|
tuturam ki, bu da həm vəznli nitqdə, həm də vəznsiz nitqdə - nəsrdə
tuturam ki, bu da həm vəznli nitqdə, həm də vəznsiz nitqdə - nəsrdə
eyni dərəcədə əhəm iyyətə malikdir. Qalan hissələrdən beşincisi m usi-
qidir ki, bu da bəzəklərin ən başlıcasıdır... Səhnə şəraiti isə, qəlbi
oxşasa da, poeziya sənəti sahəsində tamam kənardadır və poeziyaya
hər şeydən daha az dəxli var, çünki faciə yarışsız və aktyorsuz da öz
qüw əsində qalır; həm də ki, dekorasiyalarm işlənm əsində şairlik sən ə-
tindən çox dekorçuluq sənətinin ehəm iyyəti vardır.
32
Bütün bu qaydaları müəyyən etdikdən sonra, indi də onu deyək ki,
bəs hərəkətlərin əlaqələndirilm əsi necə olmalıdır, çünki bu, faciədə
birinci v ə ən mühüm şərtdir. Biz müəyyən etdik ki, faciə bitmiş və bütöv,
müəyyən həcmə malik hərəkətin təqlididir, çünki axı bir həcmi olmayan
bütöv şeylər də mövcuddur. Bütöv odur ki, başlanğıcı, ortası və sonu var-
dır. Başlanğıc odur ki, o zərurətə görə özü başqasının dalınca gəlmir,
əksinə, təbiətin qanunu üzrə, nə isə başqa bir şey ondan sonra mövcud
olur v ə ya meydana gəlir; son, əksinə, odur ki, o özü, zərurətə görə və ya
adət üzrə, mütləq başqasının dalınca gəlir və ondan sonra heç nə olmur;
orta isə odur ki, o həm özü başqasının dalınca gəlir, həm də onun dalınca
başqası gəlir. Deməli, gərək yaxşı tərtib olunmuş fabulalar hardangəldi
başlayıb, hardangəldi qurtarmasın, göstərilən qaydalara əm əl etsin.
Daha sonra, gözəllik, istər m üəyyən bir canlıda və ya başqa şeydə,
məlum hissələrdən ibarətdirsə, onda gərək bu hissələr nəinki m üəy-
yən nizamda, həmçinin münasib həcm də olsun: gözəllik müəyyən həcm
və nizamdadır, odur ki, həddən artıq kiçik varlıqlar gözəl ola bilməz,
zira hissolunmaz dərəcedə ani bir zaman ərzində ona baxarkən, gözü-
müzdə əriyib qarışır, e ləc ə də həddən artıq böyük varlıqlar da gözəl
ola bilm əz, çünki onu birdən-birə görmək mümkün olmur, tamlığı və
vəhdəti isə nəzərdən qaçır, tutalım ki, m əsələn, on min stadiy uzunlu-
ğunda heyvana baxarkən necə ola bilərsə, bu da elə. D em əli, necə ki,
cansız v ə canlı cisim lər asan müşahidə edilə bilən bir həcm ə malik
olmalıdır, fabulalar da elə uzunluğa malik olmalıdır ki, asanlıqla yadda
qala bilsin. Fabulanm teatr yarışlarına və hissi qavrayışa görə m üəy-
yənləşdirilməsinin poeziya sənətinə dəxli yoxdur: əgər yarışa yüz
faciə təqdim ediləsi olsaydı, onda bu yarışlar su saatı ilə keçirilərdi,
necə ki, bəzi hallarda elə həqiqətən belə olur. Ölçü işin özünün mahiy-
yəti ilə müəyyənləşdirilir və həm işə həcm etibarilə o faciə yaxşıdır ki,
fabulası tam aydmlaşıncaya qədər genişlənm iş olsun, xülasə, sadəcə
tərif verəcək olsaq, deyə bilərik: o həcm kafı hesab oluna bilər ki,
onun daxilində, hadisələr ehtimal v ə ya zərurətə əsasən mütəmadi
şəkildə bir-birini əv ə z etdikcə, bədbəxtlikdən xoşbəxtliyə və ya xo ş-
bəxtlikdən bədbəxtliyə doğru dəyişiklik əm ələ g ə lə bilsin.
33
Bəzilərinin düşündükləri kimi, fabulanın vəhdəti heç də yalnız bir
qəhrəman ətrafında dolaşdığı zaman olmur: çünki, əslində, birinin başı-
na sonsuz dərəcədə çoxlu əhvalatlar g ələ bilər v ə elə olar ki, bu əhva-
latlarm müəyyən qismi arasında heç bir vəhdət də olmaz. Eynilə,
bunun kimi, tək bir adamın da hərəkətləri çox ola bilər, lakin onlardan
vahid hərəkət düzələ bilm əz. Buna görə də b izə elə gəlir ki, “Herak-
leida”, “Teseida” və bu cür poemalar yazan şairlər yanılırlar: onlar belə
zənn edirlər ki, Herakl tək olduğu üçün elə fabula da tək olmalıdır.
Başqa m əsələlərdə də [digər şairlərdən] əh əm iyyətli dərəcədə seçilən
Homer sənətkarlığınmı, təbii istedadınmı sayəsində bu m əsələyə də,
görünür, düzgün yanaşa bilmişdir: b elə ki, o, “O disseya” əsərini yara-
darkən qəhrəmanın başına gələnlərin hamısmı, onun Pamasda necə
yaralandığını, müharibəyə səfərbərlik elan olunan zaman özünü nə cür
dəliliyə vurduğunu təsvir etməmişdir, çünki bu əhvalatlardan heç biri
qətiyyən nə zərurət, nə ehtimala görə bir-birindən doğmur; buna görə
də öz “Odisseya” və eyni d ərəcəd ə “İliada”sını yazarkən, hər şeyi,
[indicə] müəyyən etdiyimiz kimi, yeganə vahid bir hərəkət ətrafında
cəmləşdirmişdir.
Deməli, təqlidi sənətlərin digər sahələrində olduğu kimi, vahid təq-
lid bir predmetə təqliddən ibarətdir, bunun kimi də, hərəkətin təqli-
dinə xidmət edən fabula özü də bitkin, yeganə hərəkətin təqlidindən
ibarət olmalıdır, əhvalatların hissələri isə, bir-biri ilə elə bağlanma-
lıdır ki, onlardan biri dəyişdiriləndə və ya çıxarılanda tama da xələl
gəlsin, onun bütövlüyü sarsılsın, zira varlığı v ə yoxluğu sezilməyən bir
şey tamın da üzvi hissəsi deyildir.
34
Deyilənlərdən o da aydın olur ki, şairin v əz ifəsi həqiqətən olub
keçənlərdən deyil, ola bilən şeylərdən, daha doğrusu, ehtimala v ə ya
zərurətə görə mümkün ola bilən hadisələrdən bəhs eləməkdir. Məhz,
tarixçini v ə şairi [bir-birindən] fərqləndirən o deyil ki, biri vəznlərdən
istifadə edir, o biri isə etmir: Herodotun əsərlərini nəzm ə çəkmək olar-
dı, bununla belə, onlar vəznlə də, vəznsiz də yenə tarix əsəri olaraq
qalardılar: onları fərqləndirən budur ki, birincisi, həqiqətən olub keçən-
lərdən, ikincisi isə, mümkün ola bilən hadisələrdən bəhs edir. Buna
görə də poeziya tarixdən daha fəlsəfi v ə daha ciddidir: poeziya daha
çox - ümumidən, tarix - xüsusidən bəhs edir. Ümumi ondadır ki, m üəy-
yən xarakterə malik adam ehtimal v ə ya zərurətə görə n ə danışmalı v ə
ya nə etməlidir, poeziya da qəhrəmanlara m üəyyən adlar verməklə elə
bunu göstərm əyə çalışır; xüsusi isə, odur ki, m əsələn, Alkiviad nə
eləyib və ya onun başına nə kimi əhvalat gəlibdir. Komediyada isə bu
lap aydın görünür: əsərlərini ayrı-ayrı məlum şəxsiyyətlərə ithaf edən
yamb [mədhiyyə] yazanlardan fərqli olaraq, fabulanı ehtimal qanunlan
üzrə quran şairlər [komediyalarında] istənilən adların uydurulması
yolundan istifadə edirlər. Faciədə isə keçm işdən götürülən adlar veri-
lir; bunun səbəbi isə odur ki, ehtimala görə mümkün olan [yalnız]
budur. Zira biz, olmayana [baş verm əyənə] h ələ inanmırıq, amma olan
[baş verən] isə olması, görünür, mümkündür ki, olubdur [baş veribdir],
mümkün olmasaydı, olmazdı [baş verə bilm əzdi]. Bununla belə, bəzi
faciələrdə bir-iki məlum addan başqa qalan adların hamısı uydurma
olur, bəzilərində isə heç bir dənə də məlum ad olmur, m əsələn, Aqa-
fonun “Ç içək” əsərində vəziyyət belədir: bu əsərdə əhvalatlar da,
adlar da eyni dərəcədə uydurmadır, bununla belə, o əsər yenə xoşa
gəlir. Dem əli, faciəvi hadisələrdən bəhs edən m iflərə eynilə, rəva-
yətlərdə deyildiyi kimi, mütləq riayət etm əyə çalışmaq lazım deyildir.
Buna riayət etməyin özü də gülməlidir, zira məlum olanın özü də adam-
lann çox yox, azına məlumdur, amma yenə də hamının xoşuna gəlir.
Beləliklə, buradan aydın olur ki, şair metr [vəzn] yaradıcısı olmaqdan
daha çox fabula yaradıcısı olmalıdır, çünki o, təqlidi təsvir gücünə
35
görə şairdir və o, hərəkəti təqlid edir. O, hətta həqiqətən baş vermiş
əhvalatları əks etdirməli olsa belə, yenə şair olaraq qalır, zira heç n ə
mane olmur ki, həqiqətən baş vermiş hadisələrin bəziləri özləri də ehti-
mal v ə ya imkan daxilində olsun: şair, bu mənada, [həmin] hadisələrin
də yaradıcısıdır.
Sadə fabula və hərəkətlər içərisində ən pisi episodik olanlardır;
episodik fabula isə m ən o fabulaya deyirəm ki, onun ehtiva etdiyi
episodilər bir-birinin dalınca gəlir, amma heç bir ehtimala və zərurətə
əsaslanmır. Bu cür faciələri pis şairlər şəxsi qabiliyyətsizlikləri üzün-
dən, yaxşı şairlər isə aktyorların xatirinə yazırlar: onlar, məhz yarış-
malar düzəltmək və buna görə də daxili məzmunun ziddinə gedib, fabu-
lanı uzatmaqla hadisə v ə hərəkətin təbii sırasını pozmağa məcbur olurlar.
Faciə nəinki yalnız bitkin hərəkətin, eyni zamanda qorxunc v ə acı-
nacaqlı hərəkətin təqlididir ki, bu sonuncu da xüsusən o vaxt olur ki,
, çox halda isə, gözlənilənin ziddinə v ə
bir-birinin sayəsində baş verir, çünki təəccüb doğuran hadisə və hərəkət
öz-özü nə v ə təsadüf sayəsində deyil, naqafil baş verəndə daha böyük
təsir q ü w əsin ə malik olur, belə ki, təsadüflər içərisində ən çox tə ə c -
cüb doğuranı bir növ sanki qəsdlə olan əhvalatlardır, necə ki, m əsələn,
Mitiyanm Arqosdakı heykəli guya Mitiyanın qatili ona tamaşa edərkən
uçmuş v ə qatilin üstünə düşüb onu öldürmüşdür; belə şeylər sanki m əq-
sədsiz baş vermir.
Dem əli, buna bənzər fabulalar da mütləq yaxşı olacaq.
36
Fabulalann bəziləri sadə, bəziləri isə dolaşıq olur, çünki fabula-
lann teqlid etdiyi hərəketler də ele bele olur. Mən, yuxarıda müəyyən
olunduğu kimi, ele fasilesiz v ə tamamlanmış herəkəti sadə adlandırı-
ram ki, onun erzinde taleyin dəyişm esi peripetiyalarsız v ə tanınmalar-
sız olsun; dolaşıq isə ele herəkete deyirem ki, orada taleyin dəyişm əsi
tanıma ve ya peripetiya ile, yaxud her ikisinin bahəm iştirakı ilə əm ələ
gelsin. Bütün bunlar, öz növbesinde, fabulanın terkibindən elə d oğ-
malıdır ki, müeyyen bir hadisə zeruret v ə ehtimala əsasən əvvəl baş
vermiş hadisədən yaransın: çünki axı hər hansı bir hadisənin nəyinsə
nəticəsində baş vermesi ile nedənsə sonra baş verməsinin arasında
böyük ferq vardır.
37
N övbə ilə, indicə dediklərimizin ardınca, gərək biz fabulanı tərtib
edərkən n əyə səy edib, nədən çəkinməyin və faciənin vəzifələrini n e c e
yerinə yetirməyin lazım gəldiyi barədə danışaq. Madam ki, ən y a x şı
faciə tərkibcə sadə yox, dolaşıq olmalıdır, həm də qorxunc v ə zavallını
təqlid etməlidir (zira bu, o cür bədii təsvirin xüsusiyyətini təşkil edir),
o halda, hər şeydən əvvəl, aydındır ki, ləyaqətli adamların x o şb əx t-
likdən bədbəxtliyə düçar olmasını təsvir etmək lazım deyildir, çünki
bu nə qorxunc, nə də zavallı bir şey deyil, ancaq mənfiır bir şeydir,
eynilə də pis adamlarm bədbəxtlikdən xoşbəxtliyə düşməsini təsv ir
etmək lazım deyildir, b elə ki, bu, faciənin ruhuna daha yabançıdır,
faciə üçün zəruri olan heç bir şeyi ehtiva etmir, yəni, nə insana m əh əb -
b ət duyğusu, nə mərhəmət, nə də qorxu oyadır; nəhayət, tamam yara-
maz adamın da xoşbəxtlikdən bədbəxtliyə düçar olmasmı vermək olmaz,
zira hadisələrin belə cərəyanı insana məhəbbət duyğusu oyadar, m ər-
həm ət v ə qorxu oyatmaz: axı mərhəmət günahsız adama qarşı oyanır,
qorxu isə bizim lə eyni vəziyyətd ə olan adamın bədbəxtliyini gördüyü-
müz zaman yaranır; dem əli, bu [sonuncu qəbildən olan] əhvalatlar
bizdə nə mərhəmət, nə də qorxu doğura bilər.
Nəhayət, bu iki halın arasındakı [adamın vəziyyəti] qalır. Bu [vəziy-
yətdə qalan] o adamdır ki, [xüsusi] xeyirxahlığı və ədaləti ilə fərq-
lənmir, ə w ə llə r daha şərəfli və xoşbəxt sayıldığı halda öz qəbahəti v ə
yaramazlığı üzündən deyil, m üəyyən bir səhvin nəticəsində bədbəxt-
liye düçar olur, m əsələn, Edip, Fiest və bu qəbildən olan görkəmli
şəxsiyyətlər belədir.
Yaxşı düzəlmiş fabula, bəzilərinin dediyi kimi, qoşatərkib olmaq-
dansa, sadə olmalıdır və belə fabula daxilində taleyin dəyişm əsi b əd -
bəxtlikdən xoşbəxtliyə deyil, əksinə, xoşbəxtlikdən bədbəxtliyə dön-
məlidir ki, bu da indicə təsvir olunan şəxsdən nəinki aşağı, bəlkə yuxarı
olan adamların qəbahətindən yox, hər hansı bir böyük səhvi üzündən
baş verməlidir. Tarix də bunu sübut edir: əvvəllər şairlər dalbadal ə llə -
rinə ilk düşən mifləri işləyirdilər, indi isə ən yaxşı faciələr məhdud
dairədən olan miflər ətrafında, m əsələn, Alkmeon, Edip, Orest, Meleaqr,
40
Fiest, T elef ve bunlar kimi m üəyyən bir dəhşəti yaşamış və ya törət-
miş bütün digər şexsiyyetler ətrafında yaradılır.
B eleliklə, senətin qanunlarına göre ən yaxşı faciə, həmin bu cür
tərkibə malik olan faciedir. Bunun üçün de Evripidi bunda təqsir-
lendirən adamlar səhv edirler ki, o, bu deyilenlere əm əl edir və onun
facielerinin çoxu bedbextlikle neticelenir: faciə, deyildiyi kimi, elə
belə de olmalıdır. Buna en yaxşı sübut odur ki, səhnəde və müsabi-
qelerdə mehz bu cür facielər, yaxşı tamaşaya qoyulduğu təqdirdə, ən
yaxşı faciəler hesab olunur, Evripid ise [elindəki materialdan bəzi
əsərlerində yaxşı istifadə etm ese də], şairlər arasmda yenə ən yaxşı
faciənevisdir.
Faciənin bezilerinin birinci adlandırdığı ikinci növü isə o növdür
ki, “Odisseya” kimi, qoşa terkibə malikdir, özü də yaxşı və pis adam-
lar üçün təzadla nəticələnir. Əslində, faciənin bu növü tamaşaçı kütlə-
sinin zeifliyi üzünden birinci görünür: axı tamaşaçılara xoş gəlm ək
üçün şairler onlarm səviyyesin ə enirlər. Lakin bu yolla (alınan həzz
facie eserinden) alınan həzz deyil, daha çox komediyadan alınan h ə z -
dir; bu halda, doğrudan da, fabulaya görə, Orest və E g isf kimi, qəddar
düşmen olan şəxsiyyətlər axırda dostlaşırlar və biri digərinin əli ilə
ölmür.
41
Qorxunc v ə zavallı tamaşa şəraitinin köməyi ilə yaradılıb təsvir
edilə bilər, lakin o, eyni zamanda hadisələrin öz tərkibinden də doğa
bilər ki, bu, daha üstün olmaqla, yaxşı şairlik əlaməti sayılır. Məhz buna
görə de fabulanı e lə qurmaq lazımdır ki, səhnə tamaşasmdan ayrılıqda
da baş veren hadiselərin cərəyanı haqda deyilənlərə qulaq asan hər
kəs, ehvalatlar açıldıqca sarsılsın v ə acımaq hissi keçirsin; bunu “Edip”in
fabulasına qulaq asan hər kəs hiss edə bilər. Buna tamaşa şəraitinin vasi-
təsile nail olmaq ise çox z ə if bədii yoldur ve [təkcə] xoregiyaya ehti-
yacı vardır. Tamaşa vasitəsilə qorxunc olanı deyil, yalnız qəşəngi tə s-
vir edenlerin ise faciəyə heç bir dəxli yoxdur, çünki faciedən hər cür
deyil, [yalnız] faciəye m əxsus zövqü almaq lazımdır. Acımaq v e qorxu
hissindən doğan zövqü bədii təsvirin köm əyi ilə vermək isə şairin
v əzifəsi olduğundan, aydındır ki, m ehz ehvalatların da əsasında bu
dayanmalıdır. Əhvalatlardan hansmın qorxunc, hansmın acınacaqlı oldu-
ğunu da ele bundan bilirik. Bu cür hadisə və əhvalatlar isə gərək ya
dost, ya düşmən olan, yaxud bir-birinə laqeyd olan adamlar arasında
baş versin. Əgər düşmən düşməni iztirab çəkm əyə məcbur eləyirsə,
iztirabm ümumi mahiyyəti istisna olunmaq şərtilə, o, n ə öz əm əlini
yerinə yetirəndə, n ə də buna hazırlaşanda mərhemət [acımaq] hissi
oyatmır; bir-birinə laqeyd adamlar da belə etdikdə, nəticəsi yenə eyni
olur. Lakin əgər bu iztirab yaxın və dost adamların arasında yaramrsa,
m əsəlen, əgər qardaş - qardaşı, oğul - atanı, yaxud ana - oğulu v ə ya
oğul - ananı öldürürsə, yaxud öldürmək qəsdinə düşür və ya buna
bənzər başqa bir iş görürsə, vəziyyət dəyişir, şair də belə hadisələri
axtarıb tapmalıdır.
Rəvayətlərin hifz elədiyi mifləri pozmaq olmaz, mən, m esəlen,
Klitemenstranın Orestin əli ile, Erifılanın ise Alkmeonun eli ile öldürül-
məsini nəzərdə tuturam, lakin şair özü də ixtiraçı olmalıdır ve rəvayət-
lərdən lazım gəldiyi şekildə istifade etmelidir. “Lazım gəldiyi şekildə”
ifadəsi altında nəyi nəzərdə tutduğumuzu daha aydm söyləyək. H əre-
ket qədim dövr adamlarının təsevvür etdikleri şekilde baş verə biler,
ancaq burada iştirakçılar şüurlu hərekət edirlər; Evripid də öz uşaqlanm
42
öldürən Medeyam belə göstərmişdir. Lakin ola bilər ki, müəyyen bir
işi edəsən, özü də onun bütün dəhşətlerini bilmedən edəsən, [özünlə
ö z qurbanın arasında] dostluq münasibəti olduğunu da, Sofoklun Edipi
kim i, yalnız sonralar öyrənesen. Bu axırıncı halda dəhşət dramdan
kenarda baş verir, facienin özünde ise onu ifa edirler, m esələn Astida-
mantın Alkmeonu, yaxud “Yaralı Odisseya”dakı Teleqon kimi.
Bundan əlave, üçüncü bir hal da mövcuddur ki, bixəbərliyi ucun-
dan nə isə ağır bir cinayət eləm ek istəyən adam cinayəti törətməmiş
işi başa düşür, önündəkini tanımalı olur. Bundan başqa daha özgə bir
hal yoxdur: ya etmək lazımdır, ya etməmək, şüurlu və ya şüursuz. Bu
hallardan ən pisi odur ki, kim se şüurlu şəkildə [cinayət etmək] qənaə-
tine gelir, amma etmir, belə halda faciə yox, eybecərlik var, nəticədə
ise iztirab doğmur. Buna görə də, çox az istisnalar olmaq şərtilə, m əsə-
lən, “Antiqona”da Hemon Kreontu [öldürmək qəranna] gəlir, [lakin
öldürmür], heç kim belə yazmır. Bunun arxasınca [həmin eyni şəraitdə]
cinayətin baş vermesi halı gelir. Ən yaxşısı isə - bilməyib eləm ək,
eleyib bilməkdir, çünki belə halda eybəcərlik özünü göstərmir, tanıma
isə heyretamiz [derece təsirli] olur.
Ən təsirlisi isə [yuxarıda deyilən] sonuncu haldır; mən nəzərdə
tuturam ki, m əselən, “Kresfont”da Meropa doğma oğlunu öldürmək
fikrinə düşür, lakin öldürmür, bundan əv v əl onu tanıyır; eynilə “İfıge-
niya” da bacı qardaşı, “H ell”de ise doğma anasına xainlik etmək fık-
rine düşen oğlu onu tanıyır. M ehz buna görə də, yuxarıda deyildiyi kimi,
faciələr məhdud miqdar qohum-əqrəba etrafında cəreyan eləyir. Şair-
ler ö z fabulalarınm bu cür işlenm əsi üsulunu sənətin [təcrübənin, n əzə -
riyyenin] hesabma deyil, təsadüfən k əşf etmişlər; buna görə də onlar
bu cür bədbəxtliklərə düçar olan bütün ailələrə bilaixtiyar rast gəlirlər.
B eləliklə, ister ehvalatların terkibi, istərsə fabulaların necə olması
haqqında kifayət qədər danışıldı.
43
X arakterh rə gəldikdə isə, n əzərə alınması lazım gələn dörd cəh ət
vardır: birincisi və ən mühümü budur ki, xarakterlər gərək nəcib olsun.
Təsvir olunan şəxs xarakterə o zaman malik ola bilər ki, deyildiyi
kimi, nitqində, yaxud hərəkətində, necəliyindən asılı olmayaraq, hər
hansı bir iradə istiqaməti olsun; lakin xarakter məhz o zaman nəcib ola
bilər ki, iradənin də nəcib istiqamətini təmsil eləsin. Bu isə hər bir
adamda ola bilər: qadın da nəcib olur, qul da, hərçənd ki, ola bilər,
onlardan birincisi aşağı, ikincisi isə tamam dəyərsiz məxluqdur. İkinci
cəhət budur ki, xarakterlər gərək yaraşsın; m əsələn, xarakteri m er-
danə göstərmək olar, amma mərdanə yaxud zehm li olmaq qadına
yaraşmır. Üçüncü cəhət budur ki, xarakterler gərək həqiqətə uyğun
olsun; bu, indicə deyildiyi kimi, yaraşan ve menəviyyatca necib xarak-
terin yaradılmasından nə isə fərqli bir şeydir. Dördüncü cehet ise
budur ki, gərək xarakter ardıcıl olsun. Hətta təsvir olunan şexs eger
Dostları ilə paylaş: |
|
|