Anatomiyanın əhəmiyyəti. Öyrənmə metodları


Ə Z Ə L Ə T O X U M A S I



Yüklə 63,17 Kb.
səhifə9/31
tarix02.01.2022
ölçüsü63,17 Kb.
#1912
1   ...   5   6   7   8   9   10   11   12   ...   31
Ə Z Ə L Ə T O X U M A S I
Əzələ toxuması başqa toxumalardan fərqli olaraq yığılma qabiliyyətinə malikdir. Əzələlərin yığılması nəticəsində orqanizmdə müxtəlif hərəkətlər icra olunur: bədənin yerdəyişməsi, tənəffüs hərəkətləri, qanın damarda, qidanın isə həzm orqanlarında hərəkəti, doğuş aktı, və s. Əzələ toxuması 2 yerə bölünür:

1) saya əzələ toxuması

2)eninə zolaqlı əzələ toxuması

Saya əzələ toxuması vəzifəcə qeyri-iradi olub, quruluşca 20-dən 500-ə qədər uzunluqda iyə bənzər hüceyrələrdən—miositlərdən ibarətdir. Hüceyrənin ortasında uzunsov nüvə, kənarlarına yaxın isə uzununa miofibrillər yerləşir. Yığılma- mio-fibrillərin xassəsidir. Miositlərin arasındaki kollagen və elastik liflər onları bir-birinə bağlayır. Saya əzələnin yığilması ləng gedir, lakin o, gec yorulur. Saya əzələlər bir çox daxili orqanların divarların tərkibinə daxildir (mədə, bağırsaq, sidik kisəsi və s.). Qan damarlarında və dəridə də saya əzələ vardır.

Eninə zolaqlı əzələ toxumasi vəzifəcə iradi, quruluşça 4-12.5sm uzunluğunda silindrəbənzər əzələ hüceyrələrdən-liflərdən ibarətdir. Əzələ lifində çoxlu nüvələr olur. Əzələ lifləri bir-birinə sıx söykənmiş və onların arasında nazik tor-endomizi yerləşir. Əzələni xaricdən sıx birləşdirici toxuma--perimizi örtür. Eninə zolaqlı əzələ toxumasına skelet əzələlərində, ürək əzələsində, dilin, yumşaq damağın, qırtlağın, udlağın, qida borusunun 1/3 hissəsinin əzələlərində rast gəlinir. Skelet əzələləri çox sürətli yığılma və tez yorulma xassəsinə malikdir.

Ürək əzələsi kardiomiositlərdən təşkil olunub miokardı əmələ gətirir. Ürək əzələsi quruluşça eninə zolaqlı, vəzifəcə qeyri –iradidir.


Yüklə 63,17 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin