ARİstotel poetika “Ş Ə r q -q ə r b”


cəhətlərə  də  malikdir,  hər  bir  xalqın  estetik  nəzəriyyəsi  və  poetikası



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə7/12
tarix03.04.2017
ölçüsü0,88 Mb.
#13210
1   2   3   4   5   6   7   8   9   ...   12

cəhətlərə  də  malikdir,  hər  bir  xalqın  estetik  nəzəriyyəsi  və  poetikası 

onun öz bədii yaradıcılıq dühasının konkret nailiyyətlərinə, bədii təfək- 

kürünə, ana dilinə v e  s.  istinad edir,  əsaslanır.  Bu isə, heç də  o demək 

deyildir ki, bədii təfəkkürün, dilin ve s.  eyni zamanda ümumi obyektiv 

qanunları  yoxdur,  ümumi  estetik  prinsiplər,  estetik  ideal  və  qayələr 

mövcud  deyildir.  Bir  xalqın  poeziya  və  incəsənətinin  xüsusiliyi  onun 

ümumbəşəri  əhəm iyyəti  v ə  mənasını  inkar etmir.

Aristotel poetikasınm diqqət mərkəzində dayanan yunan faciəsi və 

eposu kimi janrların,  özünün bütün  mövcud  və  epesenfık halmda  şərq 

poetikasından  xeyli  uzaq  olduğu  faktı  h ələ  həmin poetikalar  arasında 

m üeyyən paralellər aparmaq  imkanmdan bizi  məhrum etmir.

Məşhur Şərq  filosofu,  “Əflatun və Aristotel fəlsəfələri”nə dair bir 

sıra dərin fıkirlərin  müəllifi  Əl-Farabi  öz  fəlsəfəsi  ilə  Aristotel  fə lsə - 

fəsi  arasındakı  yaxınlığı  qeyd  edərək  deyirdi:  “M ən  Aristotel  zama- 

nında dünyaya gəlsəydim ,  onun ən gözəl  şagirdlərindən olardım” .

Farabinin  “Elmlərin  m ənşəyi”,  “Şeir  sənətinin  qanunları  haq- 

qında” risalə, “Böyük musiqi kitabı”, “Poetika”ya şərhlər və digər əsər- 

lərində Şərq v e yunan musiqi nəzəriyyəsi v ə poetikası  ilə əlaqədar bir 

sıra  m əsələlərə  toxunulmuşdur.  Farabinin  musiqinin  mənəvi  və  ruhi 

təm izləyici,  tibbi-m üalicə  əhəm iyyəti  haqqındakı  fıkirləri  ilə  Aristo- 

telin musiqinin  ictimai həyatdakı rolu haqqındakı nəzəriyyəsi arasmda 

sıx bir yaxınlıq və  uyğunluq  vardır.

Farabi  “Elmlərin  m ənşəyi”  əsərində  şərq  poeziyası  ilə  yanaşı, 

qədim   yunan  poeziyasınm  m üxtəlif  şəkillərindən  bəhs  etmiş,  ölçü, 

v əzn   və  mövzu  problemlərinin  xarakteristikasını  vermişdir.  Onun 

“Elmlərin təsnifatı” (“İxsa al-ülum”) və digər əsərləri ilə tanışlıq yunan 

facie  və  komediyasına  şərq  müəlliflərinin  bələd  olmaması  haqqmda 

geniş  yayılmış  fıkrə  etiraz  etm əyə  imkan  verir.  Farabinin  həmin  e s ə - 

rində  “söhbətlə  tamaşa  v ə  ya  əm ələ  uyğun  şeylər haqqında”  maraqlı 

m ülahizələre  rast  gəlirik.  Farabinin  bu  ifadəsinin  mənasını  yaxından 

düşündükdə,  görmək çətin  deyildir ki,  söhbət  yunan  faciələrinin  teatr

71


tamaşasından  (“Söhbətlə  tamaşa”)  gedir.  “Ə m ələ  uyğun  şeyler” 

ifadəsi  altında  isə  qədim  Elladanm  teatr  səhnələrində  real  həyatın 

komik və  satirik  aktyorlar tərəfindən təcəssümü nəzərde  tutulur.

Farabi, o cümlədən digər Şərq periparatikləri bədii yaradıcılığa ümu- 

m iyyətlə sənətin bir sahəsi kimi baxaraq, onun əsasmda təqlidin dayan- 

dığmı  göstərirdilər.

Mübaliğə,  uydurma,  poeziya  ilə  tarix  və  digər  elmlərin  fərqi  və 

ümumi cəhətləri kimi problemlərə yunan və  Şərq poetikasmda verilən 

cavabların həmahəngliyi bu qənaətimizin düzgünlüyünü sübut edə bilər.

Məlumdur ki, “Poetika”nın bir sıra yerlərində Aristotel bədii yara- 

dıcılığm spesifıkasmdan danışarkən göstərirdi ki, ədəbiyyat üçün müm- 

kün olmayıb ehtimal xaricində olan hadisələrdən ziyadə mümkün olub 

ehtimal daxilində olan hadisələr daha üstündür (24-cü  fəsil), m üəyyən 

şəraitdə  hadisələr  “ehtimal  daxilində  ağlabatan  görünürsə,  bu  halda 

ağlazidd şeyləri də təsvir etm əyə yol vermək olar”  (24-cü  fəsil).  Odur 

ki,  “digər sahələrdə olduğu kimi, Homer yalanı da nece ustalıqla işlət- 

məyin yollannı qalan şairlərə öyrətməkdə bir nümunədir” (24-cü fəsil). 

Buna  bənzər  fıkirlərə  şərq  şair  və  nəzəriyyəçilərinin  əsərlərində  də 

təsadüf etm ək mümkündür.  M əsələn, Qərb ədəbiyyatı v ə fəlsəfəsində 

Gete  və  Hegelin  yüksək  qiymət  verdikləri  Nizami  özünün  məşhur 

“Şərəfham ə”sində yazır:

“Söz inci kimi işıq saçsa da,

İnandırıcı olmayanda yalan kimi  görünər.

Doğruya bənzəyən yalan

Yalana bənzəyən doğrudan yaxşıdır”.

“Leyli  və  M əcnun”  da  isə  şair oğluna nəsihət edib  deyir:

“Hərçənd başında sərvərlik sövdası hiss  edir,

Söz demək,  şeir yazmaq həvəsini duyuram.

Şerə bağlanma,  şeir fənninə uyma,

Çünki onun  ən  gözəli ən yalanıdır”.

İbn  əl-Ə sir,  Ə sm əiyə  əsaslanaraq,  belə  nağıl  etmişdir  ki,  onun 

(Əsməinin)  fıkrincə,  fəsahətli  şair  o  adamdır  ki,  onun  şerində,  lazım 

gələrsə,  hər  hansı  yalan  və  ya  doğrunun  mübaliğəsinə  yol  verilmiş 

olsun.  Şair yalnız (mübaliğəsiz) düz yazmağa bağlanarsa, onun şeri fəsa- 

hət v ə  ahəngdarlıqdan məhrum olub zeifleyər.  M eselən,  əreb edebiy-

72

yatında  cahiliyye  dövrünün  görkemli  şairlərindən  sayılan  Həssan 



müsəlman  olduqdan  sonra  onun  şeri  islamiyyətdən  əvvəlki  zirvəsinə 

qalxa  bilmemişdir.  Revayətə  göre,  Həssanla  söhbətdə  biri  ona,  -   “ey 

Əbül  Həssan,  senin  şerin  artıq  qocalmışdır,”  -   söyləmiş,  Həssan  isə 

cavabında  demişdir  ki,  “ey  mənim  oğlum  və  qardaşım,  şerin  lətafəti, 

inceliyi  ondadır  ki,  şair hər  hansı  bir  sahədə  söz  deyərsə,  mübaliğəyə 

yol verib yalan, doğru, o şey ki lazımdır, onu şerində verə bilsin. İndi isə 

islam iyyət yalan şeir yazmağa qoymur. Elə bunun nəticəsidir ki,  şerim 

e w e llə r  malik olduğu seciyyədə  deyildir.

Oxşar misalların  sayını  artırmaq  da  olar.  Bu kimi  ideyaların  m üs- 

teqilliyini  göstərmekle  yanaşı,  həmçinin  Aristotel  fikirlərinin  orta  əsr 

Şerq  elmi  dairələrinə  məlum  olduğunu  da  görməmək  olmaz.  X  əsrin 

filoloqu  İbn  Düreyd  öz  analogiyalarından  birində  gətirdiyi  m üxtəlif 

yunan hedisləri içərisində Homer barəsində  “müğənni  Saxurosun”  bir 

hədisini  də  misal  gətirir:  “Ona  dedilər:  Homer  öz  şeirlərində  yalan 

deyir.  O  cavab  verdi:  Şairdə  dilin  gözelliyi  və  şirinliyini  ararlar,  p ey- 

ğəmbərlərdə  isə  heqiqəti”.  Aristotelin  Homerdən  bəhs  açması  m əhz 

bu “yalançılığma”  görə  öz əsərində onu tərifə  layiq görməsi İbn X ə l- 

duna da məlum  idi.

Şerq  fılosoflarmın  əserlərində  Aristotel  “Poetika”smın  müeyyən 

müddeaları  ile  həmaheng  seslənən  digər  başqa  fıkirlərə  də  təsadüf 

etmek olar. Poeziyanm spesifıkliyindən söhbət gedərkən, məsələn, Aris- 

totel  kimi,  İbn Xeldun  da başlıca  olaraq  formal  cəhətlərə  deyil,  daxili 

mezmununun  poetik  özünəməxsusluğuna  diqqet  etməyin  lazım  g ə l- 

diyini  söyleyir.

Aristotel  “Poetika”nın  birinci  fəslində  bəzi  poeziya  nəzəriy- 

yəçilərine irad tutaraq yazır:  “Ə gər biri tibb v ə ya təbabətə  aid m üəy- 

yən bir risaləni metrlə yazarsa, onun müəllifıni, adətən şair hesab edir- 

ler, halbuki esərlərinin metrlə  (nəzm lə) yazılmasından başqa Homerle 

Empedokl  arasında  heç  bir  oxşarlıq  yoxdur v ə  buna  görə  də  birincini 

haqlı olaraq şair, ikincini isə şairdən daha çox fizioloq (təbiətçi) adlan- 

dırmaq  edalətlidir” .

İbn Xəldun da “Ə l-m üqəddəm ə”  əsərində poeziyaya verdiyi təri- 

fınde  şerin qafıyə,  vezn kimi  formal cəhətlərindən ziyadə daxili m əz- 

mun  spesifıkliyini  esas  götürərək belə  bir nəticəyə  gəlir ki,  Ə1  M ütə- 

nəbbi  ve  Ə1  Məərrinin  şerilə  yazılmış  əsərləri  vəzn  və  qafiyələnmiş 

de olsa poeziyaya deyil, felsefəye, exlaqi didaktikaya mensub esərlerdir.

73


İndiyədək tədqiq olunmamış m əsələlərdən biri Şərqin daha q əd im  

estetik ideyalarının Aristotel poetikasma bəzi zənn  edilən təsiri m ə s ə -  

ləsidir.

Bu  maraqlı  m esələnin  qoyuluşu  və  həlli  bir  sıra  çetinliklərle 

bağlıdır:

1)  Aristotelin  bir  çox  əsərləri,  o  cümlədən  ədəbiyyat  n əzə riy y ə- 

sinə  dair  işlərinin  (“Şairlər  haqqmda”,  “Ritorika  haqqında”,  “Qril” 

kimi  dialoqları  və  teatr  sənətinə  həsr  olunmuş  “Didaskalilər”i)  bu 

günədək gəlib  çatmaması;

2) yunan müəlliflərinin (o cümlədən Aristotelin) bilavasitə poetikaya 

dair ixtiyarımızda olan  əsərlərinin  natamam v ə yarımçıq olması;

3)  Qədim   Şərqin  daha  ilkin  fəlsəfı-əd əb i  abidələrindən  olan 

“A vesta”nın kifayət qədər öyrənilməməsi.

Məlumdur  ki,  “Avesta”nm  qədim  laylarına  məxsus  ideyaların,  o 

cüm lədən  Midiya maqları  təliminin  qədim  yunan  fəlsəfəsi  nüm ayən- 

dələrinin,  xüsusən  Pifaqor,  Heraklit,  Demokrit  v ə  Platonun  nəzəri 

görüşlərinin  formalaşmasına  m üəyyən  təsiri  olmuşdur.  Adları  çəkilən 

fılosoflarm  Şərq  mədəniyyeti  ilə  əlaqəsi  qədim  dövrün  bir  çox  nüma- 

yendeləri  (Diogen  Laersi,  Svida,  Strabon,  Elian)  tərəfındən  təsdiq 

olunmuş  v e  antik  fəlsəfənin  görkəmli  tədqiqatçıları  A.O.Makovelski, 

S.Y.Lurye  v ə  digər alimlərin  əsərlərində  öz inikasını  tapmışdır.

Yuxarıda göstərilən bütün çətinliklərə baxmayaraq,  estetika sahə- 

sinin özündə belə  diqqətli  axtarışlar yolu ilə  m əhz  qədim şerq fəlsəfı 

v ə estetik təfəkkürünün yunanlara göstərdiyi təsirin bir sıra ünsürlərini 

m üəyyən etm ək mümkündür.

Məlumdur ki, “təmizlik və təm izlənm ə” kateqoriyası  “Avesta”nın 

estetik prinsiplərində  mühüm yertutur.  “Təm izlik”  və  “T əm izlənm ə” 

Avestada təsdiq olunan gözellik idealı  ilə ən  sıx  şəkildə bağlı kateqo- 

riyalardır.  Zərdüştiliyin  əxlaqi  triadası  üç  şeyi  -   fıkrin,  danışığm  ve 

əm əlin paklığını, təmizliyini (haumata, hukta, hvarashta) nəzərdə tutur. 

Zərdüşt deyir:  “Mən  fəzilətli  fıkri,  fəzilətli  sözü,  fəzilətli  əm əli  mədh 

edirəm”  (“Yasna”  XIV).

Demokrit  öz  estetikasında  “A vesta”nm  həmin  triadasını  eynilə 

təkrar  edərək,  üç  şeye  əm əl  etməyi:  “yaxşı  düşünmək,  yaxşı  danış- 

maq,  yaxşı  iş  görməyi”  öyrədir.

“Avesta”  öz  m enəvi  ehkamlarında  ədalət ve  həqqaniyyət telebini 

ön plana çəkərək öyrədir ki, yalan v ə   aldatma hər  şeydən pisdir.

74

Həmçinin Demokrit insanın heqqani  olmasını  tələb edərək  öz eti- 



kasında ədalətə xüsusi  diqqət yetirir.

Bizcə,  “Avesta”  ilə Platonun  “temizlik”  kateqoriyasını  anlamaları 

arasmda yaxm bir  elaqə  olduğunu  göstərsək,  sehv  etmərik.  Fikrimizi 

tesdiq  etmek  üçün  “Avesta”  ile  qedim  yunan  müelliflərinin  əsərləri 

arasında bəzi  müqayisələr gətirək:

1.  Zərdüştün  əxlaq m əcellesində  fiziki  v ə ruhani  təmizlik mühüm 

yer tutur.

“Platonda da həmçinin  temizlik iki  cürdür:  fıziki  və psixik”.

2.  Zaman  keçdikcə  “A vesta”da  təm izliye  riayət  etmək  m əsələsi 

ilə  əlaqədar çoxlu  təlimat  v e  tələblər  irəli  sürülür  v ə  təmizliyin  föv- 

qəladə  dərəcədə mürəkkəb  ayinləri yaranır.

Yunanların da, öz növbəsində, təmizlik və təm izlənm əyə dair eynt 

v ə  oxşar ayin v ə  təlimatları  olmuşdur.

3.  “Avesta”da  “fıkrin  təm izliyi”,  Platonda  isə  “ağlın  təm izliyi” 

haqqmda danışırlar-

“Avesta”da:  fəzil  fikirli  adam  cilovsuz  qəzəb  v ə  digər  ehtiraslara 

meruz  qalmır.

Platonda:  “ehtiraslardan təmizlənmək üçün hər kəs  fəzilliyə malik 

olmalıdır,  bu  ise  m əhz ağlm köməyi  ilə  yaranır”.

Quruluş  və zahiri  cehətdən digər müqayisə  və paralellər də  gətir- 

mək  olardı  (mənəvi  təmizlik,  sözün,  kəlamm  təmizliyi  və  onun  təsir- 

edici  qüvvesi v ə  s.).

Təmizlik (catharotes)  və təm izlənm ə (satharsis) anlayışlarına daxil 

olan  mənaların  əhatə  dairəsi  xeyli  genişdir,  həm  də  öz  növbəsində, 

“təm izlənm ə”  yalnız  heyat  v e  səhnə  əsərlərinin  təsiri  ilə  başa  gələn 

fəci  sarsmtılarla məhdudlaşmır.

Buna görə də,  əgər biz erkən  Şərq estetik ideyalarmın Aristotcl  və 

xüsusən  onun “Poetika”sına tesirinin tam aydın  izlərinə  təsadüf etm i- 

riksə,  bu  hələ  Şərqə  m əxsus  görüşlərin  faciə  nəzəriyyəsinin  tarixən 

formalaşmasmda  heç  bir  rol  oynamadığmı  söyləm əyə  haqq  vermir. 

M ə sələ  burasmdadır  ki,  Aristotel  özünün  “catharsis”  haqqındakı  təli- 

m ine  bilavasitə,  birdən-bire  deyil,  dolayı  yollarla gəlib  çıxmışdır.

Yunanların  “təm izlenm ə”  haqqında  nəzəriyyəsinin  qədim  Avesta 

təmizlik  nəzeriyyəsi  ilə  bağlı  olduğunu belə  bir  fakt  da  təsdiq  edir ki, 

Pifaqor, Demokrit şərqlilerdən çox şey öyrəndiklərini etiraf eləyir, Pla- 

ton v ə  Aristotel isə Zərdüşt təlimindən xəbərdar olduqlarını qeyd edirlər.

75


Daha qədim  Şərq fə lsə fə v ə  estetik ideyalarınm qədim yunan fə l- 

səfəsi  və  estetikasına  təsiri  m əsələsini,  sözsüz  ki,  mütləqləşdirmək 

düzgün  olmaz.  Ona  görə  ki,  söhbət m üxtəlif inkişaf mərheləlerinden, 

m üxtəlif ölkələrdən,  spesifık  təfəkkür  üslublarından  gedir.  Lakin,  öz 

növbəsində, ən əsas və mühüm m əsələləre münasibətde müşahidə olu- 

nan  ayrılıq  v ə  müxtəlifliklər  də  m üeyyen  felsəfı  estetik  m esəlelere 

olan  baxışlardakı  ümumi  həmahəngliyi,  bir  tərəfın  o  birinə  tesirini 

örtüb pərdələyə bilməz.

Nəhayət,  bütün  dediklərimizdən  bu  nəticeye  gelm ək  olar.  haq- 

qında  bəhs  olunan  mövzunun  hətta  ümumi  əlaqələr  sisteminde  n is- 

bətən ayrı -  “mikroproblem” kimi öyrənilməsinin istər qedim, istər orta 

əsr Qərb və  Şərq m ədəniyyətlərinin mənevi yaxınlıq ve qarşılıqlı ela - 

qələri  haqqındakı  elmi  təsəw ü rlərin   genişlənm əsi  və  dərinleşməsi 

işində mühüm əhəm iyyəti  vardır.

Aslan Aslanov

76

ŞƏRHLƏR



Aristotelin  eserlərinə  yunanların  özlərindən  sonra  ilk ciddi  maraq 

ən  ə w ə l   Suriya ve  İranda başlanmışdır.

Suriya  eramızın  II  əsrindən  güclü  mədəni  inkişaf yoluna  düşmüş,

V   əsrdə isə artıq Aristotelin demək olar ki, bütün əsərləri Suriya dilinə 

tercüme  olunmuşdu.  Dini  ve  siyasi  təqiblərdən  yaxa  qurtarmaq  üçün 

İrana  penah  gətiren  Suriya  mədəniyyət  xadimləri  burada  iranlılarla 

yanaşı,  yunan  elmi  və  mədəniyyətinin  yayılmasında böyük  rol  oyna- 

yır, Aristotelin də əsərlərini fars dilinə tərcümə edirlər. V.İ.Zaxarov yazır 

ki,  Xosrov  özü  Aristoteli  mütaliə  etməyi  çox  sevərmiş  (“IIoeTHKa” 

ApHCTOTejwı. 

B.H.3axapoB. 

BcTymıeHHe. 

BapuıaBa,  1885, 

c.8 ).

Əmevilərin  teqibinden  İranda  özlərine  sığınacaq  tapan  Abbasın 

nəslindən  olan  əreblər də  burada elmə,  yunan mədəniyyəti  və  fə lsə - 

fəsin e  böyük maraq  göstərirlər.  Onlar  geri  qayıdıb  Ərəbistanda əm ə- 

vilər taxt-tacına sahib olduqdan sonra Mənsur, Madi,  Harun ər-Rəşid, 

M emun ve Mütevekkilin hakimiyyətləri zamanlarında elm və  in cəsə- 

neti  inkişaf etdirməye  ciddi  səy  göstərirlər.  Nestoriançı  mütərcimlər 

bir çox əsərleri yunan və  Suriya dillərindən ərəbceyə  tərcümə  edirlər 

(B  a  x  yene  orada,  səh .7-10).  IX  əsrdə  Qonain  “Poetika”nı  ilk  dəfə 

yunancadan  Suriya  dilinə  çevirir.  930-cu  ildə  “Poetika”  Əbül  B əşər 

M etta,  əsrin  sonunda  ise  Yaqa  ibn-Hadi  tərefındən  Suriya dilinə  tər- 

cüm e  olunur.  1174-cü  ildə  isə  erəb  alimi  İbn  Rüşd  Kordovoda 

“Poetika”nın Suriya mətninə esasən onun ərəb təfsirini verir. İbn Rüş- 

dün ərəb təfsiri esasında, “Poetika” German Alleman tərəfındən  1256-cı 

ilde latmcaya tərcümə edilmiş və hemin tərcümə  1481-ci ildə V enesi- 

yada çap olunmuşdur.  1498-ci ilde isə “Poetika” Georgi Valla terəfın- 

dən  bilavasitə  yunancadan  latıncaya  tərcümə  olunub,  nəşr  edilmişdir. 

“Poetika”nın yunancası  ise  1508-ci  ildə Venesiyada çapdan çıxmışdır. 

Bundan  sonra  “Poetika”  dünyanın  bir çox  dillərinə  tərcümə  olunmuş 

ve  onun haqqında yüzlərlə  tədqiqat əsərləri,  m əqalələr yazılmışdır.

“Poetika”nın  yunan  mətninin  mövcud  nəşrləri  içərisində  Kristin 

nəşri daha mötebər sayılır. Həmin mətn  1878-ci ildən bəri bir neçə dəfə 

neşr edilmişdir.

77


“Poetika”nın  ruscaya  V.Q.Appelrot və  N.İ.Novosadski  tərəfındən 

edilmiş  mövcud  tərcümələri  Kristin  1878-ci  və  1910-cu  il  Leypsiq 

nəşıindən edilmişdir.  Appelrotun  1893-cü il, Növosadskinin isə  1927- 

ci  il  tərcümələrindən  daha  ə w ə l   “Poetika”nın  ruscaya  iki  tərcüməsi 

məlumdur.  Bunlardan  birincisini  B.İ.Ordmski  (1854),  digərini  isə 

V.İ.Zaxarov (1885) tərcümə etmişdir. N.Q.Çemışevski, Peterburq U n i- 

versitetinin  gənc  professoru,  yunan  dili  və  ədəbiyyatı  üzrə  dövrünün 

böyük m ütəxəssisi B.Ordınskinin tərcüməsi haqqında yazdığı m əqalə- 

sində  (B 





H.r.HepHbimeBCKHH.  ƏcTeraKa. 

M.,  1958, 

c .

315-348) 

alimin  rus  mətni  üzərindəki  əm əyini  çox  yüksək  qiymətləndirmişdir. 

Bununla yanaşı,  Çemışevski bəzi hallarda Ordınskinin tərcümə dilinin 

m iiəyyən  ağırlıqlardan xali  olmadığını  da göstərmişdir.

Ordınski  “Poetika”nı  tam  bitkin,  mükəmməl  əsər  sayır,  onda  heç 

bir qırıqlıq və  natamamlıq görmür;  şərh və  təfsir hissələrində  də özü - 

nün  bu rəyini  sübut etm əyə  çalışır.

Ordınskinin  tərcüməsi  natamamdır.  O,  tam  şəkildə  yalnız  əsərin 

18  fəslinin  tərcüməsini  vermişdir.  Sonra həmin fəsillərin  tərcüməsinə 

dair  əsərdə  qeydlər,  qalan  fəsillərin  izahlı  tərcüməsi  və  şərhi  gəlir. 

Ordmskinin  bu  tərcüməsi  v ə  m üəyyən  fəsillərin  dərin  v ə  geniş  şərhi 

indi  də  bir  sıra cəhətdən öz  əhəm iyyətini  itirməmişdir.

Zaxarovun tərcüməsi isə sərbəst tərcümə v ə təfsir təsiri bağışlayır. 

Lakin bu tərcümənin də  təfsir hissəsində maraqlı  qeydləri  vardır.

“Poetika”nm  azərbaycanca  bu  tərcüməsi  V.Q.Appelrotun  ruscaya 

etdiyi tərcümənin 1893-cü və  1957-ci ilnəşrlərindənedilmişdir(1893-cü 

il  nəşrində  əsərin  yunanca  mətni  də  verilmişdir).  F.A.Petrovskinin 

redaktəsi  ilə  1957-ci  ildə  yenidən  nəşr  olunan  həmin  rusca  tərcümə 

daha dəqiq v ə  mükəmməldir.

F.A.Petrovski  “Poetika”ya  qeydlərin  əvvəlində  əsərə  dair  rusca 

mənbələrdən D.A.Averkinin “Dram haqqında”  (1893) və S.M.Kupiçin 

“Horatsionun  yaradıcılığında  şəxsiyyət  m əsələsi”  məqaləsini  (Nejin- 

dəki  tarix-fılologiya  institutunun  xəbərləri,  1916,  13-cü  cild),  sovet 

dövründə  isə  V.İvanovun  “Dionis  v ə   dionisçilik”  (Bakı,  1923)  kita- 

bını,  N.İ.Novosadskinin  “Poetika”nın  giriş  və  ətraflı  qeydlərlə  təhciz 

olunmuş  yeni  tərcüməsini,  A.A.Qruşkanm  “Maksim Qorki  Aristotelin 

şərhçisi  kim i”  (SSRİ  EA  xəbərləri,  humanitar  elm lər  bölməsi,  1930, 

səh. 113-134),  V.F.Asmusun  “Aristotelin  estetikasında  realizm  m əsə- 

lələri”  (“Teatr” jumalı,  1939,  JVs  1-2)  məqalələrini nümunə göstərir.

78

Biz  buraya  F.A.Petrovskinin  “Yunan  ədəbiyyatı  tarixi”  kitabının 



ikinci  cildindən  (M.,  1955,  səh.210-218)  “Aristotelin  ədəbi  n əzə- 

riyyəsi” məqaləsini,  Petrovski  və Axmatovun “Poetika”nm  1957-ci  il 

nəşrinə  giriş  və  yekun  məqalələrini,  Losevin  “Antik  estetika  tarixi” 

(M.,  1969)  kitabını,  eyni  zamanda  Kopper  v ə  Hamiltonun  ingilis 

tərcümələrinin  1921-ci  il  tarixli  nəşrlərini,  A.Qudemanm  tərcümə- 

sinin  1921-ci  il  Leypsiq,  R.Kasselin  tərcüməsinin  1969-cu  il  Berlin 

nəşrlərini,  Polşa  estetiki  R.N.İnqardenin  “Estetika  üzrə  tədqiqat” 

kitabmda  Aristotelin  “Poetika”sı  haqqında  qeydlər  fəslini  (M.,  1962, 

səh. 155-202),  Əli  Soltanlının  “Antik  ədəbiyyat  tarixi”  kitabmda 

“Poetika” barədəki hissəni  və həmin kitabın müvafiq fəsilləini,  Əkbər 

Ağayevin “Yunan ədəbiyyatı tarixi oçerkləri” (Bakı,  1938) kitabmdakı 

“Poetika”bölməsini  əlavə  edə bilərik.

Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin