Yağ mübadiləsi və onun pozulması. Həzm traktında yağlar yağ turşularına və qliserinə parçalanırlar. Orqanizmdə lazım olan enerjinin 50%-ni yağlar verir. 1qr neytral yağ oksidləşəndə 9 kkal enerji ayrılır. Yağa olan sutkalıq tələbat 70-80qr-dır. Yağların funksiyaları:
1)Yağlar protoplazmanın, nüvənin və membranın əsas tərkib hissəsini təşkil edir;
2)Yağın müəyyən hissəsi orqanizmin ehtiyacını ödədikdən sonra enerji mənbəyi kimi dərialtı toxumada, piylikdə, böyrəklərin ətrafında, xeyli hissəsi isəqaraciyərda və əzələlərdə toplanır;
3)Yağlar dərialtı piy istiliyin bədəndən verilməsinə mane olur.
Yağların çox hissəsi bağırsağlarda parçalanandan sonra limfaya sorulur. Yağ mübadiləsində əsas ağırlıq qaraciyərin üzərinə düşür.
Yağ mübadiləsinin pozulması aşağıdaki hallarda olur:
1)Yağların sorulması pozulanda—ödün bağırsaqda lazımi qədər tökülməməsi ilə əlaqədar olan patoloji hallarda yağları emulsiyalaşdıran öd turşularının azlığı və ya olmaması onları sorulmasını qeyri-mümkün edir.
2)Yağların qandan toxumaya keçməsi pozulanda.
3)Yağların depolarına keçməsi pozulanda.
4)Yağ mübadiləsinin ara mərhələsi pozulanda.
Xolesterin steroid yağlara aiddir. Xolesterin mübadiləsinin pozulması aterosklerozun, öd daşı xəstəliyinin, lipoid nefrozun əmələ gəlməsinə, buynuz qişasının yaşla əlaqədar tutqunlaşmasına səbəb olur. Ateroskleroz zamanı damarların intimasına xolesterin çökür və mənfəzi daralır.
Piylənmə -- orqanizmdə yağların sintezinin sürətlənməsi, lipidlərin piy depolarıhdan sürətlə xaric olması və toxu- malar tərəfindən mənimsənilməməsi zamanı olur. Onun əsas səbəblərindən biri patoloji iştaha ilə əlaqədar olan həddindən artıq qidalanmadır. Etioloji cəhətdən piylənmənin serebral. Alimentar və hormonal növləri ayırd edilir.
Dostları ilə paylaş: |