S İ N İ R T O X U M A S I
Sinir toxuması biirlışdirici toxuma ilə birlıkdə orqanizmdə sinir sistemini təşkil edir: baş beyin və onurğa beyni və çoxsaylı sinirlər. Sinir toxuması oyanma, impulslar əmələ gətirmə və onları ötürmə (nəqletmə) xassəsinə malikdir. Sinir toxuması sinir hüceyrələrindən və neyroqliyadan təşkil olunmuçdur. Sinir hüceyrəsi çıxıntılarla və ucluqları ilə birlikdə neyron adlanır. Sinir hüceyrələri əsasən baş və onurğa beynində yerləşir və boz maddəni təşkil edirlər. Sinir hüceyrəsi cisminin bir nüvəsi, sitoplazmasında isə pələng dərisi kimi xal-xal nisel cisimcikləri—tiqroid maddə-- və incə liflər olan neyrofibrillər vardır. Sinir hüceyrəsinin iki cür çixintısı olur; qısa çıxıntılar- dendritlər; uzun çıxıntı akson və ya neyrit adlanır. Dendritlər çox miqdarda olub, tiqroid maddədən təşkil olunmuşdur. Ancaq hissi neyronların dendritləri uzundur və perifiriyaya çatir. Sinir hüceyrəsinin bir aksonu olur. Aksonun uzunluğu 1-1,5m çatır, neyrofibrillərdən təşkil olunmuşdur. Bu çıxıntılardan sinir lifləri əmələ gəlir. Neyronun cisimləri və dendritlər boz maddəni, aksonlar isə ağ maddəni təşkil edirlər. Çıxıntıların miqdarına görə neyronlar unipolyar (1 çıxıntılı), bipolyar (2 çıxınıntılı) və multipolyar (çox çıxıntılı) hüceyrələrə bölünür.
Sinir hüceyrəsi çıxıntıları neyrolemma adlanan qişa ilə örtülmüşdür. Qişanın quruluşuşundan asılı olaraq sinir liflərinin mielinli və mielinsiz növləri ayırd edilir. Mielinli qişa daha qalın olur. Sinir lifləri orqanlara çatdıqda orada sinir ucluqları əmələ gətirirlər. Funksiyaya görə sinir ucluqları hissi və hərəkətiyə bölünürlər. Hissi ucluqlar, və ya reseptorlar, xarici qıcıqları qəbul edirlər. Hərəki ucluqlar isə əzələni hərəkətə və vəziləri fəaliyyətə gətirirlər.
Neyroqliya birləşdirici toxuma olub, sinir toxumasında istinad və trofik funksiya daşıyır. O, müxtəlif formalı və ölçülü hüceyrələrdən təskil olunmuşdur.
Sinir hüceyrələrinin bir-birilə əlaqəsi sinapslar vasitəsilə baş verir. Onlar çıxıntıların son şaxələri olub başqa sinir hücey-rəsinin cismində, dendritində və ya aksonunda qurtarır.
Dostları ilə paylaş: |