Heydər Əliyev,
Azərbaycan Respublikasının prezidenti.
Bakı şəhəri, 26 mart, 1998-ci il.
56
Beynəlxalq cinayət faktı
Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun Ekspert Şurası
toplaşaraq, 19 fevral 2002-ci ildə Xocalı faciəsinin soyqırım faktı kimi dünya ictimaiyyətinə
çatdırılmasını təmin edən qətnamə qəbul etdi. Xocalı faciəsinin beynəlxalq cinayət olaraq Ermənistanın
Azərbaycana qarşı soyqırım siyasətinin tərkib hissəsi olması sənəddə ətraflı izah edilir. Sənədin
əhəmiyyətini nəzərə alaraq Ekspert Şurasının üzvü V. İbavevin toplantıdakı məruzəsi ilə birlikdə kitaba
daxil etməyi məqsədəuyğun sayırıq.
Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarixi
kökü etibarı ilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi - Şərq məsələsinin
həyata keçirilməsi üçün uydurulmuş, əslində mövcud olmayan "erməni məsələsi" ilə bağlıdır. Şərq
məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından
başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq
xülyasına düşmüş və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar
törətmişlər.
Rusiya və İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər
kütləvi şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmışlar. Azərbaycan torpaqlarında
azərbaycanlılara qarşı 1905-1907-ci illərdə, 1918-ci ildə qırğınlar törədilməklə soyqırımı siyasəti həyata
keçirilməyə başlanmışdır.
Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti SSRİ-nin
yarandığı ilk illərdən başlanmışdır. Belə ki, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması ilə Azərbaycanda ermənilərin milli azlıqda olması probleminin öz həllini
tapmasına baxmayaraq, həmin dövrdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılara muxtariyyət
verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilməli idi. Qarabağın dağlıq ərazisində yaşayan 80 minlik
erməni əhalisinə muxtariyyət verildiyi halda, həmin dövrdə Ermənistanın 580 minlik, həmçinin
Gürcüstanda yaşayan 600 minlik azərbaycanlı əhalisinə muxtariyyət verilmədi.
Bundan soma ermənilərin Azərbaycana qarşı millətçi-separatçı siyasəti aşağıdakı istiqamətlərdə
həyata keçirilirdi:
- Dağlıq Qarabağı Azərbaycan SSR-dən qoparmaq;
- Azərbaycan SSR-in ərazilərinə yiyələnmək;
- Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsinə nail olmaq.
Hazırda Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarından etnik təmizləmə siyasətinin tərkib
hissəsi kimi azərbaycanlıların 1948-1953-cü il deportasiyası təşkil edilir.
1948-1952-ci illərdə xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə 150 mindən çox
azərbaycanlı əhalisi öz vətənindən çıxarıldı.
Azərbaycanlıların Ermənistandan köçürülməsi Ermənistan ərazisindəki azərbaycanlıların qədim
məskənləri olan dədə-baba torpaqlarının boşaldılması siyasətinin həyata keçirilməsi üçün təşkil
olunmuşdur. Bu haqsızlığa uzun müddət heç bir siyasi qiymət verilməyibdir. Yalnız Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR
ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli
fərmanı ilə həmin ədalətsizliyə hüquqi qiymət verildi.
Ermənistanda həyata keçirilən etnik təmizlənmənin yeni kütləvi dalğası SSRİ-nin süqutunun son
illərinə təsadüf etdi. 1988-ci ilin qışından başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə
başlandı. "Azərbaycanlılarsız Ermənistan" şüarı altında həyata keçirilən etnik təmizləmə nəticəsində
Ermənistan hakim dairələrinin himayəsi və razılığı əsasında hazırkı Ermənistan adlanan dövlətin
ərazisindən 40897 azərbaycanlı məcburi qaydada deportasiya olundu. Təkcə 3 gün ərzində - 1988-ci ilin
noyabr ayının 27-dən 29-dək Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində 33 nəfər
azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə, Azərbaycan Respublikası Prokurorluğunun məlumatına
əsasən, 1988-1989-cu illərdə Ermənistanda aparılan etnik təmizləmə dövründə 216 nəfər azərbaycanlı
öldürülmüşdür. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda donmuş, 41 nəfər
qəddarlıqla döyülməkdən ölmüş, 35 nəfər uzun işgəncələrdən sonra öldürülmüş, 115 nəfər diri-diri
yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni
həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulmuş, bir nəfər asılmış, bir nəfər
əzablardan qurtarmaq üçün özünü öldürmüş, bir nəfər elektriklə öldürülmüş, iki nəfərin başı kəsilmiş, 29
nəfər qəsdən avtomobil altına salınmaqla öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət
57
göstərilməməsi nəticəsində ölmüş, 8 nəfər oğurlanmış və xəbərsiz itkin düşmüşdür. Həyatdan məhrum
edilmiş azərbaycanlıların yeganə günahı onların azərbaycanlı olmaları idi. "İnsan Hüquqlarının Ümumi
Bəyyana-mə"sinin 2-ci maddəsinə əsasən isə hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən,
dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqe və digər
vəziyyətindən asılı olmayaraq bütün hüquq və azadlıqlara malik olmalıdır. Lakin yuxarıda göstərilənlər
insan hüquq və azadlıqlarının pozulmasının adi halı deyildi. Əsrin əvvəllərindən başlayaraq plana uyğun
surətdə azərbaycanlılara qarşı həyata keçirilən "etnik təmizləmə", soyqırımı idi.
Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı təkcə Ermənistan ərazisində deyil, eyni
zamanda Azərbaycan ərazilərində də davam etdirilirdi. Bu da bir daha təsdiq edir ki, azərbaycanlılara
qarşı soyqırımı siyasəti Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı
törədilmiş ən amansız cinayətlərdən biri də 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş
Xocalı genosidi idi. Həmin gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup
muzdlu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı
şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin şəhəri tərk edə bilməmiş hissəsini də
qəddarlıqla qətlə yetirmişlər. Şahidlər təsdiq edirlər ki, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək
uşaq və qoca güllələnmiş, bəzi meyitlərdə bir neçə xəsarət yerləri aşkar edilmişdir ki, onlardan biri yaxın
məsafədən baş nahiyəsinə yetirilmiş odlu silah xəsarətləri olmuşdur. Bu da onu göstərir ki, yaraqlılar
sonradan odlu silahla öldürülmüşdür. Bir neçə uşaq meyitinin qulaqları kəsilmişdir. Yaşlı qadının
sifətinin sol yanağının dərisi soyulmuş, qoca kişinin qafa sümüyü çıxarılmışdır. İlk dəfə 28 fevral 1992-ci
ildə hadisə yerinə vertolyotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü görmüşlər.
Xocalı sakini Canan Orucov çoxsaylı insan tələfatı, xüsusən qadın və uşaqların öldürülməsi
barədə məlumat vermişdir. Onun 16 yaşlı oğlunu güllələmiş, 23 yaşlı qızmı əkiz uşaqları ilə birlikdə və
ikinci 18 yaşlı hamilə qızmı girov götürmüşlər.
Səriyyə Talıbova adlı şəxs göstərmişdir ki, erməni döyüşçüsünün qəbri üstündə 4 nəfər mesxet
türkünün və 3 azərbaycanlının başını kəsmişlər. Valideynlərinin yanında uşaqlara işgəncə vermiş və
onları öldürmüşlər. Milli hərbi geyimdə olan azərbaycanlı əsgərin gözlərini oymuşlar.
Xocalıda mülki əhalinin tələf edilməsinin planauyğun surətdə həyata keçirilməsini təsdiq edən
faktlardan biri də odur ki, əhalinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qabaqcadan xüsusi
olaraq düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Xocalı İcra Hakimiyyəti başçısı Elman Məmmədovun
məlumatına görə, Naxçıvanik kəndi ərazisində Xocalıdan qaçan əhali avtomat, pulemyot və başqa
silahlardan gülləbaran edilmişdir. Xocalılara qarsı həmin hərəkətlər ermənilərin niyyətinin məhz
soyqırımı cinayətini törətməyə yönəlmiş olduğunu göstərir.
Xocalı sakini Sənubər Ələkbərova Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən
yaranmış təpəni heç vaxt unutmayacağını bildirib. Həmin kənddə ermənilərin qurduğu pusquya
düşdükdən sonra onun əri, iki qızı - Sevinc və Hicran öldürülmüş, özü isə yaralanmışdır. Orada 200 nəfər
azərbaycanlı girov götürülmüşdür. Cəmil Məmmədov da girov düşmüş azərbaycanlılardan olmuşdur.
Onun dırnaqlarım çıxarmış, təpiklə sifətinə xəsarət yetirmiş, nəvəsini isə ondan alıb götürmüş, anası və
qızı xəbərsiz itkin düşmüşdür. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də soyqırımı
cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir.
Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can İv Yunet
demişdir: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq
ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər".
"İzvestiya" qəzetinin müxbiri V. Bulıx göstərmişdir ki, Xocalı hadisələri zamanı gözləri oyulmuş,
qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitlərin şahidi olmuşdur.
Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə əlaqədar çox
ölüm və əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş vəhşiliklərdən dəhşətə gəlmişdir.
Donmuş qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarının çıxarılaraq qarışdırılması bu cür
vəhşiliklərə misaldır.
Mayor Leonid Kroveç özü 200 meyit müşahidə etdiyini, onunla bir yerdə olan polis nəfərinin 4
yaşlı uşağının meyitini tapıb, başının əzildiyini gördükdə, ağlını itirməsinin şahidi olmasını təsdiq
etmişdir.
Moskva "Memorial" hüquq-mühafizə mərkəzinin Xocalı şəhərinin işğalı zamanı insan
hüquqlarının kütləvi pozulması faktları barədə məlumatında göstərilir: "Qaçanlar ermənilərin pusqusuna
düşmüş və gülləbaran edilmişlər... Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitə təhqirə
məruzqalma əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və bir meyitin başının
kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət
58
məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin
ölümünə güllə yaraları, 20 nəfərin - qəlpə yararları səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla
öldürülmüşdür... Ağdamda sanitar qatar jurnalında qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət və
donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması faktı qeydə alınmışdır.
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst
olmuş, 900 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülki əhalinin ümumi sahəsi 9 milyon kv. m. olan
mülkləri dağıdılıb yandırılmışdır. Dağıdılmış və əmlakı aparılmış yaşayış evlərinin ümumi dəyəri on
milyardlarla dollar həcmindədir.
II. Xocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi
Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə
tanınmış insan hüquqlarım kobud və ya kütləvi şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq
normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq
elmində "beynəlxalq cinayət" və "beynəlxalq xarakterli cinayət" kateqoriyaları fərqləndirilir. Soyqırımı
cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin əsas tərkibləri İkinci Dünya
müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində
ifadə olunmuşdur. Sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət
tribunallarının nizamnamələrində və Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə
bir daha təsdiqini tapmışdır. Nürnberq Tribunalı Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa
ayrılmışdır:
* sülh əleyhinə cinayətlər;
* müharibə cinayətləri;
* insanlıq əleyhinə cinayətlər.
İkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi
fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini işlədilməmişdir.
Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə, soyqırımı insanlıq əleyhinə cinayətlərə daha
yaxındır. Lakin soyqırımı insanlıq əleyhinə cinayətlərdən müəyyən əhali qrupuna qarşı repressiyanın
miqyasına və dəqiq ifadə olunan məqsədinə görə fərqlənir. Soyqırımı müəyyən mənada müharibə
cinayətlərinə də oxşardır. Belə ki, həmin cinayətin törədilməsi hərbi əməliyyatların aparılması vaxtı ilə
üst-üstə düşə bilər. Lakin soyqırımı müharibə cinayətlərindən də məqsədinə görə fərqlənir, həm də
soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, Kambocada Pol Pot öz xalqına qarşı soyqırımı həyata
keçirmişdi). Məhz həmin əlamətlərinə görə Yuqoslaviya və Ruanda Tribunalları nizamnamələrində,
Beynəlxalq Cinayət Məhkəməsi Statusunda soyqırımı cinayəti müharibə cinayəti və insanlıq əleyhinə
cinayətlərdən ayrılmışdır.
Soyqırımının hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən
məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər təşkil edir:
* bu cür qrup üzvlərinin öldürülməsi;
* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi;
* hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat
şəraitinin yaradılması;
* bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi;
* uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi.
Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması zəruri ünsür sayılır. Bu, soyqırım cinayətini obyektiv
cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər
biri öz xarakterinə görə şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin əməllər heç bir
halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin əməlləri törətmək
niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırımı kimi tövsifi üçün
kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı
olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur.
Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki
əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir.
Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də göz qabağındadır.
Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaşır:
* tanınan milli, etnik, irqi və ya dini qrupun olması;
* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea);
* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus).
59
Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa,
məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz.
Soyqırımı anlayışı qadağan olunmuş əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını
tələb edir.
Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir:
- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə şəxsin deyil,
qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin şəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu
soyqırımın qurbanlarmı təyin etmək üçün həlledici meyardır;
- niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqasından fərqlənən bir ayrıca qurum kimi məhv
edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan
imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan
imtina kimi səciyyələnir. Deməli, astus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin
mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir;
- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır;
- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.
Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən
ibarət son nəticənin əldə olunması tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil
edən əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi
niyyəti ilə törədilməsi kifayətdir.
Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə
fiziki məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər
özünəməxsusluğunun məhv olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni
genosid" aid deyildir.
"Barselona Trastion Kase" işi üzrə qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı
aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır.
Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında
Konvensiyanın əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün
məcburi xarakter daşıyan normalar kimi tanımışdır.
Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb
etdiyi kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir.
III
.
Xocalı soyqırımının beynəlxalq cinayət
kimi hüquqi əsasları
Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslarla aşağıdakılar hesab
olunmalıdır:
1) BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş
Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci
ildə qüvvəyə minmişdir);
2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti
göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri
kimi nəzərdə tutulmuşdur);
3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4).
4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l);
5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6);
6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103);
7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-
ci il tarixli Fərmanı.
IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri
Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir:
1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür.
Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş
şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması və
cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini
60
törətməklə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı
maddəsinə əsasən həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa,
beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər.
2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa
və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur.
3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi
olaraq milli məhkəmə orqanlarının yurisdiksiyası dövlətin ərazisində cinayət törətmiş şəxslərlə
məhdudlaşır. Hazırda beynəlxalq hüquq beynəlxalq cinayətlərin dövlətin ərazisindən kənarda
törədilməsindən, cinayəti törədənin və ya zərər çəkmişin həmin dövlətin vətəndaşı olmamasından, eyni
zamanda həmin cinayətlərin ölkənin dövlət maraqlarına ziyan vurub-vurmamasından asılı olmayaraq
milli məhkəmə orqanlarına həmin cinayətlərlə bağlı yurisdiksiyanı həyata keçirməyə imkan verir. Hətta
beynəlxalq hüquq milli məhkəmə orqanları üzərində bu cür öhdəlik qoyur, yəni universal yurisdiksiya
tələb edir.
Yurisdiksiyanın universallığı aut yudisare, aud dedere (ya cəzalandır, ya da ver) prinsipindən irəli
gəlir.
Bu prinsipə müvafiq olaraq dövlət müharibə cinayətini törətməkdə şübhəli bilinən və ya bu
cinayətin törədilməsi barədə əmr vermiş şəxsi axtarmalı və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq
məhkəmə məsuliyyətinə almalıdır.
4. Soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad şəxsi cinayət məsuliyyətindən azad etmir.
Dövlətin aktları onun vəzifəli şəxslərinin fəaliyyəti olduğundan, təqsirə görə yalnız dövlətə
sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar əməlin təşkilatçıları,
rəhbərləri, icraçıları - konkret fiziki şəxslər də cəzalandırılmalıdır.
Soyqırımı cinayəti törədilməsinə görə dövlətin cinayətkar əmrlər verən, bu əmrləri icra edən
vəzifəli şəxsləri də məsuliyyət daşıyır.
Cinayətkar əmr verən şəxsin məsuliyyəti şübhə doğurmur. Çünki vəzifəli şəxsin əməli iki tələbi -
tabeliyində olan şəxsin hüquqauyğun davranışını təmin etmək və hüquqamüvafiq fəaliyyət göstərmək
tələbini pozur.
Nürnberq Hərbi Tribunalı Nizamnaməsinin 8-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqəssirin
hökumət sərəncamı və ya rəisin əmrinə görə fəaliyyəti onu məsuliyyətdən azad etmir, lakin tribunal ədalət
mühakiməsinin maraqları tələb etdiyi hallarda bunu, cəzanı yüngülləşdirmək üçün əsas hesab edə bilər.
Yuqoslaviya Beynəlxalq Tribunalının Nizamnaməsində də tabelikdə olan şəxslərin öz cinayətkar
hərəkətlərini hökumətin və ya yüksək, vəzifəli şəxsin əmri əsasında törətməsi onların məsuliyyətini
aradan qaldıran hal kimi nəzərdə tutulmamışdır.
Beynəlxalq Cinayət Məhkəməsinin Statusuna əsasən Məhkəmənin yurisdiksiyası altına düşən
cinayətlərin, hökumətin, mülki və ya hərbçi rəisin əmri ilə törədilməsi, aşağıdakı hallar istisna olmaqla,
şəxsi cinayət məsuliyyətindən azad etmir:
- müvafiq hökumətin və ya rəisin göstərişini yerinə yetirmək bu şəxsin qanuni vəzifəsidirsə;
- bu şəxs əmrin qeyri-qanuniliyini bilməmişdirsə;
- əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa.
Statusa əsasən, soyqırımı cinayətinin və insanlıq əleyhinə cinayətlərin törədilməsi haqqında
əmrlər açıq-aşkar qeyri-qanunidir.
5. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə rəhbər
şəxs məsuliyyət daşıyır.
Komandirin məsuliyyət prinsipi onun tabeliyində olan şəxs tərəfindən beynəlxalq humanitar
hüququn pozulmasının qarşısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara
şamil edilir.
Cinayət hüququnda tədbir görməməyə görə cinayət məsuliyyətinin sərhədləri dəqiqləşdirilmiş və
məsuliyyət konkret hallardan asılı olaraq meydana çıxır. Beynəlxalq humanitar hüquq pozuntusunun
qarşısının alınması üçün komandirin açıq surətdə tədbir görməməsi Cenevrə Konvensiyalarında ciddi
pozuntu kimi müəyyənləşdirilmiş və cinayətlərin qarşısının alınması sisteminin bir hissəsini təşkil edir.
Tabeliyində olan şəxslərin ciddi pozuntu törətməsi rəisin də həmin cinayətlərə görə məsuliyyətini yaradır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı təkcə birbaşa beynəlxalq cinayət
törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün tədbir görməmiş mülki hakimiyyət
və hərbi rəis heyəti də cinayət məsuliyyəti daşıyır.
6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddəaları tətbiq edilmir.
BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 (XXIII) saylı qətnaməsi ilə qəbul edilmiş
"Müddətin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında"
61
Konvensiyasının 1-ci maddəsinə əsasən müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara
cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur.
Azərbaycan Respublikası CM-nin 75.5 maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq
maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş
şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş şəxslər cinayətin
törədilməsindən asılı olmayaraq cinayət məsuliyyətinə cəlb olunmalı və məhkum edilməlidirlər. Bu
müddəa ona əsaslanır ki, həmin cinayətlər nəticəsində Beynəlxalq Birliyə və bəşəriyyətə vurulmuş ziyan
öz ağırlığına görə istisna təşkil edir və əgər həmin cinayəti törətmiş şəxs ədalətli məhkəmə qərarına
əsasən cəzalandırılmasa, ödənilə bilməz.
Beynəlxalq cinayətlərə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən nə
qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə alınmalıdırlar.
7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir.
Dövlətdaxili qanunvericilikdə nəzərdə tutulmamasından asılı olmayaraq beynəlxalq aləm
tərəfindən qəbul edilmiş hüquq prinsiplərinə əsasən cinayət sayılan hər hansı əmələ görə cinayət
məsuliyyətinə cəlbedilmənin zəruriliyi Nürnberq Hərbi Tribunalının Nizamnaməsində və həmin
Tribunalın qərarlarında ifadəsini tapmış, beynəlxalq hüququn prinsipləri kimi tanınmış müddəalarda
nəzərdə tutulmuşdur.
Vətəndaş və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsində
göstərilir ki, bu maddədə heç nə hər hansı bir şəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul
olunmuş hüquq prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə
verilməsinə və cəzalandırılmasına mane olmur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların
baş verdiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini
tapmamışdı. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki
yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq
Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də
azərbaycanlılara münasibətdə törədilmiş vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq
prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə
həmin cinayəti törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz.
8. Soyqırımı cinayətini törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi üçün tələb edən
dövlətə verilməlidir.
Beynəlxalq hüquq və cinayət hüququnda cinayətkarların verilməsi dedikdə, cinayət törətmiş və ya
onu törətməkdə şübhəli hesab edilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya ona münasibətdə
ittiham hökmünün icra olunması üçün bir dövlət tərəfindən başqa dövlətə verilməsi başa düşülür.
Müharibə cinayəti törətmiş şəxslərin verilməsi ilə əlaqədar beynəlxalq səviyyədə bağlanmış
müqavilələrdə nəzərdə tutulan məsələlər milli qanunvericilikdə də öz əksini tapmışdır. "Müddətin
müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə tətbiq edilməməsi haqqında" Konvensiyanın 2-ci
maddəsinə müvafiq olaraq
iştirakçı dövlətlər müharibə cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa müvafiq olaraq təhvil verilməsi
üçün şərait yaradılmasına yönəldilmiş qanunvericilik və digər xarakterli bütün lazımi daxili tədbirləri
görməyi öhdələrinə götürürlər. BMT Baş Məclisinin qəbul etdiyi Müharibə cinayətləri törətməkdə
müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və cəzalandırılmasına dair
beynəlxalq əməkdaşlığın prinsiplərində də müharibə cinayətləri törətmiş şəxslərin verilməsi barədə
müddəalar öz əksini tapmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslərin tələb
olunması və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək
soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb tapılması,
tələb olunması və mühakimə edilməsi istiqamətində fəaliyyət canlanmalıdır.
Dostları ilə paylaş: |