Aqil abbas



Yüklə 1,13 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix11.01.2022
ölçüsü1,13 Mb.
#51166
növüYazı
  1   2   3   4   5   6
[kitabyurdu.org] Aqil Abbas Dolu



 
 

 
 
© Aqil ABBAS 
Müəllif hüquqları qorunur 
DOLU 
 
 
 
Üstlərində göz yaşlarından başqa heç nəyi olmayan 
şəhid analarına! 
 
I FƏSİL 
 
Xahiş edirəm, bu əsərdə 
 kim isə nə isə axtarmasın, bu yazıçı təxəyyülündən 
başqa bir şey deyil. 
A.Abbas 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


 
 

*** 
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və 
belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir 
yarpaq  belə  qımıldamırdı.  Azacıq  meh  yarada  bilən 
çinarlar  da  çırpınıb-çırpınıb  süst  düşmüşdülər.  Qəflətən 
bu buludsuz, bu aydın, bürküdən ulduzları da yorulub day 
sayrışmayan  göylər  necə  şaqqıldadı  və  şəhəri  Dolu  necə 
vurdusa, şəhər dik atıldı... Və dik atılan şəhər özünü atdı 
bayıra... 
...  Dolu  yağanda  bu  şəhərdə  zurna-qavallı  bir  toy-
bayram  olardı,  təbii  ki,  zurna-qavalı  da  dolunun  özü 
gətirərdi.  Baxmayaraq  ki,  dolu  bağ-bağata  da, 
avtomobillərə  də,  pəncərə  şüşələrinə  də,  kasıb  evlərinin 
kasıb  damlarına  da,  çölü-biyabanda  yaxaladığı  adamlara 
da çox böyük zərər vururdu  - dəxli yox idi, camaat uşaq 
kimi  sevinərdi.  Bu  dolu  çəkərdi  beş  dəqiqə,  on  dəqiqə, 
amma bu beş-on dəqiqənin dadı-ləzzəti damaqlardan uzun 
müddət getməzdi. 
Elə  ki  dolu  başladı,  camaat  həsrətlə  gözlədiyi 
dolunun  gətirdiyi  zurna-qavalın  səsini  eşitdi,  sevinclə 
tökülərdi  bayıra.  Və  çölə  tökülən  bu  camaat  dolunun 
tutmadığı  bir  yanda  daldalanır,  dolunun  gətirdiyi  qeyri-
adi,  soyulmuş  baldırğan  qoxusuna  bənzər  bir  qoxunu 
ləzzətlə  ciyərlərinə  çəkib  xoşallanar,  əllərini  dolunun 
altına  tutub  göylərə  -  buludların  arasından  süzülən  Tanrı 
işığına  tamaşa  eləyə-eləyə  bu  dolunun  damları,  torpağı, 
downloaded from KitabYurdu.org


 
 

ağacları,  pəncərələri  döyəcləməsindən  yaranan  Tanrıdan 
başqa heç bir bəstəkarın bəstələyə bilmədiyi qeyri-adi bir 
musiqiyə qulaq kəsilirdilər. 
Balacalar  isə  böyüklərin  əsəbləşmələrinə,  çığırıb-
bağırmalarına  baxmazdılar,  dolunun  altında  sevinclə 
atılıb-düşər,  yerdən  ovuclayıb  yığdıqları  buz  parçalarıyla 
bir-birini  daşlar,  arabir  də  ağızlarına  atıb  konfet  kimi 
sümürər,  dolunun  kefini  çıxarardılar.  Gecə  də  anaları 
yanlarını şapalaqlaya-şapalaqlaya bellərini küpələyərdi... 
... Gecə yarıdan bir az keçmişdi. Çox bürküydü və 
belə bir bürküyə adət eləməmiş şəhər bərk tıncıxırdı. Bir 
yarpaq belə qımıldamırdı. Azacıq meh yaradan çinarlar da 
çırpınıb-çırpınıb süst düşmüşdülər. Qəflətən bu buludsuz, 
bu aydın, bürküdən yorulub day ulduzları da sayrışmayan 
göylər necə şaqqıldadı və şəhəri Dolu necə vurdusa, şəhər 
dik atıldı... Və dik atılan şəhər özünü atdı bayıra. 
...  Amma  Dolunun  sevincini  yaşamağa,  gətirdiyi 
soyulmuş  baldırğan  qoxusunu  ciyərlərinə  çəkməyə, 
Tanrıdan  başqa  heç  bir  bəstəkarın  bəstələyə  bilmədiyi 
qeyri-adi musiqisinə qulaq asmağa yox.  Uşaqlar bu Dolu 
ilə oynaya bilmirdilər, ağızlarına atıb konfet kimi sümürə 
bilmirdilər.  Bu  Dolunun  musiqisindən  ləzzət  almaq 
olmurdu, bu Dolunun musiqisi insanların beyninə bir dolu 
kimi dəyib ruhunu əzirdi. Göydən dolu yağmırdı, Əzrayıl 
yağırdı.  Kimi  harda  yaxalayırdısa,  elə  orda  da  cənginə 
alıb çeynəyirdi. 
downloaded from KitabYurdu.org


 
 

Sambist  Eldarı  gecə  növbəsindən qayıdanda  Lenin 
bağının  başında  yaxalamışdı,  səhər  batalyonun  uşaqları 
yanğınsöndürən maşının köməyi ilə qoca palıdın başından 
parçalarını  zorla  yığa  bilmişdilər.  Xanəndə  Baratın 
xanımını  evin  içində,  yuxunun  ən  şirin  yerində  cənginə 
almışdı,  başlarını  itirdiklərindən  yalnız  Ağcabədidə 
xəstəxanaya  çatdıranda  bilmişdilər  ki,  sağ  qolu  qalıb 
evdə.  Əlinə  düşəndən  babat  vurub  çarpayıya  daş  kimi 
düşmüş  Kefli  Çapay  səhər  ayılanda  evin  ortasında 
parçalanmamış  bütöv  bir  Dolunun  sancıldığını  görüb 
demişdi: 
- Bunu kim göndərdi, ə?! 
Hərə  başını  götürüb  bu  Doludan  hara  gəldi  qaça 
bildikcə  qaçmaq  istəyirdi.  Maşınlılar  colum-cocuğunu 
maşınına  doldurub  şəhərdən  çıxarır,  kəndə-kəsəyə  üz 
tuturdu. Kənddə-kəsəkdə doğması olmayanlar isə şəhərin 
kənarında  Dolu  tutmayan  bir  yerdə  ya  maşında,  ya 
ağacların  altında  gecələyirdilər.  Maşınsızlar  isə  colum-
cocuğunu  evin  dərin  yerinə  çəkir,  əlacsızlığın  ağırlığı 
altında  balalarının qorxudan bərəlmiş  gözlərinə baxmağa 
da  utanırdılar.  Bu  colum-cocuğun  baxışları  onları 
dışardakı Doludan da bərk döyürdü. 
Və bu Dolu şəhəri qəfil it kimi həmişə gecədən bir 
az  keçmiş,yuxunun  ən  şirin  yerində  tuturdu.  Gecənin 
qaranlığından,  Dolunun  insanların  beynini  bir  dolu  kimi 
döyüb  ruhunu  əzən  şaqqıltısından  çaşmış  adamlar 
downloaded from KitabYurdu.org


 
 

fırtınanın sahilə atdığı balıqlara oxşayırdılar. 
 
Yenə gecə yarıdan keçmişdi... Və şəhəri Dolu necə 
vururdusa... Maşını olanlar yenə colum-cocuğunu maşına 
doldurub şəhərdən çıxarmağa çalışırdı. Maşını olmayanlar 
isə  yenə  colum-cocuğunu  evin  dərin  yerinə  çəkib 
ümidlərini  onları  çoxdan  yaddan  çıxarmış  Tanrıya 
bağlayaraq 
xəcalətlərindən 
domuşmuş 
balalarının 
qorxudan  bərəlmiş  gözlərinə  də  baxmağa  ürək 
eləmirdilər... 
...  Bu  Yiyəsiz  Dövlətin  bu  Yiyəsiz  Övladları  önü 
düşmən, arxası isə heç nəyə söykənməyən səngərin içində 
silahlarını  əzizləri  kimi  bağırlarına  basıb  ürəkləri  qan 
ağlaya-ağlaya  şəhərə  yağan  Doluya  ağrı  ilə  tamaşa 
edirdilər. 
- Allah, sən özün kömək ol! 
- Allah, sən saxla... 
Yaratdığı 
dünyanı 
onun 
iradəsi 
əleyhinə 
məhvərindən  çıxarmış  insanlara  qəzəblənmiş  Tanrı 
yorulmuşdu.  Müharibədə  qırılan  bu  günahsız  cavanlar 
kimi  o  da  vaxtından  əvvəl  qocalmışdı.  Qibləsini  azmış 
insanların  üzünü  yenidən  qibləyə  çevirmək  üçün  bir 
peyğəmbərə ehtiyac olduğunu görüb mələkləri yer üzünə 
göndərmişdi ki, bu peyğəmbəri tapsınlar. Mələklər də yer 
üzünün altını üstünə çevirsələr də Tanrının istədiyini tapa 
bilməmişdilər. 
Axırda 
Tanrının 
yanına 
əliboş 
downloaded from KitabYurdu.org


 
 

qayıtmaqdan  qorxan  mələklər  təsadüfən  göy  üzü  kimi 
təmiz, Zəmzəm bulağı kimi saf, göz yaşı kimi dupduru bir 
səs  eşitmişdilər.  Tökülmüşdülər  səs  sahibinin  üstünə, 
qanından,  ruhundan  bu  qeyri-adi  səsi  soymuşdular  və 
Tanrıya hədiyyə aparmışdılar. 
Və  artıq  öz  yaratdıqları  ilə  bacara  bilməyən  Tanrı 
qəzəbini  soyutmaq,  bir  az  yorğunluğunu  çıxarmaq 
istəyəndə  Qədir  Rüstəmovun  səsinə  qulaq  asırdı.  Bu  səs 
onu  qoymurdu  ki,  insanları  məhşərə  çəkib  qiyami  -
qiyamət  gününü  qursun,  şeytan  bayram  eləsin.  Və  indi 
Qədir  Rüstəmovun  səsi  ruhuna  necə  işləmişdisə  Yiyəsiz 
Övladların  yalvarışlarını  eşitmirdi.  Və  bu  Yiyəsiz 
Övladlar özlərinə şah damarlarına yaxın bildikləri Tanrıya 
yalvara-yalvara  şəhərə  yağan  Dolunun  haranı  vurduğunu 
dəqiqləşdirməyə çalışırdılar. 
Pələng: 
- Deyəsən, İmarəti vurur. 
Evləri İmarətin böyründəydi. 
Qeyrət Dağarcığı: 
- Ə, yox, görmürsən mərkəzə düşür. 
Drakon: 
- Onda bizim evləri döyür ki! 
Bu  Yiyəsiz  Dövlətin  bu  Yiyəsiz  Övladları  yalnız 
səhər  açılandan  sonra  biləcəkdilər  ki,  bu  Dolu  onların 
hansının anasını döyüb, hansının balasını, hansının bütün 
ailəsini.  Hər  şeydən,  yalvarıb-yalvarıb  bir  şey 
downloaded from KitabYurdu.org


 
 

çıxmadıqlarını gördüklərindən hətta Tanrıdan da ümidləri 
kəsilmiş  bu  Yiyəsiz  Övladlar  hirslərindən-hikkələrindən 
əllərini,  dodaqlarını  gəmirirdilər.  Elələri  olurdu  bəzən 
dözə bilmirdi, səngərdən sıçrayıb çıxır, bağıra-bağıra irəli 
atılırdı  və  qarşıdan  bağırtısız-filansız  ona  atılan  səliqəli-
sahmanlı güllələrdən birinə qurban olurdu... 
*** 
...  Düşmənə  dörd-beş  güllə  vurandan  sonra  az-çox 
ürəyi  soyusa  da,  indi  sandıqdakı  otuziki  güllənin 
otuzikisini  də  qarşısında  dayanmış  bu  At  Belində  Olan 
Adamın  qarnına  doldurardı,  uf  da  deməzdi,  bu  adamın 
qarnı  ölürdü  otuziki  güllədən  ötrü.  Düşmən  düşmən 
olanda nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa 
bilirdin  ki,  qarşındakı  düşməndi,  sənin  qanını  içməkdən 
sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik 
də yox idi. Bu düşməndən də daha dəhşətliydi. Bu insanın 
məcburən  öz  içində  gəzdirdiyi,  müalicəsi  olmayan 
xəstəlik  kimi  bir  şey  idi.  Bu  xəstəliklə  birgə  yaşamaq 
zorundaydılar.  Eyni  göyü,  eyni  torpağı,  eyni  qanı,  eyni 
şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni 
qanı  bərabər  paylaşsalar  da,  amma  bu  eyni  şəhəri  eyni 
paylaşmamışdılar. 
Birinin  payına  Dünyanın  Ən  Varlı  Şəhərinin 
bazarında  balaca  bir  ət  dükanı  düşmüşdü.  Amma  bu 
qarşısındakı  At  Belində  Olan  Adamın  payına  bu  şəhərin 
az  qala  yarısı  düşmüşdü,  dədəsindən,  babasından  qalmış 
downloaded from KitabYurdu.org


 
 

miras kimi. Katiblərin, rəislərin, day hansı kərtənkələlərin 
quşunu  götürə-götürə  özü  də  çoxlarına  quş  götürdə 
bilmişdi.  Atını  sağa  da  səyritmişdi,  sola  da.  Həmişə  at 
belində  olmuşdu.  İndi  də  at  belindəydi,  amma  atını  day 
əvvəlki  kimi  səyridə  bilmirdi.  Təkcə  o  yox,  hətta  onun 
quşunu  götürdüyü  katiblər  də,  rəislər  də  day  atlarını 
istədikləri kimi səyridə bilmirdilər. 
Dünya  öz  məhvərindən  çıxmışdı,  baş  alıb  gedirdi. 
Hara  gedirdi,  heç  kim,  hətta  öz  yaratdıqlarının 
məhvərindən  çıxartdıqları  bu  Dünyanın  hara  getdiyini 
Tanrının  özü  də  bilmirdi.  Və  indi  onu  məhvərindən 
çıxaran  insanlardan  qurtulmaq  üçün  başını  götürüb  hara 
gəldi  qaçan  bu  Dünyada  insanlar  elə  bir  duruma 
düşmüşdülər  ki,  içlərində  nifrətdən  başqa  heç  nə 
qalmamışdı.  Bu  nifrət  vurub  çıxmışdı  sir-sifətlərinə  və 
sir-sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  Bu  məhvərindən 
çıxmış  və  həm  Tanrıdan,  həm  də  özündən  baş  götürüb 
qaçan Dünyada həm bu şəhər, həm də bu şəhərin adamları 
qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və 
bu  vurğun  da  ən  çox  cavanları  vurmuşdu.  Dünənədək 
müharibəni  kinolarda  görən  bu  vurğun  vurmuş  cavanlar 
qəflətən  bir  müharibə  Kinosunun  düz  ortasına 
düşmüşdülər.  Özü  də  öz  xoşlarına  yox,  onları  bu 
müharibə Kinosunun içinə zorla itələyib salmışdılar. 
Bu  dəhşətli  Kinonun  ssenarisini  dünyanın  Böyük 
Dövlətlərinin  Böyük  Saraylarında  yazmışdılar.  Çəkilişini 
downloaded from KitabYurdu.org


 
 

də  Tarkovskinin  də,  Tofiq  Tağızadənin  də  həsəd 
aparacaqları  rejissorlara  tapşırmışdılar.  Və  həmin 
rejissorları  da  Böyük  Dövlətlərin  Böyük  Saraylarında 
oturub  çəkməkdə  olduqları  kinonun  gündəlik  kadrlarına 
ləzzətlə  tamaşa  edirdilər.  Bu  Kinonun  iştirakçılarının  isə 
nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və 
bu  Kino  əvvəllər  gördükləri  kinodan  təkcə  onunla 
fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar 
idi, insanlar doğrudan güllələnir, uşaqların başı doğrudan 
kəsilir,  qadınlar  doğrudan  zorlanırdı.  Bu  kino  əvvəllər 
gördükləri  kinodan  bir  də onunla  fərqlənirdi ki,  bu  Kino 
sona  çatmırdı  və  bu  Kinonun  sonu  heç  üfüqdə  də 
görünmürdü. 
Fazil  Müəllimin  Kinoteatrında  baxdıqları  bütün 
kinolarda  bizimkilərin  atdığı  (onda  ruslar  da  bizimkilər 
idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər 
gülləyə  bir  alman  qarnını  tuturdusa,  bədbəxt  almanların 
güllələri  həmişə  boşa  çıxırdı.  Ona  görə  yox  ki,  almanlar 
güllə atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar 
da,  rejissorlar  da  bizimkilərin  qohum-əqrəbalarıydı.  Bu 
Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər 
deyil,  bizimkilər  elə  bizimkilər  idi.  “Hollivud”un  və 
“Mosfilm”in  birgə  istehsalı  olan  bu  Kinoda  ssenariçilər 
də,  rejissorla  da  ermənilərin  qohum-əqrəbalarıydı.  Və 
keçmiş  bizimkilər  ermənilərə  dünyanın  ən  bahalı,  ən 
müasir  silahlarını  versələr  də,  indi  bizim  bizimkiləri 
downloaded from KitabYurdu.org


 
 
10 
özününkülərinin qarşısında əliyalın buraxmışdılar. Və bu 
Kinoda  atılan  bombalar  bizim  başımıza  tökülürdü, 
yandırılan  evlər  bizim  evləriydi,  başı  kəsilən  uşaqlar 
bizim  uşaqlarıydı,  zorlanan  qadınlar  bizim  qadınlarıydı. 
Bu Kinoda nemes biziydik. 
Döyüşlərin  birində  əllərinə  bir  erməni  qızı 
düşmüşdü. İntiqam eşqindən gözlərini qan tutmuş uşaqlar 
qızı  zorlamaq  istəmişdilər.  Amma  tir-tir  titrəyən  qızın 
insanın iliyinə işləyən yalvarışlı baxışları hələ insanlığını 
tam  itirmədiyindən  onun  qanını  dondurmuşdu.  Yaralı  ac 
qurdların  əlinə  düşmüş  çarəsiz,  ümidi  Tanrıdan  üzülmüş 
bu qızın zorlanmasına biganə qala bilməmişdi. Dəxli yox 
idi  ki,  bəlkə  də  günün  birində  bu  qız  onu  vuracaqdı, 
amma  indi  onun  qarşısında  sabah  onu  vuracaq  bir 
düşməni  görmürdü,  Tanrının  ondan  imdad  diləyən 
yaratdığı  bir  varlığı  görürdü.  Bəlkə  də  uşaqlar  bu  qızı 
güllələsəydilər  fərqinə  varmazdı,  amma  zorlanmasını 
qəbul  edə  bilməmişdi.  Və  qızcığazı  kolluğa  basmaq 
istəyən uşaqları saxlamışdı: 
- Dəyməyin! 
Araya mübahisə düşmüşdü. 
- Bəs onlar bizimkiləri zorlaya bilər?! 
- Biz erməni deyilik! 
Onu yaxşı tanımayanlardan biri: 
-  Ə,  nə  lotuluq  eləyirsən?-  deyib  qızın  üstünə 
yeriyəndə o, gülləni lüləyə verib bağırmışdı: 
downloaded from KitabYurdu.org


 
 
11 
-  Kimin  kişiliyi  çatır,  buyursun!  Cırıq-cırıq 
eləyərəm! Dedim ki, biz erməni deyilik. 
Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri 
çəkilmişdilər. Sonra qızın əynindən çıxarılmış pal-paltarı 
avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə. 
- Geyin! Sürük burdan! 
Soyulmuş  kənd  yumurtası  kimi  qəşəng  və  yeməli 
olan  qızcığac  bayaqdan  ayıb  yerlərini  örtmək  istədiyi 
əlləri 
əsə-əsə 
paltarlarını 
götürüb 
tələm-tələsik 
geyinmişdi, amma sonra yerindən tərpənməmişdi. 
- Sürük dedim sənə! 
Qulaqlarına  inanmayan  qız  ehmal-ehmal  geri 
çəkilməyə başlamışdı və qorxa-qorxa soruşmuşdu: 
- Qardaş, adın nədi? 
- Sənin qardaşıyın... Sürük dedim. 
- Sən Həzrət Abbas, adın nədi? 
Qarabağ  erməniləri  bizimkilərə  and  verəndə 
Həzrəti-Abbasa  and  verərdilər.  Və  onlar  da  çox  yaxşı 
bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan 
qorxurlar. 
Qızın 
belə  bir 
ağır 
and 
verməsi 
onu 
əsəbləşdirmişdi: 
-  Səni  zorlayıb  güllələmədiyimə  görə  adım  eşşək 
oğlu eşşəkdi! Sürük dedim, qəhbə! 
downloaded from KitabYurdu.org


 
 
12 
Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni 
kəndinə  doğru  qaçmağa  başlamışdı,  heç  dala  da 
baxmamışdı. 
Axşam Komandir erməni qızını burax 
dığına görə onu danlayanda demişdi: 
-  Komandir,  mən  arvad  davası  eləmirəm,  torpaq 
davası eliyirəm. 
İndi  O  və  onlar  torpaq  davası  eləyəndə  bu 
qarşısındakı At belində Olan Adam heç nə olmamış kimi 
öz  kefindəydi.  Və  onun  vecinə  deyildi  ki,  torpaq  davası 
eləyən  və  torpaq  davasında  qırılan  bu  cavanlar  hər 
şeylərini, hətta nişan üzüklərini belə satıb onun da evini-
eşiyini, yurdunu-yuvasını, ailəsini, namusunu qoruyurlar. 
Və  indi  əyinlərinə  əsgər  paltarı  deyil  kəfən  geyinmiş  bu 
vurğun  vurmuş  cavanlar  döyüş  dostları  Musanın  Bakıda 
qılçaları  kəsilmiş  anasının  həkiminə  verməyə  min  manat 
pul tapa bilmirlər. 
At  Belində  Olan  Adam  bu  cavanlara  həmişə 
yuxarıdan-aşağı  baxmışdı,  heç  onları  adam  yerinə 
qoymamışdı. Salamlarını hərdən ağızucu alsa da, çoxuna 
özü salam verməmişdi. Bazar uşağı kimi, küçə uşağı kimi 
baxmışdı  onlara.  Tək  o  yox,  at  belində  olanların  hamısı 
günlərini  pavilyonlarda,  ya  da  Xankəndində  erməni 
qızlarının qucağında keçirən, “sən niyə mənə belə baxdın” 
deyə  heç  nəyin  üstündə  dava-dalaş  salan,  kinoteatrın 
arxasındakı  bulvarı  qladiator  meydanına  çevirən  bu 
downloaded from KitabYurdu.org


 
 
13 
cavanların  bu  dünyadan  nə  istədiklərini  başa  düşə 
bilmirdilər. Əslində elə cavanlar özləri də bu dünyadan nə 
istədiklərini  bilmirdilər.  Bu  dünya  çox  böyük  idi  və  bu 
böyük  dünyada  bilmədikləri  çox  şeylər  vardı.  Və  bu 
böyük  dünyada  bilmədikləri  o  çox  şeyləri  öyrənmək 
həvəsində olmadıqlarından öz bildikləri kimi yaşayırdılar. 
Cəmiyyət  onlara  necə  baxırdı  -  veclərinə  deyildi.  Çünki 
onlar  çoxdan  tüpürmüşdülər  bu  cəmiyyətə  də,  onun 
qanunlarına da! Hərdən o tüpürdükləri qanunların cənginə 
keçib  gəzdikləri  həbsxanalar  da  onların  gözünü  qıra 
bilməmişdi.  Onlar  qorxularını  analarının  bətnində  qoyub 
çıxmışdılar.  Çoxunun  da  iki  adı  vardı:  biri  atalarının 
qoyduğu, sənəddə yazılan ad, birinin də Dədə Qorqudsuz-
filansız 
özləri 
qazanmışdılar 

xarakterləriylə, 
yumruqlarıyla,  dünyaya  baxışlarıyla,  özlərini  müharibəli 
kinolardakı qəhrəmanlara bənzətməklə. 
Və  Şeytanın  Övladları  dünyanı  öz  məhvərindən 
çıxaranda,  Böyük  Dövlətlərin  ssenariçiləri,  rejissorları 
onları  zorla  itələyib  müharibəli  Kinonun  tən  ortasına 
atanda,  onlara  yuxarıdan-aşağı  baxanlar  və  Dünyanın  Ən 
Varlı  Şəhərinin  kefini  görənlər  bu  Kinoda  heç  epizodik 
rollarda  da  görsənmədilər,  çıxdılar  aradan.  Amma  onlar 
özləri kimilərini başlarına yığıb bəlkə də hər şeydən daha 
çox,  qazandıqları  adlarının  şərəfinə,  bazarında  atom 
bombası  satılması  ilə  öyündükləri  Dünyanın  Ən  Varlı 
Şəhərlərinin şərəfinə atıldılar ölümün ağzına. Və heç kəs - 
downloaded from KitabYurdu.org


 
 
14 
nəinki at belində  olan  özümüzünkülər,  hətta bu  Kinonun 
Böyük 
Dövlətlərin 
Böyük 
Saraylarında 
oturan 
ssenariçiləri  də,  rejissorları  da  bunu  gözləmirdilər.  Və 
ağıllarına  belə  gəlməzdi  ki,  onların  həyatın  dibində 
saydıqları  bu  ipə-sapa  yatmazlar  əliyalın  topun-tüfəngin 
qarşısına 
çıxacaqlar, 
yazılan 
ssenarini 
pozacaq, 
rejissorları pis vəziyyətdə qoyacaq və bu Kinonu tezliklə 
başa çatdırmağa imkan verməyəcəklər. 
İndi  At  Belində  Olan  Adam  at  belində  olmayan, 
Böyük  Dövlətlərin  Böyük  Saraylarında  yazılan  Kinonun 
ssenarisini pozan, rejissorlarını çıxılmaz vəziyyətdə qoyan 
bu  cavanların  qarşısında  sarısını  udub  dayanmışdı. 
Həmişəki  ədasından  əsər-əlamət  qalmamışdı,  udquna-
udquna  heç  vaxt  adam  yerinə  qoymadığı  cavanlara 
baxırdı.  Baxırdı  ki,  bəlkə  indi  adam  yerinə  qoymağa 
məcbur olduğu bu cavanlardan hansısa araya girəyə, onu 
düşdüyü bu ağır vəziyyətdən xilas eləyə. 
Baxdı, baxdı, hiss elədi ki, bu cavanlardan heç biri 
ona  kömək  əli  uzatmaq  fikrində  deyil,  onların  da  sir-
sifətlərindən  zəhər-zəhrimar  yağırdı.  At  Belində  Olan 
Adam  hardan  biləydi  ki,  onlar  müharibənin  içində  deyil, 
müharibə  onların  içində  yaşayır.  Və  artıq  onların 
damarlarından  qızıl qırmızı  qan  yerinə qapqara bir nifrət 
axır.  Özü  də  bu  nifrət  təkcə  düşmənə  deyildi,  onlardan 
olmayanların  hamısınaydı,  hətta  bu  adam  qardaşları  olsa 
belə. 
downloaded from KitabYurdu.org


 
 
15 
Gördü  cır  alça  yemiş  adamlar  kimi  üz-gözlərini 
turşudub  maraqla  hadisənin  sonunu  gözləyən  bu 
cavanlardan  kömək  ummağa  dəyməz,  özünü  ələ  almağa 
çalışdı: 
-  Ay  qardaşlar,  mənə  elə  baxırsınız,  elə  bil 
erməniyəm. 
Drakon: 
- Sən ermənidən də pissən, dəyyus oğlu dəyyus! 
At Belində Olan Adam içində nə qədər qorxu olsa 
da  bir  belə  adamın  arasında  mənliyinə  sığışdırıb  söyüşü 
yeyə bilmədi: 
- Əlindəki avtomata görə yekə-yekə danışma. 
Drakon  avtomatı  atdı  uşaqların  birinə  və  ona 
yaxınlaşıb necə vurdusa,  At  Belində  Olan  Adam  aşdı və 
başladı yerdə qıvrılmağa. 
Drakon qayıdıb avtomatını götürdü: 
- Qalx ayağa! 
Gördülər  qalxa  bilmir,  qolundan  tutub  qaldırdılar. 
Cavanlığında o da qabağından yeyən olmamışdı, heç indi 
də  pis  deyildi.  Bəlkə  də  təkbətək  savaşda  bu  cavanların 
çoxuna can verməzdi, elə Drakonun özünə də. Amma indi 
müharibənin  adamyeyənə  çevirdiyi  bu  cavanlara  cavab 
verməyə  qurd  ürəyi  lazımıydı,  o  qurd  ürəyi  də  onda 
yoxuydu. Üst-başının tozunu çırpa-çırpa yavaşca dedi: 
- Qalsın qulluğunda! 
downloaded from KitabYurdu.org


 
 
16 
Drakon  avtomatı  dirədi onun otuziki güllədən ötrü 
ölən qarnına: 
- Çıxart şalvarını! 
At  Belində  Olan  Adamı  elə  bil  ildırım  vurdu, 
səksəndi: 
- Nə deyirsən? 
- Deyirəm, çıxart şalvarını! 
- Yekə kişisən, ə! Lap ağ elədin ki! 
-  Çıxart  şalvarını,  dedim!  Ya  burdan  tumanpaça 
gedəcəksən, ya da səni şadaraya çevirəcəm. 
At  Belində  Olan  Adam  kipriklərini  qırpmadan 
maddım-maddım  yenə  ətrafdakılara  baxdı.  Amma  yenə 
heç kim onun baxışlarına cavab vermədi. 
Kimsə istehza ilə dedi: 
- İndiyədək o qədər adamı şalvarsız qoymusan! İndi 
də növbə sənindi! 
Gördü yox, vəziyyət çox ağırdı, canavar sürüsünün 
arasına  düşüb,  bunlar  onun  şalvarını  çıxaracaqlar,  ondan 
sonra gərək gedib özünü asa, başladı yalvarmağa: 
-Ə,  nə  danışırsınız?  Mən  ağsaqqal  adamam, 
hamımız  qohum-əqrəbayıq.  Çoxunuzun  dədəsiylə  çörək 
kəsmişəm. 
Drakon sözündən dönənə oxşamırdı: 
-  Bizim  qohum-əqrəbalarımız  səninkilər  kimi 
Bakıda  kef  eləmirlər,  səngərlərdə  qırılırlar.  Çıxart 
şalvarını! 
downloaded from KitabYurdu.org


 
 
17 
- Ə, məni də, özünüzü də biabır eləməyin! Ayıbdı! 
Camaatı  üstümüzə  güldürməyin!  Puldan  ötrü  adam  belə 
şeylər  eləməz.  Mən  bilməmişəm  pulu  sən  istəyirsən,  nə 
qədər lazımdı uşaq göndərim, gedib gətirsin. 
Drakon  az  qaldı  avtomatın  lüləsi  ilə  onun  qarnını 
deşə: 
- Çıxart! 
-Ə,  qeyrətin  olsun!  Məni  dalıağaclı  eləmə!  Bu 
şəhərə qan salma! 
Drakon: 
-  Qeyrətsiz  sənin  nəslindi!  -  dedi  və  avtomatın 
qundağıyla onun sinəsindən vurdu. 
At  Belində  Olan  Adam  səndərlədi,  amma  bu  dəfə 
yıxılmadı, özünü tarazlaya bildi: 
-  Başından  yekə  qələt  eləyirsən,  Drakon!  Mənim 
şalvarımı çıxaran hələ anasından olmayıb. 
Bu  vaxt  Drakon  onun  başının  üstündən  bir  qatar 
güllə buraxdı. 
At Belində Olan Adam elə bildi güllələr ona dəydi. 
Və güllə dəymiş kimi də geri sıçrayıb yıxıldı. 
Drakon avtomatı dirədi onun qarnına və bağırdı: 
-  Çıxart  şalvarını!-  sifətində  bircə  qıça  da  qan 
qalmamışdı. 
Artıq ölümünü gözünün altına alan 
 At Belində Olan Adam yapışdı avtomatın lüləsindən: 
downloaded from KitabYurdu.org


 
 
18 
-  At,  oğraş!  Nəslini  şalvarsız  qoymasam  atama 
lənət! 
Drakon uşaqlara əmr elədi: 
- Ə, çıxardın bunun şalvarını! 
Uşaqlar düşdülər At Belində Olan Adamın üstünə. 
Bayaqdan  bir  kənarda  dayanıb  hadisələri  izləyən 
Pələng  gördü  ki,  uşaqlar  zorla  At  Belində  Olan  Adamın 
şalvarını  çıxarırlar,  özünü  saxlaya  bilmədi.  Yeridi  irəli, 
qarğa-quzğuna  dönmüş  uşaqların  hərəsini  bir  tərəfə 
itələdi: 
-  Ə,  ayıbdı!  Onsuz  da  ona  olan  oldu  -  dedi  və 
yaxınlaşdı  Drakona;  -  Bu,  sənin  kimi  oğula  yaraşmaz! 
Vur öldür, amma camaatı biabır eləmə! 
Drakon Pələngi bir kənara itələdi: 
- Sən nə deyirsən, ə?! 
- Deyirəm bəsdi, burax getsin. Kişi kişinin şalvarını 
çıxarmaz! 
Drakon: 
-  Sən  qarışma!-  sonra  yenə  uşaqlara  əmr  elədi,  - 
İşinizdə olun! 
Amma  Pələng  geri  çəkilmədi,  yenidən  uşaqların 
qabağını  kəsdi.  Pələngin  onun  önündə  meydan 
oxuduğunu  görən  Drakon  bu  dəfə  özündən  çıxdı,  onun 
qolundan yapışıb fırladıb atdı kənara: 
- Demədim sən qarışma? 
downloaded from KitabYurdu.org


 
 
19 
Pələng  yıxıldığı  yerdən  qalxdı,  hirsindən  dodağını 
necə  dişlədisə  qan  çənəsi  aşağı  axdı,  dodağının  qanını 
sümürüb  tüpürdü  yerə,  əlinin  dalı  ilə  ağzını  sildi  və 
yenidən girdi araya: 
-  Drakon,  dedim  burax  getsin!  Mən  sənə  əl 
qaldırmaq istəmirəm. 
- Ə, küçük, sən də kişi olmusan? 
-Böyüksən,  qardaşımsan,  cavab  qaytarmıram, 
yoxsa... 
Uşaqlar  At  Belində  Olan  Adamı  unudub  girdilər 
onların arasın: 
-  Ə,  yekə  kişisiz,bir  oğraşa  görə  dalaşıb  camaatı 
üstümüzə güldürməyin! 
Drakonun başı çönmüşdü, heç nə eşitmək istəmirdi: 
-  Yaxın  duranın  anasını  ağladaram!-  dedi  və 
Pələngi boğazladı, - Yoxsa, nə... 
Boğazını Drakonun möhkəm əllərindən qurtarmağa 
çalışan Pələng day dözmədi: 
- Yoxsa mən sənin şalvarını... 
- Ə, mənim?! 
Drakon Pələngin boğazını buraxdı, istədi onu vura, 
amma Pələng ondan cəld tərpəndi. Və Drakon həyatında 
ilk  dəfə  birinci  vuruldu.  Gözlənilməz  zərbədən  özünü 
itirdi,  bir  anlıq  əli  ilə  üzünü  tutub  başını  silkələdi  və 
canavar ovunun üstünə atılan kimi atıldı Pələngin üstünə. 
downloaded from KitabYurdu.org


 
 
20 
Bir  az  əvvəl  az  qala  şalvarsız  qalacaq  At  Belində 
Olan  Adam  artıq  özünə  gəlmişdi  və  istehza  ilə  hər  gün 
səngərdə  kürək-kürəyə  yatan  bu  oğulların  onun  üstündə 
bir-birlərini  necə  vəhşicəsinə  yumruqlamalarına  tamaşa 
edirdi. 
Bütün  söyüşlərə  baxmayaraq,  uşaqlar  yenidən 
onları  aralamağa  çalışdılar  və  Drakonun  yenidən 
yeddimərtəbəli söyüşlərini eşitdilər, kimsə dedi: 
 - Ə, buraxın qırsınlar bir-birlərini. 
Üz-gözləri al qanın içindəydi, heç kim can vermək 
istəmirdi, amma Drakon Pələngi üstələmişdi. 
Bu vaxt batalyonun həyətinə bir “UAZ” girdi, gəlib 
saxladı  mərəkənin  yanında.  Bir  nəfər  cəld  maşından 
düşdü və düşən kimi də bağırdı: 
- Ə, nə durub baxırsınız?! Aralayın! 
- Komandir! Aralayana ana-bacı söyüşü söyüblər. 
-  Aralayın,  dedim  sizə!-  dedi  Komandir  və  özü 
girdi savaşanların arasına. 
Komandirin  özünün  araya  girdiyini  görən  uşaqlar 
da  tökülüb  onları  birtəhər  ayıra  bildilər.  Amma  aralanan 
kimi  də  hər  ikisi  özünü  atdı  silahlarının  üstünə  və 
qaldırdılar  bir-birlərinə.  Komandir  girdi  ikisinin  də 
arasına: 
- Salın silahları, axmaqlar! Salın, dedim! 
Drakon: 
- Çəkil, Komandir! Bu küçüyü deşik-deşik edəcəm. 
downloaded from KitabYurdu.org


 
 
21 
Pələng bağırdı: 
- Küçüyün səsi gəlir! 
Komandir  yapışdı  hər  ikisinin silahının lüləsindən, 
dirədi öz böyrünə: 
- Onda mənə atın! Atın dana, it uşağı! Atın ürəyiniz 
soyusun! Niyə atmırsız?! 
Drakon: 
- Çəkil, Komandir, vallah, ataram! 
- At dana, nə durmusan?! At, qoy ermənilər bayram 
eləsin! 
Drakon silahı saldı aşağı və hayqırdı: 
- Pələng, ananı ağlar qoymasam qəhbənin oğluyam. 
Pələng: 
-  Baxarıq,  kimin  anası  ağlar  qalacaq.  Sonacan 
getməyən elə qəhbənin oğludu. 
Komandir: 
-  Kəsin  səsinizi!  -  sonra  uşaqlara  əmr  elədi;-  Alın 
bunların silahlarını! 
Heç  kim  bu  əmri  yerinə  yetirməyə  ürək  eləmədi, 
Drakonun  canını  almaq  olardı,  amma  silahını  yox.  O 
boyda  Sovet  hökumətinin  asıb-kəsən  vaxtı  Drakon  bu 
şəhərdə  açıq-açığına  silahla  gəzmişdi,  heç  kəs  də  ona 
gözün üstə qaşın var deyə bilməmişdi. 
Komandir: 
- Əmr eləyirəm! 
downloaded from KitabYurdu.org


 
 
22 
 Pələng könülsüz-könülsüz əmrə tabe oldu və silahı 
özü verdi, amma Drakon üç-dörd addım geri çəkildi: 
 -  Mənim  silahımı  alan  oğlan  hələ  anasından 
doğulmayıb! Yaxın gələnə ataram! 
- Ver silahı, dedim! 
-  Komandir,  bu  avtomatı  mənə  sən  verməmisən, 
sən  də  alasan!  Mən  bunu  maşınımı  satıb  gedib  Tiflisdən 
almışam. 
Komandir  əmri  yerinə  yetirməkdən  çəkinən 
uşaqlara yenidən əmr elədi: 
- Alın silahını! 
Uşaqlar irəli yeridilər, Drakon bir-iki addım da geri 
çəkildi və ağzı köpüklənə-köpüklənə dedi: 
- Yaxın gələnin... 
Komandir: 
- Sən Qur’ana and içmisən! 
Drakon hər an sıçramağa hazır olan bir əfi ilan kimi 
quyruğunun üstündə durmuşdu: 
-  Mən  torpağı  qorumağa  and  içmişəm,  avtomatı 
sənə verməyə yox! 
At Belində Olan Adamın bədəninə bayaq batırılmış 
min-bir  tikan  yavaş-yavaş  çıxmaqdaydı,  bundan  ləzzət 
alırdı  və  ürəyində  deyirdi:  “Di,  qırın  bir-birinizi 
köpəyuşağı”. 
Komandir daha da sərtləşdi: 
- Həbs eləyin bunu! 
downloaded from KitabYurdu.org


 
 
23 
Drakon: 
-  Məni?  Qıraram  hamınızı!-  dedi  və  üz  tutdu 
darvazaya  tərəf.  -  Tüpürüm  hamınıza!  Mən  getdim! 
Pələng, sən yoxsan! Sən ölüsən! 
Batalyonun ağsaqqallarından biri: 
-  Komandir,  qoy  getsin.  Bir  azdan  hirsi  soyuyar. 
Onu  da  başa  düşmək  lazımdı.  Gözünün  qabağında  o 
boyda qardaşını vurublar. 
Bir  xeyli  uşaq  da  Drakonun  ardınca  getdi,  bunlar 
onun xətrinə batalyona gələn döyüşçülər idi. Bunu görən 
Drakon geri çevrildi və qəzəblə bağırdı: 
- Siz hara,ə! Küçüklər! Qayıdın geri! 
Drakon  getdi,  darvazadan  çıxanda  da  havaya  bir 
qatar güllə buraxdı. 
Komandir hirsindən yaşarmış gözlərini sildi. Nəfəsi 
çatmırdı,  təngənəfəs  olmuşdu.  Son  zamanlar  hər  dəfə 
əsəbləşəndə  belə  olurdu.  Bir  xeyli  öskürdü,  sanki  nəfəs 
yollarını  açırdı,  bir  az  sakitləşdi,  sonra  Pələngdən 
soruşdu: 
- Nə üstə boğuşurdunuz? 
Pələng başı ilə At Belində Olan Adamı göstərdi və 
Komandir onu indi gördü, ətrafdakılardan soruşdu: 
- Bu burda nə gəzir? 
Uşaqlar: 
- Drakon dedi ki, gedin basın baqaja gətirin. Biz də 
gətirdik. Amma yazığımız gəldi baqaja basmadıq. 
downloaded from KitabYurdu.org


 
 
24 
- Nədən ötrü? 
Pələng: 
-  Şalvarını  çıxartdırmaq  istəyirdi,  mən  də 
qoymadım. 
Komandir  qulaqlarına  inanmadı.  Drakonun  ilan 
kimi  xəzinəsinin  üstündə  qıvrılıb  yatan,  ev-eşiyi 
dağılanlara 
əl 
uzatmayan 
vəzifəli 
adamlardan 
xoşlanmadığını, tez-tez onları sancdığını, hətta bəzilərinə 
lifçik  də  göndərdiyini  bilirdi.  Və  onu  da  bilirdi  ki,  bu 
vəzifəli  adamların  bəziləri  batalyonlara  könüllü  kömək 
eləsələr  də,  bəziləri  bunu  Drakonun  qorxusundan  edir. 
Amma  Komandir  onu  da  bilmirdi  ki,  mindiyi  UAZ-ı 
kolxoz  sədri  ona  öz  xoşu  ilə  bağışlamayıb,  Drakonun 
qorxusundan gətirib vermişdi. Belə şeylərin üstə bir neçə 
dəfə  Drakonu  bərk  danlamışdı.  Demişdi  ki,  heç  kimi 
məcbur eləmək lazım deyil, camaat bizə pis baxır. 
Drakonun da cavabı həmişə belə olmuşdu: 
-  Komandir,  bu  pulları  özləri  kəsməyib  ha!  Bu 
camaatdan  qazanıblar!  Vuruşmağa  qeyrətləri  çatmır,  qoy 
heç olmazsa canları çıxsın indi bir az millətə xərcləsinlər. 
Drakondan  belə  şeylər  gözləmək  olardı,  kimisə 
döyə bilərdi, kimisə cəzalandıra, kimisə maşının baqajına 
da  basa  bilərdi,  uf  demədən  kimisə  öldürmək  də  onun 
əlində su içmək kimi bir şey idi, amma kiminsə şalvarını 
çıxartmaq...  Buna  onun  qəbul  etdiyi  yazılmamış  oğru 
downloaded from KitabYurdu.org


 
 
25 
qanunları  yol  vermirdi.  Ona  görə  də  Komandir  çox 
təəccübləndi: 
- Niyə? 
- Pul istəyib, verməyib... 
Uşaqlardan biri Pələngin üstünə bozardı: 
-  Sən  də  bilmədiyin  şeyi  danışma.  Elə  deyil, 
Komandir.  Dünən  Musagilə  qrad  düşüb,  anasını 
götürdülər  Bakıya,  arvadın  qılçalarını  kəsiblər.  Səhər-
səhər Musa zəng eləmişdi, həkimlər min manat istəyiblər. 
Drakon da göndərdi ki, gedin bundan alın. Biz də getdik 
vermədi.  Drakon  da  hirsləndi,  arxasını  da  özünüz 
eşitdiniz. 
Komandir  At  Belində  Olan  Adamı  başdan  ayağa 
deyil,  ayaqdan  başa  süzdü,  sonra  xayxırdı,  özünü  onun 
sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 
-  Ə,  sən  nə  cındır  adamsan,  ə!  Bakıdan  gələnlərin 
dalın yuyursan, özününkünə beş manat qıymırsan?! 
Drakonun əlindən zorla qurtulmuş At Belində Olan 
Adam  indi  yenidən  qırx  arşın  quyunun  dibinə  düşdü, 
özünə bəraət qazandırmaq istədi: 
-  Komandir!  Seyid  Lazım  ağanın  cəddi  haqqı 
bilməmişəm.  Hər  gün  o  gəlir  pul  ver,  bu  gəlir  pul  ver. 
Mən  köpəyoğlu  nə  bilim  kim  kimdi.  Mənə  demədilərki 
siz istəyirsiz. 
Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir 
və  belə  getsə  əlindən  xəta  çıxa  bilər,  onsuz  da  adları 
downloaded from KitabYurdu.org


 
 
26 
bədnam  idi.  Onları  ermənilərə  deyil,  özlərinə  düşmən 
sayan  hökumət  bu  könüllü  batalyonları  gözdən  salmaq 
üçün  dəridən-qabıqdan  çıxırdı,  haqlarında  gündə  yüz 
şayiə buraxırdı. 
Gecə  Dolu  başlayanda  balalarını  götürüb  canlarını 
qurtarmaq istəyənlər heç qapılarının cəftəsini də vurmağa 
macal  tapmırdılar.  Yiyəsiz,  ağzı  günə  qalmış  dopdolu 
evlər demək olar ki, hər gecə yağmalanırdı. Səhər qayıdıb 
evlərini  talanmış  görənlər  heç  şikayət  də  eləmirdilər, 
şikayət  eləməyə  yer  də  yox  idi,  milis  səngərdə,  rəis 
səngərdə, kimə şikayət eləsinlər. Hökumət də şəhərdə nə 
oğurluq,  nə  quldurluq  olurdu  hamısını  batalyonun 
uşaqlarının üstünə atırdı. Onların isə “Qur’an” götürüb nə 
qapı-qapı  düşməyə  vaxtları vardı, nə də  buna həvəsləri  - 
başları müharibəyə qarışmışdı. 
Belə  söz-söhbətlərdən  təngə  gəlmiş  Komandir  bir 
gün Rəisin qabağını kəsib dedi: 
-  Rəis,  gəlmə  oğrular  bu  şəhərdə  ev  qoymadı. 
Hökumət də bunu bizim üstümüzə atır. Bunların qabağını 
al, yoxsa axırı yaxşı olmayacaq! 
-  Komandir,  vallah,  gücüm  çatmır.  Bilmirəm 
erməniylə  vuruşum,  yoxsa  bu  binamuslarla.  Birdilər, 
ikidilər,  böyük  bir  şaykadılar.  Oturublar  qonşu 
rayonlarda,  gəlib  buranı  şimon  eləyib  aradan  çıxırlar. 
Həmin  rayonun  rəislərinə  deyirəm,  deyirlər  ki,  oğurluq 
sənin  ərazində  olur,  canın  çıxsın  özün  tap.  İndi  mən 
downloaded from KitabYurdu.org


 
 
27 
erməniylə  vuruşum,  oğru  axtarım,  nə  bilim  nə  qələt 
eləyim?! 
Komandir görmüşdü doğrudan Rəisin gücü çatmır, 
bu  qarışıqlıqdan,  başlı-başınalıqdan  əli-qolu  açılan 
oğrulara  xəbər  göndərmişdi  ki,  adam  kişi  olar...  Amma 
oğrular onu eşitməmişdi. 
Komandir bir də xəbərdarlıq etmişdi: 
- Məni hövsələdən çıxarmayın! 
Oğrubaşının ona göndərdiyi cavab qısa olmuşdu: 
- Əlindən gələni beş qaba çək! 
Bu  cavabdan  on-on  beş  gün  sonra  ağzından 
vurulmuş  oğrubaşının  cəsədi  Lenin  meydanının  ortasına 
atılmışdı, biləyini də kəsib qoymuşdular sinəsinə. Camaat 
yığılmışdı meydana. 
- Səni vuranın əlinə qurban olum! 
- Arvad tumanı oğurlayan oğraş! 
- Di gəbər! 
Komandir  də  bir  az  aralıda  Drakonla  dayanıb 
tamaşa edirdi. 
Rəis ona yaxınlaşıb yavaşca dedi: 
-  Komandir,  heç  olmasa  bu  oğraşın  meyidini 
ataydın ermənilər tərəfə. 
-  Onda  başqalarına  görk  olmazdı.  Qoy  camaat  da 
bilsin kim kimdi. 
- Komandir, açılmayacaq bir iş qoydun boynumuza, 
zəhləmi tökəcəklər. 
downloaded from KitabYurdu.org


 
 
28 
İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz 
vermişdi.  Hökumət  birinin  üstünə  beşini  qoyub  bütün 
şəhərə  yayacaqdı  ki,  At  Belində  Olan  Adamı  aparıb 
batalyonda döyüblər, pulunu əlindən alıblar, day nə bilim 
nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa 
elə məmnuniyyətlə özü bunun şalvarını çıxartdırıb başına 
geyindirərdi. Hövsələsini basdı: 
- Atın bunu bayıra! 
Uşaqlar bir andaca At Belində Olan Adamı itqusdu 
eləyib darvazadan bayıra tulladılar. 
Ömrü  boyu  başqalarını  alçaldan  və  təhqir  eləyən 
indi  özü  alçaldılmış  və  təhqir  olunmuş  halda  “qalsın 
qulluğunuzda” deyib qayıtdı kabinetinə. 
Komandiri  yenə  öskürək  tutdu,  hirsindən  başı 

Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin