Anatomiyanın əhəmiyyəti. Öyrənmə metodları



Yüklə 63,17 Kb.
səhifə7/31
tarix02.01.2022
ölçüsü63,17 Kb.
#1912
1   2   3   4   5   6   7   8   9   10   ...   31
TOXUMALAR
Insan orqanizmi çox mürəkkəb quruluşa malikdir. Çoxhüceyrəlilərin orqanizmi hüceyrələrdən və ara maddədən ibarətdir. Hüceyrələr öz törəmələrilə mürəkkəb bioloji birləşmələr təskil edərək toxumalar əmələ gətirirlər. Toxumaların müxtəlif kombinasiyasından üzvlər, üzvlərdən sistemlər yaranır.

Toxuma—eyni hüceyrələrdən və ara maddəddən ibarət, morfoloji və fizioloji cəhətcə bir-biri ilə bağlı olan eyni məgsədli törəmələrdir. İnsan orqanizmində toxumalar 4 əsas grupa bölünür: 1)epitel toxuma, 2)birləşddirici toxuma, 3)əzələ toxuma, 4)sinir toxuması.

Epitel toxuma insan dərisinin üst qatını təşkil edir və boşluqların, həzm sisteminin, tənəffüs, ifrazetmə sisteminin divarlarını örtür. Bu toxuma əsasən bədəndə xarici mühüt hüdudunda yerləşdiyi üçün hüdudi toxuma adlanır. Epitel toxuma 2 grupa bölünür: örtük və vəzi epiteli.

Örtük epiteli hüceyrələrin formasına görə kubabənzər, prizmatik və yastı, yerləşməsinə görə tək və çoxqatlı olur.

Təkqatlı epitel bədəndə olan boşluqların divarını, tənəffüs yollarını, həzm orqanlarını, böyrək kanalcılarını, uşaqlıq borularını örtür. Təkqatlı yastı epitel döş və qarın boşluğunun divarlarını örtür. Təkqatlı kubabənzər epiteli böyrək kanalcıqlarını örtür. Təkqatlı prizmatik epitel qida borusundan düz bağırsağa qədər həzm kanalının divarını daxildən örtür. Tənəffüs orqanların, uşaqlıq boruların, toxumdaşıyıcı axacaqların divarlarını örtən epitelidə kirpiklər olduğu üçün bu epiteli kirpikli adlanır.

Çoxqatlı örtük epiteli də hüceyrələrin formasına görə yastı, kubabənzər və prizmatik epitelə bölünür. Çoxqatlı yastı epitelidən dərinin epidermis qatı və dəri törəmələri əmələ gəlir. O, həmçini gözün buynuz qişasını, ağız boşluğunun, udlağın, sidik kanalınin, uşaqlıq yolunun və düz bağırsağın selikli qişasını örtür.

Epiteli qoruyucu funksiya daşıyır—orqanizmi ətraf mühitin zərərli təsirlərindən (sudan, qazdan, mikroblardan və s.) qoruyur və orqanizmlə ətraf miühitin əlaqəsini təmin edir. Qidayla qəbul edilən xeyirli maddələr bağırsağın divarından örtük epiteli hüceyrələrilə qana sorulur. Hiss orqanların (gözün, burunun, dilin) epiteli hüceyrələri müxtəlif qoxuları, qıcıqları, dadları ayırd etməyə orqanizmə kömək edirlər.



Vəzi epiteli orqanizmin müxtəlif yerlərinə olur. Bəzi vəzilər böyük tək orqan kimi fəaliyyət göstərir, məs., qaraciyər, qulaqdibi ağız suyu vəzisi, mədəaltı vəzi, süd vəzi.

Vəzilər orqanizmdə sekretor funksiya daşıyır. Onların çoxu epitel toxumasının törəməsi olub, ekzokrin və endokrin vəzilərə bölünür. Ekzokrin vəzilərin əmələ gətirdiyi maddə xaricə və ya boşluqlara keçir. Ekzokrin vəzilər təkhüceyrəli və çoxhüceyrəli olur. Təkhüceyrəli vəzilər tənəffüs yollarının, bağısağın divarlarında yerləşir və selik ifraz edir. Çoxhüceyrəli vəzilərin çıxarıcı axarı olur. Endokrin vəzilərin sekreti birbaşa qana keçir.

Epiteli hüceyrələri bir-birinə sıx yerləşir və onların arasındakı ara maddə zəif inkişaf etmişdir.


Yüklə 63,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin