§ 5. Ticarət
Xanlıqda daxili ticarət nisbətən zəif inkişaf etmişdi. Çünki əhali-
nin istehsal fəaliyyətinin keyfiyyət yekcinsliyi xanlığm ayrı-ayrı hissəbri
arasında geniş ticarət əlaqələrinin inkişafma mane olurdu. İstehsahn
başlıca məqsədi istehsalçılarm özlərinin və feodallarm istehlak tələbatı-
nı ödəməkdən ibarət idi. Buna görə də xanlıqda mübadilə hələ
bütövlükdə müntəzəm ictimai təzahürə çevrilməmişdi. Yalnız istehsalm
müəyyən artıqları o da nadir hallarda satışa çıxarılırdı.
Xanlıq ərazisinin dağlıq relyefı, əlverişli yollarm və nəqliyyat vasi-
tələrinin olmaması da daxili ticarətin genişlənməsinə əngəl törədirdi.
Qarabağ xanlığmda nəqliyyat yolları az inkişaf etmişdi. Üç az ya çox
dərəcədə yararlı böyük yol vardı. Bu yollardan biri Şuşadan Gəncəyə,
digəri Şuşadan Şəkiyə, üçüncüsü Araz üzərindəki böyük, daşdan inşa
oluıımuş Xudafərin körpüsü vasitəsilə İrana uzamrdı. Bu üç böyük yol-
dan savayı bir yol Şuşadan Gorusu keçməklə Naxçıvana, digəri Şuşa-
dan Vərəndə məlikliyinin ərazisini keçməklə Ordubad və İrəvana uza-
82
nırdı. Sonuncu iki yol dağların dərin qar örtüyü ib örtülməsi nəticəsin-
də dekabrdan aprelin sonunadək keçilməz olurdu.
Müxtəlif, eyni zamanda bəsit nəqliyyat vasitəbrindən istifadə
olunurdu. At, dəvə, eşşək və qatır başlıca nəqliyyat vasitələri idi.
Geniş satış imkanlarının olmaması təsərrüfatm genişbndirilməsi
və əməyin intensivbşdirilməsinə stimulu sarsıdır, təsərrüfatm qapalı-
lığına şərait yaradırdı.
Əmək bölgüsünün inkişafı və şəhərin kənddən ayrılmasımn güc-
bnməsi ilə əlaqədar möhtəkirlərin və tacirlərin müdaxiləsi ilə xanlığın
təsərrüfat vahidlərinin qapalıhğı getdikcə daha çox pozulurdu. Şuşada
ticarətin inkişafı tədricən kəndin yuxarı təbəqələrini öz orbitinə cəlb
edir, yuxarı hərbi-feodal zümrələrinin isral'çıhğınm artmasına səbəb
olurdu. Möhtəkiıiər və xırda alverçilər kəndbrdə xüsusi fəallıq göstə-
rirdibr. Onlar çox vaxt vergi və rüsumların toplanması vaxtı kəndə gə-
lirdilər. Möhtəkirlər kəndlilərin satış bazarları ib əlaqələri olmamasın-
dan istifadə edərək feodallarla ittifaqda əhalini qarət edir, iqtisadi əsa-
rətə sahrdılar. Onlar hazır parçaiarı, barama qurdu toxumunu, duz,
meyvə, saxsı məmulatı ilə dəyişirdilər. Kəndlibrin ümidsiz vəziyyətin-
dən istifadə edən möhtəkirlər və tacirbr tədricən tut bağlarını,
üzümlükləri və s.-ni öz əllərinə alırdılar. Zərurət yarandıqda həm kənd-
lilərə, həm də feodallara mal və pul borca verirdildər.
Xanlığm başlıca daxili və xarici ticarət mərkəzi Şuşa şəhəri idi.
Cümə günləri Şuşanın ətraf kəndbrindən kəndlilər şəhərə gələrək öz
məhsullarmı satır və lazımi malları alırdılar. Həm qala daxilində, həm
də Şuşa darvazalarımn önündə bazarlar təşkil olunurdu [168, s. 71 ].
Sənətkarlar, kustarlar, tacirlər, kəndlibr, feodallar, həmçinin
digər xanlıqlardan və xarici ölkələrdən gələnlər ticarətdə iştirak edirdi-
lər. Həm vüsətinə, həm də strukturasına görə şəhər ticarəti sənətkarlıq
səciyyəsi daşıyırdı. Şəhərdə kənd təsərrüfatı məhsulları, sənətkar-kustar
istehsalı məhsulları, mal-qara satılırdı.
Adətən kəndli əkinçilik məhsullax-mı, sənətkar isə sənətkarlıq
məhsullarmı bazara çıxarırdı. Kəndlibr ticarətb əsasən ona görə məşğ-
ul olurdular ki, feodal vergiləri və rüsumları ödəsinlər, özlərinə lazım
olan ən zəruri malları alsınlar. Sənətkarlar və kustarlar öz istehsal məh-
sullarmı satmaqla istehsal vasitələri və yaşayış üçün vəsait qazanırdılar.
Şuşada çoxlu peşəkar tacir də var idi. Çox vaxt kəndlinin mal almağa
nağd pulu olmur, əvəzini natura [buğda, arpa, yun, ipək, yağ, toyuq,
yumurta və s. ]. ilə ödəyirdilər. Bu zaman tacirlər kəndlilərin sadəlövh-
lüyündən istifadə edərək satdıqları malın dəyərini olduğundan daha
yüksək, kəndlinin verdiyi məhsulun dəyərini isə olduğundan daha aşağı
hesablayırdılar.
83
Şəlıərdə ticarətlə məşğul olanlar xanın xəzinəsinə vergi və rüsum
odəyirdilər. Bundan əlavə onlar bazar işçilərinin saxlanması ilə əlaqə-
dar xərcləri də - bazarbaşı, qapançı və s. ödəyirdilər. Bazar xadimlərinə
peşkəş, rüşvət, çay pulu, cərimə kimi ödənişlər də verməli idi.
1823-cü ildə bazarda bir çətvər buğda 18 man. 90 qəp., I çuval ar-
pa 6 man.3() qəpik, I çuval darı 5 man., I batman yağ 15 man., quzu
yuııunun I batmam 10 man., I stil inək 4 man., I tilani batman yun iplik
15 maıı., I ədəd kilim 10 man., I öküz 40-70 m anata satılırdı. Adətən
xanlıq kənardan gətirilən malların üzərinə 15 faizə qədər əlavə qiymət
qoyulurdu [Bax, 168 s. 72 ].
Şuşanın bazarları iqtisadi əlaqələrin genişlənməsinə, əmək məh-
suldarhğınm, təsərrüfatın əmtə xarakterinin artmasma, mədəniyyətin
yayılmasına şərait yaradaraq böyük müsbət rol oynayırdı. İnsanlarm
iinsiyyəti onların dünyagörüşünü artırır, onları daha dərkedici edirdi.
Bazarlar həm də bir növ əhalinin «tərbiyə olunduğu yer» idi. Hər gün
fərraş bazarda oğruların ayaqlarmı şallaqlayır, sağ qollarını kəsir və s.
cəza verirdilər.
Qarabağ xanlığında xarici ticarət daha çox inkişaf etmişdi. Şuşa
Cənubi Qafqazm ən mühüm ticarət mərkəzlərindən biri idi. Şuşadan
digər Azərbaycan xanlıqlarına, Gürcüstana, İrana, Türkiyəyə və Rusiy-
aya karvanlar gedirdi.
Daxili ticarətdən fərqli olaraq xarici ticarət demək olar ki,
bütünliiklə peşəkar tacirlərin əlində cəmlənmişdi. Xırda və orta ticarət
təşkilatları ilə yanaşı 1821-ci ildə Şuşada bir iri ticarət şirkətinin döv-
riyyəsi I milyon rus rubluna [6 milyon 500 min xan manatı ]. çatan iri
birliyi vardı. Bu birliyin Cənubi Qafqazın digər iri şəhərlərində, Rusiya,
İran və Avropa ölkələrində agentlikləri vardı [94, s. 75 ].
Qarabağ xanlığınm xarici ticarətində qonşu xanlıqlar, Rusiya,
İran və Türkiyə mühüm yer tuturdu.
Tiflisdən Şuşaya çit, güllü pambıq parçalar, mahud, müxtəlif
rəngli pambıq parçalar, döşək üzünə çəkilmək üçün möhkəm zolaq-
zolaq parçalar, sarı rəngli qalın və kobud pambıq parçalar, qırmızı
boyaq, və s. Bakı xanhğından dəmir, yazı kağızı, çini qablar, zəfəran,
mazut gətirilirdi. Dərbənddən qızıl boya [marena ]., Şəki xanlığından
tüfəng, əldə toxunma mahud şal, xalçalar və s., Gəncə xanlığından zəy
və meyvələr, Naxçıvan xanlığmdan qalın kətan parça və duz, İrəvan
xanhğından duz, Ərdəbil xanlığından «burmet» parçalar və s. gətirilir-
di. Qarabağ xanlığı Azərbaycanm mühüm iqtisadi mərkəzi Təbriz xan-
hğı ilə müntəzəm və gur ticarət əlaqələrinə malik idi. Təbrizdən Şuşaya
ildə 300 yük güllü parçalar [burmet ]., 400 yük bez [ağ parça ]., 1000 ar-
şın qanauz [ipək parça ]., 600 ədəd müxtəlif rəngli tafta, 200 ədəd ko-
84
lenkor [qırmızı rəngli parça ]., 1000 ədəd göy örtük gətirilirdi [168s.72]..
Təbrizdən həm də istiot, darçm, qərənfıl, badam, quru meyvələr, İran
şəkəri, həna, tumac, Şiraz tütünü və s. gətirilirdi. Xoy və Urmiya xan-
lıqlarmdan Şuşaya qumaş, bez, çit və burmet gətirilirdi. Şamaxıdan
müxtəlif ipək parçalar, qırmızı boya və qəhvə gətirilirdi.
Şəhərlər həm sənətkarlıq, həm də ticarət mərkəzi idilər. Daxili
ticarət dükanlarda aparılırdı. Dükanlarm çoxu həm də emalatxanalar-
da idi. Lakin yalnız ticarətlə məşğul olan dükanlar da var idi. Dükanlar
iri sahələri tutan şəhər bazarlarında cəmləşmişdi. Bazarlar satılan mal-
ların çeşidindən asılı olaraq hissələrə bölünürdü.
Daxili ticarətlə xarici ticarət bir-birindən təcrid olunmamışdı.
Bazarlar həm daxili, həm də xarici ticarət mərkəzləri idi. Bazarlaıda xa-
rici ölkələrdən gətirilmə mallar satılır, yerli tacirlərlə xarici tacirbr ara-
smda sövdələşmələr olurdu.
Yerli əhalinin satdığı məhsullardan keyfıyyətindən asılı olaraq
vergi alınırdı. Duz satışmdan [duz pulu], məhsulları çəkmək üçün [qa-
pan pulu], araq və şərab məhsulundan [şirəxana], sabun, dəri, tütün,
parçaların boyanmasından rəng pulu alınırdı. Dükanlardan, balıq, ət,
meyvə, odun satışmdan darğabazar adlanan vergi toplanırdı.
Qarabağ xanlığma İranm İsfahan şəhərindən qalın pambıq par-
çalar, zərbaf, qara ipək, baş örtükləri, ağ və mavi rəngli pambıqdan to-
xunmuş çadralar, qənd, Yəzddən müxtəlif ipək məmulatı və pambıq
örtüklər, Təbriz şərlləri, ipək yayhqlar, yorğan üzü, istiot, iydə, badam,
quru meyvə, xına, Şiraz tütünü, Xorasandan Xorasan xurcunları, Xoy
və Urmiyə şəhərlərindən bez, müxtəlif çitbr, Ərdəbildən qalın pambıq
parça gətirilirdi [2, s. 107 ].
Bəzi məlumatlara görə, İrandan Qarabağa gətiribıı malların
ümumi dəyəri 140 min gümüş rus manatma bərabər imiş. Şuşa tacirləri-
nin Təbriz və nisbətən Isfahanla daimi ticarət əlaqələri vardı [173.2, s.
314-315 ].
Türkiyədən meyvə qurusu, atlas, müxtəlif örtüklər, müxtəlif
ipək mallar və qəhvə gətirilirdi. Gürcüstandan müxtəlif parçalar,
mahud, çay, qənd, spirtli içki, Bakıdan dəmir, yazı kağızı, neft, müxtəlif
şüşə qablar, duz, zəfəran, Dərbənddən qızıl boya, Şəkidən silahlar və
şallar, yapıncı, xalça - palaz, Gəııcədən meyvəbr, Naxçıvandan və
Irəvandan duz gətirilirdi [173.2, s.314-315 ].
İsfahandan Qarabağa ildə 10 yük burmet parça, 2 yük zərbaf
parça, 500 ədəd qara ipək kəlağayı, 200 ədəd göy və ağ çadra, 10 pud
istiot, darçın və digər ədviyyat, 12 pud İran şəkəri gətirilirdi. Yəzddən
müxtəlif ipək parçalar, Kaşandan parça, ipək məmulatı və pambıq
85
yorğanlar [ədyallar ]., Xorasandan körpə quzu dərirləri və tünd sürməyi
boyaq gətirilirdi [168, s.73 ].
Qarabağ xanhğmdan olan tacirlər parça məmulatı almaq üçün
Rusiyanın Moskva və Nijni Novqorod yarmarkalarma gedirdilər.
Bağdaddan quru meyvələr, ədviyyat, tünd sürmeyi boya, atlas, qırmızı
xara və ədyal gətirilirdi [168, s.74 j.
Qarabağ xanhğmdan ixrac olunan mallar arasmda ipək çox
mühüm yer tuturdu. Şuşa tacirləri nəinki Qarabağ, eləcə də Şəki,
Şamaxı, Gəncə xanlxqlarmda, Car-Balakəndə ipək tədarükünü inhisara
almışdılar. Qarabağdan eləcə də məşhur Qarabağ xalılan, Qarabağ
atları, müxtəlif parçalar, iri və xırda buynuzlu mal-qara, əkinçilik
məhsulları ixrac olunurdu [168, s.74 ].
Xarici ticarətin inkişafı bir sıra maneələrlə üzləşirdi. Əvvəla
tacirlər bu və ya digər xanlığm ərazisindən keçərkən xanlarm xeyrinə
rəhdar rüsumu ödəməli idilər. Bir batman malrn gətirilməsi Təbrizdən 2
xan hilahna qədər, Xoydan təxminən 1 manata, Urmiyadan 1 manat 1
abbasıya, Ərdəbildən 1 manata, Tiflisdən isə bir pudun gətirilməsi 6
manat 2 abbasıya başa gəlirdi [168, s.74 ].
Bu xərclərdən əlavə gətiribn və apanlan mallardan Təbriz, Xoy,
Urmiya və Ərdəbildə rəhdar [I taydan 6 man 50 qəp. gümüş manat ].
rüsumu almırdı [168, s.74 ]. Qarabağ xanlığımn özündə ticarətdən bir
sıra kömrük və rüsumlar toplanırdı.
Sonsuz müharibələr ticarətin inkişafı üçün çox ciddi maneə idi.
Ticarətdə müxtəlif çəki və ölçü vahidlərindən istifadə olunurdu.
Gümüşdən kəsilən «pənahabad» adlı pula xalq arasında sadəcə
«pənavan» deyilirdi. Bu pul rus gümüş pulunun 15 qəpiyi dəyərində idi.
Pənahabad təklik və cütlük şəklində [30 qəp. ]. zərb olunurdu.
Qarabağda uzunluq vahidi kimi «Xan arşmı»ndan istifadə olunurdu.
253/4 girehə [verşoka ]. [1 gireh = 4,4 sm ]., yəni 113 sm-ə bərabər idi.
Çəki ölçüsü kimi batman, misqal və noxuddan istifadə olunurdu. Bir
batman 48 stilə, yaxud 25 futa, 1 stil 45 misqala, yaxud 46 10/11 zolot-
nikə, 1 misqal 24 noxuda, 1 1/11 zolotnikə, 1 noxud isə 1/22 zolotnikə
bərabər idi [168, s.75 ]. Təxminən 800 qr. ağırlığmda olan «stil»lə bağlı
xalq arasmda belə bir rəvayət yaranmışdı:
Ay qurtarıb, bayrama üç gün qalıb,
Pinti arvad qovurmanı qurtarıb.
Kişi gedib istil yarım yağ alıb.. .».[37, s.317 ].
Buğda, arpa, darı, və s.-ni ölçmək üçün «çuval» və «çanaq»dan is-
tifadə olunurdu. 1 çuval 10 çanaq idi. Çuval və çanağm şəhər. və kənd
növləri var idi. 1 şəhər çuvalı 7 pud 14 funt buğdaya, 6 pud 12 funt ar-
paya, 8 pud düyüyə, 6 pud 10 l'unt darıya bərabər idi. 1 kənd çuvalı isə
86
6 pud 5 funt buğdaya, 5 pud 20 l'unt apraya, 7 pud düyüyə, 5 pud 20
funt danya bərabər idi. 60 zolotnikə bərabər olan tilani stilə un, kərpic,
bir sıra ərzaq məhsulları, meyvələr, neft və pambıq parçanı çəkirdilər.
55 zolotnik 16 3/2 doliyə bərabər olan «mizani stillə» ipək, 38 zolotnik
26 doliyə bərabər olan star stillə şəkər, çay, qəhvə, ədviyyat, qurğuşun
və s-ni ölçürdülər. Maye malları tunqla [bir tunq 9 fuııta bərabər idi ].
və parçla [3 funt 78 zolotnikə bərabər idi ]. ölçülürdü [168, s.7 j.
Tərəzilər xeyli bəsit idilər. Çox vaxt tərəzi kimi adi iplərlə asılan
qablardan ibarət tərəzilərdən istifadə olunurdu.
Çəki vahidlərinin müxtəlifliyi ticarəti çətinləşdirən amil idi.
Məlumdur ki, Azərbaycan xanlıqlarmın çoxunun öz pul vahidləri
olmuşdur. Qarabağ xanlığmm da öz pul vahidi var idi. Şuşa şəhəri
salmandan sonra Pənah xanın əmri ilə zərbxana tıkildi, burada
gümüşdən bir misqal ağırhğında və rus rublunun 15 qəpiyi dəyərində
olan «pən.ahabad» sikkəsi zərb olunmağa başlanmışdı. Sikkənin bir
tərəlində Pənahabad, o biri tərəllndə «La iiahə illallah və Məhəmmədən
rəsulullah» sözbri yazılmışdı. «Pənahabad»ın altısı 1 manat, səkkizi isə
Qarabağ tüməni adlanırdı [62, s.18-19 ]. Pənahabadlar həm Qarabağ
xanlığınm daxilində, həm də digər xanhqlarm ərazisində işlənirdi.
Xanlıq daxilində «yarımşahi» də tədavüldə idi. Ağa Məhəmməd şah
qətlə yetirildikdən sonra İranla münasibətləri nizamlamaq xatirinə
İbrahimxəlil xanın göstərişi ib Fətəli şahın adından 35,5 qəpik
dəyərində olan «sahibqıran» adlı pul buraxılmağa başlaıımışdı
[Sahibqıran iki ulduz bürcünün birbşməsi zamanı doğulan deməkdir ].
[168, s.75 ].
Qarabağ xanlığmda xan sikkələri ilə yanaşı İran şahlarının
pulları tümən [4 gümüş rus rubluna bərabər ]., real [45,5 rus qəpiyinə
bərabər ]., Təbriz, Xorasan, İsfahan və digər yerbrin abbasıları və rus
rublları da işlənirdi. Xan abbasılarında 4,5-dən 2,25 qrama qədər
gümüş, nadiridə 11,5 qram gümüş, İran abbasısmda 5,30 qrama qədər
gümüş vardı [168, s.75 ]. Xan sikkəbrinin çəkisi və əyarı tez-tez
dəyişirdi ki, bu da pul tədavülünü və xanhqlar arasında ticarəti
çətinləşdirirdi.
Pullarm
qəlp
olub-olmadığını,
dəyərini
müəyyənləşdirməkb bazarda oturan sərraflar məşğul olurdular.
Digər Azərbaycan xanlıqlarında olduğu kimi, Qarabağ
xanlığında da sənətkarlıq və ticarətin inkişafında əngəb çevrilən çoxlu
maneələr var idi. Əmək bölgüsünün ləng inkişafı ilə yanaşı rəhdar
adlandırılan gömrük yığımları və iltizam sistemi beb maneələrdən idi.
Bəzən eyni məhsuldan bir neçə dəfə gömrük pulu ahnırdı.
Tədqiqatçılardan biri yazır ki, ipək parçalar istehsal olunduqları yerdə
satıldıqda onun hər tayından 1 man. 30 qəp, xam ipəyin hər taymdan 5
87
man. pul almırdı. Tacirbr öz məlısullarım istehsal olunan yerda sata
bilməyib başqa şəhərə apardıqlan zaman yenə gömrük verirdilər.
Həmçinin, tacirlər hər dəfə tərəzi pulu adlanan xüsusi rüsum ödəməli
olurdular. Əgər tacirlər Kür çayından keçməli idilərsə, həm mallarma,
həm də yük heyvanlarına görə vergi ödəməli idiiər [202 ].
Digər xanhqlarda olduğu kimi, Qarabağ xanlığmda da gömrük
rüsumlarımn toplanması iltizama verilirdi. İyrmiyə yaxm iltizam
maddəsi var idi. Zərbxana maddəsinin icarəyə verilməsindən xan ildə
47165 manat gəlir əldə edirdi [175, v.297 ]. Biyan kökü, mizan,
boyaqxana, sabun, dabbaqlıq və s. sahələrini iltizammdan da xeyli gəlir
əldə edilirdi. İltizamdan gələn gəlirlərin bir hissəsi xanın qovulmalarma
və yaxın adamlarma, digər hissəsi isə xanlığm xəzinəsinə daxil olurdu.
Xamn miihüm gəlir mənbələrindən biri «boyaq pulu» vergisi
idi. Şəhər əhalisnin digər təbəqələri kimi sənətkarlıq da «tüstü pulu»,
bayramlıq, toy pulu və s. vergilər ödəyirdilər.
Xanhqda sələmçilik geniş yayılmışdı. Zəruri ehtiyac kəndliləri
nıəcbur edirdi ki, varlı qonşularından sələmlə pul götürsünlər. Çox vaxt
kəndlilər yazda, ötən ilki məhsul ehtiyatı tükəndiyi zaman borc
götürürdü. Borc ya pul, ya da məhsul şəklində alma bilər, pul ya da
məhsul şəklində özü və faizi ödənilə bilərdi. Sələmlə borc götürmək çox
hallarda kəndlinin müllisləşməsinə səbəb olurdu. Bəzən sələmin həcmi
ildə 60-70 faizə çatırdı [168, s.37 ].
Sələmçilərin xidmətindən yalnız kəndlilər deyil, feodallann
özləri, tacirlər də istifadə edirdilər. İri feordallar daha artıq dərəcədə
şəhər sənaye məhsulları, zinət şeyləri almağa meyl edirdilər. Onlarm
israfçılığı artırdı. Sələmi ödəmək üçün feodallar kəndlilərin vergibrini
artırmağa çalışırdüar.
§ 6. Şəhərdə sosial münasibətlər
Şuşa şəhərində əhalinin joiksək təbəqəsini xan başda olmaqla
dünyəvi feodallar və ali ruhanilər, iri tacirlər təşkil ndirdi. Ustalar və
xırda alverçilər orta təbəqəni, usta köməkçiləri, şagirdlər, muzdlu
fəhlələr isə aşağı təbəqəni təşkil edirdibr.
Sənətkarların bir çoxu peşələr üzrə həmkarlarda birləşmişdibr
[boyaqçılar, dərzibr, papaqçılar və s. ]..
Xanlar həmkarlarm daxili həyatma qarışmırdılar. Həmkarlar
iV/Jəri vergiııi və mükəlbfıyyətləri ustalar arasmda bölüşdürürdübr.
Sexin başçısı - ustabaşı sənətkarların ümumi yığmcağmda seçilirdi.
Ustabaşı ustalar arasmda yaranmış mübahisəbri həll edir, günahkarı
cərimələyir, sifarişlərin vicdanla yerinə yetirilməsinə, məhsulun
88
keyfiyətinə, istehsal olunan məhsulun satışına, bayram günləri iş
görülməməsinə nəzarət edirdi.
Sənətkar cmalatxanasına usta başçilıq cdirdi. Onun nəzarəti al-
tında emalatxanada usta köməkçiləri və şagirdlər işləyirdilər. Şagirdə
pul verirdilər, lakin adətə görə usta şagirdi yedirtməli, geyindirməli, ay-
aqqabısım verməli idi. Əgər şagird müstəqil surətdə məhsul istehsal et-
məyi bacarırdısa, usta ona «şagirdinə» də ödəyə bilərdi. Usta kömokçi-
ləri və şagirdlər müəyyən qədər işbyib təcrübə topladıqdan sonra
[müddətə sənətin xaraktcrindən və şagirdin bacarığından asılı olurdu. ],
şagird usta köməkçisi, usta köməkçisi isə usta keçə bibrdi. Usta keç-
mək üçün usta köməkçisi ziyafət təşkil etməli və hədiyyələr verməli idi.
Şəhər əhalisi xanın özünə, onun məhkəməsinə və məmurlarına
tabe olur, müxtəlif vergilər və mükəlləfiyyətlər ödəyirdi. Məsələn, Təb-
rizli məhəlləsinin sakinləri ildə 130 əşrəfi məbləğində «miqayat» ödəyir,
60 yük odun verirdilər. Bundan əlavə məhəllə sakinləri xanın bütün qo-
naqlarmı və onlarm atlarını pulsuz saxlamalı, xanm tələbi ilə lazımi mi-
qdarda işçi qüvvəsi, araba və qoşqu, tikinti üçün materiallar verməli idi-
lər. Eyni zamanda məhəllə sakinləri Rüstəm bəyə 100 x. manatı, Bala
bəyə 60 x. manatı ödəməii, taqvilaninin hər əşrəfindən 50 x. qəpiyi, qul-
luqinin lıər əşrəlindən 30 x. qəpiyi, hər odun yükündən 20 x, qəpiyi
ödəməli idilər. Məhəllə cəmi 200 əşrəfi, 398 xan manatı və 60 yük odun
ödəməli idi. 1805-ci il Kürəkçay müqavibsindən sonra məhəllə sakinləri
həm də 'Rusiyaya veriləcək xərc hesabma ildə 200 əşrəfi ödəyirdilər
[176.S.4-5 ].
Xanlar özbrini xırda qayğılardan azad etmək üçün ayrı-ayrı tə-
sərrüfat sahələrini müqatiyə verirdilər.
Kənd icmaları və həmkarlardan fərqli olaraq Şuşa bazarlarımn
fəaliyyəti xan idarələri və məmuriarı tərəfindən idarə olunurdu. Şəhərdə
polis rəisi vəzifəsini darğa yerinə yetirir, ticarət və bazara bazarbaşı,
ölçü vahidbri və tərəzilər üzərində nəzarəti mizandar ycrinə yetirirdi.
Maliyyə məmurlarının işini asanlaşdırmaq üçün müəyyən mallarla anc-
aq təyin olunmuş yerlərdə ticarət etməyə icazə verilirdi. Məsələn, çəki
ilə satılan mallar xan tərəziləri olan ycrdə satıla bilərdi. Burada qapançı
satıcıdan çəki rüsumu - mizan alırdı; meyıə tərəvəz baqqalxanaya gön-
dərilirdi; burada satıcılardan hər zənbilə, kisəyə, taya və s. görə vergi
alımrdı [Ətrafh məlumat üçün bax:155.1 s.355-357, 366, 367, 371]..
Sənətkarlar peşələr üzrə bir növ sex təşkilatları - əsnaflıq -
həmkarhq təşkil edirdilər. Bu təşkilatlar istehsalı qaydaya salmaq və
sənətkarlarm bir-birinə əl tutması üçün təşkil olunurdu. Təşkilata
rəhbərlik etmək üçün 3 il müddətinə ustagər adlı başçı seçilirdi.
Ustagərlər ustalar arasında bağlanmış müqavibləri təsdiq edir, təşkilata
89
daxil olan ustalar arsmda ixtilaf baş verdikdə mübahisələri həll edir,
ustaları xammalla təmin edir, ictinıai tədbirləri tnşkil keçirirdilər [22,
s.3-7 ].
Əsnaflar - həmkarlar vergiləri sənətkarlar arasmda bölüşdürür,
ustaların peşokarhq fəaliyyətinə nəzarət edirdilər. Xanlar vergilərin
vaxtında və lazımi səviyyədə toplanması və məşğuldiyyətini ustagərlərin
iistünə qoymuşdu.
§ 7. Xanlıq dövründə Qarabağda mədəniyyət
Xanlıq dövründə Qarabağda həm maddi, həm də mənəvi
mədəniyyət yüksək inkişaf etmişdi.
Qarabağ xanlığmm memarhğı haqqmda irəlidəki fəsillərdə
müfəssnl məlumat verildiyindən burada bir təkrara yol vermək
istəmirik. Hicri 1182-ci ildə [rmladi 1768/69 ]. Şuşada böyük bır cümə
məscidi inşa olunmuşdu. Sonralar Mehdiqulu xanın qızı Gövhər ağa
həmin məscidi təmir edib, daha gö/əl şəklə saldığmdan Gövhər ağa
məscidi admı almışdı.
Yarandığı güııdən Şuşa şəhəri Azərbaycan mədəni həyatmm
miihüm mərkəzlərindən biri olmuşdur. Şuşanm mədəm hayatmda
görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifm əvəzsiz xidməti
olmuşdur. Şuşamn Saatlı məhəlləsində açdığı mədrəsədə fəaliyyətə
başlayan Vaqif böyük ədəbi məktəb yaratmışdı, onlarca davamçı
yctişdirmişdir. O zaman Molla Əli Xəlifə, Molla Zcynalabdin və bir çox
müdərrislər istedadlı şagirdlər yetişdirmişlər [37, s.341 ].
Şuşada
yaşamış şair
Musa
Kərimüllah
dövrün
ağır
müharibələrini, xalqın çətin vəziyyətini qələmə almışdır.
XVIII əsrin birinci yarısmda Azərbaycan ərazisində getmiş
dağıdıcı müharibələr ölkənin, o cümlədən Qarabağın da modəni
həyatına çox böyük mənfi təsir göstərmişdi. 1736-cı ildə Muğanda
özünü şah seçdirən N adir şiə ruhanilərinin mövqeyini zəiflətmək
məqsədi iSə vəfq torpaqlarmm çoxunu müsadirə etdiyindən maarif
müəssisələri əsas gəlir mənbəyindən məhrum olmuşdu. Xanlıqiar
dövründə də bu sahədə elə bir dəyişiklik olmadı.
Məktəb adlanan ibtidai təhsil müəssisələri məscidlərin bir
guşəsində, xüsusi dükanlarda, yaxud şəxsi evlərdə yerləşir və adətən,
onlarm yaradıcılarmm, müəllimlərin adı ilə adlandırılırdı. Şuşada Molla
Pənah Vaqif məktəbi məşhur idi.
Məktəbdə adətən, ancaq bir müəllim olurdu və o, həm də
məktəbin rəisi [məktəbdar ]. idi. M əktəbdarlar məktəbin və özünün
xərclərini ödəmək üçün tədris haqqı kimi şagirdlərin valideynbrindən
90
hər həftə «həftəlik» adlanan pul, habelə peşkəş, bayramlıq və s.
alırdılar. Ancaq bu adətən kifayət etmirdi və müəllimlər məktublar,
dualar yazmaq, kəbin kəsmək və s. ilə də məşğul olurdular.
Adətən, uşaqlar 6 yaşıııdan məktəbə gedirdilər. Uşaqlar
məktəbdə həsir və kilim döşənmiş döşəmədə başıaçıq və ayaqqabısız,
evdən gətirdikləri döşəkçənin üstündə otururdular. Dərs müddəti, bir
qayda olaraq 6-8 saat davam edirdi. Şagirdlər əlifbanı Öyrəndikdən
sonra Quram oxuyub başa çatdırır, Sədinin «Gülüstan» əsəriııi və
başqa kitabları oxuyurdular.
Məktəbdə təhsil müddəti qeyri-məhdud idi, konkret hər bir
şagirdin təhsilini başa vurması haqqmda müəllimin nə vaxt vəsiqə
verməsindən asılı idi. Məktəbbrdə ayaqların falaqqaya salanıb
döyülməsi kimi cəza üsulu tətbiq olunurdu.
Məktəbbrlə yanaşı fərdi təhsil növü də mövcud idi. Xanm və
əyanlarm, tacirlərin uşaqları ib onlarm evində ayrılıqda bir müəllim
məşğul olurdu [13, s.462 ]. Bu üsula sərxana deyirdilər. Bir çox
yoxsullar imkanlan olmadığından uşaqlarmı məktəbə göndərmirdilər.
XVIII əsrin ikinci yarısı - XIX əsrin əvvəllərində Rusiya və İraıı
Qacarlar dövlətinin Azərbaycana hərbi müdaxiləsi, xanlıqlararası
çəkişmələr Azərbaycan ədəbiyyatma böyük ləsir göstərmişdilər. Bu
dövr poeziyasmın diqqəti çəkən xüsusiyyəti əsasən müxəmməs
formasmda yazılmış dövrün gerçək hadisə və şəxslərinə həsr olunmuş
irihəcmli şerbrin meydana gəlməsidir. Bu tip əsərbr dövrün hadisələrini
aydınlaşdırmağa, anlamağa kömək cdir.
Bütün əsrlər boyu Qarabağ ustad aşıqlarm vətəni olmuşdur.
Ağdamın Gülablı kəndindən olan Aşıq Valeh bütün ölkədə şöhrət
qazanmışdı. Aşıq Valehin qoşmaları dillər əzbəri idi, onun haqqında
«Valeh və Zərnigar» dastanı qoşulmuşdur [4, s. 189 ]. Xanhq dövrünün
Qarabağ şairbri şifahi xalq ədəbiyyatmdan, onun forma və məzmun
gözəlliyindən bəhrəbnmişlər. Bu dövr Qarabağın müstəqilliyi ilə
əlamətdardırsa, ədəbi mühit də ərəb-fars ədəbiyyatmın təsirinin son
dərəcə zəifləməsi, xalqm ö / milli ədəbi ənənələrinə üstünlük verdiyı
şifahi xalq ədəbiyyatından böyük vüsətlə faydalanması ilə səciyyəbnir.
Şifahi xalq ədəbiyyatı isə daha çox ictimai məna kəsb edirdi. Xalq
bayatılarmda XVIII yüzilliyinin sonlarmda güclü düşmən hücvmlarma
m ətanətb sinə gərmiş Şuşa qalasmm üzərindən tez-tez qarayclbr
əsməsinə işarə olunur:
Mən səni yel bilirdim,
Başında tel bilirdim,
Uca dağlar başmda
Qurumaz göl bilirdim.
'
91
Şuşanın Ağa Məhəmməd xan Qacarm qoşunları tərəlındən 1795-
ci ildəki mühasirəsinə həsr olunmuş bir bayatı da deyilirdi.
Gəldi, haradan gəldi,
Könlü qaradan gəldi,
Göydə bulud yox idi,
Bu sel haradan gəldi.
Başqa bir bayatıda isə 1797-ci ildə Ağa Məhəmməd şah Qacarm
Şuşanı almasına ağı deyilir:
Kərbəlam vay, qalam vay!
Kərbəlada qalam vay!
Çəkiliydi kərpici,
Alınıftı Qalam vay!
Şifahi xalq ədəbiyyatında dərin ictimai məna ifadəsi xalqm tə-
fəkkürü, onun adət-ənənə zənginliyi milli yetkinliyindən doğurdu.
Xalq ədəbiyyatı və aşıq poeziyası nəinki Molla Pənah Vaqif yara-
dıcılığma, eləcə də İbralıimxəiilxəlil xamn qızı Ağabəyim ağa, oğlu Əfü-
lfət xan və nəvəsi Cəfərqulu ağanm, başqa törəmələrinin yaradıcılığına
da böyük təsir etmişdi.
Məşhur ədəbiyyatşünas F.Köçərli Əbülfət xan haqqmda qısa mə-
lumat verərək onun şerlərindən Azərbaycan və fars dillərində yazılmış
iki qəzəli nümunə gətirir. İrəlidəki fəsillərdə qeyd olunduğu kimi,
İbrahimxəlilxəlil xan Ağa Məhəmməd şah Şuşada qətlə yetirildikdən
sonra Qarabağın ağır vəziyyətini nəzərə alaraq taxta çıxmış Fətəli şahla
münasibətləri normallaşdırmağa çalışırdı və şahın tələbi ilə qızı Ağa-
bəyim ağanı ona ərə verməklə yanaşı oğlu Əbülfət ağanı da girov kimi
şahm sarayma yollamışdı. Fətəli şah Əbülfətə xan titulu verməklə ya-
naşı, onun ədəbi
istedadım
görüb «Əmirül-üməra» təxəllüsü ilə öz ədəbi
məclisinə daxil etmişdi. Əbülfət xan 1839-cu ildə vəfat etmişdir.
Fətəli şah Ağa bəyim ağanın istedadına və qabiliyyətinə heyran
olmuşdu və onu öz hərəmxanasımn basçısı - banuyi hərəm- etmişdi. Şah
1811 -ci ildə İngiltərənin fövqəladə səfirini və onun xanımım qəbul edərkən,
səfır Böyük Britaniya kraliçasımn etimadnamə vo hədiyyələrini Ağabəyim
ağaya təqdim etmişdi [6, s.30 ]. Lakin saraym təmtərağı Ağabəyim
ağanm vətənə olan həsrətini öldürə bilmirdi. Qürbətdə olmasmdan
qüssələnən şairə yazırdı:
Mən aşiqəm qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
Şah, Ağabəyim ağamn tələbi ilə Tehramn saray mühitindən aralı
müqəddəs şəhər sayılan Qumda onun üçün saray tikdirdi. Ağabəyim
92
ağa elə burada 1832-ci ildə vəfat etmişdir. Ağabəyim ağa şerlərini
Azorbaycan və fars dillərində yazmışdır.
Molla Pənah Vaqif [Pəııalı Mehdi oğlu ]. 1717-ci ildə indiki Qa-
zax rayonunun Qıraq Salahlı kəndində anadan olmuşdur. Dövrünü ta-
nmmış alimlərindən olan Səfi əfəndinin yanında oxumuşdur. Təqribən
1763-cü [tarixi ədəbiyyatda Vaqifin Qarabağa İbrahimxəlil xan taxta
çıxdıqdan sonra gəlməsi qeyd olunur, [18s.47;17 s.] ancaq bu xanın
hakimiyyoti yanlış olaraq 1759-cu ildən başlandığından səhvən Vaqifin
Qarabağa köçmə tarixi də 1759-cu il kimi göstərilir T.M.] ildə Qarabağın
Veysəlli kəndinə köçərək bir müddət burada məktəbdarlıqla məşğul
olmuşdur. Həmin vaxt Karlli-Kaxetiya çarının zülmündən təngə gnlmiş
Qaracaqiı, Çinli, Salahlı, Dəmirçihəsənli, Qızılhacılı, Qaraqoyunlu, Al-
pout, Səfikürd, Boyəhmədli, Kəngərli, Xəfəli və başqa obalar Qazax-
dan Qarabağ xanlığına köçmüşdür. Vaqif sonra Şuşa şəhərinə köçərək
Saatlı məhəlləsində məktəb açmışdı. Əsil adır Əlipənah olan şair, Şuşa-
da Molla Pənah Vaqif |«Vaqif'» hər şeydən xəbardar olan», vəsl' edən
deməkdir ]. təxəllüsünü götürmüşdür [4, s. 189 ].
Vaqif sarayda əvvəlcə eşikağası, sonra nədimi hüzur və vəzir
vəzifələrini icra etmişdir [4, s. 193-194 ].
M.P.Vaqifin sarayda tutduğu mövqe, xanlığın digər xanhqlarla və
qonşu dövlətlərlə əlaqələrində oynadığı rol onun yaradıcılığında dərin
iz buraxmişdır.
İbrahimxəlilxəlil xan 1796-cı ildo oğlu Əbülfət ağanı rus
qoşunlarının komandanı gencral Zubovun yamna yolladığı zaman
onunla II Yekaterinaya ünvanlanmış məktub da göndərmişdi. Iləmin
məktub Vaqif tərəfindən yazılmışdı. V.Zubov II Yekaterinanın
göndərdiyi cəvahırləriə bəzənmiş əsanı Vaqifə hədiyyə ctmişdi.[7,
s.272].
Vaqifin Tiflisə həsr olunmuş bir müxəmməsində Qarabağ
xanlığının Kartli-Kaxctiya çarlığı ilə əlaqələri də öz əksini tapmışdır.
M.P.Vaqif İbrahimxəlilxəlil xanın göstərişi ilə [Muğanlı Cəmil ağa ilə
birlikdə ]. 1784-cü ildə Tillisə səfər etmişdi və bu səfər onu Gürcüstan
mövzusunda şcrlər yazmağa sövq ctmişdi. O, cyni zamanda çar II İrak-
linin oğluna da bir mədhnamə-müxəmməs həsr etmişdi [4, s. 193-194 ].
M.P.Vaqif həm də Şuşada inşaat işlərində, şəhərin bədii-estetik
tərtibatında yaxından iştirak edirdi. Həsənəli xan Qarabaği öz təzkirə-
sində Vaqifin Şuşa şəhərində bir sıra memarlıq abidələrinin tikintisində
yaradıcılıq fəaliyyətini işıqlandıraraq yazır ki, Vaqif nəinki xanm şəxsi
tikililərinin planlışdırılmasında, eləcə də qala hasarlarının, bürclərinin
inşasmda, habelə məşhur əyanlarm yaşayış binalarının tikilməsində
böyük rolu olmuşdur [5, s.272 ].
93
Vaqif lirikasınm əsas mövzusu məhabbnl və insan gözalliyinin tə-
rənnümüdür. Sevgiyo, yüksok romantik təməfo əsaslanan ononəvi müna-
sıbotdon fərqli olaraq, Vaqif düııyəvi, cismani məhəbbəti tərənnüm cdir.
Vaqiiin sevgilisi büt deyil, gerçək qadmdır. Şairin qəhrəmanı canhdır,
ehtiraslı bir insandır. Vaqil' sevgidə folsəfi mnna axtarır, onu hor gün
qarşılaşdığı gözəllər ruhlandırır. Şair dini chkamları bir yana qoyaraq
poeziya üçün gözəlliyin yeni tipini konkret şəkildə təsvir edir.
Vaqif ııikbin şair idi. Nikbinlik parlaq ifadəsini Azərbaycan po-
cziyasmda ilk dəfə Vaqii'in şerlərində tapmışdır. M.P.Vidadi ilə nəzm
deyişməsində o, qeyri-ixtiyari olaraq materialist dünyagörüşünü ifadə
edir:
Ta cəsədin cüda olmayıb candan,
Bil özünü artıq sultandaıı, xandan,
Qoriblik, ayrılıq nədir ki, ondan
Bu qədər çəkibsin azar, ağlarsan? [13, s.468 ].
Iləyat sevincləriııi bu cüı* tərənnüm edən Vaqif insan əzablarma
və comiyyətin odalətsizliyinə də öz münasibətini bildirir. Şair məşhur
«Görmədim» müxəmməsində öz əsrinin, mühitinin nöqsanlarmı ittiham
edir.
Mən cahaıı mülkündə mütləq doğru halət görmədim,
Ilər nə gördüm, əyri gördüm, özgə halət görmədim...
Müxtəsər kim, böylə dünyadan gərək etməz həzər,
Ondan ötrü kim, deyildir öz yerində xeyri-şər.
Alilər xakə-məzəllətdə, dənilər mötəbər,
Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər,
İşlənən işlərdo əhkamü-ləyaqət görmədim [13, s.468-469 ].
Vaqif klassik şərq poeziyasmn sirlərinə,
onnn
bədii il'adə vasitələ-
rinə dərindən yiyələnmiş, onları aşıq tapmtıları ilə sıx calaşdırmış, çox
vaxt şi/'ahi xalq odəbiyyatından, xalq dilindən etmişdir və bununla da
şcriıı tamamilə orijinal səslənməsinə nail olmuşdur. Vaqifin sayəsində
xalq şer forması olan qoşma yazılı poeziyada geııiş tətbiq edilmiş və
odəbiyyatnı demokratikləşməsində, həyatm gerçək qavranılmasında
mülıüm rol oynamışdır.
XVIII
əsrdən bədii ədəbiyyatxn klassik poeziya və aşıq şeri kimi
qolları müoyyən dərəcədo bir-birindən ayrı inkişaf edirdisə, Vaqif bu iki
qolun ən yaxşı cəhətlərini özündə birləşdirdi. Vaqif Azərbaycan
poeziyasmın gələcək inkişaf yolunu düzgün hiss edib ona istiqamət verdi.
Vaqif tamamilə yaxud əsasən əruz vəznində yazan klassik şairləromizdən
fəıqli olaraq məhz heca vəznində lirikanin ən gözəl nümunələrini vermişdi
[18, s.83 ].
94
Vaqifm bir çox şerləri əhalinin məişət və zövqünü əks etdirir.
Onun «Kür qırağmın ocob seyrangahı var» misrası ilo başlayan moşhur
qoşması buna misaldır. Ədəbiyyat tarixçiləri bu qoşmanm yaranmasmı
belə izah edirlər:
İbrahimxəlilxolil xan sofərlorinin birindo bozi mülahizoloro göro
Kür qırağmda düşərgə qurub dayanıbmış. Sərkərdələr burada
duruşdan təngə gəlib Vaqifdən xahiş ediblərmiş ki, ııecə olursa-olsun
xanı Şuşaya qayxtmağa ra/.x salsm. Vaqif bodahoton ağlı keçon şeıi
yazıb xanəndələrə verir ki, onu oxusunlar. Şerdə deyilirdi:
Vaqif haqdan dilər lütfı kərəmlər,
Belo yerdo duran vallah voromlor.
Yenə yada düşdü bizim sənəmlər,
Getməyin binası hayıf ki, yoxdur. [4, s. 200]
Şeri eşidon İbrahimxolilxolil xan dorhal Şuşaya qayıtmağı omr etmişdir.
95
III FƏSİL
XANLIĞIN İNZİBATİ - ƏRAZİ BÖLGÜSÜ VƏ
DÖVLƏT İDARƏÇİLİYİ
Dostları ilə paylaş: |