partiyasından istefa verib.
Səhəri beləcə heç vaxt çıxa bilmədiyi və çıxa
bilməyəcəyi fikirlər burulğanında açdı. Geyinib evdən
çıxdı. Həbsxanadan çıxandan sonra neçə dəfə istəmişdi
bir doğma yerlərə getsin, ürəyi gəlməmişdi. Elçiyə dediyi
kimi, qorxmuşdu, qorxmuşdu ki, camaat üzünə tüpürər.
Dünyanın Ən Varlı Şəhərinin ölümündə ən böyük günahı
özündə görürdü. Neçə ildi çəkə bilmədiyi bu yükün
altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün
axırına qədər öz altında əzəcək və elə bu yükün altında da
öləcək. Onun fikrincə, Komandir çoxdan ölmüşdü, indi
yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi.
Çıxanda ev sahibi:
- Hə oğul, nə deyirsən?
downloaded from KitabYurdu.org
181
- Narahat olma xala, gedirəm rayona, iki-üç günə
qayıdıb şey-şüyümü aparacam.
- İncimə, oğul! Özün başa düşürsən də.
- İncimirəm!
Düşdü “Şamaxinka” deyilən yerə, dünya binə
olandan rayonlara gedən maşınlar burda müştəri
gözləyirdi:
- Yevlağa iki nəfər...
- Gəncəyə, Gəncəyə...
- Göyçaya bir nəfər...
Onu görən kimi müştəri gözləyən maşın sahibləri
başına yığışdılar:
- Hara, qardaş?
- Dünyanın Ən Varlı Şəhərinə.
- Hara?!
- Eşitdiyiniz yerə.
Bir-birlərinə baxdılar:
- Bu nə deyir, ə?!
Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü
dedi:
- Əmi, mən o tərəfə gedirəm. Sən, budey bağın
içindəki çayxanada çay iç, beş-on dəqiqəyə bir-iki nəfər
də tapım gedək.
Çayxanada sakitlik idi. Bir stolda iki ahıl adam
başlarını əllərinin arasına alıb şahmat oynayırdı, bir nəfər
də sanki şahmata deyil, futbola azarkeşlik edirmiş kimi
downloaded from KitabYurdu.org
182
yerində otura bilmirdi. Şahmatı dəli kimi sevdiyindən bir
az onlara yaxın oturdu, gözü qalmışdı şahmatda.
Azarkeşlik edən oynayanlara aman vermirdi, gah birinə
gediş göstərirdi, gah o birisinə. Oynayanlar da onun
dediyi gedişləri etmirdilər.
O da əsəbləşirdi:
- Ə, vallah, siz bunu bilmirsiniz.
- Ə, qoy bu zəhrimarı oynayaq də!
Şahmat oynayanda dünyanı da unudurdu, özünü də,
hətta Dünyanın Ən Varlı Şəhərini də. Ağlı-qaralı 64
xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının
hələ sonunadək gedib çıxa bilmədiyi bir möcüzə
adlandırırdı. Bu daşlardan 16-sı ona tabe idi, hətta
Tanrının yerdəki kölgəsi olan padşahı da. Həmişə deyirdi
ki, şahmatı insan yaratmayıb, çünki insanda belə bir
möcüzəni kəşf edə biləcək bir ağıl yoxdu. Deyirdi ki,
yeri-göyü yaratdığı kimi şahmatı da Allah yaradıb və özü
üçün yaradıb. Allah onun itaətindən çıxmış bu dünyanı
yaratdığına peşman olduğu, amma məhv eləyib məhşər
ayağına çəkmək istəmədiyi insanlardan, insanların canını
almaqdan yorulub əldən düşmüş neçə milyon ildi əlində
istefa ərizəsi dərgahının ağzında dayanmış Əzrayıldan
usanıb yorulanda bir anlıq özünə çəkilib hər şeyi unutmaq
və yorğunluğunu çıxarmaq üçün özü-özü ilə şahmat
oynayır.
downloaded from KitabYurdu.org
183
Və onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu
möcüzənin sonuna çıxmaq istədiyi üçün Tanrı onun ağlını
əlindən aldı ki, şahmat elə sirr olaraq qalsın. Və həmişə
şahmatla bağlı düşündüklərini deyəndə şahmatın
möcüzəsindən xəbərsiz olan dostları:
- Ə, vallah, sən xəstəsən.
Bir az kitab oxumuş dostları da deyirdi:
- Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı.
Və dünya Tanrının iradəsindən çıxanda dostları:
- Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb.
Həbsxanada məhbuslar da görmüşdülər ki, o
şahmat oynayanda bütün ağrısını-acısını unudur, 6-cı
kalona xəbər göndərmişdilər və ordan da məxsusi bir
şahmat düzəldib yollamışdılar Komandirə.
Həbsxana rəisindən daha çox ədəbiyyat müəlliminə
oxşayan, məhbuslara, xüsusilə də cavanlara öyüd-nəsihət
verməkdən yorulmayan Rəis də şahmat xəstəsi
olduğundan az-çox şahmat bilənləri onunlar bir kameraya
saldırırdı. Hərdən özü də bir bəhanə ilə gəlirdi onun
kamerasına, ləzzətlə bir-iki partiya oynayırdı, həmişə də
uduzurdu. Hər dəfə uduzanda da başını yelləyib deyirdi:
- Komandir, vallah, sən bu şahmatın dalınca
düşsəydin çoxdan dünya çempionuydun.
Rəisin Komandirlə köhnə tanışlığından və ona
xüsusi hörmət bəsləməsindən hamının xəbəri vardı, hətta
yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi:
downloaded from KitabYurdu.org
184
- Avropada türmələr arasında müxtəlif idman
yarışları keçirilir. Bəlkə, biz də bir şahmat yarışı keçirək?
Böyük Rəis:
- Deyəsən başına at təpib. Bəlkə yeni ulduz
müsabiqəsi keçirəsən?!
Bir
dəfə
Rəis
Avropadan
gələn
hüquq
müdafiəçilərini
hərləyib-fırlayıb
onun
kamerasına
gətirmişdi ki, bəlkə onu da siyasi məhbuslar siyahısına
salalar. Hüquq müdafiəçilərinə əvvəlcədən də demişdi ki,
bu ən məşhur cəbhəçilərdəndi. Ona da işarə eləmişdi ki,
ürəyini boşalt.
- Hansısa bir şikayətiniz var?
- Xeyr.
- Nə üstə həbs olunmusunuz?
- Adamı nə üstə tutarlar? Cinayət eləmişəm.
- Nə cinayət?
- Adam öldürmüşəm.
- Siz keçmişdə cəbhəçi olmusunuz?
- Xeyr.
- Özünüzü siyasi məhbus sayırsınız?
- Xeyr, mən siyasətçi deyiləm.
Rəis də dilxor-dilxor başını bulayıb yavaşca onun
qulağına pıçıldamışdı:
- Rəhmətliyin oğlu, bu boyda adamları gətirmişəm
ayağına, sən də deyirsən adam öldürmüşəm.
- Yalan danışım?
downloaded from KitabYurdu.org
185
Hüquq müdafiəçiləri stolun üstündən muzey
əşyasına oxşayan qeyri-adi şahmatın gözəlliyinə heyran
qalmışdılar. Daşları götürüb çox maraqla bir-bir tamaşa
edib demişdilər ki, dünyada bu gözəllikdə şahmat
görməyiblər.
Rəis də fors eləmişdi:
- Bunu məhbuslar özləri düzəldib.
Avropalı qonaqlar inanmamışdılar:
- Doğrudan bunu məhbuslar düzəldib?
- Bəli.
- Bunu kim oynayır?
Rəis Komandiri göstərmişdi.
- Bizimlə oynayarmı?
Rəis:
- Komandir, bu avropalılara bir dərs ver. İt uşağı
elə bilirlər ki, bunlardan ağıllı insan yoxdu.
Komandir gülümsəmişdi:
- Sənin xətrinə.
Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də
şahmat taxtasının üstünə yıxıb elədən-elə sürümüşdü,
belədən-belə.
Komandirə dalbadal bir neçə dəfə məğlub olan və
bundan heyrətə gələn qonaqlardan biri maddım-maddım
Komandirə baxıb çiyinlərini çəkmişdi:
downloaded from KitabYurdu.org
186
- Bu ki möcüzədi! Mən professional şahmatçıyam,
vaxtilə dünya çempionatlarında da iştirak eləmişəm, belə
şey görməmişəm. Bu adam Fişer kimi oynayır.
Rəis:
- Komandir, gördün, bunlar da m
ən deyəni deyir.
Qonaqlar ayrılanda öz vizit vərəqələrini ona verib
xahiş etmişdilər ki, Avropaya yola düşsə onların qonağı
olsunlar, sonra da əlini möhkəm-möhkəm sıxıb
demişdilər:
- Çempion!
Komandir də heç vaxt qonaq getməyəcəyi
insanların vizit vərəqələrini etika xatirinə olsa da qəbul
etməmişdi, qonaqları pərt etməmək üçün vərəqləri Rəis
almışdı. Amma Komandir ayrılanda şahmatı bağışlamışdı
onlara.
Qonaqlar götürmək istəməmişdilər:
- Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik.
Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir
adəti var, qonağın xoşuna gələn şeyi mütləq ona
bağışlayırlar, əgər qonaq götürməsə, özlərini təhqir
olunmuş sayırlar. Və çox xahiş eləmişdi ki, millətin
adətinə hörmət eləsinlər.
Və qonaqlar da millətin adətinə hörmət etməyə
məcbur olub Komandirin hədiyyəsini qəbul etmişdilər.
downloaded from KitabYurdu.org
187
Gedəndən sonra həbsxana haqqında gözəl bir rapor
yazmışdılar. Həmişə avropalıların kəskin tənqidi ilə
rastlaşan Böyük Rəis raporu oxuyub təəccüblənmişdi və
Kiçik Rəisi çağırmışdı:
- Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər?
- Mən eləməmişəm, Komandir edib.
Sonra hadisəni danışmışdı və yenə Böyük Rəisə
demişdi:
- Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də!
Böyük Rəis:
- Yaxşı, bir fikirləşərəm. Danışım görüm böyüklər
nə deyir.
Komandir bir dəfə soruşdu:
-Rəis, mənimlə dostluq eləməyə qorxmursan?
Rəis də yarızarafat:
- Rəhmətliyin oğlu, mən də sizinlə bir yerdə cəza
çəkirəm də, özü də düz iyirmi səkkiz ildi. Hələ beş ilim
qalıb, sən məndən tez çıxacaqsan. Fərqimiz ondadır ki,
mənim kameramda kondisioner var, bir də şoferim hər
günorta mənə peredaça gətirir.
Azadlığa buraxılanda kabinetində sonuncu dəfə
Komandirlə şahmat oynayan və yenə uduzan Rəis
ayrılanda dedi:
- Komandir, mən ölüm, hərdən gəl şahmat
oynayaq...
downloaded from KitabYurdu.org
188
... İndi gözü qalmışdı şahmatda, çayı da
soyumuşdu. Hər dəfə səhv gediş görəndə yerində
qurcalanır, həmin azarkeş kimi o da az qalırdı müdaxilə
eləsin. Birdən qulağı arxa stoldan Dünyanın Ən Varlı
Şəhərinin adını çaldı.
- Yox, ora getmədim. Hiss etdim ki, Qukasyan ora
getməyimi istəmir, mən də üz vurmadım. Həm də orda
maraqlı bir şey var ki?! Daş daş üstə qalmayıb. Xocalıda
oldum, Əsgəranda oldum. Dünyanın Ən Varlı Şəhərinə
girən ilk tankın üstündə şəkil çəkdirdim.
- Bəs Şuşada?
- Qukasyanla qalxdıq Cıdır düzünə, ordan da
yendik İsa bulağına. Mənə yaxşı bir qonaqlıq verdi.
Komandiri soyuq tər basdı, geri çevrildi, üç nəfər
yaraşıqlı cavan oğlanıydı... Birini dərhal tanıdı...
... - Bundan yazın dana! Yoxsa axtarıb beş-altı
bağlı qapı tapıb çəkirsiniz, sonra da qəhbə-şivən salırsınız
ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə
nakolka verirsiniz ki, şəhər boşdu, qorxmayın?!
- Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm.
Soyumuş çayını götürüb atdı yerə, yeni bir çay
süzdü, bir qurtum içdi, sonra sözünə davam elədi:
- Get də! Get o həkimi tap, o binamusdan yaz! Yaz
ki, biri canını verir, biri də canını verən oğulun anasından
pul istəyir. Yox, bunları yazmazsan. Bilirsən gedib nə
yazacaqsan?! Oğullar qalacaq qıraqda, bayaq gördüklərini
downloaded from KitabYurdu.org
189
yazacaqsan. Yazacaqsan ki, cəbhəçilər quldurluq edir,
vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin
bunu istəyir.
Yurnalist başını buladı:
- Komandir, mən hökumət jurnalisti deyiləm.
Hökumət jurnalisti olsaydım, hökumətin yanına
gedərdim, bura gəlməzdim.
- Götür çayını iç. İncimə, həqiqət budur.
Oturmusunuz Bakıda, burdan xəbəriniz yoxdu.İnsanlar
dəli kimidilər, hər sözdən havalanırlar. Qəzetdəki adi bir
yalan adama erməni gülləsindən pis dəyir. Dünən o
verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən
olmasam uşaqlar gedib onu studiyanın qabağında
sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən , dostum,
müharibədə üç cür adam var. Döyüşənlər, tank belində
şəkil çəkdirənlər, bir də müsahibə verənlər. Bu boyda
şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı
qəbristanlığında ermənilərin qabağını kəsib. O birini də
Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ
evin qabağındadı, ordakıları qoruyur. Şəkil çəkdirənlər
üçündü, istəyirsən get birini də sən çəkdir. Bizim
batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim.
Müsahibə verənlər də Ağ evdədirlər, bilyard oynayırlar.
Gecə düşən kimi də qaçırlar Bərdəyə, hələ biri qrad səsi
eşitməyib. Elələri var ki, heç Bərdədən bu tərəfə
downloaded from KitabYurdu.org
190
keçməyib, sürücüləri gəlib ezamiyyət vərəqlərini
möhürləyib gedir.
- Bunlardan xəbərim var.
- Xəbərin var get yaz da, niyə yazmırsan?..
... - Qukasyan çox maraqlı adamdı. Yaxşı bir
müsahibə götürmüşəm. Bir-iki günə çap edəcəm.
... - Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub
atmaq olmur ey! Lənkərandan beş-altı könüllü gəlib,
cavan uşaqlardı, od-alovdular. Srağagün ikisini vurdular.
Biri lap uşağıydı, qucağımda öldü. Can verəndə deyirdi,
dayı, qoyma ölüm...
... - Yerevanda da Köçəryanla görüşdük.
... Drakonu basmışdı bağrına, balası vurulmuş
pələng kimi sinəsindəki hələ qanı qurumamış yaraları
yalayırdı...
... Yerindən qalxdı və qalxmağı ilə bayaqdan
Qukasyandan danışanı necə vurdusa oğlan arxadakı stola
dəyib stolqarışıq düşdü yerə - bütün çayxana səksəndi.
Əlini atıb onu təzədən qaldırdı və təkrar vurdu, yıxılısını
təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə:
- Sizin də...
Hansını vurdusa yerdə qaldı. Üçünü də bir-birinə
qatmışdı. Heç kim yaxın durmaq istəmirdi. Kimsə
bağırırdı:
- Polis! Polis! Polis çağırın!
downloaded from KitabYurdu.org
191
Hay-küyə yüyürüb gələn bayaqkı Əsgər Köynəkli
Sürücü onun qolundan tutub çayxanadan çıxarmağa
çalışırdı:
- Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan
çıxarım. Gəl dana!
Döydüklərinin üçü də yerdə zarıyırdı, hirsi bir
balaca soyumuşdu, gözünə stolun üstündəki fotoaparat
sataşdı, götürüb çırpdı yerə.
Əsgər Köynəkli Sürücü isə qolundan dartaraq
yalvarırdı:
- Di gəl dana! Gəl aradan çıxaq!
Elə yalvarırdı ki, sanki polislər gəlsələr onu da
tutacaqdılar.
Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı
belə ürəkdən heç kimi döyməmişdi, özünə ləzzət elədi,
qolunu Əsgər Köynəkli Sürücünün əlindən çıxartdı, sonra
dəsmalla əlinin qanını sildi, üst-başını çırpdı və heç nə
olmamış kimi qayıtdı öz stoluna. Çayxanadakılar
təəccüblə gah yerdə zarıyanlara, gah da ona baxırdı.
Şahmat oynayanlar da dayanmışdılar.
Çayını içmək istədi, gördü soyuyub, çayçını
çağırdı:
- Dostum, ordan bir çay gətir.
Əsgər Köynəkli Sürücü:
- Bu nə təhər adamdı, ə?!
***
downloaded from KitabYurdu.org
192
- Rəis, uşaqlar bir nəfər tutub gətiriblər.
- Nə üstə?
- Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb.
- Kimi döyüb?
- Üç jurnalisti.
Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub
şaqqanaq çəkdi:
- Nə bir edib! Bizi yığıblar boğaza! Hara
jurnalistləridi?
- Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar.
Bayaqdan bəri zəng eləmədikləri yer qalmayıb. Qolos
Amerika, Bibisi, Azadlıq, nə bilim ey, day hara. Bir
qəhbə-şüvən salıblar ki! Hamısına da deyirlər ki, bizi
iqtidar döydürüb.
- Qələt edirlər. Döyən kimdi?
- İki sudumisti var, üst-üstə iyirmi il yatıb.
- Neçə il?
- İyirmi il! Lap təzə çıxıbmış.
- Dava nə üstə olub?
- Bilmirik.
- Şahid var?
- Xeyr.
- Ə, o boyda çayxanada heç kim yox idi?
- Niyə yox idi, amma heç kim şahid durmaq
istəməyib.
- Yaxşı. Əvvəl o jurnalistləri çağır.
downloaded from KitabYurdu.org
193
Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları
cırılmış halda hay-küylə girdilər içəri. Rəis birini o dəqiqə
tanıdı, Avropanı suyoluna döndərən məşhur qəzetçilərdən
idi, “zibilə düşdük” deyə bərk dilxor oldu. Yalançı bir
hörmət göstərərək yerindən qalxdı. Biri hələ telefonla
danışırdı:
- Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı
qırıblar...
Rəis:
- Ay yoldaş, o telefonu söndür. Söndür! Burdan
çıxandan sonra nə qədər istəyirsən danışarsan. İndi
əyləşin görüm nə baş verib.
Sir-sifəti Lap İt Gününə düşmüş:
- Heç özümüz bilirik ki?! Çayxanada oturub çay
içirdik, o da qonşu stolda oturmuşdu. Özü də arxası bizə
tərəf. Birdən yerindən qalxıb cumdu mənim üstümə,
başladı döyməyə. Uşaqlar istədi mane olsunlar, onları da
qatdı mənə. Sonra da sizin işçilər gəldi.
- Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb
olmadan?
Üz-gözü İt Gününə düşmüş:
- Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti
edirdik. O da şahmat oynayanlara baxırdı. Qəflətən söyə-
söyə qalxdı cumdu bizə.
Üz-gözü Lap İt Gününə düşmüş:
downloaded from KitabYurdu.org
194
- Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim
həyatıma sui-qəsddir.
Rəis:
- Yaxşı, ağ eləmə. Nə iqtidar, nə sui-qəsd! Evdə
arvadla dalaşanda da günahı iqtidarda görürsünüz. Üç kişi
bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan
tutmuşdu?!
Üz-gözü Bir Az İt Gününə düşmüş:
- Kor deyilik ha! Görürük də! Bayaqdan oturdublar
müavinin kabinetində. Biri çay gətirir, biri şokolad gətirir.
Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də
qulağımız eşidə-eşidə deyirlər ki, yaxşı eləyib bunları
əzişdirmisən.
Üz-gözü İt Gününə düşmüş:
- Hələ yolda deyirdilər ki, rəhmətliyin oğlu,
döymüsən qaç çıx get də. Deyirik bizi ekspertə aparın,
aparmırlar.
Üz-gözü Lap İt Gününə düşmüş:
- Mən bunu belə qoymayacam, bütün Avropanı
bura tökəcəm.
Rəis hövsələsini zorla basdı:
- Yaxşı, yekə-yekə danışma. İqtidarın işi-gücü
yoxdu, elə düşüb sizin dalınıza. Avropa, yox bir BMT?!
Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik, -
deyə stolun üstündəki məcəllələri göstərdi, - Bu dəqiqə
hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə,
downloaded from KitabYurdu.org
195
elə də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi
həkimə apararlar.
Rəis müstəntiqi çağırdı:
- Hələlik bunların ifadəsini al, denən onu da
gətirsinlər. Siz də əl-üzünüzü yuyun, özünüzü bir səliqəyə
salın. Kişi dalaşar də. Döyər də, döyülər də.
Üz-gözü İt Gününə düşmüş:
- Rəis, bəs həkim?
- Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin
ifadələrinizi verin.
Baş İdarədən zəng elədilər.
- Deyir səndə çepe olub?
- Elə bir şey deyil, adi davadı. Çayxanada bir nəfər
üç adamı döyüb, uşaqlar da tutub gətiriblər.
- Ə, nə adam?! Yurnalistdilər ey! Biri də Avropanı
suyoluna döndərəndi. Bir az əvvəl Ombudsman zəng
eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O
Avropanı suyoluna döndərəndən də lap ehtiyatlı ol, yoxsa
bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər.
- Onu mən də tanıyıram. Bütün günü
Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi
əskikdi.
- Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol.
- Baş üstə! Narahat olmayın, yoluna qoyacam.
Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ
bir adamıydı, ilan kimi soyuq baxışları vardı, üz-
downloaded from KitabYurdu.org
196
gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə
deyildi. Hiss olunurdu ki, çox bərkə-boşa düşüb.
Rəis:
- Əyləşin. Çay gətirsinlər?
- Sağ olun. Müavininizin otağında içmişəm,-
gülümsədi,- mən polisi bu qədər mehriban bilmirdim.
- İndi danışın görüm nə baş verib, dava nə üstə
olub?
- Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də
döydüm.
- Kim xoşunuza gəlməsə döyürsüz?
- Hərdən olur.
- Bəlkə bir az ciddi danışaq?
- Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı
da sevmirəm. Yenə deyirəm, xoşuma gəlmədilər, mən də
döydüm.
- Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir?
- Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də
verə bilərlər. Nə olar gedib çəkərik.
- Ola bilməz ki, siz bunu bilə-bilə, adi bir şey üstə
dava salıb gedib yeddi-səkkiz il yatmağa razı olasınız.
- Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə
demişəm. Ayrı bir deyəcəyim yoxdu.
- Qulaq asın, siz cavan adam deyilsiniz, qətiyyən
boş yerdən dava salan adama da oxşamırsınız. Görüb-
götürmüş, ağır adama oxşayırsınız. Mütləq bir səbəbi
downloaded from KitabYurdu.org
197
var.Bir də mənim üçün çox maraqlıdı, qaça biləcəyiniz
halda qaçmamısınız. Niyə? Koroğlu deyib igidlik ondu,
doqquzu qaçmaqlıqdı.
- Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi
deyiləm.
- İyirmi il nə üstə yatmısınız?
- Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə
özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı sənəddə
yazılıb.
Rəis müstəntiqin aldığı ifadəni yaxına çəkib
oxumağa başladı. Ad-familinə, doğum yerinə gözləri
sataşanda duruxdu, başını qaldırıb diqqətlə qarşısındakına
baxdı, sonra bir də oxudu...
... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə
oxumuşdular. Onun idman çantasını daşımaq üstündə
sinif yoldaşlarıyla o qədər tutaşmışdı ki. Bu çantanı
daşımaq kimin bəxtinə düşsə yaşıdlarına fors edərdi. O da
bu çantanı çox daşımışdı və o da bu çantanı daşımaqla
yaşıdlarına çox fors etmişdi. İmarətdəki stadionda
dostlarıyla qapının dalında durub onun vurduğu topların
dalınca çox qaçmışdı.
... Aradan uzun illər keçmişdi. Vaxtilə çantasını
daşımaqla fors etdiyi, qızların dərdindən dəli olduğu o
mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və
bu uzun illər onun üz-gözünə, saçlarına, alnının qırışlarına
downloaded from KitabYurdu.org
198
əməlli-başlı əl gəzdirmişdi, amma təkcə onun gözlərinə
gücü çatmamışdı, gözlərindən tanıdı.
Rəisin sir-sifəti dəyişdi, doluxsunmuş halda
protokolu kənara itələdi, kreslosundan qalxıb ona
yaxınlaşdı və qucaqladı:
- Komandir!
Quruyub qaldı:
- Nə?
- Sən Komandirsən! Tanıdım səni, Komandir!
Bağışla, gec tanıdım. Bağışla, Komandir!
Çaşqın-çaşqın soruşdu:
- Sən kimsən?
- Yadınıza düşmərəm. Bir məktəb
də oxumuşuq. Siz bizdən dörd-beş sinif yuxarı
oxuyurdunuz. Onda sizə Kapitan deyirdilər, müharibədə
Komandir oldunuz. Futbola gedəndə o qədər sizin idman
çantanızı daşımışamkı! Məktəbdə hamı sizdən qorxurdu.
Bir dəfə bizim məktəbin qızlarına söz atdıqlarına görə
bazarın qabağında iki oğlanı möhkəm döydüyünüz də
yadımdadı. Siz tutulanda məktəbdəki qızların hamısı
ağlayırdı, elə müəllimlər də.
Rəis o qədər doğma danışırdı ki! Orta məktəbi
gözünün qabağına gətirdi, amma nə illah elədi Rəisi
yadına sala bilmədi.
- Kimin oğlusuz?
- At Belində Olan Adamın.
downloaded from KitabYurdu.org
199
... At Belində Olan Adamı başdan-ayağa deyil,
ayaqdan-başa süzdü, sonra xayxırdı, özünü onun sifətinə
tüpürməkdən zorla saxladı və tüpürdü yerə:
- Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin
dalın yuyursan, özününkünə beş manat qıymırsan?!
Drakonun əlindən zorla qurtulmuş At Belində Olan
Adam indi yenidən qırx arşın quyunun dibinə düşdü,
özünə bəraət qazandırmaq istədi:
- Komandir! Seyid Lazım ağanın cəddi haqqı
bilməmişəm. Hər gün o gəlir pul ver, bu gəlir pul ver.
Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki,
siz istəyirsiniz.
Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir
və belə getsə əlindən xəta çıxa bilər, onsuz da adları
bədnam idi, hökumət haqlarında gündə yüz şayiə
buraxırdı.
İndi Drakon yenə hökumətin əlinə dəstəvuz
vermişdi. Hökumət birinin üstünə beşini qoyub bütün
şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb
batalyonda döyüblər, pulunu əlindən alıblar, day nə bilim
nə. İndi Komandirin gözünün qabağına bu gəlirdi, yoxsa
elə məmnuniyyətlə özü onun şalvarını çıxartdırıb başına
geyindirərdi. Hövsələsini basdı:
- Atın bunu bayıra!
Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu
eləyib darvazadan bayıra tulladılar...
downloaded from KitabYurdu.org
200
...Və Komandir indi gördü ki, bir az əvvəl
kövrələrək onu bağrına basan elə At Belində Olan
Adamdı, amma çox cavandı.
Rəis Komandiri bir də bağrına basdı:
-
Haqqınızda
qəzetlərdə
çox
oxumuşam.
Məhkəmənizdən də çox yazdılar. Atam da sizin
haqqınızda çox danışıb. Hətta bir dəfə atamı ölümdən
qurtarmısınız.
- Yadımda deyil. Həm də onlar keçmişdə qalıb.
- Yox, yox, heç nə keçmişdə qalmayıb. Siz
deməsəz də mən indi bildim ki, o erməni yengəsini niyə
döymüsüz. Görürsüz də, Komandir. Sovet hökuməti vaxtı
belələrini ya güllələyərdilər, ya da Sibirdə çürüdərdilər.
Amma biz qıllarına belə toxuna bilmirik. Avropa
tumanını keçirir başına. Bayaqdan Avropada yer
qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da qələt edir,
onlar da.
Rəis yerinə qayıdıb telefonu götürdü:
- Hadisəni kitaba vurmusunuz? Lap yaxşı. Hələ
vurmayın, vurmaq lazım olsa deyərəm. Maşını da çəkin
qapıya, çıxıram. Müavin gəlsin içəri.
At Belində Olan Adamın at belindəki oğlunun bu
gözlənilməz hərəkətləri Komandiri necə çaşdırmışdısa
bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi.
Müavin girdi içəri:
- Eşidirəm, Rəis.
downloaded from KitabYurdu.org
201
- Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver
o dəyyuslara. Aparatlarını da alsınlar, qalanını da öz
aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər.
Razı olmasalar, həkim çağır, yazsınlar ki, içkilidirlər,
ağsaqqal bir adamı da döyüblər. Onsuz da şahid yoxdu.
Qoy getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap
Buşa şikayət etsinlər.
Eşitdiklərinə inanmadı, bu doğrudanmı At Belində
Olan Adamın oğludu?! Doğrudanmı vaxtilə Musanın
ayaqları kəsilmiş anasına min manat qıymayan bir adamın
oğlu indi onu həbsdən qurtarmaq üçün on min dollarından
keçirdi?!
Amma Komandir Rəisin son sözlərini qəbul
eləmədi:
- Rəis, sağ olun. Sizi başa düşürəm, mənə kömək
eləmək istəyirsiz. Amma on il də yataram, döyülmək
sözünü üstümə götürmərəm. Mən onları döymüşəm.
- Komandir, döymüsüz, lap yaxşı eləmisiz. Mən də
sizi buraxıram. Mən sizi tuta bilmərəm. Camaat mənə nə
deyər? Hələ atam! Üzümə tüpürər. İndi durun. Durun
görüm.
- Hara?
- Necə yəni hara? Bizə! Heç bilirsiz atam sizi
görəndə nə qədər sevinəcək!
Amma Komandir getmədi:
downloaded from KitabYurdu.org
202
- Sağ olun, Rəis. Atanıza salam deyərsiz. Gecdi.
Ayrı vaxt görüşərik. Mən rayona getməliydim, bu hadisə
oldu, qaldım.
- Xahiş edirəm!
- Söz verirəm, ayrı vaxt gedərik. İndi icazə versəz
mən gedərdim.
Rəis cibindən bir kart çıxartdı:
- Onda bunu götürün. Burda mənim telefonlarım
yazılıb. Nə lazım olsa, nə vaxt istəsəz, lap gecə saat iki
olsun, zəng eləyin. Elə bilin balaca qardaşınıza zəng
edirsiz.
Komandir kartı aldı:
- Eləyərəm.
- Gözləyəcəm ha. Atam da gözləyəcək. İndi
doğrudan rayona gedirsiz?
- Doğrudan.
Endilər aşağı. Rəis bir nəfəri çağırdı.
- Eşidirəm, Rəis.
- Sən belə elə, Komandiri aparırsan rayona. Onun
ixtiyarındasan.
- Baş üstə, Rəis!
Komandir etiraz elədi:
- Lazım deyil, Rəis. Özüm bir maşına oturub
gedəcəm.
Rəis az qala yalvardı:
- Komandir, məni sındırma.
downloaded from KitabYurdu.org
203
Rəislə idarədən çıxdılar.
Komandir gördü ki, bayaq onu rayona aparacaq
Əsgər Köynəkli Sürücü idarənin qabağında var-gəl edir,
təəccüblə soruşdu:
- Sən burda nə gəzirsən?
- Necə yəni nə gəzirsən?! Səni gözləyirəm!
- Məni?
- Bəs kimi? Demirdin rayona gedəcəyik. Belə
kişilik olar ki, səni qoyum gedim?!
Komandir güldü:
- Rəis, görürsüz də maşınım da hazırdı.
Rəis:
- Nə deyirəm ki, yaxşı yol. Amma qayıdanda
mütləq məni tapın ha, gözləyəcəm.
Maşına oturub şüşəni yendirdi və soruşdu:
- Rəis, siz doğrudan At Belində Olan Adamın
oğlusuz?!
Rəis elə sadəlövcəsinə and içdi ki:
- Vallah, hə!
***
Gecə yuxusuz qaldığından bütün yolboyu maşında
yatdı. Əsgər Köynəkli Sürücü yolun belini qırmaq üçün
söhbətdən ötrü ölsə də onu oyatmağa qıymadı. Nəhayət,
mənzil başına çatdılar, burdan o yana yol yox idi, burdan
o yana yolun belini həqiqətən qırmışdılar...
downloaded from KitabYurdu.org
204
Əsgər Köynəkli Sürücü onu oyatmağa məcbur
oldu:
- Əmi, ay əmi!
- Deyəsən bərk yatmışdım.
- Hə, elə şirin yatmışdız, oyatmağa ürəyim gəlmədi.
Yol qurtarmasaydı heç oyatmayacaqdım.
Maşından düşdülər.
- Yaxşı, dostum, sən burdan qayıt.
- Bəs sən?
- Mən burda qalacam, hələ işim var.
- Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda,
yaxındadı, Çadır Şəhərində.
- Yox, sağ ol. Onsuz da bu gün sənə çox əziyyət
verdim,- dedi Komandir və əlini cibinə salıb pul çıxartdı,
- Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür.
- Nə danışırsan, əmi, pul nədi?! Sən içəridə olanda
şöbənin qabağında polislər səndən danışırdılar. Mən də
sənin adını eşitmişəm. Böyüklər çayxanada sənin
haqqında çox danışırdılar, elə indi də danışırlar. Mənim
atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi.
Komandir ha fikirləşdi, belə bir adamı yadına sala
bilmədi, amma bu cavanın könlünü də sındırmaq
istəmədi:
- Tanıyırdım. Çox qeyrətli döyüşçüydü.
Əsgər Köynəkli Sürücü elə sevindi ki, Komandir öz
şirin yalanıyla bu cavanı sevindirməyindən çox xoş oldu.
downloaded from KitabYurdu.org
205
- Əmi, mənim atam doğrudan özünü tankın altına
atıb?
- Hə, oğul.
- Deyirdilər inanmırdım, indi inandım.
Əsgər Köynəkli Sürücü o qədər xoşbəxt oldu ki -
atası özünü tankın altına atmışdı.
- Nə deyirsən, əmi, gözləyim gedək bizə?
- Yox, sən get.
Əsgər Köynəkli Sürücü bir kağıza telefon nömrəsi
yazıb verdi Komandirə:
- Əmi, bu mənim telefonumdu. Nə vaxt maşın
lazım olsa, zəng elə. Atamın adı haqqı, pul-zad lazım
deyil.
- Zəng eləyərəm.
Əsgər Köynəkli Sürücü Komandiri atasını bağrına
basırmış kimi bağrına basdı, öpdü və sağollaşıb getdi.
Dünyanın Ən Varlı Şəhərinin beş addımlığında
yolun ortasına dərin bir xəndək atmışdılar. Əgər bu
xəndək son idisə - bəs niyə xəndəkdən o üzdə qoyun
otaranlar, yer əkənlər, ot daşıyanlar heç nə olmamış kimi
öz işindəydilər.
Və bir zamanlar dünyanın ən işlək yolunun
xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa şəhərə
çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə
bu neçə ildə əl uzatmaq fikrinə düşməmişdi. Neçə iliydi
bu şəhərin bir əl məsafəsindəki alaçıqlarda, kərpic
downloaded from KitabYurdu.org
206
daxmalarda vaxtilə paytaxtlarına bayraq sancdıqları
nemeslərdən yardım gözləyə-gözləyə, axşamlar da
televizorlarda Rodrigesin qayınanasının iztirablarını
özlərinə dərd edə-edə, arada da bir qoyun əti yeyə-yeyə
yaşamağa alışmışdılar. Və bu alışqanlıq onları elə
mütiləşdirmişdi ki, ağıllarına gəlmirdi ki, bir səhər
yerlərindən qalxıb heç əl-üzlərini yumadan bu xəndəyi
atlayıb əl boyda məsafəni keçə bilərlər, ev-eşiklərinə,
qəbristanlıqlarına gedə bilərlər.
Vaxtilə əliyalın ölümə gedən oğulların hamısı
qırılıb qurtarıbmı?! Atalar day Drakon əkmirlərmi?!
Analar day Pələng doğmurlarmı?!
Atlanıb xəndəyi keçdi. Ot basmış yolla üz tutdu
Dünyanın Ən Varlı Şəhərinə. Əlini-qolunu sallayıb
gedirdi.
Bir az aralıda qoyun-quzu otaran 13-14 yaşlı bir
uşaq onu səslədi:
- Əmi, ay əmi!
- ...
- Əmi! Ay əmi! Əmi!
Dayandı:
- Nədi, ay oğul?
- Əmi, o tərəfə getmə!
- Niyə, oğul?
- Oralar ermənilərindi!
downloaded from KitabYurdu.org
207
Oralar ermənilərindi! Oralar ermənilərindi! Söz onu
qəfil it kimi tutdu. Bu uşağa evdə böyükləri deyiblər ki,
oralara getmə, oralar ermənilərindi. Və uşaq da elə bilir
ki, oralar doğrudan da ermənilərindi.
- Qorxma, oğul!
- Getmə, əmi. Srağagün orda bir əsgərimizi
vurdular.
- Başa düşdüm, oğul.
Yenə əlini-qolunu sallayıb düzəldi yola. Qarşısına
bir xəndək də çıxdı. Gördü ki, bu xəndək o xəndəkdən
deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol
qurtardı. Gördü ürəyi istəsə də ayaqları getmir. Özünü bu
qədər alçalmış və təhqir olunmuş hiss etməmişdi. Özü
özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub
oturdu xəndəyin üstündə.
İnsanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa
çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl boyda
məsafəsində dayanmışdı. Bu şəhərin minlərlə şəhidindən -
ölüb canlarını qurban verdikləri şəhərin öldüyündən
xəbərsiz xoşbəxtlərdən biri ola bilməməsi onu yandırdı.
Tanrı hansı günahına görəsə bu xoşbəxtliyi də ona çox
görmüşdü. İndi o qədər aciz idi ki, əl uzatsa çatacaq
şəhərə Çadır şəhərlərində yaşayanlar kimi əl uzatmağa
qüdrəti çatmırdı. Elə beləcə əzizinin cəsədi ortalıqda qalıb
qurd-quşun yeminə çevrilən adamlar kimi əl uzatsa
çatacaq şəhərə xeyli tamaşa etdi.
downloaded from KitabYurdu.org
208
Etdi, etdi...
Döndü Bayata, Azər Hüseynin kababxanasına.
Adamlar əl uzatsalar çatacaq şəhərin əl boyda
məsafəsində heç nə olmamış kimi öz keflərindəydilər,
yeyib-içirdilər. Hardansa başlarında ikibaşlıq papaq
gəzdirən aşıqlar da tökülüb gəlmişdilər, hər süfrənin
başında biri oxuyurdu.
- Bəlkə bu yerlərə bir də gəlmədim...
- Meşəbəyi, meşəbəyi, meşəbəyi...
- Çal oynasın Əjdər əmi...
- Ağdam bir gözümdü, Bərdə bir gözüm...
Biri Məmməd Arazdan, biri Hüseyn Arifdən, biri
Dədə Şəmşirdən oxuyan aşıqların dediyi sözlər heç kimin
tükünü də ürpətmirdi, çünki qulaq asmırdılar. Hərdən
səndərləyə-səndərləyə “Bəlkə bu yerlərə bir də
gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər
isə aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər:
- Ə, o Meşəbəyini bir də oxu. Can, Meşəbəyi, can
xala...
Bir də bu yerlərə gələ biləcəyinə inanmayan
şairdən, Meşəbəyinin göz vurduğu xaladan, bir gözü
Ağdam, bir gözü Bərdə olan boşboğazdan uzaq olmaq
üçün kababxananın lap aşağısındakı çinarın altında
dayanıb xörəkpaylayanı çağırdı:
- Oğul, ordan bir stol tap gətir.
downloaded from KitabYurdu.org
209
Dərhal stol-stul gətirdilər, stolun üstünə səliqəylə
süfrə saldılar.
- Nə yeyəcəksiz?
- Hələ bir stəkan çay gətir.
Onun çaydan başqa heç nə sifariş verməməsindən
Xörəkpaylayan bərk dilxor oldu, amma diqqətlə ona
baxdı.
O isə bu baxışlardan xoşlanmadı:
- Nədi ay oğul, xoşuna gəlmədim?
- Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım.
- Hər kimə oxşadırsansa səhv eləyirsən.
- Bağışlayın.
- Bağışladım.
Xörəkpaylayan getdi, tez də qayıtdı, stolun üstünə
çay qoydu, mürəbbə qoydu, limon qoydu və yenə
ehtiyatla dedi:
- Dayı, inciməsən bir söz soruşardım.
- Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul
ol.
Aşıqlar özlərini öldürürdülər:
- Bəlkə bu yerlərə bir də gəlmədim...
- Ağdam bir gözümdü, Bərdə bir gözüm...
- Qarabağ, can Qarabağ...
Sağlıq deyənlər özlərini öldürürdülər:
- Gün o gün olsun Şuşada, Cıdır düzündə yeyib-
içək...
downloaded from KitabYurdu.org
210
- Yaxşı dostların sağlığına...
Bir nəfər aşığa ən çox pul verəni duz kimi
yalayırdı:
- Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan
yoxdu...
O da xoşhallanır, forsla o biri stollara baxırdı.
Komandir gördü özünü çox pis hiss edir, çayı
itələdi bir kənara, qalxdı ayağa və yendi kababxananın
altındakı kəhrizə. Çəkib torpağın ciyərini çıxaran artezian
quyuları bütün kəhrizləri qurutsa da Həmidə xanımın
vurdurduğu bu kəhrizi quruda bilməmişdi. İmkanlı
adamlar artezian quyularının quruda bilmədiyi bu
kəhrizdən su daşıtdırırdılar.
Əvvəl-əvvəl ağzını kəhrizin gözünə dayayıb neçə il
həsrətini çəkdiyi, az qala dadını unutmaqda olduğu bal
kimi sudan içdi. Sonra əl-üzünü möhkəm-möhkəm yudu,
amma bu o qədər də ləzzət eləmədi. Soyunub girdi
kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini
yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi...
... Tez-tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi
təmiz, bu bumbuz suda çimişməkdən doymazdılar. Onda
onların özləri də göz yaşı kimiydilər, amma bumbuz
deyildilər, od-alovuydular, təzə-təzə qızların ürəklərini
yandırıb-yaxan vaxtlarıydı. Kəhrizin dərinliklərinə
üzməkdən xüsusi ləzzət alardılar. Dərinliyə üzdükcə su
daha şirinləşər, daha durular və bir az da buzlaşardı. Və
downloaded from KitabYurdu.org
211
kəhrizin dərinlikləri göyərçin yuvalarıyla dolu olardı, əlini
at, tut. Amma bu göyərçinlərə toxunmazdılar, nənələri
həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar.
Ən çox sevdikləri isə kəhrizdəki balaca, pırıl-pırıl
balıqları əllə tutmaq idi. Bəzən bu balıqları tutmaq üçün
saatlarla yarışırdılar. Amma heç biri bu yarışda qalib gələ
bilmirdi. O, uduzmağı sevməsə də və heç vaxt uduzmasa
da bu pırıl-pırıl balıqlara həmişə uduzurdu. Kinolarda
qartalların şığıyıb özlərini suya çırparaq balıq çalmalarını
çox görmüşdü. O da çox istəyirdi qartal kimi şığıyıb
özünü çırpsın suya və heç olmazsa bircə dəfə bu pırıl-pırıl
balıqlardan bircəciyini çalsın. Amma çala bilmirdi. Bu
kəhrizdə çimə-çimə, balıqlara uduza-uduza böyüdülər...
... Gözlərini yummuşdu, onunla bu kəhrizdə çimə-
çimə, pırıl-pırıl balıqlara uduza-uduza böyüyən dostlarını
xatırlayırdı. Hamısı müharibədə qırılmışdı, tək ondan
başqa. Sonra Drakonu gördü, Pələngi gördü, Gülablı
yolunda bağırsaqları ağacın budağına dolaşmış və hələ nə
baş verdiyini anlamadan bağıran adamı gördü, od tutub
yanan şəhəri gördü - gözünü açdı, hər şey yox oldu, bir
kəhrizin suyuydu, bir özüydü, bir də yanında qorxusuz-
ürküsüz üzüşən balaca, pırıl-pırıl balıqlar...
... Göy üzü göy üzütək təmiz, dünya yamyaşıl,
hardasa quzu otaran bir uşaq Qədir Rüstəmovu
yamsılayırdı:
downloaded from KitabYurdu.org
212
- Qoyubdur intizarında, neyçün gəlməz, neyçün
gəlməz...
Səsi aləmi götürmüşdü başına. Onlar da yamyaşıl
dünyada, göy üzütək təmiz göy üzünün altında, quzu
otaran uşağın şipşirin səsinin içində balaca, pırıl-pırıl
balıqları tutmaq üçün özlərini öldürürdülər...
... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca,
pırıl-pırıl balıqlardan birini tutsun, tutdu da. Balıq əlinin
içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq
yox, ürək idi. Çəkib sudan çıxarmaq istədi, nə illah elədi
bu balaca, bu pırıl-pırıl balığa gücü çatmadı. Balıq
kəhrizin dərinliyinə doğru üzməyə başladı, balıq üzürdü
və onu da özüylə çəkib aparırdı. Balıq onu dərinliyə
çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da
soyuyurdu. Neçə iliydi bu şirinliyin, bu duruluğun
həsrətini çəkdiyindən indi ləzzətlə balığın arxasınca
üzürdü. Və heç fərqində də deyildi ki, bu balaca, bu pırıl-
pırıl balıq necə onu öz arxasınca dartıb aparır.
Birdən hiss elədi ki, böyür-başında da kimlərsə
üzür, çevrildi - Drakonu gördü, bir balaca, pırıl-pırıl balıq
da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-
pırıl balıq da onu ardınca aparırdı. Batalyonun bütün
uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları
balıqlar da onları öz arxalarınca dartıb aparırdılar.
Hamısının üz-gözündə sevinc vardı, hamısı
arzusuna çatmışdı - hamısı balıq tutmuşdu.
downloaded from KitabYurdu.org
213
Və Komandir də, uşaqlar da bir səs eşidirdilər...
Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan Qədir
Rüstəmovun səsi gəlirdi:
- Bu dərənin uzunu, Tanrı qaytar...
Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı!
... Qəflətən minlərlə at ağız-ağıza verib necə
kişnədisə və göylər necə şaqqıldadısa çöllər diksindi,
ağaclar diksindi, çaylar diksindi, dağlar diksindi.
Şimşəklər göy üzünü parça-parça elədilər. Və göy
üzündən də yuxarıdan necə bir Dolu başladısa... camaat
dik atıldı və sevinclə özünü atdı bayıra...
1988-2007
Dünyanın Ən Varlı Şəhəri.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |