmənlər vardır. Rayonun kənd 

təsərrüfatında heyvandarlıq, üzümçülük və taxılçılıq  əsas yer tuturdu. Əhali arıçılıq, baramaçılıq və 

meyvəçiliklə  də  məşğul olurdu. Rayonda şərab və pivə zavodları, məişət xidməti kombinatı, tikinti 

müəssisəsi, 100 çarpayılıq xəstəxana, 28 feldşer-mama məntəqəsi, sanitariya epidemioloji stansiya, 30 

məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub, 37 kinoqurğu və s. vardı. 

Xocalı rayon və  şəhər statusu alandan sonra böyümüş, orada irimiqyaslı yaşayış massivləri 

salınmışdır. Ermənistandan, Xankəndindən didərgin düşən soydaşlarımız, Özbəkistandan köçüb gəlmiş 

/Fərqanədən erməni fitnəkarlığı  nəticəsində qaçqın düşən Ahıska türkləri/ yüzlərlə  məhsəti türkü də 

Xocalıda məskunlaşmışdır. Bəli,  şəhər böyüyürdü, gözəlləşirdi; heç demə, bu böyüklüyün içərisində 

gələcəkdə böyüyəcək Xocalı dərdi, Xocalı faciəsi də cücərirmiş. Qədim Xocalı kəndi tarixən 1905-06-cı 

və 1917-18-ci illərdə də xəyanətkar ermənilər tərəfindən yandırılaraq talan edilmişdir. 

Ermənistandan qovulmuş qaçqın azərbaycanlıların və Özbəkistandan gəlmiş qaçqın ahıska 

/Məhsəti/ türklərinin hesabına  əhalisinin sayı 7.000-ə çatmışdı. Dağlıq Qarabağda erməni işğalçılığı 

nəticəsində 1991-ci ilin yayında və payızında xocalıların, demək olar, yarısı şəhəri tərk eləməyə məcbur 

olub. Erməni yaraqlı dəstələri Xocalını hər tərəfdən mühasirəyə aldığından, yolları, keçidləri tutduğundan 

şəhərin quru yolla hər yanla əlaqəsi kəsilmişdir. 1991-ci ilin əvvəlindən elektrik enerjisi də kəsilmişdir. 

Xocalıların xarici aləmlə yeganə əlaqəsi ratsiya ilə /generatorla/ işləyir və gediş-gəlişi vertolyotla idi. 

Ümidini itirmiş, ruhdan düşmüş, elementar yaşayış vəsaitin-dən məhrum olmuş xocalılar şəhəri tərk 

etməyə başladılar. Şəhərdə məsul rəhbər vəzifələrdə çalışan bəzi şəxslər də gedirdilər, daha doğrusu, çətin 

anlarda aradan çıxırdılar. Axırıncı vertolyot reysi ilə Xocalı RDİŞ rəisi Sabir Məmmədov da uçub getdi. 

Onu Xocalıdan heç kim geri çağırmamışdı və onun tabeliyində olan əməkdaşlardan biri rəisin düz üzünə

onun getməyini fərarilik adlandırırdı; rəhmətlik Əlif Hacıyevin döyüşçülərindən İlham ən sonuncu tədbirə 

əl atdı, onun qabağını kəsib silah gücünə vertolyota buraxmamağa cəhd göstərdi. Amma Məmmədov nə 

hiylə qurdusa, onları aldadıb vertolyota təpildi. 

Bu əhvalat 1992-ci il fevralın 13-də baş verib. Vertolyotlara minmək istəyənlər çox idi - təxminən 

700-800 nəfər. Amma vertolyotlar cəmi 300-ə yaxın adam götürə bilərdi. Vəd edilmişdi ki, vertolyot bir 

də qayıdacaq. Yerdə qalan camaat oturub təyyarə meydanında gözlədi. Onlar bilmirdilər ki, bu, axırıncı 

reys idi. 

Yen gəlmişkən, qeyd etməliyik ki, hətta bu axırıncı vertolyot da bu işlə  məşğul olası  vəzifəli 

şəxslərin fəaliyyətinin nəticəsi deyildi, o, ayrı-ayrı adamların  şəxsi səyi sayəsində  Gəncədən uçub 

gəlmişdi,  əsasən aqrar məsələ üzrə keçmiş dövlət müşaviri Abbas Abbasovun və  Gəncə  şəhər DİŞ-nin 

rəisi Eldar Həsənovun təşəbbüsü ilə. 

Həmin gündən, 1992-ci il fevralın 13-dən etibarən xocalılar heç kimdən heç bir kömək görmədilər. 

Onların diqqətlərinin, ümidlərinin, intizarlarının bağlandığı yeganə ratsiya ilə onlara hər gün vertolyot və 

kömək vəd edirdilər, vəd edirdilər ki, mühasirəni yarıb gələcəklər, çatacaqlar onların dadma, hətta 

konkret gün, saat da təyin edilmişdi. Onlara deyirdilər: çaxnaşma salmayın, hər şey qaydasında olacaq. 

Onlar hətta danlayırdılar da - səbirsizliyə görə, hay-küyə görə. Bir dəfə onlara xəbər verdilər ki, iki 

vertolyot göndərilib, qarşılayın. Onları qarşılamağa yüyürdülər, lakin heç bir vertolyot gəlmədi. Bu vaxt 

onlara ratsiya ilə deyirdilər: onlar uçurlar, doğrudanmı siz onları görmürsünüz? Bir dəfə onlara dedilər: 

qarşılamağa hazırlaşın, sabah səhər 10-da sizin yanınızdayıq, bir yerdə çay içəcəyik. Xocalılar nəinki çay, 

hətta qurban kəsməyə də hazırlaşmışdılar. Səhər oldu, yenə də heç kim gəlmədi. 



23 

 

Milli Təhlükəsizlik Nazirliyinin məlumatlarında hər gün deyilirdi: "Bu il fevralın 12-də  və 13-də 



erməni yaşayış məntəqələrindən, Naraqix və Mehdiabad səmtindən Xocalı şəhəri PDM-dən atəşə tutulub. 

Əhalidən 2-si yaralanıb, bir neçə bina dağıdılıb. hərbi texnikanın /4PDM, ZTR və b./ irəlilədiyi müşahidə 

olunur /vəziyyət barədə Ş. Musayevə /Azərbaycan Respublikasının müdafiə naziri/ məlumat verilib/". 

Bu məlumat 14.02.92 tarixdə verilib. 

Bu isə fevralın 16-nın məlumatıdır: "Fevralın 15-də saat 17.00-da Xocalı şəhəri ZTR-dən, PDM-

dən aramsız atəşə tutulub. Vəziyyət ağırdır. Təcili tədbir görmək lazımdır, xüsusilə mühüm strateji obyekt 

olan təyyarə meydanını qorumaq üçün...". 

Belə  məlumatların statistikasını genişləndirmək də mümkündür. Ancaq nə faydası. Bakıya gələn 

bütün siqnallar, xəbərdarlıqlar barədə söhbət açacağıq. 

Hələlik yalnız onu qeyd etməyi lazım bilirik ki, Xocalıda və Xocalı ətrafında baş verənlər barədə 

Bakıda hər şeyi dəqiq bilirdilər. 

Onu da bilirdilər ki, Xocalının müntəzəm atəşə tutulmasında 4-cü ordunun 23-cü diviziyasının 

Xankəndində yerləşən 366-cı alayının hərbi texnikasından geniş istifadə edilir. Bu barədə  həmin hərbi 

birləşmənin rəhbərliyi də bilirdi, 4-cü ordunun komandiri özü də məlumatlıydı. 

Hələ yanvarın ikinci yarısında Ağdam rayonunun bir qrup ağ-saqqalı 4-cü ordunun komandanı, 

general N. Popovun qəbulunda olmuşlar və bunların hamısı barədə danışmışlar: 366-cı alayın texnikasının 

Azərbaycan yaşayış məntəqələrinə qarşı hərbi əməliyyatda istifadə edildiyi barədə də, alayın silahlarının, 

hərbi sursatlarının erməni yaraqlılarına açıq-aşkar satıldığı barədə və alayın məişət pozğunluqları barədə 

v.b.k. 

Komandan vəd eləyirdi ki, tədbir görəcək, amma heç bir tədbir görmədi. 



Hələ fevralın 4-də alayı könüllü olaraq tərk etmiş hərbi qulluqçular danışırdılar ki, onları necə dinc 

azərbaycanlı əhaliyə qarşı vuruşmağa vadar eləmək istəyirdilər, danışırdılar ki, erməni millətindən olan 

hərbi qulluqçular onların cinayətkar  əmrlərini yerinə yetirməyən hərbi qulluqçuları necə ölüncə 

döyürdülər; danışırdılar ki, alayın texnikasının hər gecə sirli, gecə "səfərindən" sonra bu gecə reydlərində 

iştirak edənlərin cibləri necə pulla dolurdu, bəzi komandirlərin arvadlarına hətta dollarlar da nəsib olurdu. 

Bir neçə gündən sonra Ağdam icra hakimiyyətinin başçısı S. Verdiyev 4-cü ordunun komandanı 

N. Popova teleqram göndərərək alayın Qarabağın azərbaycanlılar yaşayan məntəqələrinə qarşı etdikləri /p 

cümlədən Xocalıya/ şərəfsizlikləri sadalayır və onu bu sözlərlə tamamlayırdı: 

"Yuxarıda qeyd olunanlardan... tələb edirəm: 366-cı alayın döyüş texnikasından istifadə 

olunmasının qarşısını almaq üçün təcili əməli tədbir görəsiniz; eləcə də yaxınlıqdakı Azərbaycan yaşayış 

məntəqələrinin qorunması və Müdafiəsi məsələsini həll edəsiniz". 

Bu teleqrama da cavab verilmədi. 

Milli Təhlükəsizlik Xidməti radiodalğalarda tutduğu kiçik bir fraqmenti olduqca əhəmiyyətlidir. 

366-cı alayın iki hərbi qulluqçusu danışır. 

Radio ilə danışanların biri 13-cüdür, o birisi 53-cü. Hər üç sözdən sonra bir-birlərini söyürlər. /Biz 

söyüşü çıxarmışıq. 

- Bir milyon pul, hanı o bir milyon? 

- Kimə bir milyon saxlamalıyam? 

- /anlaşılmır/ Gələndə demişdin ki, bizim üçün bir milyon pul saxlamısan. 

-...Orda, bilmirəm, milyondu, milyon deyil, amma... yarısı bizimdir, yəqin bil. Başa düşdün?" 

Bu danışıq gələcək hücumun iştirakçıları arasında, Xocalı faciəsindən bir az qabaq olmuşdur. 

Hələlik isə xocalılar gözləyir və ümid edirdilər. Onlar bilmirdilər ki, fevralın 21-də, hücumdan 4 

gün əvvəl, Bakıda, Prezident Aparatında, Təhlükəsizlik Şurasında onların taleyi əslində həll olunmuşdu. 

Bu barədə bir qədər sonra söhbət açacağıq. 

Bəs görəsən, respublikanın rəhbərliyi. o cümlədən Müdafiə Nazirliyi Xocalıdakı vəziyyətlə, onun 

bütün problemləri, ən ümdə ağrılı nöqtələri, Xocalının, özü və Xocalıya dəxli olan bütün məsələlər barədə 

kifayət qədər məlumata malik idimi? 

Biz Xocalı faciəsinə  qədər, təxminən iki ay müddətində baş verənləri nəzərdən keçirdik. Saysız-

hesabsız məktubların, müraciətlərin, teleqramların, respublika mətbuatındakı  çıxışların və arasından  ən 

vacib saydığımız, qeyd olunan problemi tam işıqlandıran sənədləri seçib sizin nəzərinizə çatdırmağı lazım 

bildik. 

Keçən ilin dekabrının 17-də Xocalı icra hakimiyyətinin başçısı E. Məmmədov prezident 

A. Mütəllibovun ünvanına göndərdiyi teleqramda yazırdı: 

"Sizə məlumat verməyi özümə borc bilirəm ki, Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri 

ermənilərlə hərbçilərin birgə hücumları nəticəsində işğal olunur. Stepanakert və Əsgəran arasındakı yolu 

açmaq üçün Xocalı şəhərinə çox güclü hücum hazırlanır. Bizi məhv etmək üçün ermənilər hər vasitəyə əl 



24 

 

atacaqlar. Erməni vertolyotlarının çoxsaylı uçuşları da bunu sübut edir. Sizdən xahiş edirəm ki, bir an 



belə gecikmədən Xocalının etibarlı Müdafiəsi üçün ciddi tədbir görəsiz. Xocalı Dağlıq Qarabağda 

Azərbaycanın strateji cəhətdən vacib olan əsas dayaq mərkəzidir. Təcili kömək gözləyirik". 

Qeyd etməliyik ki, teleqram dekabrda vurulub, o vaxt Xocalı faciəsinin baş verməsinə iki aydan 

çox vaxt var idi. 

Prezidentin teleqram üzərindəki dərkənarı: 

"M. Abbasov yoldaşa 

Xahiş edirəm, müvafiq tədbirlər həyata keçirəsiniz". 

Dövlət katibi Midhət Abbasovun prezidentə cavabı: 

"Daxili  İşlər, Müdafiə  və Milli Təhlükəsizlik nazirliklərinin rəhbərliyi ilə danışılıb və müvafiq 

tapşırıqlar verilib. Keçirilən tədbirlər üzrə qarşılıqlı razılıq var. 

Vəssalam. Məhz hansı təklif, hansı konkret tədbir, kimə konkret nə tapşırılıb, bu tapşırığın icrasına 

lazımi nəzarət olubmu? Bu sualın cavabı yoxdur. 

Bir qrup müharibə veteranı da, o cümlədən istefaya çıxmış üç general - M. Nəsirov, Firudin 

Hüseynov, K. Məmmədov - olduqca ciddi, hərtərəfli bir sənəd hazırlayıb prezident A. Mütəllibova 

göndərmişdilər. Bu ilin yanvar ayında onlar Dağlıq Qarabağda olmuş  və  səfərlərinin nəticəsi barədə 

prezidentin diqqətini cəlb edə biləcək arayış təqdim ediblər. Arayışda bölgədəki problemlər /təkcə hərbi 

yox/ professionallıqla mükəmməl sadalanır və bu problemlərin həllinin konkret yolları göstərilir. 

Həmin sənəddə deyilir: 

"Nümayəndələrimizin yekdilliklə qeyd etdiyi ən başlıca məsələ budur ki, Dağlıq Qarabağ 

məsələsinin həlli üçün indiyədək dəqiq işlənmiş aydın konsepsiya yoxdur. Elə yəqin bir səbəb də budur 

ki, regionda, respublikada lazımi nəzarət və  rəhbərlik hiss olunmur. Artıq özünün ən yüksək zirvəsinə 

çatmış problemin həlli üçün siyasi, iqtisadi, hərbi təbliği aspektlər heç kəsə aydın deyil. 

...Erməni yaraqlılarının hərəkətləri son zamanlar xüsusilə  fəallaşmış, planlı, ardıcıl və mütəşəkkil 

şəkil almışdır. 

Son günlər baş verən böyük faciəli hadisələr bunu xüsusilə təsdiq edir. 

Dağlıq Qarabağın Azərbaycan kəndləri növbə ilə boşaldılır və başdan-başa yandırılır. Bu da həmin 

kəndlərə azərbaycanlıların bir daha qayıda bilmək ehtimalına son qoyur. 

Bu, təkcə erməni yaraqlılarının fəallaşması ilə əlaqədar yox, həm də həmin kəndlərdə müqavimətin 

zəifləməsi ilə əlaqədardır. 

Hadisələrin dinamikası göstərir ki, birinci vertolyot faciəsindən sonra bu müqavimət xüsusilə 

zəifləmişdir. Təcili və qəti tədbir görülməzsə, son hadisələr onu heçə endirə bilər. 

...Dağlıq Qarabağın Azərbaycan kəndlərinin Müdafiəsində Müdafiə, Milli təhlükəsizlik, Daxili İşlər 

nazirliklərinin və yerli könüllü Müdafiə  dəstələrinin arasında heç bir hərəkət birliyi yoxdur və bu, işə 

böyük zərər vurur. 

Daha dözülməzi, Müdafiə Nazirliyinin öz hissələri arasında da razılaşdırılmış  fəaliyyət planının 

olmamasıdır. 

Müdafiə Nazirliyi və onun batalyonları  xırda cari məsələlərlə başını qarışdırıb, hərbi hissələrin 

formalaşmasını yaddan çıxarırlar. 

...Bu gün hətta yaradılmış və yaradılmaqda olan batalyonların komandirləri belə dəqiq bilmirlər ki, 

hansı hissələr - könüllülər, yerli hissələr, ordu hissələri hansı kateqoriyalarda yaradılmışdır. Bəzi 

batalyonların əslində adı vardır. 

...Ən dözülməz odur ki, respublika və yerli hakimiyyət orqanlarının qarşılıqlı razılaşdırılmış hərəkət 

proqramı yoxdur. 

...Yerli hakimiyyət orqanlarının, onsuz da güzəranı faciəli olan əhalinin hesabına silah və  hərbi 

sursat  əldə etməsi onların amanmı  kəsmişdir /ən dəhşətlisi odur ki, bunlar müxtəlif hərbi hissələrdən 

yüksək qiymətə satın alınır/. Onların bu qayğısı özünüMüdafiə dəstələrini təmin etmək üçündür və çox 

zaman son dərəcə yarıtmaz təchiz olunan Müdafiə Nazirliyinin hissələrinə  də kömək etməli olurlar. 

Əsasən tədris silahları  və cüzi miqdarda patronla təchiz olunmuş döyüşçü, döyüş zamanı faciəli 

vəziyyətdə qalır. Və istər-istəməz belə suallar meydana çıxır: bütün respublika ictimaiyyətinin köməyilə 

toplanan milyonlardan nə üçün istifadə olunmur, onlar hara gedir? 

Müdafiə Nazirliyinə 250 milyon manat vəsaitin dövlət büdcəsindən ayrılması və ictimai əsaslarla 

80 milyon manat toplanması hamıya məlumdur. Lakin batalyonlar norma əsasında ərzaq və geyim üçün 

müəyyənləşdirilməmişdir. Batalyonlarda aylarla məvacib verilmir və bu günə qədər məvacibin məbləği 

də məlum deyildir. Orduya cəlb olunan zabitlər iş yerindən azad edilir, burada da məvacib almırlar. Belə 

halda, onların ailələrinin indiki böhranlı  şəraitdə düşdüyü vəziyyət və onun müqabilində orduda təbii 

olaraq yaranan əhval-ruhiyyə heç kəsi maraqlandırmır. 



25 

 

...Müdafiə Nazirliyinin öz rəhbərliyində  də yekdilliklə  və birgə razılaşdırılmış  hərəkət xəttinin 



olmaması hissələrdə hamıya məlumdur. Belə halda burda hansı yekdillikdən danışmaq olar? Bakıya 

Müdafiə Nazirliyinə  gəlmiş batalyon komandirləri günlərlə nazirliyin koridorlarında dolaşır, heç kəs 

onları qəbul etmir. Nazirliyin adamları batalyonlarda demək olar ki, olmurlar. 

...Rabitə vəsaitləri heç bir ölçüyəsığmaz dərəcədə yarıtmazdır. 

...23-cü Gəncə diviziyasının Stepanakertdəki polkunun bütün hərbi texnikası  və sursatının 

ermənilərin  əlinə keçəcəyinə ehtimal gündən-günə artır. Polkda xidmətdə olan çoxlu zabitin və 50-dən 

çox praporşikin erməni olması və həm də bir çox başqa millətlərdən olan zabitlərin də onların tərəfində 

olması... bunun reallığını artırır. 

...Prezident idarəsinin Qarabağ regionu üçün yaradılmış yüksək səlahiyyətli prezident idarə 

müvəkkilliyinin fəaliyyəti hiss olunmur. 

Arayışın sonunda deyilir: 

...Hörmətli Ayaz Niyazoviç! 

Belə hesab edirik ki, son dərəcə  həyəcanlı bir vəziyyət yaranmışdır və bilavasitə  rəhbərliyiniz 

altında təxirəsalınmaz tədbirlər görülməsini vacib bilirik". 

Prezident tərəfindən bu sənədə heç məhəl də qoyulmadı. Dövlət katibi M. Abbasovun dərkənarı ilə 

dövlət müşavirlərindən üçünün üstünə göndərildi - Adil Hacıyevin, Sabir Hacıyevin və Kamran 

Rüstəmovun - "Xahiş edirəm, rəyinizi bildirəsiniz". Araşdırma nəticəsində aydın olur ki, dövlət 

müşavirlərindən yalnız biri cavab verib - Adil Hacıyev, o da yarım səhifə  həcmində. Özünüz də  yəqin 

fikir verirsiz ki, biz hər hansı  şərhdən, emosiyadan imtina etməyə çalışırıq; amma belə soyuqqanlı 

münasibətdən sonra imtina eləmək çox çətindir. Belə bir həyəcan dolu, haray çəkən konkret faktlarla, hər 

sətrin üzərində düşünüb tədbir görmək  əvəzinə sənəd dövlət müşavirinin, özü də kadrlar məsələsi üzrə, 

laqeyd, tamamilə formal cavabı, intonasiyasına görə, yeni il təbrikini xatırladır.  Əvvəlcə, cavab olaraq 

Qarabağa respublikanın mövcud olmayan köməyinin nailiyyətləri sadalanır, sonra da keçmiş sovet 

sənədlərinə xas olan düstur gəlir: "Müraciətin müəlliflərinə, gördükləri işə görə  təşəkkürümüzü 

bildiririk". 

Bu sənəddən on gün əvvəl, yəni 21 yanvarda prezident A. Mütəllibovun ünvanına Qarabağ zonası 

üzrə prezident müvəkkili Musa Məmmədovun adından öz arzusu ilə ora gedən general Kamil Məmmədov 

tərəfindən hazırlanmış bir arayış da göndərilmişdi. 

Həmin arayışı, cüzi ixtisarla, olduğu kimi sizə təqdim edirik.  

 

M.Q. Abbasov yoldaşa. 



Xahiş edirəm, tanış olun. Qeyd olunan rayonlar və bütövlükdə  təhlükəsizlik barədə  məsələlər 

hazırlamaq lazımdır və  mənim göstərişimlə  Təhlükəsizlik  Şurasında planlı olaraq müzakirəsinə 

başlanılsın. Bu qeydlər üzrə əməli göstərişlər verin! 

A.Mütəllibov 

22.01.92. 

Yenə də heç bir tədbir görülmədi. Heç kəs düşünmədi ki, Xocalı qana çalxalanır. 

 

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin 14.02.92-ci il tarixli arayışından 



fraqmentlər: "Xocalı şəhərinin vəziyyəti barədə. Hazırda şəhərdə aşağıdakı qüvvə və vəsait vardır:  

- yerli batalyon - 80 nəfər, 

- milli ordunun hərbi qulluqçuları - 20 nəfər, 

- aeroportun keşiyi həvalə olunmuş yerli milis əməkdaşları - 60 nəfər. 

- avtomat silahlar - 200-250 vahid. 

- BRDM - 1 vahid /mərmi yoxdur/, 

- artilleriya topu /102 mm kalibrli/ - 1 vahid /mərmiləri qurtarır/, 

- AQS-17 - 1 vahid, PD-25 qurğular - 4 vahid. 

Mövcud vəziyyət barədə general-mayor Ş.Musayevə /Azərbaycan Respublikasının Müdafiə 

Nazirliyi/ məlumat verilib". 

Milli Təhlükəsizlik Nazirliyinin xətti ilə 18.02.92-ci il tarixdə  Gəncədə vurulan telefonoqramda 

deyilir /fraqmentlər/: 

"Erməni yaraqlılarının Xocalı  şəhərinə hücumlarını  dəf etmək üçün təxribat-kəşfiyyat dəstəsi 

yaratmaq və onu lazımi silahlarla təchiz etmək lazımdır. Lakin hazırda Xocalı Müdafiəçilərində olan 

silahlar /1 BRDM və 1 ZTR/ hücumun qarşısını almaq üçün kifayət deyil... 

...Yaraqlıların hazırda əsas məqsədi şose yolunun Şuşa-Laçın sahəsini tutmaqdır ki... sonra da əsas 

zərbəni Şuşa şəhərinə vura bilsinlər... 


26 

 

...Şuşa-Laçın yolu ilə Gorus rayonu ərazisinə koridor açmaq barədə təbliğat aparılır". 



Xahiş edirik, diqqət yetirin - fevralın 18-də MTN ermənilərin  Şuşa və Laçın barədə konkret 

planlarını xəbər vermişdi. 

Telefonoqramdan fraqmentlər: 

"...Bundan  əlavə, bu yaxınlarda silahlı  dəstələrin rəhbərliyin-də  dəyişiklik olub. Belə ki, Müdafiə 

naziri /bədnam Dağlıq Qarabağ Respublikası nəzərdə tutulur" - A.A./. Serjik Sərkisyan adlı birisi təyin 

olunub - 36-38 yaşlarındadır, keçmiş komsomol işçisidir... Stepanakertdə Ermənistandan hərbi və mülki 

vertolyotlarda gələnlərin hesabına, yaraqlıların sayı artır. 

Serjik Sərkisyanın dediyinə görə, onlar yaxın vaxtlarda Xocalı şəhərini tutmağı planlaşdırırlar. 

Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məlumat verilib". 

Bu sənədlərə  əməliyyat və agentura əməkdaşlarının verdikləri bir yığın  şəxslərin məlumatları, 

faktları da, müxtəlif vəzifəli  şəxslərin, ayrı-ayrı  vətəndaşların müraciətini, məktublarını,  əsirlərin 

dediklərini  əlavə edin. Nəticə birmənalıdır: respublikanın rəhbərliyi də, Müdafiə Nazirliyinin rəhbərliyi 

də borcları idi, dəqiq, incəliklərinə  qədər bilməliydilər - Xocalıdakı  vəziyyəti də, Xocalıya hazırlanan 

hücumu da, hətta hücumun təxmini də olsa vaxtını da. 

Hətta faciə ərəfəsində də prezident bir teleqram və bir şifroqram almışdı. 

Birincisi, Xocalı prokuroru A. Atakişiyevdən gəlmişdi /söz yox ki, Ağdamdandır/; surəti - baş 

prokuror M. Babayevə və "24 saat" teleproqramına. 

Onlar hələ də inanır və kömək gələcəyinə ümid edirdilər. Səciyyəvi haldır ki, bu anda da teleqram 

iki ay ondan əvvəl vurulmuş teleqramın sözləri ilə başlanır: 

"Əziz rəhbərimiz, Xocalı artıq əldən gedir, bütün bu hadisələr Xocalının üstündədir: Əgər siz bizə 

bu gün kömək eləməsəniz, artıq 4 illik zəhmət hədər gedəcək. Biz sizdən təxirəsalınmaz kömək 

gözləyirik. Xocalı Azərbaycanın taleyini həll edir". 

Elə  həmin gün, fevralın 25-də prezidentə respublika Ali Sovetinin sədr müavini T. Qarayev də 

Ağdamdan şifroqram göndərmişdi. 

Şifroqramdan fraqmentlər: 

"...Xocalıda və Umudluda qüvvə tamamilə tükənib. Yeni qüvvə gəlmədiyindən /iki gündən çoxdur 

vertolyotlar uçmur/ erməni yaraqlılarına müqavimət göstərmək  ən aşağı  səviyyəyə enmişdir. Hər hansı 

ləngimə ağlagəlməz nəticəyə gətirib çıxara bilər. 

Xocalı  şəhərini və Umudlu kəndini mühasirədən çıxarmaq üçün qəti tədbirlər görülməlidir. Bu 

məqsədlə Ağdama məsul və səriştəli şəxs göndərilsin və bu tədbirlərin bir sutka ərzində təşkili ona həvalə 

olunsun. 

...Yuxarıda qeyd olunanlar barədə dəfələrlə səlahiyyətli orqanlara və şəxslərə məlumat verilib. 

Sizin qərarınızı gözləyirəm". 

Onun üzərində  hətta prezidentin dərkənarı da yoxdur. Buna cavab olaraq, təəssüf ki, Xocalıya 

hücum başlanmışdı - fevralın 25-dən 26-na keçən gecə. 

 

O vaxtlar Xocalı da, Ağdam da cəbhə  xəttinə xas olan gərgin, ağır günlərini yaşayırdı. Bakıda, 



Prezident Aparatında Təhlükəsizlik Şurasının - respublikanın, mahiyyətcə, ali icra orqanı, başda prezident 

olmaqla, demək olar, hər gün iclas keçirirdi. 

Xocalıya dəxli olan faktları axtara-axtara, həmin iclasların bəzi nüanslarından xəbərimiz var. 

Ancaq təbii ki, bu protokollar olduqca formal səciyyə daşıyır, bir-birinə oxşayır, ekizlər kimi, 

konkretlikdən uzaq, ümumi kəlmələrlə doludur. Onlar ötən illərin partiya sənədlərini çox xatırladırlar - dil 

üslubuna, cümlə quruluşuna görə, real həyat nəfəsinin olmamasına görə. "Qeyd olunsun", "müəyyən 

tədbirlər görülsün", "məsələlərin həllinə diqqət yetirilsin", "nəzərə alınsın" - belə və belələrinə bənzər, bir 

qayda olaraq, heç bir əməli iş, real, konkret fəaliyyət ifadə etməyən, boğazdan yuxarı deyilmiş kəlmələr. 

Göstərişlərin, əmrlərin, sərəncamların əksəriyyəti kağız üzərində qalmağa məhkumdur, icra verməkdən, 

öz fəaliyyətinə nəsə bir tənqidi baxışdan tamamilə uzaqdır. 

Məsələn, yanvarın 29-da prezidentin yanında böyük bir iclas keçirilib; respublikanın 30-dan çox 

rəhbər işçisinin iştirakı ilə. Məhz həmin ərəfədə, yanvarın 28-də faciə baş verib – Şuşanın yaxınlığında 

vertolyot vurulub, 30-dan çox dinc vətəndaş həlak olub. Özü də bu, birinci faciə deyil, təəssüf ki, növbəti 

fəlakətdir, amma protokolun ilk, qeyri-təvazökar sətirləri bizi heyrətə gətirdi: 

"Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası rəhbərliyinin səylərinə və gördükləri 

lazımi tədbirlərə baxmayaraq, bir çox rəhbər işçilər və vəzifəli şəxslər respublikanın ərazisində müharibə 

getdiyini, Azərbaycan xalqının, onun dövlətinin taleyinin bu müharibənin nəticəsindən asdı olduğunu hələ 

də dərk etməmişlər". 



27 

 

Əvvəla, bu ifadədə elementar məntiq yoxdur: əgər rəhbər işçilərin  əksəriyyəti  ƏN BAŞLICA 



MƏSƏLƏNİ  dərk etmirlərsə, bəs onda respublika rəhbərliyinin səyləri və gördükləri lazımi tədbirlər 

nədən ibarətdir? 

Biz bu epizodun üstündə ona görə dayandıq ki, onun biri, bizim zənnimizcə, keçmiş rəhbərliyimizin 

iş üslubu üçün olduqca səciyyəvidir. 

Lakin hətta bu quru, bir-birinə oxşayan protokollarda da bizim üçün az-çox əhəmiyyətli olan 

ifadələr tapa bilmişik. Qarşımızda Təhlükəsizlik Şurasının iclasının iki protokolu var - 20 və 21 fevralda 

keçirilmiş iclasların. İkisində də gündəlik məsələlər, demək olar ki, eynidir, ümumi tərzdə Xocalıya dəxli 

var. 


Fevralın 20-ci iclasının gündəlik məsələlərində yazılıb "Şuşa, Xocalı şəhərlərinin və başqa yaşayış 

məntəqələrinin təhlükəsizliyini təmin etmək üzrə tədbirlərin necə yerinə yetirildiyinin...müzakirəsi". 

Sonra protokolda daha 10 bənd qeyd olunur, amma onların heç birinin bilavasitə Xocalıya dəxli 

yoxdur. Buna baxmayaraq, bu bəndlərdən dördü bizim diqqətimizi cəlb eləyir. 

3-cü bənd: 

"Bir sutka ərzində /bu il fevralın 21-də/ Umudlu kəndindən  əhalinin köçürülməsini və  Gəncə 

şəhərində yerləşdirilməsini təmin etməli. Məsul şəxs - T. Kərimov". 

Yadınıza salırıq: Umudlu kəndi ermənilər tərəfindən 01.03.92-ci işğal edilib, yəni Xocalıdan 4 gün 

sonra. 

Lakin protokolda, təkrar edirik, Xocalının köçürülməsi barədə bir kəlmə  də yazılmayıb. Nə onun 



köçürülməsi, nə  dəhliz, nə  də vertolyotlar barədə - heç nə yoxdur. Baxmayaraq ki, Xocalıya kömək 

barədə hər tərəfdən məktublarla, müraciətlərlə, telefonoqramlarla, teleqramlarla saysız-hesabsız xahişlər 

olunurdu. 

2-ci bənd: 

"Konflikt zonasındakı döyüş  əməliyyatlarının gedişini  əlaqələndirməli və razılaşdırılmamış 

əməliyyatların qarşısını almalı. Məsul şəxslər - Ş. Musayev, T. Kərimov". 

Bizcə, burada ən vacib söz - "qarşısını almalı" kəlməsidir. Elə belə sadəcə desək - icazə verməməli. 

Biz yenə  də öz fəallığımızdan, qətiyyətli olmaqdan qorxur, çəkinirik. Bu ovqat 4-cü bənddə  də  təkrar 

olunur: 

"MDB silahlı qüvvələrinin komandanlığı qarşısında  əsaslı  tələblər qoymaq üçün... erməni silahlı 

dəstələrinin çoxaldığının videoçəkilişini aparmalı. Məsul şəxslər T. Kərimov, İ. Hüseynov". 

Beləliklə, erməni silahlı  dəstələrinin çoxalmağı - Təhlükəsizlik  Şurasına məlumdur. Bu bir yerə 

yığılıb çoxalmağın məqsədi də aydındır. Bəs biz onların qarşısına nə çıxarırıq? Videoçəkiliş. Onu da bir 

yabançı əmiyə göstərmək üçün. 

Bəs kim, Təhlükəsizlik Şurasının rəyincə, 2-ci bənddə deyildiyi kimi "konflikt zonasındakı döyüş 

əməliyyatlarmı əlaqələndirməli" idi? 

Xatırladaq: məhz elə həmin gün Tahir Əliyevi prezident Bakıya çağırtdırmışdır, Dadaş Rzayev on 

gün ondan əvvəl Goranboy rayonuna çağırılmışdı.  Şahin Musayev Bakıdadır, hər axşam Təhlükəsizlik 

Şurasının iclasında iştirak edir, hətta Ağdam icra hakimiyyətinin başçısını da məhz həmin axşam 

dəyişdirməyi qərara aldılar. /9-cu bənd: "Ağdam rayon icra hakimiyyəti rəhbərliyinin 

möhkəmləndirilməsi məsələsinə baxılsın"/. 

Beləliklə, prezidentin və  Təhlükəsizlik  Şurasının fikrincə, bəs kim Qarabağ zonasında döyüş 

əməliyyatlarının gedişini əlaqələndirəcəkdi? Özü də hansı döyüş əməliyyatlarının? 

Lakin bizim üçün ən  əhəmiyyətli fakt 21.02.92-ci il tarixli protokoldadır, daha doğrusu, 

Təhlükəsizlik Şurasının ertəsi gün, növbəti iclasındadır. 

İclasın gündəliyində qeyd olunub: "Xocalı şəhərinin Müdafiəsini təmin etmək tədbirləri barədə". 

 

Diqqətinizə bir daha çatdırırıq - MÜDAFİƏNİ  TƏMİN ETMƏK TƏDBİRLƏRİ BARƏDƏ! 



Konkret olaraq necə?  

3-cü bənd: 

"Xocalı  şəhərindən yaralıları, vertolyotlardan istifadə etməklə, köçürməyi təmin etməli. Məsul 

şəxslər Ş. Musayev, T. Kərimov". 

Fikir verirsinizmi - YARALILARI. Yalnız yaralıları! 

Qeyd etdiyimiz anadək Xocalının bu gün-sabah işğal olunacağı barədə xeyli operativ və agentura 

məlumatları mövcud idi. Həm də bölgədə hadisələrin inkişafının məntiqi özü də bu barədə heç bir şübhə 

yeri qoymurdu. Amma Təhlükəsizlik  Şurasında qərar çıxardırlar ki, Xocalıdan yalnız yaralılar 

köçürülsün. Niyə? 


28 

 

Şahin Musayev "Azadlıq" qəzetinə verdiyi müsahibəsində deyir: "Respublikanın rəhbərliyi Xocalı 



əhalisini köçürməyə razılıq vermədi. O məqsədlə ki, ermənilər şəhəri işğal edə bilməsinlər". 

Sizin qarşınızda etiraf etməliyik ki, biz inanmadıq  Şahin Musayevin dediklərinə. Belə  qənaətə 

gəldik ki, yəqin o, respublikanın keçmiş rəhbərliyinin arxasında gizlətmək istəyir öz günahlarını. Lakin 

bu protokol bizi fikrimizi dəyişməyə vadar elədi. Protokolun 3-cü bəndi Ş. Musayevin dediklərini təsdiq 

eləyir. Buradan da belə bir ehtimal yaranır ki, Milli Təhlükəsizlik  Şurası belə ciddiyyətlə inanırmış ki, 

Xocalı şəhərində əhalinin qalması ermənilərin işğalının qarşısını ala bilər. Buna ayrı qiymət vermək heç 

cür mümkün deyil. Və  əgər belədirsə, onda ilk növbədə Xocalı faciəsindən qabaq, bir ay ərzində, 

Verdiyimiz ərazi itkilərinin sırf xronologiyasını birər-birər yada salaq: 

21.01.92. Qeybalı kəndi. 

12.02.92. Asağı Quşçular. 

12.02.92. Malıbəyli. 

12.02.92. Yuxarı Quşçular. 

17.02.92. Qaradağlı. 

Bu qeyd olunan yaşayış  məntəqələrində  əhalinin olub-olmaması ermənilərin qarşısını ala 

bilmişdimi? Məgər onlar, ermənilər deyildilərmi o yerlərdə bizim adamları qovan və qıran? 

Doğrudur. Xocalı kənd, oba deyil, şəhərdir, amma, doğrudanmı prezident də, Təhlükəsizlik Şurası 

da belə hesab edirmiş ki, düşmən şəhər əhalisini qırmağa cürət eləməz? Bir də axı necə BELƏ GÜMAN 

ELƏMƏK OLAR - özü də müharibə şəraitində, ali dövlət səviyyəsində?! Özü də, xatırladırıq Sizə, ondan 

düz üç gün əvvəl, fevralın 18-də Milli Təhlükəsizlik Nazirliyinin məlumatı qoyulmuşdu prezidentin 

masasının üzərinə; orada açıq-aşkar məlumat verilirdi ki, ermənilər  Şuşanı  işğal etmək üçün plan 

hazırlayırlar. Onların artıq Şuşa barədə, Xocalıya nisbətən daha geniş planları mövcud idi. 

Əlbəttə, aydın məsələdir ki, bu epizoda son nöqtəni istintaq orqanları qoyacaq, biz isə  hələlik 

faktlara və məntiqə istinad edə bilərik. Və yenə "məntiqi işə salaraq" etiraf etməliyik ki, madam yaralıları 

VERTOLYOTLARLA köçürmək qərara alınmışdı, Təhlükəsizlik Şurasının həmin iclasında iştirak edən 

Ş. Musayev buna ETİRAZ ETMƏMİŞDİ və hətta T. Kərimovla bu tapşırığı yerinə yetirməyə məsul şəxs 

kimi təhkim olunmuşdu, onda biz daha yeni bir sübut-dəlillə qarşılaşırıq: VERTOLYOTLAR 

VARMIŞ!!! 

Amma uçmayıblar. Hətta yaralıları  gətirmək üçün də! Sürücüləri, istilik-nişanalma raketlərinin 

hücumlarmı  dəf etmək üçün vertolyotlar lazımi hərbi texnika ilə  təchiz olunmadığına görə uçmaqdan 

imtina ediblər. 

Beləliklə, fakt fakt olaraq qalır: Xocalıya heç bir kömək olmayıb və 92-ci il fevralın 25-i 26-na 

keçən gecə Azərbaycan xalqına qarşı nankor daşnak qonşularımız tərəfindən bütün tarix boyu 

görünməmiş qəddarlıq, vəhşilik törədilib. 

Xocalı  ən dəhşətli qəddarlıqla və  vəhşiliklə  işğal edilib, yerlə-yeksan edildi. Bu vandalizmdən 

canını qurtarıb meşəyə üz tutan insanlar yerindəcə güllələndi. Fevral ayının küləkli-çovğunlu bir günündə 

qanına qəltan edilən körpələrin, ahılların qanma boyandı Kətik meşəsi, Naxçıvanik yolu. Ermənilər hiss 

edəndə ki, bu vəhşiliyə, insanlığa sığmayan hərəkətlərə dünya ictimaiyyətinin reaksiyası, münasibəti 

olacaq. Onda başqa bir fırıldağa, məkrə  də  əl atdılar. Guya xocalıların maneəsiz çıxıb getməsi üçün 

"dəhliz" açıblarmış. Bu "dəhliz"  Əsgərandan sağda, Qar-qar çayı boyunca, Ağdam istiqamətindəymiş. 

Yalandır bunlar. Utanmadan, qorxmadan, daşnak həyasızlığı ilə deyilmiş, bəyan edilmişdi, yalandır. 

Görünür, qanlı əllərini yumaq istəyiblər. Ancaq bu qan yerdə qalan deyil. Günahsız insanların ahmı Tanrı 

bağışlaya bilməz. Ermənilər sadəcə  dəhliz söhbətini ortaya atmaqla, guya beynəlxalq normalarla 

davrandıqlarını göstərmək istəyirlər. Bütün insani dəyərlərdən uzaq olaraq "dəhliz" adlandırdıqları 

istiqamətdə kütləvi qırğınlar törədiblər. Xocalıların bir qrupu məhz "dəhliz" adlandırılan istiqamətdə 

qaçan zaman erməni yaraqlılarının, 366-cı alayın silahları tərəfindən atəşə məruz qalıb, güllələniblər. Bu 

inkaredilməz faktı ermənilər belə izah edirdilər ki, guya silahlı xocalılar özləri onların postlarına hücum 

ediblər. Məhz buna görə  də ermənilər cavab atəşi açmağa məcbur olublar. Ancaq Xocalını  tərk edib, 

qırğınlardan, talanlardan yaxa qurtarmaq istəyənlərin  əksəriyyəti qadınlar, uşaqlar, qocalar idi. Bu 

binəvaların silahları hardan olsun? Belə olduğu tədqirdə hansı məntiqlə deyilənlərə inanmaq olar? Əksinə 

onlar çalışırdılar ki, sakit çıxıb Ağdama getsinlər. Övladlarını, qocalarını qoruyurdular. Digər tərəfdən, 

əgər ermənilər bu qədər humanist idilərsə, beynəlxalq normalara, qayda-qanunlara uyğun dəhliz 

müəyyənləşdirilmişdirsə, bu dəhlizin kənarına postlar qoyulmalıydı. 

Erməni tərəfi beynəlxalq müşahidəçilərə izahatlarında bildirirdilər ki, guya onlar xəbərdarlığın üç 

vasitəsindən istifadə ediblər: ratsiyadan, ZTR-də qoyulmuş repreduktordan, bir də Xocalının üzərində 

uçan vertolyotlarla vərəqə  səpməklə. Birincisi, ratsiya ilə xalqa heç bir xəbərdarlıq edilməyib.  İkincisi, 

repreduktorla edilən xəbərdarlığın bir nəfər belə  şahidi yoxdur. Və üçüncüsü, bir nəfər də Xocalılı 



29 

 

xəbərdarlıq vərəqi görməyib. Erməni tərəfin soyqırım faktına cavab istəyi "Memorial" beynəlxalq insan 



haqları  təşkilatına bircə  dənə belə  xəbərdarlıq müraciəti təqdim edə bilməyiblər. Erməni qəddarlığı, 

erməni yalanı ilə birgə addımlayır, dünya isə bu hərəkətlərə dözümlü, səbirli münasibət ortaya qoyur. 

Xocalı soyqırımı  əvvəlcədən planlaşdırılıb, həyata keçirilib. Bu, insan ovu idi. Nə xristianlığa, nə 

müsəlmanlığa, nə  də bütpərəstliyə... Heç bir müqəddəs aləminə  sığmayan vəhşilik, qəddarlıqdır. 

Ermənilər cinayətlərinin böyüklüyünü özləri də anlamağa başlayandan sonra, növbəti yalana, hiyləyə əl 

atdılar. Dünyanı, beynəlxalq ictimaiyyəti aldatmaq mümkün olmadı. Böhtan toruna heç kim düşmədi. 

Hətta erməni daşnaklarının himayədarları, sadiq tərəfdarları da. 

Əsir götürülmüş xocalılar Xankəndinə aparılır, "avtokalon"un ərazisində və məhbusların saxlandığı 

milis təcridxanasında, Əsgəranda müvəqqəti təcridxanada, eləcə də Krasnı Seloda həbsxana kamerasında 

saxlanılırdı. Girovların saxlandığı  şərait, - əgər buna şərait demək mümkündürsə, insanlığa, heç bir 

ölçüyə, meyara qətiyyət uyğun deyildi. Bu şərait xocalıların faktiki olaraq mənəvi ölümünə, qırılmasına 

səbəb olacaq daha sərt bir üsul idi. Genosid siyasəti ardıcıl olaraq davam etdirilirdi. Şübhəsiz ki, xocalılar 

tamamilə qırıla bilərdi, əgər müharibə üçün səciyyəvi olan girovların dəyişdirilməsi, eləcə də ermənilərin 

dünya ictimaiyyətini beynəlxalq təşkilatları aldatmaq cəhdləri aradan qaldırılmasaydı, bu tamamilə labüd 

idi. 

Əsir Xocalıların məruz qaldıqları  işgəncə, təhqir,  ələ salınması, zorlanması, başlarının kəsilməsi, 



armaturla qətlə yetirilməsi erməni faşizminin iç üzünün göstəricisidir. Bütün bu faktları sadalamaq üçün 

emosiyaya qapılmamaq mümkünsüzdür. Girovları kameraya salmazdan öncə soyundurur, çoxunun 

corablarmı belə soyundururdular. Yaralıların çoxu elə kameradaca ölürdü. Bir çoxu döyülməkdən ölürdü. 

Ermənilər girovları döyməzdən əvvəl mərc gəlirdilər. Spirtli içkilərlə hallananlar kimin zərbəsinin". güclü 

olub - olmamasını  əsirlərin üzərində  sınayırdılar.  Əsirlərin böyük bir qrupunu, yəni 300 nəfəri üç gün 

donuz pəyəsində saxlayır, gün ərzində onlara yeməyə çiy buğda verirdilər, belə hallar olurdu ki, kişiləri 

əvvəlcədən diksindirib, qadın paltarı geyməyə məcbur edir, sonra ələ salıb şəkil çəkirdilər. Bəzi əsirlərin 

başına çirkli vedrə geydirirdilər. Bu vedrənin içərisində peyin, nəcis və qan olurdu... 

Meyitləri kameradan 2-3 gün çıxarmırdılar.  Əsirlərin qızıl dişlərini çəkmək də geniş yayılmışdı. 

Qızıl dişləri tapança dəstəyi, ya da ağır bir şeylə vurub, sındırırdılar. Hətta bir dəfə iki erməni yaraqlısı 

əsirlərin qızıl dişlərini "çəkmək" üçün iki çəngəllə bir saat əməliyyat apararaq onlara işgəncələr 

vermişdilər. 

Əsirlərin çoxu azadlığa ağır xəstə halında çıxdılar. Bəziləri azadlıqda öldülər. Yaralardan, fiziki, 

mənəvi işgəncələrdən, əsəb sarsıntılarından dünyasını dəyişdilər. Bir hissəsi sağalmaz xəstəliyə məbtəla 

oldular. 

 


30 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin