746) Travmatik şok zamanı hemodinamikanın vəziyyətini qiymətləndirmək üçün şok indeksi istifadə olunur. Bu nədir?
A) MVT-in və DEQH-in münasibətidir
B) Nəbz tezliyi və sistolik AT-nin münasibətidir
C) Sistolik və diastolik AT arasında olan fərq
D) Qoltuqaltı ilə düz bağırsaq arasında olan temperatur fərqidir
E) TT-in və TH-in münasibətidir
Ədəbiyyat: Анестезиология и реаниматология: учебник под ред. О.А. Долиной. – М.: «Медицина». 2002.
747) Kəskin qan itirmə zamanı aşağıda sadalanan hemodinamik göstəricilərdən hansı tez və daha aydın dəyişilir?
A) Hər 4 göstəricinin dəyişilməsi sinxron gedir
B) Periferik venoz təzyiq
C) Diastolik arterial təzyiq
D) Mərkəzi venoz təzyiq
E) Sistolik arterial təzyiq
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
748) Huşu özündə olan xəstənin daxili vidaci venasının kateterizasiyası zamanı döş-körpücük-məməvari əzələnin orientirlərini təyin etmək üçün nə etmək düzgün olardı?
A) Xəstənin başını eyni tərəfə çevirib ona həmin tərəfdəki ayağının qaldırmağı təklif etmək
B) Xəstənin başını punksiya olunacaq vena tərəfə çevirib ona başını çarpayıdan qaldırmağı təklif etmək
C) Xəstənin başını əks tərəfə çevirib ona başını çarpayıdan qaldırmağı təklif etmək
D) Xəstənin başını əks tərəfə çevirib ona sağ ayağını qaldırmağı təklif etmək
E) Xəstənin başını əks tərəfə çevirib ona sol ayağını qaldırmağı təklif etmək
Ədəbiyyat: Интенсивная терапия, под ред. В.Д. Малышева, Москва, «Медицина», 2002.
749) Orta dərəcəli kombinə olunmuş travma zamanı qanaxma fonunda xəstənin dəri örtüyü kəskin avazımışdır, taxikardiya qeyd olunur, A/T və mərkəzi venoz təzyiq göstəriciləri gözə çarpan dərəcədə enmişdir. Konservləşmiş qan yoxdur, onda hansı preparat tətbiq edilməlidir?
A) 5 % qlükoza
B) Efedrin
C) Noradrenalin
D) Adrenalin
E) Poliqlükin
Ədəbiyyat: А.Д. Беляевский. Анестезиология и реаниматология. Ростов-на-Дону, «Феникс». 2006.
Dostları ilə paylaş: |