AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§8. Dünya maşınqayırma sənayesi



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə20/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   16   17   18   19   20   21   22   23   ...   30
§8. Dünya maşınqayırma sənayesi 

 

Maşınqayırma    sənayenin  əsas  aparıcı  sahələrindəndir. 

İqtisadiyyatın  bütün  sahələrini  əmək  aləti  ilə  təmin  etdiyinə  görə 

mütəxəssislər  maşınqayırmanı  sənayenin  ürəyi  adlandırırlar. 

Maşınqayırma  elmtutumlu  sahədir  və  elmi-texniki  tərəqqinin 

bələdçisidir.  O  eyni  zamanda  elmi-texniki  nailiyyətlərin  sınaqdan 

keçirilməsi  poliqonudur.  Yeni  texniki,  texnoloji,  təşkilati,  estetik, 

erqonomik ideyalar burada yaranır, burada həyata vəsiqə alır. Əhalinin 

daha savadlı hissəsi  burada çalışır. Maşınqayırma özü-özlüyündə 100-

dən  çox  ayrı-ayrı  istehsallar,  sahələr,  yarımsahələr,  elmi-texniki 



 

 

263 



komplekslərdən  ibarətdir.  Yeni  iş  yerlərinin  yaradılmasında,  yeni 

məhsulların bazara çıxarılmasında, ölkə iqtisadiyyatının güclənməsində, 

ölkənin  iqtisadi  müstəqilliyinin  artmasında,  hərbi  cəhətdən  güclü 

olmasında  maşınqayırmaya  alternativ  sahə  yoxdur.  Bütün  bunlarla 

yanaşı  maşınqayırma  ölkənin  iqtisadi  gücünün  barometridir. 

Maşınqayırmanın  səviyyəsinə  görə  ölkənin  sosial-iqtisadi  inkişafı  

haqqında fikir söyləmək olar: maşınqayırması yaxşı olan ölkənin inkişaf 

səviyyəsi  də  yüksək  olur.  Bu  gün  sənaye  cəhətdən  inkişaf  etmiş 

ölkələrin  iqtisadiyyatında  aparıcı  mövqe    maşınqayırmaya  və  onunla 

əlaqədar  olan    istehsal  və  sosial  infrastrukturlara  məxsusdur.  Geri 

qalmış  ölkələr  bir  çox  cəhətdən  elə  ona  görə  geri  qalmış  ölkələr 

adlandırılır  ki,  onların  maşınqayırma  sənayesi  geri  qalmışdır.  İnkişaf 

etmiş ölkələr geri qalmış ölkənin  yeraltı sərvətlərini daşıyıb aparırılar, 

emal  sənayesinin  inkişafı  haqda  düşünmürlər.  Belə  ölkələrdə 

maşınqayırma  bir  qayda  olaraq  ya  heç  inkişaf  etmir,  ya  da  çox  zəif 

səviyyədə  olur.  Bu  cür  hal  ölkəni,  əmək  alətləri  əldə  etmək  nöqteyi-

nəzərincə inkişaf etmiş ölkələrdən asılı edir. Sonda bu cür asılılıq hərbi 

münaqişələrə  də  səbəb  olur.  İraqla  Amerika  arasında  hərbi 

münaqişələrin  kökündə  məhz  bu  asılılıq  və  buradan  irəli  gələn 

narazılıqlar durur. 

Maşınqayırma  məhsulunun  ticarəti  də  dünya  ticarətində  mühüm 

yer  tutur.  Dünya  ixracının  ümumi  həcmində  maşın  və  avadanlıqların 

xüsusi  çəkisi  37%-ə  çatır.  Ümumi  ixracda  maşınqayıma  məhsulunun 

xüsusi çəkisi Yaponiyada 64%, ABŞ və Almaniyada 48%, İsveçdə 44%, 

Kanadada  42%,  təşkil  edir.  Maşın      və  avadanlıqların  dünya  üzrə 

ticarətinin  80%-i  inikşaf  etmiş  ölkələrin  payına  düşür.  İnkişafda  olan 

ölkələrin  payı  10%,  Rusiyanın  isə  dünya  maşınqayırma  məhsulu  üzrə 

ixracdakı  payı  cəmi  1%-dən  də  az  təşkil  edir.  Bu  rəqəmlər  bir  daha 

sübut edir ki, maşınqayırma aparıcı sahədir, lakin hər bir istənilən ölkə 

onu 


inkişaf  etdirmək  iqtidarında  deyil.    İnkişaf  etmiş  ölkələr  isə  bu 

problemin  öhdəsindən  uzun  illərdir  ki,  bacarıqla  gəlirlər.  Bir  qayda 



 

 

264 



olaraq, bu ölkələrin sənayesində maşınqayırmanın xüsusi çəkisi yüksək 

(32-38%) olur. 

Dünya  maşınqayırmasının  sənaye  məhsulu  həcmindəki  xüsusi 

çəkisi  təxminən  35%  təşkil  edir.  Emal  sənayesinin  də  tərkibində 

maşınqayırma  və  metal  emalı  üstün  yer  tutur.  Son  illər  dünya  emal 

sənayesi məhsulunun həcmində maşınqayırma və metalemalı sahəsinin 

xüsusi çəkisi 42-44%-ə çatmışdır. 

İqtisadiyyatın  bütün  bölmələrində  və  maşınqayırmanın  özündə 

texnoloji  tərəqqi  prinsipcə  yeni  cihaz,  alət,  tərtibat  tələb  edir.  Bütün 

bunlar    maşınqayırmada  istehsal  edilir  və  elm-tutumlu  məhsullardır. 

İnkişaf  etmiş  ölkələr  elmi-tədqiqat  və  layihə-təcrübə  işlərinə  çəkilən 

xərclərin  yarısından  çoxunu  maşınqayırmaya  yönəldirlər.  Beynəlxalq 

statistika maşınqayırma sənayesini beş qrupa bölür: metalyayma, qeyri-

elektrik  maşınqayırması,  elektrik  maşınqayırması,  nəqliyyat 

avadanlıqları  və  dəqiq  alətlər.  Maşınqayırmanın  inkişafına  yönəldilən 

vəsaitin  sahələrdaxili  bölüşdürülməsində  bu  bölmələrin  inkişafına 

differensial yanaşılır, tələb və təklif nəzərə alınır. 

Son  illər  elektronika  və  telekommunikasiya  texnikasının 

inkişafına  xüsusi  fikir  verilir.  Elektron  məhsullarının  dünya ümumi 

daxili  məhsulundakı  xüsusi  çəkisi  getdikcə  artmaqda  davam  edir  və 

hazırda 5%-i  ötməkdədir. Bu məhsulun üçdə birini EHM və proqram 

təminatı  vasitələri  təşkil  edir.  Elektron  məhsulları  istehsalı  əsasən 

inkişaf  etmiş  ölkələrdə  cəmlənmişdir.  Onlar  həm  də  bu  məhsulların 

istehlakçılarıdır. Amerika Birləşmiş Ştatlarında hər 100 fəhlənin 60-dan 

çoxuna  fərdi  kompüter  düşür.  Müqayisə  üçün  göstərək  ki,  bu  rəqəm 

Almaniyada 30, Yaponiyada isə 20-dir. Üstün sürətlə inkişaf edən digər 

maşınqayırma  sənayelərinə    avtomobilqayırma,  nəqliyyat  vasitələri, 

kənd  təsərrüfatı  avadanlıqları  istehsalları  və  nəqliyyat  avadanlıqları 

istehsalı daxildir.  Maşınqayırmanın strukturu tələb və təklif, obyektiv 

iqtisadi qanunlara görə güclü qiymət rəqabətinə görə formalaşır. 

Ma

şınqayırmada 



struktur 

dəyişikliklərinin 

mahiyyətini 

elmtutumlu  sahələrin  üstün  inkişafı  təşkil  edir  ki,  bu  da 



 

 

265 



maşınqayırmanın  zəif  inkişaf  etmiş,  korrupsiyaya  uğramış  ölkələrdə 

inkişafını  çətinləşdirir  və  hətta  qeyri-mümkün  edir.  Nəticədə  sosial 

yönümlü iq

tisadi  inkişaf  yolu  seçən  ölkələr  çoxlu  qazanc  gətirən  və 

digər  ölkələri  özündən  asılı  vəziyyətə  sala  bilən  maşınqayırma 

istehsalını öz əllərində saxlaya bilirlər. 

Maşınqayırma  kompleks  sahədir.  Onun  istehsal  etdiyi  məhsullar 

müxtəlifdir.  Buna  görə  də  maşınqayırma  sosial,  iqtisadi,  texniki, 

texnoloji, təşkilati, idarəetmə məsələləri həll etməklə yanaşı silah, avio 

və  kosmik  texnika,  informasiya  vasitələri,  okean  nəqliyyatı 

avadanlıqları  istehsal  etməklə  hərbi-siyasi  məsələləri  də  həll  edə  bilir, 

qlobal prob

lemlərin  həllinə  güclü  təsir  göstərir.  Bu  cür  və  buna  oxşar 

dünya  (planet)  əhəmiyyətli  məsələləri  həll  etmək  qüdrətində  olan 

maşınqayırma  məhsulunun  nomenklaturası  artır,  assortimenti  isə 

genişlənir.  Buna  görə  də  maşınqayırma  məhsullarını  şərti  olaraq  iki 

qrupa  - 

strateji  əhəmiyyətə  malik  olan,    ölkənin  hərbi  və    iqtisadi 

təhlükəsizliyini təmin edə bilən məhsullar qrupuna (ağır maşınqayırma) 

və məişət texnikası (və ona oxşar) məhsullar qrupuna bölmək olar. Son 

illər inkişaf etmiş ölkələrdə desənayeləşmə prosesləri baş verməkdədir. 

Bu əsasən ikinci qrup maşınqayırma məhsulları istehsalının zəif inkişaf 

etmiş  ölkələrdə  təşkil  edilməsi  nəticəsində  baş  verir.  Nəticədə 

maşınqayırma geri qalmış ölkələrdə nisbətən inkişaf etsə də, əsas strateji 

məhsulların istehsalı yenə də inkişaf etmiş ölkələrin əlində qalır. 

 

 

§9. Maşınqayırma sənayesinin coğrafiyası 

 

Dünya  iqtisadiyyatına  aid  ədəbiyyatlarda  planetimizdə  dörd  əsas 

maşınqayırma regionu fərqləndirilir. 

Birinci region - 

Şimali  Amerikanı  əhatə  edir.  Bu  region  digər 

regionlardan  özünün  aparıcı  mövqe  tutması  ilə  fərqlənir.  Dünya 

maşınqayırmasının  30%-ə  qədəri  bu  regionun  payına  düşür.  Ən 

mütərəqqi  maşınqayırma  məhsullarının  istehsalı    (müasir  kompüter 



 

 

266 



texnikası,  təyyarə,  raket-kosmos  texnikası,  müxtəlif  hərbi  texnika  və 

sursatlar)  əsasən  bu  regionda  istehsal  edilir.  Bu  regionda  baş  mövqe 

ABŞ-a  məxsusdur.  ABŞ-ın  sənayesi  dünya  sənayesində  dayanıqlı 

yüksək yer tutur. 

Amerika  sənayesinin  strukturunda  aparıcı  yeri  maşınqayırma 

tutur.  Maşınqayırmanın  strukturu  da  mütərəqqidir. Elektron

elektrotexnika,  avtomobil  sənayeləri  maşınqayırmada  xüsusi  yer  tutur. 

Avio-raket-

kosmik texnika istehsalı da ABŞ maşınqayırma sənayesində 

xüsusi  yer  tutur.  Elektron  maşınqayırmasında  yüksək  xüsusi  çəkiyə 

sənaye  və  hərbi  tə-yinatlı  məmulatlar  malikdir,  məişət  tipli  əşyalar 

nəzərə  çarpacaq  dərəcədə  azlıq  təşkil  edir.  Amerika    sənayesində 

maşınqayırmadan  sonra  ikinci  yeri  kimya  sənayesi  tutur.  Bu  sahənin 

müəssisələri  neft  və  qaz  çıxarılan  rayonlarda  yerləşdirilmişdir.  Kimya 

sənayesinin  zavodları  Meksika  körfəzində  və  ABŞ-ın  şimalında  daha 

çoxdur.  Bunun  da  səbəbi  idxal  neftin  bu  yerlərdən  ölkəyə  daxil 

olmasıdır.  Amerika  sənayesinin  digər  inkişaf  etmiş  ölkələrdən  fərqli 

cəhəti  hasilat  sənayesinin  yüksək  inkişaf  etməsidir.  Amerika  təbii 

resurslarla 

zəngin bir ölkədir. Burada zəngin neft, qaz, daş kömür, əlvan 

və    qiymətli  metal  yataqlarıı  vardır.  Neft,  qaz  sənayesi  qabaqcıl 

mövqelərdə  da-yanır.  Maşınqayırma  sənayenin  bütün  bu  sahələrini 

yüksək texniki-iqtisadi göstəriciləri olan avadanlıqlarla təmin edir. 

Şimali  Amerikanın  ikinci  böyük  ölkəsi  olan  Kanada  da  sənaye 

cəhətdən yüksək səviyyədə inkişaf etmişdir. Bu ölkədə sənayenin aktiv 

hissəsi  -  emal  sənayesi  daha  çox  inkişaf  edib.  Bununla  yanaşı  bu  gün 

Kanada nikel, uran, azbest, alüminium kimi xammal m

ateriallarını hasil 

və istehsal edir və bu sahədə dünya üzrə aparıcı mövqe tutur. İstehsalın 

artım sürətinə görə Kanada sənayesində “xammal” resursları sənayesi - 

neft və qaz sənayesi qabağa gedir. Təklifin azalması və qiymətin tez-tez 

dəyişməsi  Kanadanın  xammalla  əlaqədar  olan  ənənəvi  sahələrinin 

müəssisələrində  mənfəət  normasının  və  kapital  qoyuluşunun  azalması 

müşahidə  olunur.  Eyni  zamanda  sənayenin  aparıcı  sahəsi  olan 

maşınqayırmada  yüksəliş  olur:  burada  son  zamanlar  elektron, 


 

 

267 



elektrotexnika kimi elmtut

umlu  maşınqayırma  sənayesinin  məhsulları 

nəzərə  çarpacaq  dərəcədə  yüksəlmişdir.  Ümumi  maşınqayırmanın 

inkişafında,  telekommunikasiya  vasitələrinin  istehsalında,  kimya  və 

avtomobil sənayesində inkişaf sürətlə gedir. Kanada sənayesinin başlıca 

xüsusiyyətlərindən  biri  də  sənayenin  aktivində  xarici  investorların 

payının  40%-ə  çatmasıdır  ki,  onların  da  70%-i  ABŞ  kompaniyalarına 

məxsusdur. Sənayenin digər sahələrində isə xarici kapital daha üstün yer 

tutur.  Məsələn,  kimya  sənayesində  fəaliyyət  göstərən  kompaniyaların 

aktivlərinin  63%-i,  elektrik  enerjisi  sənayesində  -  aktivlərin  62%, 

avtomobil sənayesində isə bu rəqəm hətta 92% təşkil edir. 

İkinci region - Qərbi, Mərkəzi və Şərqi Avropanı əhatə edir. Bu 

region  dünya  maşınqayırma  məhsulunun  30%-ni verir. Bu regionda 

ənənəvi baza sənaye sahələrindən olan  metal-lurgiya, maşınqayırma və 

metal  emalı,  kimya  sənayesi  yaxşı  inkişaf  etmişdir.  Maşınqayırmanın 

mikroelektronika, roboto

texnika,  optik  elektronika  kimi  müasir  və 

qabaqcıl  sahələrinin  inkişafına  görə  Qərbi  Avropa dünya güc 

mərkəzlərinin  qalan  ikinsindən  -  ABŞ-dan  və  Yaponiyadan  geri  qalır. 

Yüksək texnoloji məhsullar hələlik əsasən Almaniyada istehsal edilir. 

Mərkəzi  və  Şərqi  Avropa  ölkələri  orta  səviyyədə  inkişaf  etmiş 

ölkələr qrupuna daxildirlər. İqtisadiyyatın strukturunda sənaye və aqrar 

sənaye mühüm yer tutur. Lakin sosialist sitseminin dağılması sənayenin 

bu ölkələrdə inkişafına mənfi təsir göstərdi. Son illərdə bəzi dövlətlərdə 

(məsələn,  Polşada)  iqtisadi  inkişaf  özünü  göstərir  ki,  bu  da  sənayenin 

inkişafı  üçün  yaxşı  perspektiv  yaradır.  Bu  ölkələrin    Avropa  Birliyinə 

daxil olması prosesi başa çatdıqdan sonra sənayenin  inkişafı üçün yeni 

imkanlar yarana bilər. 

Üçüncü region - 

Şərqi və Cənubi Şərqi Asiyanı əhatə edir. Dünya  

maşınqayırma məhsulunun təxminən 25%-i bu regionun payına düşür. 

Region gəmiqayırma, avtomobil sənayesi, məişət elektronikası sənayesi 

sahəsində  irəlidə  gedir.    Yaponiya    bu  regionda  maşınqayırmanın 

inkişafını  idarə  edir.  Elmtutumlu  maşınqayırma  əsasən  Yaponiyada 



 

 

268 



inkişaf edir. Nisbətən çox da mürəkkəb olmayan məhsulların istehsalını 

isə Yaponiya yeni sənaye ölkələrinə istiqamətləndirir. 

Dördüncü region - 

Rusiya  və  keçmiş  SSRİ-yə  daxil  olan 

respublikaların  daxil  olduğu  regiondur.  Ümumi  kontekstdə  bu  region 

maşınqayırmanın  demək  olar  ki,  bütün  sahələri  fəaliyyət  göstərən 

regiondur. Lakin az miqdarda elmtumlu maşınqayırma məhsulu əsasən 

Rusiyada istehsal edilir. İstər Rusiyada və istərsə də MDB ölkələrində 

mürəkkəb  olmayan  maşınqayırma  məhsulları  istehsal  edilir. 

Ümumdünya  maşınqayırma  məhsulunda  regionun  xüsusi  çəkisi  12-

15%-

ə  çatır.  Regionun  maşınqayırma  sənayesi  əsasən  Rusiyada 



yerləşmişdir.  Bu  ölkədə  raket-kosmik  texnika  istehsalı,  aviasiya, 

maşınqayırma  və  məişət  elektronikası  yüksək  səviyyədə  inkişaf 

etmişdir. 

Gəmiqayırma sənayesi maşınqayırmanın mühüm sahəsidir. 1960-

cı illərdə sənayenin bu sahəsi sürətlə inkişf etməyə başlamışdı. Səbəbi 

də  “ucuz”  neftin  dənizlə  daşınmasının  artması  və  müvafiq  olaraq  iri 

tutumlu  tankerlərin  istehsalının  artması  idi.  Lakin  energetik  böhran 

başlayandan  sonra  yüksək  tutumlu  tankerlərə  olan  tələbat  azaldı.  Bu 

dövrlərdə  gəmiqayırma  sənayesi  öz  coğrafi  mövqeyini  dəyişmədi. 

Məhsul daha çox  yeni inkişaf etmiş ölkələrdə istehsal edilirdi. Cənubi 

Koreya  bu  sahədə  dünyada  Yaponiyanı  geridə  buraxıb  birinci  yerə 

çıxdı.  Gəmiqayırma  Braziliyada,  Argentinada,  Meksikada  Çilidə  və 

Tayvanda inkişaf etməkdədir. 

Dünya  maşınqayırmasını  üç  qrupa  bölmək  olar:  1)  ümumi 

maşınqayırma  (dünya  maşınqayırma  istehsalında  bu  maşınqayırmanın 

xüsusi  çəkisi  37-34%    təşkil  edir);  2)  nəqliyyat  maşınqayırması  (33-

35%),  3)  elektrotexnika  da  daxil  olmaqla  elektronika  sənayesi  (30-

31%).  Təhlil  göstərir  ki,  son  illər  bu  nisbətlər  dəyişilir,  nəqliyyat 

maşınqayırmasının  xüsusi  çəkisi  nisbətən  azalır.  Elektrotexnika  

sənayesinin  inkişaf  tempi  isə  yüksəlir.  Ümumi  maşınqayırma 

sənayesinin həcmi uzun illərdir ki, nisbi dəyişməz vəziyyətdə qalmaqda 

davam  edir.  Qeyd  edək  ki,  ümumi  maşınqayırma  sənayesinin  əsas 



 

 

269 



məhsullarına  ilk  növbədə  müxtəlif  avadanlıqlar,  dəzgahlar  daxildir. 

Kənd təsərrüfatı üçün maşın və avadanlıqlar istehsalı və bu tipli çox da 

mürəkkəb olmayan maşınqayırma məhsullarının istehsalı inkişafda olan 

ölkələrə tərəf istiqamət götürməkdədir. 

Avtomobil  sənayesi  50  ilə  yaxındır  ki,  dayanıqlı  sürətlə  inkişaf 

edir. 1950-

ci  ildə  dünya  üzrə  istehsal  edilən  avtomobillərin  sayı  10 

milyon  ədəd    təşkil  edirdisə  1990-cı  illərin  ortalarında  bu  rəqəm  50 

milyon ədədə  çatmışdır. Avtomobil istehsalının coğrafiyası da dəyişir. 

1990-


cı  ildə  avtomobil  istehsalında  dünyada  birinci  yerə  Yaponiya 

çıxdı.  İkinci  yerdə  ABŞ  durdu.  Son  illərdə  avtomobil  istehsalı  nəzərə 

çarpacaq dərəcədə  yeni sənaye ölkələrində (Cənubi Koreya, Braziliya) 

və keçid dövrü keçirən ölkələrdə (Polşa) artmağa başlamışdır. 



 

 

 

IX FƏSİL. ELMİ-TEXNİKİ TƏRƏQQİ VƏ DÜNYA 

İQTİSADİYYATI 

§1. Elmi-texnik

i tərəqqinin məzmunu 

 

İstər  bütövlükdə  dünya  iqtisadiyyatının  və  istərsə  də  onun 

yarımsistemləri  olan  ayrı-ayrı  ölkələrin  intensiv  inkişafında  qlobal 

əhəmiyyətli  tədbirlər  işləyib  hazırlamaq  və  istehsala  tətbiq  etmək 

mühüm  rol  oynamışdır.  Dünya  miqyasında  elmi-texniki  tərəqqi  (ETT) 

sahəsində  görülən  işlər,  aparılan  tədqiqatlar  bu  cür  tədbirlərdəndir. 

Əslində  dünya  miqyasında  ölkələrin  iqtisadi  inkişaf  cəhətdən  zəif  - 

güclü,  kasıb-varlı,  inkişaf  etmiş,  inkişaf  edən  kimi  qruplaşdırılmasının 

material əsasını ETT-ni  təşkil edir. Bu  gün planetimizdə inkişaf elmiş 

ölkələrin hamısı ETT-ni sürətləndirmək yolu ilə müvəffəqiyyətlər əldə 

etmiş və getdikcə digər ölkələrə nisbətən üstün inkişaf etmişlər. Müasir 

dövrdə  ETT dünya iqtisadiyyatının xarakterik xüsusiyyətlərini, ticarətin 

məğzini, ölkələr və regionlar arasında qarşılıqlı əlaqələrin mahiyyətini 

təyin  edir.  Ölkələrin    güclü  və  gücsüzlüyünü  də  ETT  ortaya  çıxarır. 



 

 

270 



İxrac və idxalı da o təyin edir. Elmi kəşflər və ixtiralar qlobal miqyasda 

istehsal element

lərində,  məhsul  istehsalında,  əhalinin  istehlakında 

material


laşdıqca cəmiyyətdə köklü sosial-iqtisadi dəyişikliklər meydana 

gətirir,  qloballaşma,  intensivləşmə,  sənayeləşmə,  beynəlmiləlləşmə 

proseslərini  sürətləndirir  və  ən  başlıcası  isə  onları  dönməz  edir. 

Rəqabətdə  qalib  çıxmaq  da  öz  əsasını  buradan  götürür.  İnkişaf  etmiş 

ölkələrin  və  ilk  növbədə  Yaponiyanın,  ABŞ-ın,  Almaniya  Federativ 

Respublikasının  və  digər  ölkələrin  dünya  bazarında  əldə  etdikləri 

müvəffəqiyyətlər 

də 


bilavasitə 

ETT, 


onun 

məqsədyönlü 

sürətləndirilməsi ilə əlaqədardır. 

ETT-


nin dünya iqtisadiyyatına təsirinin ilk həlqəsi lokal və qlobal 

miqyasda  baş  verən  sahibkarlıq  fəaliyyətidir.  ETT-nin istehsala 

bilavasitə  təsiri  də  sahibkarlıq  fəaliyyəti  çərçivəsində  dünya  təsərrüfat 

miqyasındakına  nisbətən  daha  əyani  görünür.  Elə  buna  görə  də  dünya 

iqtisadiyyatına  aid  yazılarda  ETT-nin  həlledici  roluna  lazımi  diqqət 

yetirilmir, hesab edilir ki, bu  firmaların işidir,   sahibkarların fəaliyyət 

dairəsinə  aiddir.  Əslində  isə  dərsliklərdə  və  dərs  vəsaitlərində  çox  yer 

verilən “dünya bazarı”, “ticarət əlaqələri”, “idxal”, “ixrac”, “beynəlxalq 

əlaqələr”,  “Qlobal  problemlər”,  “qlobalizasiya”  və  digər  bu  tipli  çox 

əhəmiyyətli  və  prinsipial  məsələlərin  hamısı  ETT-yə  nisbətən 

ikincidirlər. ETT  bu proseslərin meydana gəlməsinə və sürətlənməsinə 

səbəb olan qlobal amildir. Bunları nəzərə alaraq ETT-nin mahiyyətinə 

kitabda yer ayırmağı məsləhət bildik. 

Dünya  miqyasında  iqtisadi  inkişafı  və  istehsalın  səmərəliliyinin 

yüksəldilməsi məsələsinin həlli bir sıra amil və şərtlərdən asılıdır. Lakin 

son  nəticədə  səmərəli  təsərrüfat  fəaliyyətinə  yol  istehsal 

elementlərindən  keçir.  Ona  görə  ki,  istehsal  elementlərində  (əmək 

alətində,  əmək  cismində  və  əməyin  özündə)  köklü  mütərəqqi 

dəyişikliklər  əldə  edilmədən  səmərəliliyi  yüksəltmək  mümkün  olmür. 

İstehsalın texniki və texnoloji bazası daim inqilabi dəyişikliklərə məruz 

qalmalıdır  ki,  ictimai  əmək  məhsuldarlığı  cəmiyyətin  tələb  etdiyi 

səviyyəyə  qədər  yüksələ  bilsin.  Buna  görə  də  tarixən  elmin  və 



 

 

271 



texnikanın tərəqqisi dünya yarımsistemləri inkişafının bütün pillələrində 

istər  sosial-iqtisadi  və  istərsə  də  siyasi-hərbi  məsələlərin  həllində 



başlıca rol oynamışdır. 

Keçmiş dövrlərə nisbətən müasir dövrdə elmi-texniki tərəqqi ölkə 

və  regionların  inkişafına  bu  vaxta  qədər  görünməmiş  güclü  təsiri  və 

istehsalın  səmərəli  inkişafında  və  intensivləşdirilməsində  oynadığı 

həlledici rolu ilə fərqlənir. 

Texniki  tərəqqi  mütərəqqi  əmək  cismi  və  əmək  alətlərinin 

yaradılması ilə nəticələnir. Lakin müasir dövrdə yaradılan hər hansı bir 

yeni texni

ka  mütərəqqi  sayılmır.  Qabaqcıl  Qərb  ölkələrinin  və 

xüsusilədə  elmdə  öz  inqilabi  nailiyyətləri  ilə  insanları  heyrətə  gətirən 

Yaponiyanın  təcrübəsi  göstərir  ki,  indi  ancaq  elmtutumlu  texnika 

mütərəqqi  hesab  edilə  bilər.  Ancaq  elmtutumlu  texnikanın  tətbiqi 

i

stehsalda  inqilabi  dəyişikliklər  yarada  bilər  və  bu  cür  istehsallarda 



rəqabətə  dözümlü  məhsullar  istehsal  oluna  bilər.  Həm  elmi,  həm  də 

texnikanın  tərərqqisi  onların  tədricən  inkişafı  ilə  inqilabi  inkişafının 

cəmi  kimi  baş  verir.  Buna  görə  də  elmi-texniki  tərəqqi  anlayışının 

mahiyyətini açmaq üçün ilk növbədə elmin və texnikanın tərəqqisini bir 

qanunauyğun proses kimi dərindən mənimsəmək lazımdır. 

Elm təbiətin və cəmiyyətin obyektiv qanunları haqqında insanların 

bilikləri məcmusudur. Bu bilikləri toplayan və sistemləşdirən insanların 

əməli  fəaliyyəti  də  “elm”  anlayışına  daxildir.  Təbiətin  və  cəmiyyətin 

obyektiv  qanunları  haqqında  məlumatları  insanlar  toplayır  və  tədricən 

onları  öyrənirlər  və  müəyyən  elmi  nəticələr  çıxarırlar.  Çıxarılan  bu 

nəticələr  obyektiv  qanunlar  haqqında  tam  və  natamam  biliklər  əldə 

etməyə  imkan  verə  bilər.  Təbiətin  və  cəmiyyətin  obyektiv  qanunlarını 

tam  mənada  dərk    etmək  və  onlardan  təcrübədə  istifadə  etmək  çox 

mürəkkəb bir məsələdir. 

Elm  özünün  tərəqqisində  iki  mərhələni  keçir.  Birinci  mərhələdə 

elm  tədricən  inkişaf  edir,  təbiətin  və  cəmiyyətin  bu  və  ya  digər 

qanunauyğun  proseslərini  yavaş-yavaş  öyrənir.  Lakin  belə  tədrici 

(evalyusiya) inkişaf müəyyən bir dövrü əhatə edir. Sonrakı inkişaf üçün 



 

 

272 



yeni  əsas  (baza)  yaranmalıdır.  Belə  yeni  əsas  elmin  inkişafının  ikinci 

pilləsində  -  inqilabi  pilləsində  yaranır.  Birinci  pilləyə  nisbətən  ikinci 

inqilabi pillə qısa bir müddətdə (anda) baş verir. Bunun nəticəsində elmi 

biliklər daha da zənginləşir. Belə zənginləşmiş əsas üzərində elm yeni 

inkişaf xəttinə düşür və təzədən elmin (bu yeni əsas üzərində) tədricən 

(evalyusiya) inkişafı başlayır... Deməli, belə nəticə çıxarmaq olar: elmin 

tərəqqisi onun tədricən (evalyusiya) və inqilabi inkişafının məcmuudur. 

Elmin  tədricən  inkişaf  pilləsində  onun  inqilabi  inkişafı  üçün  zəmin 

hazırlanır. 

Evalyusiya inkişafı qısa müddətdə başa çatırsa elmin tərəqqisi də 

bir o qədər sürətlənir. Başqa sözlə desək, baxılan dövrdə elmin tərəqqisi 

bu dövrdə elmdə baş verən inqilabların sayı ilə şərtləşir. Elmi kəşflərin 

sayı artdıqca elmin tərəqqisinin sürətlənməsi üçün şərait yaranır. 

Müasir 


dövrün 

xarakterik 

cəhəti 

elmi 


inqilabların 

intensivliyindədir.  Elm  özünü  məhsuldar  qüvvə  kimi  göstərir  və  istər 

dünya miqyasında və istərsə də ayrıca  götürülmüş bir dövlətdə sosial-

iqtisadi 

inkişafa  güclü  təsir  göstərir.  “İctimai  inkişafın  ümumi  mənəvi 

məhsulu”, “Ümumi ictimai bilik”, “Ümumi intellekt” olan elm müasir 

dövrdə sistemləşdirilmiş biliklər toplusunun qoruyucusundan istehsalın 

tərəqqisinin  mühüm  elementinə  çevrilmişdir  və  eyni  zamanda bu 

tərəqqini  sürətləndirmək  üçün  nə  lazımdırsa  edə  bilir.  Elm  məhsuldar 

qüvvəyə  çevrilmişdir.  Bu  çevrilmə  elmin  əmək  cisimlərinin  və  əmək 

alətlərinin  yeni  növlərinin  yaradılması  və  fəaliyyətdə  olanlarının 

təkmilləşdirilməsinə və istehsalın texnologiyasına aktiv təsir etməsi ilə 

xarakterizə olunur. 

Bazar  iqtisadiyyatına  keçid  şəraitində  elmi-texniki  tərəqqini  və 

xüsusən müasir dövrdə elmin başlıca xüsusiyyətlərini bilmək lazımdır. 

Ona  görə  ki,  bu  fərqləndirici  cəhətləri  bilmədən  elmi  bazar 

münasibətləri  baxımından  inkişaf  etdirmək  mümkün  deyil.  Bəs  bu 

fərqləndirici cəhətlər hansılardır. 

İlk  növbədə  göstərmək  lazımdır  ki,  müasir  dövrdə  elmdə 

sənayeləşmə  gedir. Bu o deməkdir ki, keçmiş dövrlərə nisbətən indiki 



 

 

273 



zamanda  elmin  inkişafı  çoxlu  miqdarda  ən  yeni  cihazlar,  qurğular, 

dəzgahlar, alətlər və tərtibatlar tələb edir. Sadə hesablamalar göstərir ki, 

indi  elmin  fondtutumu  səviyyəsi  sənaye  məhsulunun  fondtutumu 

səviyyəsindən çox da geri qalmır. Deməli, buradan belə nəticə çıxır ki, 

müasir  dövrdə  güclü  və  yüksək  texniki  səviyyəyə  malik  elmi-texniki 

potensial olmadan elmi inkişaf etdirmək mümkün deyil. 

Fərqləndirici  cəhətlərdən  biri  də  elmin  kollektivləşməsi, 

beynəlmiləlləşməsi və qloballaşmasıdır. Bunun əsas mahiyyəti ondadır 

ki, elm keçmişdə olduğu kimi bir-iki dahi tərəfindən (məsələn, Arximed 

və  Nyutonun  məşhur  kəşflərində  olduğu  kimi)  yox,  elmin  müxtəlif 

sahələrinin tətbiqi ilə məşğul olan müxtəlif kollektivlər tərəfindən bütün 

ölkələrin  iştirakı  ilə  inkişaf  etdirilə  bilər.  Əyanilik  üçün  göstərək  ki, 

hazırda  Azərbaycan  Respublikasında  elmin  və  texnikanın  inkişafı  ilə 

məşğul olan onlarla elmi qurumlar fəaliyyət göstərir. Respublikanın elm 

sahəsində  əldə  etdiyi  nailiyyətlərin  səviyyəsi  bütün  bu  qurumların 

səmərli  işindən  asılıdır.  Ən  böyük  elmi  nailiyyət  bütün  elmi-tədqiqat 

ocaqlarının  əməli  işi  nəticəsində  əldə  edilə  bilər.  Bu  elmin 

kollektivləşməsinin  bir  tərəfidir.  Onun  digər  tərəfi  bir  elmi  məsələnin 

müxtəlif institutlar tərəfindən öyrənilməsi zərurətindən doğur. Məsələn, 

əldə  edilmiş  yeni  materialların  kimyəvi  xassələrini  Elmlər 

Akademiyasının  Kimya  İnstitutu,  fiziki  xassəsini  Fizika  İnstitutu 

öyrənir.  Əgər  Fizika  İnstitutu  böyük  müvəffəqiyyətlə  işləsə  belə  və 

məsələn,  Uimya  institutunun  kollektivi  öz  işinin  öhdəsindən  vaxtında 

gələ bilməsə (yeni maddənin bütün kimyəvi xassələrini vaxtında öyrənə 

bilməsə),  onda  qarşıya  qoyulan  ümumi  məsələ  -  yeni  materialın  əldə 

edilməsi, mənimsənilməsi və geniş miqyasda  istehsala tətbiq edilməsi 

məsələsi vaxtında həll edilməz. 

Göründüyü  kimi,  elmi  nailiyyətləri  istehsala  gecikmədən  tətbiq 

etmək  üçün  konkret  elmi  məsələnin  həlli  ilə  məşğul  olan  bütün 

kollektivlərin  səylə  və  yaradıcılıqla  işləməsi  vacibdir.    Əks  təqdirdə 

elmin  inkişafı  ləngiyə  bilər.  Elmin  kollektivləşməsinin  mahiyyəti  də 

bundadır. Bir kollektivin (şəxsin) yaxşı işi elmin tərəqqisi üçün kifayət 



 

 

274 



etmir. Keçmişdə isə bu kifayət edirdi. Məsələn, Papov radio sahəsində 

kəşfini  özü  etmişdir.  İndi  isə  müəyyən  elmi  nailiyyətin  əldə  edilməsi 

üçün əksər hallarda müxtəlif ixtisasa və biliyə malik bir çox şəxslərin 

(kollekt


ivlərin) iştirakı vacibdir. Proseslərin qloballaşdığı indiki dövrdə 

isə  elmin  inkişafı  üçün  bütün  ölkələrin  elmi  fəaliyyətini  məqsədyönlü 

koordinatlaşdırmaq tələb olunur. 

Müasir  elmin  inkişafının  mühüm  fərqləndirici  cəhətlərindən  biri 

də  onun  riyaziləşməsidir.  Elmin  riyaziləşməsi  öz  əksini  onda  tapır  ki, 

konkret  obyektə  malik  natural  eksperiment  getdikcə  daha  çox  varlığı 

ümumi  şəkildə  təsvir  edən  riyazi  modellərin  tədqiqi  ilə  əvəz  edilir. 

Riyaziyyatsız elm lazımi səviyyədə inkişaf edə bilməz. Geniş miqyasda 

elektron  - 

hesablama  maşınlarının  yayılması  elmin  riyaziləşməsı 

prosesini daha da sürətləndirir. 

Texniki tərəqqi - əmək  vasitələrinin, əmək cisminin və istehsalın 

texnologiyasının  irəliyə  doğru,  arasıkəsilmədən  mütərəqqi  dəyişməsi, 

qanunauyğun obyektiv prosesdir. O istehsalın səmərəliliyinin amilidir. 

Elmin  inkişafı  kimi,  texnikanın  inkişafı  da  iki  formada  - 

evalyusiya  (tədricən  inkişaf)  və  inqilab  (keyfiyyətcə  dəyişilmə, 

partlayış, sıçrayış) formalarında baş verir. Texnikanın  tədricən inkişaf 

dövrü müxt

əlif  ola  bilər.  Evalyusiya  dəyişmələrinin  vaxt  uzunluğu 

cəmiyyətin məhsuldar qüvvələrinin inkişaf səviyyəsindən və təsərrüfat 

mexanizminin  vəziyyətindən  asılıdır.  Məhsuldar  qüvvələrin  inkişaf 

səviyyəsi  yüksək,  təsərrüfat  mexanizmi  isə  mükkəməl  olarsa,  onda 

texnikanın  evalyusiya  inkişaf  dövrü  qısala  bilər.  Əhatə  etdiyi  dövrdən 

asılı  olmayaraq  evalyusiya  müddətində  əmək  vasitələrində  tədricən 

təkmilləşmələr gedir: texnika daha mükəmməl olur, məhsuldarlığı artır, 

texniki  parametrləri  yaxşılaşır  və  s.  Göstərmək  lazımdır  ki,      elmdə 

olduğu  kimi,  texnikada  da  evalyusiya  inkişafı  inqilabi  inkişafla  başa 

çatır,  lakin  konkret  olaraq  əmək  vasitəsinin  tərəqqisi  dayanmır: 

texnikada inqilab baş verdikdən sonra yeni əsas üzərində təzədən onun 

tədricən  inkişafı  başlayır  və  yeni  inqilabi  dəyişmənin  əmələ  gəlməsi 

üçün zəmin hazırlayır. Deməli, elmdə olduğu kimi texnikada da tədrici 


 

 

275 



inkişaf inqilabi dəyişikliklərlə nəticələnir, sonradan tam yeni, mütərəqqi 

əsas  üzərində  yenidən  tədricən  inkişaf  başlayır  və  yeni  inqilabi 

dəyişikliklər baş verir və bu tsikl  daim təkrar olunur. 

Müasir dövrdə belə prosesin getməsini çoxlu misallar təsdiq edir. 

Məsələn, hazırda bütün sənaye sahələrində geniş tətbiq edilən elektron-

hesablama maşınların (EHM) dördüncü və beşinci nəsli, onların ilk dəfə 

yaradılmış  birinci  nəslinin  evalyusiya  inkişafının  nəticəsidir.  Lakin 

göstərmək  lazımdır  ki,  EHM  ilk  nümunələri  (birinci  nəsli)  hesabalma 

texnikasında  baş  verən  inqilabın  nəticəsi  idi.  Lakin  EHM  birinci 

nəslinin  təkmilləşdirilməsi  onların  ikinci  nəslinin  meydana  çıxmasına, 

sonrakı  təkmilləşmələr  isə  üçüncü,  dördüncü  və  s.  nəslinin  meydana 

gəlməsinə səbəb olmuşdur. 

Əslində EHM  yeni modelləri süni intellektə malik çox “savadlı” 

və “ağıllı” maşınlardı. Bu EHM-də baş verən  yeni inqilabi çevrilişdir. 

Bundan 

sonra, görünür EHM-



nı 

sonrakı 


nəsillərin 

təkmilləşdirilməsindən  söhbət  getməlidir:  yeni  əsas  üzərində  -  EHM 

yeni  qəbiləsi  əsasında  yeni  evalyusiya  inkişafı  başlanacaq  və  EHM 

texnikasından  yeni  inqilabi  çevrilişin  baş  verməsinə  qədər  davam 

edəcəkdir. 

Göstərdiyimiz  bu  misal  bir  daha  sübut  edir  ki,  texniki  tərəqqi 

irəliyə doğru aramsız hərəkət edən bir prosesdir ki, onun da əsas tərkib 

hissələrini  texnikanın  tədrici  (evalyusiya)  inkişafı  ilə  inqilabi  inkişafı 

təşkil  edir.  Bu  prosesi  tarixi  nöqteyi-nəzərincə  izləsək,  görərik  ki, 

cəmiyyət miqyasında texnikanın tərərqqisi tsiklik xarakter daşıyır. Bu o 

deməkdir ki, bəşər tarixində daim belə bir proses baş verir: evalyusiya 

(tədricən)  dəyişikliklər  inqilabi  dəyişikliklərlə  (çevrilişlərlə)  əvəz 

olunur,  sonra  isə  yenə  də  mütərəqqi    əsas  üzərində  evalyusiya 

dəyişiklikləri başlayır və tsikl təkrar olunur. Bu qanunauyğun, obyektiv 

proses  cəmiyyətin  tələbatlarından  və  bu  tələbatları  tam  və  nisbətən  az 

ictimai  xərclərlə  ödəmək  zərurətindən  doğan  və  sonu  olmayan  bir 

prosesd

ir.  Məsələnin  tam  aydın  olması  üçün  texnika  və  texnologiyada 



 

 

276 



baş  verən  evalyusiya  və  inqilabi  dəyişikliklərə  aid  bir  əyani  misal  da 

göstərək. 

Məlumdur 

ki, 


maşınqayırma 

sənayesində 

istehsalın, 

texnologiyanın əsasını emal əməliyyatları təşkil edir. Müxtəlif mexaniki 

emaletmə üsulları çoxdan mənimsənilmiş və istehsala tətbiq edilmişdir. 

Lakin maşınqayırma məhsulunun keyfiyyətinə olan ictimai tələbatların, 

istehsalın səmərəliliyinin köklü surətdə yüksəldilməsi, emal üsullarının 

təkmilləşdirilməsini  qarşıya  aktual  bir  problem  kimi  daim  qoymuşdur. 

Məlum texniki emal üsulları tədricən təkmilləşdirilmiş (texnologiyanın 

evalyusiya  inkişafı)  və  öz  son  həddinə  çatmışdır.  Təcrübə  göstərir  ki,  

emal üsullarının bundan sonra evalyusiya təkmilləşmələri köklü surətdə 

iqtisa


di nəticə vermir. Buna görə də prinsipcə yeni xüsusiyyətlərə malik 

emal  üsulları  yaranması  zərurəti  meydana  gəldi.  Fizika,  kimya 

elmlərində baş verən inqilabi kəşflər bu məsələni həll etmək üçün şərait 

yaratdı  və  prinsipcə  yeni  emal  üsulları  meydana  gəldi.  Metalların 

elektroqığılcım, elektroimpuls, elektrokimya, ultrasəs və s. emal üsulları 

belə  üsullardandır.  Hazırda  maşınqayırma  istehsalında  elektrolit 

pardaxlama,  kimyəvi  frezləmə,  elektroboşaltma,    elektrokimyəvi, 

ultrasəs  üsulları  ilə  metalların  emal  edilməsi  xəyal  deyil,  adi  həqiqətə 

çevrilmişdir. Metalların inqilabi emal üsullarına onların plazma ilə emal 

edilməsi  üsulları  da  daxildir.  Bu  göstərdiyimiz  emal  üsullarının 

inqilabiliyi  ondadır  ki,  onlar  tam  yeni  elmi-texniki  prinsiplərə 

əsaslanırlar. Deməli, mexaniki emal üsullarının kimyəvi, fiziki, elektrik 

emal  üsullarına  keçilməsi  texnologiyada  baş  verən  inqilabi 

dəyişikliklərdir. 

Beləliklə də, elmin və texnikanın tərəqqisi evalyusiya dəyişmələri 

və  inqilabi  dəyişmələr  formasında  baş  verir.  Elmi-texniki  tərəqqinin 

sürətləndirilməsində  hər  iki  formanın  əhəmiyyəti  böyükdür.  İstehsalın 

səmərəliliyinə  təsir  etməsi  baxımından  isə    həlledici  rol  inqilabi 

dəyişmələrin  payına  düşür.  Ona  görə  ki,  məhz  texnikada  və 

texnologiyada  inqilabi  çevrilişlər  ictimai  əmək  məhsuldarlığını  köklü 

surətdə,  cəmiyyətin  tələb  etdiyi  səviyyədə  yüksəldə  bilir.  Lakin  elmin 


 

 

277 



və  texnikanın  inqilabi  çevrilişlərə  məruz  qalması  və  bu  prosesin 

intensivləşdirilməsi  nöqteyi-nəzərincə  onların  inkişafının  evalyusiya 

forması  və  evalyusiya  müddəti  mühüm  rol  oynayır.  Evalyusiya  dövrü 

qısaldıqca  elmdə  və  texnikada  inqilabi  çevrilişlər  tez-tez  baş  verir. 

Deməli, elmin və texnikanın inqilabi çevrilişlərə məruz qalması və bu 

prosesin  intensivləşdirilməsi  nöqteyi-nəzərincə  onların  inkişafının 

evalyusi

ya  forması  və  evalyusiya  müddəti  mühüm  rol  oynayır. 

Evalyusiya dövrü qısaldıqca elmdə və texnikada inqilabi çevrilişlər tez-

tez  baş  verir.  Deməli,  elmin  və  texnikanın  tərəqqisini  sürətləndirmək 

üçün  əsas  şərt  onların    tədrici  (evalyusiya)  inkişaf  müddətinin 

(dövrünün, vaxtının) maksimum qısaldılmasıdır. 

Elmin və texnikanın tərəqqisi sonsuz bir prosesdir. Onun obyektiv 

əsasını insanların tələbatları və bu tələbatların sürətlə artması təşkil edir. 

Məsələ burasındadır ki, hər hansı bir dövr-də cəmiyyətin öhdəsində olan 

istehsal vasitələri tələbatları ancaq müəyyən müddətdə ödəyə bilir. Vaxt 

keçdikcə  fəaliyyətdə  olan  əmək  alətləri  və  əmək  cisimləri  durmadan 

artan  tələbatları  ödəyə  bilmir.  Cəmiyyətin  yeni  üstün  tələbatlarını 

dolğun şəkildə ödəmək üçün daha müəkəmməl, daha məhsuldar istehsal 

vasitələrinin yaradılması zərurəti meydana çıxır. Elə bir dövr yaranır ki, 

əldə  olan  istehsal  vasitələrinin  köməyi  ilə  cəmiyyətin  bu  və  ya  başqa 

məhsullara  olan  tələblərini  ödəmək  mümkün  olmur.  Yeni  texniki 

vasitələrin  tapılmasına,  istehsal  edilməsinə  və  sənayenin  və  xalq 

təsərrüfatının müxtəlif sahələrində tətbiq edilməsinə ehtiyac artır. Bu da 

texnikada  inqilabi  çevrilişləri  zəruri  edir.  Bu  zəruriyyət  prinsipcə  yeni 

texnikanın  yaradılması  nəticəsində  həll  edilir.  Bu  proses 

ar

asıkəsilmədən davam edir. Elə buna görə də bəşəriyyət tarixində çoxlu 



elm və texniki inqilablar baş vermişdir və bu proses indi də davam edir.  

Texnika  öz  inkişafında  çox  sadə  dildə  desək,  primitiv  daş 

alətlərdən  indi  istehsala  geniş  tətbiq  edilən  və  süni  intellektə  malik 

EHM-


ə qədər uzun və mürəkkəb yol keçmişdir. Texnikada baş vermiş 

inqilablara  çoxlu  misallar  çəkmək  olar.  Öz  dövründə  daş  alətlərin 

meydana gəlməsi inqilab idi. Sonralar daş alətlərin başqa materiallardan 


 

 

278 



(dəmirdən, poladdan, müxtəlif bərk alətlərdən və s.) hazırlanan alətlərlə 

əvəz  edilməsi  də  texnikada  baş  verən  inqilab  idi.  XVIII  əsrin  ikinci 

yarısında  buxar  mühərrikinin  yaranması  və  istehsala  tətbiq  edilməsi, 

XIX  əsrin  axırı  və  XX  əsrin  əvvəllərində  elektrik  və  daxili  yanma 

mühərriklərinin meydana gəlməsi də texnikada baş verən inqilablardır. 

Müasir dövrdə texnikada baş  verən inqilablar  mürəkkəb və  çoxşaxəli 

bir  prosesə  çevrilmişdir.  Bu  prosesin  əsas  cəhəti  texnikanın  kinematik 

quruluşunun  dəyişməsi  və  prinsipcə  yeni  həlqələrinin  -  kibernetik 

proqramlaşdırılmış  qurğuların,  idarəedici  və  nəzarətedici  həlqələrinin 

yaradılması  və  inkişaf  etdirilməsidir.  Məhz  belə  həlqələrin  meydana 

gəlməsi cəmiyyətin çoxdankı arzusunu - avtomatlaşdırılmış istehsalların 

yaradılmasını  reallaşdırmağa  imkan  vermişdir.  Belə  texniki  inqilabın 

nəticəsində  insan  hər  cür  yekcins,  yaradıcı  olmayan  işləri  yerinə 

yetirməkdən xilas olur. 

İnkişaf  etmiş  və  yeni  sənaye  ölkələrində  əldə  edilən 

müvəffəqiyyətlərin  əsasında  emal  sənayesi  durur.  Xüsusən  də 

maşınqayırma onlar üçün mühüm rol oynayır. Kim dünya bazarına daha 

çox  və  daha  keyfiyyətli  maşınqayırma  məhsulu  çıxara  bilirsə  o  ölkə 

daha  sürətlə  inkişaf  edir.  Bazara  rəqabət  dözümlü  maşınqayırma 

məhsulu  çıxarmaq,  reallaşdırmaq  və  çoxlu  mənfəət  əldə  etmək  isə  ilk 

növbədə elmi-texnika istehsal tsiklindən baş çıxarmağı tələb edir. 

Elmin  və  texnikanın  tərəqqisi  son  nəticədə  istehsalın  tərəqisinə 

səbəb olmalıdır. Buna görə də “elmi-texniki  tərəqqi” anlayışı ilə yanaşı 

“elmi-


istehsal  tərəqi”  və  “istehsalın  tərəqqisi”  anlayışları  də 

fərqləndirilməlidir.  Bunun  böyük  əhəmiyyəti  vardır.  Məsələ 

burasındadır ki, elmin və texnikanın tərəqqisi cəmiyyətə ancaq o zaman 

səmərə verə bilir ki, həmin vaxt əldə edilən nailiyyətlər istehsala tətbiq 

edilmiş  olsun.  Əgər  elmi  və  texniki  nailiyyətlər  istehsala    tətbiq 

edilmirsə, onda onlar nailyiyət olaraq qalırlar, səmərə isə vermirlər. 

Bundan  başqa,  elmi  və  texniki  nailiyyətlər  istehsala  vax-tından 

gec  tətbiq  edilə  bilər.  Bu  zaman  yeni  texnikanın  verə  biləcəyi  səmərə 

azalır.  Ən  böyük    səmərə  elmi  və  texniki  nailiyyətləri  istehsala 


 

 

279 



gecikmədən  tətbiq  edildikdə  əldə  edilir.  Lakin  bu  halda  da  istehsalın 

tərəqqisindən  danışmaq  olmaz.  Ona  görə  ki,  bir  neçə  mütərəqqi 

texnikanın və ya elmi nailiyyətin istehsala tətbiqi hələ orada baş verən 

dəyişikliklərin hansı formada - inqiabi və yaxud da tədrici (evalyusiya) 

formalarından  getməsi  haqqında  heç  bir  rəy  söyləməyə  imkan  vermir. 

Doğrudan da, əgər maşınqayırma müəssisəsində texnoloji  avadanlıqlar 

parkı  500  müxtəlif  avadanlıqlardan  ibarətdirsə,  onda  5-i, 10-u, 15-i 

mütərəqqidirsə,  bu  istehsalın  texniki  bazasında  inqilabi  dəyişikliklərin 

baş  verməsi  deyildir.  İstehsalın  tərəqqisindən,  orada  baş  verən  elmi-

texniki inqilablardan o zaman söhbət gedə bilər  ki, birincisi, müəssisə 

və  birliyin  sərəncamında  olan  texnoloji  avadanlıqların  heç  olmazsa 

yarısından  çoxu  müasir  elmi-texniki  tərəqqinin  nailiyyətlərinə  cavab 

verən mütərəqqi avdanlıqlardan ibarət olsun və ikincisi, bu müəssisədə 

istehsal edilən məhsulun yeniləşmə əmsalı yüksək olsun, keyfiyyəti isə 

ən azı dünya standartlarına cavab versin. Bu şərtlər ödənilməyən bütün 

hallarda  istehsalın  inqilabi  inkişafından  deyil,  onun  evalyusiya 

(tədricən) inkişafından söhbət gedə bilər. 

Deməli,  təcrübə  üçün  çox  əhəmiyyətli  olan  məsələlərdən  biri 

“elmi-

texniki  tərəqqi”  anlayışı  ilə  “istehsalın  tərəqqisi”  anlayışını  bir-



birindən dəqiq surətdə ayırmaqdır. Əks təqdirdə istehsalın səmərliliyinə 

təsir  edən  çoxlu  mənfi  hallarda  qarşılaşmalı  oluruq.  Keçmiş  SSRİ 

sənayesinin indiki ağır vəziyyətinin səbəblərindən biri və demək olar ki, 

başlıcası  bu  olmuşdur  ki,  ETT  ilə  “istehsalın  tərəqqisi” 

eyniləşdirilmişdir. Nəticədə ayrı-lıqda elmin və texnikanın tərəqqisi baş 

versə  də  istehsalın  tərəqqisi  baş  verməmişdi.  İstehsalın  tərəqqisi  üçün 

əsas  şərt  elmi-texniki  nailiyyətləri  kecikmədən  istehsala  hərtərəfli,  

kompleks  şəkildə  tətbiq  etmək  və  bu  yol  ilə  gedib  məhsulun 

keyfiyyətini bazar iqtisadiyyatı tələbləri səviyyəsinə çatdırmaqdır. 

Elmi-


texniki  tərəqqinin  və  istehsalın  tərəqqisinin  mahiyyətini 

açmağa onun fazalarını öyrənmək kömək edir. Elmi-texniki tərəqqi vax-

ta görə baş verən bir proses kimi bir-biri ilə qarşılıqlı surətdə əlaqədar 

olan yeddi fazanı (sahəni) əhatə edir. Bunlara fundamental tədqiqatlar, 



 

 

280 



tətbiqi tədqiqatlar, texniki işləmələr və sınaq istehsalı,  yeni texnikanın 

ilkin  mənimsənilməsi,  yeni  texnikanın  hərtərəfli  (geniş)  yayılması, 

səmərəli  istifadə  edilməsi,  istehsaldan  çıxarılması  və  yenisi  ilə  əvəz 

edilməsidir.  Qlobal  miqyasda  götürdükdə  fundamental  tədqiqatlarda 

əsas  məqsəd  cəmiyyətin  və  təbiətin  obyektiv  qanunları  haqqında 

ümumelmi  məlumatlar  əldə  etməkdir.  Tətbiqi  elmi-tədqiqat  işlərində 

fundamental tədqiqatın nəticələrindən təcrübədə istifadə edilməsi yolları  

araşdırılır  və  tapılır.  Tətbiqi  tədqiqatların  nəticələrinə  əsaslanaraq 

texniki  işləmələr  fazasında  prinsipcə  yeni  və  yaxud  təkmilləşdirilmiş 

texnikanı  (məhsulu,  məlumatı)  yaratmaq  üçün  layihə,  texnoloji, 

təşkilati-idarəetmə,  təcrübi-eksperiment,  yoxlama  sənədləri  hazırlanır. 

Bu fazanın mühüm və son pilləsi sınaq istehsalıdır, yəni yeni texnikanın 

sınaq nümunələrinin hazırlanmasıdır ki, bunun da əsas məqsədi layihə-

texnoloji  işləmələrin  nəticələrini  real  vəziyyətdə  yoxlamaq,  onlara 

lazımi düzəlişlər verməkdir. Bu mühüm fazadan sonra yeni texnikanın 

ilkin  mənimsənilməsi  fazası  başlayır.  Bu  fazada  texniki  və  iqtisadi 

mənimsənilmələr  fərqləndirilir.  Sonrakı  fazalar  yeni  texnikanın 

məqsədyönlü  miqyasında  iqtisadi  mənimsənilməsi  və  hərtərəfli 

yayılmasını  və  istehsaldan  çıxarılıb  yenisi  ilə    əvəz  edilməsini  əhatə 

edir. 


Deməli, elmi-texniki tərəqqi bir proses kimi fundamental tədqiqat-

lar


dan tutmuş, yeni texnikanın ümumdövlət və ümumdünya miqyasında 

mənimsənilməsinə qədər olan bir dövrü (müddəti) əhatə etsə də bu pro-

se

sin ancaq beşinci fazasında istehsalda tərəqqi başlayır və yüksək iqti-



sadi səmərə əldə etmək üçün obyektiv imkan yaranır. Buna görə də sə-

mərəlilik  nöqteyi-nəzərincə  “İstehsalın  tərəqqisi”  məfhumu  “elmi-

texniki  tərəqqi”  məfhumundan  genişdir.  Əgər  elmi-texniki  tərəqqi 

istehsalın  tərəqqisinə  gətirib  çıxarmırsa,  yəni  elmi-texniki nailiyyətlər 

istehsal  aparatında  inqilabi  dəyişikliklərə  səbəb  olmursa,  dünya  bazarı 

rəqabətinə  dözümlü  məhsul  istehsal  edilməsi  ilə  nəticələnmirsə,  onda 

elmi-

texniki tərəqqi prosesinin əvvəlki dörd fazalarında çəkilən xərclər 



lazımi səmərə vermir. 

 

 

281 



İstehsalda elmi-texniki  və  iqtisadi  tərəqqi  baş  verməsini  təmin 

etmək  üçün  elmi-texniki  tərəqqinin  göstərdiyimiz  beş  fazalarından 

başqa daha iki - altıncı və  yeddinci fazalarını da  göstərmək lazımdır. 

Elmi-


texniki  tərəqqinin  bir  proses  kimi  altıncı  fazası  ümumdövlət 

miqyasında mənimsənilmiş və yeni texnikanın səmərəli, vaxta və gücə 

görə  tam  istifadəsini  əhatə  edir.  Bu  fazada  texnikanın  bütün  im-

kanlarından istifadə etmək və mənəvi köhnəlməsinə qədər olan dövrdə 

ondan daha çox səmərə əldə etmək lazımdır. 

Yeddinci  -  sonuncu faza - 

yeni  texnikanın  fiziki  və  mənəvi 

köhnəlməsini  əhatə  edir.  Bu  dövrdə  istifadə  edilən  texnikadan  daha 

yüksək parametrləri ilə fərqlənən texnika meydana gəlir. Buna görə də 

fəaliyyətdə olan texnikanın təkmilləşdirilməsindənsə, onu daha  yüksək  

texniki-

iqtisadi  göstəricilərə  malik  əmək  vasitəsi  ilə  əvəz  etmək  daha 

sərfəli olur. Beləliklə də, elmi-texniki və elmi-istehsal tsikli yeddi fazanı 

əhatə  edir.  Ancaq  bu  halda  istehsalın  tərəqqisindən  söhbət  gedə  bilər, 

ancaq  bu  halda  yüksək  səmərəli  xassəyə  malik,  uyuşqanlı  istehsaldan 

danışmaq olur. 

Həm istehsalın tərəqqisi və həm də texnikanın və elmin tərəqqisi 

üçün  göstərdiyimiz  fazalar  labüddür.  Lakin  elmi-texniki  tərəqqi  üçün 

birinci dörd fazalar, istehsalın tərəqqisi üçün və deməli, yüksək iqtisadi 

və  sosial  səmərə  əldə  etmək  üçün  isə  axırıncı  üç  (beşinci,  altıncı  və 

yeddinci) fazalar həlledici rol oynayırlar. Başqa sözlə desək, istehsalın 

tərəqqisi  üçün  ən  vacib  şərt  elmi-texniki  nailiyyətlər  nəticəsində 

meydana  gəlmiş  yeni  texnikaların  ümumsənaye  (ümumdövlət, 

ümumdünya)  miqyasında  iqtisadi  mənimsənilməsi,  tam  və  səmərəli  

istifadə  edilməsi  və  onların  vaxtında  mütərəqqi  texnikalarla  əvəz 

edilməsidir.  Elmi-texniki  tərəqqi  üçün  əsas  şərt  isə  fundamental 

tədqiqatların  tətbiqi,  tədqiqatların  genişləndirilməsi  və  təcrübi-

eksperimental işlərin gücləndirilməsidir. 



 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin