AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§2. Elmi- texniki tərəqqinin xüsusi istiqamətləri



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə21/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   17   18   19   20   21   22   23   24   ...   30
§2. Elmi-

texniki tərəqqinin xüsusi istiqamətləri 

 

 

282 



 

Texniki  tərəqqinin  xüsusi  istiqamətləri  sənayenin  ayrı-ayrı 

sahələrində daha çox nəzərə çarpır. Bu istiqamətlər adətən sahənin baş 

elmi-


tədqiqat  institutları,  aparıcı  elm  xadimləri, aparıcı  kompaniyaları, 

birlikləri tərəfindən təyin edilir və əsaslandırılır. 

Elmi-

texniki  tərəqqinin  xüsusi  istiqamətləri  içərisində  sahə 



məhsulu  kefiyyətinin  yüksəldilməsi,  assortimentinin  (çeşidinin) 

genişləndirilməsi,  məmulatların  davamlılığının  və  etibarlığının 

yüksəldilməsi  məsələsi  böyük  əhəmiyyətə  malikdir.  Əlbəttə,  ümumi 

şəkildə götürdükdə məhsulun keyfiyyətinin yüksəldilməsi bütün sənaye 

sahələri  üçün  vacib  hesab  edilən  bir  məsələdir.  Lakin  birincisi bu 

məsələnin həlli  yolları müxtəlif sahələrdə müxtəlifdir və ikincisi, sahə 

məhsullarının keyfiyyətinin yüksəlməsi ictimai istehsalın səmərəliliyinə 

müxtəlif səviyyədə  təsir  göstərir.  Buna  görə  də  problemin  -  məhsulun 

keyfiyyətinin  yüksəldilməsi  –  (onun  rəqabət  dözümlülüyünün 

artırılması)  sənayenin  müxtəlif  sahələrində  mövcud  olduğuna 

baxmayaraq biz onu elmi-

texniki  tərəqqinin  sahəvi  istiqaməti  hesab 

etməyi məqsədyönlü sayırıq. 

Əsas  konstruksiya materialları və xalq istehlakı malları istehsalı 

üçü

n  ilkin  materiallar  istehsal  edən  sənaye  sahələrində  məhsulun 



keyfiyyətinin  yüksəldilməsinin  xalq  təsərrüfatı  üçün  daha  çox 

əhəmiyyəti  vardır.  Belə  sahələrə  qara  və  əlvan  metallurgiya,  kimya 

sənayesi,  meşə  və  ağac  emalı  sənayesi  sahələri  ilk  növbədə  daxil 

edilməlidir.  Məsələ  burasındadır  ki,  elmi-texniki  tərəqqinin 

göstərdiyimiz  ümumi  və  müasir  istiqa-mətləri  ən  yüksək  dərəcədə 

inkişaf  etdirilərsə  belə  (məsələn:  əməyin  elektriklə  silahlanması  ən 

yüksək  səviyyəyə  çatdırılsa  belə)  əgər  metallurgiya  sənayesi  istehsal 

etdiyi  məhsulun  profillik    səviyyəsini  yüksəltməsə,  çox  nazik  və 

davamlı  metal  təbəqələri  istehsalını  artırmırsa,  leqirləşdirilmiş  çox 

yüksək texniki-iqtisadi göstəricilərə malik polad istehsal etmirsə, ictimai 

istehsalın  səmərəliliyini  köklü  surətdə  yüksəltmək  mümkün  olmur. 

Məlumdur  ki,  keçmiş  SSRİ  polad  istehsalının  həcminə  görə  dünyada 



 

 

283 



birinci yeri tuturdu. Lakin məhsul istehsalının hər vahidinə düşən metal 

xərcləri  bu  ölkədə    ABŞ-da  çəkilən  metal  xərclərindən  çox  idi. 

Metallurgiya  sənayesində  istehsal  edilən  yaymaların  keyfiyyətinin  pis 

və  çeşidinin  dar  olması  nəticəsində  sənaye  məhsulunun  metal  tutumu 

yüksək  idi.  Bir  qayda    olaraq  metallurgiya  sənayesi  məhsulunun 

keyfiyyəti  yüksələndə,  çeşidi  genişlənəndə  maşınqayırmada  emal 

zamanı əmələ gələn yonqarın miqdarı azalır. 

Metallurgiyada  məhsulun  keyfiyyətini  yüksəltmək  üçün  ilk 

növbədə  bu  məsələnin  həllinə  yönələn  texniki  tərəqqinin  sahəvi 

istiqamətlərindən geniş istifadə edilməlidir. Belə istiqamətlərə metalla-

rın  termiki  emalının  təkmilləşdirilməsi,  növlərinin,  profillərinin 

nomenklatura  və  çeşidlərinin  çoxaldılması,  yüksək  keyfiyyətli,  nazik 

təbəqəli metalın xüsusi çəkisinin artırılması daxildir. Texniki tərəqqinin 

metallurgiyaya  məxsus  olan  bu  cür  istiqamətləri  çoxlu    miqdarda 

material-enerji 

və əmək resurslarına qənaət etməyə imkan verir. 

Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  maşınqayırmada  mühüm 

əhəmiyyət  kəsb  edir.  Bu  həm  maşınqayırmanın  özü  üçün  və  həm  də 

bütövlükdə  ictimai  istehsalın  səmərəliliyini  yüksəltmək  üçün  başlıca 

şərtdir.  Maşınqayırmanın  istehsal  etdiyi    məhsullar  sənayenin  və 

iqtisadiyyatının bütün sahələrində əmək aləti kimi istifadə edilir. Buna 

görə  də  maşınqayırma  məhsulunun  davamlılığı,  etibarlılığı, 

uzunömürlülüyü,  qənaətcilliyi,  məhsuldarlığı  ictimai  istehsalın  bütün 

sahələrində  səmərəliliyə  ciddi  şəkildə  təsir  göstərir.  Buna  görə  də 

maşınqayırmada elmi-texniki tərəqqinin sahəvi istiqamətlərinə maşın və 

mexanizmlərin 

məhsuldarlığının 

yüksəldilməsi, 

etibarlılığının 

artırılması,  avtomatlılıq  səviyyəsinin  yüksəldilməsi  və  s. bu kimi 

məsələlərin  həllinə  yönələn  tədbirlər  daxildir.  Maşınqayırma  daim  öz 

məhsulunu yeniləşdirməli, istər özündə və istərsə də iqtisadiyyatın digər 

sahələrində  istehsal  proseslərini  kompleks  avtomatlaşdırmağa  imkan 

verən, dünya standartlarına cavab verən əmək alətləri istehsal etməlidir. 

Maşınqayırma    istehsalı  uyuşqanlı  olmalıdır  ki,  prinsipcə  yeni  məhsul 

isteh


salına  az  vaxt  sərf  etməklə  keçmək  mümkün  olsun.  Deməli, 

 

 

284 



uyuşqanlı avtomatlaşdırılmış sistemlərin yaradılması və istehsala tətbiqi 

həm  maşınqayırmanın  özündə  və  həm  də  digər  sahələrdə  elmi-texniki 

tərəqqinin  sahəvi  istiqaməti  kimi  özünü  göstərir.  Doğrudan  da  texniki 

tərəqqinin ümumi istiqamətləri olan elektrikləşdirmə, mexanikləşdirmə, 

avtomatlaşdırma  və  kimyalaşdırma  yüksək  səviyyədə  inkişaf  etdirilsə 

belə, əgər istehsalın uyuşqanlığı, dinamikliyi təmin edilməyibsə, rəqabə-

tə dözümlü maşınqayırma məhsulu istehsal oluna bilməz. Bu, bir daha 

sübut edir ki, elmi-

texniki tərəqqinin ümumi və müasir istiqamətləri ilə 

yanaşı  konkret  istehsal  üçün  spesifik  xarakterə  malik  sahəvi 

istiqamətlərinə də diqqət artırılmalıdır. 

İqtisadiyyatın  konkret  sahəsində  istehsal  edilən  məhsulun    və 

göstərilən  xidmətin  keyfiyyətinin  yüksəldilməsi  böyük  iqtisadi  səmərə 

verməklə  yanaşı  texniki  tərəqqinin  sürətləndirilməsinə  də  kömək  edir. 

Məsələn,  kimya  sənayesində  fenolun  və  formalinin  keyfiyyətinin 

yüksəldilməsi  fenol-formaldehid  qətranın  alınması  əməliyyatının 

təxminən  iki  dəfə  qısaldılmasına  səbəb  olur.  Bu  da  öz  növbəsində 

avtomat xətlərdən istifadə edilməsi yolu ilə məmulatın istehsal prosesini 

tamamilə  avtomatlaşdırmağa  imkan  verir.  Göründüyü  kimi,  burada 

elmi-


texniki  tərəqqinin  sahəvi  istiqaməti  (kimya  sənayesində),  fenolun 

və formalinin keyfiyyətinin yüksəldilməsi onun ümumi istiqaməti olan 

avtomatlaşdırma  üçün  şərait  yaratmış  olur.  Buradan  belə  bir  mühüm 

nəticə çıxarmaq olar: elmi-texniki tərəqqinin sahəvi istiqamətləri onun 

digər istiqamətlərinə güclü təsir göstərir. Elə buna görə də elmi-texniki 

tərəqqinin  ümumi  istiqamətləri  məqsədyönlü  inkişaf  etdirilməlidir. 

Başqa  sözlə  desək,  məsələn,  elektrikləşdirmə  xatirinə  yox,  konkret 

sənaye  sahəsinin  texniki-iqtisadi  probleminin  elektrikləşmə  həllinə, 

texniki  tərəqqinin  sahəvi  istiqamətlərinin  inkişafına  uyğun  hə-yata 

keçirilməlidir. 

Elmi-

texniki tərəqqinin ictimai istehsalın səmərəliliyini yüksəldən 



mühüm  sahəvi  istiqamətlərindən  biri  də  istehsal  proseslərinin 

intensivləşdirilməsidir. Məsələn, metallurgiya və  kimya sənayelərində 

xammalın  dərin  saflaşdırılması,  dəqiq  növləşdirilməsi,  xammal  və  


 

 

285 



materialların  faydalı  komponentlərinin  artırılması  üçün  onların  ilkin 

emal edilməsi, bu baxımdan böyük əhəmiyyət kəsb edir. Metallurgiyada  

oksigen  və  təbii  qazdan,  kimya  sənayesində  isə  müxtəlif 

katalizatorlardan  geniş  istifadə  edilməsi  bu  sahələr  üçün  elmi-texniki 

tərəqqinin  sahəvi  istiqaməti  sayıla  bilər.  Bunlar  texnoloji    prosesi 

intensivləşdirirlər. 

Hazırda 

texnoloji 

proseslərin 

intensivləşdirilməsinin 

maşınqayırmda  böyük  əhəmiyyəti  vardır.  Lakin    təcrübə  göstərir  ki. 

planlaşdırma  və  idarəetmədə  elmi-texniki  tərəqqinin  bu  sahəvi 

istiqamətinə  zəif  inkişaf  etmiş  ölkələrdə  az  fikir  verilir.  Buna  görə  də 

istehsalın 

avtomatlaşdırılması, 

kimyalaşdırılması, 

elektrikləşdirilməsindən  əldə  edilən  iqtisadi  səmərə  istehsal 

proseslərinin  müvafiq  səviyyədə  intensivləşdirilməməsi  nəticəsində 

azala bilər. İnkişaf etmiş bütün ölkələrdə bu məsələyə ciddi fikir verilir. 

Bir  sıra  istehsallarda  ilkin  xammal  və  materialların  digərləri  ilə  əvəz 

edilməsi texniki-tərəqqini sahəvi istiqaməti kimi çıxış edir. Bu da böyük 

iqtisadi səmərə verir. Məsələn, kimya sənayesinin bəzi sahələrində ilkin 

xammal kimi işlədilən kömürün neftlə və qazla əvəz edilməsi bir neçə 

texnoloji  pillələri  ixtisara  saldığı  üçün  istehsalın  intensivliyi  artır, 

məhsulun maya dəyəri aşağı düşür. 

Tədqiqat  göstərdi  ki,  elmi-texniki  tərəqqinin  sahəvi  istiqamətləri 

onun  ümumi  istiqamətləri  olan  avtomatlaşdırma,    mexanikləşdirmə, 

kimyalaşdırma və elektrikləşdirmədən heç də az iqtisadi səmərə vermir. 

Onlar  ictimai  tələbatların  ödənilməsində  mühüm  rol  oynayırlar. 

Məsələn,  sintetik  spirtin,  yuyucu  vasitələrin  və  digər  kimya 

məmulatlarının  alınmasında  neft  və  qazdan  istifadə  edilməsi  yeyinti 

məhsullarından  texniki  məqsədlər  üçün  istifadə  edilməsinin  qarşısını 

alır  və  əhalinin  yeyinti  məhsullarına  olan  tələbatının  daha  dolğun 

ödənilməsinə şərait yaradır. 

Yüngül  və  əlvan  metallurgiyada,  kimya  sənayesində,  istehsal 

aparatlarında,  qurğularında,  aqreqatlarında  təzyiqin  və  hərarətin 

yüksəldilməsi  elmi-texniki  tərəqqinin  sahəvi  istiqamətlərindəndir. 


 

 

286 



Ovuntu  metallurgiyasının  inkişafı  və  hissə,  qovşaqların  getdikcə  daha 

çox hissəsinin metal ovuntulardan hazırlanması böyük iqtisadi və sosial 

əhəmiyyətə  malikdir  və  maşınqayırma  və    metallurgiya  üçün  elmi-

texniki tərəqqinin xüsusi istiqamətlərindəndir.  

Maşınqayırmada  elmi-texniki  tərəqqinin  mühüm xüsusi 

istiqaməti,  metalların  elektroqığılcım  ilə  emal  edilməsi,  elektrosəs  və 

lazer  şüaları  ilə  metalların  qaynaq  edilməsi  kimi  mütərəqqi  emal 

üsullarının geniş tətbiq edilməsidir. 

Sənayenin  bir  sıra  istehsallarında  texnoloji  proseslərin 

arasıkəsilməməzliyinin  təmin  edilməsi  elmi-texniki  tərəqqinin  sahəvi 

istiqaməti  rolunu  oynayır.  Maşınqayırmada,  metallur-giyada,  meşə  və 

yüngül  sənayelərdə  proseslərin  arasıkəsilməməzliyi  istehsala  getdikcə 

daha  çox  və  geniş  miqyasda  fasiləsiz  işləyən  aqreqatların,  kompleks 

texnoloji  xətlərin  tətbiqi  nəticəsində  təmin  edilir  ki,  bu  da  onların 

məhsuldarlığının 

yüksəldilməsinə, 

məhsulun 

keyfiyyətinin 

yaxışlaşdırılmasına  və  ən  başlıcası  isə  elmi-texniki  tərəqqinin  ümumi 

istiqaməti olan, avtomatlaşdırmanın inkişaf etdirilməsinə səbəb olur. 

Təmiz  və  ifrat  təmiz  materialların  (metalların)  əldə  edilməsi  və 

istehsala tətbiqi texniki tərəqqinin sahəvi istiqamətlərindəndir.  Getdikcə 

bu  istiqamətin  əhəmiyyəti  artır.  Məsələ  burasındadır  ki,  təmiz  və  ifrat 

təmiz materiallar yarımkeçiricilərin, atom enerjisinin, lazer texnikasının 

istehsalı ilə məşğul olan yeni mühüm sahələrin inkişafını təmin edirlər. 

Digər  tərəfdən  belə  materiallar  ənənəvi  sənaye  sahələri  olan  metallur-

giyada,  maşınqayırmada,  kimya  və  yüngül  sənayedə  də  geniş  tətbiq 

edilir. 


Elmi-

texniki  tərəqqinin  sahəvi  istiqamətləri  arasında  material 

resurslarından tam və səmərəli istifadə edilməsi çox mühüm əhəmiyyətə 

malikdir.  Bu  istiqamət  bütün  sənaye  sahələrində  böyük  əhəmiyyətə 

malikdir.  Lakin  ağac  və  ağac  emalı  sənayesində,  neft  və  filizçıxarma 

sahələrində  texniki  tərəqqinin  bu  istiqamətinin  daha  çox  əhəmiyyəti 

vardır. Texniki tərəqqinin sahəvi istiqaməti elə inkişaf etdirilməlidir ki, 


 

 

287 



təbii resurslar yerin atında tam çıxarılsın, kompleks emal edilsin, tullantı 

(itkilər) olmasın. 

Hər  bir  sənaye  sahəsində  elmi-texniki  tərəqqinin  sahəvi 

istiqamətlərini üzə çıxarıb onları məqsədyönlü şəkildə inkişaf etdirmək 

onun  ümumi  və  ən  müasir  istiqamətlərinin  inkişafına  kömək  edir  və  

bütövlükdə elmi-texniki tərəqqinin sürətləndirilməsinə səbəb olur. Əgər 

elmi-

texniki  tərəqqinin  ümumi  istiqamətləri  onun  sahəvi 



istiqamətlərinin  inkişafı  ilə  paralel  aparılmırsa,  onda  istehsalın 

səmərəliliyi  mümkün  olan  yüksək    səviyyəyə  çatmır.  ETT-nin ümumi 

istiqamətlərinin inkişaf etdirilməsi nəticəsində əldə edilən səmərə, onun 

sahəvi istiqamətlərinin zəif inikşafının təsiri nəticəsində azalır. Məsələn, 

elektrikləşdirmə 

və 


mexanikləşdirmə, 

avtomatlaşdırma 

və 

kimyalaşdırma  meşə  sənayesinin  və  meşə  emalı  sənayesinin  sürətlə 



inkişaf  etdirməyə  imkan  verir.  Lakin  ETT-nin  sahəvi  istiqaməti  - 

xammalın  kompleks    istifadəsi  məsələsi  lazımi  səviyyədə  həll 

edilməzsə, emal müəssisələrində tədarük olunmuş ağacın yarısına qədəri 

istehsal tullantısına çevrilə bilər. 

ETT-

nin  sahəvi  istiqamətlərini  nəzərə  almaq  müvafiq  



kompaniy

alardan  böyük  səy  və  bacarıq  tələb  edir.  Hansı  ölkədə 

sahibkarlar  bu  cəhətləri  vaxtında  görə  bilirlərsə,  onlar  da  azad  bazar 

sferasında özlərinə uyğun yer tuta bilirlər. 

 

 

 



§3. Elmi-

texniki tərəqqi və istehsalın səmərəliliyi 

 

Elmi-



texniki tərəqqi istehsalın səmərəliliyinə güclü təsir göstərir. 

Ən  başlıcası  isə  ondan  ibarətdir  ki,  elmi-texniki  tərəqqi  istehsalın 

inetnsiv  yolla  inkişafını  təmin  edir.  Bu  da  səmərənin  daha  yüksək 

olması üçün zəmin yaradır. 

Elmi-

texniki  tərəqqinin  istehsalın  intensivləşdirilməsində  və 



səmərəliliyinin  yüksəldilməsindəki  rolu  çox  şaxəlidir.  Qeyd  etmək 

 

 

288 



lazımdır  ki,  ETT-i  istehsalın  səməəliliyinə  özünün  ümumi,  xüsusi  və 

baxılan dövr üçün ən yeni istiqamətləri üzrə təsir göstərir. Elmi-texniki 

tərəqqi  istehsalın  bütün ünsürlərinə  -  əmək  vasitələrinə,  əmək  cisminə 

və əməyin özünə müsbət təsir göstərir, onları təkmilləşdirir və səmərəli 

və tam istifadə olunmaları üçün şərait yaradır. Bir qayda olaraq  elmi-

texniki  tərəqqinin  sürətləndirilməsi  nəticəsində  istehsal  edilən  məhsul 

vahidinin 

əmək, fond və material tutumları aşağı düşür, elm tutumu isə 

artır. Bu da istehsalın səmərəliliyinin yüksəldilməsi ilə nəticələnir. 

İstehsalın səmərəliliyinə elmi-texniki tərəqqi müxtəlif istiqamətlər 

və formada təsir göstərir. Bu imkan verir ki, təcrübədə yaranmış konkret 

şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin bu və ya digər istiqaməti və 

ya forması daha üstün inkişaf etdirilsin. 

Dünya  iqtisadiyyatı  elmində  elmi-texniki  tərəqqinin  bir  neçə 

inkişaf forması fərqləndirilir. İstehsalın hansı elementinə daha çox təsir 

etməsi baxımından elmi-texniki tərəqqinin əməyə qənaət, fonda qənaət, 

materiala qənaət və  yaxud da fond tutumlu, material tutumlu və əmək 

tutumlu formaları fərqləndirilir. Çox vaxt konkret istehsallarda yaranmış 

şəraiti nəzərə alaraq elmi-texniki tərəqqinin göstərdiyimiz formalarının 

əlaqələndirilməsindən  əmələ  gələn  formalarından  da  istifadə  edilir. 

Elmi-

texniki tərəqqinin belə əlaqələndirilmiş formlarına əmək tutumlu - 



fondqoruyucu, fondtutumlu -  material qoruyucu, material tutumlu - 

əmək qoruyucu, əmək tutumlu - fond qoruyucu və s. formaları daxildir. 

Formalar  üzrə  elmi-texniki  tərəqqinin  sürətəndirilməsinin 

mahiyyəti  istehsalın  səmərəliliyinin  məqsədyönlü  yüksəldilməsidir. 

Əgər sənaye müəssisəsi işçi qüvvəsinin çox olduğu regionda yerləşirsə, 

müəyyən  dövrdə  elmi-texniki  tərəqqinin  əmək  tutumlu  formasının 

inkişafı məqsədəuyğun hesab olunur. Digər regionlarda deyək ki, əgər 

fondlara  qənaət  etmək  daha  sərfəlidirsə,  onda  elmi-texniki  tərəqqinin 

əməktutumlu  -  fond  qoruyucu  forması,  materiallara  qənaət  daha 

sərfəlidirsə, onun əmək tutumlu - material qoruyucu forması daha üstün 

inkişaf  etdirilir.  Əgər  müəssisənin  yerləşdiyi  ərazidə  əmək  ehtiyatları 


 

 

289 



çatışmırsa, onda elmi-texniki tərəqqinin əməyə qənaət formasını inkişaf 

etdirmək lazımdır. 

Qeyd edək ki, elmi-texniki tərəqqinin bu və  ya  digər  formasının 

konkret  istehsal  üçün  seçilməsi  vaxt  etibarı  ilə  müvəqqəti  xarakter 

daşımalıdır. Məsələn, işçi qüvvəsi artıqlığı aradan götürüldükdən sonra 

elmi-


texniki  tərəqqinin  forması  da  dəyişilməlidir.  Ümumiyyətlə 

götürdükdə isə elmi-texniki tərəqqinin daha çox səmərə verən istiqamət 

və formasına üstünlük vermək lazımdır. 

Elmi-


texniki    tərəqqi  istehsalın  intensivləşdirilməsinə  güclü  təsir 

göstərir.  Ümumiyyətlə  götürdükdə  isə  elmi-texniki  tərəqqi, 

intensivləşmə  və  istehsalın  iqtisadi  səmərəliliyi  qarşılıqlı  əlaqədə 

olurlar. Burada istehsalın səmərəliliyi elmi-texniki tərəqqinin və istehsal 

proseslərinin intensivləşmənin son nəticəsidir. Elmi-texniki  tərəqqi bu 

nəticənin  əldə  edilməsində  hərəkətverici  qüvvə,  yəni  amil rolunu 

oynayır.  İntensivlşəmə  isə  yüksək  son  nəticənin  əldə  edilməsi  üçün 

şərait,  məhsuldar  istehsal  mühiti  yaradır.  İntensivləşmənin  səviyyəsi 

yüksəldikcə  elmi-texniki  tərəqqinin  inkişafı  üçün,  elmi-texniki  tərəqqi 

inkişaf etdikcə intensivləşmənin yüksəlməsi üçün şərait yaranır. Bunun 

nəticəsində də istehsalın iqtisadi səmərəliliyi yüksəlir. 

Qeyd edək ki, intesnviləşmə ilə  elmi-texniki tərəqqi arasında sıx 

və  qarşılıqlı  əlaqə  vardır.  Lakin  onları  eyniləşdirmək  olmaz.  Çünki 

onların inkişaf istiqamətləri, yolları bir çox cəhətdən eyni deyildir, bir-

birinin üzərinə düşmür. 

Elmi-


texniki  tərəqqi  iqtisadiyyatın  bütün  sahələrini  əhatə  edən 

çoxcəhətli və qanunauyğun bir prosesdir. Sənayedə bu proses öz əksini 

istifadə  edilən  maşın  və  mexanizmlərin,  ötürücü  qurğuların,  alət  və 

tərtibatların,  ölçü  və  tənzimləyici  vasitələrin  hər  cür  mexanizmlərin 

sistemdə  işləyən  maşın  mexanizmlərlə  əvəz  olunmasında,  istehsalın 

robotlaşmasında,  uyuşqanlı  istehsalların  əmələ  gəlməsində  və  s.  tapır. 

Texniki-

tərəqqi  texnikanın  daim  irəliyə  doğru  hərəkəti  prosesi  kimi 

özünün  elmə  məlum  olan  ümumi  və  xüsusi  istiqamətləri,  forma  və 

istiqamətləri  üzrə  inkişaf  edir.  Elmi-texniki  tərəqqi  sürətləndikcə  söz 



 

 

290 



yox ki, istehsalın intensivləşməsi səviyyəsi yüksəlir. Lakin bu o demək 

deyildir ki, 

istehsalın  intensivləşməsi  elmi-texniki  tərəqqinin  inkişaf 

qanunları altında avtomatik, özü-özünə formalaşır. İntensivləşdirmənin 

ETT-

nin istiqamətləri ilə üst-üstə düşən istiqamətləri ilə yanaşı təşkilati-



iqtisadi  və  sosioloji  amillərlə  şərtləşən  öz  istiqamətləri,  elmi-texniki 

tərəqqi nəticəsində əldə edilmiş istehsal aparatından vaxta və gücə görə 

tam istifadə edilməsinə  və onların vaxtında təzələşdirilməsinə  yönələn 

istiqamətlər və bunun həyata keçirilməsi üçün görülən tədbirlərlə təyin 

olunur.  İntensivləşdirmənin,  (səviyyəsinin  yüksəlməsinin)  öz  fərdi 

istiqamətləri  əldə  olan  material,  əmək,  enerji  və  resurslardan  daha 

səmərəli, daha məqsədyönlü, daha qənaətlə istifadə edilməsinə yönəlir. 

Real həyatda elmi-texniki tərəqqi öz əksini əmək alətlərində  və 

əmək  cismində  baş  verən  dərin  və  çoxcəhətli  dəyişikliklərdə  tapır. 

İstehsalın  səmərəliliyini  yüksəltmək  üçün  bu  nailiyyətləri  geçikmədən 

istehsala  tətbiq  etmək  lazımdır.  Son    nəticədə  işçi  kollektivin  sosial-

iqtisadi inkişafı bu prosesin intensivliyindən bilavasitə asılı olur. Elmi-

texniki tərəqqinin nailiyyətlərini istehsala daha tez tətbiq edənlər yüksək 

səmərəlilik  əldə  edirlər.  Buna  görə  də  fərdi  əmək  fəaliyyətinin  vüsal 

tapdığı və ümumiyyətlə, mülkiyyətin dövlətsizləşdirildiyi indiki  dövrdə 

elmin  və  texnikanın,  onların  əsas  elmentlərinin  tərəqqisinin  əsas 

istiqamətlərini  və  formalarını  təyin  etməyin  zəruriliyi  artmışdır. 

Müəssisəni arendaya götürən və öz istehsal-təsərrüfat fəaliyyətinin son 

nəticələri  üçün  tam  məsuliyyət  daşıyan  əməkçi  kollektiv  hər  hansı 

konkret bir dövr üçün özünün texniki siyasətinin əsas  cəhətlərini dərk 

etməlidir.  Ancaq  belə  olan  halda  icarəyə  götürülən  müəssisə  rəqabətə 

dözümlü məhsul istehsal etmək imkanına malik ola bilər. 

İlk növbədə ETT-nin hansı istiqamətlər üzrə istehsala və yaxud da 

idarə  edilən  hər  hansı  bir  digər  obyektə  təsir  etdiyini  araşdırmaq 

lazımdır.  Uzun  illərin  təcrübəsi  sübut  etmişdir  ki,  elmi-texniki 

tərəqqinin  istiqamətlərini  üç  yerə  ayırmaq  onun  nailiyyətlərinin 

istehsala tətbiqini sürətləndirir. 


 

 

291 



Birinci qrupa 

ümumi  istiqamətlər  daxildir.  Bu  istiqamətlərə 

istehsalın mexanikləşdirilməsi, avtomatlaşdırılması, elektrikləşdirilməsi 

və  kimyalaşdırılması  aid  edilir.  Görüdüyü  kimi  bu  istiqamətlər 

sənayenin bütün  sahələrinə aid ola bilər. Elə buna görə də onlar texniki 

tərəqqinin ümumi istiqamətləri adlanır. 

İkinci qrupa müəyyən dövr üçün həlledici sayılan istiqamətlər aid 

edilməlidir. Texniki tərəqqinin bu istiqamətləri  yuxarıda göstərdiyimiz 

ümumi istiqamətlərlə əlaqədar olsalar da konkret bir dövr üçün prioritet 

isti


qamət  sayılır  və  istehsalda  inqilabi  dəyişikliklərə  səbəb  olur.  Bu 

istiqamətlərə  hazırkı  dövr-də  prinsipcə  yeni  texnikanın  və 

texnologiyanın yaradılması və istehsala tətbiqi, istehsalın elektronlaşdı-

rılması,  kompüterləşdirilməsi,  kompleks  avtomatlaşdırılması,  yeni 

materialların yaradılması və istehsala tətbiq edilməsi və s. daxildir. 

Elmi-


texniki  tərəqqinin  üçüncü  istiqamətləri  sahəvi  xarakter 

daşıyır.  Başqa  sözlə  desək,  bura  elə  istiqamətlər  daxil  edilməlidir  ki, 

onlar əsasən konkret sənaye sahəsinə aid olsun. Aydın məsələdir ki, belə 

istiqamətlər  ayrı-ayrı  sahələrdə  müxtəlif  göstəricilərlə  xarakterizə 

olunurlar. Məsələn, sənayenin aparıcı sahəsi olan maşınqayırmada elmi-

texniki  tərəqqinin  xüsusi,  yəni  bilavasitə  ona  məxsus  istiqamətləri 

məhsulun təzələnməsinin intensivliyi, istehal edilən  ümumi məhsulun 

həllində  müasir  texnika  və  texnologiyanın  tələblərinə,  dünya 

(beynəlxalq)  standartlarına  cavab  verən  məhsulların  xüsusi  çəkisinin 

artması,  uyuşqanlı  istehsallar  yaratmaq  üçün  istehsal  olunan  maşın  və 

avadanlıqlar komplekslərinin, emal mərkəzlə-rinin sayı və onların artım 

tempi göstəricilərin səviyyəsi ilə xarakterizə olunur. 

ETT-

ni  sürətləndirmək,  elmi  nailiyyətləri  gecikmədən  istehsala 



tətbiq  etmək,  prinsipial  yeni  məhsulun  kütləvi  istehsalını  təşkil  etmək 

ölkələrdən  çoxlu  vəsait  tələb  edir.  Artıq  qeyd  etdiyimiz  kimi  dərc 

olunmuş  materiallara  görə  1996-cı  ildə  elmin  inkişafına  ABŞ  185, 

Yaponiya  82,  Avropa  Birliyi  ölkələri  76  milyard  dollar  vəsait 

xərcləmişlər. Buradan  qanunauyğun bir sual meydana çıxır. Bu qədər 

vəsait  sonralar  ölkələrə  hansı  səmərəni  verir?  Bu  xərclər  özünü 



 

 

292 



ödəyirmi?  Bu  suala  cavab  vermək  üçün  istehsala,  ölkələrin 

iqtisadiyyatının  strukturuna,  məhsulların  keyfiyyətinə  diqqətlə  nəzər 

yetirmək  lazımdır.  Təhlil  göstərir  ki,  elmi-tədqiqat  və  layihə-təcrübə 

işlərinə çoxlu vəsait qoyan ölkələrdə bir qayda olaraq istehsalın texniki 

səviyyəsi  yüksək,  istehsalın  özü  isə  çevik  (yeni  məhsullar  istehsalına 

qısa    müddətdə  uyğunlaşa  bilən)  olur,  iqtisadiyyatın  strukturu 

maksimum optimal (sosial 

tələbatları  tam  və  minimum  ictimai  zəruri 

xərclərlə  ödəyə  bilən),  məhsul  və  xidmətlərin  keyfiyyəti  yüksək  olur. 

Bu deyilənlərin Amerikanın timsalında aydın görmək olur. Texnikanın,  

elmin  inkişafına  çoxlu  vəsait  yönəldə  bilən  Amerika  firmaları  istehsal 

et

dikləri  məhsulların  nomenklaturasını  və  çeşidini  sürətlə  dəyişməyə 



imkan əldə edirlər ki, bu da şirkətlərin istər daxili və istərsə də xarici 

bazarda  möhkəm  yer  tutması  üçün  əsas  şərtdir.  Konkret  növ  məhsul 

nümunəsi  üçün  ETT  və  onun  sürətləndirilməsinə  çəkilən  xərclər 

firmalara  iki  istiqamətdə  xeyir  götürməyə  imkan  verir:  birincisi  bu 

məhsulun  yeni  nümunələrinin  istehsalını  mənimsəməklə,  ikincisi 

istehsal edilən nümunələrin keyfiyyətini  yüksəltməklə. Təhilil göstərdi 

ki,  Amerika  müəssisələri  bu  yolla  hər  il  öz  daxili  bazarlarına  ümumi 

kontekstdə milyonlarla yeni, modernizə olunmuş və yaxud da keyfiyyəti 

yaxşılaşdırılmış  məhsul  növləri  çıxarırlar.    Doğrudur,  bazara  çıxarılan 

külli miq-

darda yeni və modifikasiya olunmuş məhsulların hamısı özünə 

şərəfli yer tuta bilmir: tələb və təklifə görə və azad rəqabət nəticəsində 

onların  bir  hissəsi    istehsaldan  çıxarılır.  Lakin  buna  baxmayaraq 

bazarların  intensiv  şəkildə  yeni  məhsullarla  zən-ginləşdirilməsi  son 

nəticədə  iqtisadiyyatın  aparıcı  sahəsi  olan  sənayedə  istehsalın 

təzələnməsi,  texnologiyanın  intensivləşməsi,  firma    və  şirkətlərin 

profillərinin  mütərəqqi  yeniləşməsi,  istehsal  tsiklinin  qısalması  baş 

verir.  Bu  yollar  və  üsullardan  bacarıqla  istifadə  edən  TMK-  isə  öz 

ölkələri  sərhədlərindən  çox-çox uzaqlarda  yüksək  sahibkarlıq  gəlirləri 

əldə  edə  bilirlər  və  Amerikanın  “ikinci”  iqtisadiyyatını  daha  da 

gücləndirirlər. 


 

 

293 



ETT-

nin  sürətləndirilməsinə  çəkilən  xərclər  yüksək  səmərə 

verdiyinə görə, bu xərci çəkən ölkələrə rezenanas səmərə almaq imkanı 

yaradır.  İmkan  verir  ki,  innovasiyalar  (yeniləşmə)  daha  qısa  müddətə 

istehsala  tətbiq  edilsin  və  rəqabətdözümlü  məhsulun  kütləvi  istehsalı 

təşkil  olunsun.  Belə  olan  halda  yeniləşmənin  (innovasiya)  verdiyi 

sosial-

iqtisadi səmərə ilə kütləvi istehsalın verdiyi səmərə üst-üstə düşür 



və  rezenans səmərə əldə edilir. ETT-nin birbaşa sosial səmərəsi də olur: 

bunun nəticəsində yeni iş yerləri yaradılır, işlərin cazibədarlığı yüksəlir, 

yoruculuğu isə azalır, əmək haqqı yüksəlir. 

Bütün bunları nəzərə alaraq ölkələr arasında əslində yeni rəqabət 

sferası meydana gəlib inkişaf etməkdədir. Buna görə də hazırkı dövrdə  

həm  firmalar  və  həm  də  ölkələr  arasında  gedən  əsas  mübarizə  elmi-

texniki  tərəqqi  uğrunda  gedən  mübarizədir.  Rəqabətin  bu  sferası 

getdikcə genişlənir, özünə yeni-yeni ölkələr cəlb edir. Onu da qeyd edək 

ki, bu yarışda itirənlər də olur: bunlar inkişafda olan və çox zəif inkişaf 

səviyyəsini    saxlayan  ölkələrdir.  Onların  ABŞ,  Yaponiya,  Almaniya 

Federativ  Respublikası  kimi  nəhənglərlə  rəqabətə  girib  elmi-texniki 

tərəqqi sahəsində qalib gəlmək üçün nə iqtisadi və nə də siyasi gücləri 

istənilən səviyyədə deyildir. Bu ölkələrə ilk növbədə Afrika kontingenti 

ölkələri,  xüsusən  də  Mərkəzi,  Qərbi  və  Şərqi  Afrika  ölkələri  daxildir. 

Onlar indiyə qədər optimal iqtisadi inkişaf modeli tapa bilməyiblər və 

ixtisassız  əməkdən  necə  gəldi  istifadə  etmək,  dövlətin  güc  üsulları  ilə 

istehsala “yuxarıdan” təzyiq  etmək, əmək münasibətləri və demokrati-

yanı  inkişaf  etdirməmək,  korrupsiyaya imkan yaratmaq yolunu 

seçməklə  özlərini  tamamilə  inkişaf  etmiş  ölkələrdən  asılı  vəziyyətə 

salıblar. Onlar ETT-nin sürətləndirilməsi sahəsində passivdirlər. Dövlət 

başçıları  bu  ölkələrdə  potensial  imkanlarını  işə  sala  bilən  sosial-

psixoloji mühüt formalaşdıra bilməmişdir.  

 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin