partlatmaq çox çətindi. Bunu görürən?- deyə çiynindəki
qumbaraatanı göstərdi.
- Bunu hardan aldın?
- Almadım, meşədən tapdım. Bizimkilər qaçanda
atıbmış. Heyf ki, bir atımlıqdı.
- Qorxmursan səni ataram?
- Yox.
- Niyə?
- Əlin qalxmaz!
- Yaxşı, getdik. Bunu sonra ayırd eləyərik.
Döyüş çox ağır gedirdi. Komandir tez-tez uşaqlara
xəbər göndərirdi:
- Qeyrətinizə qurban olum! Möhkəm dayanın!
Arxamızda ana-bacılarımızdı!
downloaded from KitabYurdu.org
115
Amma Qeyrət bədbəxt oğlu bədbəxt neyləsin!
Qeyrətin gücü pulemyotun, avtomatın güllələri qarşısında
çox aciz idi. Qeyrət nə qədər özünü öldürürdü, gücü
BMP-nin gücünə çatmırdı. Qeyrətin gücü sinəsi ilə o
güllənin, o mərminin qarşısına sipər olmağa çatırdı, bu
torpağın yolund ölməyə çatırdı və ölürdü. Və qeyrət
sinəsini gərmişdi düşmən gülləsinin qabağına.
Adətən kinolarda “ura” eləyib alman pulemyotunun
qabağına atılmaq olurdu, amma bu Kinoda “ura” eləyib
erməni pulemyotunun qabağına atılmaq olmurdu. Çünki o
kinolarda rejissorlar “ura” eləyənin tərəfindəydilər, bu
Kinoda pulemyot atanların. Yüksəkliyə yaxın düşmək
mümkün deyildi. Yerdən baş qaldıran yerində vurulurdu.
Beempe də öz işindəydi, qəfil çıxır, köməyə gələn
texnikalardan birini vurur və yenə gizlənirdi. O biri
texnikalar da qorxusundan üzümlüyün içindən çıxa
bilmirdi. Milislərin gətirdiyi minamyotun da elə bir
köməyi çatmırdı, atanlar çox təcrübəsiz idilər.
Komandir:
- Pələngi çağırın! Onun minamyotdan yaxşı başı
çıxır.
Amma Pələngi gördüm deyən olmadı.
- Komandir, Pələng yoxdu.
- Necə yəni yoxdu?
- Yoxdu də. Bəlkə qaçıb?
- Axmaq-axmaq danışmayın.
downloaded from KitabYurdu.org
116
- Vallah, yoxdu. Ya qaçıb, ya da vurublar.
Elə bil Komandirə güllə dəydi. Döyüşdən qorxulu
şey kiminsə qaçması idi. Hətta bircəcə nəfərin qaçışı bir
neçə nəfərin ölümündən betər idi. Əslində bütün
döyüşlərdə qəhrəmanlar iyirmi faiz olurdu, bu iyirmicə
faiz bəs idi qələbə üçün. Qırx faiz isə bu iyirmi faizə
baxıb döyüşür. Yerdə qalan qırx faiz isə önlərində olan o
altmış faizin hesabına qeyrətə gəlirdi. Amma bircə nəfər
qaçdımı, bütün düzən dağılırdı. İndi Pələng qaçmışdısa,
düzən dağıla bilərdi. Ona görə də Komandir dedi:
- Yaxşı, elə eləyin uşaqlar bilməsin.
Komandir yenə telsizi götürdü:
- Qatır! Qatır! Eşidirsən?
Telsizdən Tankçı Vanyanın səsi gəldi:
- Slışu Komandir! Slışu!
- Vanya, qırıldıq!
- Slış, Komandir, jdi! Qırdırma! Çatmışam!
Komandir məlumat istədi.
- Ölənlər də var, yaralananlar da.
- Yaralıları görün ortadan çıxara bilirsinizmi?
Medbrat hardadı?
- Bakılılardan biri həkimiymiş, medbratla işləyir.
Amma uşaqların birinin vəziyyəti çox ağırdı.
- Yaralıları mənim maşınımla yollayın şəhərə.
***
downloaded from KitabYurdu.org
117
BMP-nin
gizləndiyi
yerin
yüz-yüz
əlli
addımlığındaydılar, burdan belə meşə qurtarırdı,
yaxınlaşmaq çətin idi. BMP-dəkilər çox arxayınıydılar,
yaxşı da yer seçmişdilər. Bir nəfər buferin üstündə oturub
siqaret çəkirdi. BMP-nin üstündə xaç nişanı da yox idi.
Bunların
hamısı
Xankəndindəki
366-cı
polkun
texnikalarıydı. Verirdilər ermənilərə. Yoxlama gələndə də
yığırdılar polkun həyətinə ki, buyurun, hamısı burdadı.
Drakon:
- Dörd-beş belə beempemiz olsa Əsgəranı çoxdan
şumlamışdıq.
Pələng:
- Şerbak birini iki yüz əlli m
inə satır, gedib alsınlar dana.
- Bizə min manat qıymayan, iki yüz əli minə
beempe alacaq?! Davay, işində ol. Vura biləssənmi?
- Anasın ağladacam.
Pələng bir ağacın arxasında yerini rahatladı.
Məsafəni gözəyarı ölçüb-biçdi, səhv etmək olmazdı.
Qumbaraatanı sığallayıb öpdü. Adəti idi, həmişə döyüşə
girəndə silahını oxşayıb öpərdi.
Bir dəfə bir BPM-ni vurandan sonra sevindiyindən
çaşıb qumbaraatanı öpmüşdü. Dodaqları necə yanmışdısa,
ağız-burnu xeyli sarıqlı qalmışdı.
İndi onun qumbaraatanı öpdüyünü görən Drakon
zarafatla dedi:
downloaded from KitabYurdu.org
118
- Ə, o qız deyil ey, dəmirdi. Gözlə, birdən sonra
yenə öpərsən. Onda gərək sənə təzə ağız, burun alaq.
Lazım olan anı gözləməyə başladı. Bircəcik
mərmisi vardı. Və hər şey bu bircəcik mərmidən asılı idi.
Bircəcik mərmi, bircəcik sərrast atəş...
Drakon hiss elədi ki, Pələng çox həyəcanlanır:
- Özünü toparla! Bax ha, vura bilməsən, səni
doğrudan öldürəcəm. Tələsmə. Birinci dəfə deyil ki? Mən
də getdim bir az yuxarı, o daşı görürsən, onun arxasına.
Mənim işarəmi gözlə. Yenə deyirəm, qorxma. Vura
bilməsən mən həll edərəm. Sən də məni qoruyarsan ki,
qumbara məsafəsinədək yüyürə bilim, yaxşı?
Pələng başı ilə işarə elədi ki, yaxşı.
Drakon kol-kosun içiylə göstərdiyi qaya parçasına
tərəf sürünməyə başladı.
Drakonun qaya parçasına çatanadək keçən beş
dəqiqə Pələngə bir saat kimi gəldi. Drakon qaya parçasına
çatdı, avtomatı qoydu yerə, sonra çantasından iki qumbara
çıxarıb taxdı kəmərinə. Məsafəni ölçdü, qumbaranı atmaq
üçün azı otuz-qırx addım qaçmalı idi. Hər anı bir il
çəkəcək qədər böyük məsafəydi. Gərək bu otuz-qırx
addımda vurulmayaydı. Özünü sakitləşdirdi, gücünü
tamam yığdı, özünə tam arxayın olandan sonra Pələngə
işarə elədi.
BMP-ni Pələngin gözü yesə də, onu soyuq tər
basmışdı. Əlindəkinə çox güvənmirdi. Bu biratımlıq
downloaded from KitabYurdu.org
119
qumbaraatanlar o qədər də etibarlı deyildi, dəfələrlə onları
pis vəziyyətdə qoymuşdu. Əlinin arxası ilə alnının tərini
sildi, barmağını qoydu tətiyə, BMP-ni götürdü nişana,
amma atmadı. Hiss elədi ki, hazır deyil. Yenə də üz-
gözünün tərini sildi, yenə barmağını qoydu tətiyə,
dərindən bir nəfəs aldı, sonra bütün nəfəsini buraxıb bir
anlıq dondu və...
... BMP alovlandı.
BMP-nin vurulduğunu görən Komandir sevinclə
bağırdı:
- Drakon beempeni vurdu!
Drakon geri sürünməyə başladı. Pələng isə ağaca
söykənib gözünün yaşını silirdi. Sürünə-sürünə gəlib
Pələngin dörd-beş addımlığına çatan Drakon baş
barmağını qaldırıb dedi:
- Kişisən ey!
Bu vaxt yanan BMP-nin arxasından əli karabinli bir
erməni çıxdı, dərhal da Drakonun kürəyini nişan aldı. Hər
şey bircə anda oldu - erməninin yanan BMP-nin
arxasından çıxması da, Drakonu nişan alması da, Pələngin
çığırması və özünü işığa atılan ilan kimi Drakona uçan
gülləyə atması da, güllə dəymiş Pələngin Drakonun
üstünə düşməsi də. Hər şey bircə anda oldu, bircə anda...
milyard illik tarixin bircə anında, bircə göz qırpımında...
downloaded from KitabYurdu.org
120
Drakon güllə səsinə geri çevriləndə erməni ikinci
gülləni lüləyə verirdi, macal tapmadı, Drakon erməniyə
tərəf bir qatar güllə yolladı...
Tələm-tələsik
Pələngi
meşənin
dərinliyinə
sürüməyə başladı.
Pələng xırıltılı səslə soruşdu:
- Oğraş məni vurdu?
- Qorxma, qorxma, boş şeydi.
BMP-nin gözlənilmədən vurulması erməniləri çaş-
baş salmışdı. Bir neçəsi yüyürüb gəlmişdi yanan BMP-nin
yanına, çaşqın halda ətrafa baxırdılar, amma atəşin hardan
açıldığını dəqiqləşdirə bilmirdilər. Meşəni atəşə tutmağa
başladılar. Amma Drakon cavab vermədi, Pələngi bir az
da dərinliyə sürüdü.
Ermənilər bir-iki daraq boşaltdıqdan sonra gördülər
cavab gəlmir, dayandılar, meşəyə girməyə ürək
eləmədilər, qayıtdılar əvvəlki mövqelərinə.
Drakon ermənilərin onların ardınca gəlmədiyinə
əmin olduqdan sonra dayandı.
Pələng yenə zarıdı:
- Oğraş məni vurdu?
- Ə, dedim ki, qorxma dana! Boş şeydi!
Pələngi soyundurdu. Güllə sağ döşündən girmişdi.
Yaranın ağzını bağlamaq üçün patronun birinin
mərmisini çıxartdı. Barıtından bir azca tökdü yaraya və
yandırdı. Pələng fınxırdı, sonra bədəni titrədi, titrədi və
downloaded from KitabYurdu.org
121
sakitləşdi. Özü də soyundu, köynəyini çıxartdı yaranın
üstünə basıb kəməri ilə möhkəm-möhkəm sarıdı, aldı
çiyninə. Amma bir az gedəndən sonra yoruldu, gördü
gücü çatmır, qoydu yerə ki, bir az nəfəsini dərsin.
Pələng zəif səslə yenə soruşdu:
- Denən qardaşımın goru haqqı boş şeydi?!
- Qardaşımın goru haqqı boş şeydi.- dedi Drakon,
sonra bir siqaret yandırıb qoydu Pələngin dodaqlarına.
Pələng siqaretin bal kimi acı tüstüsünü zorla çəkdi
ciyərlərinə, bu bal kimi acı tüstü ağrılarının üstünə bir
sığal çəkdi, bir qurtum da aldı.
Yara nə qədər bərk sarınsa da qan dayanmırdı,
gözləmək olmazdı, birtəhər gücünü toplayıb yenidən onu
belinə aldı, amma Pələng yalvardı:
- Qurban olum, qoy yerə, sinəm deşilir. Qoy, qoy
yerə.
Qaytarıb ehtiyatla uzatdı yerə və başını da qoydu
dizinin üstünə.
- Qoyma ölüm, qardaş, qoyma. Ölmək istəmirəm.
Drakonu qəhər boğdu, udqunaraq içindən fınxırıb
çıxmaq istəyən hıçqırtının qarşısını zorla kəsdi:
- Dedim ki, qardaşımın goru haqqı boş şeydi. Ə,
mən səni heç belə qorxaq bilmirdim.
- Ölümdən qorxmuram ey!
- Bəs onda nə sarsaq-sarsaq danışırsan?
- Arvadın ürəyi partlayacaq.
downloaded from KitabYurdu.org
122
- Ə, sarsaq-sarsaq danışma. Bir az da döz ki, səni
həkimə çatdıra bilim.
Drakon onu yenidən çiyninə qaldırmaq istədi,
amma Pələng yenə qoymadı.
- Dəymə! Qurban olum, dəymə! Deyəsən ölürəm,
qoy rahat ölüm. İncitmə!
Drakon:
- Qorxma, qoymaram öləsən. Səni Əzrayıla
vermərəm.- dedi sonra onu toxtatmaq üçün zarafata
salmaq istədi; - İnşallah, səni özüm öldürəcəm. Özü də
bilirsən harda?
- Bulvarda?
- Yox, Şuşada, Cıdır düzündə.
- Şuşada ölsəydim, uf da deməzdim.- Bir az susdu,
yenidən nəfəsini toplayıb dilləndi; - Görən uşaqlar postu
götürdü?
- Hə, götürdülər. Eşitmirsən bizim avtomatların
səsini?
- Drakon!
- Haycan!
- Sən qardaşıyın goru, məni vuracaqdın?
Qəhərdən boğulan Drakon onun yarasından öpdü:
- Mənim sənə əlim qalxar?! Özümü atardım, səni
yox!
- Mən də! Yaman soyuqdu. Üşüyürəm, üstümü ört.
Drakon pencəyini çıxarıb saldı onun üstünə.
downloaded from KitabYurdu.org
123
Pələngin bədəni soyuqdan tir-tir titrəsə də dodaqları
od tutub yanırdı. Bu od tutub yanan dodaqlarını diliylə
islatmaq istədi, amma dili yanırdı:
- Su istəyirəm.
Yaxınlıqda bulaq vardı və şəhərdə istidən
təntiyəndə pendir-çörəkdən, yemiş-qarpızdan götürüb
özlərini verirdilər bu bulağın başına. Yemiş-qarpızı, arağı
doldurardılar bu bulağın buz kimi suyuna. Babat
vurandan sonra bulağın gözündən beş daş götürməyə
mərc çəkərdilər, hələ ki, o mərci hər oğul udammırdı,
əlləri necə keyiyirdisə...
Bir də görürdün kiminsə maşınının mühərriki
qızdırıb yolda qalıb. Belələrinə zarafatla deyərdilər:
- Ə, qardaş, özünü ver Gülablıya, Soyuqbulağın
suyundan doldur, canın qurtarsın. Bax biz doldurmuşuq,
neçə ildi maşınımız qızdırmır.
- Bu saat gətirirəm. - deyə Drakon getdi bulağa.
Ağzını bulağın gözünə dirəyib doyunca içdi,
başının tükü də, ayaq barmaqları da suyu hiss elədi. Sonra
papağını su ilə doldurub qayıtdı. Pələngin sifətində qan
qalmamışdı. Sudan onun sir-sifətinə, sinəsinə çilədi,
dodaqlarını islatdı, amma içməyə vermədi.
Pələng yalvardı:
- Ver içim, onsuz da ölürəm.
downloaded from KitabYurdu.org
124
Drakon artıq onun üz-gözünə qonmuş ölümü
görürdü. Və onu da görürdü ki, Pələngi ölümün
pəncəsindən qopara bilməyəcək. Pələngin başını bir az
qaldırdı və suyu ehtiyatla ona içirtməyə başladı:
- İç!
Pələng suyu qurtum-qurtum içdi, sonra get-gedə
sönən bir səslə dedi:
- Qalanını da tök başıma.
Drakon qalan suyu da tökdü onun başına, əslində
elə bir şey də qalmamışdı.
- Həəə... Məni bağışla, Drakon, sənə əl qaldırdım.
Drakon, anama deyərsən Rəşid Behbudovun papağını da,
xəncərini də versin sənə. Sən də onu mənim adımdan
oğluna bağışlayarsan.
- İnşallah, sən özün bağışlayarsan.
- Drakon,- udqundu, sanki dilçəyində ilişib qalmış
son sözləri dartıb çıxarırdı;- Heyf... Drakon...
- Can Drakon!
- Mən qız görmədim ey...
Drakon onun başını bərk-bərk sıxdı sinəsinə, amma
bu dəfə dözə bilmədi, bayaq boğazından qaytardığı
fınxırtını bu dəfə saxlamağa gücü yetmədi, hönkürdü...
Və elə hönkürdü ki, göz yaşından bütün heyfini
aldı.
Amma Pələng nə bu fınxırtını eşitdi, nə də
Drakonun göz yaşlarını gördü...
downloaded from KitabYurdu.org
125
... Pələng Şuşadaydı...
Drakon Pələngi uzatdı otların üstünə. Gözləri açıq
qalmışdı və ağacların başı üzərindən görünən bir parça
aydın və işıqlı göyə baxırdı - Drakon onun gözlərini
örtməyə ürək eləmədi, başını bağrına basıb saçlarından
öpməyə başladı. Xeyli belə oturdu. Pələngin bir az əvvəl
bir damla qan qalmayan və Drakonun dünən əzişdirdiyi
üzü nura boyanmışdı, işıq saçırdı - bu dəqiqə Dünyanın
Ən Gözəl Ölüsü onun qucağındaydı. O da Dünyanın Bu
Ən Gözəl Ölüsünü bağrına basıb ağlayırdı, amma
bəbəklərindən göz yaşı axmırdı, qan axırdı, qıpqırmızı
qan.
Amma Pələng nə onun hönkürtüsünü eşidirdi, nə də
yanaqlarından axan qıpqırmızı qanı görürdü - baxışları
ağacların başı üstündə görünən bir parça göy üzünə
zillənmişdi və o bir parça göy üzündə Tanrını axtarırdı...
Kipriklərində də iki damla qurumuş göz yaşı vardı...
Nəhayət, Drakon Pələngi qucağından yerə qoydu,
sonra pencəyini onun üstündən götürüb bükdü və qoydu
başının altına. Əyilib son dəfə onun yarasından öpdü,
avtomatı tulladı bir kənara. Qumbaraları yenidən
kəmərinə taxıb yuxarı dırmaşmağa başladı.
BMP hələ tüstülənirdi. Sürünə-sürünə gəlib çatdı
BMP-yə, bir az yorğunluğunu aldı. Burdan səngərə
qumbara çatdıra bilməzdi, həm məsafə uzaq idi, həm də
qollarında güc qalmamışdı, bir az da yaxınlaşmaq lazım
downloaded from KitabYurdu.org
126
idi. Ehtiyatla səngərə tərəf sürünməyə başladı. Ermənilər
güclü atəş altında olduqlarından başlarını səngərdən
çıxara bilmirdilər, Vanyanın tankı işləyirdi.
Bütün gücünü yığdı, qalxdı ayağa və:
- Alın, sizin bajınızı...
Var gücüylə qumbaranı səngərə qolazladı və
ikincini də elə bir sürətlə göndərdi ki, elə bil bu iki
qumbara birdən atıldı.
Eyni
andaca
Dostları ilə paylaş: |