Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u



Yüklə 10,58 Mb.
Pdf görüntüsü
səhifə8/35
tarix31.01.2017
ölçüsü10,58 Mb.
#7210
1   ...   4   5   6   7   8   9   10   11   ...   35
§ 2.  Xanlıqda ımidafta işi
Qarabağ ən böyük hərbi qüvvəsi  olan xanlıqlardan idi.  Xan hərbi 
zərurət olduqda  10-15  min döyüşçü toplaya bilirdi.  Sıravi qoşunun əsas 
hissəsini  elatlar  təşkail  edirdli.  Mirzə  Camal  yazır  ki,  Qarabağm  bütün 
elləri adları dəftər və siyahıda yazılmış  atlı  qoşundan ibarət idi.  Zərurət 
zamanmda mahallarm və  kəndbrin  piyada  tüfəngçiəlri  mahal  məlikləri 
ilə birlikdə qoşun sıralarma almırdılar [59,  s.144 ].
Mirzə  Camal  Qarabağinin  yazdığma  görə  elatlardan  töyçü  və 
məhsuldan  malcəhət  ahnmazdı.  Yalnız  Dağıstandan  muzdlu  dəstəlor 
gətirildikdə,  onun  məvacibini  ödəmək  və  muzdlu  döyüşçünün  itmiş  və 
ya  ölmüş  atınm  əvəzini  vermək  üçün  ellərdən  də  töyçü  pulu,  sursat, 
taxıl,  qoyun  və  mal  almardı.  «Adları  nökər  və  qoşun  dəftərində  qeyd 
olunmayan  aiblərin  nökər  və  qoşun  əhlindən,  habeb  adları  dəftərdə 
qeyd  olunmuş  nökər  və  qoşun  əhlindən  heç  bir  şey  almmazdı.  Onlar 
m aaf idibr.  Onlarm  taxılı,  atı  və  başqa  ehtiyacı  xanın  öhdəsində  idı. 
Qoşunun hər bir nökəri [nəfəri ].  bir evə təhkim olunmuşdu.  O ev həmin 
nökər və athrnn ehtiyacım ödəməli idi» [59,  s.144 ].
Mir  Mehdi  Xəzani  yazır:  «İbrahimxəlil  xan  m əhrumun...  on  iki 
minədək  dəftəri-məxsusi  qoşunu  var  ıdi  ki,  həmişə  zi^a-l\ökraünds  vo
113

adları  siyahı  vo  dəftərdə  yazılmış  qoşun  idi.  Amma  zərurət  vaxtı  öylə 
rnşid  adamlar, çerik və tüfəngçi hazır olardılar» [56, s.199 ].
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  yazırdı:  «Məhrum  İbrahimxəlil 
xan  hər  novruz  bayramı  günündə,  qoşunun  bütün  sərkərdələrinə  və 
minbaşlarına xələt, bəxşiş, at və qılmc verərdi.
İbrahimxəlilxəlil  xan  səfərə  çıxdığı  və  ya  bir  yerdə  ordu  qurduğu 
zaman onun yanmda olan minbaşılarm, yüzbaşılarm, bəylərin,  ağaların 
və  Azərbaycan  xanlarmm  hamısmm  günorla,  şəhər  və  axşam  nahan, 
həmçinin  onlarm  atlarmın  arpaları  xanm  hesabına  olurdu,  qoşun 
əhlinin  bəzisi,  bütün  əmələlər,  mirzələr,  eşik  ağasılar,  keşikçilər  və 
yasavullar 
mərhum 
İbrahimxəlil 
xanın 
hesabma 
dolanırdılar. 
Minbaşılara və  şairlərə verilən  diri  qoyunlardan  başqa,  çoxlu  keçə,  40 
puddan artıq düyü və  30  baş qoyun işlənərdı.  Bu hesabdan sərf olunan 
başqa  şeylərin  -  çörəyin,  atlara  verilən  arpanın,  yağm,  halvanm,  qnnd 
və ədviyyat miqdarım təsəwür etmək olar» [205,  s.243-244 ].
Rusiyadan asılılıq qəbul edildikdən sonra bir çox xanzadə və bəyə 
rus  hərbi  rütbələri  verildi.  İbrahimxəlil  xanm  özünə  general-leytenant, 
oğulları  Məhəmmədhəsən  və  Mehdiqulu  ağalara  general-mayor, 
Məhəmmədqasım  ağaya  polkovnik  rütbələri  verilmişdi  [59,  s.147  ].  Bu 
yolla  rus  hökuməti  Qarabağ  xanmı  və  övladlarını  tamamilə  özündən 
asılı ctmək istəyirdi.
Xamn  qeyri-nizami,  çəriklərdən  təşkil  ohmmuş  hərbi dəstələri  ilə 
yanaşı,  qismən  nizami  daimi  hərbi  qulluqçulardan  təşkil  olunmuş 
qvardiyası  da  var  idi.  Daimi  silahlı  qüwələr  kənd  təsərrüfatı  işlərindən 
azad  edilən  muzdlu  döyüşçylərdən  ibarət  idi.  Onlar  süvari,  piyada  və 
zənburəkçi, topçu-tüfəngli dəstələrinə bölünmüşdülər.
Daimi qoşunun əsgərləri silahı, atı və döyüş üçün lazım olan digər 
ləvazimatı  divanxanadan  alırdı.  Daimi  döyüşçülər  günün  müəyyən 
hissəsini hərbi təcrübələrini  artırmaq məqsədilə təşkil  olunan təlimlərdə 
keçirirdilər [166, s.43  ].
Daimi silahlı  qüvvələr müasir odsaçan silahlarla  silahlanmışdılar. 
Bununla  belə  ata-babadan  qalmış  döyüş  alətlərindən  də  istifadə  olu- 
nurdu.[19,  s.74  ].  Başlıca  odlu  silah  növü  «dayan-doldurum»  adı almış 
tüfənglər idi.
Qoşun  on,  yüz  və min nəfərə  ayrılırdı.  Bu  dəstələrə  başçılıq edən- 
lərə müvafıq olaraq onbaşı, yüzbaşı və minbaşı deyilirdi.
Xan qoşunlarmm tərkibində muzdlular  da  olurdu.  Adətən muzd- 
lular  Dağıstandan  toplanırdı.  Lakin  muzdlular  etibarh  deyildilər  və 
muzdları  gecikdirilən  kimi  qarətlə  məşğul  olurdular.  Müasirlərdən  biri 
yazırdı ki,  muzdlu dağıstanlılara muzd  böyük böyük məbləğ təşkil edir- 
di  və  İbrahimxəlilxəlil  xan  ya  onu  vermək  istəməmişdi,  ya  da  vermək
114
iqtidarında  olmamışdı,  onda  muzdlular  qiyam  qaldıraraq  onun  düşə- 
rgəsini  tərk  etmiş,  çoxlu  kəndi  qarət  edərək,  iki mindən  çox  adamı  əsir 
tutmuş  və  bir  neçə  min  baş  mal-qaranı  qənimət  kimi  ələ  keçirmişdilər 
və  Mingəçevirə  çəkilmişdilər.  Yalmz  Şəki  xanı  işə  qarışdıqdan  sonra, 
onlar Qarabağın dinc sakinlərini,  hərəsi üçün 1  manat  alaraq buraxmış, 
mal-qaranı isə özlərinə saxlamışdılar [190.2,  v.14 ].
Qoşun üzərində ali komandanlıq xanın özünə məxsus idi.
Xanlar  xanlığm  müdafıə  qəbiliyyətini  gücləndirmək  üçün  qalalar 
və  istehkamlar  inşasma  xüsusi  diqqət  yetirirdilər.  Məlum  olduğu  kimi, 
Pənahəli  xan  hakimiyyətinin  ilk  dövründcə  Bayat  və  Şahbulağı 
qalalarmı  inşa  etdirmişdi.  1748-ci  ildə  inşa  edilmiş  Bayat  qalasmın 
ətrafma  bişmiş  kərpicdən  qalın  divarlar  hörülmüş,  divarlarm  ətrafmda 
isə  düşmən  hücumu  zamanı  su  ilə  doldurulması  nəzərdətutulan  dərin 
xəndək  qazılmışdı.  Bayat  qalası  düzənlıkdə  yerbşdiyiyndən  o  qədər 
etibarlı  deyüdi.  Buna  görə  də  Ağdamdan  10  km  aralıda  yerləşən 
Şahbulağı  deyilən  yerdə  1751-1752-  ci  ildə  yeni  qala  inşa  olundu. 
Şahbulağı  qalasınm  hasarı  isə  daş  və  əhəngdən  tikilmişdi.  Pənahəli 
xamn Şahbulağı  qalasmda daşdan tikilmiş məscid,  hamam, şəlıər evləri 
və  bazar  vardı.  Mənbələrin  məlumatma  görə  Şahbulağmda  iki  qəsr- 
içqala  və  xarici  qala  var  idi.  İç  qəsr  təpənin  üstündə  gur  bulaqların 
yanında  salınmışdı.  Pənahəli  anın  iqamətgahı  yonulmamış  daşlardan 
düzbucaqlı,  8  pilləli  şəkildə  tikilmişdi.  Möhkəm  və  hündür  dıvarları 
vardı [88,  s .ll  ].
Şahbulağı qalasmda iki-biri içəri,  ikincisi xarici qəsr vardı.  İçqəsr 
təpənin üstündə  bulaqların yanmda  tikilmişdi,  düzbucaqlı  formada  idi, 
hər  küncdə  bir  qüllə,  şərq  tərəfi  istisna  olmaqla  hər  bir  tərəfın  hər 
birinin  ətrafmda  bir  yarımdairəvi  formada  qüllə  vardı.  Xarici  qüllələr 
və  divarlar  yuxarı  qalxdıqca  daralır  və  ucları  diş-diş  idi.  Hasarların 
hündürlüyü 7, qülblərin hündürlüyü isə 8,5 metrə çatırdı.  Bütün divarlar 
və  qülləbr  boyu  döyüş  mazqalları  vardı.  Mazqalların  altında 
birmərtəbəli binalar vardı.  Qəsrin girişi şərq  tərəfdən idi və ikimərtəbəli 
prizmaşəkmilli  tikili  ilə  müdafıə  olunurdu.  Giriş 
«r» 
şəkilli  idi. 
Prizmatik  tikili,  səkkizinci,  əsas  qüllə  idi  və  bütün  Şahbulağı  qalası 
üzərində  yüksəlirdi.  Yəqin  ki,  bu  tikilinin  ikinci mərtəbəsində  Pənahəli 
xanm özü yaşayırdı [88, s. 12-13 ].
Xanlığm  ən  etibarlı  qalası  əlbəttə  Pənahabad  [Şuşa  ].  qalası  idi. 
Şuşanın  yerbşdiyi  dağ  yuxarısı  kəsilmiş  konus  formasındadır,  şimal 
tərəfdən  terraslarla  alçalır.  Şuşa  Daşaltıçay və  Xəlfəliçaya  kəskin  enişi 
olan  dərələrlə  əhatə  olunub.  Təpənin  kəskin  yarğanları  düşmən 
hücumuna qarşı güclü maneə yaradırdı və şəhərin müdafiə perimetrinin 
demək olar ki, üçdə iki hissəsini təşkil edirdi.  Şuşa qalalarmm bəzisinin
115

hündürlüyü  400  m-dən  çoxdur  [194  ].  Şuşa  qalasmın  mövqeyinin 
üstünlüyü  həm  də  ondadır  ki,  buradan ətraf yaxşı  görünür  ki,  bu  cəhət 
də  düşmənin  qəfil  hücum  etməsinə  imkan vermir.  A.A.Kaspari  şəhərə 
şimal-şərq  tərəfdən,  qalalıqlardan  və  yarğanlardan  keçən  əyri-üyrü, 
kəskin yoxuşlu cığırı Fermopil keçidi ilə müqayisə etmişdi [152,  s.218 ].
Pənahəli xan  Şuşanm müdafiəsini daha  etibarlı etmək  üçün şimal 
təıəfdə  hasar  inşa  etdirdi.  Ancaq  güman  ki,  bu  divar  çox  tələsik 
tikildiyinə  görə  tez  bir  zamanda  yararsız  hala  düşmüşdü  [57,  s. 136  ]. 
Buna  gör  də  İbrahimxəlilxəlil  xan  yeni  qala  divarları  inşa  etdirməli 
olmuşdu.  Mirzə Camalm yazdığma  görə bu  divarın tikintisinə  1783/84- 
cü  ildə  başlanmış  və  üç  ilə  başa  çatdırmışdı.  Həmin  divarın  uzunluğu 
2,5  km-ə  çatırdı  [59,  s. 143  ].  Mirzə  Yusifin  yazdığma  görə  Pənahəli 
xanın  dövründə inşa  olunmuş  qala  hasariarı  1799-cu  ildə  dağıdılmiş  və 
yenidən  inşa  olunmuşdur.  Bu  zaman  hasarlarm  uzunluğu  bir  verstdən 
artıq uzadılmışdı  [62,  s.19  ].  Bu  divarm möhkəmliyini qeyd edən Mirzə 
Yusif yazrdı:  «bu divardan nə top gülləsi, nə də başqa bir şey keçməzdi. 
Çünki divar daş və əhənglə bərkidilmişdi» [62, s.18 ].
Şuşa qala divarlarmın  möhkəmliyi Ağa  Məhəmməd  xan  Qacarın 
hücumları  zamanı  çox  ciddi  smaqlardan  uğurla  keçmişdi.  Belə  ki,  adi 
top  güllələrinin  qala  divarlarına  heç  bir  təsir  göstərmədiyini  görən 
Qacar  ən  mahir  artilleriya  mütəxəssislərindən  birinin  məsləhəti  ilə  əmr 
etmişdi  ki,  iki  top  gülləsini millə  bir-birinə  bağlayıb  atsmlar.  Yalnız  bu 
yolla  qala  divarlarma  müəyyən  zərər  vurmaq  mümkün  olmuşdu  [193, 
s.26;  93  s.  657  ].  Şuşa  qalasmm  döyüş  qüllələri  qala  divarlarının 
səthindən  bir  qədər  xaricə  çıxır  və  bununla  da  divarları  cinahlardan 
qorumağa  şərait  yaradırdılar  [41,  s.168  ].  Qeyd  edək  ki,  ilk  dövrlərdə 
Şuşada  hakimin  evinin  yerləşdiyi  ayrıca  daxili qala-içqala  olmamışdır. 
Yəqin  ki,  qalamn  inşası  üçün  vaxt  az  olduğundan  Pənahəli  xan  Şuşa 
qalasmın  tikdirərkən  ayrıca  içqala  inşa  etdirməmişdir.  Hər  an düşmən 
hücumlarından  ehtiyat  edən  Pənahəli  xan  tələsik  şəhərin  daha 
təhlükəsiz  yerlərində  kiçik  qalaları  xatırladan  imarətlər  tikilməklə 
kifayətlənməli olmuşdur [66,  s. 138-139 ].  Bu məsələ ilə bağlı Əhmədbəy 
Cavanşirin  yazdığma  görə  mağara  ilə  Şuşa  qalası  arasında  gizli yeraltı 
yol  vardı.  Tarixçi  yazır:  «Cənub-şərq  tərəfdən  Şuşanı  hər  iki  tərəfdən 
hündürlüyü  200  sajendən  çox  və  eni  100  sajenə  qədər  olan  sıldırım 
qayalı  dərə  əhatə  edir...  həmin  dərə  xəzinə  qayası  adlanır...aşağıda 
sanki  qayaya  yapışmış  bir  qəsr  vardır;  oradakı  kahadan  soyuq  bir 
bulaq  axır.  Bu  qəsr  vaxtilə  ən  qorxulu  zamanlarda  əhalinin  etibarlı 
sığmacaq  yeri  olmuşdur...qəsrin  qarşısmda  isə  hasara  alınmış  və 
indiyədək  içinə  ayaq  dəyməmiş  bir  kaha  vardır  ki,  bu  da  Şahnəzər 
kahası  adı  ilə  məşhurdur:  Zənn  edildiyinə  görə,  bu  kaha  qaya  boyu
116
şəhərin  altından keçən yeraltı yol vasitəsilə  o  biri tayda,  yuxarı  qapınm 
aşağısında  başqa  bir  ucsuz-bucaqsız  kaha  ilə  birləşir»  [23,  s. 172  ]. 
M ağara  qalaya  giriş  daşdan  hörülmüş  yarımdavirəvi  güclü  müdafıə 
divarı  ilə  qorunur.  Bəzi  tarixçilərin  fikrincə  məhz  bu  mağara  qala 
Pənahəli  xanın  Şuşada  ilk  iqamətgahı  olmuşdur.  Həyəcanh  vaxtlarda 
qaya  saray  kompleksi  sakinləri  üçün  sığmacaq  rolunu  oynayırdı.  Bu 
kiçik qalada  bulaq vardı.  İbrahimxəlil  xan qayadakı  sığmacağadüşmək 
üçün  daş  pilləkən  düzəltdirmişdi  [15,  s.288  ].  Hal  hazırda  Daşaitı 
dərəsinə  yalnız  Şuşa  dağm  şərq  qurtaracağmda,  dağın  yamacmda 
çapılmış «qırx pillə» adlandırılan pilləkənlə düşmək olar [88,  s.26 ].
Pənahəli xan qalanm  bir  kənarında  özü üçün qəsr  tipli  saray inşa 
etdirmişdi.  Qəsrin  hasarı  və  bir  bürcü  var  idi.  Pənahəli  xan  qalanm 
içərisində,  bir təpənin üzərində böyük  oğlu İbrahimxəlil xan üçün də bir 
qəsr-saray  inşa  etdirmişdi  ki,  düşmən  qalaya  yaxmlaşdıqda  lazımi 
yerləri  mühalızə  edə  bilsin.  Onun  da  hasarı  və  bir  bürcü  var  idi.  İkinci 
oğlu  Mehrəli bəy və üçüncü  oğlu Talıbxan  bəy üçün  də  bürcü  və  hasan 
olan imarətlər inşa etdirmişdi [56, s.198 ].
Mirzə  Rəhim  Fəna  Şuşa  şəhərinin  inşası  prosesi  haqqmda  belə 
məlumat  verir:  «Köç  başlanmaq  ilə  Pənah  xan  şəhərin  yerinə  baxıb  öz 
şəxsi dəstgahmdan ötrü bir tərəfdən guşədə və vəsi bir qitə yerdə, daş və 
əhəng  ilə  bir  möhkəm  hasar  çəkdirib  əvvəl  xaricdən  əndərun,  daxil 
yerdə  neçə  pişəxidmət  otaqları  və  yemək  mənzili,  sonra  özündən  ötrü 
mötədid  otaqlar,  qonaq  otaqları,  ondan  sonra  hərəmxana  otaqları, 
hamam,  məscid,  sonra  bir  böyük  mətbəxxana  təmir  etdirir  [Bu  dairə 
sonra Əhməd xan oturan evdir ]..
Bu  hasara  yavuq  göz  qabağında  bir  müsəttəh  divan  otağı,  sonra 
məhdud  bir  surətdə  xaricdən  baxan  bir  mənzərədə  otaqlar  yapdırar, 
xaricdən  varid  olanları  görməkdən  ötrü  [Bu  otaqlar  Mehdiqulu  xan 
oturan  xoş  mənzərə  evlərdir  ]..  Ondan  sonra  məşriq  tərəfdən  qaya 
başmda  otaqlar  yapdırır  [Məhəmmədhəsən  ağa  oturan  evbrdir  ].. 
Sükunət  fikri  ilə  gələnlər  dəxi  hər  kəsi  öz  əhvahna  münasib  yerdə  özü 
üçün  məskən  və  məva  bina  edirbr.  İbtidada  hamı  müsəlman  səkənəsi 
olduğuna,  orta  hesab  olunan  bir  yerdə  məscid,  mütəəddid  hamamlar, 
bazar yeri və sair bvazimatı şəhıiyyə bir tərəfdə inşa olunar.
Bu  məmurənin  adını  Pənah  xan  özü  üçün Pənahabad  adlandırar. 
Buraxdığı  gümüş  pulun  admı  Pənahabad  söylər  ki,  İran  pulu  yarım 
qran olur» [61, s.255 ].
Mirzə Rəhim Fənanm yazırdı ki, Məhəmmədhəsən xan Qacarın 
Qarabağa  hücum  təhlükəsi  meydana  çıxdığı  zaman  Pənahəli  xan  Şuşa 
qalasmm müdafiəsini daha da möhkəmləndirmək üçün bir sıra tədbirbr 
görmüşdür.  «Biri  Gəncə  tərəfə  o  biri  İrəvan  tərəfə  tamam  dairə  şəhərə
117

hasar  çəkdirmək  və  yasaq  yerləri  bina  etdirməyi  hər  şeydən əfzəl  qərar 
verir.  Hər  yerdən  memarlar  və  əhlikar  cəm  etdirib  şəhər  qapılarını  hər 
iki  tərəfdən  qüvvətli  hasara  tutdurur.  Memarlara  hasar  nəxşəsini 
göstərir  ki,  ali  və  möhkəm  bürclərə,  pusqu  yerləri  təmir  etsinlər  və 
müstənaməti lazimələri tədarük olunsun» [61, s.255  ].
Rzaqulubəy  Mirzə  Camal  oğlu  bu  hasarın  üç  ilə  tikildiyini  və 
hicri 1198-ci ildə [1783-1784].  tikintinin başa çatdığmıv yazır [72, s.240].
Ordunun  əsas  hissəsi  maaflardan  təşkil  olunurdu.  Onlar  buna 
görə  xəzinəyə  heç  bir vergi vermirdilər,  eləcədə  maaflar  torpaq  sahələri 
ilə və bəzən həm də rəncbərlərlə təmin olunurdular.
Qarabağ  xamnm  qoşununda  Dağıstan  xalqlarmdan  toplanmış 
muzdlu  əsgərlər  də  xidmət  edirdilər.  Xan  onlara  məvacib  kimi  xeyli 
məbləğdə pul ödəməli olurdu.
Yalnız 
İbrahimxəlilxəlil 
xanın 
dövründə 
Gəncə 
qapıları 
yaxmlığmda 
hündür 
təpənin 
üstündə  bütün  zəruri  memarlıq 
formalarma  malik  olan  içqala  inşa  edilmişdi.  İçqalamn  daxilində 
divanxana, iki böyük imarət və yardımçı binalar vardı [56,  s.200 ].
Demək  olar  ki,  bütün  Şuşa  qəsrləri  düzbucaqlı  formada  olub 
dörd  tərəfdən  müdafiə  divarları  ilə  əhatə  olunmuşdur.  Künclərində 
qüllələr  ucalırdı.  Divarlarm  iç  tərəfındə  qəsrlərin  sakinləri üçün  mənzil 
rolunu  oynayan  binalar  tikilirdi.  Mir  Mehdi Xəzani  yazır  ki,  Pənahəli 
xan  Şuşada  özü  üçün  divarları  və  qüllələri  olan  qala  formasında  saray 
tikdirmişdi. 
Pənahəli  xan  öz  sarayı  üə  yanaşı  böyük  oğlu 
İbrahimxəlüxəlil  ağa  üçün  də  gözəl  saray  inşa  etdirmişdi  [56,  s.200  ]. 
Şuşadakı  qəsrlərin  girişləri  də 
«r» 
şəkilli  idi  və  yüksək  ikimərtəbəli 
güllələrlə müdafiə olunurdu.
Şuşanm qala  divarları  2,5  km  uzunluğuna  malik  olub,  daşdan və 
əhəngdən hörülmüşdü.  Şuşaya giriş  dörd  darvazadan həyata keçirilirdi. 
Darvazalardan  biri  Gəncə  qapısı,  digəri  İrəvan  qapısı,  üçüncüsü 
Ağoğlan  qapısı  adlamrdı.  Dördüncü  qapınm  adı  və  yeri  məlum  deyil. 
Gəncə  qapısı  şimal  tərəfdə,  İrəvan  qapısı  qərb  tərəfdə,  Ağoğlan qapısı 
şərq  tərəfdə  yerləşirdi  [88,  s.32  ].  Gəncə  qapıları  əsas  darvaza  idi,  hələ 
Pənahəli xanm dövründə tikilmişdi, buradan Gəncəyə, eləcə də Çüəbörd 
mahahna  yol  başlayırdı.  Buna  görə  də  bəzən  onu  Çüəbörd  qapısı  da 
adlandırırdılar  və  Xəlifəliyə  yol  başlamrdı  [buna  görə  də  bəzən  onu 
Xəlfəli  qapısı  da  adlandırırdılar  ]..  Ağoğlan  qapısımdan  Ağoğlan 
qalasma  yol  başlayırdı.  Bu  darvazanı  həm  də  bəzən  Şuşakənd,  yaxud 
Muxtar  qapısı,  bəzən  də  Topxana  qapısı  adlandırırdılar.[88,  s.32-36  ]. 
V.Baharlımn  yazdığma  görə  qala  qapılarından  biri  Mərdan  qapısı 
adlanırdı və bu qapı Xəlfəli və topxana qapılarınm arasmda yerləşirmiş 
[15, s.276 ].
118
1788-1789-cu  ülərdə  Şuşa  qalasından  üç  ağaclıq  məsafədə 
[təqribən  25  km  ].  Qarqarçaym  keçdiyi  iki  dağın  arasmda  Əskəranda 
iki qala tikümişdi.  Müharibə zamanı bu qalalarda azacıq piyada qoşun 
olsaydı  düşmən  oradan  keçib  Şuşa  qalasma  gedə  bÜməzdi.  Qalalarm 
biri şərq, digəri qərb tərəfdə əhəng və daşdan hörülmüşdülər [59, s.201  ].
Rzaqulu  bəy  atasımn  Əskəran  qalaları  ilə  bağlı  məlumatım  bir 
qədər genişləndirərək yazırdı: «Bu qalalar  Şuşa qalaçımn üç ağaclığvnda 
Qarqar  çaymın  keçidi  olan  iki dağm  arasında  yerləşmişdi.  Şirvan,  Şəki 
və  Dağıstan  vilayətləri  əlıaiısi  mərhum  Pənah  xanla  düşmən 
olduqlarmdan  ehtiyat  üçün  böyük  oğlu  İbrahimxəlil  xana  vəsiyyət 
etmişdi  ki,  əgər  fürsət  tapmasam,  sən  bu  iki  Əskəran  dağmın  arasında 
iki  qala  tikdir  ki,  düşmən  gələn  zaman  piyada  qoşunlanmız  bu 
qalalarda  olsunlar.  Oradan Şuşa qalasma  8  verstə qədər məsafə vardır. 
Düşmən  oradan  keçib  qalaya  gələ  bilməz.  Belo  ki,  bu  qalaların  ətrafı 
möhkm  dağlar,  meşələr,  daşlar,  qayalar  və  böyük  səhralardır. 
Düşmənçilik zamanı  ellər və başqaları  orada  sığmaq  edərlər.  Qalalarda 
tüfəngçilər  qoyarlarsa  düşmən  oradan  keçib,  xalqm  mal-qarasım  qarət 
və talan edə bilməz.
Mərhum  İbrahimxəlil  xan  ham an  vəsiyyətə  görə  hər  iki  qalanı 
birini  şərq,  o  birini  isə  Qərb  tərəfdə  daş  və  əhənglə  tikdirib,  möhkəm 
bürc və barı çəkdirdi» [72,  s.240-241  ].
Şuşa  çayının  sahilindəki  Xəzinə  qayasmda,  qayanın  ortasında 
40-50  sajen  eni  və  uzunu  olan,  qayanın  başmdan  beş  yüz  aşağıda  və 
saydan  100  sajen  joıxarıda  otaqlar  qayırmışdı.  Qayanın  ortası  üə  o 
otaqlara  ensiz  bir  yol  gedirdi.  Ancaq  piyada  keçmək  olardı.  Qalanın 
içərisindən  həmin  otaqlara  tüfəngdən  güllə  çətinliklə  çatardı.  Qayanın 
üstündən  o  imarətlərə  daş  və  qaya  parçaları  atsalar  dəyməz,  birbaşa 
daya  düşər.  Xəzinə  mağarasımn  qarşısmda-Şuşa  qalası  tərəfdən  bir 
böyük  və  dərin  mağara  vardır.  Onun  ağzma  yaxın  yerdə  Məlik 
Şahnəzər  özünə  otaqlar  və  evlər  tikdirib  ki,  müharibə  vaxtmda  qaışı- 
qarşı  olan  iki  mağara  bir-birinə  yardım  göstərə  büsin  [56,  s.201  ]. 
Rzaqulubəy  Mirzə  Camal  oğlıı  Xəzinə  qayasmdakı  tikintihri  eyııi/o 
Mir Mehdi Xəzani kim təsvir edir [72, s.241-242 ].
Möhkəm  Əskəran  qalaları  Şuşanı  ovalıq  tərəfdən  hücumdan 
qoruyurdu.  Əskəran  qalası 
çaym
  hər  iki  tərəfində  salmmı
şdı. 
Divarlarınn  hündürlüyü  8  m-ə,  qalınlığı  isə  2  m-ə  çatırdı.  Hətta  çaym 
yatağmda  iki  qüllə  var  idi.  Qarqarçaym  sahili  burada  elə  südırımlıdır 
ki, Əskəran qalasmdan yan ötərək keçmək mümkün deyil.
Bəzi tarixçilər Əskəran qalalarımn tiküməsini Pənahəli xanm,[İ5, 
s.  277  ].  digərləri  Mehrəli  bəyin,  [23,  s.163  ].  üçüncülər  və 
İbrahimxəlüxəlil  xanın,  [59,  s.48;  56,  s.  201  ].  adı  ilə  bağlayırlar.  Şuşalı
119

keşiş  Yakov  Zaxaryans  1853-cii  ildə  yazmışdır:  «Şuşa  qala  şəhərinin 
tikintisi  qurtardıqdan  sonra  xan  əmr  etdi  ki,  şəhərin  şərqində...  iki 
kiçik  möhkəmbtıdirilmiş  qala  tikilsin.  O yerdə  bir çox çaylar birləşərək 
bir  çay  əmələ  gətirir.  Çay  Əsgəranm  iki  böyük  dağı  arasından  axır. 
Orada üzbəüz iki qala tikildi, biri çayın o tərəfində, biri bu tərəlmdə:  Bu 
iki qalanm arasından,  çaym sahili ilə İrana və Tiflisə yol gedir.  Beləlik-
b,  yeni  tikilmiş  şəhər  hər  tərəfdən  möhkəmbndirildi»  [bax:  51,  s. 151  ]. 
Ən son  tədqiqatlar  da  Əskəran  qalalarmm Pənahəli xantn vəsiyyəti  ilə 
İbrahimxəlilxəlil  xan  tərəfindən  tikildiyini  sübut  edir  [66,  s. 141  ]. 
Təsadüfi deyildir  ki,  Mir  Mehdi Xəzani yazmışdır:  «İbrahimxalil xanm 
bir  ümdə əsəri dəxi Əskəran dağınm iki qalasıdır.  Çünki Şirvan,  Şəki və 
Dağıstan xalqı Pənah  xan ilə düşmən idilər.  Ehtiyatən vəsiyyət  elədi ki, 
hərgah mənə fürsət olmasa, gərək mənim oğlum Ibrahimxəlilxəlil bu iki 
dağın  arasmda  iki  qala  təmir  edə...  vaxtmda  ilat  xalq  o  dağlarda  və 
dərələrdə  sığınacaq  edib,  Əsgəran  qalalarmda  qoşun  və  tüfəngi 
qoysalar, düşmən keçib qala üstünə müşkül edə bilməz» [56, s.201  ].
§ 3. Xanlıqda dövlot idarəçüiyi
Digər  Azərbaycan  xanlıqlarını  kimi,  Qarabağ  xanlığmı  da  qeyri- 
məhdud  hakimiyyətə  malik  olan  xan  idarə  edirdi.  O,  bütün  icra  və 
qismən  də  məhkəmə  funksiyalarını,  hərbi  funksiyanı  öz  əlində 
toplamışdı  [166,  s.201  ].  Xan  hakimiyyəti  irsi  idi  və  atadan  oğula 
keçirdi.
Qarabağ xaniığmda  dövlət  aparatı  digər xanlıqlara  nisbətdə xeyli 
böyük  idi.  Xan  hakimiyyətinin  başlıca  funksiyası  hakim  siniflərin 
mənafeyini müdafiə etməkdən və xanlığm ərazilərini genişbndirməkdən 
ibarət idi.
Xanlıqda  dövləti  başmda  xan  dururdu.  Tədqiqatçı  Leviatov  xa- 
nın  hakimiyyətini  xarakterizə  edərək  beb  yazırdı:  «bu  dövlətə  və  xana 
məxsus olan mülk əsasmda fərq qoymayan və onları eyniləşdirən feodal 
hakimiyyəti  idi.  Xanhqlarda  olan  vəziyyət  göstərir  ki,  onlarm  idarəsi 
xanlarm  şəxsi  mülkbrinin idarəsi kimi  idi»  [159,  s.45  ].  İ.  Berezin yazır 
ki,  xan  tam  müstəqil  şəxs  idi...  O  heç  kimdən  soruşmadan,  heç  kimə 
hesabat  vermədən,  dərəcəsindən  asılı  olmayavraq  kimi  istəsə  edam  edə 
və  bağışlaya,  qova  və  cəzalandıra  bilərdi.  Xan  bütün  icra  və  məhkəmə 
hakimiyyətini,  hətta  şəriət  -  dini  qanun  işbrini  də  öz  əlbrində  cəmbş- 
dirmişdi  [107.2,  s.45  ].  N.Dubrovin  xan  hakimiyyətini  qatı  müstəbid 
rejim  kim  qiymətbndirərək  yazırdı:  «Müsəlman  əyalətlərinin  bütün 
silkləri  xanın  vahid  idarəsinə  tabe  idilər.  Özbaşmalıq  xan  idarəsinin 
əsasını  təşkil  edirdi.  Xan  bütün  qanunları,  əhalinin  bütün  hüquqlarını
120
öz  əlində  cəmbşdirmişdi.  Əhali  xanm  qulu  vəziyyətində  idi.  Xanın 
arzusundan asılı  olaraq bugünkü  qul sabah  bəy ola bilərdi və ya əksinə. 
Hətta  xamn  ən  yaxm  adamı  ən  kiçik  günah  üzündən  ölənəcən 
döyülürdü».[128.3,  s.398-399  ].  Dubrovinin  yazdığmdan  belə  çıxır  ki, 
xanlar  hətta  şəriətlə  hesablaşmırlarmış.  Lakin  xan  hakimiyyətinin  heç 
bir  çərçivəyə  sığmayan  özbaşınalıq  rejimi  kimi  xarakterizə  olunması 
mülahizəsi  kökündən  yanlışdır.  Xan  hakimiyyəti  müstəbid  rejimlərə 
yaxın  olsa  da,  islam  çərçivəsindən,  xalqm  qodim  adət-ənənəbri 
çərçivəsindən  kənara  çıxmırdı. 
Görkəmli  Azərbaycan  tarixçisi 
A.A.Bakıxanov  yazırdı  ki,  xanlar  şəriətin  əsas  qanunlarmı  və  xalqm 
adət-ənənəsini pozmaq hüququna malik deyildi [155.1,  s.143 ].
İ.P.Petruşevski  yazırdı  ki,  Azərbaycanda  hökm  sürən  siyasi 
pərakəndəlik  və  xanlıqlararası  müharibələr  şəraitində  xanlar  kəndli 
kütblərini  hədsiz  dərəcədə  qıcıqlandırmamaq  üçün,  feodal  istismarmı 
müəyyən  həddə  saxlamağa  çalışır,  hətta  ona  bəzən  patriarxal  adət- 
ənənə  donu  geyindirməyə  cəhd  göstərirdilər.  Onlar  kənd  icmalarmm 
hüquqları,  adət-ənənəsi  ib ...  hesablaşmalı  olurdular.  Qarabağ  xanmın 
yamnda  məşvərətçi  orqan  -  divanxana  fəaliyyət  göstərirdi.  Divanxana 
xanın  yaxm  adamlarından  və  ali  müsəlman  din  xadimlərindən  təşkil 
olunurdu [180 ]..
Mirzə  Adigözəl  yazır:  «Mərhum  İbrahimxəlil  xan  padşah 
adlanmasa  da,  onun  cah-cəlalı  müasir  olan  İran  padşahlarından  çox 
idi.  Yuxarıda  adları  çəkilən  vilayətbrin  [Qaradağ,  Təbriz,  Naxçıvan, 
Ərdəbil, Xoy, M arağa, İrəvan və Qaplan da nəzərdə tutulurdu - T.M.  ]. 
xanları  və  xanzadələri,  həmişə  gözəl  xasiyyətli  xan  cənablarımn 
hüzurunda girov olardılar» [56,  s.49 ].
Azərbaycan  MEA-mn  Füzuli  adına  Əlyazmalar  İnstitutunda 
saxlanan  Mirzə  Mehdi  xan  Astrabadinin  «Tarix-i  Nadiri»  əsərinin 
əlyazmasınm  sonuncu  vərəqində  bu  nüsxənin  Mehdiqulu  xana 
məxsusluğunu bildirmək üçün onun möhürü vurulmuşdur.  Möhürdə bu 
sözbr 
yazılmışdır: 
«Lailblah-ülallah 
əl-malikül 
haqqul-mubin,
Mehdiqulu,  1231,  hicri  [1815  miladi-T.M.  ].»  [Allahdan  başqa  tanrı 
yoxdur,  möminlərin  məliki  Mchdiqulu  xanm  möhürü  ]..  1231-ci  ildə 
hicri ili 1815-1816-cı üdə miladi ülərinə təsadüf edir [170, s.27 ].
Mənbənin verdiyi məlumata görə Qarabağ xam  «bəzi vaxt ayrı- 
ayrı  mahalları  töhvə  olaraq  öz  sərkərdələrinə  bağışlayırdı  ki,  onlar  bu 
yerlərin mədaxilindən mənfəətbərdar olsun» [58,  s.49 ].
Xanm  ən  yaxm  köməkçisi  vəzir  idi.  Qarabağ  xanlığmda  çox 
zaman  vəzirə  mirzə  deyirdilər.  İbrahimxəlilxəlil  xamn  hakimiyyəti 
dövründə vəzir vəzifəsini görkəmli Azərbaycan  şairi  Mola Pənah Vaqif 
icra edirdi.
121

Məlumdur ki,  1797-ci ildə Ağa  Məhəmməd  şah  Qacar  Şuşa şəhə- 
rində  qəllə  yetirildikdən  sonra  müvəqqəti  hakimiyyətini  ələ  keçirmiş 
xanın qardaşı  oğlu Məhəmməd bəy Vaqifdə öz hakimiyyətini möhkəm- 
ləndirmək  qarşısında  biı-  təhlükə  görərək  onu  edam  etdirmişdi,  Sonra 
isə vəzir vəzifəsinə Mirzə Camal təyin olunmuşdu.
İbrahimxəlilxəlil  xan  Kürəkçay  müqaviləsini  imzaladığı  zaman 
varislik və vəliəhdlik adı böyük oğlu Məhəmmədhəsən ağaya verilmişdi. 
Məhəmmədhəsən  ağanın  ikinci  oğlu  girov  şərti  ilə  Tiflisə  Qafqazdakı 
rus  ordusunun  baş  komandanı  gen.  Sisianovun  yamna  göndərilmişdi. 
Lakin  Məhəmmədhəsən  ağa  İbrahimxəlü  xamn  sağlığmda  1806-cı  il 
fevralm  24-də  xəstələnib  öldüyündən[56,  s.176  ].  xanın  yerdə  qalan 
oğlanları  içərisində  ən  böyüyü  general-mayor  Mehdiqulu  ağa  idi.  Buna 
görə də  varislik  və  vəliəhdlik  sənədi xanm və  Qarabağın  başqa əyanla- 
rmm möhürü ilə Mehdiqulu ağaya verilmişdi,  o xan və vəliəhd adlandı- 
rılmışdı.  Buna görə  də  mayoı*  Lisaneviç  İbrahimxəlilxəlil xam  qətlə  ye- 
tirdikdən  sonra,  general  Nesvetayevə  raport  yazmış  və  həmin  raporta 
əsasnn  1817-ci  ildə  çar  I  Aleksandr  Mehdiqulu  xana  xanlıq  fərmanı, 
hakimiyyət bayrağı və cəvahirlə bəzənmiş qılıne göndərmişdi [59,  s. 147- 
148].
Baharlımn  yazdığma  görə  İbrahimxəlil  xanın  on  dörd  oğlu  və 
dörd  nəfər kəbinli arvadı, 8  qızı,  bir  neçə də siğə  arvadı varmış.  Arvad- 
larından biri Nuh Novsəl  xamn qızı  Bikə ağa idi.  Xamn ondan Əhməd 
adlı  oğlu  olmuşdur.  Digər  arvadı  Gəncəli  Şahverdi  xanın  qızı  Xurşud 
Banu  bəyim,  Mehdiqulu  xanın  anası  olmuşdur.  Üçüncü  arvadı  gürcü 
qızı  Cavahir  xamm  idi.  Gövhər  ağa  onun  qızı  olmuşdur.  Xamn 
dördüncü  arvadı  Cəbrayıllı  Vəli  bəyin  qızı  Xanım  olmuşdur.  Məhəm- 
mədhəsən xanın anası idi. Xanın qalan arvadları ertnəni və gürcü qızları 
imiş [15, s.281  ].
Baharlınm  yazdığma  görə  İbrahimxəlil  xamn  böyük  oğlu  Cavad 
ağa  imiş  və  o  atasmın sağlığmda  ölmüşdür.  İbrahimxəlil  xanın vəliəhdi 
əvvəlcə  Məhəmmədhəsən  ağa  olmuşdur.  Xan ən  çox  səlahiyyət  verdik- 
ləri  oğulları  Məhəmmədhəsən  ağa,  Əhməd  xan  və  Mehdiqulu  xan  ol- 
muşdur [15,  s.281-283 ].
İbrahimxəlilxəlil  xamn  qızlarından  biri  Ağa  bəyim  ağa  Fətəli 
şaha  ərə  getmişdir.  Digər  qızı  Gövhər  ağa  Şəki  xanma  ərə  getmişdi. 
Ibrahimxəlil  xamn  Talıbxan  bəy  adlı  bir  qardaşı  olmuşdur  [15,  s.283- 
284].
Mehdiqulu  xan  İrana  qaçdıqdan  sonra  Rusiyanm  Qafqazdakı 
qoşunlarmın  baş  komandanı  general  Yermolovun  göstərişi  üə  1823-cü 
ilin  əvvəlində  vəfat  etmiş  Məhəmmədhəsən  xamn  yerinə  yeni  vəliəhd 
təyin  edilmişdir.  Cəfərqulu  ağanı  oğlu  Kərim  Cavanşirlə  birlikdə  həbs
122
edərək Simbirskə sürgün etmişdilər  [155.1,  s.41  ].  1827-ci ildə Cəfərqulu 
ağa rus çarı I Nikolaya ərizə yazaraq  bildirirdi:  Keçmişdə saxtakarlıqla 
knyaz  titulu  aldıqdan  sonra  daha  da  harmlaşmış  və  Qarabağda  böyük 
özbaşmalıq törətmişdir.  Cəfərqulu  ağa bunu  da yazırdı ki, İbrahimxəlil 
xan  qətlə  yetirüdikdən  sonra  xan  taxtı  vəliəhd  olduğuna  görə  ona 
çatmalıymış.  Lakin  rus  komandanlığı  yanlış  addım  ataraq  Mehdiqulu 
xanı  hakimiyyətə  gətirmişdir.  Çar  hökuməti  Cəfıərqulu  ağanm 
Qarabağa  qayıtmasma  icazə  vermiş,  ona  təqaüd  təyin  edilmişdi  [155, 
s.46-66 ]..
İbrahimxəlilxəlil  xan  əwəlcə  Şahverdi  xanın  Tuti  bəyim  adlı 
qızmı  alıbmış  [ondan  iki  qızı  doğulub  ]..  Tuti  bəyim  vəfat  etdikdən 
sonra  isə  bacısı  Xurşud  bəyimlə  evlənib,  Mehdiqulu  ağa  bu  qadmdan 
doğulmuşdur.
Şahsevən  Nəzərəli  xanm  bacısım  da  almış,  ondan  üç  qızı 
olmuşdu [56, s.199 ].
Mirzə  Yusif Qarabaği  yazır  ki,  İbrahimxəlil  xan  asılı  xanlarm 
və  hakimlərin  qohumlarım,  yaxud  oğullarını  öz  yanında  girov  kimi 
saxlayırdı.
Baharlı  yazır  ki,  İbrahimxəlil  xan  təqsirkar  hesab  etdiyi  adamı 
Xəzinə  qayasmdan  atdırarmış.  Qayanm  dərinliyi  iki  yüz  arşından 
artıqdır.  Boynun vurulması, göz çıxarmaq, əl  kəsmək kimi cəza üsulları 
vardı [15, s.287 ].
Xan 
hakimiyyətinin 
başlıca 
funksiyası 
hakim 
siniflərin 
mənafeyini  müdafiə  etməkdən  və  xanlığm  ərazilərini  müdafıə  edib 
genişləndirməkdən  ibarət  idi.  Qarabağ  xanlığmda  dövlət  aparatı  digər 
xanhqlarla  nisbətdə  xeyli  böyük  idi.  Xanın  yanında  məşvərətçi  orqan- 
divan  fəaliyyət  göstərirdi.  Divanda  başlıca  olaraq  müharibə  və  sülh 
məsələləri,  vergüərin  bölüşdürülməsi,  yeni  vergilərin  təyin  edilməsi, 
mülki və einayət işlərini müzakirə edüirdi.
Mirzə  Camal  yazırdı  ki,  Pənahəli  xamn  göstərişi  ilə  Şuşa 
qalasmın  əsasmın  qoyulması  ilə  əlaqədar  «işgüzar  və  bacarjqlı 
adamlar» məsləhət üçün yığışmışdılar.
Mahalları  minbaşılar  və  məliklər,  kəndləri  isə  darğalar, 
yüzbaşılar,  kovxalar,  kəndxudalar  idarə  edirdilər.  Əslində  minbaşı  və 
yüzbaşı  rütbələri  hərbi  rütbələr  idilər.  Onlar  hərbi  əməliyyatlar  zamanı 
min  və  yüz  nəfərlik  dəstələrə  başçılıq  edirdilər.  Mahal  naibləri  həm  in- 
zibati,  həm  də  məhkəmə  hakimiyyətinə  malik  idilər.  Kəndxudalar  və 
kovxalar  kənd  icmaları  tərəfindən  seçüirdilər.  Onların  başlıca  vəzifəsi 
icma üzərinə düşən vergüri toplam aqdan və kənddə  asayişin qorunma- 
sından ibarət idi.
123

Darğalar  bazara  nəzarət  edirdilər.  Onlar  ərzaq  məhsullarına 
qiymotbri  tayin  edir,  mübahisnli  məsələbrin  həlli  zamanı  münsif kimi 
çıxış  edirdilər.  Darğalar formal  olaraq  bazar  polisi hesab  olunsalar  da, 
əslində  bütüıı  şəhərdə  qayda-qanuna  cavabdehlik  daşıyırdılar.  Şəriət 
qaydalarmm  əməl  olunmasma  da  darğalar  no/arət  edirdibr.  Darğamn 
bu qaydaları pozanları cəzalandırmaq hüququ vardı [26,  s.58-59 ].
Şəhərlərdə gecələr asayişin qorunmasma əsəsbaşı nəzarət edirdi.
Mirzə  Camalın  sözbrindən  belə  məlum  olur  ki,  xanlıqda  olan 
bəylər  üç  qrupa  bölünürmüş.  Birinci  qrupa  xamn  qardaşları,  qardaş 
uşaqları,  öz  övladı və  əmisi uşaqları,  yəni hakim  ailəyə  aid  bəylər daxil 
idi.  Xanın  əmi  uşaqları  -  Fəzi  bəy,  Əbdüssəməd  bəy,  Kəlbəli  bəy, 
Hümmətəli  bəy  və  onların  oğlanları  da  belə  bəylərin  sırasına  daxil  idi 
[59,  s.146  ].  Xanm  övladlarım  digər  bəylərdən  fərqləndirmək  üçün 
onlara bəy deyil «ağa» deyə müraciət edirdibr.
Ikinci qrupa irsi,  həm də  hakim bəylər  daxil idi.  Cavanşir, Otuzi- 
ki,  Kəbirli,  Dəmirçi Həsənli,  Bərgüşad,  Qaraçorlu,  Iiacı  Samlı,  Kolanı 
və  Qapan  ellərinin  bəyləri  ilə  Dizaq,  Vərəndə,  Çibbörd,  Talış  və Xaçın 
məlücləri bu qrupa daxil idilər.
Üçüncü  qrupa  xidmətlərinə  və  sədaqətlərinə  görə  xanlardan  bu 
rütbəli alim bəylər daxil idi.
Pənahəli xanın iki oğlu  olmuşdu:  İbrahimxəlilxəlil ağa və Mehralı 
bəy.  İbrahimxəlil xanın həb  sağlığmda  bir  anadan  olmuş  böyük  oğlan- 
ları  Cavad  ağa  və  Məhəmmədhəsən  ağa  vəfat  etmişdir.  Onlarm  anası 
Cəbrayıl  bəylərindən  birinin qızı idi.  Xanın digər  oğlanları Xanlar  ağa, 
xan  rütbəsi  almış  Əbülfət  xan,  Məhəmmədqasım  ağa,  Fətəli  ağa, 
Süleyman  ağa,  Hüseynqulu  ağa  və  Səfiqulu  idiiər.  1847-ci  ib   kimi  sağ 
qalan  oğlanları  xan  qızlarından  doğulmuş  Mehdiqulu  xan  və  Əhməd 
xan,  habelə  kənizdən doğulmuş  Şeyxəli  ağa.  1845-ci  ilə  kimi  sağ  qalan 
qızları:  Gürcü tavadının qızmdan doğulmuş  Gövhər ağa, Gürcüstan ça- 
rımn vəziri  Mirzə Rəbinin  qızmdan doğulmuş  İzzət  bəyim.  II  İrakli  öz 
vəzirinin üç  qızmı  xana və  iki  oğlu  -  Əbülfət  xan və  Məhəmmədqasım 
ağaya vermişdi [59,  s.147 ].
124
IV FƏSİL
QARABAĞ XANLIĞI XVIII ƏSRİN 60-80-CIİLL0RİNDƏ.

Yüklə 10,58 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin