Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u



Yüklə 10,58 Mb.
Pdf görüntüsü
səhifə5/35
tarix31.01.2017
ölçüsü10,58 Mb.
#7210
1   2   3   4   5   6   7   8   9   ...   35
§ 3. Vergi və mükəlləfiyyətlər
Qarabağ xanlığında əhalidən toplanan vergilər Azərbaycanm 
əksər xanlıqları üçün xarakterik olub, əsasən, aşağıdakılardan ibarət 
idi:
1.  Malcəhət  və  yaxud  bəhrə.  Hərfi  mənası  məhsuldan  hissə 
deməkdir.  Kəndli  istifadəsində  olan  pay  torpaqlarmdan  istifadə 
müqabilində  məhsulun  onda  birindən  otuzda  dördünədək  hissəsini 
torpaq  sahibinə,  mülkədara,  yaxud  tiyuldara  verməli  idi.  Qarabağ 
xanlığmda  maleəhət  bəhrə  adlamrdı. 
Bəhrənin  miqdarı  taxıl 
məhsulunun  onda  birini,  barama  məhsulunun  isə  beşdə  birini  təşkil 
edirdı  [104,  s.  25-29  ].  Bu  vergi  məhsul  toplananda  verilməli  idi.  Vergi 
kimi  ödənilən  məhsulu  kəndli  özü  sahibkarm  göstərdiyi  yerə  daşımalı 
idi [155.2,  s.  55].
Bəhrəni  toplayan  darğalar  taxıl  dərzlərini  böləndə  özbaşmalığa 
yol  verir,  çox  vaxt  kəndlilərdən  məhsulun  onda  birini  deyil,  daha  çox 
alırdılar.
2.  Salyana  - /hərfi mənası  farsca,  illik deməkdir/.  Bəzi müəlliflə- 
rin  fikrincə  xanhqlar  dövründə  xəzinəyə  toplanan  malcəhət  vergisi 
salyana  adlanırdı.  Lakin  bu  səhv  fikirdir.  Salyana  müstəqil  vergi  növü 
idi.
3.  Çöpbaşı.  Qışlaqlardan, yaylaqlardan istifadəyə görə toplanan 
vergi  idi.  Kəndli  20  başdan  artıq  qoyun  -  keçisi,  10  baş  qaramalı  və  5 
başdan  artıq  atı  olduqda  yaylaq və  qışlaq sahibinə  çöpbaşı  ödəməli  idi 
[155.2, s. 429].
4.  Cütbaşı.  Bəzən cütpulu  adlandırılan bu vergini kəndli torpağı 
beeərdiyi  zaman  el  içərisində  cüt  adlandırılan  xış  və  ya  kotandan 
istifadəyə  görə  ödəyirdi.  Pulla  məbləği  5  manata  bərabər  idi.  Bəzən 
məhsulla da ödənilirdi.
5.  Saman.  Kəndlilər  öz  ağalarma  müəyyən  miqdar  saman 
verməli idilər.
6.  Mal  -  bağ  və  yaxud  bağbaşı.  Toplanan  meyvə  məhsulunun 
onda birini təşkil edirdi.
7.  Karxana  xərci.  İpək  əyirən  və  başqa  emalatxanalardan  to- 
planan vergi idi.  Bu vergini bəzən ipəklə ödəyirdilər.
8.  Dırnaqlıq.  Torpaq  sahiblərinin  mal-qaram  otaran  kəndlidən 
pulla aldığı vergi.
70
9.  Darğalıq.  Bu  vergi  kəndlilərdən  vergi  toplayanların  -  kənd- 
xudalaıın 
və  darğaların  xeyrinə  toplamrdı.  Darğalığı  xan  mirzəsi 
toplayarida o qulluqi adlanır və toplanan veıginin 4 faizini təşkil edirdi. 
Vergini darğa yığanda isə o darğahq adlanırdı.
10.  At arpası. Xan qoşunu atları üçün arpa toplanırdı.
11.  Vəziıiik.  Xan vəzirinin xeyrinə  toplanan bu vergi həm məh- 
sulla, həm də pula ödənilirdi.
12.  Ələfə.  Feodal qoşun dəstəsinin həm minik,  həm də yük hey- 
vanları üçün toplanan yem belə adlanırdı.
13.  Diş  kirəsi.  Rəiyyət  onun  evində  əylənmiş  döyüşçüləri  yediı- 
tməli idi.  Bu mükəlləfiyyət istehza ilə belə ad almışdı.
14.  İxraeat.  Bu iovqəladə hallarda toplanan vergi idi.
15.  Kələntəıiik.  Ali  inzibati  məmurları,  naibləri  və  s.  saxlamaq 
üçün toplanan vergi belə adlamrdı.
16.  Gözətçi pulu. Xan gözətçiləri xeyrinə toplanırdı.
17.  Mirzəyana.  Xan idarəbri dəftərxanası və mirzəsinin xeyrinə 
toplanan vergi beb adlamrdı.
18.  Rüsum.  Xan  məmurlarınm  xeyıinə  məhsul  və  pulla  yığılan 
vergi idi. Rüsum hər hansı bir gəlir mənbəyini, məsələn, vergi toplamağı 
iltizama  götürən  iltizamçı,  kəndbrə  yüzbaşı  və  darğaların  xeyrinə  tol- 
planan vergi idi.
19.  Xan  aşbazları  və  çörəkçibri  üçün  hər  evdən  bir  manat  mi- 
qdarmda vergi alınırdı.
20.  Şərbətçi  pulu.  Xan saraymda  şərbət və  s.  içkilər  hazniamaq 
işinə nəzarət edən məmurun xeyrinə yığılan vergi idi.
21.  Poçt  vergisi.  Bir  sıra  kəndlərin  sakinləri  xana  çapar  kimi 
xidmət  etmək  üçün  bir  atlı  ayırır,  yaxud  həı*  evdən  3-5  manat  miqda- 
rmda pul toplamrdı.
22.  Qırxxana  xərci.  Xanın  yemək  süfrəsi  üçün  məhsulla  yığılan 
vergi idi.
23.  Toy  pulu,  yaxud  toy  payı.  Ağa,  yaxud  onun övladları  evlə- 
nəndə  gətirilən  «bəxşiş»  belə  adlamrdı.  Məbləği  6  manat  40  qəpikdən
10 manata çatırdı.
Əsasən kəndlilərdən  toplanan  bu  vergi  ilə  əlaqədar  bir  tədqiqatçı 
yazır:  «Digər  vergiləıiə  müqayisədə  bu  vergi  daha  ağır  idi,  çünki,  istər 
xanın aibsində, istərsə də kəndlinin öz ailəsində olan toy zamanı ödəni- 
lirdi.  Kəndli öz  ailəsində  olan  toya görə  10  manat  vergi verməli idi»  [3, 
s.  32  ].  Əslində  isə  bu  vergini  o  qədər  də  ağır  saymaq  olmaz.  Çünki 
kəndlinin,  yaxud  xanm  ailəsində  toy  hər  il  yox,  bir  neçə  ildə  bir  dəfə 
olurdu  və  deməli  bir  il üzrə verginin miqdarmı  tapmaq  üçün bir  dəfəyə 
alınan verginin məğləğini bir neçə yerə bölmək lazım idi.
71

Kiirəkçay  müqavitasindən  sonra  əhali  üzərinə  «Rusiyaya  bac» 
adlı  yeni,  ağır  bir  vergi  qoyuldu.  Xanlıq  üzrə  onun  ümumi  məbləği  8 
min  əşrəiı  idi.  Bəzi  tarixi  əsərlərdə  verginin  hər  bir  yaşayış  məntəqəsi 
nrasında  əhalinin  sayına  uyğun  böiündüyü  yazılır  [3,  s.  33  ].  Ancaq 
sənədlərlə tamşlıq bunun heç də belə olmadığını göstərir.
24.  Bayramlıq.  Bayramlarda,  xüsıısən  qurban  bayrammda 
aparılan  hədiyyə  belə  adlanırdı.  Həm  kənd,  həm  şəhər  əhalisindən 
ahnırdı.
25.  Peşkəş.  Xana,  bəylərə, digər feodallara verilirdi.
26.  Xüms.  Hərfi mənası  beşdə bir olan xüms hər bir müsəlmamn 
gəlirinin beşdə birini, ruhanilərə və seyidlərə verdiyi vergi idi.
27. 
Zəkat. 
Müsəlmanların  yoxsulların  xeyrinə  xəzinəyə 
ödədikbri  vergi  beb  adlanırdı.  Əslində  Zəkatm  çox  hissəsi  ruhanibrə 
və seyidbrə çatırdı [173.2,  s. 68  ].
28.  Fitrə.  Yoxsulların xeyrinə, adətən Ram azan bayramı axşamı 
hər bir müsəlmanm ödədiyi vergi belə adlanırdı.
29.  Otaq  xərci.  Xanın  xeyrinə  hər  evdən  toplanan  vergi  belə 
adlanırdı.
30.  Baş  pulu.  15  yaşma  çatmış  bütün  kişilərdən  toplanırdı. 
Mənbələrdə  bu  verginin  hər  nəfərdən  hansı  məbləğdə  alınması 
haqqında  məlumat  yoxdur. 
Gətirilən  rəqəmlər  bütün  yaşayış 
məntəqəsindən  baş  pulu  vergisinin  ümumi  miqdarmı  əks  etdirir.  Elə 
bununla da ayrı-ayrı  fərdlərdən toplanan baş pulu vergisinin miqdarını 
müəyyənləşdirmək  olar.  Məsələn,  Tatev  mahalının  Tatev  kəndi  ildə 
xəzinəyə 200  xan manatı məbləğində  başpulu ödəyirdi [175,  v.  99  ].  Hər 
bir kişidən alınan vergi  1  man.  20 qəp.  həcmində olurdu.
Mənbəbrdə  xalça  toxuyan  ustalardan  xalça  ib   vergi  aiınması 
da  qeyd  olunur.  Bəzi  kəndlər  bu  vergidən  azad  olduğu  halda,  digərləri
2-3 və daha çox xalça verirdilər [175  ].
Yuxarıda  sadalanan  vergilərdən  əlavə  «cəllad  pulu»,  yaxud 
«fərraş pulu», şərbətçi pulu [xan sarayında  içkilərə baxan şəxsin xeyrinə 
toplamrdı  ].,  şora  pulu,  xan  qapiçılarınm,  xan  dəvəçilərinin  xeyrinə 
toplanan rüsumlar da var idi [138 ].
Ruhanibrin  də  xeyrinə  bir  sıra  vergilər  toplanırdı.  Xıistian 
rııhanilərinin  bir  sıra  digər  gəlirbri  də  vardı.  Onlar  kilsə  və  kəbin,  xaç 
sııyuna  çəkmə,  dəfnetmə  ayinlərinin  icrasmdan  gəlir  götürürdülər. 
Dindarlar  da  kilsəyə  xeyli  sədəqə  verirdibr.  Müsəlman  ruhanilərinin 
xeyrinə  xüms,  fitrə  və  zəkat  toplanırdı.  R uhanibr  dua  oxumağa,  yazı 
yazmağa,  savad  öyrətməyə  görə  də  muzd  ahrdılar.  Xüms  vergisindən 
əldə  olunan  gəlir  iki  hissəyə  bölünür,  bir  hissəsi  seyidlərə,  habelə 
yoxsullara  və  yetimlərə  verilirdi,  digər  hissəsi  isə  məscidlərdə,
72
ziyarətgahlarda  və  mədrəsəbrdə  çalışan  ruhanibr  arasmda  bölünürdü 
[33,  s.  11  ].
Əsas mükəlləfıyyətbr aşağıdakılar id i :
l'.  Biyar.  Hər bir ailə  ağanın tələbi ilə öz əmək abtləri və qoşqu 
heyvanı  ilə  bir  nəfər  ayırmalı  idi  ki,  üç  gün  ağanm  tarlasında  işləsin. 
Əkin,  biçin,  taxıl  döymək və  daşımaqla  məşğul  olsun,  iki  gün  ağa hey- 
vanlarma bir  yerdən  başqa  yerə  köçürdükdə və yaxud  köçəndə,  iki  giin 
ot biçmək,  odun daşımaq və başqa işlərdə, bir gün isə ev və başqa təsər- 
rüfat  tikilibrində  işləməli  idi  [112,  s.  353  ].  Ağa  kəndlini  hər  dəfə 
çağıraııda  onu  öz  razılığı  olmadan  bir  gündən  artıq  saxlaya  bilməzdi. 
Ona işçi lazım olmadıqda, o  hər bir iş günü üçün kəndlidən  10 qəpik ala 
bibrdi [155.2 c.,  56 ]..
2. 
Əvariz.  Bütün  kənd  icmasmın kəndiıı  sahibinin  təbbib  ilin 
müəyyən  günbrində  onun  üçün  işləməsinə  əvariz  deyilirdi.  Əvariz 
adətən üdə iki gün olurdu.
3. 
Qulluqçu.  Ağalarm ev və çöl işbrində çalışmaq üçün hər on 
ailə  növbə  ib   bir  nəfər  ayırmalı  idi.  Nökərin  yaşı  20-dən  az  olmamalı, 
azı  bir  il  öz  ağasına  qulluq  etməli  idi.  Ağa  onu  hər  şeylə  təmin  etməli 
idi.  Nökər vermiş  aiiə əlavə  heç  bir mükəlləfıyyət  daşımır, əksinə sahib- 
kar həmin aüənin əvzinə xəzinəyə  5 manat vergi ödəyirdi [138,  s. 358 ].
Kişi  nökərlərindən  başqa  sahibkarın  təbbi  ilə  hər  ailə  1  nəfər 
qadm qulluqçu verməli idi.  Adətən qulluqçuluğa öz  təsərrüfatı olmayan 
qadmlar  cəlb  edilirdi.  Qulluqçu  öz  işini davam etdirmək  arzusunda  ol- 
madıqda,  bir  ildən  sonra  onu  ayrısı  əvəz etməli  idi.  Onlar  da  nökərbr 
kimi ağa tərəfındən lıər şeyb təmin olunurdular.
4.  İlxıçı.  Rəiyyətbr  xanım  iilxısına  baxmaq  üçün  adamlar  ayır- 
malı  idibr.  Lakin  çox  vaxt  kəndlilər  bu  mükəlləl'iyyətin  əvəziııə  pul 
ödəyirdilər.
Xanlar  bu  və  ya  digər  vergini  öz  yaxın  adamlarma  və  yaxud 
dövlət qarşısmda xüsusi xidmətbri olmuş  adamlara güzəştə gedə bilirdi- 
br.  Məsələn,  İbrahimxəlilxəlil  xamn  təliqəsinə  əsasən  Vərəndə  mahalı- 
nın xəzinəyə məxsus  bütün kəndlərindən toplanan darğalıq vergisi Mir- 
zə Camalın qardaşı Sadıq bəyə çatırdı [175,  v.  180 ].
Məmurlar  vergibri  böyük  ciddiyyətlə  toplayırdılar.  Esadze  yazır- 
dı ki, biçini başa çatdıran əkinçi sahibkarın və yaxud oııun nümayəndə- 
sinin  iştirakı  ilə  taxılı dərzlərə  bölürdü,  özü  də  bu  bölgünü  məhsul  yığı- 
mından  ən  geci  üç  gün  sonra  etməlidir:  agər  sahibkar  həmin  mülkün 
ərazisində  yaşayırdısa,  əkinçi  bölgüdən  ən  geci üç  gün  sonra  malcəhəti 
ona  çatdırmalı  idi.  Əgər  sahibkar  həmin  mülkün  ərazisindən  kənarda 
yaşayırdısa,  verginin  çatdırılması  bölgü  başa  çatdıqdan  sonraya  saxla- 
nılırdı [206,  s.  178 ].
73

Feodal -  ara müharihəbri və  yadelli  işğalçıların hücumları kənd 
təsərrüfatına  böyük  zərər  yetirirdi.  80-ci  illərdə  Qubanı  Fətəli  xanm 
hərhi  yürüşləri zamanı  basqınçılar  Qarabağ  xanlığında  xeyli kəndi var- 
yoxdan çıxarmış,  bir  çox  kəndli  ailəbrini  Quba  xanhğma  köçürmüşdü- 
br.
Ağa  Məhəmməd Qacarın  1795 və  1797-ci illərdəki hücumları və 
1804-1813-cü  illər Rusiya-Iran müharibəsi zamanı  xanlığm  iqtisadiyya- 
tına  xüsusilə  böyük  zərbə  dəymişdi.  Əhalinin  sayı  kəskin  surətdə  azal- 
mışdı.  N.Dubrovinin yazdığma  görə  Qacarın hücumlarına qədər  Qara- 
bağda 60 min ailə yaşayırdı.  XIX əsrin əvvəlbrində isə bu rəqəm  10 min 
aibyə enmişdi [7,  s.  62 ].
Bütövlükdə xan sarayları və  bir neçə iri feodalm imarətbri istis- 
na  olmaqla  Şuşada  yaşayış evlərinin memarlıq görkəminə, yaşayış üçün 
rahat  olmasına  bir  o  qədər  də  diqqət  yetirmirdilər.  Dövrün  mürəkkəb 
siyasi şəraiti xanlan əsas diqqəti müdafıə qurğularma yönəltməyə vadar 
edir.  Hətta  yaşayış  evlərinin  əksəriyyəti  bir  çox  Şərq  şəhərbrində  ol- 
duğu  kimi  kiçik  qalacaları  xatırladırdı.  Hər  bir  ev  qonşu  evlərdən  və 
küçədən qalın və hündür hasarlarla aynhrdı [123,  s. 42 ].
Varlıların  evlərində  ocaq  əvəzinə  buxan,  ucuz  saxsı  qablar 
əvəzinə  çini  qablar,  gümüş  və  qızıldan  düzəldilmiş  qaşıq  və  bıçaqlar 
olur,  döşəməyə  bahalı  xalçalar  salmırdı.  Varlılardan  bəzibrinin 
evbrinin  divarları  müxtəlif  səciyyəli  naxışlar  və  rəsmbrlə  bəzədilirdi 
[ 123,  s.  87].
O  dövrdəki  əksər  Azərbaycan  şəhərlərindən  fərqli  olaraq 
Şuşanın  iqtisadi  həyatmda  əkinçilik  çox cüzi  əhəmiyyətə  malik  idi.  Bu, 
ilk  növbədə  Şuşa  şəhərinin  ətrafmdakı  ərazidə  kənd  təsərrüfatı 
məhsullarmm istehsalı üçün torpaq və digər zəruri şəraitin olmaması ilə 
bağlı  idi.  Yəqin  elə  buna  görə  idi  ki,  Şuşanın  əhalisi  əsasən  kustar 
sənətkarlardan, tacirlərdən və ali silkin nümayəndələrindən ibarət idi.
Fasiləsiz  aıa  müharibəbri  və  yadelli  basqınlar  xanlığm 
əhalisinin ümumi sayına təsir göstərməklə bərabər Şuşa şəhəri əhalisinin 
də  sayına  kəskin  təsir  göstərmişdi.  Bu  azalma  Şuşada  da  müşahidə 
olunur.  XVIII  əsrin  sonlarına  olan məlumatlara görə  Şuşada 2  mindən 
çox  ev  vardı  ki,  bu  da  təxminən  10  min  nəfərdən  çox  sakin  deməkdir 
[48,  s.  13 ].
Şuşa  şəhəri  üç  hissəyə  Təbrizli,  Qazançah  və  Əylisli  hissəbrinə 
[mənbədə  məhəllə  adlandınlır  ].  bölünürdü.  «Qarabağ  əyalətinin 
təsviri»ndə  yanlış  olaraq  hissəbr  məhəlb  kimi  göstərilir.  Lakin  10  min 
nəfərdən artıq  sakininin yaşadığı  bir  şəhərdə cəmi üç məhəlbnin olması
o  qədər  də  inandıncı  görünmür.  Müqayisə  üçün  göstərək  ki,  öyrənilən
74
dövrdə  əhalisi  5  min  nəfərdən  artıq  olmayan  Naxçıvan  və  Ordubad 
şəhərbrində uyğun surətdə  13 və 5 məhəllə vardı |203,  s. 480;  115  s.  15].
Yəqin  ki,  mənbədə  üç  rəqəmi  şəhərin  müxtəlif dövrlərdə təşəkkül 
tapan  hissələrinə  aiddir.  Baharlmm  verdiyi  məlumata  göro  Şuşanın 
Çuxur adlanan birinci hissəsi Pənahəli xanm dövründə, Yuxan  adlanan 
ikinci  hissəsi  İbrahimxəlilxəlil  xanın  dövründə,  üçüuncü  hissəsi  isə 
xanlıq  ruslar  tərəlmdən  işğal  edüdikdən  sonra  tikilmişdir  [15,  s.  276  ]. 
Baharlı XIX  əsrin  əvvəlbrində  Şuşada  17  məhəllənin  olduğunu  yazırdı 
[Qurdlar,  Seyidli,  Culfalar,  Quyuluq,  Çuxur,  Dördlər  qurdu,  Hacı 
Yusitli,  Dörd  çinar,  Çöl  qala,  Mərdinli,  Saatlı,  Köçəri,  Mamayı,  Xoca 
Mərcanlı,  Dəmirçi,  Ilam am   qabağı  və Təzə  ].  [15,  s.  276  ].  Göründüyü 
kimi  məhəllə  adlannın  bəzisi  sakinlərin  köçüb  gəldiyi  yerlərin  adı  ilə, 
bəziləri  sakinlərin  məşğuliyyət  növü  ilə,  bəziləri  də  məhəlblərin 
topoqrafik  mövqeləri  ilə  bağlı  olmuşdur.  Bu  məhəllələrdə  şəhər 
sakinləri  ilə  yanaşı  bir  sıra  kənd  sakinləri  də  daimi  yaşayırdılar.  Bu 
sakinlər  mənsub  olduqları  kəndlərin  icmaları  ilə  birlikdə  vergi  və 
mükəlləfiyyətbrini  ödəyirdibr.  Eyni  zamanda  xan  qonaqlannı  qəbul 
edib,  qonaqlan  və  atlarını  yedizdirmək  mükəlbfiyyətini  yerinə  yetirir, 
təbb olunduqda lazımi qədər işçi qüvvəsi, qoşqu verir, xan üçün binalar 
tikilərkən şəhərlilərb birlikdə materiala yardım edirdilər.
Tikintilərin  çoxu  alçaq  və  bəsit  görkəmli  idi.  Qazma  və  «qara- 
damlara»  tez-tez  rast  gəlmək  olurdu.  Bəylərin,  digər varhların və xanın 
evbri isə hündür və yaraşıqh idibr.
§  4.  Sənətkarhq
Sənaye-kustar  istehsalı  kənd  təsərrüfatı  ilə  müqayisədə  təsərrüfat 
həyatmda mühüm yer tutmurdu.  Sənətkar -  kustar sənayesi demək  olar 
ki, tamamilə əkinçilikb bağlı idi və nadir hallar istisna olmaqla yardım- 
çı səciyyə daşıyıırdı.
Kəndli  aibsi  özünün  o  qədər  də  mürəkkəb  olmayan  təsərrüfatı 
çərçivəsində  yalmz  əkinçilik və  maldarlıqla  deyil,  həm  də  göstərilən  sa- 
hələrdən əldə edibn məhsullarm emalı  ilə məşğul idi.  Bu  hər şeydən əv- 
vəl kəndin əsas ticarət mərkəzbrindən uzaqlığı, rahat yollann olmaması 
və əhalinin təsərrüfat həyatmm qapalı səciyyə daşıması ilə əlaqədar idi.
Xammal  ehtiyatmm  bolluğu  sənətkarhğm  inkişafina  müsbət  tə- 
sir  göstərirdi.  İlin  müəyyən  fəsilbrində  kəndlinin  əkinçiliklə  məşğul  ola 
bilməməsi  də  onun  ev  sənayesi  ilə  məşğul  olmasma  şərait  yaradırdı. 
Kəndli qış mövsümündə müxtəlif ev peşələri ib  məşğul  olurdu.  Evdə is- 
tehsal olunan məhsullar əsasən kəndlibrin öz təbbatlarm ın ödənilməsi-
75

nə  yönəlmişdi.  Hər  bir  ailə  öz  tələbatmı  ödəmok  üçün zəruri  olan  məh- 
sullarm demək olar ki, hamısını istehsal edirdi.
Peşəkar  sənaye  fəaliyyətinin  birinci  forması  sənətkar  və  kustar 
sənayesi sayılır.  Sənətkarlığm  fərqləndirici xüsusiyyəti  sifarişlə  işləmək, 
kustar sənayesinin fərqləndirici cəhəti isə azad bazar üçün işləməkdir.
Ticarət mərkəzlərindən təcrid olunmaq, əlverişli nəqliyyat yolla- 
rınm  olması  bilavasitə  yerlərdə  ev  və  sənətkarlıq  -  kustar  sənayesinin 
inkişafını zəruri edirdi.  Xanlığm xammal məmulatlarmın bolluğu da bu 
sahələrin  inkişafına  şərait  yaradırdı.  Aztorpaqlılıq  və  ilin  fəsillərindon 
asılı  olaraq  əməyin  təbii  şərtlərinin  dəyişməsi  ev  və  sənaye-kustar  sə- 
nayesiııin inkişafına  təsir edən  amillərdən idi.  Az  miqdarda  məhsulunu 
toplayıb,  kiçik  torpaq  sahəsini  səpən  kəndlinin  ev  istehsalı  ilə  məşğul 
olmaq imkanı olurdu.
Xüsusən qışda  kəndlibr  demək olar  ki,  tamamilə bekar  olurdu- 
lar.  Hər  bir  aib  öz  istehlakı  üçün  zəruri  olan  demək  olar  bütün  şeybri 
istehsal  edirdi.  Kəndli  çörək  bişirir,  ipək  sarıyır,  yunu  darayır,  əyirir, 
rəngləyir,  kətan  və  yun  parça  toxuyur,  paltar  tikir,  gön  aşılayır,  lazım 
gəldikdə  əl  dəyirmanında  taxıl  üyüdür,  bina  tikir  və  təmir  edir,  əmək 
alətbri  hazırlayır,  bir  sıra  hallarda  dulusçuluq,  dülgərlik və  dəmirçilik 
işləri  yerinə  yetirirdi.  Xanlığın  kəndbrində  misgər,  boyaqçı,  silahsaz, 
bənna,  dəmirçi,  dabbaq,  dulusçu  və  başqa  sənətkarların  olmaları  haq- 
qında məlumat var.
Xanlıqda toxuculuq geniş  yayılmişdı.  Demək olar ki,  hər bir ai- 
lədə  bəsit  əyirici və toxucu  dəzgah  vardı.  Toxuculuq  məhsulları  başlıca 
olaraq  aibnin  öz  təsərrüfat  -   məişət  tələbatmı  ödəməyə  sərf olunurdu. 
Xanlığııı demək  olar  ki,  bütün kəndlərində  xalça,  palaz,  cecim,  məfrəş, 
yun parçalar, xurcun,  çuval və s.  toxunur, yun ayaqqabı,  palan və s.  is- 
tehsal edirdilər.
Əyiricilik  və  toxuculuqla  qadmlar  məşğul  olurdu.  1832-ci  il  mə- 
lumatma  görə  kəndbrdə  500  nəfər  ipək  parça  toxumaqla,  1200  nəfər 
bez  toxumaqla  məşğul  olurdu  [168,  s.  61  ].  Qadınlar  zərbaft  işi  də 
görürdülər.  Məxmər, ipək parçalarm üzərində qızıl saplarla bəzəyirdibr. 
Məhsulların bir hissəsi mübadilə üçün çıxarilırdı.
Ev  və  sənətkar  kustar  sənayesinin  çox  mühüm  sahəsi  xalçaçılıq 
idi.  Şəkillərinin  gözəlliyinə,  boyasma  görə  Qarabağ  xalçası  xanlıq 
hüdudlarından  çox  -  çox  uzaqlarda  məşhur  idi.  Xalçanı  öz  ehtiyacı, 
satış  üçün  eləcə  də  qızlara  cehiz  vermək  üçün  toxuyurdular.  Xalçanı 
adətən iş arası fasiblərdə toxuyurdular.
Boyaçıhq  inkişaf  etmişdi.  Boyanı  müxtəlif  təbii  bitkibri 
qaynatmaq yolu ilə əldə edirdilər.
76
Xanlığm  ayrı-ayrı  kəndbrində  misgəıiər,  daşyonanlar  vardı, 
hərbi  sursat  -  odlu  və  soyuq  silahlar  hazırlanırdı.  Tüfəng  və  tapança 
lülələrinin  hazırlanması  ilə  Çaraberddə  bir  usta,  tüfəng  üçün  xəznə 
hazırlamaqla  Vəng və  İşimkirt  kəndbrinin  hər  birində  bir  usta  məşğul 
olurdu [168,  s. 62 ].
Kəndbrdə həmçinin təsərıüfat  abtləri - dəryaz, oraq,  bel, balta, 
bıçaq,  nal,  mıx  və  s.  hazırlanırdı.  Dabbaqhq  mühüm  əhəmiyyətə  malik 
idi.  Camış,  öküz,  inək  dərisindən  ayaqqabı  hazırlanmasmda,  qoyun 
dərisindən  isə  papaq,  kürk  və  s.  hazırlanmasında  istifadə  edirdilər. 
Dabbaqlıq  emalatxanalarmdan  biri  Vərəndə  məlikliyində  yeıiəşirdi.  3 
işçisi olan bu müəssisədə ildə  150 dəri emal olunurdu.
Dulusçuluq  ən  qədim  zamanlardan  yayılmış  sənət  növü  idi. 
Sakinbr  gildən  süd,  yağ,  şərab, 
su
  və  s.  məhsullan  saxlamaq  üçün 
bardaqlar  və  s.  qablar  hazııiayırdılar.  Gildən  çıraqlar  da  hazuiamıdı. 
Saxsı məlumatı  bəsit, bədii cəhətdən zəif idi, yaxşı bişirilmirdi.
Xanlıqda  ağac  emalı  sənəti  geniş  yayılmışdı.  Meşəbrin  bolluğu 
bu  sənətin  inkişafına  şərait  yaradırdı.  Ağacdan  ev  və  təsərrüfat 
ehtiyacları  üçün  zəruri  olan  vəllər,  cəhrə,  bel,  kürək  və  s.  hazırlanırdı. 
Göyrüşdə sürtünmə yolu ilə od almaq üçün alət hazuianırdı.
Əgər  qadınlar  toxuculuqla  məşğul  olurdularsa,  kişilər  ağac 
zənbillərin,  ağac  hasaıiar  və  şəbəkəbrin  hörülməsi,  samanlıqların 
hazııianması ib  məşğul olurdular.
Ağacdan  başlıca  olaraq,  əlbəttə,  mənzillərin  qızdınlması  üçün 
istifadə  olunurdu.  Kəndlilər  xüsusi  çalalarda  kömür  hazııiayaraq 
kömür ehtiyatı yaradırdılar.  Kömürü satış üçün də istehsal edirdilər.
Xanlıqda 470-dən çox işləyən su dəyirmanı vardı.  Yay və qış ay- 
larmda  su  olmadığından dəyirmanlar  işləmirdi,  buna  görə yaz və  payız 
aylarında  un ehtiyatı  yaratmaq lazım  idi.  Taxılı üyütmək əvəzində dəy- 
irman sahibi unun 1/20 hissəsini alırdı [168,  s. 63  ].
Dəyirman  daşı  və  qəbirüstü  daşlarm  işlənməsi  ib   Xaçın  maha- 
lında Dovşanlı, Vəng və Bazarkənd kəııdbrindən 30 nəfərdən çox adam 
məşğul olurdu.  Daş  karxanaları  kılsəyə məxsus  olduğu  üçün hazır daş- 
larm beşdə bir hissəsini kilsəyə verirdilər [168,  s.  63  ].
Xaıılıqda  10  bəzirxana  vardı  və  sahibləri  burada  alınan  yağın 
1/20-ni alırdılar.
Xanlığın  iqtisadiyyatında  şərabçılığm da  özünəməxsus  yeri var- 
dı.  Şərabçılıqla yalnız xristianlar məşğul  oluıdu.  Müsəlmanlar üzümdən 
bəhməz  hazırlayırdılar.  1832-ci  ildə  Qarabağda  70.000  vedrə  şərab. 
3.400 vedrə araq, 4 800 pud bəhməz istehsal olunmuşdu.
Sabunbişirmə  də  az  əhəmiyyət  kəsb  etmirdi.  Sabunbişirmə  ilə 
kəndbrdə  qadınlar  məşğul  olurdular.  Sabun  istehsalı  əsasən  natural
77

səciyya daşıyırdı və nadir  hallarda mübadilə üçün çıxarıhrdı.  Sabun ha- 
zırlanması  üçün  başlıca  xammal  buynuzlu  mal-qaranm  və  donuzlarm 
piyi,  l'ıstıq  torpası  və  «qaraqan»  adlı  sabun daşı  idi.  Karaqandan,  əhə- 
ngdan və  sudan  məhlul  hazırlanır,  6-8  gün  sonra  bu  məhlul  bişirilirdi. 
Sabunu çuqun qazanlarda bişirirdibr 1168, s.  63 ].
Xanlığın  ən  böyük  sənətkarlıq  -  kustar  sənayesi mərkəzi  Şuşa  şə- 
həri idı.  Burada yüzbrlə sənətkar çahşırdı.
Şuşada  xalçaçıhq  tərəqqi  etmişdi.  Şuşa  xalçaları  öz  gözəlliyi  və 
keyfıyyətinə görə ad çıxarmışdı.  Xalçaları adətən azad  satış üçün, nadir 
hallarda sifariş əsasında toxuyurdular.
Şuşada ipək  parçalar  toxunması da inkişaf etmişdi.  XIX əsrüı əv- 
vəlbrinə  aid  mənbəbrin birində Şuşada ipək  toxumaq üçün 42, pambıq 
parçalar  toxumaq  üçün  isə  28  toxuculuq  müəssisəsinin  yerləşdiyi  qeyd 
olunur  J173.1,  s.  311-312  ].  1832-ci  ildə  Şuşada  cəmi  132  dəzgahı  olan 
42 ipək  parça  toxuyan müəssisə vardı.  Həmin müəssisəbrdə 324 toxucu 
işləyirdi.  Bu  müəssisəbrdə  şallar,  dama-dama  çadralar,  «kassana»  adh 
Iqırmızı  parça  ].  toxunurdu.  Kassanadan  köynək  və  şalvar  tikirdibr. 
1829  cu  ildə  şəhərdə  740  şal,  6100  kassana  və  360  parça  istehsal 
olunmuşdu [168, s. 63  ].
İpəyin  açılması  və  sarmması  üçün  Şuşada  16  nəfərin  işbdiyi  7 
kəbfaçan  emalatxana  vardı.  İpəksarıyan  və  digər  emalatxanalardan 
«karxana xərci»  adlı vergi toplanırdı [94, s. 77 ].
Şuşa  şəhərində  yun  saplar  və  corablar  da  toxunurdu.  Bu  məh- 
suüarm  bir hissəsi Tiflisə ixıac  olunurdu. Papaqçılıq da inkişaf etmişdi. 
Papağı Buxara, Şiraz və yerli qoyun dəribrindən hazırlayırdılar 
Buxara və  Şiraz dərisindən  hazırlanmış papaqlar daha baha qiymətbn- 
dirilirdi [168,  s.  65  ].
XVIII  əsrin  sonu  -  XIX  əsrin  əvvəlbrində  Şuşada  və  onun 
əirafmdakı  kəndbrdə  pambıq  parçalar  toxumaq  üçün  1000  dəzgah 
oldugu  haqqında  məlumat  var.  Sonrakı  20-30  il  ərzində  həmin 
müəsssələrin  sayı  kəskin  surətdə  azalaraq  80-ə  enmişdi  [173.2,  s.  312  ]. 
Müharibəbr  pambıq  parça  istehsahnm  yalnız  kəmiyyətinə  deyil,  həm 
də keyfıyyətinə mənfı təsir göstərmişdi.
Pambıq  paıçalardan  Şuşada  yalnız  bez  parça  hazırlamrdı.  80 
dəzgaha  malik  28  bez  toxüyan müəssisə  fəaliyyət  göstərirdi.  İldə 80 000 
xan  arşmı  [təqribən  12000  rus  arşım  ].  uzunluğunda  bez  toxunurdu 
[168,  s.  65  ].  Həmin  dövrə  aid  mənbədə  göstərilir  ki,  Şuşada  hər  il  hər 
birinin  10  xan  arşmı  uzunluğu  və  5  qarış  eni  olan  8  min  bez  istehsal 
olunurdu [173.1, s. 312 ].
İpək,  yun  və  pambıq  parçalan  boyamaq  üçün  Şuşada  6  nəfərin 
çalışdığı  3  boyaqxana  fəaliyyət  göstərirdi.  Boyaqxanalarm  biri  xanm
78
oğlu 
Cəfərqulu 
ağaya 
məxsus 
idi. 
Rəqabət 
olmasm 
deyə 
boyaqxanalarm  birində  yalnız  göy,  digər  ikisində 
iscı  göy
  istisna 
olmaqla digər rəngbrb boyayırdılar [155.1, s. 41;  168  s. 65 ].
Boyaq  bitkilərinin  bolluğu  boyaqçıhğm  inkişali  üçün  şərait 
yaradırdı.  Xanlığın  ərazisində  qırmızı  rəng  almaq  üçün  istifadə  olunan 
biyan kökü  [marcna ].  xüsusilə çox idi.  XIX əsrin əwəilərində xanhqda 
hər  il  10  min  puda  qədər  biyan  kökü  istehsal  olunması  haqqında 
məlumat var.
Şuşa  həm  də  gön-dəri  məmulatları  istehsalının  mühüm 
mərkəzlərindən  biri  idi.  Xanlıqda  maldarlığın  geniş  yayılması  sənətııı 
bu  sahəsini  xammalla  təmm  etməyə  imkan  verirdi.  Oküz,  inək,  dana 
dərisindən  ayaqqabı,  qoyun  dərisiııdən  papaq,  kürk  və  s.  hazırlamaq 
üçün istifadə edilirdi.
Şuşada 40 nəfərin çalışdığı  19 gön-dəri dabbaqxanası vardı.  İldə 
orta  hesabla  2  min  ayaqqabıaltı  hazırlamr,  1400  keçi,  1600  qoyun 
dərisi,  emal  olunurdu  [168,  s.  65  ].  Ümumiyyətb  ildə  35  min  ədəddən 
çox  dəri  məmulatı  istehsal  edilirdi.  Yəhərqayırma  işi  də  yaxşı  inkişaf 
etmişdi.  Gön  dəri  emalı  ilə  məşğul  olanlar  Təbriz  dabbaqlarımn 
rəqabəti ilə üzbşirdilər.
Şuşada  bir  kustar  tipli  sabunbişirmə  zavodu  vardı  [173.2,  s.
313].
Şuşa  şəhərində  22  nəfərin  çahşdığı  2  kərpic  zavodu  fəaliyyət 
göstərirdi.  Şəhərdə barıt da hazırlamrdı [168,  s.  65  ].
Ticarətin  inkişafı  və  iri  feodallarm  istehlak  təbbatı  zinət 
əşyalarımn  istehsalmm  inkişafma  və  təkmilbşməsinə  şərait  yaradırdı. 
Zərgərlərin  qızıl  və  gümüşdən  hazırladıqları  qolbaqlar,  boyunbağıiar, 
sırğalar, kəmərlər, sancaqlar və s.  aheım valeh edirdi.
Şəhərdə 74 nəfər xırda  ticarətb məşğul olurdu [168, s.  65 ].
Adları  çəkibnbrdən  savayı  Şuşada  daha  bir  sıra  sənətkar  -  
kustar istehsalı növləri ilə məşğu]  olurdular.
Xanlığm  ərazisində çoxlu  yeraltı  sərvətlər  olsa  da  onlarm  çoxu 
öyrənilməmiş və əhaliyə məlum deyildi.  Faydalı  qazıntılardan mis  fılizi, 
əhəngdaşı, dəyirman daşları üçün istifadə  olunan  daşlar,  saxsı  üçün gil, 
qılınc  və  xəncərİəriıı  bəzədilməsində  istifadə  olunan  kvars  məlum  idi. 
Şuşanm  cənub-qərb  istiqamətində,  160  verstliyində  Oxçu  kəndinin 
yanında  sakinbr  uzaq  keçmişlərdən  dəmir  tilizi  çıxarırdılar.  1823-cü 
üdə  rus  geoloqu  Krıjanovski  burada  çıxan  filizi  tədqiq edib  tərkibinin 
qranit,  qneys  [qədim  metamorflk  süxur  ].,  əhəngdaşı,  bazalt  və 
kvarsdan  ibarət  olduğunu  müəyyənləşdirmişdi.  Oxçu  filizi  boz  dəmir 
daş  olub  bir  pudunda  17  funt  çuqun  vardı.  Krıjanovski  Şuşa  şəhərin- 
dən  400  sajenlik  məsafədə  də  18  sajenlik  əhəng  təbəqənin  altmda  iki
79

dəmir iılizi təbəqəsi tapmışdı.  Bir təbəqənin  1  pud  filizində 20, digər tə- 
bəqənin  1  pudıında  isə  18  funt  çuqun  var  idi.  Hər  təbəqənin  1  !4  arşın 
və dahə çox qalmlığı vardı [122.3  ].
Xanlıqda  bir qədər acı tamı olan göl duzu hasil olunurdu.  İri 
buynuzlu mal-qara,  atlar, qoyunlar üçün və balıq duzlamaq üçün Na- 
xçıvan duzunlan tam istifadə olunnrdu [168, s. 66 ].
Sənətkar  -  kustar  istehsalmm  texnika  və  istehsal  alətləri 
bütövlükdə aşağı  səviyyədə idi.  Ə1 əməyinə əsaslanan hədsiz bəsit texni- 
ka  hər  bir  sənətkardan  yüksək  ustalıq  tələb  edirdi.  Əmək  məhsuldar- 
lığmın  yüksəldilməsi  istehsal  texnikasının  təkmilləşdirilməsi  yolu  ilə 
deyil, əməyin intensivləşdirilməsi yolu  ilə əldə edilirdi.  Buna görə də sə- 
nətkarlıqda yalnız əl əməyindən istifadə olunurdu.
Şuşa  şəhərindəki  sənətkar-kustar  emalatxanaları  kiçik  idilər. 
Əmək  məhsuldarhğı  aşağı,  istehsal  texnikası  bəsit  idi.  Çalışanlarm sayı
3-5  nəfər  olurdu.  İpək  toxuculuğu,  pambıq-parça  toxuculuğu,  dabbaq- 
xanalarda,  kərpic və sabunbişirmə zavodiarmda muzdlu  fəhlələr işləyir, 
onlar muzdu ya  natura, ya da pul ilə alırdılar [168,  s.  68 ].
Şəhər  sənayesinin  təsiri  ilə  kənd  yerlərində,  xüsusən  Şuşanın ət- 
rafmda əmtəə-pul  münasibətlərinin müəyyən canlanması hiss  olunurdu. 
Kənd  təsərrüfatmda əmtəə  istehsalının  artması qismən  münyyən  sənaye 
ənıəyi növlərinin [sərraclıq,  yəhərqayırma və  s.  ].  ixtisarı hesabma olur- 
du [168,  s.  68 ].
Qarabağ xanlığmm təsərrüfat ukladı  bütövlükdə natural səciyyə 
daşıyırdı.  Kənd yerlərində sənət əsasən əkinçiliyin yardımçı sahəsi idi.
Xanlığın və  Şuşa  şəhərinin  yaranması  mütərəqqi  hadisə  idi.  Şə- 
hərin yaranması ilə ictimai əmək bölgüsü gücləndi, yeni iqtısadi qüvvə - 
əmtəə istehsah meydana çıxdı.
Şəhərdə  əmtəə  istehsahnm  genişlənməsi əmtəə-pul  münasibətlə- 
rinin  kəndə,  xüsusən  Şuşanm  ətraflarına  sirayət  etməsinə  səbəb  oldu. 
Lakin şəhər  sənayesi  əmtəə-pul  münasibətlərini  xanlıqda  eninə  və  dəri- 
ninə  inkişaf  etdirə  bilmədi.  Şuşa  Qarabağ  xanlığmda  yeganə  sənaye 
mərkəzi olaraq qalırdı.
Şəhərin nisbətən tez  inkişafı, şəhərdə sənətkar - kustar  istehsah- 
nın  və  ticarətin  genişlənməsi  kənddə  hökm  sürən  ətalətlə  təzad  təşkil 
edirdi.
Şuşada  muzdla  işləmə,  sənətkarların muzdla  işləməsi halları  da 
müşahidə olunurdu.
Qarabağ  xanlığmda  ipək  parçalarm  hazırlanması  ilə  məşğul 
olanların  sayı  500  nəfərə  çatırdı.  Ləmbəran  və  Ağcabədidə  ipəkçilik 
xüsusilə  inkişaf etmişdi.  İpəkdən  yorğan üzü,  köynək,  şalvar  və  s.  tiki- 
lirdi.  Cənubi  Azərbaycandan,  xüsusən  Qaradağdan  bura  toxucular  gə-
80
lirdilər.  Xanlıqda  bez  də  toxunurdu.  Toxucuların  sayı  1200  nəl'ərə  ça- 
tırdı.  Yundan  müxtəlif məmulatlar  -   xalça,  palaz,  çul,  keçə,  adi  palaz 
hazırlanırdı.  Orta ölçülü xalçanm  biri  10-14  manata,  adi  palaz 4-5  nva- 
nata, naxışlı palaz  14 manata, naxışlı çul 6-8 manata,  alaçıq gecəsi 2080 
manata satılırdı [173.2, s. 299-300 ].
Çiləbord  mahalmda  silalıqayırma  ilə  məşğul  olurdular.  Onlar 
silah  lülələri  hazırlayırdılar.  Burada  3-4  fəhləsi  olan  emalatxanalar  da 
var  idi.  Vəng və  Şeşpara  kəndlərində  iki  usta  silah  çaxmağı  düzəldirdi 
[173.2,  s.  299-300 ].  Xanhqda  15  fəhlə  işləyən 7 ipəksarıyan emalatxana 
mövcud  idi.  Pambıqdan  bez  toxunması  da  geniş  yayılmışdı.  Burada  80 
bez toxuyan dəzgah ilə ildə uzunluğu  10  xan arşmı və eni 7 qarış  olan 8 
min ədəd bez parça toxunurdu [173.2,  s.  312 ].
19 
dabbaq  emalatxanasında  40  fəhlə  çahşırdı.  Bu  emalatxana- 
larda ildə 2000  ayaqqabı altı üçün gön,  1600 qoyun,  1400 keçi dərisi aşı- 
lanırdı [173.2,  s.  312-313 ].
Xanlıqda  tikinti ilə bağlı sənətlər çox inkişaf etmişdi.  Bu  təsadü-
11  deyildi.  Çünki  xanlar  yalnız  müdalıə  tikilibrinin  deyil,  həmçinin  icti- 
mai  binalarm  və  digər  mülki  tikuilibrin  də  inşasına  xüsusi  diqqət  yeti- 
rirdibr.  Şuşa,  Bayat,  Şahbulağı,  Əsgəran  qalaları  ilə  yanaşı  məscidlər 
və güııbəzlər də tikilmişdi.  1768-1769-cu ildə Şuşada  böyük  Cümə məsc- 
idi  inşa  olunmuşdu.  Sonralar  XIX  əsrdə  Mehdiqulu  xanm qızı  Gövhər 
ağa  onu  təmir  etdirib,  daha  gözəl  şəklə  saldırmışdı.  Xəzinə  dərəsində 
imarət və otaqlar tikilmişdi [mağaramn içərisi daş və əhənglə tikilmişdir 
]..  Oranın  yalnız  bircə  yolu  vardı.  Şuşa  qalasımn  bir  ağaclığmda  Xaıı 
bağında möhtəşəm binalar  inşa olunmuş, Ağdam bağımn hasarı, Pona- 
həli  xan  və  övladlarmm  qəbirlərinin  üstündə  uca  günbəzbr  tikilmişdı 
[59,  s.  143 ].
Pənahəli xanın və  övladlarmın  qəbirbri üstiində  üç  uca  gümbəz 
inşa  olunmuşdu.  Burada  Pənahəli  xanm  atası  İbrahimxəlilxəlil  ağanm 
qədimi  ocaq  evi  vardı,  yonma  daş  və  tağbəndi  vardı.  Ağa  Məhəmməd 
Qacarm hücumu zamanı  günbəzlər dağıdılmışdı.  Sonra  Mehdiqulu xan 
bərpa etdirmişdi.  O,  bir ehsan bağı da saldırmış,  hasar və buzxana inşa 
etdirmişdi.  Bunlar  Məqbərəyə vəqf olunmuşdular.  Tarixçinin yazdığma 
görə  buzxanadan  min  yük  buz  ehsan  kimi  ətrafda  yaşayan  elatlara  və 
digər əhaliyə verilirdi [56,  s. 200 ].
İbrahimxəlilxəlil  xan  Şuşanm  bir  ağac  məsafəsində  Xan  bağı 
admı  almış  bağ  saldırmışdı.  Burada  bağlar və  tövbbr,  buzxana  və dəy- 
irmanlar vardı [56, s.  201  ].
Xanhqda  tətbiq  olunan  iltizam  sistemi  sənətkarlıq  və  ticarətin 
inkişafma  ciddi  mane  olurdu.  Xan  vergi  yığmaq  hüqqunu  vergiııin 
ümumi  məbləğini  əvvəlcədən  ödəyən  iltizamçılara  satırdı.  İltizamçüar
81

ilüzaın müddəti qurtaranadək tacirbr və sənətkarlardan xana verdikbri 
məbləğdən  xeyli  artıq  pul  toplamağa  səy  göstərirdibr.  İpəkdən  topla- 
nan  mizan  vergisi  də  iltizama  verilirdi.  Ipək,  yun,  pambıq  parçaların, 
sapm  tünd  yaşıi  və  mavi  rəngdə  boyanmasma  iltizamçı  icazə  verməli 
idi. 
İltizamçıdan  başqa  heç  kimin  sabun,  dəri,  qızıl  boya  satmaq 
hüququ  yox idi.  Təbii qızıl boya da iltizamçımn nəzarəti altında idi [22, 
s.  2-3 ].
Adətən ustalarm köməkçibri və  şagirdbri olurdu.  Şagird  lıamı- 
dan  tez  emalatxanaya  gəlməli,  onu  yığışdınb  təmizləməli,  usta  gəbnə 
kimi emalatxananı  tam hazır vəziyyətə salmalı,  ustanm arvadı ilə  baza- 
ra  getməli,  ustanm  ev  və  həyətinin  səliqə-sahmanına  baxmalı,  mal- 
qaranı  naxıra  ötürməli,  tövləni  təmizləməli,  ev  heyvanları  və  quşlarmı 
yembməli,  odun yarmaiı, çörək  bişirildikdə kömək etməli və s.  işləri ye- 
rinə yetirməli idi.
Dərzi,  başmaqçı  və  başqa  bu  kimi  nisbətən  yüngül  peş.ələr  üzrə 
şagiıdliyə  9-13  yaşlı  uşaqlar,  dəmirçilik,  dabbaqlıq,  xamutçuluq  və  bu 
kimi daha  çox  fiziki qüvvə  tələb  edən sənət  sahələrinə  şagirdliyə  isə  16- 
18  yaşh yeniyetməbr qəbul otunurdular.  Şagirdlik sənət salıəsindən ası- 
lı  olaraq  dörd  və dahə çox  il  davam  edə  bibrdi.  Şagirdlik  müddəti  bit- 
miş  uşağı  usta  köməkçisi  vəzifəsinə  keçirirdilər.  Köməkçi  öz  ustasının 
yamnda  qalmaq  istəməsə,  başqasmm yanına keçə bilərdi.  Usta kömək- 
çisinə  o zaman usta adı verilirdi ki,  o həmin sənət sahəsinin bütün incə- 
likbrinə yiyəbnmiş olsun.

Yüklə 10,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin