Mirzə Allahverdiyev:
- Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma "Finski" evlər yananda geri
çəkildik. Fevralın 26-da onların çoxu Beşmərtəbə deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda.
Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb tutdular bizi.
Həmin saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada
milis idarəsinin həbs otağında bizi saxlayırdılar. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı
bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə. İnildəyir,
zarıyırdım ağrıdan. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə saat huşsuz
qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin
verdiyi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün
olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman vəhşi idi
ermənilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən,
təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri
soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli,
qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə özünəməxsus
xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət alırdı.
Mənim iniltim, qışqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi
qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir
parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər.
On səkkiz gün girovluqda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da
ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə
salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı
öldürüblər.
Niftalı İbad oğlu Nəbiyev:
- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə idik. Hər tərəfi ermənilər ağır
texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb Dəhraz
tərəfə çəkildik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib
qadınları, uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik
və hər yandan bizə atırdılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb
tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu
paltarında olanlardan 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları
güllələyiblər. Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata
azca çiy buğda paylayırdılar. Üç gün sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırdılar ki,
iyirminiz də əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "KamAZ"a doldurub gətirdilər Stepanakertin milis
idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Mənim paltarımı yoxlayanda paltomun
cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə
başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək.
Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə başqa
erməni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara, bizim torpaqda siz axı nə edirsiniz?" Başladılar
bizi döyməyə. İki qızıl dişimi vurub sındırdılar. Hər gün bu vəziyyət təkrar olunurdu. Ermənilər gah ayıq
başla, gah da sərxoş vəziyyətdə gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə də yeddi
36
adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmışdı. Bütün
günü yazıqlar qaşınır, dırnaqları ilə dərilərini qoparırdılar. Yanımızda Nəbiyev Əli adlı bir kişi vardı.
Yazıq zarıya-zarıya öldü. Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr bir-birimizlə
danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq.
Döşəmə beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzinir, səs eşidən kimi
içəri girib bizi əzişdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdılar. Yanımdakı yoldaşımın
iyirmi min pulunu, qızılını almışdılar. Sonra minbir çətinliklə bizi dəyişdilər. Amma indi halım getdikcə
pisləşir. Qabırğamı da vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq.
Əliyev Hüseyn Sarı oğlu:
- Yatmışdım, həyat yoldaşım məni silkələyib durquzdu və dedi ki, ermənilər kəndə doluşub, camaat
qaçır. Dedim ki, sən də qaç, camaata qoşul. Qonşumuz Həsəngilə gəldim. Həsən bayırda idi. Kəndin
Stepanakert tərəfindən asfaltı, evləri atəşə tutmuşdular. Həsənlə onların bostanından keçib, məktəbin
həyətinə girdik. Ərik ağaclarının altında Həsən qolundan yaralandı. Onun o biri qoluna girib, məktəbin
zirzəmisinə tərəf apardım. Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu.
Əliyeva Şərqiyyəni, qızı Aliməni beş uşaqla, fermada işləyən Yusifi, arvadını, onların da beş uşağını
bizimlə bərabər Stepanakertin 9 nömrəli məktəbinə gətirdilər. Sonra arvad-uşaqdan bizi ayırıb,
avtovağzalın yanındakı şəhər milis şöbəsinin qazamatına gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum
Aslanov, Əşrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov, Şafanın oğlu Vidadi, Qaradağ stansiyasından
Əli, Fərraşlı Abbas da burda idilər. Həsənabadlı "Dovşan" Edikin oğlu bir dəstə erməni ilə gəlib bizi
təpikləyir, qaldırıb yerə çırpırdılar. O deyirdi ki, xocalıların hamısını qıracağam, mənim qardaşımı siz
öldürmürsünüz.
Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün. Deyirdi ki, mənim başımı sabah kəsəcəklər. Mənə deyirlər
ki, Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüşəm. Vidadi bir şüşə tapıb cibinə qoymuşdu ki,
lazım gəlsə venasını kəsib özünü öldürsün. Həsənabadlı Setrakın olğu Jora gəlib Həsəni harasa apardı.
Həsənin qolu hovlayıb şişmişdi. Sonra eşitdik ki, Həsəni buraxıblar. Üç gün keçmişdi ki, gəlib Vidadini
apardılar. Dedilər ki, bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə kəsmək üçün qəbiristanlığa
aparırıq. Vidadi şüşə də cibində getdi...
37
Əsirlərin söylədikləri
Səriyyə Müslümqızının "Xocalıya gedən yol" kitabında əsirlik həyatı yaşayanların bir qisminin
başına gələn faciələr qələmə alınıb. Bu əsirlərin bəziləri erməni vəhşiliklərindən danışa-danışa, psixoloji
gərginliklərə dözməyərək həyatdan köçüblər. Kitabdan bəzi hissələri diqqətinizə çatdırırıq.
"...O müdhiş gecə Sədaqət üç azyaşlı övladını itirdi. Bacısı Sara və üç körpə uşağı donub öldülər.
Sədaqətlə Valeh isə yenicə ailə qurmuşdular. "Ağla, qərənfil, ağla" şerini söyləyən Sədaqətin o gecə
əllərinə laxtalanmış qandan xına qoyuldu. Və qandallandı. Valeh isə əsir düşdü. Əsirlik əzab-əziyyəti
gördü. Valeh musiqiçi idi. Azərbaycan xalq mahnılarını çalar, biz isə tamaşa edərdik. Valeh yanıqlı-
yanıqlı danışır ki, əlimi qaz plitəsinə tutub yandırdılar ki, bir daha Qarabağ mahnısını çalmayım.
"...Şərqiyə xala o gecə qızı və onun azyaşlı uşaqları ilə qaçıb Cəfər müəllimgilin evində gizlənib.
Çarpayının altına girir ki, tapmasınlar. Lakin həyət darvazası sındırılır, erməni vəhşiləri evə daxil olur.
Evdəkiləri qabaqlarına qatıb Xankəndinə aparıblar. Şərqiyə xala deyir ki, yolda iki yaralı əsgər gördüm.
Başla-rından və üzlərindən axan qanla palçıq bir-birinə qarışmışdı. Erməni vəhşiləri bizi Xankəndindəki
əqli cəhətdən zəif olan uşaqların məktəbində saxlayırdılar. 366-cı alayın əsgərləri arasında zənci və
ərəblər də var idi".
"...Ələsgər müəllim də bu əsirlərin sırasında idi. O qədər döyülmüşdü ki, tanınmaz hala düşmüşdü. O,
axır dəqiqələrində belə həyat yoldaşı Şəkibəni axtarırdı. "Görəsən, Şəkibə çıxa bildimi?" söyləyirdi".
"...Müharibənin od-alovundan çıxan əlil Saleh dayı, oğulları Novruz və Ziyadxan və nəvəsi Mahir
şəhid oldular".
"...Məleykə xala oğlu Mirzə və Elşən əsir düşdü. Mirzəyə qarşı qəddarlıq edib, çox işgəncələr
vermişdilər. Elşən söyləyir ki, fevralın 27-də ermənilərdən biri məni qaldırdı. Dedi ki, Sumqayıtda həlak
olanların qəbri üstündə başını kəsəcəm. Ölümcül vəziyyətdə olduğunu görüb, "sənin kimisini onların
qəbirləri üstündə öldürməyə dəyməz. Elə ölü kimi bir şeysən" söylədi".
"...Ziyadxan isə Xocalıda üç gün vuruşub şəhid oldu".
"...Ermənistandan qovulan Qəndab ananın ah-nalə ilə söylədiyinə görə, məhsəti türkü olan polis
Əhmədi Xocalıya gələn magistral yolda "İsmayıl qurbanı kəsirik" deyib, başını bədənindən üzüblər.
Bıçağın xırıltısı belə qulaqlarımdan getmir".
"...Kərəm dayı Xocalıda öldü. Oğlu Mehdi ali təhsilini yarımçıq qoyub. doğma ocağını qorumağa
qayıtmışdı. Mehdi də o dəhşətli gecədə qətlə yetirildi".
"...Övladları öləndə onları kürəyinə bağlayıb gətirən analar da oldu. Bu Nuridə anadır. Oğlu
Səxavətin meyitini gətirmişdi".
Faciənin qurbanları çox idi. Əsir düşənlərdən isə bəziləri beynəlxalq hüquq müdafiəçilərinin, xarici
ölkə jurnalistlərinin səyi ilə azad olurdu. Girovların arasında diri-diri yandırılan, başı kəsilən, gözü
çıxarılan, əl-qolunu itirənlər də var idi. Xocalı faciəsi oxşarsız bir faciədir.
Əsirlikdən azad olunanların bir qismi Azərbaycanın hüquq mühafizə orqanlarına verdikləri
izahatlarda bu vəhşiliklərdən söhbət açırlar.
"...Ələmdar Abbasov ifadəsinə bildirib ki, o və 150 nəfərə qədər Xocalı sakini mühasirədən çıxıb,
Ağdama gedərkən pusquda duran ermənilər onların bir hissəsini yerindəcə güllələyib, qalanlarını isə həbs
edərək girov götürüblər. Onu və Salahov Məhəmməd Əbdül oğlunu dəyişdirmək adı ilə Əsgəran
rayonunun milis şöbəsinə gətirib orada hər ikisini armaturla döyərək, işgəncələr verirdilər. İşgəncələrdən
Ələmdarın iki qabırğası və qolu sınıb. Salahov isə döyülməkdən, işgəncədən onun qolları üstündə
ölmüşdür".
38
"...Girovluqda olmuş Abbasov Elbrus Ələmdar oğlu ifadəsində bildirib ki, əsirlik müddətində Artur
və Slavik adlı serjantlar və Feliks adlı leytenant onları dayanmadan döyüblər. Onlar Xocalı sakinləri
Novruzov Ələsgər Xanlar oğlunu və Şəliyev Elçin Vəkil oğlunu döyüb işgəncə verməklə öldürmüşdülər".
"...Hümbətov Əmir Səlim oğlu ifadəsində bildirir ki, gecə saat 00.04 radələrində onu Xocalıda
"Armo" adlı dəstə əsir götürüb. Yaraqlılardan Sergey adlı erməni onun dişlərini sındıraraq qızılını
götürmüşdü".
"...Kərimova Elmira Şahmalı qızı bildirir ki, milis şöbəsinin rəisi Ağacanyan girov götürülmüş
xocalılıları dindirməyə aparmaq adı ilə kişiləri döyüb qətlə yetirir, cavan qızları zorlayırdılar. Ermənilər
onları girov götürərkən üstlərində olan qızıl və zinət əşyalarım götürüb ruslara verirdilər".
"...Xocalı şəhər sakini göstərmişdi ki, Xocalıda onlara atəş açıb girov tutan Lola adlı erməni onun
qızıl dişlərini çıxardıb."
39
Soyqırım faktları
Xocalıda soyqırıma məruz qalan insanların müstəqil həkimlər tərəfindən tibbi ekspertizası
keçirilib. Tibbi araşdırmanın nəticəsində bir daha aydın olur ki, bu, tək bəşəriyyətə qarşı deyil, insanlığa
yönələn vəhşi vandalizm aktıdır. Tibbi komissiyanın müayinə apardığı cəsədlərin çoxu üzərində
ermənilər eksperiment aparmış, cəsədlərin dərisi soyulmuş, hamilə qadınların qarnı deşilmiş, kişilərin
cinsiyyət üzvləri kəsilmişdir. Sıraladığımız bu insanların cəsədləri üzərində aparılan eksperimentləri
emosiyasız izləmək mümkünsüzdür. Siz də izləyin...
Orucov Telman Ənvər oğlu - 1956-cı ildə doğulub. Qaçqınlıq taleyi yaşayaraq, 1988-ci ildə
Xankəndinə gəlib. Soyqırım günü Naxçıvanik yolunda qətlə yetirilib. Başının dərisi soyulub.
Əbdülov Yelmar Ənvər oğlu - 1949-cu il təvəllüdlü, yerli xocalılıdır. Naxçıvanik yolunda
güllələnib. Başının dərisi soyulmuşdur.
Ələkbərov Təvəkkül İskəndər oğlu - 1956-cı ildə doğulub. Əslən xocalılı olan Təvəkkül
Naxçıvanikdə güllə yarası alıb, qətlə yetirilib. Cəsədi üzərində on bıçaq yarası aşkarlanıb.
Həsənova Fitat Əhəd qızı - Böyük Vətən Müharibəsindən bir il əvvəl 1940-cı ildə Xocalıda
doğulub. Cəsədi üzərində zorakılıq əlamətləri var. Gözləri çıxarılıb.
Həsənova Gülçöhrə Yaqub qızı - 1968-ci il təvəllüdlüdür. Yerli xocalılıdır. Döş qəfəsindən və
qarnından güllə yarası alıb. Sol əli pəncədən kəsilib.
Həsənov Şöhlət Usub oğlu - 1944-cü ildən olan bu insan da yerli xocalılıdır. Döş qəfəsindən
güllə yarası, yuxarı ətraflarının kəsilməsi müşahidə olunub.
Abışov Əli Əbdül oğlu - 1918-ci ildə doğulub. Bədənin küt travması, skelet sümüklərinin çoxlu
sınıqları aşkarlanıb.
Səlimov Bahadur Mikayıl oğlu - 1928-ci il təvəllüdlüdür. Naxçıvanik yolunda yandırılmış,
cinsiyyət üzvü kəsilmiş, gözləri çıxarılmışdır.
Aslanov İqbal Qulu oğlu - 1970-ci ildə doğulub. Naxçıvanik yolunda qətlə yetirildikdən sonra
cinsiyyət üzvü kəsilib, yandırılıb.
Sahib. Soyadı, atasının adı və doğum tarixi bəlli deyil. Soyqırım günü qətlə yetirildikdən sonra
cəsədi üzərindən BTR keçib.
Nuralıyeva Dilarə Oruc qızı - doğum tarixi bəlli deyil. Xocalıya hücum zamanı qətlə yetirilib.
Döş qəfəsindən güllə yaraları alıb. Gözləri və döşləri kəsilərək götürülüb.
Abbasov Taleh Ümidvar oğlu - 1961-cı ildə dünyaya göz açıb. Yerli xocalılıdır. Taleh
öldürüləndən sonra qulaqları kəsilib.
Abışova Məruzə Məhəmməd qızı - 1932-ci il təvəllüdlüdür. Naxçıvanik yolunda qətlə yetirilib.
Məruzənin gözləri çıxarılıb, döş vəzlərini və burnunu kəsib götürüblər.
Kərimov Samran Soltan oğlu - 1924-cü il təvəllüdlüdür. 1988-ci ildə Ermənistanın Əzizbəyov
rayonundan ermənilər tərəfindən qovulan, öz yurdundan didərgin düşən soydaşımızdır. Qətlə
yetirildikdən sonra gözləri çıxarılıb, arxa keçəcək dəliyindən butulka yeridilib.
Kərimova Firəngül Məhəmməd qızı - 1935-ci il təvəllüdlüdür. Firəngül Samran kimi 1988-ci
ildə Ermənistandan qovulan soydaşlarımızdandır. Bədəni tam doğranılıb, gözləri çıxarılıb, qulaqları və
döşləri kəsilib.
40
Kərimov Frunz Samran oğlu - 1960-cı ildə doğulub. 1988-ci ildə Ermənistandan didərgin
salınan Frunz diri-diri yandırılıb.
Səlimov Araz Bahadur oğlu - 1960-cı ildə Xocalıda doğulub. Yaralı tutularaq, körpə uşağının
gözü qarşısında armaturla döyülüb öldürülmüşdür.
Behbudova Sürəyya İbrahim qızı - 1932-ci ildə Xocalıda doğulub. Zirehli tankla əzilərək,
ayağından güllə yarası alıb.
Behbudova Sürəyya Yusif qızı - doğum tarixi müəyyənləşdirilməyib. Qətlə yetirildikdən sonra,
cinsiyyət üzvü kəsilərək götürülüb.
Hüseynov Allahverdi Qulu oğlu - bu ahıl qoca 88 yaşında erməni qəddarlığının, vəhşiliyinin
qurbanı olub. Yandırılaraq qətlə yetirilib.
İmani Ağayar Salman oğlu - 1989-cu ildə Xocalıda doğulub. Bu üç yaşlı məsum körpə erməni
qəddarlığının qurbanı olub, yandırılmışdır.
Məmmədov Saday - doğum ili və atasının adı müəyyən edilməyib. Cəsədi yandırılıb.
Bədəlov Tofiq - doğum və atasının adı müəyyənləşdirilməyib. Tofiqin cəsədi üzərində vəhşi
eksperiment aparan ermənilər onun gözlərini çıxarıb, qulaqlarını kəsmişlər.
Rəcəbov Cəbrayıl Mehdi oğlu - 1961-ci ildə doğulub. Tankla əzilmiş, gözləri çıxarılıb, qulaqları
kəsilmişdir. Cəsədi üzərində yanıq əlamətləri aşkarlanıb.
Fərzəliyev Canan Binnət oğlu - 1962-ci ildə doğulub. Yerli xocalılıdır. Erməni vəhşiliyindən
canını qurtarmaq istəyən zaman Naxçıvanik yolunda diri-diri yandırılıb.
Məmmədova Tamara Səlim qızı - təvəllüdü bəlli deyil. Gözləri çıxarılıb, döşləri kəsilərək qətlə
yetirilib.
Dadaşova Əsli Bəbir qızı - təvəllüdü bəlli deyil. Gözləri çıxarılıb, döşləri kəsilib. Cəsədi
üzərində yanıq izləri aşkarlanıb.
Əmrahova Mahı Bəbir qızı - təvəllüdü bilinmir. Gözləri çıxarılıb, döşləri kəsilib. Cəsədi
üzərində çoxsaylı güllə yaraları aşkarlanıb.
Hümmətova Ənahət Eldar qızı - 1976-cı ildə doğulub. Bədənində çoxsaylı güllə yaraları
aşkarlanıb. Gözləri çıxarılaraq, döşləri kəsilmişdir.
Nuriyev Hafiz Yusif oğlu - 1962-ci il təvəllüdlüdür. Əlləri məftillə bağlanaraq, başı kəsilmişdir.
Naməlum kişi - 25-30 yaşlarında. Başı və üst dodağı kəsilib. Boynunun ön səthindən güllə
yaraları alıb.
Naməlum kişi - 20-25 yaşlarında. Döş səthinin arxa hissəsində qəlpə yarası aşkarlanıb. Sifətinin
dərisi soyulub.
Naməlum kişi - 22-24 yaşlarında. Sağ gözü kəsilərək götürülüb. Qarın divarlarında onlarca güllə
yarası aşkarlanıb.
Naməlum kişi - 25-35 yaşlarında. Ürəyindən güllələnib. Qulaqları kəsilib.
Naməlum kişi - 20-30 yaşlarında. Başı kəsilib. Göz almacıqları çıxarılıb.
Naməlum kişi - 20-30 yaşlarında. Başı kəsilib. Bud nahiyəsindən güllə yaraları alıb.
41
Naməlum kişi - əl-ayağı məftillə bağlanılıb, yandırılmışdır.
Nağıyev Yusif Şirin oğlu - 1928-ci il təvəllüdlü, Xocalıda doğulub, soyqırım zamanı öldürülüb,
gözləri çıxarılıb.
Eyvazov Hidayət Əli oğlu - 1964-cü ildə Xocalıda doğulub, soyqırım zamanı başı kəsilib.
Mustafayev Vidadi Şəfa oğlu - 1963-cü ildə, Xankəndindən qaçqın düşüb.
Məmmədov Zahir Ramiz oğlu - 1975-ci ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb,
işgəncə ilə öldürülüb.
Orucova Xəyalə Telman qızı - 1986-cı ildə doğulub, Xankəndindən qaçqın düşüb.
Salahov Məhəmməd Əbdül oğlu - 1931-ci ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb,
öldürülüb.
Səlimov Fəxrəddin Bahadur oğlu - 1958-ci ildə anadan olub. Soyqırım zamanı qətlə yetirilib.
Səfiyev Elxan Nəsib oğlu - 1961-ci ildə doğulub, soyqırım zamanı işgəncə ilə qətlə yetirilib.
Əzimov Hüseyn Nəriman oğlu - 1956-cı ildə doğulub, qəddarlıqla qətlə yetirilib.
Əzimov Natiq Abbasqulu oğlu - 1986-cı ildə Əsgəranın Həsənabad kəndində doğulub, erməni
cəlladları onu qətlə yetirəndən sonra cinsiyyət üzvünü kəsiblər.
Əlməmmədov Faiq Şahmalı oğlu - 1973-cü ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb,
öldürülüb.
Əmirov Təvəkkül Baxış oğlu - 1955-ci ildə anadan olub, yandırılıb.
Əsədov Yalçın Asif oğlu - 1963-cü ildə Xankəndində anadan olub, döyülərək qətlə yetirilib.
Rəhimova Şövkət Şükür qızı - 1947-ci ildə Xocalıda doğulub, soyqırım zamanı yandırılıb.
Şəliyev Elçin Vəkil oğlu - 1965-ci ildə doğulub, soyqırım zamanı işgəncə ilə qətlə yetirilib.
İlyasov Əhməd Məmməd oğlu - 1968-ci ildə Özbəkistanda anadan olub, soyqırım zamanı başı
kəsilib.
42
"Analar qətlə yetirilmiş körpələrini bellərinə bağlayıb Ağdama gətirirdilər"
... Adım Səriyyə, soyadım Cəfərova, atamın adı Müslümdür. Xalqım məni televiziya və radioda
yayımlanan müsahibələrimlə, "Qar üstünə qar yağırdı", "Xocalı niskili və ya faciəyə gedən yol" adlı
kitablarımla, "Səhər", "Millət" və "Şərq" qəzetindəki imzalarımla tanıyır. Ulu babalarımın təməl
qoyduqları Xocalıda, sadə, zəhmətkeş bir ailədə doğulmuşam. Atamı erkən yaşlarımda itirdim. Anam
Rəfiqə "bir saçın ağ, bir saçın qara hörüb" üç qız uşağını kirpikləri ilə od götürə-götürə əmim Mövsümün
himayəsində böyüdüb. Biz kəndin uşaqlarıyla Xocalının çöllərini gəzər, Xocalı və İlisu çaylarının
kənarlarında axşama kimi oynayardıq. Kəndimizin saf havasını udar və buz kimi bulaqlarının suyundan
içərdik. Cəfər və Çınqıl təpələrinin yaxınlığındakı magistral yolla Əsgərana maşınlar keçərdi. Biz, balaca
Xocalı uşaqları meşədən yığdığımız qaymaqçiçəyini, çobanyastığını, lalələri əsgərlərlə dolu olan
maşınlara atardıq. Bizə əl edib "spasibo, spasibo" deyərdilər. Amma bilməzdik ki, düz 32 ildən sonra gül
atdığımız rus ordusunun əsgərləri Xocalının balaca körpələrinə güllə atacaqlar, cocuqları qanına qəltan
edəcəklər.
... Günlər beləcə ötürdü. Sanki bir göz qırpımında böyüdük. Sanki o xoşbəxt günlər tez başa
çatırmış ki, mənə Xocalı boyda bir faciəni yaşatsın. Sən demə, o illər tez sona yetirmiş ki, anamın, həm də
yerlilərimin işgəncə ilə öldürülən meyitlərini görüm. İllər başa çatırmış ki, saçlarım tez ağarsın. Kaş mən
də anam kimi Xocalıda şəhid olaydım. Nə isə... Ermənilər 1988-ci ildə Xankəndində, Əsgəranda
mitinqlərə başladı. Xankəndi mərkəzi xəstəxanasında işləyən cərrah Uqasyan Ediq mitinqdə çıxış edərək,
çəkinmədən bildirdi ki, apardığı əməliyyatlarda neçə-neçə azərbaycanlını şikəst edib. "Türklərə qarşı mən
öz cərrah bıçağımla vuruşmuşam" söylədi. Qarabağ azərbaycanlıları bu mitinqlərdən sonra qorxu və
vahimə içərisində yaşayırdı. 1988-ci il sentyabrın 18-də ermənicə dərc olunan "Veteran" qəzetində
Uzalyan yazırdı: "Mitinq başlandı, lakin kimsə belə şayiə yayırdı ki, Stepanakertin yaxınlığındakı
Xocalıda erməniləri döyürlər. Mitinqdə toplanan qızğın kütlə Xocalıya yollandı". Əlində quş tüfəngi belə
olmayan xocalılar bu kütlənin qarşısında gücsüz idi. Ermənilər aeroportdan Xocalıya daxil olub kənddəki
ot tayalarına və çəpərlərə od vurdular. Xocalılar bu kütlənin qarşısından qaçmayıb, döyüşdülər. Həmin
gün Xocalıda toy da vardı. Rasimlə Sədiqə qovuşurdu. Yaxşı ki bəylə gəlini gizlədə bilmişdilər. Gülarə
xala qızı Arzunun hörüklərini kəsib başına papaq qoymuşdu ki, ölsə, qoy ermənilər elə bilsinlər ki,
oğlandır. Vəziyyət get-gedə ağırlaşırdı. Xankəndi boşaldılırdı. Xocalını isə yerindən tərpədə bilmirdilər.
Dörd aydan artıq idi ki, ümid yalnız hava nəqliyyatına qalmışdı. Azərbaycanın hökumət səlahiyyətliləri
vertolyotla gəlib, qısa bir müddətdə "lazımi tapşırıqlarını ərz edir, ərzağı, yanacağı əhaliyə verib, geri
döndülər. Bir dəfə Əlisahib Orucov bu yolla çörək gətirmişdi. Xocalılar onu dövrəyə alaraq, "bizə silah
lazımdır" deyib hay çəkdilər. Əhalinin harayı heç yana gedib çıxmırdı. Xocalıya bir mülki və bir döyüş
vertolyotu lazım idi. Koridor açılmalıydı. Ermənilər Xankəndindəki 366-cı alayla birləşib, müharibəyə
hazırlıqlar aparırdı. Əli hər yerdən üzülən həmyerlilərim soyqırım gününədək Xankəndindəki rus
ordusuna inanmırdılar. İnanırdılar ki, ermənilər tərəfdən olan hücumun qarşısını ruslar yəqin alarlar. Hətta
sadəlövhcəsinə düşünürdülər ki, əgər ermənilər hücum etsələr, bizi hərbi vertolyotla çıxaracaqlar. Bu
düşüncələr tərsinə oldu ancaq. Ermənilər ruslarla birləşib, bu soyqırımı törətdilər. Yadımdadır, qanlı
olaydan bir neçə gün sonra əcnəbi jurnalistlər soyqırım hadisəsini təfsilatı ilə çəkə bildilər, onların
Xankəndinə səfərləri də təşkil edildi. Azərbaycan hakimiyyəti soyqırımı ört-basdır etməyə çalışır,
bununla düşmənin dəyirmanına su tökürdülər. Ayaz Mütəllibovun bu cür mənəviyyatsız, əxlaqsız
davranmasının səbəbi hakimiyyətdə qalmaq idi. Millətinin qanına qəltan edilməsinin ört-basdır etməsinin
səbəbi də bu idi. Xalq həqiqətlə şübhə arasında qalmışdı. Şamil Sabiroğlu "Səhər" qəzetinin baş redaktoru
Məzahir Süleymanzadəyə Xocalı faciəsi ilə bağlı məlumat vermişdi. Xocalıda yüzlərlə adamın, qoca və
qadınların, körpə uşaqların cəlladlıqla öldürülməsi "Səhər"də dərc olundu. Mən də Allahverdi Əsədovun
"Üzü bəri baxan dağlar" verilişində ilk dəfə olaraq əsl həqiqəti xalqa çatdırdım. Hələ A. Mütəllibovun
hakimiyyətdə olduğu dövrdə xocalıların qətlə yetirilməsində dövlət rəhbəri kimi cavabdeh olmasını
söylədim.
Xocalının yerli hakimiyyət orqanları da Mütəllibov hakimiyyətdən gedənə qədər bir kəlmə də olsa
danışmayıb susdular. O günlər xatirəmdən getmir. Hər an, hər gün, hər dəqiqə o günləri yaşayıram.
Ölmək yaşamaqdan çox asan idi. Xocalının baharı heç yadımdan çıxmır. Dağlar, dərələr yaşıl libasa
bürünür, ağaclar ağappaq gəlin libası geyinirdi. Ömrü çox qısa olan qarçiçəyi baharın gəlişindən xəbər
verərdi. Boynubükük bənövşələr baş qaldırar, nərgiz gülünün iyindən bihuş olardıq. Yurdumuza nə gözəl
bahar gələrdi, ilahi!. Dəstə-dəstə yığışıb taxıl zəmilərindən novruzgülü toplayardıq. Düz on üç ildir ki,
yurdumuza bahar gəlir. Amma xocalılar o baharı görə bilmirlər. Qəribsəyir, göyüm-göyüm göynəyirik,
43
göz yaşlarımız selə dönür. Yurdumuza gələn baharın həsrəti ilə qovruluram. Kaş ki, quş olub o yerləri
görə biləydim. Dağları, dərələri görə, güllərdən dəstə bağlayaydım.
Xocalı erməni qəddarlığının, qəsbkarlığının qurbanı olub. Əgər beynəlxalq təşkilatlar bir balaca
özlərinə əziyyət verib Xocalının, bütövlükdə Qarabağın tarixi ilə məşğul olsalar, hər şey onlara gün kimi
aydın olar. Bizim eradan neçə min əvvəl Qarabağ torpağında Azərbaycan türkləri yaşayıb və türklərin
qədim məskənlərindən biri olub. Tarixə bəlli olan və dünya muzeylərinin eksponatlarına çevrilən Xocalı -
Gədəbəy, Quruçay mədəniyyət inciləri Qarabağla bağlıdır. Qarabağın Füzuli bölgəsində aşkarlanan Azıx
mağarası və Azıxantrop dünya alimlərinə türk tarixi elementləri kimi bəllidir. Ancaq ermənilər bu
eksponatları, tarixi nümunələri dünyada özününküləşdirmək istəyirlər.
Xocalı faciəsi ilə bağlı xeyli kitablar yazılıb. Qələm əhli bu faciənin, soyqırımın yaranmasının
səbəblərini göstərməyə çalışıblar. İki kitabın müəllifi də mənəm. İnanıram ki, hələ tarixçilər, psixoloqlar,
jurnalistlər, tədqiqatçılar bu faciənin səbəblərini axtaracaqlar, görəcəklər ki, yalnız biz aysberqin görünən
tərəfindən danışmışıq. İstəyirəm ki, gələcək nəsillər erməni millətinin iblis donunda olan rus qardaşlarının
köməyi nəticəsində türk övladlarını necə qətlə yetirib, soyqırım törətdiklərini bilsinlər. Qarlı, şaxtalı bir
gecədə ayaqyalın, başıaçıq meşələrə səpələnən südəmər körpələrə, qadınlara, əlsiz-ayaqsız qocalara aman
verilməyib. Tarixdə bəşəriyyətə qarşı görünməmiş vəhşiliklər, cinayətlər törədilib.
Xocalı şəxsi zəmində də faciəlidir. Anam soyqırım qurbanı oldu. Anam əllərini Tanrıya uzadıb
"əsir düşməyim, ay Allah, buradaca ölüm yetir mənə" deyərək düşmən gülləsinin qurbanına çevrildi.
Qadınların, qız-gəlinlərin üz-başlarına cır-cındır bağlayıb üzlərinə palçıq yaxaraq düşməndən qorunması
türk qadınların məğrurluğu deyildimi? Faciədə neçə-neçə insanlar səadətini itirdi, məğrurluğunu itirmədi.
Qətlə yetirilmiş övladlarını kürəklərinə bağlayıb Ağdama gətirmək qəhrəmanlıq deyildimi? Sinələrini
gülləyə sipər edib, anaları, körpələri, gəlin və qızları qorumaq qəhrəmanlıq nümunəsiydi. Oğullarını belə
gözləri qarşısında güllələyəndə analar düşməndən göz yaşlarını gizlətdilər. Sinələrini didib, dağladılar ki,
qoy düşmən görməsin. Tamaşa ana, Matan ana, Sayalı ana oğullarını, ərlərini erməni vəhşiləri qətlə
yetirəndə göz yaşlarını qəlbinə axıtdılar. Xocalı vardı, indi yoxdur. Gün gələcək Xocalı olacaq.
Yuxularımda gördüyüm qan rəngindəki kimi yox. İnanıram ki, Şah İsmayıl Xətai kimi bir oğulu bizə bəxş
edəcək. Üzeyiri, Vaqifi, Natəvanı, Bülbülü yetişdirən bu Vətən bir gün azad olacaq. Qədim Xocalı isə bir
abidə kimi saxlanılacaq.
|