----------------------------
Lit.az-Azərbaycanın ədəbiyyat portalı
DOLU
II Fəsil
***
Baş qaldıran başsız qalırdı, çarpaz atəşin altında
qırılırdılar. Topun-tüfəngin səsi ölən və yaralananların
bağırtısına qarışaraq tüklər ürpədirdi. Əzrayıl yuxarıdan
dəhşətlə tamaşa edirdi. İnsanların onu da dəlik-deşik
edəcəyinin qorxusundan aşağı yenməyə ürək eləmirdi, bir
də ki, heç ona ehtiyac yox idi, insanlar özləri bir-birinin
Əzrayılına çevrilmişdilər. Çox ağır döyüşlər görmüşdülər,
amma bu heç birinə bənzəmirdi. Və bunu təkcə Komandir
yox, uşaqlar da hiss edirdilər. Hiss edirdilər ki, bu onların
son döyüşüdür. Və bu son döyüşdə hər kəs öz ölüsünü
düşmənə daha baha satmağa çalışırdı.
Hələ ki Qarqar çayı qanlarının arasına girmişdi.
Düşmən minanın qorxusundan texnikanı çayın içinə
soxmağa ürək eləmirdi, əslində çayda mina-filan da
yoxuydu. Yeganə körpüdə isə düşmənin iki tankı yanırdı -
downloaded from KitabYurdu.org
133
birini Komandirin özü vurmuşdu və yolu kəsmişdi. Bir
neçə dəfə tankları yoldan çıxarmağa cəhd etsələr də,
uşaqlar aman verməmişdi.
Düşmən bütün gücünü ortaya çıxarmışdı. Və
Komandir görürdü ki, qarşılarındakı heç də indiyədək
savaşdıqları həmişəki erməni batalyonları deyil, illərin
təlimini görmüş nizami bir ordudu. Komandir də nəyi var
ortaya tökmüşdü, amma başa düşürdü ki, damarlarında
qan əvəzinə qəzəb axan bu uşaqlar Əzrayıl olsalar belə bu
ordunun qarşısında duruş gətirə bilməyəcəklər.
Komandir neçə dəfə o biri batalyonlarla əlaqə
saxlamaq istəmişdisə mümkün olmamışdı, telsizlər
işləmirdi. Şəhərə xəbər gətirmək üçün gedən uşaqlar da
elə bir xəbər gətirə bilmirdilər. Qarağacıya xəbər dalınca
göndərdiyi Qeyrət Dağarcığı da qayıtmamışdı. Gələn
xəbərlərdən bircə o aydın idi ki, düşmən üç istiqamətdən
hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən
bütün cəbhə boyu hərəkət edirdi. Niyyətləri açıq idi -
şəhəri götürmək.
Əslində ermənilər bu niyyətlərini çoxdan ortaya
qoymuşdular. Və batmaqda olan Dünyanın Ən Varlı
Şəhəri nə vaxtdan “SOS” siqnalı verən okeanda tənha
qalmış gəmi kimi idi.
Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar
Bağırovu günün-günorta çağı Bakıda güllələmişdilər,
Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi
downloaded from KitabYurdu.org
134
Bağırovu qumbaraatanla vurmuşdular, Şirin Mirzəyevi
minaya salmışdılar, General Dəli Ərşadı “Qrad”la
parçalamışdılar, sağ və sol əlləri olan Drakonla Pələng də
artıq yox idi. Və indi batmaqda olan bu gəmini təkbaşına
xilas etmək onun gücü daxilində deyildi.
Neçə vaxtıydı camaatı ruhdan salmaq üçün şəhərə
bir şayiə də buraxmışdılar:
- Şəhəri satıblar!
Komandir uşaqlara demişdi:
- Belə sözlərə fikir verməyin. Hələ biz ölməmişik!
Nə qədər biz sağıq, erməni bu şəhərə girə bilməyəcək.
İndi deyəsən həmin sağolmanın sonuydu.
Komandir də bunu görürdü.
Hələ döyüşə girməmişdən həmişə dediyi sözləri
yenə demişdi:
- Bax, deyirəm ha, kim qorxursa girməsin,
döyüşdən qaçsa özüm güllələyəcəm. İndi getsə,
qınamaram.
Onsuz da çoxdan nəfə yaşayan uşaqlar bir-birinə
baxmışdılar və heç kim bir şirin canından ötəri, o canın da
artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına
girməmişdi.
Komandir:
- Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa
yoxdu! Arxada ana-bacılarımızdı!
downloaded from KitabYurdu.org
135
Və uşaqlar arxalarındakı ana-bacılarının Tanrının
eşitmədiyi və ya eşitmək istəmədiyi dualarına söykənib
sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi
də gün kimi aydın idi. Komandir son ümidini təyyarələrə
bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi:
- Mingəçevirdən qalxıblar. Bu dəqiqə erməniləri
şumlayacaqlar.
Xəbərlərdən iki saat çox keçmişdi, amma saat
yarımlıq maşın yolunu təyyarələr bu iki saata gəlib çıxa
bilmirdilər.
Artıq əli hər yerdən, hətta Tanrıdan da üzülmüş
Komandir tez-tez hayqırırdı:
- Qardaşlar, arxada ana-bacılarımızdı!
Uşaqlar bu sözləri bütün səngər boyu bir-birlərinə
ötürürdülər:
- Arxada ana-bacılarımızdı...
- Arxada ana-bacılarımızdı...
- Ana-bacılarımız...
Artıq onlara ana-bacılarının Tanrıya çatmayan
duaları da kömək eləmirdi - düşmən güllələri bu duaları
da dua sahibləri kimi qızıl qana boyamışdı. Torpaq
oğullarının qanından çiçək-çiçək çiçəkləyib laləzar
olmuşdu. Havadan gülün-çiçəyin, bu yaşıl zəmilərin, bu
torpağın qoxusu gəlmirdi - qan qoxusu gəlirdi.
Şəhərdən xəbər gətirdilər:
downloaded from KitabYurdu.org
136
-Ermənilər Qarağacını götürdülər. Əhmədavar
yanır.
- Yeddiyüzdoqquz topun-tüfəngin götürüb qaçır.
Komandir dəli oldu:
- Necə yəni qaçır?!
- Qaçır də! Qaçır!
Komandir:
- Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram.
Qarağacı yoluna çıxanda dəhşətə gəldi - qoşun
qaçırdı, özü də necə gəldi. Küçəyə tökülmüş camaat
vahimə içərisində qaçan əsgərlərə baxır, kimi söyür, kimi
qarğış edir, kimi ağlayır, kimi də uşaqlarının əlindən tutub
üzüaşağı qaçırdı. Bəziləri isə bağıra-bağıra qaçan
əsgərlərin qarşısını kəsməyə çalışırdılar:
- Sizə qurban olaq, bu arvad-uşağı qoyub hara
qaçırsınız?!
Amma nə ağlayana baxan vardı, nə yalvarana.
Yolun kənarında bir neçə atılmış texnika vardı. Tırtılı
qırılmış bir tank da yolun kənarındakı evə girmişdi,
həyətdə vay-şivən idi.
Maşınını öndə gələn BTR-in qabağına verdi və
sıçrayıb düşdü, BTR az qalmışdı maşının belinə qalxa.
Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü:
- Nə qayırırsan,ə?
- Canınıza azar qayırıram! Hara qaçırsınız?
downloaded from KitabYurdu.org
137
-Görmürsən yer-göy dağılır?! Gələn erməni deyil
ey, rus ordusudu.
- Döndərin beteerləri! Döndərin dedim!
BTR-dən düşən bir zabit onun üstünə yeridi:
- Çəkil yoldan! Ölmək istəyirsən can sənin,
cəhənnəm allahın.
Əsgərlər də onun üstünə ayaqlandılar. Onu
görəndən sonra bir az ürəklənmiş camaat da Komandirə
qahmar çıxdı, tökülüb yolu bağladılar.
Komandir isə qabağına keçəni şapalaqlayıb
çığırırdı:
- Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-
cırıq eləyəcəm!
Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı.
Bu vaxt bir “Niva” gəlib saxladı, maşından düşən
polkovnik sərxoş gözləri süzülə-süzülə özündən razı halda
dayandı Komandirin önündə:
- Mənim əsgərlərimi niyə döyürsən?
- Hara qaçırlar bu köpəyuşaqları?
- Yaxşı edirlər! Canınız çıxsın, gedin şəhərinizi
özünüz qoruyun!
Ağlı başından çıxmış Komandirin mübahisə etməyə
nə vaxtı vardı, nə hövsələsi, polkovniki boğazladı:
- Qaytar əsgərlərini geri!
Polkovnik
yazılması
mümkün
olmayan
yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı:
downloaded from KitabYurdu.org
138
- Çəkil, ə!
Daha Komandir heç özü də bilmədi neylədi:
- Sənin...
Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı
indicə düşdüyü maşına. Polkovnikin vurulduğunu görən
əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar.
Komandir sıçrayıb qalxdı BTR-ə, avtomatı dirədi
sürücüyə:
- Dön geri, küçük!
Komandirin indicə gözünün qabağında polkovniki
necə güllələdiyini görüb sarısını udmuş sürücü udqundu
və BTR-i geriyə çevirdi.
Komandir BTR-in üstündə əllərini Qarağacıya tərəf
yelləyə-yelləyə çığırırdı:
- Arxamca! Arxamca! Qardaşlar! Arxamca!
Bundan ruhlanan o biri BTR-lər də Komandirin
arxasınca tərpəndilər. Camaatın içində əli silah tutanlar da
qoşuldular geriyə qayıdan əsgərlərə.
Komandir bir az əvvəl söydüyü sürücüyə indi
yalvarırdı:
- Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez
sür!
- Komandir, vallah, bundan bərk getmir.
- Sür, oğul, camaat qırıldı...
Bu an sanki Komandirin kürəyindən baltanın
dalıyla vurdular, səsi də çıxmadı, bircə içini çəkə bildi...
downloaded from KitabYurdu.org
139
***
Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25
il əvvəl gəlmişdi və göydən təpələrinə od tökülürdü. Və
təpələrinə tökülən bu odun altında bəzən az qala saatlarla
növbəyə durmaq ömürlərində növbə nə olduğunu
bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı.
Özlərinin də bilmədikləri, bəlkə də heç etmədikləri
və ya başqalarının işlətdiyi və bunların ayağına yazılan
hansısa günahlara görə Tanrı cəhənnəmi onlara bu
dünyada göstərirdi, sadəcə olaraq qır qazanını tərsinə
çevirmişdi və onları da yığmışdı bu tərsinə çevrilmiş qır
qazanının altına.
Göydən tökülən oddan kölgələnməyə bir yer də yox
idi. Bu od çadırı necə qarsıyırdısa alaçığa da girmək
olmurdu ki, heç olmasa bir az toxtasınlar. Son zamanlar
bir-iki artezian quyusu vurulmuşdu, təzə-təzə ağac
əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir
az imkanı olanlar bu cəhənnəm odundan az da olsa
qorunmaq üçün çiy kərpicdən daxma tikib girmişdilər
altına - belə daxmalar alaçıqlara nisbətən yayda sərin,
qışda da isti olurdu. Əvvəl-əvvəl Çadır Şəhərinin
yaraşığının pozulduğunu deyən sahiblər bunun əleyhinə
olsalar da sonradan fikir verməmişdilər.
İlan-çayanın içində, göydən tökülən odun qarsdığı
çadırın altında birtəhər yaşamağa öyrəşə bilsələr də - əgər
buna yaşamaq demək mümkün idisə, bu növbəyə heç cür
downloaded from KitabYurdu.org
140
öyrəşə bilmirdilər. Qaçqın malı yeməkdən Bordağa
Bağlanmış Buğaya Dönən Məmurlar nə qədər onları
növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu:
- Ay qardaşlar, ay bacılar, ay camaat, növbəyə
durun da! Bizi bu xaricilərin yanında biabır etməyin!
Amma kimə deyirsən, yenə növbə dağılır, basabas,
səs-küy - həm Bordağa Bağlanmış Buğaya Dönən
Məmurların, həm də özlərinin yayın tülyanında, qışın
sazağında Avropadan iş-güclərini, arvad-uşaqlarını atıb
onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin
yanında biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar.
Elə bil bunlar nizamilərin, füzulilərin qohum-əqrəbaları
yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar.
Böyük Vətən Müharibəsi iştirakçıları yardım
gələndə elə bilirdilər bayramdı, xeyir-şər kostyumlarını
geyir, bütün orden-medallarını da sinələrinə taxıb
gəlirdilər. Amma sonra yuxarıdan tapşırıq gəldi ki, yaxşı
deyil,
almanlar
gələndə
orden-medalları
taxıb
çıxmasınlar.
- Kişilərin sizə ürəyi yanır, durub o boyda yol
gəlirlər ki, sizi ac qoymasınlar. Siz də Almaniyanı
darmadağın edən o Qələbə medallarını taxıb fors
edirsiniz.
Bundan sonra müharibə iştirakçıları xəcalət
çəkdilər ki, nahaq o vaxt belə humanist bir xalqın
downloaded from KitabYurdu.org
141
paytaxtını dağıdıblar. Hətta bir dəfə Kefli Çapay bir
almanı qucaqlayıb küçük sahibini yalayan kimi yalamışdı:
- Sənə də qurban olum, Hitlerə də!
Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür
tərcümə eləmişdilər.
Bu basabasda birinci qoluzorlular, ikinci qolu bir az
zorlular, sonra qolu zorsuzlar, lap axırda isə əldə-ayaqda
qalanlar yardım paylarını alıb dönürdülər göydən tökülən
odun qarsdığı alaçıqlarına: iki kilo qənd, iki kilo şəkər, on
litr neft, beş sabun, on beş kilo un və bir də bambalaca
kağız kisələrdə beş ədəd gül-çiçək toxumu.
Bu gül-çiçək toxumu nədən ötrü idi, Allahın deyil,
insanların yaratdığı bu cəhənnəmdə kimə və nəyə lazım
idi, gül-çiçəyin içində böyüsələr də artıq gül-çiçəklik
halları qalmamış camaat bunu başa düşə bilmirdi.
Xəbərləri yox idi ki, bu gül-çiçək toxumu Bakıda
qaçqınlar və imkansızlar üçün olmayan mağazalarda
səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də olsa
axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər
heç də onların fikirləşdikləri kimi o qədər də axmaq
deyillər. Və bu gül-çiçək toxumu onların işinə əməlli-
başlı yaramağa başladı.
Dünyanın məhvərindən çıxmayan vaxtı Bakıya
qonaq gedəndə ətdən, toyuqdan, bir sözlə kənd
matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən
yaxşı paya çevrilmişdi. Bakıdan, Gəncədən sifariş sifariş
downloaded from KitabYurdu.org
142
dalınca gəlirdi. Bir az diribaşlar bu gül-çiçək toxumunun
alverinə girişərək həm əməlli-başlı qazanmağa başladılar,
həm də qaçqınlar və imkansızlar üçün olmayan
mağazalarda gül-çiçək toxumunun satışına da böyük
zərbə vurdular. Pullarını balta kəsməyənlər day gül-çiçək
toxumlarını bahalı mağazalardan yox, bazarlarda
qaçqınlardan almağa başladılar - qiymətinə görə yox,
qaçqın soydaşlarına ürəkləri yandığın görə.
Amma Pələngin Anası bu gül-çiçək toxumunu
alverçilərə satmırdı, gedirdi Ağcabədidəki şəhid
qəbristanlığına və bu gül -çiçəyi Pələngin şəhid
qardaşlarının
məzarlarının
ətrafında
əkirdi.
Bu
toxumlardan elə qəribə, elə gözəl gül-çiçək çıxmışdı ki,
ömürlərində ilk dəfə gördükləri bu gözəllik camaatı
heyrətə gətirmişdi. Bundan sonra bu şəhərin də
imkanlıları daraşmışdı Çadır Şəhərinə.
Hər dəfə Şəhidlər Xiyabanına gələndə Pələngin
Anasını burda görən və bu gül-çiçəkləri onun əkib-
becərdiyini bilən Başçı müavinindən soruşmuşdu:
- Bu hansı şəhidin anasıdı?
- Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı.
Başçı kövrəlmişdi və demişdi:
- Ya bir ştat düzəldin, ya da cibinizdən ona maaş
verin.
Amma Pələngin Anası maaşdan imtina eləmişdi:
downloaded from KitabYurdu.org
143
- Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim
Pələnglərimdi.
Yenə göydən təpələrinə od tökülürdü. Yenə göydən
təpələrinə tökülən bu odun altında yardım maşınlarının
qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya
Dönən Məmurlar yalvarırdı ki, onları xaricilərin yanında
biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki,
yox idi! Özlərini də, bu yazıq Bordağa Bağlanmış Buğaya
Dönən Məmurları da xaricilərin yanında biabır edirdilər.
Pələngin Anası da özlərini xaricilərin yanında
biabır edənlərin arasındaydı. Əvvəllər bir neçə dəfə
insanlardan hörmət və mərhəmət ümidiylə demişdi:
- Mən şəhid anasıyam.
- Burda kim şəhi
d anası deyil ki?!
Pələng kimi bir oğulu qurban gedən bir anaya bu
qurbanlıq növbəsiz yardım almağa da yetmirdi. İlk vaxtlar
bundan çox pərişan olsa da sonralar bu keçdi, heç kəsi
qınamadı, gördü ki, yardıma möhtacların çoxunun balası
onun Pələngi kimi qurban gedib.
Tanrı İbrahim peyğəmbərə oğlu İsmayılı qurban
kəsməmək üçün qoç göndərmişdi, oğulları qurbanlıq olan
bu analara isə səbr və göz yaşları.
Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox
vaxt qulağı eşidə-eşidə deyirdilər:
-Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?!
downloaded from KitabYurdu.org
144
Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı
yardımları Musanın Anasıgillə yarı bölür, onsuz da günün
çoxunu onlarda keçirirdi. Musanın Anasının yeməyini
bişirir, suyunu gətirir, Musanın Qardaşı evdə olmayanda
altını atır, çimizdirirdi. Baş-başa verib ötən xoşbəxt
günlərini xatırlaya-xatırlaya Əzrayılı gözləyirdilər.
Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi sütül-sütül
oğulları qoyub hay-hayları gedib vay-vayları qalmış, heç
kimə, hətta özlərinə belə lazım olmayan bu qocaları
neyləyirdi ki?! Əzrayılın yadından çoxdan çıxmışdılar.
Allahın bir ucuz ölümü də onlar üçün mataha dönmüşdü.
Yalnız gecə düşəndə öz alaçığına gəlirdi. Yerinə
girəndə Rəşid Behbudovun Pələngə bağışladığı papağı
qoyurdu sinəsinə, ləzzətlə qoxulayırdı. Və səhərədək
gözünün qabağına gətirmək istəyirdi - Pələngi necə
çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-
səhər döyüşə yola salır... Və bunları fikirləşə-fikirləşə
xoşbəxt olurdu... Pələng yanındaydı, girmişdi qucağına,
saçlarının qoxusunu hiss edirdi. Bu qoxusunu hiss etdiyi
saçları tumarlaya-tumarlaya ona gözəl-gözəl nağıllar
danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra
ona yaraşan qız axtarırdı. Amma bu boyda Çadır
Şəhərində oğluna yaraşacaq bir qız tapa bilmirdi. Bircə o
Tarix Müəlliminin qızı idi ki, onu da Musanın Anası
gözaltı eləmişdi.
downloaded from KitabYurdu.org
145
Kimsə Bakıdan gələn vəzifəlilərə demişdi ki, bu
arvadda Rəşid Behbudovun çox qiymətli bir xəncəri var.
Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar.
- Nə qədər pul istəyirsən verirlər.
- Acından ölərəm, satmaram. O Pələngimin
yadigarıdı.
Və xəncəri həmişə yastığının altında saxlayırdı.
Musanın Qardaşına da demişdi ki, ölüb eləsəm bu xəncəri
Komandir həbsxanadan çıxanda ona verərsən.
Gün doğanda gecənin o bütün xoşbəxtliyi
qucağında yatmış Pələnglə birlikdə yox olurdu, bir
cəhənnəm sabahı açılırdı. Bu sabahlar ona görə cəhənnəm
sabahları deyildi ki, göydən od tökülürdü. Bu sabahlar
ona görə cəhənnəm sabahları deyildi ki, gündə qırx dəfə
rastlaşdıqlarından bir-birlərindən iyrənməyə başlamış,
eyni yardımı yeməkdən artıq bir-birlərinə oxşayan və
üzlərində bir qıça nur qalmamış insanları görürdü.
Bordağa Bağlanmış Buğaya Dönən Məmurları görürdü.
Bu payız ev-eşiklərinə qayıdacaqları yalanları eşidirdi. Bu
açılan sabahlar ona görə cəhənnəm sabahları idi ki, bu
sabahlarda bir belə insanın içində Pələng yox idi.
***
Gözlərini yavaş-yavaş açdı, amma heç nə görə
bilmədi, ətrafa qatı bir zülmət çökmüşdü. Sonra bu
zülmətin içində iynə ucu boyda işıq zərrələri göründü,
zərrələr yavaş-yavaş böyüməyə başladı. Böyüdülər-
downloaded from KitabYurdu.org
146
böyüdülər, sonra onun gözlərini qamaşdıran bütöv və gur
bir işığa çevrildilər. Gözlərinin bir də açılmayacağından
qorxaraq bu gur işığa dözdü və kipriklərini də qırpmadı,
bəlkə də kipriklərini qırpmağa taqəti yoxuydu. Bu gur işıq
seli də bir xeyli çəkdi, sonra necə yaranmışdısa, eləcə də
qeyb oldu.
İstədi başını qaldırsın, gücü çatmadı, elə bil başını
yatağa mismarlamışdılar. Əvvəl-əvvəl ağappaq tavanı
gördü, sonra istədi ətrafa göz gəzdirsin, amma baxışları
zilləndiyi yerdən tərpənmədi, sanki baxışlarını da həmin
nöqtəyə mismarlamışdılar. Ümumiyyətlə, heç nə hiss
eləmirdi, don vurmuş adam kimi. Amma artıq donu
açılırdı, bu don açıldıqca bədəninin giziltisini hiss eləsə
də əl-ayağını hiss eləmirdi. Artıq yatağa mismarlanmış
başının ağrısını da duymağa başladı. Bu ağrını duyandan
sonra tavana mismarlanmış baxışları qopdu və ətrafı
gəzməyə başladı. Yalnız indi yanında oturmuş həkimi
gördü, tutmuşdu onun biləyindən. Amma bunu hiss
eləmirdi və həkimin dediklərini də eşitməyə beynindəki
uğultu imkan vermirdi. Həkimə baxdı, baxdı, sonra
gözləri yoruldu və baxışları yenə qayıdıb tavandakı həmin
nöqtəni tapdı və mismarlandı ora.
Onun şokdan ayıldığını görən həkim:
- Allah, sənə şükür, qurtuldu! - dedi və ağladı.
O isə neçə vaxtdı ayıla bilmədiyi yuxudan indicə
ayılmasına baxmayaraq, günlərdi yuxusuz qalan adamlar
downloaded from KitabYurdu.org
147
kimi yatmaq istəyirdi, bütün giziltilərə, ağrılara
baxmayaraq yavaş-yavaş gözləri yenidən yumuldu. Və
ayılanda yadına sala bilməyəcəyi şirin bir yuxuya getdi.
Yuxu o qədər şirin və gözəliydi ki, üz-gözündəki ağrı-acı
bir anda çəkildi və yanaqlarına bir xoş təbəssüm qondu.
Həkim gördü ki, bu yuxu bir az əvvəlki yuxudan
deyil, rahat bir nəfəs aldı və qalxdı ayağa, tibb bacısına
dedi:
- Məndən icazəsiz heç kimi yanına buraxmayın.
Tibb bacısı:
- O müstəntiq neçə gündü kəsdirib qapının ağzını,
ayılmağını gözləyir. Bayaq da zəng eləmişdi, yəqin indi
gələcək.
- Qələt eləmişdi. Dedim yanına buraxmayın,
vəssalam. Bir azdan ayılacaq, dərhal məni çağırın. Sizdən
nə soruşsa mən gələnəcən cavab verməyin. Nə badə şəhər
haqqında bir söz deyəsiniz.
***
Göydən od tökülürdü, o da bu göydən tökülən odun
altında gözləyirdi ki, qoluzorlular, sonra bir az
qoluzorlular, sonra qolu zorsuzlar və ən nəhayət, əldə-
ayaqda qalanlara növbə çatanda o da öz neftini, sabununu,
gül-çiçək toxumunu alıb dönsün, Musanın Anası
bayaqdan onu gözləyirdi.
Neçə ildi eyni bozarmış kostyumu geyən Tarix
Müəllimi Azərbaycana ilk dəfə gələn bu almanlara gül
downloaded from KitabYurdu.org
148
kimi təmiz Azərbaycan dilində Qarabağın kimin olmasını,
ermənilərin Qarabağa neçənci əsrdə Rusiya imperiyası
tərəfindən köçürüldüyünü sübut edirdi. Almanlar da
başları ilə onun dediklərini təsdiqləyirdilər, bu da Tarix
Müəllimini kövrəldirdi.
Yenə Böyük Vətən Müharibəsi veteranlarından biri
özünün xeyir-şər kostyumunu geymişdi, bütün orden-
medallarını da qurşağınadək taxıb gəlmişdi Yardım
Bayramına. Yaxşı ki Bordağa Bağlanmış Buğaya Dönən
Məmurlardan biri onu vaxtında görüb qabağını kəsdi:
- Ay ağsaqqal, sənə qurban olum, adama neçə dəfə
deyərlər. Əşi, bu yardım almağa gələndə bu zir-zibilləri
taxıb gəlməyin də!
Bu zir-zibilləri qazanmaqdan ötrü Mazdokdan
Berlinədək piyada gedən və ayağının birini də bu yolda
itirən ağsaqqal qorxa-qorxa dedi:
- Niyə, ay oğul? Bəs dedilər gələnlər yəhudilərdi?!
- Yox, ay ağsaqqal. Yəhudilər o biri Çadır şəhərinə
getdilər. Bunlar nemeslərdi. Yəhudilər gələndə özüm sənə
şəxsən xəbər edəcəm.
- Bağışla, ay oğul.
Bu zir-zibilləri qazanmaqdan ötrü Mazdokdan
Berlinə piyada gedən və bu yolda bir ayağını itirən
ağsaqqal xəcalət içində döndü alaçığına ki, bu zir-zibilləri
çıxarsın.
downloaded from KitabYurdu.org
149
Nəhayət, növbə əldə-ayaqda qalanlara çatdı,
Pələngin Anası da yardımını aldı və alanda da soruşdu:
- Bunu kimlər gətirib, ay bala?
-Nemeslər, ay xala, nemeslər!
Pələngin Anası yaxınlaşdı həkim məntəqəsinin
qabağındakı talvarın altında diqqətlə Tarix Müəllimini
dinləyən qonaqlara, onlara çatanda yaşmandı, salam verdi
və sonra:
-Ay bala, Allah eləməsin, siz nemes olasınız.
Nemes budey bunlardı- dedi və Bordağa Bağlanmış
Buğaya Dönən Məmurları göstərdi.
Qonaqlar soruşdular ki, xanım nə deyir? Qızarıb-
bozarmış tərcüməçi udqundu və dedi:
- Heç, sizə təşəkkür edir!
Qonaqlar:
- Danke! Danke!
Pələngin Anası:
- Hə, düz deyirsiniz, danqıdılar.
***
Müstəntiq hansı polisə göstəriş versə də heç biri
Komandirin qoluna qandal vurmaq istəmədi.
- Rəis, bəlkə lazım deyil?!
- Qandallayın!
-Rəis, o milli qəhrəmandı!
- Qandallayın, dedim!
downloaded from KitabYurdu.org
150
Amma polislər yenə göstərişi yerinə yetirmədilər,
biri əlindəki qandalı müstəntiqə uzatdı:
- Onda al, özün vur!
Müstəntiq:
- Nə deyirsən?
- Eşitdiyini.
Müstəntiq bağırdı:
- Sənin paqonlarını sökdürərəm!
Polis:
- Bağırma,ə! Sənin uşağın deyiləm! Bir yumruq
vuraram, batırmadığın kol dibi qalmaz. - dedi, sonra
çiynindəki paqonları hirslə qoparıb qandalla birlikdə atdı
müstəntiqin üstünə, - Ala! Sox...
Və palatadan çıxdı.
Pərt olmuş müstəntiq gördü polislər üzlərinə
dirəniblər, çox dərinə getmədi, əyilib yerdən qandalı
götürdü və vurdu Komandirin qollarına.
Komandir bir qollarındakı qandala baxdı, bir
pərtliyindən ağarmış müstəntiqə baxdı, bir başlarını aşağı
salmış polislərə baxdı, heç nə demədi, başını buladı və
düşdü utandıqlarından başlarını aşağı salmış polislərin
önünə.
Bu vaxt həkim özünü yetirib dəhlizdə qarşılarını
kəsdi və əsəbi halda müstəntiqə dedi:
- Siz neyləyirsiniz?
Pərtliyindən hələ rəngi üstünə gəlməmiş müstəntiq:
downloaded from KitabYurdu.org
151
- İşə düşmədik?! Necə yəni neyləyirəm? Sizin
vəzifəniz onu sağaltmaq idi, mənim də vəzifəm həbs
eləmək. Vəzifəmi yerinə yetirirəm. Siz öz vəzifənizi
yerinə yetirəndə mən sizə mane olurdum?
- Heç kim demir ki, vəzifənizi yerinə yetirməyin,
amma o qandalları qolundan çıxardın. Cavan oğlansız, siz
Komandiri tanımırsız, qaçmaq istəsəydi bura bir batalyon
polis də gətirsəz qaçardı. Ayıbdı, çıxardın o qandalları.
Müstəntiq bu dəfə yazıq-yazıq:
- Həkim, buna qanun yol vermir.
- Nə qanun?! Bayırdan xəbəriniz var? Camaat sizi
də, polisləri də tapdalayar. Çıxardın! Mən camaata
demişəm Komandiri Bakıya müalicəyə aparırlar.
Müstəntiq daha bir söz demədi, Komandirin
qollarındakı qandalı açıb verdi polislərə.
Və xəstəxananı tərk etdilər.
Komandir ayağını xəstəxananın qapısından bayıra
qoyan kimi iynə atsan yerə düşməyəcəyi həyətdə alqış
sədaları qopdu:
- Ko-man-dir!
- Ko-man-dir!
Komandir əlini sinəsinə qoyub onu alqışlayanlara
başıyla təşəkkür elədi, sonra gözləri həyəti nə qədər
axtardısa onu qarşılayanların içində uşaqlarından birini də
görmədi, bərk dilxor oldu və mindi maşına.
downloaded from KitabYurdu.org
152
Və Komandir yalnız indi, maşında onu həbsxanaya
aparan polislərdən öyrənə bildi ki, batalyonun uşaqları
son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər...
- Arxada ana-bacılarımızdı...
- Arxada ana-bacılarımızdı...
***
- İş tapa bildinmi, ay bala?
-Yox, ana. Hara gedirəm, bir şey çıxmır.
- Nə fərasətsiz uşaqsan, heç Musaya oxşamadın. A
bala, bu boyda şəhərdə bir iş tapa bilmirsən?
- Ağlın öz şəhərimizə getməsin ey, bura balaca bir
rayondu. On-onbeş idarə var, hərə də öz qohum-
əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya,
getmirsən.
- Bakıda nə itim azıb, a bala? Demirsən bu gün-
sabah evimizə qayıdırıq?
- Qayıdanda da qayıdacağıq da. Ya burdan
qayıtdın, ya Bakıdan, nə fərqi?
- Fərqi çoxdu, burdan heç olmasa dağlarımız
görünür. Yaxşı, biz getdik, bəs Pələngin Anası necə
olsun? Tək arvaddı.
- Onu da apararıq.
- Getməz. O Şəhidlər Xiyabanını qoyub heç hara
getməz. Yaxşı, de görüm, Musadan xəbər tuta bildinmi?
Musa çoxdan ölmüşdü, Pircamalda vurmuşdular,
uşaqlar heç meyitini də götürə bilməmişdilər. Bunu
downloaded from KitabYurdu.org
153
anasından gizli saxlayırdı, demişdi ki, itkin düşüb,
Qırmızı Xaç Komitəsi axtarır. Təkcə Musanın Qardaşı
yox, çoxları analarından qardaşlarının ölümünü gizli
saxlayırdılar, deyirdilər ki, itkin düşüb, beləcə analarını
xoşbəxt edirdilər. Musanın Anası da oğulları itkin düşən
bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi
ümidi ilə açırdı. Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun
ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı.
-Qızıl Xaç axtarır. Bilirsən, ay ana, üç-dörd min
adam itkin düşüb, tapmaq çox çətindi.
- Ermənistan bambalaca bir yerdi. Orda üç-dörd
min adamı nə təhər gizlədiblər ki, o dediyin komitə gör nə
vaxtdandı onları tapa bilmir.
- Nə bilim, ay ana. Taparlar da!
Bir də görürdün qəzetlərdə Qırmızı Xaçın aldığı bir
əsirin şəklini veriblər. Tez həmin qəzeti gətirirdi:
- Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü,
indi tapıblar.
Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz
balasının şəkli kimi öpürdü:
- İnşallah, bizimki də tapılar. Ay oğul, bir söz
desəm mənə gülməzsən?
- Allah eləməsin.
- Deyirəm gəlib çıxsaydı evləndirərdik. O Tarix
Müəlliminin qızından yaman xoşum gəlir. Maşallah, çox
ağıllı qızdı. Musanın da onda gözü vardı. Neçə dəfə
downloaded from KitabYurdu.org
154
görmüşdüm ki, gədə onu görəndə rəngi dəyişir. Özünə də
demişəm. Demişəm, qoy Musa gəlsin, səni alacam
Musaya. Deyəsən ürəyindəndi, mən heylə deyəndə
gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar?
***
... Hakim danışırdı, prokuror danışırdı, şahidlər
danışırdı, dövlətin onun üçün tutduğu vəkil danışırdı.
Üzünə duranlara yazığı gəlirdi. Ev-eşiklərindən olmuş,
hardasa çadırlara qısılıb yaşayan bu adamlar bəzən onun
üzünə baxmağa utanırdılar. Gülümsəyərdi, deməli, hələ
bir az abır-həyaları qalıb. Hakimə də yazığı gəlirdi, elə bil
hakimin yası düşmüşdü - hökmü o çıxarmalıydı axı. O
hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı.
Onu Cinayət Məcəlləsinin zorlamadan və Vətənə
xəyanətdən başqa az qala bütün maddələriylə ittiham
edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də.
İstintaq zamanı bu ittihamla bağlı müstəntiqə
demişdi:
- Rəis, mən kolxoz sədri olmuşam, raypo müdiri
işləmişəm?! Mənim əlimdə hansı dövlət əmlakı olub ki,
mənimsəyim?
Müstəntiq:
- Komandir, mən də bilirəm ki, heç bir dövlət
əmlakı mənimsəməmisən. Amma neyləyim, mən balaca
adamam. Özün komandir olmusan. Sən döyüşçülərinə
əmr edirdin ki, gedin ölümə, onlar da gedirdi?! Gedirdi!
downloaded from KitabYurdu.org
155
Mən də əmrə tabeyəm. Nə əmr eləyirlər, onu da yerinə
yetirməliyəm. Ya da gəlib səninlə bir kamerada
oturmalıyam. İndi rəva bilərsən ki, bir sürü uşağımı
qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq.
Komandir də rəva görməmişdi ki, müstəntiq bir
sürü uşağını qoyub gəlib onunla bir kamerada yatsın.
Gülüb demişdi:
- Yaz rəis, yaz! Nə yazsan qol çəkəcəm. Kişi
adamsan ki, nakişiliyini boynuna aldın.
Hakim danışırdı, prokuror danışırdı, vəkil
danışırdı... O isə susurdu. Görürdü ki, danışmağın heç bir
mənası yoxdu, fatihəsi oxunub. İnkir-minkir rolu oynayan
prokuror onu cəhənnəmə göndərmək üçün dəridən-
qabıqdan çıxır.
İnkir-minkiri başa düşürdü, amma onun hesabına
sağ qalıb indi onun üzünə duran şahidləri başa düşə
bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu
şahidlərin sağ qalıb indi onun üzünə durmaları üçün hər
şeyini qurban vermişdi. Bir-iki dəfə istəmişdi xayxırıb
üzlərinə tüpürsün, sonra fikrindən vaz keçmişdi. Üzlərinə
Allahın tüpürdüyü bu adamlara bəndənin tüpürməsinin nə
mənası?
Vəkili:
- Hər şey son sözündən asılıdır. Özündən çıxma.
Denən səhv eləmişəm, etiraf elə. Bağışlanmağını istə.
Yoxsa güllə verərlər.
downloaded from KitabYurdu.org
156
O da vəkilə demişdi:
- Mən səni də, o prokuroru da, o hakimi də, o
şahidləri də bağışlayıram.
Vəkil:
- Daha özün bilərsən.
O heç son söz də deməyəcəkdi, amma bir şahidin
sözləri onu yerindən oynatdı. Bir az əvvəl atası üzünə
durmuşdu ki, Komandir oğlunu döyə-döyə aparıb
batalyona. Üzünə durmuşdu ki, Komandir uşaqları zorla
ölümə göndərirdi. Əslində düz deyirdi, onun uşağını
bazarın
ortasında,
hamının
gözünün
qabağında
şapalağının altına salmışdı:
-
Ay oğraş, sənin tayların Naxçıvandan,
Lənkərandan, dünyanın o başından gəlib burda sənin
evini-eşiyini qoruyur, sən də bazarda arvad tumanı
satırsan?!
Səhərisi Uşaq özü utana-utana batalyona gəlmişdi
ki, bağışla məni Komandir, məni də batalyona yaz.
Atasından sonra danışan Uşaq:
- Komandir, atamı bağışla! Bağışla atamı!
Komandir, niyə məni ölümdən xilas elədin?! Kaş onda
öləydim, amma səni bu qəfəsdə görməyəydim. Komandir,
damarımdakı qan sənin üzünə duran atamın qanı deyil,
yaralananda sənin mənə verdiyin qandı.
Və sonra da Uşaq ağladı. Hakim də Uşağı zaldan
çıxartdı.
downloaded from KitabYurdu.org
157
Uşaq çıxarkən dedi:
- Komandir! Biz səni gözləyirik! Səninlə ölümə
getməyə hazırıq!
Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq
qapıdan çıxarkən bir anlıq geri döndü və ayaqlarını
cütləyib ona hərbi salam verdi.
Bütün məhkəmə boyu yerindən tərpənməyən və
bircə söz belə söyləməyən Komandir də ayağa qalxdı,
onun hərbi salamını hərbi salamla cavablandırdı.
Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar
və Komandirə hərbi salam verdilər.
Vəziyyəti belə görən hakim özünü itirdi və
məhkəməni düz bir həftə təxirə saldı...
***
... Komandir danışmayacaqdı, amma Uşağın o
hərəkəti onu danışdırdı. Özü də çox uzaqdan başladı.
- Cənab hakim, prokurora sual verə bilərəmmi?
- Buyurun, sualınızı verin.
- Cənab prokuror, məni arvad-uşağı düşmən əlində
buraxıb qaçan polkovniki güllələməkdə ittiham edirsiniz.
Adamları zorla döyüşə soxub qırdırmaqda, qanunsuz
silahlı dəstə yaratmaqda, rusların hərbi hissəsindən silah-
sursat oğurlamaqda, day nə bilim nədə ittiham edirsiniz.
İndi mən sizdən soruşuram. Heç sizin qucağınızda on
səkkiz yaşında bir uşaq, əmi, qoyma ölüm, deyə can
verdimi?
Arvad-uşaq,
dostların erməni qradından
downloaded from KitabYurdu.org
158
gözünün qabağında parça-parça oldumu? Dişinlə-
dırnağınla tikdirdiyin evə qrad düşdümü? Övladı şəhid
olan anaların dırnaqlarıyla üz-gözlərində açdıqları
şırımları gördünmü?..
Prokuror:
- Cənab hakim, müttəhim məni təhqir edir.
Hakim:
- Müttəhim, sözlərinizə fikir verin, əks halda...
- Yoxsa nə? Prokuror mənə iki dəfə güllələnmə
tələb edəcək?! Məni iki dəfə güllələyəcəksiz?! Mən
könüllü batalyon yaradıb quldurluq etməmişəm, baş
kəsməmişəm, ev yarmamışam. Bu torpağı qorumuşam.
Başınızın üstündəki o bayrağı qorumuşam. Məni
güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə
yaşayıram. Ölmək doğulduğun torpağı düşmən tapdağı
altında görməkdən min dəfə şərəflidi. Allah hansı
günahıma görəsə bu şərəfi də mənə çox gördü. Mən
həqiqətən güllələnməyə layiqəm. Amma prokurorun irəli
sürdüyü ittihamlarla yox. Məni güllələmək lazımdı.
Vaxtında bu torpağı satanları o polkovnik kimi
güllələmədiyimə görə. Məni güllələmək lazımdı! Bu
torpağı qoruya bilmədiyimə görə. Cənab hakim, icazə
verin bir sual da verim, sözümü bitirəcəm.
Hakim:
- Buyurun. Amma etikaya riayət eləyin.
downloaded from KitabYurdu.org
159
- Cənab prokuror, sizin Diyarbəkr valisi Rəşid
paşanın məhkəməsindən xəbəriniz varmı?
... Hakim:
- Siz doktorsunuz. Öz paranızla şəfaxanalar tikdirib
insanlara təmənnasız yardımlar göstərmisiniz. Necə oldu
ki, sizin kimi humanist bir şəxs sürü-sürü erməninin
qırımına yol verdiniz?
Rəşid paşa:
- Mən doktoram, amma öncə türkəm! Millətimin
ermənilər tərəfindən qətliam edilməsinə bir türk kimi
dözəmməzdim.
Hakim:
- Əvvəl-əvvəl göstəriş vermisiniz ki, qocalara və
uşaqlara dəyməsinlər. Sonradan nədən bu göstərişinizi
pozdunuz, onların da öldürülməsini əmr etdiniz?
Rəşid paşa:
- Bir gecə ilan vurmuş kimi yuxudan ayıldım. Axı
bu uşaqlar da böyüyüb erməni olacaqdılar və bizim
balalarımızı süngüyə keçirəcəkdilər.
Hakim:
- Heç vicdan əzabı çəkirsinizmi?
Rəşid paşa:
- Qətiyyən! İndi siz mənə deyin görüm, Andronikin
adamlarının Qarabağda, Şuşada mənim ana-bacılarımın
kürəyində samovar qaynatdıqlarından xəbəriniz varmı?!
Hamilə analarımızın qarnını yarıb bətnindəki körpəni
downloaded from KitabYurdu.org
160
çıxarıb can verməkdə olan ananın gözü qarşısında başını
üzməyindən xəbəriniz varmı?! Bacı-qardaşlarımızı bir
daxmaya yığıb diri-diri yandırdıqlarından xəbəriniz
varmı?! Var! Amma onları heç kim mühakimə eləmir...
Hakim hökmü elan edir: “Diyarbəkr valisi Rəşid
paşa boğazına qurşun sıkılaraq edam edilsin!”
Gecə Rəşid paşa həbsxanadan qaçır və gəlir evinə.
Kiçik bir məktub yazır, sonra boğazına qurşun sıxaraq
özünü öldürür. Məktubda nə yazılmışdı: “Mənim ölümüm
qurban olduğum Türkiyə dövlətinə lazımdırsa, mən özüm
özümü öldürürəm. İstəmədim məni sizlər güllələyəsiniz.
Çünki gələcək nəsillər sizin övladlarınızın üzünüə
tüpürəcəkdilər ki, bunlar Rəşid paşanı güllələyənlərin
övladlarıdır. Mən sizin gələcək nəsili o tüpürcəkdən, o
töhmətdən xilas edirəm. Onların heç bir günahı yoxdur”...
Prokurorun nəinki Rəşid paşanın məhkəməsindən
xəbəri vardı və heç bilmirdi Diyarbəkr hardadı. Və heç
bunları bilməyə də borclu deyildi:
- Nə Diyarbəkr?! Nə Rəşid paşa?! Bunun bizim
məhkəmə prosesinə nə dəxli?
Komandir:
- Bəlkə doğrudan da dəxli yoxdu! Amma bu mənim
son sözümüydü. Nə hökm çıxararsınız, qəbulumudu.
... Amma Komandir səhv edirdi. İllər keçmişdi,
təkcə bircə nəfər belə Rəşid paşaya güllələnmə hökmü
çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə
downloaded from KitabYurdu.org
161
tüpürməmişdi. Türklər özləri Rəşid paşanı çoxdan
unutmuşdular. Tək bircə nəfər belə... Tək bircə nəfər
belə... Müşfiqi güllələyənlərin nə özlərinin, nə də
nəsillərinin üzünə tüpürülmədiyi kimi!
... Onların nəsilləri də sonradan vəzifə sahibi
oldular, tutdular, asdılar, kəsdilər, tutuldular, asıldılar,
kəsildilər və indi onlardan ikisi də bu məhkəmə zalında
İsaq- Musaq quşları kimi ötürdü...
***
... Şeytan Övladı əlini atdı Tanrı Övladının
saqqalına və rişxəndlə dedi:
- Budur Şərqin Şekspiri?
Ətrafdakı Şeytan Övladları qəh-qəhə çəkdilər.
Tanrı Övladının isə heç tükü də ürpənmədi - saqqalına əl
atanlardan, onu alçaldıb təhqir edənlərdən o qədər
yüksəkdəydi ki! İsa peyğəmbər onu çarmıxa çəkənlərə
necə baxırdısa, o da bu Şeytan Övladlarına elə baxırdı. İsa
peyğəmbər
Tanrıdan
onu
çarmıxa
çəkənlərin
bağışlanmasını istəmişdi.
O da peyğəmbər idi, amma onu bu ağılla, bu
kamalla görcək babası Nəsimi kimi, qorxdular peyğəmbər
deməyə, çöndülər Şair dedilər. Və indi Şair İsa
peyğəmbərdən fərqli olaraq ona insanın ağlına
gəlməyəcək bu işgəncələri verənlərin bağışlanmasını
Tanrıdan istəmirdi. Bir də, əgər Tanrı İsa peyğəmbəri
çarmıxa
çəkənləri
peyğəmbərin
xahişi
ilə
downloaded from KitabYurdu.org
162
bağışlamamışdısa, o niyə Tanrının işinə qarışsın?! Və
bütün bu işgəncələrə baxmayaraq Tanrıdan küsmür,
Tanrıya şəkk etmirdi. Tanrı öz oğlunun çarmıxa
çəkilməsinə dözmüşdüsə onun alçaldılıb təhqir olunması
İsa peyğəmbərin əzablarının yanında Tanrı üçün o qədər
də böyük faciə deyildi. Tanrı Məhəmməd peyğəmbərin
daşlanmasına dözmüşdüsə, onun saqqalının yolunması o
daşlanmanın yanında heç nə idi.
İsa peyğəmbəri çarmıxa çəkənlər 2000 ildi həmin
çarmıxın, Məhəmməd peyğəmbəri daşlayanlar isə 1400
ildi “Qur’an”ın qarşısında diz üstə düşmüşdülər. Və
Tanrıdan bağışlanmalarını xahiş edirdilər.
İsa peyğəmbəri çarmıxa çəkənlər və çəkdirənlər,
Məhəmməd peyğəmbəri daşlayan və daşladanlar
cəhənnəmə gedən uzun və əzablı bir yolda illərdi
növbələrini gözləyirdilər. Onun saqqalını yolanları da
cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi.
Heç Şair özü də cənnətə gedəcəyinə inanmırdı.
Düzdür, həyatında heç bir günah işlətməmişdi. Amma
cənnətə
getmək,
İsa
peyğəmbərlə,
Məhəmməd
peyğəmbərlə eyni havanı udmaq, eyni sudan içmək, eyni
göyün altında yaşamaq üçün həyatda heç bir günah
işlətməmək çox az idi.
Amma cəhənnəmə də getməyəcəkdi. O artıq
cəhənnəmin içindəydi və Tanrı öz bəndəsinə iki dəfə
cəhənnəm əzabı göstərməz.
downloaded from KitabYurdu.org
163
Cəhənnəmlik deyildi, cənnətin də yolu bağlı idi.
Tanrının dərgahında doğulduğu torpaqdakı Əshabu-Kəfə
bənzər bir yer vardı, amma nə o, nə də heç kim belə bir
yerin olmasından xəbərdar deyildi. Çünki yer üzünə
göndərilən müqəddəs kitabların heç birində bu yer təsvir
olunmamışdı. Bu kitablarda yalnız cənnət və cəhənnəm
təsvir edilirdi. O cənnət və cəhənnəm ki, insanlar üçün
nəzərdə tutulmuşdu. O isə insan deyildi. Tanrının insan
cildində Yer üzünə göndərdiyi və artıq öz missiyasını
başa vurmaqda olan bir mələyi idi. Və missiyasını başa
vurduqdan sonra babası Nəsimi kimi dönəcəkdi heç bir
müqəddəs
kitabda
təsvir
olunmayan
Tanrının
dərgahındakı Əshabu-Kəfə.
İbrahim peyğəmbər özünü yox, oğlunu Tanrıya
qurban demişdi. O isə məhəbbət və sevgisi olan Tanrısına
özünü qurban vermişdi. Tanrı İbrahim peyğəmbərin
sədaqətini qiymətləndirib oğlu İsmayılı qurban kəsməyə
qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü qurban
vermiş Şair isə Tanrıdan heç bir mükafat istəmir və
gözləmirdi. Amma o istədi-istəmədi, gözlədi-gözləmədi
Tanrı onu mükafatlandıracaqdı. Tanrı öz dərgahındakı
Əshabu-Kəfdə, babası Nəsiminin yanında ona əbədi bir
ömür bağışlayacaqdı. Və Şair ondan neçə il sonra
doğulacaq Qədir Rüstəmovun səsini də burda görəcəkdi.
Şair bütün bunlardan xəbərsiz idi. Hələ o dərgaha
çox uzun və çox ağır bir yol vardı. Hələ Şeytan Övladları
downloaded from KitabYurdu.org
164
bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu
Şeytan Övladları onu Sibirdəki Şeytan Övladlarının
yanına göndərəcəkdilər. Sibirdəki Şeytan Övladlarının da
işgəncələrinə uzun müddət dözməli olacaqdı.
Hələ o günə vardı, hələ oturmuşdu bir vaxtlar
Şeytanın özünün oturduğu və haçansa Komandirin
oturacağı dörd divarın arasında və ona işgəncə verən
Şeytan Övladlarına gülürdü. Şeytan Övladları onun bu
soyuqqanlılığının
qarşısında
özlərindən
çıxırdılar,
bağırırdılar, onu təpikləməkdən yorulub bir az istirahət
edirdilər, sonra yenə təpikləyirdilər, sonra yenə
bağırırdılar və yenə yorulurdular.
Axırda başlayırdılar yalvarmağa. Yalvarırdılar ki,
bu ittihama qol çək, sənin də canın qurtarsın, bizim də...
O isə qol çəkmək əvəzinə elə gülümsəyirdi,
vəssalam.
Bir dəfə onu dəhlizdə apararkən döyülməkdən
yumağa dönmüş Çingiz İldırımı gördü, iki Şeytan Övladı
zorla sürüyüb aparırdı. Bütün ağrı-acıya baxmayaraq, bu
dəfə onu möhkəm bir dəli gülmək tutdu. Onu aparan və
Çingiz İldırımı sürüyən Şeytan Övladları çaşıb qaldılar -
bu niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir
də Çingiz İldırım. Baxışları bir neçə an üst-üstə düşdü. Və
gördü ki, Çingiz İldırım artıq ölməkdə olan baxışları ilə
ondan bağışlanmasını umur. Müqəddəs kitablarda
yazılırdı ki, Tanrı bağışlayanları sevir, bağışlamadı.
downloaded from KitabYurdu.org
165
Çingiz İldırım ölməkdə olan baxışları ilə ona yalvara-
yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma
onunla gedirdi - Vətən xaini olmaya-olmaya müstəntiqin
qarşısına qoyduğu ittihama, özünün ölüm aktına qol
çəkmişdi. Və cəmi iyirmi dəqiqədən sonra Şeytan
Övladları onu güllələyəcəkdilər və Əzrayıl da öz
vəzifəsini yerinə yetirib gedəcəkdi.
Keçəndə Əzrayıl dilxor-dilxor Şairə baxdı,
rəhmətliyin oğlu, o qolunu çək, bir də mən sənin dalınca
Sibirə getməyim!
Amma Sibirdə səbirsizliklə Əzrayılı gözləyəndə
özünü yamanlayırdı ki, gərək Çingiz İldırımı
bağışlayaydı...
... Və indi üzü üzlər görməkdən bezib qaralmış bu
soyuq divarlar, Şairə verilən işgəncələrin şahidi olan
divarlar onun üçün də o qədər qorxulu deyildi. O, bu
soyuq divarları əvvəllər də görmüşdü, neçə il yoldaşlıq
eləmişdi. Hamı kimi o da neçə il yoldaşlıq elədiyi bu
divarlarla çox dərdləşmişdi, çox söhbətlər eləmişdi.
Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı, bir-birlərini
başa düşməmişdilər. Amma sonra dil tapa bildilər. Dil
tapa bildilər deyəndə o, divarların dilini tapdı, bu divarlar
əslində insan dilini çoxdan başa düşürdü.
Və o, başqa məhbuslar kimi heç də özünə dərd
etmirdi ki, bu divarlardan cəmi bircə addım o üzdə
azadlıq adlı çox şirin bir şey var - cəmi bircə addım o
downloaded from KitabYurdu.org
166
üzdəki azadlıqda azadlığın dadını çıxara bilməyənlər üçün
nə fərqi! O özünü nə qədər azad görmək istəsə də başı
açılmamışdı ki, azadlığın kefini çıxara. Onu Kalımadan
azadlığa daşıyan qatar gətirib odun-alovun, ağrı-acının
içinə atmışdı, qatar onu azadlığa deyil, şəhid analarının
göz yaşlarına daşımışdı, balasının meyidi düşmən əlində
qalan atanın qabağında aciz qalıb dəli olmağa daşımışdı.
Bu göz yaşlarından, bu ah-vaylardan həm özünü, həm də
göz yaşı tökənləri xilas etmək üçün silaha sarılmışdı...
... Bu da sonu, yenə bu soyuq divarlar...
Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu
bu divarların arasında. Bilirdi ki, o biri kameralarda
yatanlar ruhlarının azadlığı üçün, təsəlli üçün “Qur’an”
oxuyur, namaz qılırlar. Amma o, nə “Qur’an” oxuyurdu,
nə də namaz qılırdı. Çünki onun üçün nə üz tutub namaz
qılınası qiblə qalmışdı - ermənilər qibləsinə od vurub
yandırmışdılar, nə də oxunacaq müqəddəs bir kitab -
kitabını da qapatmışdılar. Və oturmuşdu bu dörd divarın
arasında. Köhnə tanışı Rəisdən xahiş eləmişdi ona bir
şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi
ona. Gününün çoxunu öz-özüylə şahmat oynamaqla
keçirirdi.
Hamı deyirdi ki, hətta qəzetlər də yazırdı ki, nə
vaxtsa bura muzeyə çevriləcək. Burda yatan məşhur
adamları balaca bir millət necə yetişdirə bilmişdi,
möcüzəydi. Təkcə son yüz ildə bu divarlar neçə-neçə
downloaded from KitabYurdu.org
167
padşah görmüşdü - Stalini görmüşdü, Nərimanovu,
Məmməd Əmini, Bağırovu, Elçibəyi görmüşdü.
Bu divarlarla dünyanın ən məşhur şairləri,
bəstəkarları, yazıçıları dərdləşmişdi. Bu divarlara öyrəşə
bilməyən, bu divarlarla dil tapmayan Salman Mümtazı,
Müşfiqi, Əhməd Cavadı elə bu divarların arasındaca
güllələmişdilər.
Azərbaycan
Türk Cümhuriyyətini
quranları da bu divarların arasında edam eləmişdilər, onu
dağıdanları da...
... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar,
sir-sifətində bir sağ-islahat yox idi, əlləri stulun arxasında
bağlanmışdı, ayaqları da stulun qıçlarına. O qədər əzab
vermişdilər ki, artıq heç bir ağrını hiss etmirdi, bütün
yaddaşını itirmişdi, özünün kimliyini də unutmuşdu.
Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi
stula bağlanan adamın da əri Həmid Sultanov olduğunu
da bilmirdi.
Prometey kimi hər gün qarğa-quzğunlar ürəyini
söküb çıxarır, didim-didim didişdirirdilər...
...Əzrayılın əlindəki alma artıq çürümüşdü, iyi-filan
da qalmamışdı. Tanrının Ayna Sultanovaya verdiyi ömürə
hələ çox vardı. Əzrayıl bura Həmid Sultanovun canını
almağa gəlmişdi. Amma Tanrının yaratdığı bir yaradana
verilən zülmə, işgəncəyə dözə bilmədiyindən nəyə
gəldiyini unutmuşdu, Həmid Sultanov artıq Tanrının
verdiyi ömürdən çox yaşayırdı. Əzrayıl Ayna Sultanovanı
downloaded from KitabYurdu.org
168
xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi
əzablara tab gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə
cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən istifadə
edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu
işgəncələrə dözə bilsin, necə ki, vaxtilə Prometeyə də belə
bir yaxşılıq etmişdi.
Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma
gözünün qabağında namusunun belə təhqir olunmasına
dözəmmirdi, ölmək istəyirdi, ölə bilmirdi. Gördüyü bu
vəhşətdən dəhşətə gəlmiş Əzrayıl Tanrının Həmid
Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan
çıxarmışdı.
Tanrının deyil, şeytanın qulu olmuşlar ərinin gözü
qabağında xanımını zorlayırdılar, başına min bir müsibət
açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss
eləmirdi, amma əri bunu görürdü, zarıyırdı, gah Tanrıya
yalvarırdı, gah qarğıyırdı, gah Əzrayılı çağırırdı. Əzrayıl
yanında dayansa da nə onun yalvarışlarını eşidirdi, nə də
qarğışlarını - əlində çürümüş alma, eləcə quruyub
qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər
Tanrı insanların canını ona tapşırmışdısa, bəs onda
Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər
idi?! Bu işgəncə verənləri nə Faraonun gününə salardı!
Amma bu onun ixtiyarında deyildi - hələ onların uzun bir
yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss
elədi.
downloaded from KitabYurdu.org
169
Tanrının yazısı ilə Ayna xanımın ömrünə 33 il 2 ay
15 gün 2 saat 11 dəqiqə qalırdı. Deməli, bu qadın hələ 33
il 2 ay 15 gün 2 saat 11 dəqiqə bu işgəncələrlə yaşamalı
idi. Daha Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz
çürüyüb qurtarmışdı. Və Əzrayıl...
... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o
bu iyi hiss eləmədi, heç əslində almanın iyi də
qalmamışdı, əlini atıb onun sinəsindəki ürəyi qopartdı,
parça-parça olmuşdu bu ürək, qapqara qanın içindəydi.
Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı
qalmadı, çox rahat bir nəfəs aldı və Tanrının yaratdığı
bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını
tapşırdı. Əzrayılın başı Ayna xanımı xilas etməyə
qarışdığından Həmid bəyin canını özü ilə götürməyi
unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların
arasında.
Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına
düşdü ki, Tanrının Həmid Sultanovu öldürmək haqqında
əmrini yerinə yetirməyib və cəzalanacaq, özü də ağır
cəzalanacaq. Çünki ikinci dəfəydi ki, Tanrının yazısını
pozurdu. Birinci dəfə bu əmri Nəsiminin dərisi soyulanda
pozmuşdu, o böyük şairin canını bir saat əvvəl almışdı ki,
Şeytanın Övladlarının verdiyi işgəncəni hiss eləməsin...
Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün
görən bu divarlar gördüklərini açıb danışsaydılar millət
dəhşətə gələrdi. Divarlar da milləti dəhşətə gətirməmək
downloaded from KitabYurdu.org
170
üçün susur və bildiklərini bir dövlət sirri kimi qoruyub
saxlayırdılar.
O da inanırdı ki, bura günlərin birində dünyanın
anoloqu olmayan qeyri-adi bir muzeyinə çevriləcək və
bütün dünya da bu muzeyə tamaşa eləmək üçün Bakıya
töküləcək.
İlk dəfə tutulanda əvvəl-əvvəl Şuşada yatmışdı -
Xan qızı Natəvanın öz qardaşının xatirinə tikdirdiyi
həbsxanada...
... O necə Xan qızı idi ki, Xan oğlu qardaşını
Nikolay tutdurmuşdu və Sibirə göndərirdi. Xan qızı da
Nikolaya ağız açmışdı:
- Zati-aliləri, icazə verin Şuşada bir həbsxana
tikdirim, qardaşım da cəzasını həmin həbsxanada çəksin.
Zati-aliləri Nikolay da Xan qızının sözünü yerə
salmamışdı, axı o Xan qızı idi...
... Şuşa son saatlarını yaşayırdı... Generallar
camaatı düşmənin qarşısında əliyalın qoyub aradan
çıxmışdılar, gedib Laçının qaşında dilxorçuluqlarından
araq içirdilər. Şəhər boşalırdı.
Həbsxananın rəisi nəzarətçilərə:
- Açın qapıları!
Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər.
Rəis:
downloaded from KitabYurdu.org
171
- Ermənilər artıq şəhərə girirlər. Siz cinayətkar
olsanız da mən sizi ölümə atıb gedə bilmərəm. Bu əclaflıq
olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın.
Burdan qaçmağı heç vaxt ağıllarına belə
gətirməyən - bu həbsxana tikildiyi 120 ildə cəmi bircə
qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar.
Həbsxananın təyinatsız rəisi irəli yeridi:
- Rəis, bir kişilik edirsən, birini də elə! Göstəriş ver,
həbsxanada nə qədər silah var paylasınlar bizə.
Günahlarımızı qanımızla yuyaq!
Rəis əməliyyat üzrə müavinə baxdı:
-Nə deyirsən?
Əməliyyat üzrə müavin:
- Paylayın silahları!
Məhbuslar hamısı bir nəfər kimi günahlarını
qanlarıyla yudular, generalların qoyub qaçdığı şəhəri bir
neçə saat qoruya bildilər ki, əliyalın şəhər əhli də bu
müddətdə arvad-uşağını ikinci Xocalı qətliamından xilas
edə bildi...
... Özü də Xan qızının qardaşının yatdığı “15”
nömrəli kamerada. Və bu məşhur kamerada yatmaq üçün
rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən
çox fors olunası bir şey sayılırdı:
- Ə düdük, sən mənnən danışa bilməzsən ey! Mən
Şuşada onbeş nömrəli kamerada yatmışam.
... Allah, sən saxla...
downloaded from KitabYurdu.org
172
Bu hörmətli kameranı fərqləndirmək üçün qapının
üstündəki “15” rəqəmini də qırmızı rənglə yazmışdılar,
baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə
məhbuslar bu rəngə nifrət edirdilər. Və heç kəs də bunun
səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə
yazıblar. “15” nömrəli kamera rəislərə bütün həbsxana
qədər xeyir verirdi. Bu kameraya yemək-içmək Cıdır
düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça,
ayaq altda gəbəsi vardı. Nəfəsliyindən ləzzətlə Topxanaya
tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq
olurdu. Və bu musiqinin sədaları altında gözlərini yumub
azacıq da olsa özünü Cıdır düzündəki azad adamlar kimi
hiss edə bilirdin. Qısası, Şuşada yay aylarında bir
mənzilin aylıq kirayəsi 100 manat idisə, bu kameranın
aylıq kirayəsi 300 manat idi, özü də adam başına.
Burda isə heç bir kameranın üstündəki rəqəmi
qırmızı rənglə yazmamışdılar. Hansına yazaydılar ki?!
Hər birində nəinki Xan qızının qardaşından, hətta
özündən də məşhur adamlar yatmışdılar. Hətta bir
kameraya bir neçə məşhur adam şərik çıxırdı. Və bu
adamlar o qədər məşhur idilər ki, o, bu siyahıya
düşmürdü.
Şuşadakı “15” nömrəli kameradan fərqli olaraq
burdakı bahalı kameralarda milli pul işləmirdi, hesab
dollarla gedirdi. O da bahalı kameradaydı, amma nə
downloaded from KitabYurdu.org
173
puluna, nə də adına görə yox - Rəisi vaxtilə “15” nömrəli
kameranın nəzarətçisi olmuşdu.
Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən
bu bahalı kamerada və heç bilmirdi ki, vaxtilə Məmməd
Əmin dünyaya böyük bir pislik edərək Stalini məhz bu
kameradan qaçırtdırıb və sonra həmin o Stalin də
Məmməd Əmini elə bu kamerada da döydürüb.
Oturmuşdu və fikirləşirdi ki, bura haçansa muzey
olsa da bu muzeydə onun adı olmayacaq, çünki o,
məşhurların yanında çox balacaydı.
... Amma o da, o biriləri də, buranın muzey
olacağını yazan qəzetçilər də səhv edirdilər - bura heç
vaxt muzey olmayacaqdı. Pullu oğlanlardan biri günlərin
birində buranı satın alıb özəlləşdirəcəkdi və sonra da
sökdürəcək və yerində kvadratı beş min dollara
göydələnlər ucaldacaqdı. Dünyada ruhların olduğundan
və bu ruhların onları rahat yaşamağa qoymayacağından
bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu
göydələnlərdən
aldıqları
evlərdən
xeyir-bərəkət
görməyəcəkdilər. Bu ona satacaqdı, o bu birisinə, bu biri
o birisinə, nəhayət, heç kim bu binalardan ev almaq
istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər
Xiyabanının altında Çəmbərəkənd qəbristanlığının
yerində
tikilmiş
dörd
göydələn
kimi
işıqlar
yanmayacaqdı. Və günlərin birində Bakıda alababat bir
zəlzələ olacaqdı və bu binalar həmin alababat zəlzələdə
downloaded from KitabYurdu.org
174
çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək
etməyəcəkdi. Və şəhər meri burada böyük bir park
salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı...
Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan
Övladlarının işgəncə verdiyi divarların arasında,
fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı...
***
Axşam saat səkkiz xəbərlərində oxunan Prezident
fərmanı Çadır Şəhərini Dolu kimi vurdu. Bu qəfil dolunun
sevinciylə hamı çadırdan bayıra atıldı. Şəhərdə bir vur-
çatlasın başladı ki, sanki camaata demişdilər sabah
evinizə qayıdırsınız.
Sonuncu dəfə belə toy-bayram Türkiyə futbolda
Dünya üçüncülüyünü qazanan gecə olmuşdu. Camaat
“urrey” eləyib necə çölə tökülmüşdüsə... ağlayan kim,
bayraq yelləyən kim, tonqal qalayan kim...
Qəfil səs-küyə yuxudan hövlənək qalxan Musanın
Anası oğlunun üz-gözündəki sevinci görüb soruşmuşdu:
- Nə olub, ay oğul?
- Türklər qələbə çaldılar.
- Qarabağı aldılar?
- Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında.
Musanın Anası başını bulayıb:
- Allah ayıbınızı örtsün! Mən də elə bildim
müharibə qurtardı.
downloaded from KitabYurdu.org
175
Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına
muştuluğa qaçdı:
- Prezident Pələngə Milli Qəhrəman adı verdi!
Alaçığın qapısı açıq idi...
... Pələngin Anası çarpayıda üzü qapıya uzanmışdı,
alt kipriklərinin ucunda iki damla qurumuş yaş, ona şah
damarından yaxın olan Tanrını axtaran baxışları açıq
qapıdan görünən toranlaşmış bir parça səmaya ilişib
qalmışdı... Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir
papaq vardı - Rəşid Behbudovun Pələngə bağışladığı
papaq...
Və muştuluğa qaçanlardan heç biri Pələngin
Anasından muştuluq ala bilmədi...
***
Dünyanın ən şirin şeyi olan azadlığın elə bir
şirinliyini, dadını-tamını duymadı, bu azadlığın heç o
qədər də həsrətini çəkməmişdi. Bir azadlığın ki elə bir
şirinliyi yox idi, bir azadlıqda ki onu heç kim, heç harda
gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-
duzsuz azadlıq da ona lazım deyildi.
Və dəmir qapılar arxasınca bağlanan kimi bu altı
milyardlıq dünyada özünü içəridəkindən daha tənha və
daha yalqız hiss elədi. Hara getsin, kimə getsin. Hansı
üzlə Dünyanın Ən Varlı Şəhərinin çöllərə səpələnmiş
camaatının üzünə çıxsın. Müharibə Allahın ona verə
biləcəyi, amma vaxt tapıb verə bilmədiyi bütün şeyləri
downloaded from KitabYurdu.org
176
əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də hər an
qopub düşə biləcək bir dünya ağrı-acını güc-bəla ilə
daşıyan bir ürək vermişdi, bir az da çoxdan unudularaq
yalnız saralmış qəzet səhifələrində qalmış nə özünə, nə də
heç kimə lazım olmayan şöhrət. Və bu on ildə heç kim
onun adını məhz onun adı olduğuna görə oğluna
qoymamışdı, hətta xilas elədiyi insanlar belə.
Qarabağ camaatının yorğan davası bitmiş və dünya
qayıdıb öz əvvəlki məhvərinə düşmüşdü və dünya yenə
24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına
fırlanaraq öz kefindəydi və bir şouya çevrilmişdi. Bu
şounun qəhrəmanları onun kimi müharibə qəhrəmanlarını
çoxdan unutdurmuşdu. Həm baldızı ilə, həm qaynı
arvadıyla yaşayan, qayınanasının sevgisinə isə biganə
qalan Xose Antuan Rodrigesin qayınanasının iztirabları
bir tərəfdən, aşnası ilə qəzaya düşmüş Diananın
ölümünün acısı bir tərəfdən, “Aşka sürgün”dəki qızın göz
yaşları bir tərəfdən - adamları elə təsirləndirib üzmüşdü
ki... Adamın adamlara yazığı gəlir, lap ürəyi ağrıyırdı...
Vaxtilə atdan salıb çayxanadan qovduqları indi
yenə at belində idilər.”Yiquli” həsrətində olanlar xarici
maşınlarda, cangüdənlərin əhatəsində gəzirdilər. Şəkilləri
qəzetlərdən düşmürdü. Ən məşhur müğənnilərdən də
məşhur idilər və ilboyu qastrollardaydılar. Böyük-böyük
dövlətlərin padşahları ilə oturub-dururdular, qəşəng-
qəşəng şəkillər çəkdirirdilər. Tuthatut başlayanda birinin
downloaded from KitabYurdu.org
177
də burnu qanamamışdı, arada onun kimi kasıblarınkı
qırılmışdı.
Özünü tamamilə unudulmuş bildiyi halda...
... O adamlar ki, milyonları yediyinə görə həbs
olunan, dünənədək demokratiyaya, elə onların da üzünə
tüpürən dövlət məmurlarının müdafiə komitələrini
yaradırdılar, adlarını siyasi məhbus siyahılarına salıb
Avropanın qapılarını sındırırdılar, amma bu uzun illərdə
bircə dəfə də onu yadlarına salmamışdılar...
... elçi elçi dalınca düzüldü...
- Bəy...
... Bəy sözündən heç əvvəldən xoşu gəlmirdi. Onu
“bəy” deyə müraciət edəndə əsəbləşirdi:
- Ə, nə bəy-bəy salmısınız? Bəyin ya anası bəylə
yatar, ya da atası bəy qızıyla. Mənim nə anam bəylə yatıb,
nə də atam bəy qızıyla. Kasıb itinin adını Gümüş qoyan
kimi hamınız adınızı bəy qoymusunuz. Bəylərin
torpağında düşmən tank oynatmaz.
Bir dəfə Bakıdan telefon açmışdılar:
- Bəyin köməkçisidi, Bəy deyir ki...
O da köməkçinin sözünü ağzında qoymuşdu:
- Dostum, bəyin köməkçisi olmur, nökəri olur! -
deyib dəstəyi asmışdı...
... - Bəy, bizim partiyaya gəl, bu gün-sabah
iqtidarıq...
downloaded from KitabYurdu.org
178
- Bəy, bu dəqiqə ölkədə iki partiya var, biri YAP-
dı, biri də bizimki, başqan müavinlik təklif edir...
- Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir...
- Bəy, Rəsul bəy Nyu-Yorkdan zəng edib səni
soruşurdu...
- Bəy, başqan deyir gəlsin Qarabağ Azadlıq
Təşkilatını verim ona...
... Bəy, bəy, bəy...
Ev sahibi qorxmağa başlamışdı:
- İncimə, oğul, bəlkə başqa bir ev tapasan?
Uçastkovı bütün günü məhlədən çıxmır. Uşağın bir balaca
budkası var, birtəhər başımızı saxlayırıq. Sən Allah,
incimə.
- Yaxşı, xala, bir-iki günə çıxaram.
Gecə otaq ona Şeytanın özünün yatdığı, Şeytanın
əmri ilə Məmməd Əminin döyüldüyü, Şairin işgəncə
verildiyi, Avropadan gələn insan haqlarınu qoruyan
deputatları şahmatda yıxıb-sürüdüyü kameradan da
soyuq, qaranlıq və dar gəldi. Heç Əzrayılın çürümüş
almasını iyləmədən canını tapşıran Ayna Sultanovaya
edilən vəhşətlərə dözməyib çatlayan divarların arasında
özünü bu qədər pis hiss eləməmişdi, canı sıxıldı.
Yüzlərlə oğlanı bir işarəsi ilə ölümə aparan, ayağını
yerə vuranda Dünyanın Ən Varlı Şəhəri kimi bir şəhəri
silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan
bir oğula indi bu boyda ölkədə - yolunda hər şeyini
downloaded from KitabYurdu.org
179
qurban verdiyi bu boyda ölkədə Allahın bir kirəkeş
otağını da çox görürdülər. Amma onu bundan da çox
ağrıdan başqa şey idi. Yaralardan axan qanlar qurumamış
insanlar hər şeyini unutmuşdular. Sanki bu dünyada heç
nə olmamışdı - nə Dünyanın Ən Varlı Şəhəri, nə Qarabağ,
nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can
verən qız görməmiş cavanlar - hər kəs öz işindəydi.
Və onu da başa düşürdü ki, qapıya gələn elçilərin
təklifləri heç də onların ağalarının onun keçmiş
xidmətlərini qiymətləndirməsi deyil,yenidən ondan öz
məqsədləri üçün istifadə etməkdi, vəssalam.
Elçilərin heç birinə acı söz deyib qapıdan
qovmamışdı. İstehza ilə, bu istehzanı gələn elçilər də hiss
edirdilər, amma üstün vurmurdular, qulaq asmışdı,
hamısına da demişdi ki, fikirləşərəm.
Amma biri onu hövsələdən çıxartdı. İgid oğlanıydı,
vaxtilə bir şəhəri qoruyurdu, müharibənin yorğunluğunu
və havasını çıxarmaq üçün onu da Bayıldakı bahalı otelin
bahalı nömrələrinin birinə dincəlməyə göndərmişdilər.
Canından müharibə havası çıxanadək dincəlmişdi, sonra
Prezident əfv eləmişdi.
- Utanmırsan?
- Nədən?
- Bir şəhəri qoruyan oğlan indi bir adamı
qoruyursan. Yəni bu adam o qoruduğun şəhərdən çox
bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz
downloaded from KitabYurdu.org
180
deyən mənim meyitimin üstündən keçməlidir. Sənin
meyitin qoruduğun şəhərdə qalmalıydı ey. İkimiz də
xəcalət çəkməliyik ki, meyidimiz oralarda qalmayıb.
Başımı qaldırıb camaatın üzünə baxa bilmirəm. Elə
bilirəm üzümə tüpürəcəklər ki, şəhərin öləndə sən niyə
ölmədin. İndi də ölüb yerə girmək əvəzinə durub
gəlmisən üstümə, utanıb-qızarmadan mənə də təklif
edirsən ki, mən də sənin kimi gedib iti-qurdu qoruyum.
Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq.
Bu sözlər elçiyə güllə kimi dəymişdi, başını aşağı
salıb qıpqırmızı qızarmışdı və bir söz demədən durub
getmişdi. Səhər qəzetlər bəyanatını yaymışdılar ki,
Dostları ilə paylaş: |