ARİSTOTEL
POETIKA
“Ş Ə R Q -Q Ə R B”
B A K I-2006
Bu kitab “Aristotel. Poetika" (Bakı, Azərnəşr, 1974) nəşri əsasında
təkrar nəşrə hazırlanmışdır
Tərcümə edəni, ön söz ve
şərhlərin müəllifi:
Aslan Aslanov
808.2-dc22
AZE
Aristotel. Poetika. Bakı, “Şərq-Qərb”, 2006, 120 səh.
Qədim yunan filosofu və alimi Aristotel (e.ə.384-e.ə.322) geniş və çox-
cəhətli yaradıcılığa malik olub məntiq, psixologiya, təbiətşünaslıq, etika, siya-
sət, tarix, ritorika və poeziyaya aid əsərlər yazmışdır. Antik dövrün bu universal
zəka sahibinin əsrlərdən bəri məzmun dərinliyi və təravətini itirməyən qiy-
mətli əsərlərindən biri də “Poetika”dır. Kiçik həcmli olmağına baxmayaraq,
bəhs etdiyi bədii sənət məsələlərindən estetik fikir tarixində heç bir nəzəri
məktəb və ya cərəyanın yan keçmədiyi əsərdə “poetika” anlayışı müasir
mənasından fərqlənir və özündə “yaradıcılıq”, “bədii yaradıcılıq sənəti” məz-
mununu ehtiva eləyir.
Bütün “Poetika” boyu Aristotelin diqqət mərkəzində dayanan başlıca məsə-
lələrdən biri də faciə problemidir. Əsərdə faciə ilə bağlı görüşlərin spektri
faciənin mənşəyi və inkişafı, tərkib hissələri, eposla ümumi və fərqli cəhətləri,
fəci təmizlənmə (katarsis) və b. haqda fikirləri əhatə edəcək qədər genişdir.
Əsər toxunulan məsələlərə aydınlıq gətirən xüsusi şərh və izahlarla təc-
hiz edilmişdir.
ISBN10
9952-34-021-4
ISBN13 978-9952-34-021-1
© “ŞƏRQ-QƏRB”, 2006
A zərb aycan R esp u b lik asın m Prezidenti
İL H A M Ə L İY E V İN
“Azərbaycan dilində latm qrafikası
iiə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
12 yanvar 2 0 0 4 -c ü il tarixli sərən cam ı
ilə n əşr olunur v ə ö lk ə kitabxanalarına
h ə d iy y ə edilir
J
ÖN SÖZ
Qədim yunanların dünya mədəniyyəti tarixində oynadıqları rol misil-
sizdir. Yunanlar bəşəriyyətə Homer və Hesiod, Poliklet və Fidiy, Evripid və
Sofokl, Aristofan və Esxil, Demokrit və Heraklit, Pifaqor və Sokrat, Platon və
Aristotel kimi onlarca mədəniyyət, fəlsəfə, elm və sənət xadimləri vermişlər.
Yunan elminin və fəlsəfəsinin ən böyük dühalarından biri də Aristoteldir.
Dante onu “müdriklər müəllimi”, Engels “ən universal zəka” adlandırmışdır.
Aristotel dünya mədəniyyəti xəzinəsinə “Analitika”, “Metafizika”,
“Etika”, “Politika”, “Ritorika”, “Poetika” ilə yanaşı, fızika, astronomiya,
fiziologiya, psixologiya, təbabət, cəmiyyət, dövlət, hüquq məsələlərinə dair
onlarca ensiklopedik əsərlər bəxş etmiş, özündən sonrakı elm və fəlsəfənin
inkişafına müstəsna dərəcədə güclü təsir göstərmişdir. Müxtəlif mənbələrin
verdiyi məlumata görə, e.ə. II əsrədək İsgəndəriyyə kitabxanası fondunda
Aristotelin yazdığı 400 kitab (445270 sətirdən ibarət 146 əsər) olmuşdur.
Siseron dövründə isə Aristotelin adına yazılan əsərlərin sayı, hesablamalara
görə, 1000-ə qədər kitabı əhatə etmişdir.1
Böyük filosofun yaratdığı zəngin elmi irs özündən əvvəlki dövrün bütün
başlıca nailiyyətlərinə əsaslanmışdır.
Hələ Aristotelə qədər Yunanıstanın ictimai-iqtisadi həyatında xeyli dəyi-
şikliklər baş vermişdi. İctimai-iqtisadi həyatda gedən yeni proseslər, daha
yüksək səviyyədə dayanan Şərq ölkələri ilə iqtisadi-mədəni münasibətlərin
güclənməsi, mütərəqqi qüvvələrin müxtəlif sahələrdə köhnəliyə qarşı çıxışı
yunan mədəniyyətinin çiçəklənməsi ilə nəticələnmişdi.
Fəlsəfə sahəsində e.ə. VI əsrdə Milet məktəbi nümayəndələrinin (Fales,
Anaksimandr, Anaksimen) xüsusi elmi, nəzəri xidmətləri olmuşdu. Onlar
riyaziyyat, astronomiya, coğrafiya sahəsində ilk qiymətli kəşflər etmişdilər.
Pifaqor və ardıcılları riyaziyyat, səs bəhsi, musiqi və poeziyanın nəzəri və
təcrübi problemlərini nəzərdən keçirmişdilər. Qədim fəlsəfənin banilərindən
Heraklit dialektikanm bir sıra müddəalarını işləyib hazırlamış, fəlsəfə, este-
tika və sənət nəzəriyyəsi ilə əlaqədar olaraq, inikas təlimini əsaslandırmağa
ciddi təşəbbüs göstərmişdi. Empedoklun, Sokratın, sofıstlərin hüsn-nitq və
poetikanın inkişafına güclü təsirləri olmuşdu. Sofist estetikasının nümayən-
dələri Homerin, Esxil və Anakreontun əsərlərinin təhlilini vermiş, Farissmax
1 HcTopna rpewcKoH JiHTepaTyptı, M ., 1955, c.200.
4
teatrla əlaqədar “Təəssüflərbarəsində” risaləsini, Simay, Simon və Kriton kimi
sokratçılar “Musiqi haqqında”, “Epos barəsində”, “Gözəllik”, “Gözəlliyin
mahiyyəti”, “Poetik sənət haqqında” əsərlərini yazmışdılar.
Antik mədəniyyətin inkişafında böyük xidməti olan Demokrit, materialist
“atomizm” nəzəriyyəsini işləyərək, özündən sonra fəlsəfə, riyaziyyat, fızika,
ritorika, poeziya, musiqi məsələlərinə dair zəngin irs qoyub getmişdi.
“Qanunlar”, “Kiçik aləm” kimi fəlsəfı əsərləri ilə yanaşı, Demokritin “Ritm
və harmoniya”, “Poeziya haqqmda” əsərləri öz zamanında geniş şöhrət
qazanmışdı. Demokrit estetikada da materialist mövqedə dayanaraq göstərirdi
ki, şüur bilavasitə maddi, obyektiv aləmin inikasıdır, predmetlər özlərindən
müəyyən “obrazlar”, “idollar” şüalandırır ki, bunları da məhz hiss üzvləri-
mizin köməyi ilə qavramaq mümkündür. Hiss üzvləri, Demokritə görə, insa-
nın təbiəti dərk etməsinin başlıca əzasıdır. Hələ Aristoteldən əvvəl Demokrit
və ardıcılları göstərmişdilər ki, sənət və bədii fəaliyyətin mənası təqliddə -
oxşatmadadır. Təqlid isə, öz növbəsində, gözələ - gözəlliyə meyildən doğur.
Aristoteldən əvvəl qədim yunan fəlsəfəsi və estetikasının bir sıra mühüm
müddəaları Platon tərəfindən işlənmişdi. Fəlsəfədə “Demokritin materialist
məsləkinə” qarşı mübarizə aparan Platon estetika və bədii yaradıcılıq sahə-
sində də idealist məsləki müdafiə edib əsaslandırmışdı. Aşkar idealist möv-
qedə dayanan Platonun bir sıra müddəaları özündən sonrakı estetik fıkrin,
poetikanın, faciə və dram nəzəriyyəsinin inkişafına güclü tesir göstərmişdir.
Platonun, gözəllikdə obyektiv cəhətin səciyyəsi, sənətin ictimai-tərbiyəvi
rolu, bədii ilham, əsatir, faciə, komediya haqqında fikirlərində xeyli səmərəli
və dərin fıkirlər mövcud idi. Aristotel “Poetika”sım yazana qədər Homer və
digər söz ustaları, Evripid, Aristofan, Esxil, Sofokl kimi bir çox böyük sənət-
karlar fəaliyyət göstərmiş, öz dahiyanə əsərləri ilə yunan incəsənəti və dra-
maturgiyasını şöhrətləndirmişdilər.
Bir sözlə, Aristotel əsərlərini yaradarkən özündən çox-çox əvvəllərin
bədii və nəzəri təcrübəsinə, dövrünün fəlsəfə və sənət xadimlərinin yarat-
dıqları son dərəcə rəngarəng, dolğun mənbələrə əsaslanmışdır. O, özünə
əbədilik dünya şöhrəti qazandıran elmi zirvəyə qalxanadək, xeyli mürəkkəb
həyat və yaradıcılıq yolu keçmişdir.
Aristotelin həyat və fəaliyyəti quldarlıq demokratiyasının tənəzzülü döv-
rünə təsadüf etmişdir. Aristotel kəskin ictimai-siyasi münaqişələrin, gərgin
toqquşmaların və müharibələrin şahidi olmuşdur. Bu müharibələr sayəsində
öz müstəqilliyini itirən antik dövrün dövlətlərinin Makedoniyanın itaəti altın-
da birləşməsi məhz Aristotelin zamanında başa çatmışdır. Həmın dövrdə qul
və qul sahibləri arasında sinfı mübarizə kəskin bir şəkil almış, daha da
şiddətlənmişdir.
5
Aristotel e.ə. 384-cü ildə Yunanıstanın Egey dənizi sahilindəki Stagira
şəhərində anadan olmuşdur. Atası Nikomax Makedoniya padşahı II Aminitin
şəxsi həkimi idi. 17 yaşında ikən Aristotel Afınaya gəlmiş və iyirmi il müd-
dətində Platonun akademiyasında şagird olmuşdur.
Platonun vəfatından sonra Aristotel Afınanı tərk etmiş, əvvel Kiçik Asi-
yada Atraney şəhərində, sonra Lesbos adasmda yaşamış, müəyyən vaxtdan
sonra isə Filip şahın dəvəti ilə Makedoniyaya gəlib, gənc İsgəndərə (e.ə. 365-
e.ə. 323) siyasət və fəlsəfədən dərs demişdir. Aristotel müəllimlik vəzifəsini
bitirdikdən xeyli sonra, yəni e.ə. 335-ci ildə yenidən Afinaya qayıtmış və
orada öz fəlsəfı məktəbi olan Likeyin esasını qoymuşdur. Onun yaradıcılıq
fəaliyyətinin daha da çiçəklənməsi məhz bu dövrə təsadüf edir. Aristotelin
Likeyi fılosofun ölümündən sonra da min ilə yaxın bir müddət öz fəaliyyətini
davam etdirmişdir. Bu məktəbə, eyni zamanda Qərbdə “peripatetiklər mək-
təbi”, Yaxın Şərqdə isə “məşaiyyə” demişlər ki, bu da “peripatos” kimi, eyni
ilə “səyahət”, “gəzinti” mənasım ifadə edir. Aristotel adətən Likey bağındakı
xiyabanda gəzinti zamanı öz fəlsəfı müddəalarını şagirdlərinə şərh edərmiş.
Likeydə dərslər iki növbədə - gündüz və axşam keçilirdi. Gündüz dərs-
ləri xüsusi hazırlığa malik adamlar, axşam məşğələləri isə həvəskarlar üçün
idi. Alimlərin çoxu bu rəydədir ki, Aristotelin əldə olan əsərlərinin böyük
əksəriyyəti məhz Likeydə oxuduğu xüsusi mühazirələrdən tərtib olunmuş-
dur. Yaradjcılığınm Likey dövründə Aristotel və məktəbinin şöhrəti çox
uzaqlara yayılmışdı. Aristoteli bu qədər şöhrətləndirən, elm və fəlsəfənin ən
müxtəlif sahələrinə dair yazdığı çoxlu sanballı əsərlərindən başqa, bir də siyasi
həyatda və mübarizədə fəal iştirak etməsi idi.
Aristotel öz ictimai-siyasi görüşlərində quldarlıq quruluşunun müdafıə-
çisi kimi çıxış etmişdir. O, Afina demokratiyasına qarşı Makedoniya firqə-
sinin tərəfmdə dursa da, Makedoniyanın siyasi-iqtisadi nüfuzunun həddən
artıq genişlənməsini də istəmirdi.
Bununla yanaşı, göstərmək lazımdır ki, hələ Likeydə işlədiyi zaman Aris-
totel Demosfen və Likurqun Makedoniya əleyhinə olan fırqəsinə qarşı fəal
mübarizə aparmış və siyasi məsələlərə yaxından nüfuz etmişdi. Odur ki,
İsgəndər öldükdən sonra onun artıq Afınada qalması mümkün deyildi. Aris-
totel, e.ə. 323-cü ildə Xalkidaya, Evbey adasına qaçaraq, orada öz elmi işlərini
davam etdirməklə məşğul olmuşdur. 0 , e.ə. 322-ci ildə orada vəfat etmişdir.
Aristotelin fəlsəfə tarixində böyük xidmətlərindən biri elmlərin ilk dəfə
müfəssəl təsnifatmı verməyə çalışmasıdır. O bütün elmləri üç əsas qisme böl-
müşdür: 1) nəzəri, 2) təcrübi, 3) yaradıcılıq elm sahələri. Bu sahələri də Aris-
totel konkret fəsillərə ayırmışdır. Aristotelin əldə olan əsərlərini (onun təsni-
fatına əsasən) yeddi bölmeyə ayırxrlar ki, buraya da: 1) Sonradan “Orqanon”
adı ilə bəlli olan məntiqə aid əsərler; 2) Fizikaya; 3) Biologiyaya; 4) “İlkin
6
fəlsəfə”yə; 5) Etikaya; 6) İctimaiyyət, siyasət və tarixə; nəhayət 7) İncəsə-
nət, poeziya və ritorikaya aid əsərləri daxildir.
Aristotelin əzəmətli biliklər sistemində onun estetika və bədii yaradıcı-
lığa dair əsərləri mühüm yer tutur. “Poetika”dan başqa Aristotel bədii yaradı-
cılıq ve teatr səneti mesələlərindən özünün “Dialoqlar” və “Didaskalilər”ində,
həmçinin “Ritorika”, “Politika”, “Etika” və başqa əsərlərində bəhs etmişdir.
Aristotelin eldə olan əserləri içərisində bədii sənət məsələlərini daha ətraf-
lı şəkildə əhatə edəni məhz “Poetika”dır. Bu kiçik kitabçanm məzmun dərin-
liyinə, əsrlərdən bəri solmayan təravətinə heyran qalmamaq mümkün deyil.
Sənət və estetik fikir tarixinde elə bir məktəb və ya nəzəri cərəyan tapıl-
maz ki, “Poetika”da qoyulan problemlərdən yan keçsin. Müasir dövrdə struktu-
ral, ontoloji, fenomenoloji estetikanm müxtəlif nümayəndələrinə qədər hər kəs
“Poetika”da ireli sürülən ideyalan özünə məxsus bir şəkildə təhlil və şərh
etməklə, bu gün də Aristotelin əsərindən mötəbər bir mənbə kimi istifadə
etməkdədir.
Bu əsər bir-birindən seçilən ən müxtəlif ədəbi zövqlərin mütləq toqquş-
malı olduğu etibarh smaq daşlanndan biri olaraq qalır. Onun məziyyətlərini
yüksək qiymetləndirən böyük alman mütəfəkkiri və yazıçısı Q.E.Lessinq
“Hamburq dramaturgiyası”nda yazmışdır: “Mənim, “Poetika”nın yaranması
və əsasları haqqında öz xüsusi mülahizəm vardır... Mən onu Evklidin “Ele-
mentləri” qədər mükəmməl və qüsursuz bir əsər sayıram... Bu əsərin başlıca
müddəaları eyni dərəcədə şəksiz ve dürüstdür; o, bütövlükdə götürüldükdə,
Evklidin kitabı ilə müqayisədə, həmişə onun qədər duyumlu olmadığma görə-
dir ki, yalmz, müəyyən iradlara düçar olur. Faciə haqqında dövrümüzədək hifz
olunan mövcud fikrə gəlincə, mən sübut etmək əzmindəyəm ki, faciə Aristo-
telin cızdığı yoldan bir addım belə kənara çıxa bilməz, zira faciənin bu yoldan
sapması eyni dərəcədə öz mükəmməlliyindən uzaqlaşması demək olardı”1.
Həqiqətən də Aristotelin “Poetika”sınm ruhunu, canım təşkil edən faciə
haqqındakı nəzəriyyəsi bu gün belə öz əhəmiyyətini itirməmişdir və bir nəzə-
riyyə kimi, indi də diqqət mərkəzindədir.
Aristotelin digər əsərləri kimi “Poetika”nm da keşməkeşli və mürəkkəb
bir tarixçəsi olmuşdur.
Bir rəvayətə görə, “Poetika”da, Aristotelin başqa əsərləri kimi, uzun vaxt
gizli və nəm yerdə saxlanmış, Yunanıstan və Romada yenidən üzə çıxarı-
laraq, nəhayet ərəb mədəniyyət xadimləri Əbdül Bəşər Mətta, İbn-Rüşt və
tacik fılosofiı İbn Sinanın tercümə və təfsirləri sayəsində latm dilinə tərcümə
olub, Avropada yayılanadək əldən-ələ keçmiş və dövrümüzə tam şəkildə
gəlib çatmamışdır. Lakin “Poetika”nın natamamlığı lehinə gətirilən fıkirlərlə
razılaşmayanlar da vardır.
1 F.Ə.JIeccHHr. H36paHHbie npoH3BejıeHH5i.
rocnoJumnflaT. M ., 1953,
c .6 1 0 .
7
“Poetika”, hər şeydən əvvəl, bədii yaradıcılıq məsələlərindən bəhs edən
bir əsərdir. Aristotelin nəzərində “Poetika” anlayışı müasir dildə bizim bu
istilaha verdiyimiz mənadan xeyli fərqli bir mənam ifadə etmişdir. Lakin bezi
mənbələrdə Aristotelin hər yerdə məhz bu anlayışı “yaradıcılıq”, “bedii yara-
dıcılıq sənəti” mənasında işlətdiyini və bu istilahm hər yerdə “Poeziya” sözü
ilə əvəz edilə biləcəyini göstərir. Beləliklə, “Poetika”nm şərhçiləri düzgün-
lük və dəqiqlik xatirinə onun adının “yaradıcılıq sənəti haqqmda” və ya
sadəcə olaraq “poeziya haqqmda” şəklində tərcümə edilməsini məqsədəmü-
vafıq bilirlər ki, bununla da razılaşmaq lazımdır.
Anlaşılması o qədər də asan olmayan çətin istilahlardan biri də
“mimesis”dir.
“Mimesis” Aristotel “Poetika”smda sənətin, bədii fəaliyyətin məğzini
təşkil edən, yaradıcı təqlidi ifadə etmək üçün işlənən bir anlayışdır. Aristotel
bədii yaradıcıhğın mənşə və mahiyyətinı şərh edərkən, öz sələfləri Sokrat,
Platon və digər filosoflar kimi, “təqlid” nəzəriyyəsinə əsaslanır. Lakin Aris-
totelin “təqlid” nəzəriyyəsi özündən əvvəlki fılosofların bu məselə ile əlaqə-
dar irəli sürdükləri müddəalardan xeyli, bəzən isə əsaslı derəcədə fərqlenir.
Platonun sənət və onun mənşəyini son nəticədə fovqəltəbii ideyalar aləmi ile
bağlayan “xatırlama-mimesis” haqqındakı nəzəriyyəsindən fərqli olaraq,
Aristotelin “təqlid-mimesis” nəzəriyyəsi dünyevi səciyyə daşıyır, gerçək-
liyin yaradıcı-bədii inikasını və təcəssümünü nəzərdə tutur, sənətin idrak və
tərbiyəvi rolunu ayrıca qeyd və qəbul edir.
Yunan fılosoflarmın nəzərində “təqlid” sadəcə “surət çıxarmaqdan”,
“yamsılamaqdan”, müasir istilahla desək, naturalizmdən uzaq bir fəaliyyət şek-
lidir. Onlara görə “mimesis” yaradıcı təxəyyülün, azad yaradıcılıq istedadmın
köməyi ilə təbiətin, daha doğrusu, insan təbiətinin bədii obrazlı vasitələrlə
yeni şəkildə canlandırılmasıdır. Yunanlar “mimesis”i soyuq hekayətə, təlimə,
mücərrəd mühakiməyə əks olan anlayış kimi işlətmişlər.
Məsələn, Samoslu Duri bəzi yunan tarixçilərini ittiham edərək yazırdı ki,
“onlar əhvalatlann arxasmca düşə bilmirdilər, ona görə ki, nə təqlidə, nə heka-
yətin zövqlə təsvirinə qabil olmayıb, təkcə yazmağa flkir verirdilər”. Plutarx
isə göstərir ki, tarixçi ədibdən, eyni zamanda, etdiyi təqlidin şəklinə görə
fərqlənir.
“Təqlidin” mənşəyi və səbəblərindən bəhs edərək Aristotel yazır: “Zenn
etmək olar ki, poeziya sənətini, ümumiyyətlə, iki, həm də təbii səbəb doğur-
muşdur. Əvvələn, təqlid uşaqlıqdan bütün insanlara xasdır və onlar digər can-
hlardan bununla fərqlənirlər ki, təqlidə daha çox maildirlər və ilk bilikləri də
məhz onun sayəsində əldə edirlər; ikinci, təqlid və onun nəticəsi hamıya
zövq verir. Həyatda baş verən hadiselər də bunu sübut edir: heyatda bize
iyrenc görünən şeylərin təsvirinə baxarkən xoşumuz gelir, məsələn, iyrənc
heyvanlann ve meyitin təsviri. Bunun səbəbi isə ondadır ki, bilik qazanmaq
neinki filosoflar, eyni zamanda başqa adamlar üçün də son dərəcə xoşdur,
yalmz bir ferqlə ki, bu sonuncular bilikləri uzun zaman üçün əldə etmirlər”
(“Poetika”, 4-cü fəsil).
Misal getirdiyimiz həmin parçadan çıxan nəticələrdən biri bundan
ibarətdir ki, Aristotel təqlidi, hər şeydən evvəl, mənşə cəhətdən insanın təbii
meyil və tələbatmdan irəli gələn fəaliyyət sahəsi kimi qiymətləndirir. Onun
nəzərində bu təbii xüsusiyyet bütün canlılara aiddir. Daha ümumi canlılar
şkalasında insam “İctimai heyvan” adlandıran Aristotel təqlidin bütün heyvan-
lar aləminə xas olduğunu söyləyir, lakin göstərir ki, bu, əslində, insana daha
artıq dərəcəde xas bir keyfiyyətdir. Buna əsasən, heç də belə bir qənaətə
gəlmək olmaz ki, guya Aristotel bədii yaradıcıhq məsələlərini yalnız bioloji
mövqedən aydınlaşdırır. Özünün “Nikomax etikası”nda Aristotel bedii yaradı-
cılığın mənşə və inkişafı məsələsindən bəhs edərək yazır: “Yaradıcılığm
prinsipi yaradılan predmetdə deyildir. Yaradıcı şəxsiyyətdədir, çünki sənet
nəyin mövcud olması və ya zərurət əsasında yaranmasına, həmçinin təbiətən
nəyin mövcud olduğuna toxunmur” “Sənət” gerçəklik sahəsinə deyil, yara-
dıcılıq sahəsinə daxildir” “Hər bir sənətin vəzifəsi təbiətən çatışmayan şey-
ləri tamamlamaqdan ibarətdir”. Buna bənzər misallara “Poetika”da daha çox
təsadüf etmək olar.
Bədii yaradıcılıqda təbii istedadm rolunu ayrıca qiymətləndirən Aristotel
yaxşı dərk edir ki, yaradıcılıqda onun rolu nə qədər əhəmiyyətli olsa da, həl-
ledici deyildir. Bununla belə, təbii amilin rolunun aynca qeyd olunmasımn
özü, məsələnin qoyuluşu cəhətdən əhəmiyyətlidir.
Yeri gəldikcə Aristotel, bir növ, diqqəti tez-tez teqlid və bədii zövqü şərt-
ləndirən müəyyən ictimai amillərə cəlb edir. Hələ o dövrdə məsələnin belə
geniş planda düşünülməsinin əhəmiyyəti bir də burasındadır ki, biologizmdə
ittiham olunmaq vahiməsi altında elə alimlər tapılır ki, bədii yaradıcılıq prob-
lemlərini vulqar sosioloji mövqedən həll edir, insanın ictimai-sosioloji bir
xilqət olmasının, hələ təbii bir xilqət olduğunu inkar etmədiyini görmürlər.
Aristotel təqlidi, yüksək bədii yaradıcılıq məhsulunun mənbəyi olmaq
etibarilə də, genealoji planda da, idrak problemi ilə üzvi rabitədə şərh edir.
İnsan lap uşaqlıqdan neyi isə təqlid edə-edə öyrənir, bu prosesdə o şeyləri
tanıyır və onların müəyyən xüsusiyyətlerini əxz edir, onları yenidən yaradır,
təkmilləşdirir, yaratdığı predmetdən öz əməyinin nəticəsi kimi zövq alır,
bəhrələnir, özünün qabiliyyət və istedadını tərbiyələndirir. Yaradıcı təqlidin
nəticəsinden, məhsulundan aldığımız zövqü yaradan amil müəyyən bir əsər-
də əks olunan predmetin, insan cisminin, xarakterinin, həyati kolliziyaların
müəyyən şəkillərinin tanmmasıdır.
9
Sənətdə tanınmanm köməyi ilə əldə edilən idraki məlumatın rolu o dərə-
cədə əhəmiyyətlidir ki, hətta eybəcər bir şey kimi həyatda tamaşasından üz
çevirdiyimiz şeylərin belə sənətkaranə çəkilən rəsminə baxarkən zövq alırıq.
Aristotelin həmin eyni fıkrinin bu və ya digər şəkildə bərpası və ya təkrarına
yunan intibahmm görkəmli nümayəndələrindən Plutarxın (təxm. 46-126-cı il)
əsərlərində rast gəlirik. Plutarx yazır: “Biz kərtənkələyə, meymuna və ya
Tersitin rəsminə baxarkən onların gözəlliyinə yox, bənzərliklərinə sevinib
heyran qalırıq... gözəl olan hər hansı bir şeyin təqlidi” və “hər hansı bir şeyin
gözəl təqlidi eyni şey deyildir”. Həmin fıkri Çemışevski də başqa şəkildə tək-
rar edərək yazır ki, “sifəti gözəl çəkməklə”, “gözəl sifəti çəkmək” tamamilə
başqa şeylərdir. Nəhayət, fransız klassiki Bualo Aristotelin eyni fıkrini
“Poeziya sənəti” əsərində təkrar edərək yazır: “Əgər bir tabloda canlı və
gözəl rənglərlə nəhəng bir əjdaha və ya zəhərli əfı bir ilan təsvir edilmişsə,
o tablo bizim də nəzərimizi cəlb edər, ona tamaşa edərik; sənətin sirri belədir;
həyatda bizə qorxunc və dəhşətli görünən şeylər sənətkarın fırçasmda dəyi-
şir, gözəlləşir”.1
Deməli, Aristotelin söylədiyi fıkirlərdə mühüm bir həqiqət vardır və bu
fikirlərin bir çox dühalann diqqətini özünə cəlb etməsi heç də təsadüfı deyil.
Aristotel zövqü oxşarlıq sayəsindəki tanıma ilə, tammanı isə idrak prob-
lemi ilə bağlayır. Təcəssümünü tamdığımız şey orijinalma bədii cəhətdən nə
dərəcə oxşar olarsa zövqün dərəcəsi də o qədər artıq olar. Həyatda ikrah
doğuran şeylərin sənət əsərindəki təsvirindən aldığımız zövq isə, öz növbə-
sində, ona görə mümkün olur ki, onun əsasmda insanm idrak marağı dayanır
və biz müəyyən bir şeyə baxanda, ona tamaşa edəndə öyrənə və mühakimə
yürüdə bilirik ki, fərdi olan şey nə deyən şeydir. Məsələn, fılan-fılan şeydir.
Aristotelə görə, əks edilən şeyi biz əvvəllər hətta görməmiş olsaq belə, bun-
dan müəyyən zövq ala bilərik. Bu halda zövq, təqlid obyektini tanımağımız
üzündən deyil, əksin, rəsmin ümumi ruhundan — onun naxış və boyalanndan
alınan təəssüratdan yaranır.
Təsviri sənətdə “sənət-sənət üçündür” nəzəriyyəsinin, müxtəlif ultra-
modemist cərəyanların tərəfdarları bəzən Aristoteli ümumi kontekstdən ayır-
dıqları məhz bu deyilən fıkrinə “istinad”dır ki, guya sənətin əsil qayəsi və qiy-
məti, zövqün yeganə qaynağı olan real aləmin həqiqi məzmununu yox, müəy-
yən formal kombinasiyaları, rəng və boyaların əlaqəsini əks etdirməsindədir.
Belə fikirlərin tərəfdarları unudurlar ki, rənglərin özündən alınan zövqlər
o zaman lazımi təsir dərəcəsinə malik olur ki, bizim dərk edib-etməməyi-
mizdən asılı olmayaraq, onların əsasında real həyati məzmun dayansm.
1
Bualo. Poeziya sən əti. Torcüm əsi v ə izahları Ə kbər Ağayevindir. A zem əşr,
Bakı, 1969, səh.45.
10
Aristotel, istisnasız olaraq, sənətin bütün növlərinin təməlində təqlidin
dayandığmı göstərir: “Epik və fəci poeziya, həmçinin komediya və difıram-
bik poeziya, avletika və kifaristikanm böyük bir qismi - bütün bunlar hamısı,
ümumiyyətlə desək, təqlidi sənətlərdir. Bu sənətlər bir-birindən üç cəhət-
dən: ya təqlidin nə ilə olduğuna, ya nəyin təqlid olduğuna, ya da təqlidin necə
olduğuna görə fərqlənir ki, bu da həmişə eyni cür olmur” (“Poetika”, 1 -ci fəsil).
Estetik fikir tarixində Aristotelin mühüm xidmətlərindən biri, təqlidin
başlıca əlamətlərindən çıxaraq, incəsənətin növləri və janrlannın təsnifatını
verməsidir. Bu əlamətlər isə, göstərildiyi kimi, üçdür. Təqlidin nə ilə olması
- onun əsas, başlıca vasitəsinə işarədir ki, burada da Aristotel təqlidi əmələ
gətirən materialı nəzərdə tutur. Məsələn, Aristotelə görə, təqlid həm ayrı-
aynlıqda, həm birlikdə - ritm, söz və harmoniyanın köməyi ilə ola bilər. Belə
ki, musiqinin əsas təqlid elementini təşkil edən harmoniya və ritmdir; bəzi
rəqs növlərində isə harmoniyasız yalnız ritmin vasitəsilə müəyyən xarak-
terləri, mənəvi halları və hərəkətləri canlandırmaq mümkündür.
Şeirdə (məsələn, difırambik poeziya, faciə və komediyada) əgər ritm,
melodiya və vəzndən istifadə olunursa, təsviri sənətdə müxtəlif formalardan,
boyalardan istifadə olunur.
Insanın əsil cismani heykəlini, Aristotelin istilahı ilə desək, formanın*
köməyi ilə yaratmaq olar, bədii sözün köməyi ilə yox. Poetik sözün köməyi
ilə isə belə bir heykəli məcazi mənada, yalnız xəyalda yaratmaq mümkündür.
Musiqinin materialı söz ola bilməz, heykəltəraşlığın materialı boya və ya
melodiya ola bilməz. Deməli, hər sənət sahəsi öz müvafiq materialma, daha
doğrusu, təqlid vasitəsinə malikdir. Sənətin müxtəlif növlərinin fərqlənmə-
sini şərtləndirən amillərdən biri elə budur.
Lakin təqlidin həmin əlaməti, sənət növlərinin müxtəlifliyini şərtləndi-
rən yeganə amil deyil. Daha doğrusu, o özlüyündə zəruri olsa da, təklikdə
sənət əsərinin meydana çıxmasını müəyyən etmir. Bunu müəyyən edən təqli-
din daxili mahiyyətinin xarakteri, bədii məzmunudur. Müəyyən bir əsər nozm
ilə də yazıla bilər, nəsrlə də, qafıyəli də, qafıyəsiz də. Məzmunun özü poetik
olmadığı halda, nəzmlə yazılan bir əsərə, əslində, sənət əsəri demək olmaz,
halbuki nəsrlə yazıldığına baxmayaraq, müəyyən bədii məzmuna malik hər
bir əsəri poetik əsər adlandırmaq lazımdır.
Sənətin şəkillərini bir-birindən ayıran digər əlamət “nəyin təqlid ol-
ması”dır. Aristotelə görə, təqlidin diqqət mərkəzində, başlıca olaraq insan
dayandığına görədir ki, təqlid, mahiyyətcə, insanın daxili aləmi, əxlaqı, əməl-
lərindən ibarət olmalıdır. Bu nəzərdən etik cəhətin təqlidi müxtəlif şəkillərdə
və dərəcələrdə sənətin bütün sahələrinə şamildir. Mənəvi ehtizazları, amal
və əməlləri, məsələn, rəqs vasitəsilə də, rəsmlə də əks və ifadə etmək müm-
11
kündür. Lakin musiqi və poeziyada məhz bu xüsusiyyətlərin təqlidi, rəqsə v ə
digər sənət sahələrinə nisbətən, daha üstün yer tutur.
Aristotel, təqlidin ikinci başlıca əlaməti (“nəyin təqlid olunması” prob-
lemi) ilə əlaqədar, daha çox faciə və komediyanın fərqləndirici xüsusiyyətləri
üzərində dayanır.
Filosofun fıkrincə, poeziyada təqlidin təməlində mücərrəd insan yox,
gözəl, miyana və pis əməl və xarakter sahibi olan konkret adamlar dayanır v ə
buna görə də poeziya sənəti belə adamlarm müvafıq xarakter və əməllərini
təqlid etməlidir. İnsanlar isə əsasən iki cür olurlar; gözəl və eybəcər, fəzil və
yaramaz. İnsanların bu iki başlıca xüsusiyyəti isə məhz poeziyanın iki başlıca
sahəsinin - faciə ilə komediyanın təqlid hədəfıni təşkil edir. Faciə bizdən
yüksəkdə dayanan, bizdən yaxşı, gözəl, ülvi adamların təqlidi olduğu halda,
komediya - bizdən aşağı, pis adamların təqlididir.
Aristotel təqlidin üçüncü əlamətindən damşarkən belə bir cəhətə diqqət
yetirir ki, eyni şeyi eyni şeylə müxtəlif şəkillərdə təqlid etmək olar. Mahiyyət
etibarilə bu təqlidin “necəliyi” məsələsidir. Aristotel təqlidin üsulunu, daha doğ-
rusu, təqlid tərzlərinin müxtəlifliyini bədii yaradıcılığın, sənətin müxtəlif
növlərini şərtləndirən mühüm əlamətlərdən biri hesab edir. O, poetik yaradı-
cılıq sahəsində məhz üç təqlid tərzinin mövcud olduğunu göstərir: özündən
kənar hadisələri hekayə edərək təqlid etmək olar, məsələn, Homer kimi; təq-
lid edən, öz simasmı dəyişməyərək, özlüyündə qalıb, təqlid edir; ya da təsvir
etdiklərini hərəkətdə və fəaliyyətdə verir.
Birinci halda Aristotel, şairin öz subyektiv hiss-həyəcanlarma qapılmadan,
hadisələrin obyektiv gedişinə müdaxilə etmədən, onların soyuqqanlı şəkildə
təsvirə alınmasını nəzərdə tutur ki, bu da, ədəbi janr kimi, eposun xarakter
cəhətini təşkil edir. İkinci halda, o, şairin daxili yaşantılarını və həyəcanları-
nın ifadəsini nəzərdə tutur ki, bu da, ədəbi janr kimi lirikamn xarakter cəhə-
tini təşkil edir. Üçüncü halda isə, Aristotel, hadisələrin gözümüz qarşısında
bilavasitə hərəkətdə açılıb göstərilməsini əsas götürür ki, bu da dramın xarak-
ter cəhətini təşkil edir. Beləliklə, Aristotel təqlidin müxtəlif tərzlərinə görə
bədii yaradıcılığın üç əsas — epos, lirika, dram növünü bir-birindən fərqləndırir.
Aristotel elə buradaca sənətin növləri və janrlarının təqlidin əlamətlərinə
görə necə ayrıldıqlarını əyani şəkildə sübut etmək üçün Sofokl, Homer və
Aristofan yaradıcılığına müraciət edir. Təqlidin müəyyən əlamətinə görə,
əgər, Sofokl Homer ilə eyniyyət təşkil edirsə, digər əlamətinə görə, Aristo-
fanla eyniyyət təşkil edir. Onun hərfən fikirləri belədir, məsələn, Homer də,
Sofokl da ləyaqətli adamları təqlid edirlər. Deməli, onlar təqlidin hədəfinə
(yəni, nəyi təqlid etmələrinə) görə bir-birindən fərqlənmirlər. O biri təref-
dən, Sofokl da, Homer də əsərlərini metrlə yazmışlar. Deməli, onlar təqlidin
12
vasitələrinə görə də bir-birindən fərqlənmirlər. Sofokl ilə Homeri ayıran
cəhət budur ki, Sofokl - dram, Homer isə dastan ustasıdır. Sofokl əhvalat və
hadisələri hərəkətin bilavasitə özünü göstərmək yolu ilə, Homer isə bədii
hekayət yolu ilə təqlid edir. Buradan da onlar etdikləri təqlidin tərzinə görə
fərqlənirlər. Onlar təqlidin “nə ilə” olduğuna görə eyniyyət təşkil edirlər.
Zira ikisi də şeirlə yazır, təqlidin “necəliyi”nə görə isə ayrılırlar. Buna görə
də biri dastannəvis, digəri dramnəvis - ragik adlanır. Aristotel Sofokl ilə
Aristofanı müqayisə edərək göstərir ki, onlar ikisi də dramaturqdurlar, çünki
ikisi də adamları hərəkətdə, özü də dramatik hal-hərəkətdə göstərirlər. Bəs
onları fərqləndirən nədir? Sofokl - faciənəvis, Aristofan - komediyanəvisdir.
Sofokl əsərlərini şeirlə, Aristofan isə - nəsrlə yazmışdır. Odur ki, Sofokl bir
cəhətdən (hər ikisi əsərlərini şeirlə yazdıqlarına görə) Homerlə, o biri cəhət-
dən (ikisi də dram sahəsində çalışdığına görə) Aristofanla yaradıcılıq “qohum-
luğuna” malikdir.
Aristotel poetik təqlidin səciyyəsindən danışarkən, bizim indi başa düş-
düyümüz mənada şeir yaradıcılığından deyil, sözün geniş mənasında bədii
yaradıcılıqdan bəhs edir, əsərin şeir və ya nəsrlə yazılmasmdan asılı olmaya-
raq, bədii məzmunun mahiyyətindən çıxaraq fikir söyləyir. Bu cəhətdən,
onun nəzərində, ədəbiyyat üçün tarixi məzmunu şeirlə yazmaqdansa, tarixin
bədii məzmununu nəsrlə yazmaq üstündür. Aristotelin tarixlə poeziyamn spe-
sifık fərqləri haqqındakı fıkirləri bu nöqteyi-nəzərdən indi də öz əhəmiyyə-
tini itirməmişdir. O, hətta, əksinə, bəzi müstəsnalar olmaq şərtilə, həmin
spesifıkliyi daha dərindən anlamağa kömək edə bilər.
Bəzən nəzəri ədəbiyyatda sənətin spesifikası barədə belə tələsik formula
edilən fıkirlərə təsadüf etmək mümkündür ki, bədii təfəkkürün spesifıkliyini
təşkil edən onun “obrazlıhğıdır”, sənətdə “fərdiliyə”, fərdi faktların təsvirinə
əməl edilməsidir və s. Axı elmi təfəkkür özü də obrazlı təfəkkürdür. O biri
tərəfdən, tarix də fərdi, xüsusi hadisələrdən, faktlardan bəhs edir. Bu cəhət-
dən poeziya tarixdən hətta daha “ümumidir”. Aristotel isə açıq yazır ki, “poezi-
ya daha ümumidən, tarix ferdidən bəhs edir”, hətta “poeziya tarixdən daha
ciddi, daha fəlsəfidir”. Bəs bədii təfəkkürün, sənətin spesifıkliyini “obrazlı-
lığın”, “fərdiliyin”, “konkretliyin” təşkil etməsi haqqındakı fıkirlər harada
qaldı? Bədii təfəkkürün, ədəbiyyatın spesifıkliyini “obrazlılığın” və ya “fər-
dilik” və konkretliyin” təşkil etməsi haqqındakı fıkir, şübhəsiz ki, tam deyil,
bir tərəflidir, yanmçıq və nəhayət, müəyyən mənada yanlışdır.
Bədii və ya elmi təfəkkürdən söhbət gedərkən hansı obrazlılıqdan, hansı
fərdilikdən və konkretlikdən, hansı ümumidən söhbət getdiyini nəzərdə
tutmaq lazımdır. Aristotelin xidmətlərindən biri də, bəzi başqa məsələlərlə
yanaşı, məhz bu məsələnin də mahiyyətini sezə bilməsidir.
13
Aristotelin “Poetika”da və digər əsərlərində bədii yaradıcılığa tətbiqən
nəzərdə tutduğu ümumi, elmə tətbiqən nəzərdə tutulan ümumidən fərqlidir.
Onun bədii yaradıcıhq sahəsində qəbul etdiyi fərdilik tarix sahəsində qəbul
etdiyi fərdi və xüsusi deyil. “Poeziya ümumiliyə - müəyyən xaraktere malik
adamlara ixtiyari adlar verməklə, onlann ehtimal və ya zərurətə görə nə danış-
malı və ya nə etməli olmalanm göstərməklə nail olur. Xüsusi isə, məsələn,
Alkviadm nə eləməsi və onun başına nə kimi əhvalatların gəlməsidir”
(“Poetika”, 9-cu fəsil).
Deməli, əgər tarixçi, Alkviadın bir şəxsiyyət olmaq etibarilə, həyatda
həqiqətən nə etməsindən, onun başına nə kimi əhvalatların gəlməsindən bəhs
edirsə, şair müəyyən şəxsin simasında müəyyən insani xarakterin ehtimal və
zərurət qanunları üzrə nə şəkildə, hansı əməllərdə təzahür etdiyini, edə bilə-
cəyini, daha artıq dərəcədə insamn zənn edilən əməllərini və hərəkətlərini
təsvir edir.
Tarix - xüsusi və tək bir dəfə olub keçmiş əhvalatın, poeziya isə - daha
ümumi əhvalat və hadisələrin qələmə alınmasıdır. Professor Asmusun qeyd
etdiyi kimi, ədəbiyyatda ehtimal edilən ona görə üstündür ki, özünün altema-
tivliyinə görə bircə dəfə olub-keçəndən daha universaldır və genişdir. Bir dəfə
olub-keçən şey və əhvalat isə, elə birdəfəliyinə görə də məhduddur.
Aristotel, əlbəttə, daha çox öz dövründəki tarixin xüsusiyyətlərindən çıxış
edərək göstərir ki, müəyyən əhvalat və hadisələri əksərən təhlilsiz təsvir
etməklə, mühümü qeyri-mühümdən, mahiyyəti təsadüfdən ayırmayan, onları
daxilən rabitəsiz şəkildə yalnız xronologiyaya əsasən təsvir edən tarixdən
fərqli olaraq, poeziya insan həyatmı ümumi zirvədən seyr etməklə təcəssüm
edir, onu daxili məntiqi əlaqədə götürür, həyatda başlıca xarakter şeylərin təs-
virini yaradır.
Şübhəsiz ki, Aristotel bütün bunları göstərməklə yanaşı, tarixi hadisə və
onun məzmunu ilə poeziya və poeziyanm predmeti arasında mütləq mənada
keçilməz sədd çəkmək istəməmiş və belə bir fıkir onun ağlına da gəlmə-
mişdir.
Odur ki, Aristotelin “Şair də, rəssam və ya başqa sənətkar kimi, təqlidçi
olduğundan, təqlid zamam mütləq üç yolun biri ilə getməlidir. Şair - şeyləri
olmuş və olan kimi, ya onların haqqında düşünülən və danışılan kimi, ya da
ki, olması lazım gələn şəkildə verməlidir” fıkrinə geniş baxmaq lazımdır.
Bəzi hallarda füosofun bu fıkirlərini qiymətləndirərkən belə güman edir-
lər ki, bu tələb Aristoteli həyata naturalist münasibətdən (?) onu müsbət
cəhətdən idealizə etmək, mənfı cəhətdən isə tənqid etmək üsullanna qədər
gətirib çıxanr. Burada bir cəhət unudulur ki, Aristotel “şeyləri olmuş və olan
kimi təsvir etmək” və gerçəkliyə sədaqət üsulundan danışarkən heç də natu-
ralist təsviri nəzərdə tutmur. Aristotelin məntiqinə görə, belə bir üsul faciə
14
şairlərinin də istifadə etdikləri əsas üsullardan biri ola bilər. Aristotel açıq
deyir ki, şairi əgər düzgün təsvir etməkdə təqsirləndirərlərsə, buna belə cavab
vermək olar ki, bəlkə belə təsvir etmək lazım imiş, hətta Sofokl demişdir ki,
o, insanların olmasını zəruri bildiyi kimi verirsə, Evripid onları həqiqətdə
olduğu kimi təsvir edir.
Aristotel şairə geniş sərbəstlik verir, bədii ümumiləşdirmə prosesində
rəngarəng yollardan istifadə etməyin mümkünlüyünü göstərir. Lakin sənət-
kann sərbəstliyi bədii yaradıcılığın qanunları daxilində olmalıdır. Bu qanun-
lar isə başqa sahələrin qanunlanndan fərqli qanunlardır. Bu qanunlar sənət-
karın öz bədii qayəsinə nail olmaq naminə buraxılan səhvlərə belə sənət
əsərində bəraət qazandıra bilər.
Aristotelə görə, bədii ümumiləşdirmə prosesində adətən, iki cür səhv
mümkündür: birinci növ səhv, bilavasitə sənətin mahiyyətinə aid olduğundan
- mühüm, ikincisi isə - təsadüfi səciyyə daşıya bilər. Əgər şair poeziyanın
imkanları daxilində təsviri mümkün olmayan şeylərin təcəssümünə çalışarsa,
bu, birinci növ səhvə daxildir. Belə səhvə yol verilməsinə bəraət qazandır-
maq olmaz. Lakin, əgər şair (hər hansı bir şeyin mahiyyətini) düzgün müəy-
yən edə bilməyərək, məsələn, atı sağ ayaqlarmın ikisini də yuxan qaldırdığı
vəziyyətdə təsvir edir və ya professional sənət sahələrinin qanunları ilə əla-
qədar bir nöqsana, xülasə - ümumiyyətlə, mümkün olmayan bir şeyin təsvi-
rinə yol verirsə, bu - poeziyanm mahiyyətinə aid olan səhv deyildir. Belə
səhvlərə yol verən sənətkann nə dərəcədə haqlı olub-olmadığını konkret
olaraq müzakirə etmək lazımdır. Əgər şair ola bilməyəcək şeyləri təsvir
etməklə səhvə yol verir, lakin bu səhv sayəsində öz qayəsinə, öz məqsədinə
daha yaxşı nail olursa, buna bəraət qazandırmaq lazımdır, zira şair bu yolla
əsərinin müxtəlif hissələrinin heyranediciliyi sayəsində onun təsir qüvvəsini
artırır (“Poetika”, 25-ci fəsil).
Mövcud qəbildən olan səhvlərə yalnız bir halda - sənətkarm ifadə etmək
istədiyi qayəyə - həmin səhvi buraxmadan da nail olmaq mümkün olduğu
halda bəraət qazandırmaq olmaz.
Deməli, Aristotel bu məsələni də mücərrəd şəkildə deyil, sənət əsərinin
həyatiliyi, canhlığı və təsirliliyi məsələsinə tabe, onunla üzvi şəkildə bağlı
məsələ kimi həll edir. Aristotelin nəzərində, müasir istilahla desək, “həyat
həqiqəti” probleminə münasibət mücərrəd deyil, konkret normativ münasi-
bətdir. Bu münasibət, sənətkarın qayəsindən, subyektiv qabiliyyətindən, onun
məşğul olduğu sənət sahəsinin xarakterindən asılı olaraq, müxtəlif şəkillərdə
təzahür edə bilər.
Aristotelin bütün “Poetika” boyu diqqət mərkəzində dayanan ən başlıca
məsələsi faciə problemidir. Onun faciə haqqındakı fikirləri genişdir: buraya
faciənin mənşəyi və inkişafı, predmeti və şəkilləri, tərkib hissələrinin xarak-
15
teristikası və həcmi, eposla ümumi, fərqləndirici cəhətlərinin təhlili, fəci
“təmizlənmə” (“katarsis”) haqqında fıkirləri və s. daxildir.
Aristotel faciəyə belə tərif verir: faciə - ciddi və bitmiş müəyyən həcmə
malik hərəkəti nağıletmə yolu ilə deyil, hərəkətin özü vasitəsilə, onun ayrı-
ayn hissələrində müxtəlif cür bəzənmiş dillə təqlid etməkdir ki, mərhəmət
və qorxu hissi sayəsində həmin hisslərin və onlara bənzər ehtirasların təmiz-
lənməsinə kömək edir.
Aristotelin tərifindən aydın olur ki, faciə, hər şeydən əvvəl, ciddi hadisə-
lərin təqlidindən ibarət olmalıdır, halbuki komediyada belə deyildir. Faciə
müvafiq həcmə malik olmalıdır, yəni elə həcmə malik olmalıdır ki, onun gös-
tərildiyi vaxt arzində gözümüz qarşısında cərəyan edən əhvalatlarm mahiy-
yətini, xəyalən əhatə və təsəvvür edə bilək, qəhrəmanın taleyində baş verən
köklü təbəddülatın - xoşbəxtlikdən bədbəxtliyə və tərsinə dönüşün mənasını
qavraya bilək. Buna görə faciə həcmcə nə həddən artıq uzun, nə də qısa
olmahdır. Çünki kiçik həcm daxilində lazımi fəci duyğuları oyada biləcək
hadisələrin əhatəsi qeyri-mümkündür. Faciə həddən artıq uzun da ola bilməz.
Çox uzun faciə hadisələrinin qeyri-yığcamlığı üzündən, adamı yorar və
nəticədə öz təsirini göstərməz.
Faciə, həcm etibarilə, dastandan fərqlənməlidir (“Poetika”, 26-cı fəsil).
Şübhəsiz ki, Aristotel nəinki faciənin, o cümlədən sənətin digər janrları və
növlərinin də həcmini müəyyən edərkən yunan estetikasında kök salan (Aris-
totelin daha da inkişaf etdirdiyi) “gözəllik əndazədədir” fıkrindən çıxış etmişdir.
Faciə, eyni zamanda, bitkin bir hadisənin ifadəsi olmalıdır. Aristotel,
poeziyanm digər sahələrindən fərqli olaraq, faciənin məhz özünəməxsus
müəyyən, yəni əlvan bəzəkli dilə malik olduğunu göstərir. O, faciə dilinin
müəyyənliyi dedikdə, musiqi və nəğmənin müşayiəti ilə ifadə edilən ritmik
danışığı nəzərdə tutur ki, bütün bu vasitələrdən də faciə əsərinin müxtəlif
hissələrində, müxtəlif tənasüb və münasibətlərlə istifadə edilir.
Faciənin tərifində, onun ən mühüm spesifık xüsusiyyətlərindən biri kimi,
canlı hərəkət və hadisənin təqlidi olmasına da işarə olunur. Aristotel forma
cəhətdən dastandan fərqləndirdiyi faciəni hərəkətin elə təqlidi adlandınr ki,
o, hekayət yolu ilə deyil, hərəkətin özünün əyani göstərilməsindən yaranan
qorxu və mərhəmət hisslərinin köməyi ilə insanın həmin və uyğun ehtiras-
lardan təmizlənməsinə kömək etsin.
Lessinq çox yaxşı göstərir ki, Aristotelin nəzərində, mərhəmət və can
yanğısının yaranması üçün insanm başma əvvəllər onun yaşamadığı bəd-
bəxtliklərin gəlməsi tələb olunur. Belə ki, biz başqasının mövcud məqamda
düçar olduğu bədbəxtlikləri yaşadığımız qədər heç də çoxdan olub-keçmiş və
ya hələ uzaq gələcəkdə baş verəcək bədbəxtliklərə ya yanmaz, ya da o qədər
yana bilmərik; buna görədir ki, hərəkətin elə şəklinin təsviri lazımdır ki, tələb
16
olunan mərhəmət və can yanğısı hissini doğura bilsin, bu da hekayət yolu ilə
deyil, məhz bilavasitə hələ yaşanılmayan bədbəxtliklərin təsvirini verən bilən
dramatik formanm köməyi ilə mümkündür.
Aristotel faciənin tərkib hissələrinin necəliyini də təhlil etmişdir. Onun
fikrincə, faciə tərkibcə altı hissədən ibarətdir: dekorativ bəzək və ya görkəm;
fabula; xarakterlər; musiqi kompozisiyası; bədii söz və fıkir. Bu hissələr
içərisində isə ən mühüm və əsas yeri fabula tutur. Fabula, Aristotelə görə,
müxtəlif hadisələrin rabitəliliyi, onların bütöv bir hərəkət halında təqlididir.
Fabula haradan gəldi başlayıb, harada gəldi bitə bilməz. Onun başlanğıcı,
ortası, sonu olmalıdır. Sonda hadisə qurtarmalı, bütün mübhəmliklər aydın-
laşdırılmalıdır. Fabula hərəkət vəhdəti qanununa tabedir. Bu qanuna görə,
bütün hadisələr elə vahid və bitkin, tam hərəkətin ətrafındə cəmləşməli,
onunla sıx rabitədə olmalıdır ki, həmin hadisələrdən bəri aradan çıxarılan
zaman əsərin də bütövlüyünə ciddi xələl gəlsin, ziyan dəysin. Hadisələrin
məcmusunda fabula ona görə mühüm və əsasdır ki, faciə, ümumiyyətlə, insan-
ları deyil, onların hərəkətlərini, əməllərini və həyatlannı, xoşbəxtliklərini və
bədbəxtliklərini təqlid edir; xoşbəxtlik və bədbəxtlik isə özünü hərəkətdə
göstərir (“Poetika”, 6-cı fəsil).
Dramaturq insanı bilavasitə işdə, əməldə göstərməklə, onun xarakter və
xasiyyətlərini də bu yolla açmaq əvəzinə, hərəkətin təsvirini unudub, yalnız
xarakter və xasiyyəti açmağa fikir verərsə, onun əsəri öz qayəsinə nail ola
bilməz. Şairlər hərəkət adamlarmı onlann xarakterini təsvir etmək naminə
göstərmirlər, onlar bu hərəkəti göstərdiklərinə görə xarakterləri də əhatə edir-
lər. Şəxsiyyət, hətta, xaraktersiz də ola bilər, belə halda onu elə xaraktersiz
də göstərmək lazımdır. Rəngkarlıqda rəsmin rolu necədirsə, faciədə də fabu-
lanın rolu elədir.
Aristotel hərəkəti ön plana çəkməklə, faciədə xarakteri ifadə etməyi
inkar etmir. O, hadisələrin inkişafından kənarda, yalnız söz vasitəsilə xarak-
terin təsvirini əsas məqsədə çevirməyin əleyhinə çıxır. Bu isə, öz növbə-
sində, heç də o demək deyildir ki, söz faciədə xarakteri ifadə etməyə kömək
etməməlidir. Bu o deməkdir ki, xarakterin necəliyi başlıca olaraq hərəkətdən,
insanın davranışmdan anlaşılmalıdır.
Biz isə burada axırmcı bir məsələ üzərində dayanaq ki, bu Aristotelin
katarsis (təmizləmə) məfhumu altında nəyi nəzərdə tutması məsələsidir. Həmin
məsələ haqqında indiyə qədər geniş ədəbiyyat yaranmış və uzun mübahisələr
getmişdir. Bu mübahisələri dörd istiqamətdə qruplaşdırmaq olar; birinci isti-
qamətin nümayəndələri problemi - etik; ikincilər etik-estetik; üçüncülər -
tibbi; dördüncülər isə - dini nöqteyi-nəzərdən izah edirlər.
Etik nəzəriyyənin nümayəndələrinə Vinçenso Maci, Lessinq və Ordınski
daxildirlər. Maci özünün 1550-ci ildə çıxan “İzahlar”ında yazırdı ki, Aristo-
17
telin faciəyə verdiyi tərifdə “bu affektlərdən” təmizlənmə haqqındakı söz-
lərini “uyğun” affektlərdən təmizlənmə kimi anlamaq lazımdır və buna görə
də, deməli, faciənin qayəsi qorxu və mərhəmətə uyğun qəzəb, tamahkarlıq,
mənsəbpərəstlik, nifrət və s. ehtirasların təmizlənməsi mənasında anlaşılma-
lıdır. Başqa sözlə, Maci Aristotelin faciəyə əxlaqi baxımdan yanaşdığını,
sənətin isə əxlaqi qayə daşıdığını göstərir.
Aristotelin “Poetika”sı ilə əlaqədar faciənin əxlaqi qayəsi haqqmdakı
nəzəriyyəni daha mükəmməl şəkildə əsaslandırmağa çalışan Lessinq olmuş-
dur. Lessinqə görə, Aristotel “katarsis” dedikdə, bəzilərinin düşündüyü kimi,
mərhəmət ehtirasının hər cür ehtirasları deyil, qorxu və mərhəmətin bilava-
sitə özünü və onlara uyğun ehtirasların təmizlənməsini nəzərdə tutur. Qorxu
dedikdə isə, nəinki qarşıdakı fəlakətin doğura biləcəyi zəhmli hissləri, eyni
zamanda, digər müvafıq duyğuları, məsələn, baş verməkdə olan və ya olub-
keçən fəlakət və bədbəxtlik üzündən yaranan qəm, hüzn kimi əzablı duyğu-
ları nəzərdə tutmaq lazımdır. Qorxu və mərhəmət ehtiraslarım məhz belə bir
tam həcmə malik qorxu və mərhəməti doğuran faciə təmizləyə bilər. Əlbəttə,
Lessinq onu da göstərir ki, faciədə öyüdlü şeylərə də təsadüf etmək olar ki,
bunlar başqa ehtiraslann da təmizlənməsinə kömək edə bilər, lakin bu, faciə-
nin əsas məqsədini və qayəsini təşkil etmir. Bu onun poema və komediya
kimi sahələrlə ümumi olan cəhətidir. Fəci mərhəmət nəinki ifrat mərhəmət
duyğusuna malik adamların, eyni zamanda, bu duyğunu son dərəcə zəif yaşa-
yan adamlarm da təmizlənməsidir. Fəci qorxu nəinki heç bir fəlakət və bəd-
bəxtlikdən qorxmayanların, eyni zamanda hər cür, hətta ən uzaq, ən ağlabat-
maz bədbəxtliklərdən belə narahat olan adamların qəlbən təmizlənməsidir.
Fəci əsərdə müəyyən qəhrəmanın iztirablarınm təsvirinə baxan tama-
şaçının qəlbində müztəribə qarşı bir rəhm və mərhəmət yaranır ki, bu da
qorxu hissinə keçir. Bu zaman tamaşaçı düşünür ki, “mən də bu günə düşə
bilərəm” və “fılan-fılan əməllərdən saqmmalıyam”.
İfrat dərəcə heç nədən qorxmayan adamların düşə biləcəyi fəci vəziy-
yətləri uyğun səhnələrdə canlandırmaqla, faciə belələrinin qəlbini qorxunun
köməyilə yumşaldır, “yuyur”, “təmizləyir”sə, insani iztirabların qanunauy-
ğunluğu və zəruriliyini göstərməklə, insanları fəlakəti səbirlə, yüksək
mənəvi vüqarla qarşılamağa alışdırmaqla, həddən artıq qorxaq olanlara ürək-
dirək verir, onları cəsarətləndirir, ülvi mənəvi amallara səsləyir və s.
Faciənin yaratdığı qorxu və mərhəmət insanı əxlaqi cəhətdən saflaşdırır,
fəzilətləndirir. Ordınski “Poetikaya” yazdığı şərhlərində “katarsis”in etik-
əxlaqi mənasını əsaslandıran Lessinqin bütün bu fıkirlərinə tərəfdar çıxır.
Bəzi alimlər “təmizlənməyə” əxlaqi məna verən baxışlarla razılaşmırlar.
Bununla yanaşı, katarsisi başqa mövqelərdən şərh etməklə, onun əxlaqi məna-
18
smı tamam danmayanlar da vardır. Məsələn, Belçika alimi P.Somville “Katarsis
və Aristotel estetikası” (Brüssel, 1971) adlı əsərində yazır: “Əlbəttə, Aristotel
fəci tamaşanm və musiqi ladlannın tərbiyəvi əhəmiyyətini “Poetika” və “Poli-
tika” əsərlərində qeyd edir, lakin o, katarsis anlayışını tərbiyə anlayışına mün-
cər etmir”.
Bolqar alimi Aleksandr Niçev isə “Aristoteldə fəci təmizlənmənin sir-
ləri” adlı tədqiqatmda (Sofiya, 1970) katarsisin əxlaqi və idraki əhəmiyyətinə
ayrıca nəzər salır.
İkinci nəzəriyyə məşhur alman filosofu Zellerin adı ilə daha çox bağlıdır.
Zeller “Yunan fəlsəfə tarixi”ndə Aristotelin “təmizlənmə” haqqındakı fikir-
lərini şərh edərək yazır: “İncəsənət affektləri şəxsi deyil, ümumbəşəri cəhət-
lərə müncər etmək, öz qanunlanna tabe etmək, müəyyən mənada onlara
hakim olmaq, qüvvələrini məhdudlaşdırmaq yolu ilə saflaşdmr, sakitləşdirir.
Məsələn, faciə öz qəhrəmanlannın başına gələn əhvalatlar vasitəsilə bəşər
taleyinin ədəbi qanunlannın təcəssümünü göstərirsə, musiqi coşan ehtirasları
ritm və ahəngin köməyi ilə səngidib sakitləşdirir. Fəci şairin vəzifəsi mərhə-
mət və qorxu hisslərini şiddətləndirmək yolu ilə təmizləməkdir. Gözümüz
önündə canlanan bədbəxtliklər mərhəmət hissimizin oyanmasına səbəb
olduğu kimi müztəriblə yaxınlığımızı anlamağımız da həyatımız üçün qorxu
hisslərimizin oyanmasına bais olur”.
Üçüncü nəzəriyyənin nümayəndəsi alman alimi Bemays isə “katarsis”i
tibbi baxımdan izah etmişdir. Onun fikrincə, faciənin köməyi ilə qorxu və
mərhəmət ehtiraslanndan təmizlənmə teatr tamaşaçısının qəlbində yaranan
müəyyən təbii reaksiyanın nəticəsində baş verir. Tamaşada göstərilən duyğu-
lara müvafiq, oxşar duyğular ilə teatra gələn adamm qəlbindəki mövcud hiss-
ləri həyəcana gətirməyin, onları gərgin bir məqama çatdırmağın nəticəsi olmaq
etibarilə bu reaksiya mərhəmət, qorxu kimi uyğun həyəcanlı hisslərə şövqlü
adamlann həmin hisslərini yuyur, duruldur, göz yaşmdan yüngülləşmə zamanı
olduğu kimi, insanda xüsusi bir yüngülləşmə və razılıq, rahatlıq hissi doğurur.
Bemays kimi Lenert də təmizlənməyə “tibbi”, “homopostik” məna verə-
rək, ona affekti affektlə təmizləmək kimi baxır.
Haupt, Ronde və İvanov isə Aristotelin “katarsis” nəzəriyyəsinin mənasmı
dini nöqteyi-nəzərdən izah etməyə çahşmışlar. Bu nəzəriyyənin tərəfdarla-
nna görə, Aristotel “təmizlənmə” istilahını dini misteriyalar dilinin lüğət tərki-
bindən götürmüş ki, bu da faciə ilə sıx rabitədə olan Dionis kultu ilə bağlıdır.
Dini-intellektual nəzəriyyənin nümayəndələrinin fikri, bir növ, Lukretsi
Kann “Şeylərin təbiəti haqqında” əsərində təsvir olunan bir hissin elmi-
obrazlı izahı ilə həmahəngdir. Lukretsi yazır ki, başqasının tufan zamanı dər-
yada təhlükəyə qərq olmasmı seyr etmək doğrudan da adama xoşdur, ona görə
19
yox ki, özgəsinin bədbəxtliyinə tamaşa eləmək, ümumiyyətlə, xoşdur. Ona
görə ki, insanın özünü fəlakət və ya döyüş meydanmdan kənarda, tamam
təhlükəsiz bir yerdə olmasını hiss etməsinin özü xoş və sevindiricidir.
Yuxudan ayılan bir adam, ağlı başına gələr-gəlməz, röyadakı keşməkeş-
lərdən qurtardığına sevindiyi kimi faciəyə baxan adam da sevinir ki, o, qəh-
rəmanm düşmüş olduğu bədbəxtliyə düşməmişdir. Bu ona müəyyən mənada,
təsəlli verir və tamaşaçı özündə bir yüngüllük hiss edir. Bu isə, bir növ,
bulanıq çay selinin cuşa gəlib səngiməsindən sonra yaranan durulmaya bən-
zəyir ki, elə təmizlənmə də budur.
Şübhəsiz ki, bu nəzəriyyələrin hərəsinin müəyyən üstünlükləri olsa da,
aynlıqda, onlardan heç biri “katarsis”in mənasını tam ifadə edə bilmir.
Aristotelin bu əsərdə toxunduğu bir sıra başqa məsələlər (faciənin və
komediyanın mənşəyi və tarixi, onlann təqlid obyekti və qayələri, qədim yunan
faciəsinin quruluşu və xarakteristikası, fabulanm növləri və şəkilləri və s.)
haqqında bu kitabm sonunda verilən xüsusi şərh və izahlarda da məlumat
vardır.
Aslan Aslanov
20
İ POtTlKA
1
s
m
lagnıııiiiııııniiniiiıiiaıııiiiııııııiiBi
m
B iz həm ümumiyyətlə poetik sənətdən, həm də onun ayrı-ayrı
növlərindən, bu növlərin hər birinin əhəm iyyətinin təqribən nədən iba-
rət olduğundan, həmçinin poetik əsərin yaxşx çıxması üçün fabulanın
necə qurulmalı olduğundan bəhs edəcəyik; bundan əlavə, poetik ə s ə -
rin neçə və hansı hissələrdən ibarət olduğundan, e ləc ə də həmin bu
m əsələyə dəxli olan bütün digər şeylərdən danışacağıq; söhbətimizə,
işin mahiyyətinə uyğun olaraq, ən əsas m əsələd ən başlayaq.
Epik və fəci poeziya, həmçinin komediya v ə difırambik poeziya,
avletika və kifaristikanm böyük bir qismi - bütün bunlar hamısı, ümu-
m iyyətlə desək, təqlidi sənətlərdir; bu sənətlər bir-birindən üç cəh ət-
dən; ya təqlidin nə ilə olduğuna, ya nəyin təqlid olunduğuna, ya da təq-
lidin necə olduğuna görə fərqlənir ki, bunlar da həm işə eyni cür olmur.
Şeyləri təcəssüm zamam n ecə ki, bəziləri ustalıq sayəsində, baş-
qaları vərdişlə, digərləri isə təbii istedadın sayəsində rənglərdə və
formalarda bir çox cəhətləri təqlid edirlər, indicə adları çəkilən sənət-
lərin də hamısında b elə olur. Burada da eynilə təqlid, ya ayrı-ayrılıqda
və ya birlikdə ritm, söz v ə harmoniyanın köm əyi ilə başa gəlir: belə ki,
harmoniyadan və ritmdən yalnız avletika, kifaristika v ə
Dostları ilə paylaş: |