Amea a. A. Bakixanov adina tariX İnstitutu azərbaycan tarix qurum u


II  FƏSİL XANLIĞIN TƏSƏRRÜFAT HƏYATI  VƏ SOSİAL -İQTİSADİ



Yüklə 10,58 Mb.
Pdf görüntüsü
səhifə3/35
tarix31.01.2017
ölçüsü10,58 Mb.
#7210
1   2   3   4   5   6   7   8   9   ...   35
II  FƏSİL
XANLIĞIN TƏSƏRRÜFAT HƏYATI  VƏ SOSİAL -İQTİSADİ 
MÜNASİBƏTLƏR
§  1. Kənd təsərriifatının vozivyoti.
Qeyd  olutıduğu  kimi,  Qarabağ  Kür  və  Araz  çayları  arasında 
geniş  bir  ərazini  tuturdu.  Fləmin  ərazinin  bir  hissasi  -  çayların 
qovuşuğuna yaxm şərq hissəsi ovalıq, qərb hissəsi isə dağlıq idi.
Kür-Araz  ovahğmın  bir  hissəsi  olan  Qarabağ  düzü  şimal- 
qərbdən  Gəncə  -  Qazax  düzənliyi,  qərbdən  kiçik  Qafqazın  Murov  dağ 
və  Qarabağ  silsilələri,  cənubdan  və  cənub-şərqdən  Mil  düzü  ilə  əhatə 
olunur.  Şirvan  düzündən  Kür  çayı  vasitəsilə  ayrılır.  Hündüıiüyü 
dağətəyi  hissədə  500  m-  ə  qədər,  cənub-şərq  kənarmda  okean 
səviyyəsindən  aşağıdır.  Səthi  zəif  dalğavarı  və  terraslıdır,  dağətəyi 
hıssədə  relyefi  dərə  və  yarğanlıdır.  Qarabağ  düzünün  iqlimi  əsasən 
mülayim  isti  və  quru  subtropikdir.  Orta  temperatur  yanvarda  0-2 
dərəcə,  iyulda  isə  27  dərəcəyə  qədərdir.  İllik  yağıntı  az  /250  -  350  mm/ 
olsa  da  İncəçay,  Tərtər,  Xaçm,  Qarqar  və  s.  çaylarm  keçməsi  Qarabağ 
düziində  əkinçilik  üçün  əlverişli  şərait  yaradır.  Qarabağ  düzündə 
qədimdən  pambıq,  üzüm,  taxıl  və  subtropik  meyvələr  yetişdirilir, 
heyvandarlıq inkişaf etmişdir, qış  otlaqları var [10, s. 46 ].
Vulkanik  yayla  olan  Qarabağ  yaylası  Zəngəzur  və  Qarabağ 
silsilələri  arasında  Tərtər və Həkəri çaylarımn yuxarı  axarında  yerləşir. 
Okean  səviyyəsindən  orta  hündürlüyü  2000  -  2500  m-  dir.  Səthi 
dalğavaridir, çay dərələri ilə parçalanmışdır [10, s. 46 ].
Tarixi  Qarabağ  vilayətinin  mühüm  hissəsini  Kiçik  Qafqazm 
Qarabağ  və  Zəngəzur  dağ  silsilələri  təşkil  edir.  Qarabağ  silsiləsi  şimal  - 
qərbdə  Tərtər  çayınııı  dərəsi  ilə  Murovdağ  silsiləsindən,  qərbdə  isə 
Həkəri  çaymın  dərəsi  ilə  Qarabağ  yaylasından  ayrüır.  Silsilənin  qərb 
yamadarı  dik  olduğu  halda,  şərq  yamacları  Qarabağ  və  Mil  düzJərinə 
tərəf  tədricən  alçalır.  Silsilənin  cənub  -  şərq  qurtaracağı  Araz  çayma 
tarəf 
alçalaraq 
dağətəyi 
düzənliklərə 
keçir. 
Xaçın, 
Qarqar, 
Köndələnçay, Quruçay,  Qozluçay və s. çaylar Qarabağ dağ silsiləsindən 
başlayır.  Xaçınçay  və  Quruçay  Kürə,  qalan  çaylar  isə  Araza  tökülür. 
Qarqarçay  Xəlifəli  və  Daşaltı  çaylarmm  qovuşmasından  yaramr. 
Xəlifəli  Sarıqaya  dağından,  Daşaltı  isə  Sağsağan  dağmdan  başlayır 
|149.5.3  ].
Rzaqulu  bəy  Mirzə  Camal  oğlu  Qarabağm  təbiəti  barədə 
yazırdı:  «Qarabağın  dağlıq  yerləri  və  yaylaqları  Göyçə  səıiıəddindən
52
tutmuş  Ordubada  qədər  başdan  -  başa  cənnətə  bənzər  çəmənlikdir. 
Yaylaq  olmasına  baxmayaraq  burada  qışda  da  mal-qara,  qoyun,  hey- 
van saxlamaq olur.  Bu yerlər də, Qarabağ səhrasmm qışlaqları kimi çox 
səlamət  olur və qışda mal-qaraya  soyuqdan heç zərər toxunmur» [72,  s.
245  ].
Xanlığın  heyvanlar  aləmi  çox  rəngarəng  idi.  Burada  Qalqaz 
maralına,  ceyranlara,  dağ  keçilərinə  ayılara,  canavarlara,  çöl  donuzla- 
rına,  tülkülərə,  vaşaqa,  dovşanlara  rast  gəlmək  olurdu.  Quşlardan  qar- 
tal, qırqovul, qırğı geniş yayılmışdı.
Azərbaycanın  digər  xanlıqlarmda  olduğu  kimi  Qarabağ  xan- 
lığı əhalisinin də böyük əksəriyyəti kənd təsərrüfatmda çalışırdı.  Son də- 
rəcə  əlverişli  iqlim  şəraiti,  münbit  torpaqları,  Kür  və  Araz  çaylarmııı 
arasında  yerləşməsi  xanqlıqda  kənd  təsərrüfatmın inkişafma  zəmin  ya- 
radırdı.  Statistik  materialların  olmaması  xanlıqda  kənd  təsərrüfatınnı 
ayrı-ayrı  sahələrinin  inkişafı  dinamikası  haqqmda  dolğun  təsəvvür  ya- 
ratmağa  imkan vermir.  Iləm   də  əldə  olan  materiallarm  bir  qismi  xaıı- 
lığm mövcudiyyətinin son dövrünə - XIX yüzilin əvvəllərinə aiddir.
Qarabağ  xanlığı  ərazisinin  böyüklüyü  və  kənd  təsərrüfatı  üçün 
əlverişlilik  səviyyəsinə  görə  digər  xanlıqlardan  müsbət  mənada  fərqlə- 
nirdi.  Xanlıqda daim qaıia örtülmüş dağlarla yanaşı çox isli düzənliklər 
də vardı.
Kənd  təsərrüfaünın  əsas  sahələri  əkinçilik  və  maldaıiıq  idi. 
Xanlıqda, xüsusən  onun çaylara yaxın yerbriııdə suvarma qurğularınm 
mövcud olması əkinçiliyin inkişafına böyük təkan verirdi.
Rusiya  tərəlındən  işğalı zamanı  Qarabağ xanlığmm ümumi  toı- 
paq  fondu  1354000  desyatin,  [o  cümbdən  100  min  desyatini  əkinə  ya- 
rarlı  ].  təşkil  edirdi.  Əhalinin  hər  nəfərinə  təxminən  1,1  desyatin  əkin 
sahəsi düşürdü [168, s. 46 ].
Ümumi  torpaq  fonduna  nisbətdə  əkinə  yararlı  torpaqların  çox 
cüzi hissə təşkil etməsi bir sıra am ilbrb  bağlı idi.  Əvvəla, xanlıq ərazisi- 
nin əhəmiyyətli hissəsi meşələr və kolluqlaıia  örtülmüş dağlardan və sıx 
qamışlıqlarm  bürüdüyü  çöllərdən  ibarət  idi.  K əndlibr  əkin  taıialarını 
ağaclardan və kollardan təmizləməli idilər.
Əkin  sahəbrinin  azlığı,  həm  də  suvarma  suyu  çatışmadığından 
geniş  münbit  torpaq  sahəbrinin  tamamilə  istifadəsiz  qalması  ilə  bağlı 
idi.  Yüksək  məhsul  götürülməsində  torpaq  sahəsinin  böyüklüyü  və 
münbitliyindən  suvarma  suyunun  olub-olmaması  daha  çox  rol  oy- 
nayırdı.  Qarabağdan çoxlu çay axsa da  onlar dərin dərələrdən axdığın- 
dan,  kəndlilərin əkin sahələri isə hündürdə dağlarda,  dağ yamaclannda 
yerləşdiyindən  suvarma  problemə  çevrilirdi.  Ərazinin  yarğanlaıia 
örtülməsi,  torpağm  daşlı  olması  bir  çox  hallarda  kanallar  çəkilməsini
53

qeyri-raümkün  edir,  yaxud  hədsiz  böjoik  məsrəflər  tələb  edirdi.  Buna 
görə də feodallar suvarma kanalları  çəkməyə maraqh deyildilər.
Xanlığm  kəndlərində  əsasən  növbəli  əkin  sistemindən  istifadə 
edirdilər.  Yəni  torpağm  bir  hissəsi  əkildiyi  zaman  digər  hissəni  dincə 
qoyulurdu.  Dincə qoyulmuş torpaqdan biçənək və  otlaq sahəsi kimi  is- 
tifadə  edirdilər.  Daha  yaxşı  ot  bitən  sahələrdən  biçənək  kinü,  daha  pis 
ot  bitən  sahələrdən  isə  otlaq  kimi  istifadə  olunurdu.  Həkəri  çayı  dərə- 
sində  torpağı  ildə  iki  dəfə  əkirdilər.  Belə  ki,  buğda  və  arpanı  topladı- 
qdan sonra, həmin sahədən bostan, yaxud dirrik kimi istifadə edirdələr. 
Əkin  sahələrinə  heç  bir  gübrə  verilmirdi.  Yalnız  dirriklərə  və  bağlara 
gübrə verilirdi [165,  s.  299-300 ].
Dağ  yerlərində,  torpağm  küləkdən  pis  qorunduğu,  bunun  üçün 
qar örtüyündən məhrum olan yerlərdə qışda əkin donmasm deyə yalnız 
yazlıq  buğda və  arpa əkirdilər.  Çökəkliklərdə, dağlarm yamaclarmdakı 
dərin  dərələrdə  payızlıq  buğda  və  arpa,  yazlıq  darı,  pərinc  və  çovdar 
əkirdilər.  Çovdar  çox  az  yerdə  əkilirdi.  Aran  yerlərində  əsasən payızlıq 
buğda və arpa əkilirdi.  Həkəri dərəsində çəltik əkinləri və bostanlar  da- 
ha çox yayılmışdı [155,  s. 300 ].
Təbii fəlakətlər də kənd  təsərrüfatma çox pis təsir göstərirdi. Xan- 
lığın  aran  hissəsində  quraqlıq,  dağlıq  hissəsində  isə  tez-tez,  həm  də  gur 
yağışlar,  dolu  məhsulu  təhlükə  altma  qoyurdu.  Qarabağ xanlığmda ye- 
tişdirilən  başlıca  əkinçilik  məhsulları,  taxıl  məhsulları  -  buğda,  arpa, 
parinc [buğda  növü ].  idi.  Liili  bitkilər [pambıq və  kətan  ].  və  yağ  bitki- 
ləri  [küncüt  və  gənəgərçək  ].  də  yetişdirildi.  Tütün  yetişdirməsi  də 
müəyyən yer tuturdu.  İqlim şəraitinə görə buğda, arpa və kətanı başlıca 
olaraq  dağlıq  ərazilərdə  yetişdirirdilər.  Düzənlik  ərazidə  isə  çəltik, 
pambıq, tütün, küncüt və darı yetişdirilirdi.
Müharibələr,  basqınlar,  qarətlər  və  s.  kənd  təsərrüfatma  çox 
dağıdıcı  təsir  göstərirdi.  Fətəli  xan  öz  yürüşləri  zarnanı  xeyli  Qarabağ 
kəndlisini Quba xanlığmın ərazisinə köçürmüşdü.
XYIII  əsrin  sonunda  Ağa  Məhəmməd  şah  Qacarın  basqmları- 
mn  və  XIX  əsrin  əwəlində  Rusiya  işğalımn  xanlığın  iqtisadiyyatına 
böyük  zərər  yetirdiyini  nəzərə  alsaq  xanlıq  dövründə  daha  çox  taxıl 
məhsulu əldə edildiyini söybmək olar.
Əlverişli  iqlim  şəraiti  və  bərəkətli  torpaqlar  bağçılıq  və 
üzümçülüyün  inkişafma  da  əlverişlə  şəraiti  yaradırdı.  Bağçılıq  və 
üzümçülük  xanlığm Çavundur  [Çuləndər  ]., Bazarçay çayları və  onların 
qollarınm  hövzəbrində daha geniş  yayılmışdı.  Araz çayma yaxm kənd- 
lərdə  də  bağçılıq  və  üzümçülükb  məşğul  olurdular.  Xanhqda  yaşayan 
xristiaıılar  ildə  70000 vedrə  şərab  və  3400  vedrə  araq  istehsal  edirdilər. 
Xanlıqda  3080 üzüm, yüzdən artıq meyvə bağı vardı [173.1, s. 296-297  ].
54
Xanlıqda  başhca  istehsal  sahələrindən  biri  olmasa da hər  halda 
baramaçılıq  və  ipəkçilik  də  yayılmışdı.  Baramaçılıqla  Meqri,  Güney, 
Çavundur,  Bərgüşad,  Dizaq,  Cəbrayıl,  Arazbar,  Yərənd,  Otuziki,  Kə- 
birli,  Cavanşir,  İyirmidörd,  Çiləbörd  mahallannda  məşğul  olurdular. 
Lazımi qədər  barama qurdu  ilə  təchiz  olunmuş  hər  tut  bağı  ildə  6  bat- 
man, bəzən isə dörd və daha az - iki batman barama verirdi.  XIX yüzil- 
liyin əwəllərində xanlıq ərazisində iki yüzə qədər tut  bağı var idi və orta 
illik barama məhsulu  1700 puda bərabər idi [173.1, s.  295 ]. Xanlıqda az 
olsa pambıq becərilirdi.  Meqri mahalında daha çox pambıq becərilirdi.
Xanlığın  iqtisadiyyatmda  üzümlükbr,  bostanlar  mühüm  yer 
tuturdu.  İri miqyasda əkinçiliklə xanın özü və iri feodallar məşğul  olur- 
dular.  İbrahimxəlil  xanm  yalmz  Hindarxda  26  tut  bağı  vardı.  Doyran 
kəndində yalnız Cəfərqulu  ağamn 12 tut bağı vardı.
Bağ və bostançılığııı inkişafına bir tərəfdən təsərrüfatm qapalı 
xarakteri,  digər  tərəfdən  də  aztorpaqlıhq,  su  çatışmazlığı  mane  ohırdıı. 
Xanhqda  100-ə  qədər  iri  bağ  vardı;  onların  çoxu  düzənlik  bölgədə  yer- 
bşirdi.  Bağlarda armud, tut, ərik, şaftalı,  nar, heyva, əncir, gilas, albalı, 
alma, zoğal, qoz, gavalı, alça yetişdirilirdi.  Meyvəbri təzə-təzə yeyir, bir 
çoxunu  qurudurdular.  Zoğalın tumuııu  çıxarıb  axta  hazırlayırdılar.  Al- 
çadan  lavaşana  və  s.  hazıılayırdılar.  Bostanlarda  qarpız,  yemiş,  xiyar, 
boram, qarğıdalı, günəbaxan,  noxud,  bibər,  soğan, sanmsaq və s.  yetiş- 
dirilirdi.  Ildə təxminən 200-220 desyatin sahədə bostan salımrdı.
Böyük meyvə bağları xana,  bəylərə və məlikbrə məxsus idi.  Təkcə 
Ağdamda  xamn  7  bağı  [Güllü  bağ,  Ərikli  bağ,  Kətan  bağı,  Çirayuqi 
bağı,  Bala  bağ,  Barlı  bağ və Narlı  bağ ].  vardı.  Sonuncu  iki  bağ  istisna 
olmaqla  qalan  bağları  xan  icarəyə  verirdi.  Belə  ki,  1822-ci  ildə  Güllü- 
bağın üzümü üçün  800,  tut  meyvəsi üçün  200  man,  Ərikli  bağ üçün  200 
man.  Kətanbağ  üçün  800  man.,  Çirayuqi  bağı  üçün  900  man.,  Balabağ 
üçün  380  man.  icarə  haqqı  alınmışdı.  İcarə  haqqının  adətən  dörddə  bir 
hissəsi [yalnız Güllübağda üçdə  biri ].  bağbana  verilirdi.  Xanlarm  səbf- 
lərinin dəfn olunduqları Barlı  bağ və Narlı bağı Pənahəli xanm vəsiyyə- 
tinə  əsasən  satmaq  və  icarəyə  vermək  olmazdı.  Barlı  bağda  xanlığm  8 
otaqlı  və  hamamı  olan  yaraşıqlı  imarəti  vardı  [168,  s.  51  ].  Barlı  bağın 
barı  xeyrat  olunmuşdu  və  əhaliyə  pulsuz  paylamrdv.  Bağmanlar 
kəndində  də  xanın  böyük  meyvə  bağları  vardı.  Kənd  sakinləri  bu 
bağlara  qulluq  etməli  və  qorumalı  idilər.  Barlı  bağ  vaxtilə  Pənahəli 
xanın  atası  İbrahimxəlilxəlil  ağa  tərəfindən  salınmış,  Pənahəli  xan  isə 
burada  xan  sarayı  inşa  etdirmişdi.  Xan  ailəsinin  bütün  vəfat  etmiş 
üzvləri  burada  dəfn  olunmuşdular  və  Pənahəli  xanın  vəsiyyətinə  görə 
bu yer nə satıla, nə də icarəyə verib bilərdi.
55

Bağmanlar  kəndində  çoxdan  salııımış  2,  yeni  salınmış  1 
meyvə  bağı,  1  tut  bağı  vardı.  Buradakı  bağlar  hcç  vaxt  icarnyn 
verilmirdi,  çünki Şuşaya  yaxm  olduqlarmdan onların meyvəsindən  xan 
ailəsi  istifadə  edirdi.  Bu  kənddə xanm  hamamı  olan  20  otaqlı  yaraşıqlı 
imarəti,  buzxanası və  ayrı tikilibri vardı.  Kəndın sakinləri heç  bir vergi 
ödəmir,  əvəzində  xamn  bağlarma  qulluq  edirdilər  [175,  v.  209-222  J. 
Bağmanlar  kəndində  xan  sarayı,  at  tövləsi,  hamam  və  s.  inşa 
olunmuşdu.  Ağdamdakı  bir  sıra  xan  bağları  Mehdiqulu  xan tərəfmdən 
müxtəlif şəxsbrə,  məs.  Təzəbağ  gen.  Mədətovun  anasma,  heç  bir  adı 
olmayan  bağ  isə İbrahimxəlil  xanm və  Mehdiqulu  xanm  yanmda  vəzir 
vəzifəsində  çahşmış  Xəlil  bəyə,  Hüseyn  bağı  Seyid  Məhəmmədə,  yenə 
adsız  bir  bağ  Əsəd  bəyə  bağışlanmışdı.  Feodallarm  bostanları  da 
kəndlibr  tərəfindən  becərilirdi.  Yalnız  Hindarxdakı  bostandan 
İbrahimxəiilxəlil  xana  bir  il  ərzində  50  yük  qovun  və  qarpız  gətirilirdi 
[175, v.  209-222].
Qarabağ  xanhğında  üzümçülük  yaxşı  inkişaf etmişdi.  Bu  üzüm 
tənəkbrinin çmqdlı torpaqda  da  bitməsi ib  əlaqədar  idi.  Həm  də tənək 
daimi qulluq  təbb etmirdi.  1832-ci ildə Qarabağ xaniığı ərazisində  3080 
üziimlük  vardı  [175,  v.  209-222  ].  Xristian  kəndlərində  üzümdən  şərab 
haxırlamrdı.
Xanlığm  iqtisadiyyatmda  əkinçiliklə  yanaşı  heyvandarhq  da 
miihüm  ycr  tuturdu.  Heyvandarlıqda  əsas  yer  maldarhğa  məxsus  idi. 
Maldarlıq üçüıı otlaqlar mühüm əhəmiyyət kəsb edirdi.  Qarabağm əlve- 
rişli  təbii  və  iqlim  şəraiti,  gözəl  yaylaqlarm  olması  maldarhğm  inkişafı 
üçün  geniş  imkanlar  yaradırdı.  1832-ci  il  məlumatma  görə  Qarabağda 
çəmənliklərin ümumi sahəsi 300 min desyatin idi [175,  v.  209-222 ].
Qarabağ  xanlığında,  Azərbaycamn  bir  çox  yerbrində  olduğu 
kimi heyvanlarlıq yaylaq-qışlaq səciyyəsi daşıyırdı.  Yəni yayda heyvaıı- 
ları  sərin  yaylaqlara  sürür,  payızda  və  qışda  isə isti,  ot  örtüyü  olan qış- 
Iaqlarda saxlayırdılar.  Lakin bu  heç də əsas vermir ki,  oktyabraqədərki 
rus  və  bəzi sovet  müəllifbrinin yazdığı  kimi bu cür heyvandarhq  köçəri 
maldarhq  kimi  səciyyəbndirilsin.  Çünki  köçəri  maldarhğa  xas  olan 
aşağıdakı  əlamətlərin  heç  biri  XVIII  əsrdə  Azərbaycanda,  o  cümlədən 
Qarabağ xanlığuıda  yox  idi.  Həmin əiamətbr  aşağıdakılardır:  Birincisi, 
maldarlıq  ərzaq  məhsuiları, zəruri əşyalarm və pul  vəsaiti əldə olunma- 
sının  yeganə  mənbəyidir;  ikincisi  təbii  otlaqlardan  istifadə  olunması, 
mal-qaranın  saxlamlmasmuı  yeganə  vasitəsidir,  nəinki  yemin  süni  su- 
rətdə istehsalı yoxdur, hətta yem ehtiyatı toplamb saxlanılması üsulu da 
tətbxq  olunmıışdur.  Bununla  əlaqədar  insanlar və  sürübr  otlaqlar  və sü 
mənbələrin  istismarx  imkanxndan  asxh  olaraq  yerlərini  dəyişirlər; 
üçüncüsü daimi yaşayış məskənbrinin və təsərrüfat binalarmxn olmadığı
56
bir şəraitdə  daşxnan yaşayxş vasitələrinin yeganə məskən formasx  olma- 
sı;  [153,  s.  6-8  ].  M.İsmayxlovun  haqlı  olaraq qeyd  etdiyi  kimi göstəribn 
əlamətlərin  heç  biri  öyrənilən  dövrdə  Qarabağ  xanlığxnda,  ebcə  də 
ümumiyyətlə Azərbaycanda mövcud  olan maldarlığa xas deyildi [143, s. 
20-28;  144,  s.  140-150  ].  Əvvəla,  maidarlıq  Azərbaycan  maldarlarmm 
yeganə dolamşıq məxıbəyi deyildi,  maldarlar  həm də  taxxlçılıqla  məşğul 
olurdular.  Onlarm  çoxu  həm  də  pambıq,  yaxud  çəltik  və  ya  başqa 
mədəni bitkilər becərilməsi ilə də məşğul olurdular.  Bəzi maldarlar həm 
də  ipəkçilikb,  toxuculuqla  və  xalçaçıhqla  məşğul  olurdular.  Digər 
tərəfdən  məlumdur  ki,  maldarlıq  təsərrüfatı  kişi  işçi  qüvvəsinin  daim 
onunla  məşğul  olmasmx  təbb  etmir.  Yaylaq  və  qışlaqlarda  kişi  işinə 
qadxnlar  da  yerinə  yetirə  bibrdi.  Buna  görə  də  kişibr  öz  maldarlxq 
təsərrüfatlarına  zərər  yetirmədən  əkin-biçin  ilə  məşğul  ola  bilərdilər. 
Maldar  əkinçibr  yayda  öz  heyanlarx  ilə  yaylağa  çıxarkən  bir  çox 
hallarda  kişibrin  bir  hissəsi  qışlaqda  əkinçilik  və  bağçıixqla  məşğul 
olmaq  üçün  qalxrdı.  Köçəri  maldarlxğxn  ikinci  əlaməti  ilə  bağh  bunu 
demək  olar  ki,  əgər  yay  vaxtı  heyvanlar  yalnız  otiaqlarda  otarılmaqla 
qidalamrdxsa,  qxşda  əvvəlcədən  toplanmış  quru  ot  və  saman  ilə 
qidalmırdüar.  Göründüyu  kimi  köçəi'i  maldarhğa  xas  ikinci  əlamət  də 
Azərbaycan maldarları üçün xarakterik deyildi.
Köçəri  məişətin  əsas  əlamətbrindən  biri  irəlidə  qeyd  olunduğu 
kimi daimi yaşayxş evbri və təsərrüfat tikililərinin qətiyyən olmaması və 
daşman evlərin,  daha doğrusu çadır  və  alaçxqlarxn  olmasıdxr.  Qarabağ 
maldarlarx  yaylaqda  əsasən  alaçxqlarda  yaşayxrdılar,  çünki  cəmi  üç  ay 
yayda  yaşamaq  üçtin  bahalı  daimi  yaşayxş  evləri  tikməyin  mənası  yox 
idi.  Bununla  beb  bəzi  imkanh  maldarlar  yaylaqlarda  ağac  və 
torpaqdan qazma adlandırılan evbr tikirdilər.
Qışdaqlarda  isə  maldarxn  daimi  yaşayış  evbri  var  idi.  Hər  bir 
qışlaqda.təsərrüfat tikiİiləri vardx.
İrəlidə qeyd olunduğu kimi köçəri təsərrüfat üçün həm də xüsusi 
torpaq sahibliyinin əsiində olmaması şəraitində otlaqlardan sərbəst isti- 
fadə  olunmasxdxr.  Ancaq  məlumdur  ki,  xanhqlar  dövründə  Azər- 
baycanda otlaqlar əsasən xan xəzinəsinin, bir sxra hallarda isə  ayrx-ayn 
feodallarm  müikiyyətində  idi.  Kəndlibr  mal-qaram  otiaqlarda  otar- 
mağa görə vergi verirdibr.
Qarabağ  xanlxğmda  heyvandarlıq  digər  xaniıqlara  nisbətən  da- 
ha  çox  inkişaf  etmişdı.  Qoyunçuluq  və  atçılxq  daha  çox  yayximxşdı. 
Xanlxqdan  Türkiyəyə  satılmaq  üçün  böyük  qoyun  sürübri göndərilirdi. 
Qarabağda  cins  atlar  yetişdirilirdi.  Xana və  bəylərə  məxsus  bir  neçə at 
zavodu  var  idi.  Xaniıqda  təqribən  100.000  baş  iri  buynuzlu  mal-qara, 
300.000  davar  və  20.000  at  var  idi  [149.1,  168,  s.  52  ].  Xanlıqda  gözəl
57

yaylaq və qışlaqlar vardı.  M al-qara xanlığm təsərrüfat həyatında əvəzo- 
lunraaz  rol  oynayırdı.  Qoşqu  qüvvəsi  kimi  əkinçilikdə  əvəzi  yox  idi. 
Maldarlıq  əhalini  yedizdirir,  geyindirirdi.  Maldarlıq  ev  və  sənətkarlıq 
sənayesinin mühüm xammal mənbəyi idi.
Mal-qaranın  böyük  hissəsi  xana,  bəylərə,  məliklərə  və  ağalara, 
həmçinin varlı kəndlilərə, habelə elatlara məxsus idi.
Əgər  əkinçiliklə  məşğul  olan  əhali  iri  buynuzlu  heyvanları  baş- 
lıca olaraq təsərrüfat məqsədi üçün [qoşqu heyvanı ].  və qismən də qida 
mənbəyi  kimi  saxlayırdısa,  elatlar  xırda  buynuzlu  heyvaııları  başlıca 
olaraq  sənaye  və  ticarət  məqsədləri  üçün  saxlayırdılar.  Btına  görə  də 
əkinçilərin  təsərrüfatmm vəziyyəti iri buynuzlu heyvanlarm olmasmdan 
hədsiz  dərəcədə asılı  idisə, elatlar üçün  bunu söyləmək  olmaz.  Buna gö- 
rə də elatlar ən çox xırda buynuzlu heyvanlar saxlayırdılar.
Əkinçi kəndliJərin  mal-qarası  o  qədər  yaxşı  cinsə və  sağlamlığa 
malik  olmurdu.  Bütün  əkinçilik  işlərini  yerinə  yetirən  öküzlər  o  qədər 
taqətdən düşürdülər ki,  bir sıra hallarda qışdan salamat çıxmırdılar.
Alaf problemi yalnız  qışda  meydana çıxmırdı.  Yaz və  yay ayla- 
rında da bir çox  kəndlilər çöl işləri ilə məşğul  olduqlarmdan öz heyvan- 
lannı yaylağa çıxarmaq imkanma malik deyildilər.
Xırda  buynuzlu  heyvanların  saxlanması  həm  sənaye,  həm  də 
licari  əhəmiyyətə  malik  idi.  Qoyunçuluğun  inkişafı  qaramahn  sayınm 
məhdudlaşmasma  səbəb  olurdu.  Bir  yandan  əgər qaramal özünə  böyük 
diqqət  tələb edirdisə, davar müəyyən dərəcədə kəndlini  bu cür qayğılar- 
dan  azad  edirdi.  Digər yandan qoyun və keçinin itirilməsi, yaxud məhv 
olması  sahibinə  qaramalın  itkisinə  nisbətən  daha az  zərər  yetirü'di.  Nə- 
hayət  davar  süd  məhsulları  ilə  yanaşı  natural  təsərrüfat zamanı  çox  zə- 
ruri olan yun da verirdi.
Maldarliq  sahələri  içərisində  atçılıq  da  özünəməxsus  yer  tutur- 
du.  Qarabağm cins  atları öz gözəlliyi, dözümlülüyü, çevikliyi və iti qaçışı 
ilə  fərqlənirdi.  İngilislər öz  hind  süvaribri üçün  Qarabağ atları  alırdılar 
[168,  s.  54 ].. At əla nəqliyyat vasitəsi idi.  Fasibsiz feodal ara müharibə- 
bri  və  düşmən  basqınları  şəraitində  at  döyüşlərdə  minik  vasitəsi  kimi 
əvəzsiz  rol  oynayırdı.  Nadir  hallarda  atdan  kənd  təsərrüfatı  işlərində 
istifadə edirdibr.
At  həm  də  feodallar  üçün  bir  təmtəraq,  əyləncə  vasitəsi  idi.  Onu 
çox sevən İbrahimxəlil xan əla cinsə malik at ilxıları  ib  öyünürdü.  Mü'zə 
Camal  yazır  ki,  İbrahimxəlil  xanm  yaxşı  atları,  heyvam  və  çoxlu  ilxısı 
var  idi.  Onuıı  ilxısı  İran  və  Türkiyədə  şöhrət  qazanmışdı.  Tarixçinin 
yazdığına  görə  xanm  atlarmın  çoxu  Nadir  şahın  atlarmm  cinsindən 
imiş.  Xan  onları  Azərbaycanm  müxtəlif  bölgəbrindən,  habelə  Xora- 
sandan  alıb  gətiribmiş.  Təqribən  3-4  min  və  bəlkə  daha  çox  balalayan
58
madyanı,  xüsusi cins  ayğırları var  idi.  Ilədsiz  çox  qoyun  sürübri,  inəyi 
və camışı vardı [59,  s.  145  ].  Xanlıqda atçılıq zavodları da var  idi.  1832- 
ci ildə  11  belə zavod qeydə alınmışdı.  Bu zavodlarda 250 köhlən və  1400 
madyan  saxlanırdı.  İri  feodallar  satış  üçün  at  bəslənməsi  ilə  məşğul 
olurdular.  1831-ci  ildə  Qarabağda  bir  atın  dəyəri  30-dan  300  əşrəlıyə- 
dək idi [168,  s. 54 ].
Maldarlıqda  eşşəklərin də  müəyyən yeri var  idi.  Ucuzluğuna  və 
dözümllüyünə  görə  çox  əlverişli  heyvan  olan  eşşək  xüsusi  qayğı  tələb 
ctməyərək  və  cüzi  qida  ib  kifayətlənərək  ən  ağır  işləri  yerinə  yctirirdi, 
yoxsul  kəndlibrin  əvəzsiz  köməkçisi  idi.  Eşşəkbrdən  su,  odun,  ot  və  s. 
daşmmasmda  istifadə  olunurdu.  Əlverişli  yolların  olmadığı  dağlıq 
bölgələrdə eşşəyin rolu böyük idi.
Dəvələrin  sayı  az  idi.  Onlardan  əsasən  xanlığm  şərq  hissəsində 
[Cəbrayıl və  s.  ].  istifadə olunurdu.  Xanlıqda  az  miqdarda qatır da  sax- 
lanırdı.
Tez çoxaldığına  görə donuz  gəlirli heyvan olsa  da,  dini  mtilahi- 
zələrə görə Azərbaycan xanlıqlarmda donuzçuluqla məşğul  olmurdular. 
Bu  baxımdan  yalmz  Qarabağ  və  Makı  xanlıqları  istisna  təşkil  cdirdi. 
Tuğ,  Quşçu  baba,  Çanaxçı,  Saruşen  və  digər  kəndlərdə  xristianlar  do- 
nuzçuluqla  məşğul  olurdular.  Palıd  meşələrində  qozanm  bolluğu  do- 
nuzçuluğun inkişafına kömək cdirdi.  1832-c  i il məlumatına görə  Qara- 
bağda 3200 donuz vardı [168, s. 54 ].
Qış  mövsümündə  mal-qaranı  Kür  və  Araz  çaylarınm  sahilh- 
rində otarırdılai'.  Yayın istisi düzlərdə  otu  yandırndıqdan sonra,  payız- 
da mal-qara qamışın quru yarpaqları ilə qidalanırdı.  Yayda mal-qaranı 
yaylağa  qaldırırdılar.  Qarabağ  yaylaqlarında  mövsüm  mayda  başlayıı- 
dı.  Adətən qışlaqların  tərk  olunması  və  yaylaqlara  hərəkət  qışlaqlarda 
alafan bolluğundan,  yaxud  çatışmamasmdan,  yaylaqlarda  qarın  ərimə- 
sindən asılı  olurdu.  Yağıntısız keçən yaz  aylarmda mal qaraya zərər yc- 
tirən  həşəratlar,  zəhərli  ilanlar  çox  tez  göründüyünə  görə  yaylağa  qal- 
xmağa təbsirdilər.
Heyvandarhq məhsulları  əsasən yerində emal  olunurdu.  İri  və 
xırda buynuzlu mal-qaranın südündən yağ,  pendir,  xama və kəsmik ha- 
zırlanırdı.  Qoyun yunundan ip  əyirir,  palaz,  xalça,  cicim,  məfrəş,  xurc- 
un  və  s.  toxunurdu.  Quzularm  yunundan  şal  toxunurdu.  Keçi  qəzilin- 
dən kəndir toxuyur və yük hcyvanlarınm palanlarım qorumaq üçün qa- 
lın  saplar  əyirirdilər.  Quşçuluq  və  arıçılıq  da  təsərrüfatda  mühüm  yer 
tuturdu.
Ev  quşlarınm  saxlanması  kəndlinin  təsərrüfatmda  nisbətən  az 
yer  tuturdu.  Quş  əti,  yumurta  və  quş  tükünü  kəndli  özü  az  işləldirdi. 
Quş  əti  xanlarm  və  feodalların  süfrəsinin  başlıca  bəzəyi  idi.  Quşçuluq
59

demək  olar ki,  bütünlükJə daxili  istehlakı  ödəməyə yönəlmişdi.  Şuşa  şə- 
hori  böyüdükdon sonra kəndlibr onun  bazarına toyuq, çolpa vo yumur- 
ta gətirirdibr.
Xanlıqda lıodsiz dərocod.") roııgarong llora, otirli çonıon güllori vo 
çöl  bitkibri  arıların  qidalanması  üçün  şərait  yaradır.  Lakin  arıçılıq  ki- 
l'ayot cpdor inkişaf clmomışdi.  Bu bir yandan balm satılması üçün baza- 
rın olmaması, digər yandan yaylaq - qışlaq həyat tərzi ilə  bağJı idi.  Dig- 
ər tərəfdən gündolik qayğıların çoxluğu kəndliyə arılarla məşğul olmağa 
imkan vermirdi.
1832-ci ildə Qarabağda 2500  arı pətəyi qeydə almmışdı.  Qapan, 
Çaraberd  və Xaçın  meşələrində  yabanı  arılara  çox  rast  gəlmək  olurdu. 
Hər  il  orta  hesabla  600  pud  bal  və  200  pud  mum  əldə  edilirdi  [168,  s. 
56].
Əhalinin bir qismi  balıqçılıqla məşğul olurdu.  Balığı  Kür, Araz, 
Xaçm  çaylarında,  Bazarçaym yuxarı  axmında tuturdular.  Kür və Araz 
çaylarında qızıl balıq, nərə, uzunburun balıq, naqqa balığı və s.  balıqlar 
ovlanırdı.  Balıqçılıq da istehlak səciyyəsi daşıyırdı.
Xanlığın  dağlıq  hissəsinin  kondlori  yüksəkdə  dağlarda  və  dağ 
yamaclarmda  yerləşmişdilər.  Torpaq  azlığmdan  evlər  bir-birinə  yaxın 
tikilmiş, həyətlər və həyətyanı sahəbr kiçik idi.  Xanlığm düzənlik hissə- 
sində evlərin sıxlığı bir qədər az idi.
Feodal  münasibətlərinin  hökmranlığı  üzündən  təsərrüfat  ek- 
stensiv  səciyyə  daşıyırdı.  Lakin  xanlıqlarda,  o  cümbdən  Qarabağ 
xanlığmda istehsal edibn kənd  təsərrüfatı məhsulları əhalinin təbbaUnı 
ödədiyindən,  hətta  bəzən  ixrac  olunduğundan  və  əhalinin  də  artdığmı 
nəzərə  alaraq  xanhqlarda,  ilk  növbədə  daha  möhkəm  siyasi  sabitliyə 
malik  Qarabağ  xanhğında  kənd  təsərrüfatı  məhsulları  istehsalmın 
artdığmı demək olar.

Yüklə 10,58 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin