|
olanda xarakterləri də, fikri de zəiflədər
olanda xarakterləri də, fikri de zəiflədər.
62
Şairin qarşısına çıxan vəzifələrə və bu vəzifələrin həllinə, onların
kəm iyyət və keyfıyyəti m əsələsin ə gəldikdə isə, bütün bunlar, ehtimal
ki, aşağıdakı mülahizədən bizə aydm olar. Şair də, rəssam v ə ya başqa
sənətkar kimi, təqlidçi olduğundan, təqlid zamanı mütləq üç yolun biri
ilə getməlidir: o, ya [şeyləri] olmuş və olan kimi, ya onlar haqqında
düşünülən və danışılan kimi, ya da ki, olması lazım gələn [şəkildə
verməlidir]. Bu isə, öz növbəsində, ya , ya da
qlossa və metaforalarda ifadə olunur; habelə dildə bir çox başqa d əyi-
şikliklər də mövcuddur ki, bütün bunlardan da sərbəst istifadə etm əyə
biz şairə ixtiyar veririk. Bundan əlavə, bir də axı siyasətlə poetikanın,
yaxud [hər hansı bir] başqa sən ətlə poeziyanm qanunları eyni deyildır.
Poetikanın özündə isə iki növ səhv olur: bu səhvlər ya sənətin mahiy-
yətin ə aid olur, ya da tamam təsadüfı səciyyə daşıyır. Əgər [şair p oe-
ziya üçün] mümkün olmayan şeylərin təsvirinə meyl edibsə, o halda
bu, birinci növdən olan səhvdir; əgər şair [hər hansı bir şeyi özü -
özlüyündə] yanlış düşünmüşsə, m əsələn, atı sağ ayaqlarınm ikisini də
birdən yuxarı qaldırdığı vəziyyətdə təsvir edirsə, yaxud həkimlik və
başqa sənət sahələri ilə əlaqədar olan bir m əsələdə ya səhv edirsə və
ya ümumiyyətlə mümkün olmayan bir şeyin təsvirinə girişirsə, bu
səhvin poeziya sənətinin özünə dexli yoxdur. Dem eli, poeziyanın
vəzifələri baxımından m əzəm m ət edəndə, nöqsanlara bu nöqteyi-
nəzərdən yanaşmalı v ə birinci növbədə onların nə dərəcədə sənətin
öz mahiyyətinə aid olub-olmam ası cəhətindən qiymət verilməlidir:
< ə g ə r sənət əsəri> mümkün ola bilm əyəcək şeyləri təsvir edirsə, səh -
v ə yol verir, lakin bu səhvlə, yuxarıda deyildiyi kimi, öz məqsədinə
daha yaxşı nail olursa, yəni, bu yolla şair əsərinin bu v ə ya digər h issə-
sini daha da heyrətli edirsə, bunda tamam haqlıdır. Misalı - Hektorun
təqib olunmasıdır. Lakin sənətin həmin qanunlarına uyğun olaraq, az-
ço x dərəcədə m əqsədə çatmaq mümkünsə, onda səhvə bəraət qazan-
dırmaq olmaz, zira mümkündürsə, gərək səhvə heç yol verilməsin.
Sonra [baxmaq lazımdır ki], səh v hansı növdəndir, sənətin mahiyyəti-
nəm i dəxli var, yoxsa təsadüfı səhvdir? Axı şairin düyə maralı buynuzlu
63
bilməsi, onu lazımi canlılığı ilə təsvir edə bilməsinin yanında daha
cüzi dərəcəli bir səhvdir. Bir də ki, gerçəkliyə sadiq qalmamağı şairə
irad tutanlara, bəlkə də Sofokl kimi cavab verib demək lazımdır ki, o
özü insanları necə olmalıdırlarsa, Evripid isə əslində olduqları kimi
təsvir edir; lakin [şairə] nə birinciyə, nə də ikinciyə əm əl etməməyi
[irad tutarlarsa], o buna [cavab verib deyə bilər ki], allahlara dəxli olan
işlər haqqında belə danışarlar; onların haqqında doğrudan da nə demir-
lər ki, gerçəklikdən yüksəkdirlər, nə də demirlər ki, onunla eyniyyət
təşkil edirlər, lakin bəlkə də Ksenofanm təliminə uyğun olaraq, elə
belə, sözdür, danışırlar! B əzən də təsvir [gerçəklikdəkindən] yaxşı
olmaya bilər ki, bu da m əhz qədimdə belə imiş, m əsələn, necə ki, silah
haqqında deyilmişdir: "... mizraqları onların sancılmışdı torpağa sapla-
ğından başı üstə... ”. O zaman adətmiş, belə edərmişlər, illiriyalılarda
indi də bu adət vardır.
M üəyyən adamın əsərdə söylədiyinin və ya etdiyinin yaxşılığı və
ya pisliyi barədə mühakimə yürüdəndə isə, təkce söylenilən sözün və
ya edilən hərəkətin yaxşılığına və ya pisliyinə deyil, danışan və işi
görən adamın kimliyinə, təsvir olunan hərəkətin və danışılan sözün nə
zaman, kim üçün və nə münasibətlə, [nəyə görə deyildiyi və edildi-
yinə], m əsələn, bütün bunların nəyə, daha çox xeyrin təntənəsinəmi,
< yox sa> daha çox şərin məhvinəmi doğru yönəldiyinə fıkir verilm ə-
lidir. Nəhayət, üçüncü çətinliyi ifadə tərzinə diqqət yetirməklə həll
etmək lazımdır; m əsələn, “Ə vvəl hücum etdi qatırlara o ” kimi ifadədə
qlossalarm mənasına diqqət edilməlidir; ola bilər ki, şair burada
“qatırlar” ifadəsi altında keşikçilərdən danışır; Delonedan danışarkən
də “görkəmindən xoşagəlm əz adamdı” deməklə şair onun bədəncə
eybəcərliyini deyil, üzünün kifırliyini nəzərdə tutur, zira, kiritlilər
eu7tpöaco7toÇ (gözəlsifət) yerinə eusıöyÇ (xoşgörkəm) işlədir; eləcə
də CTfopo-cepov 5e y i p a ı z sərxoş adamlar üçün olan “qatışdırılmamış
şərabdan tök” mənasında deyildir, “daha yaxşısından tök” deməkdir.
Bu isə, m əsələn, məcazi mənada söylənmişdir:
Hamı - ölməz allahlar, yaraq-əsbablı ərlər,
Dərin yuxu içində yatırdılar gecəni...
bununla belə şair eyni zamanda deyir ki:
Troyalılann o, baxdıqca ləşkərinə,
Heyran qaldı tütəklərin, sevnislərin səsinə...
64
D em əli, “hamı” sözü m əcazi mənada “çoxu” yerinə işlənmişdir,
çünki “hamı” cəm in m üəyyən bir növüdür. “O, tənha ürkür” ifadəsi də
məcazdır, zira “tənha” öz cinsində təkliyi bildirməkdə ən çox məşhur
olan ifadədir.
B əzi çətinliklər isə vurğunun müəyyən yerdə qoyulması ilə həll
edilməlidir, necə ki, m əsələn , Fasoslu Hippi 8i8o|a.sv
(8t5o|isv) 5e oı
v ə
xo |aev
^ıu (ou ) xaxaTtüusxou 8|uPpco ifadəsini oxuyarkən həll
etmişdir.
D igər çətinliklər isə Empedoklun:
Ölməz olanlar əvvəl, birdən ölən [canh] oldular,
Əvvəl təmiz [xalis] olanlar qarışdı...
sözlərindəki kimi durğu işarələrinin yerini dəyişm ək yolu ilə həll edi-
lə bilər.
D igər çətin görünən cəhətlərə gəlincə, m əsələn , 7tdpcöxrıxev 8e
nA,sco vu£, ifadesində olduğu kimi, müəyyən sözlərin ikibaşlı mənada
işlənm əsinə əsasən m əsələnin həllinə nail olmaq olar. Digər çətinliklər
sözlərin işlədilm əsi xüsusiyyətlərinə görə həll olunur; m əsələn, şər-
bəti də “şərab” adlandırdıqlarına görədir ki, şair də deyir ki, “Qəniməd
Zevsə şerab tökür”, halbuki allahlar şərab içmir; dəmirçiləre də həm çi-
nin misgər [qıhncqayıran] deyirlər, %vr||aıÇ veoxeuxtfxu xaCTaıxspoıo
[təzədöym ə bıçaqlar] ifadəsi də buradan əm ələ gəlir. Lakin bunlar,
güman ki, metafora da olsun. Sonra, söz m üəyyən dərəcə ziddiyyətli
göründüyü hallarda baxmaq lazımdır, m əsələn , xfj[ p ’ ea x e x o
XfxA-xeov eyxoÇ [o tutub əyled i məhz mizrağı da] cümləsində mizra-
ğın “haradasa əy lən m əsi” ifadəsi hansı mənalarda qəbul edilə bilər,
yaxud onu hansı daha yaxşı şəkildə izah etmək olar? Qlavkonun dediyi
kimi, bir qisim adamlar tersinə edirlər, əv v əlcə qəsdən bəzi əsassız
fərziyyələr təxmin edərək, sonra hökm verib, bundan müəyyən nəticə
çıxarırlar, əgər bu nəticələr onların şəxsi rəylərinə zidd gəlirsə, güna-
hı olanların səhvən təxmin etdikləri şeyləri həqiqət kimi qələm ə alan
şairdə görürlər. “İkariy” haqqında düşünülənləri buna misal çəkmək
olar: onun haqqmda fıkirləşirlər ki, lakonludur və buna görə də Lake-
demona gələn Telemaxın onunla görüşməməsinə təəccüb edirlər.
Lakin, ola da bilsin ki, m əsələ belə yox, m əhz kafelenlilərin dedikləri
şəkildədir: yəni, Odissey onlarda evlənmiş v ə onun qayınatası İkariy
deyil, İkadiy olmuşdur. Burada etiraz, görünür, [yazıçımn] səhvindən
65
irəli gəlir. Ümumiyyətlə, imkan daxilində olmayan şeylərin poeziyada
inikasmdan söhbət gedərkən, idealizasiyaya v ə ya şeylər haqqmdakı
adi təsəw ü rlərə diqqət yetirmək lazımdır; poetik əsərdə ehtimal xari-
cində olan hadisələrdən ziyadə ağla batmasa da, ehtimal üzrə mümkün
olan hadisələri vermək daha üstündür. Zevksidin rəsmlərindəki adam -
lar həyatda cm övcud ola bilm ədikləri> halda, yenə məhz bu mümkün
ola bilm əyənlərin təsvirini daha üstün tutmaq lazımdır. Çünki təsvir ö z
əslini keçməlidir. Məntiqsiz şeylərin təsvirinə də ona görə [bəraət
qazandırmaq lazımdır və olar] ki, adamların danışdığı m əntiqsizlik-
lərin özü də m üəyyən məntiqdən xali deyil, axı, ehtimal ki, bəzi hadi-
sələr özü də ehtimala rəğm ən baş verir. Deyilən ifadələrdəki zid d iy-
yətlərə də ritorik təkziblərdəki qayda ilə yanaşmaq, eyni və həm in
şeyin həqiqətənmi eyni v ə həmin şey haqqında deyildiyinə diqqət ver-
m ək lazımdır; [şair özü də] nəinki dediyinin nədən ibarət olduğuna,
habelə dediklərinin hər bir düşüncəli adam tərəfındən nə cür başa düşü-
ləcəyinə [fıkir verməlidir].
Lakin şair ağlazidd şeylərin zəruriliyinə heç bir ehtiyac olmadan
yol verirsə, Evripidin “Egeya”sındakı kimi ağlasığmaz, yaxud “Orest”də
Menelayın pozğunluğu kimi əxlaqa müğayir şeylərin təsvirinə yol
verirsə, belə hallarda edilən töhmətləri haqlı hesab etmək lazımdır.
Dem əli, [poetik əsərləri] beş baxımdan m əzəm m ət etmək olar:
1) imkan xaricində olan hadisələrin təsvirində;
2) məntiqsizliyə yol verəndə;
3) əxlaqa müğayir və zərərli hadisələrin təsvirində;
4) fıkir ziddiyyətlərində;
5) ədəbi qanunlara uyğun olmayan nöqtələri olanda.
Buna qarşı etirazlar isə göstərilən nöqteyi-nəzərlərdən edilə bilər
ki, bunlar da on ikidir.
66
Ola bilər, kiminsə belə bir sualı olsun, epik poeziyamı yüksəkdir,
yoxsa faciəvi poeziya? Bir halda ki, nisbətən daha sanballı (poetik əsər)
daha üstün tutulmağa layiqdir ( belə əsər isə həm işə yüksək kütlə üçün
yazılır), onda tamamilə aydındır ki, istisnasız olaraq hər şeyi təqlid
edən poeziya daha sanbalsızdır. (İfaçılar isə), guya özlərindən bir şey
artırmasalar, kütlə onlan başa düşməz deyə, pis fleytaçılar kimi “Disk”in
təsviri zamanı mayallaq aşmaq, “Skill”i göstərəndə isə korifeyi çəkib
dallarınca sürünməyə məcbur edərək min bir oyun çıxarırlar. Odur ki,
keçm iş aktyorlann öz xələfləri barəsində fıkirləşdiklərini eynilə faciə
haqqmda da demək olar; m əsələn , Kallipid oyunda əllam əçiliyə yol
verdiyinə görədir ki, Minnisk onu meymun adlandırmış və buna b ən -
zər bir rəy Pindar haqqında da olmuşdur. Buradan da iqrar edildiyinə
görə köhnə aktyorlar yeni aktyorlara necə münasibət bəsləyirlərsə,
bütövlükdə (dramatik) sənət də eposa eləcə münasibət bəsləyir: (eposun
tərəfdarlarının) dediyinə görə, epos əl-q ol atmaq kimi şeylərə ehtiyacı
olmayan nəcib adamlar, faciə sənəti isə qara camaat üçündür. Deməli,
əgər sanbalsız poeziya pisdirsə, aydındır ki, bu cürəsi (faciə) ola bilərdi.
Lakin, əvvələn, bu, poeziya sənətinin deyil, aktyor sənətinin tən-
qididir, belə ki, axı lüzumsuz hərəkətlərə, Sosistratın etdiyi kimi, rap-
sodların ifadəsində Opuntlu M nasifeyin yol verdiyi kimi, lirik n əğm ə-
karlann ifasında rast gəlm ək olar. İkinci tərəfdən, bədən hərəkətləri-
nin özlərini də ümumiyyətlə m əzəm m ət etmək olmaz, çünki bu, rəqsin
özünü də rədd etmək demək olardı. Əslində isə guya azad qadmları
təqlid etməyi bacarmayan Kallipidin və indiki bəzi müasir aktyorların
hərəkətlərini, yəni pis aktyorların bədən hərəkətlərini məzəmmət etmək
lazımdır. Bundan başqa, epopeya kimi, faciə də bədən hərəkətlərinə
müraciət etmədən də öz vəzifəsini yerinə yetirir, çünki, sadəcə oxun-
maq vasitəsilə də faciənin necəliyi aydın olur. Dem əli, başqa cəh ət-
lərdən faciə yüksəkdə dayanırsa, bu cəhətdən onun yüksəkdə dayan-
masına zərurət yoxdur.
Daha sonra, epopeyada olanların hamısı faciədə də vardır: faciə də
[epopeyamn] vəznindən istifadə edə bilər, bundan əlavə, faciənin
67
m üəyyən hissəsi musiqi v ə səhnə şəraitindən ibarətdir ki, bunun s a y ə -
sində də alınan zövq daha canlı olur. Bundan başqa, istər oxunanda,
istər tamaşa vaxtı hərəkətin inkişafında faciədə həm işə bir həyatilik
v ə canlılıq vardır, həmçinin faciədə təqlidin qayəsinə o qədər də
böyük olmayan bir həcm daxilində nail olmaq mümkündür ki, bunun
sayəsində faciənin həyatiliyi daha da güclənir, çünki hadisələrin zam an-
ca çox çəkm əsi v ə uzanmasındansa, bir yerə cəm olması daha xoş təsir
oyadır; m əsələn, təsəvvür edirəm ki, əgər biri Sofoklun “Edip”ini
“İliada”dakı nəğmələrin sayı qədər uzadıb yazmış olsaydı, n ə olardı.
Nəhayət, epopeyada təsvirin vəhdəti azdır; bunu bir də ondan görmək
olar ki, istənilən hər hansı bir poemadan bir neçə faciə çıxarmaq olar.
Hər halda iş belədir ki, bir fabuladan ibarət olanda yığcamlaşdığına
görə poema çox ütülmüş görünür, metri uzun götürüləndə isə sulu
çıxır... Y ox, əgər [poema], “İliada” v ə “Odisseya” kimi, bir neçə h ərə-
kətin təsviri əsasında tərtib edilmiş olsa, belə poema özü-özlüyündə
[kifayət] həcm ə malik bir çox hissələrdən ibarət olur. Lakin belə p o e-
malar mümkün dərəcədə o qədər gözəl qurulur ki, vahid bir hərəkəti
əla təcəssüm etdirir.
B eləliklə, əgər faciə bütün bu deyilənlərlə yanaşı öz sənətinin xüsu-
si təsiri ilə fərqlənirsə, zira, axı faciədən və poemadan hər cür deyil,
(yalnız) yuxarıda deyilən zövqü vermək tələb olunur, onda aydındır ki,
faciə öz m əqsəd və qayəsinə epopeyadan daha yaxşı nail olmaqla yük-
səkdə durur.
Faciə v ə epopeya, onlann növləri, hissələri, miqdan və fərqləri, onla-
rın müvəffəqiyyətinin və m üvəffəqiyyətsizliyinin səbəbləri, onlara
tutulan iradlar, m əzəm m ətlər v ə bunlara qarşı etirazlar haqqında bütün
bu deyilənlər kifayətdir...
68
ARİSTOTEL POETİKASININ ŞƏRQ
FƏLSƏFƏSİ VƏ ƏDƏBİYYATINDA MÖVQEYİ
Məlumdur ki, Yunan fılosoflannın, o cümlədən Aristotelin əsərlə-
rinin Avropa xalqları arasında yayılmasında ərəblərin çox böyük rolu
olmuşdur. Bu rolu ayrıca qeyd edən Hegel yazmışdır: “Elm və biliklər,
xüsusən fəlsəfə, m əhz ərəblərdən Avropaya keçmişdir”. Orta əsr Şərq
mədəniyyətinin Avropaya göstərdiyi m isilsiz səm ərəli təsirdən bəhs
edən A.İ.Gertsen isə yazırdı: “Aristotel, ərəblərin onu yenidən dirildə-
rək zülmət aləmində mürgüləyən Avropaya gətirincəyə qədər, dünya
xərabələri altında batıb qalmış idi” .
Bunu Aristotelin uzun zaman Avropa oxucusu üçün naməlum olan
digər esərləri ilə yanaşı, “Poetika”sı haqqında da demək olar. Ərəblər
yunan mədeniyyetini qoruyub saxlamış, ona can və yenidən həyat v əsi-
qesi vermişlər.
“Poetika” ilk d əfə ərəb m ədəniyyəti xadimləri Əbül Bəşər Mətta,
İbn Rüşd, tacik fılosofu İbn Sinanın tərcümə və təfsirləri sayəsində
latın diline tercümə olunmuş v ə Avropada yayılmışdır. Orta əsr m üsəl-
man Şərqi estetikasının öz mühüm xüsusiyyətləri olmasına baxmaya-
raq, onun yunan fəlsə fəsi v e estetikası ilə m üəyyən cəhətlərdən həm -
ahəng olduğunu da unutmaq olmaz. Əreblərin musiqi problemləri ilə
daha sıx elaqələndirdikleri universal harmoniya haqqındakı nəzəriy-
yeleri, Pifaqor mektəbi nümayəndələrinin harmoniya v ə musiqi n əzə -
riyyeleri ile müeyyen menada bağlı olmuşdur. Bundan xeyli əvvəllər
ise Pifaqor mektebinin nümayəndəleri Qədim Şərq m ədəniyyəti
nailiyyətlerinden bəhrelenmişlər.
Ərəb və Şərq fılosofları yunan fılosoflarınm musiqi nəzəriyyəsi-
nin bəzi müddealarını qəbul etmiş və öz yaradıcılıq süzgəclərindən keçi-
rib inkişaf etdirmişlər. Aristotel, Aristoksen, Ptolemey ilə yanaşı, onlar,
antik dövrün diger alimlərinin də musiqi, poeziya nəzəriyyəsinə dair
xeyli əserlerinin mütərcim və təfsirçiləri olmuşlar.
Şərq və Qerb estetikalarınm əlaqəsi m əsələlərinin öyrənilməsində
bizi maraqlandıran mühüm m əsələlerdən biri də, məhz Aristotel poeti-
kasının orta əsr Şərq poetikalanna təsiri məsələsidir. Problemin ə w ə lk i
69
tədqiqatçıları, demək olar ki, eyni mövqelərdə dayanırlar. Onlar m ahiy-
yətcə m əsələnin bir tərəfıni nəzərdə tutaraq, Aristotel və Şərq poetika-
larımn tam müstəqilliyi v ə qeyri-asılılığı ideyasını ön plana çəkirlər.
“Poetika”nm ərəb ədəbi mühiti və ona təsiri m əsələsindən bəhs
edən görkəmli rus alimi akademik Kraçkovski göstərir ki, Aristotelin
əsərlərinin bilavasitə nə bədii yaradıcılıq, nə ərəb poetika n əzəriy yə-
lərinə hiss ediləcək dərəeədə təsiri olduğunu söyləm ək çətindir. Ərəb
poetikasına aid əsərlər öz üslub və ruhuna görə yunan fılosofunun
əsərlərindən, o cümlədən “Poetika”sından seçilir. Aristotelin “Poetika”sı
ərəb poetikasınm inkişafında təsadüfi rol oynamış, ərəb fəlsəfi fıkir
tarixində m üəyyən maraq doğunrıuş olsa da, poeziya n əzəriyy əçilə-
rinin diqqətini kifayət dərəcədə cəlb etməmişdir. Zira, ərəb poetikası
tamam başqa bir mühitdə, ərəb linqvistləri və fıloloqları arasında,
onların doğma ana dili üzərindəki bilavasitə müşahidələrindən d oğ-
muşdur. M əhz ərəb poetikası əvvəllər linqvistik prinsipə əsaslandı-
ğına görədir ki, Aristotelin psixoloji poetikası ona elə bir ciddi təsir
etməmiş v ə ədəbiyyat nəzəriyyəçilərindən uzaq olmuşdur.
M əsələy ə bu cür yanaşma üsulunun tərəfdarları öz mühakimə-
lərini həmçinin İbn Rüşt v ə digər Şərq fılosoflarının faciə və komediya
barədəki rəylərinə istinadən əsaslandırmağa çalışırlar. Onlar göstə-
rirlər ki, “Poetika”nm hətta İbn Rüşt kimi biliciləri belə, m əsələn,
faciə ilə komediyadan söhbət gedərkən faciəni “təqdir və mədh” sənəti
hesab edərək “q əsidə” ilə bağladıqları halda, “komediyanı” təqdir,
pisləm ə sənəti adlandıraraq, onu h əcv ilə bağlayırlar.
Təsadüfı deyildir ki, m əsələnin belə izahı bir çox tədqiqatçılar
tərəfındən m əhz ərəblərdə dramatik sənət olmaq etibarilə, faciənin
formalaşmış növünün də, “Poetika”da bəhs edilən şəkildə eposun inki-
şaf etmiş şəklinin də olmaması ilə əlaqələndirilir.
Bütün yuxarıda deyilənlərin xeyli mühüm əsaslardan məhrum
olmadığmı göstərməklə yanaşı, biz m əsələnin ikinci tərəfıni ön plana
çəkm əyi elmin inkişaf m ərhələsində zəruri hesab edirik. B izcə Aris-
totel və Şərq poetikalarının, Aristotel və şərq estetikasının əlaqə və
münasibəti m əsələsinin digər m üxtəlif materiallar üzrə öyrənilməsini
davam etdirmək, şübhəsiz ki, əhəm iyyətsiz olmazdı. Bu, bir-birini
tamamlayan üç mühüm cəhətin m üəyyənləşm əsinə kömək edərdi:
1.
Hər iki poetika arasmda oxşar məqamlarm nədən ibarət oldu-
ğunu aydınlaşdırmağa;
70
2. Orta əsr Şərq xalqları poetikalarına Aristotel “Poetika”sınm təsir
dərəcəsini m üəyyən etməyə;
3. Şərq və yunan estetikasının (Demokrit, Platon, Aristotel) müqa-
y isəli təhlili əsasında Şərqin daha qədim estetik ideyalarınm dəyiş-
m esini müeyyenleşdirmeye.
Heç şübhəsiz ki, her bir xalqın sənət və poeziya qanunları xüsusi
Dostları ilə paylaş: |
|
|