uca oğan burğanı: böyük tanrı buyruğu).
uca tut düşüncəni, ələ al təcrübəni, yansıma, heç kimsəni.
ucalarda yalnız gəzməkdən, yamacda ol çoxluqla. (yamacda: ortada).
ucalıq boyda, dərinlik soyda. (ucalıq boydadır, dərinlik soyda).
ucalıq boydadır, dərinlik soyda. (ucalıq boydan, dərinlik soydan).
ucalıqdan qorxan çox, alçaqlıqdan qorxan yox. (ucalıqdan qorxan kimi, alçaqlıqdan qorxan yox).
ucalırsa dağ, çökür dərələr. (çökür: batır. dərinləşir). (uca dağ, dərin dərə. (uca dağların, dərin dərələri olur.
ucalmaq üçün, alçaqlardan uzaq dur!.
ucqarların bulutu, qalanarın unutu. (unutur).
ucraq ilən ortuşalı, artışıb. (ras gələnlə savaşıb, ardıda (geri) qalmış). (ucraq ilən: ras gələnlə). . (ortuşalı: urtuşalı. odlaşı). ( artışıb: ardıda qalıb).
ucuna çıxan, ucadan düşər, aşırı gedən, aşlığa düşər. (aşırı: ifratçılıqla. müfritliklə). (aşlığa: qarışıqlığa. bəlaya) (bu qısa yaşamda, aşırılıq, müfritlik, panlıq, fanatiklik bərə verməz).
ucuz dadımaz. (ucuzun dadı olmaz). (ucuzlu mal dadımaz).
ucuz verən ömür başa, heçin vurub başın daşa. (heçin: boşuna).
ucuz yoxdur ucuvsuz, untay yoxdur sağışsız. (ucuvsuz: illətsiz). (untay: bahalı). (sağışsız: hikmətsiz).
ucuza satan gülüşlərin, acıya utar qözyaşların.
uçan (əldən gedən) vara yaxınma, çıxmaz (girməz) yola, taxılma, gəlsə qonağ, qonağla, bilməz (izsiz) yola, alınma (inanma).
uçanmadın, qaçın, qaçanmadın, yürün, yürənmədin sürün, unutmaki ilğəri züyün. (ilğəri: önə. qabağa).
uçarsız döğmək olmaz, ac olmasa yemək.
uçqun kiçik durur, evrəni birbirə vurur. (uçqun: qığılcım).
uçqundan qorxan, dəmirçi olmaz.
uçmağı bacaran, sürünməyi bacarmaz.
uçsa ışıq, ışıqlı göz kor qalır. (uçsa: sönsə). (lap iti görən göz qaranlıqda kor kimidir). (söz könül açar, bilgi beyin).
uçuq köydə it durmaz. (uçuq: xaraba).
uçurluq dəngə pozar. (uçurluq: ifrat təfrit. hədd hududun saxlayamazlıq). (ifrat təfrit ədaləti yox edər).
uçurum başı, uçmaq öğrədir, dənizə dalma, üzmək öğrədir.
uçurumda yaşırıq, sevgi yükün taşırıq, bağlanma çox evrənə, gün birində aşırıq. (gün birində: bir devirdə. bir günündə).
uçuş bilməz quşun, qəfəsdədi yazısı, qurd ağzıda yuvası.
uçuşa qanat, oxuşa yanat. (yanat. ağır əmək. ağır zəhmət).
ufaqlı irili, hər türlü quşlar, var idi suda yaz ilə qışlar.
uğarlı don, dar gəlməz. {uğarlı (< uy). məsləhətli }.
uğra düşünən, uğur tapar. (uğur: xeyir).
uğra yol aç, uğurlu ol. (uğra: xeyrə). (uğurlu: xeyirli).
uğraşları iş üsdə, oğraşları aş üsdə gör. (uğraşları: uğruq, doğruq yolda olanları. doğruları). (oğraşları: oğruq, əğrik yolda olanları. əğriləri).
uğraşlıq qapıva gəlməz, çıxıb tutmalısan. (uğraşlıq: müvəffəqiyyət).
uğrau izə qoyma. (uğrau: xeyr işi). (izə: dala. gecə). (xeyr işi gecikdirmə).
uğrsuzun burnuna, qoxu irişir, burun qanır!.
uğrun gözlə, oxu at.
uğrun gözlə, oxu at. (uğrun: nişan. fürsət).
uğrunu izun bırakma. (uğurlu işi izə, soraya qoyma).
uğur (yol) tapan var qılıncsız, qılınc vuran var, uğursuz. (uğur: yol).
uğur bolsa, oğru doğar. (uğur: imkan. fürsət).
uğur dilər, qızıl ələr.
uğur gəlincə, oğru işin görər. (uğur: imkan. fürsət).
uğur işi ertələsən yeğ durur. (xeyir işi yubatmasan yaxcıdır). (ertələsən: yubatmasan).
uğur verilməz, oğurlanır. (uğur: imkan. fürsət).
uğur, oğrusuna pay verər. {qutluq kor quş, tutanındır. (qutluq kor quşdur, oda tutanındır)}.
uğurlu iş qoyma qala yarına, yarın yetər olsunki sən yetmədin.
uğurluqlar ıraqda, qazanmağın bacarqıl. (uğurluqlar: müvəffəqiyyətlər).
uğurluqlar ıraqda, uğursuzluqlar yaxında.
uğursuzluqlar evdə yatır, uğurluqlar dışarda. (uğursuzluqlar: müvəffəqiyyətsizliklər). (uğurluqlar: müvəffəqiyyətlər).
ukar qulaq, tez okur. (ukar: eşidən). (okur: anlar). (eşidən qulağ, tez anlar).
ukar qulaq, tez okur: eşidən qulağ, tez anlar.
uqqan qulaq yazğınmaz. (duyan qulaq suçlanmaz).
ula olsa yol azmaz, bilik olsa söz yazmaz. (ula: göndəri. iz. nişan. əlamət. dəlil. qılavuz). (yazmaz: çaşmaz. xətiya gedməz). (bilik: ağı. lhuş).
ula olsa yol azmaz, biliq olsa söz yazmaz.
ula olsa yol azmaz, biliq olsa söz yazmaz. (ula: qismət).
ulam ulam gedən, istəyə çatdı, ulamsız gedən, uluya qaldı. (ulam ulam: yavaş yavaş).
ulam-ulam gedən, istəyə çatdı, ulamsız gedən, uluya qaldı.
ulatalar deyərmiş, yelin əkən yel dərmiş. (ulatalar: ulu atalar).
ulcalar pula yetincə, alçaqları pul enər. (çevrəzdəki görməmişlərdə (yenigörmüşlərdə) dəğişikliyə baxın).
uldağan acı utur, utulan acı qutulur. (uldağan: yüksələn) (yüksələn acı, acıq, hirs hər nəyi yakır).
ulduzlu gecə, ay ışığı bir sən olaydın daha bir mən.
ulduzum gözlərin içindən keçir, yolum əllərin ortasından.
ulu başlılar, düşüncəyə döşənər, çal başlılar olayları, boş başlılar, başqaların düşünər!. {başları işləyənlər ulu düşüncələrlə uğraşar, ala, yarımçıq başlılar (çal başlılar) olanları, hadisələri düşünər boş başlılar, başqaları nə edir nə edmirlə uğrraşır}.
ulu dağlar geniş topraq usanar, doğma eli doğma dilin yadavsa, kəsər bolluq, olmaz qolluq ol elə, yaşan eli kəndi dilin danarsa. (yadavsa: yadırqasa). (bolluq: bərəkət). (qolluq: qulluqçu. köməkçi).
ulu qayğı keçərsə, kiçiklərə yol açar.
ulu qayğını iş, kiçi qayğını aş basar. (qayğı, iç bulğa önündə işsiz oturmamalı).
ulu olsada, ölü arslan, kiçik olsunda, diri siçğan!.
ulu yol ulu şəhrə gedər, kiçik yol dağ arası itər.
uludar eldə dəyər, bilik biləklə altun.
uluğ buldun, qulluğunda bulunqıl!. (böyük kişiyə rasladın, qulluğ qıl). (bu söz kişini, böyüklərə qarşı, böyüklərin qatında, yuturqanlığa, qulluğa tapşırır).
uluğ sevgi ərşilməyi güc olsa, kiçik sevgi, bağça gülü oxşarı, hər könüldə gül verər. (uluğ: böyük). (oxşarı: kimi).
uluğsuz yerin, uluyanları kəm gəlməz. (uluğsuz: böyüksüz).
uluqları ulu sevgiylə övən, alçaqları urğu astında yeyən. (urğu: . zərbə).
uluqlarla uluq bol, eniklərə göstər yol. (böyük kişilərlə oturub öğrəş). (eniklərə: kiçiklərə).
ulular evdə qalıb, kor pişik çöldə.
ulular sözünə baxmayan, uluya uluya qalar.
uluya sayqı gərək, kiçiyi kəmsitməmək. (böyüklərə hörmət gərək, kiçikləri alçatmamaq gərəkir).
uma gəlsə qut gəlir.
uma gəlsə, qut gəlir, cütü gəlsə, xoş gəlir.
uma uma, döndüm muma.
uma uma, undan qaldıq.
umac itir, umucu ölür, umuq (umud) qalır. (umac: amac) (amac gözdən itir, unudulur, umucu ölür, umuqa (umuda) ölüm yoxdur).
umacdan qalmayar oduncu gözü, tutar üz, gər sezərsə səndə üzü.
uman kişi yıxmasada yıxılmaz, umsuz kişi yıxanmadan yıxılmış. (umut, inanc, güvən).
umar bulmadı, bular ummadı. {yaşam bürküsü). (bürküsü: müəmması}. (gözləyən tapmadı, çatmadı, tapan, çatan gözlımədi).
umar bulmadı, bular ummadı. {yaşam bürküsü). (bürküsü: müəmması}. (gözləyən tapmadı, çatmadı, tapan, çatan gözlımədi).
umat gedsə qovub yet, yaman yetsə, qaçıb ged. (umat: baxt. şans).
umatlı suya düşdü, ağzında balıq çıxdı. (umatlı: şanslı).
umay bir quş durur seçimsiz, dili yox deyə, ərki yox seçə. tapdın dilin yapın, odur sənin umayun. (umay: baxt. şans). (ərki: ixtiyarı).
umay quşu dimdiyindən bəslənir, çağrı versən səslənir. (baxt quşu öz başına ösüşməz, böyüməz. baxt quşu ilə uğraşmalısan, onu sayıb güdməlisən, baxmalısan).
umay quşun qonaru, tutanmasan uçaru.
umaysızın oğurluğu yağtı aya tuş gələr. (umaysızın: qarabaxtın). (yağtı aya: ay ışığına).
umaysızlıq yer salar, bacarışlar köçəndə. (umaysızlıq: şanssızlıq. korbaxlıq).
umduğun bilməyən yolsuz qalar.
umduğun gözəlligə aldanma könül!.
umduğun güdməyən, bulduğun xoş görər.
umduğun um, bulduğun sənin.
umduğunla yok, bulduğunla gül.
umduq yağı çıxsın, ağı çıxdı.
ummadığın daş, baş yarar.
ummadığın kötük, araba çevirir.
ummasan, küsügün olmaz, ölümə ölüm olmaz.
umud evi bilik ilə biləkdə.
umud könlüdə doğur, işdə səmirir. (səmirir: becərilir).
umud üzüb, boşun gəzmə.
umud yolun qazanqıl, umut, dilənmək olmaz.
umudu tükənən işsiz qalar.
umudum deyil göydən, yapan əldən, çapan eldən, deyən dildən!.
umuq edinir, umut yaşanır. (umuq: güman. umacaq).
umuq olandan, olasıklığa gedən yoldur. (olasıklığa: olması istənilmişə).
umuq olmasaydı kimsə aldanardımı!.
umuq olmasaydı kimsə aldanardımı!.
umuq uzar yarına, sarar səni şarına. (umuq: umsunuq. yoldakı umut. gözdə olan, içdə olan özlənti, bəklənti). (şarına: qozuna. daşşağına).
umuq yoxsa umutların kor olar.
umuqlara inam yox, umutlara dayancım, əldəkinə güvəncim.
umun hara, yurdun ora. (umun: niyyət).
umuş buluş toş gəlsə, yaşam bürkü qalmaz. (bürkü: müəmma).
umut alma birindən, umut yarat içindən.
umut daddır ağızda olur, umuq addır, yarınlar dadır.
umut dənizi istəkəndədir, içənlərin sözüdür, umut dənizi istəkəncədir, umanların sözüdür. (umanların sözüdür: umurluların, umutlu olanların, ümidvarların sözüdür).
umut gərək yaşama, umutsuzsan yaşama.
umut gücün bitinməsin. umut iyiləyişə, güc irəliyişə.
umut içində doğar, umuq yol üsdə durar.
umut məndən, qırma səndən, qurma məndən, yıxma səndən, çilə səndən, çəkmə məndən, pay düşdü sevgidən, adı səndən, dadı məndən.
umut tuxumu yazda əkilir, güzdə biçilir. (yaşam uzun sürməz, uzun sürünər).
umut varlığından gəlir, gün düşərsə qarlar ərir. (ayrılıq adlı yoxdurur yol, ardıca gəzilən umut, ayrılıq ölümdü demiş, 'əldə olan' umud adlanır). (ayrıldınsa unut, geriyə yoxdu umut). (belin bağlı əlindəkinə, göz yumular dalındakına).
umut verdə birinə, umsunma sən kiminə.
umut versən birinə, umuq doğar içində. (umuq: umsunuq. yoldakı umut. gözdə olan, içdə olan özlənti, bəklənti).
umut yada yabana, qurbətə gedməz!. (özgüzə umut bağlayan çox tez sınar, qırılar).
umut yaşanır, umuq yaşatır.
umut yeməkdir, ağızda dad verər.
umut yoxsa at qoşmaz.
umutçuluq yol açar, umutsuzluq yol qapar.
umutdan artıq umulmasın. (ümütdən: umutdan) (yalnız umutla yaşamaq hovanların işidir). (hovanların: axmaqların).
umutdu verən güc yaşama, umutsuzca yaşama!.
umutla yaşayan ölümün görməz. (umutla yaşayan ölümünə inanmaz, ama ölür, donbala dönür).
umutla yaşayan umuq köçər. (umuq: gözü yolda).
umutları unutma.
umutlu biri yaşamla dolur, umutsuz kişi yaşamdan olur.
umutlu yaşayan umar köçər. (umar köçər: gözü yolda gedər).
umutlu, mutlu deməkdir.
umutu dad, umuqla yaşa.
unsuz çörək pişriləz, bezsizdə don tikilməz.
unun ələmiş, asmış ələyin. (oxun atmış, yayın asmış).
unun varsa, odu söndürmə.
unut dedin qolay deyill, anma dedin bolay deyil, bu varlığım ölməlidir, bir sənsizin doğmalıdır.
unut keçəni, tutun olanı, bəklə gələni.
unut unutanı, dos tuttunsan tanı.
unut yaşın, yaşın yaşa. (yaşın: 1. yaşıvı. sinnivi. 1. yaşamıvı).
unutamam səni, sevməsən məni, nə aytar mən, nə anlar sən!. (aytar: deyər).
unutan gözləmir, gözləyən unutmur.
unutan özün itmiş, itirən özün batmış.
unutqanlıq bir başa bəla gətirir, bir elin yazısın batırır.
unutma çalış özlügün saxla.
unutma gülü sən, tikən güldən ayrılmaz.
unutma umud, doğursun umuq, unutdun umut, boğursun umuq. (umuq: bəkləş. bəkləyiş. güdüş. gütgəniş. gözləyiş. intizar).
unutmağı unudan, açıq gözə kor baxar. (unutmağı unudan, gördügünə kor baxar). (unutmağı unudan, açıq günə nisgilli).
unutmağı unudan, açıq günə nisgilli. (unutmağı unudan, açıq gözə kor baxar). (unutmağı unudan, gördügünə kor baxar).
unutmağı unudan, dəlirər. (dəlirər: dəli olar).
unutmağı unutan, gələcəyin uçutan. (uçutan: yox edən).
unutmağı unutma, keçmişlərdən umuqma.
unutmağı unutma, unut gedə qalanı.
unutmağı unutsan, unudulmağı unutma.
unutmağın bəğəməz, öz sevdiyini alanmaz, gülər günlər nisgili, qapıq qapı işgili.
unutmaki güc təklikdə yok, qoşluqdadır. (qoşluqdadır: birlikdədir).
unutmaki hər qırılan sevgidə, tək bir könül qırılır.
unutmaki ölmək ''unutulmaqdır''.
unutmaki ölmək ''unutulmaqdır''.
unutmaq öğrədilmir, öğrəşilir!.
unutmaqdan qolayın tapmamış o, gələnlə dos gedənlə yad olarmış. (qolayın: qolay iş).
unutmasan keçəni, biçənməsən əkəni.
ura bilməz ulu dayağ götürür.
uran burğan qar yağsa, kırıxmaz bulan balası, mun görməyincə, ər olmaz ata balası. (bulan: ceyran). (mun: munğ. qayğı. əzab).
urcağın bilsən, at. (urcağ: hədəf tutulmuş. nişana).
urcalıq yalnız tutmaqda deyil, hərdən bıraxmaqdadır. (urcalıq: batırlıq. güc. cəsarət).
urğan sevinc almış canım, ürpək canım nərə qaçım. (urğan: yıxıcı. ev yıxan). (ürpək: ürkük. qorxuya düşmüş. tükləri dik durmuş). (qorxusan sevmə, sevirsin qorxma).
uruş söğüş olsada, görüş üçün yer saxla.
uruş söküş, görüşməyə yer saxla. (uruş: vuruş).
uruşda duruş yox. (vuruşda düşünməyə yer qalmaz). (döğüşə, düşünüb gir, girib düşünmə).
uruşda qandan qorxan, candan ayrılar.
us başda, ut könüldə.
us dəgəri, uslu işdə bəlgirür. (ağlın qiyməti ağıllı işdə işlənsə bəllənir).
us saqqal ilə ösməydi. (us: ağıl). (ösməydi: böyüməz).
usağa su, aca çörək. (usağa: susağa).
usda görən usdə ular. (usda görməmiş usdə ərməmiş). (boşqadan baş çıxaran, başaq bağlamaz). (başaq: önüm. hasıl).
usda görməmiş usdə ərməmiş. (usda görən usdə ular). (boşqadan baş çıxaran, başaq bağlamaz). (başaq: önüm. hasıl).
usda qatda əlin güd, xoca qatda dilin. (qatda: yanında. huzurunda).
usda olub, usdasını unutmaq.
usda, görsәdər yolu.
usdaların usdası, hər işin öz usdası.
usdan güc alan minin yıxmış, qoldan güc alan birin yıxmış.
usdan güdə uzun dilli olur.
uslu başın dənin dartar, ussuz başdan qəmin artar. (uslu: huşlu. ağıllı). (qəmin: dərdin).
uslu başlı ərənləriz, doğru yoldan gedənləriz.
uslu başlı, ağır yaşlı, qələm qaşlı sığmaşmaz. (sığmaşmaz: bir yerə sığmaz).
uslu bolsan yaxşılara yoldaş ol, hovan kişi qanmaz ilə yar olar, içdən sevən can alanın üzünü, bir görsəm deb, gecə gündüz zar olar.
uslu irsən hər bir sözə uymaqıl, hər gələnə uyanlar, düşər aldan ala.
uslu kişi özün övməz, doslu kişi təkəz qalmaz. (təkəz: təkiz. təkin. yalın. köməksiz. tənha < tanqa).
uslu kişi usdan dəğərlənәr, uslu yaşar, usla yaşamaz. (uslu: huşlu. ağıllı).
uslu kişi uslu olsa üşlənməz, iş çağında oyaq olur düşlənməz. (üşlənməz: ikilənməz. quşqulanmaz. şəgg edərək çəkilməz). (düşlənməz: düşlənməz. mürgüləməz. yuxusun almaz).
uslu kişi usuyla, ussuz kişi şusuyla. (uslu: başlı. ağıllı). (şusuyla: zadıyla. şeyiylə).
uslu olsa savların, yadda qalmaz paltarın.
uslu olsan qurd ilə baxmaz cırar yırtar səni. (uslu: mə'qul).
uslunun qulu ol, dəlinin başı yox. (uslunun: ağıllının).
usnan atın dişi sanalmz. (usnan: peşkeş).
ussuz olan iş sonunu qaramaz, buğda əkən, qoğun qarpız baramaz, bilgə içə yoldan keçən yaramaz, öğrəşib qıl gördüklərin unutma. (baramaz: bar endirəməz).
ustalığa, qılavuza varılmadan kəçilməz.
usu qısa uzun dil.
usu qısa uzun dil.
usuqmuşa (susamış), sağış qamu, su görünür.
usuqmuşa, sağuq qamuğ su görünür. (susamışın, tam xiyalları suyu andırar). (usuqmuşa: (us <> su) susamışa) (sağuq qamuğ: tam xiyalları) (öz istəyini hər gördüyündə arayan kimsəyə söylənir).
usullu baş yaşamında ən gözəli neyləyir, dadımlı baş yaşamına gözəlliklər ağdaranı axdarar. (usullu baş: mə'qul olan). (dadımlı baş: yaşam dadın seçən kişi). (ağdaranı: köçürdəni. gətirəni).
usullu baş yaşamında ən gözəli neyləyir, dadımlı baş yaşamına gözəlliklər ağdaranı axdarar. (usullu baş: mə'qul olan). (dadımlı baş: yaşam dadın seçən kişi). (ağdaranı: köçürdəni. gətirəni).
uşağ demək bilməz, almaq bilər. (uşağa demə, ver).
uşağ ki var, yox bilməz.
uşağ sevişdən, it çörəkdən qaçmaz.
uşağa iş buyur, özündə dalınca yürü. (uşağı göndər suya, özündə ged suyunca. (uşağı yolla iş dalınca, özündə düş dalınca).
uşağa paradan yox, dəğərdən qonuş.
Uşağa söz buyur, özün dalınca yüyür. (Ara Gündüz).
uşağı göndər suya, özündə ged suyunca.
uşağı yolla iş dalınca, özündə düş dalınca.
uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə ışıq ardıca.
uşağıdıq qaçdı kölgə bizdə onun dalıca, söndü ışıq itdi kölgə, bizdə onun dalıcan.
uşağın gönü, döğdükcə qalınlaşır.
uşağın gücü atanasına çatar!.
uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).
uşağın poxu, böyüklər yıxar. (uşağ su tökər, böyük yıxılar. (su tökmək: əl suya yetirmək. sıçmaq).
uşağki iyidir, burnundan qoxar.
uşaxki var, yox bilməz.
uşaq ağızın yediyin görür, dediyin deyil, əlizin verdiyin seçir, yapdığın deyil, ayağın izlərin sezir, gəl gedin deyil.
uşaq arvadın bir əlin bağlar, təmbəllik iki əlin.
uşaq cocuq yansılaraq böyüyür.
uşaq çörəkdən, böyük sevidən qaçmaz. (sevidən: məhəbbətdən).
uşaq gördüyün götürür, böyük götürdüyün görür. (götürür: öğrəşir).
uşaq görsə deyər, it görsə hürər.
uşaq qulağı iti olur, yavaş desən eşidir.
uşaq nə görsə yapışar, nə eşitsə, danışar.
uşaq nədir piçaq nədir. (uşaq nədir tüfək nədir). (nə yapdığın bilməz). oğlan əlinə daş vermə. (oğlan: cocuq. uşaq).
uşaq olan tələsməz, ağır işə ilməşməz. (ilməşməz: can atmaz. maraqlanmaz. təcəvəccüh edməz).
uşaq oynamaqdan, təmbəl yatmaqdan yorulmaz.
uşaq öğrəşin qılar. (öğrəşin: öğrəşdiyin).
uşaq poxu, yekə yıxar.
uşaq sıçır. böyük yıxılır.
uşaq su tökər, böyügün qıçı sınar.
uşaq suya can atar, yaşlı oda.
uşaq yıxıla yıxıla ulalar. (ulalar: böyüyər).
uşaq, yıxıldığı yerə baxar.
uşaqki var keçmiş nədir anlamaz, ösüşmədən (böyükmədən) qalanmaz.
uşaqla pulu əldəkən qoru, bıraq izin qapdıqda börü. (börü: qurd). (qapdıqda börü: qurda yem olursa. doğru yoldan sapırsa).
uşaqlığ yaz, igitlik yay, yaşın ortası oldu güz, qocaldın qış.
uşaqlığın dadın, böyüdükdə anlarsan.
uşaqlığın dadını yaşlandıqda bilərsin.
uşaqlığın dadını, yaşlandıqda dadarsın.
uşaqlığın itirən, güntaylığın basdırar. (güntaylığın basdırar: xoşbəxliyin quylkr. güntay ola bilməz. ürəkdən sevinə bilməz).
uşaqlığın unudan, sevgisinə utuzar.
uşaqlıq bənğlük simgəsi. (bənğlük: durğallıq. turuzluq. əbədilik). (böyük cocuq böyükməz, cocuq qalan ölükməz).
uşaqlıqdan böyüdük, böyüklərlə yürüdük, baş çatdısa uluduq, çatmaz başdıq çürüdüq. (baş çatdısa: ağlımız oldusa). (uluduq: böyüdük). (başdıq: başıdıq).
uşuq odu tutunub, öpgə ürək qoğrulur. (uşuq: eşq).
ut gətirməz ellər üçün ərkəlik. (ut: uy. utanma. həya). (ərkəlik: istiqlal. olma. varlıq).
ut nə bilir ilqarsız, ilqarsızlar utanmaz.
utan aldı utuzan qaldı.
utan utanmazdan, qorx qorxmazdan.
utan, utanmazdan!.
utanarsan, çiçiklə deyişmə, yıxılarsan, böyüklə ərişmə (icəşmə).
utanarsan, çiçiklə deyişmə, yıxılarsan, böyüklə icəşmə.
utanc gözdə, görk üzdə. (görk: göyçəklik).
utanıb utunan boğulmuş.
utanırsansa el içrə, üzü çoxlar utacaq. (üzü çoxlar: sırtıqlar).
utanma, inanma.
utanmaq gizlənməz.
utanmasan, kefə nə. fut o fənnin öğrənmək.
utanmayan, baxıcı olur, ərinməyən, qapıcı.
utanmaz üz, tükənməz söz.
utanmaz, utancağı qorxaq sanar.
utanmaza, toy nədir, toz nədir. (toz: bulğaylıq. qaışıqlıq).
utanmazdan, utan!.
utanmazın qorxusu olmaz.
utansa qurd, qurd olmaz!.
utğan kişi qorxaq görünər. (utğan: utanan).
utlluq kişilik əkiri, mutluq yaradan əsiri. (utlluq: hücb həya ). (əkiri: becərisi. əl hasılı).
utlu, utun qorar, utsuz sanar, ondan qorxar! (ut: həya).
utlu, utundan susar, utsuz, susdurdum sanar. (ut: uy. həya). {əkili, əkidən susar, əkisiz, susdurdum sanar. (əkili: əkitli: ədəbli. tərbiyətli)}.
utmadan çeğnə, aytmadan oylan. (düşün qonuş, çeğnə utma).
utruq bazar tanımaz. (utruq pulla satılmaz). (utruq: abır).
utun birlə vuruş, ötün birlə dirəşmə. { həyalı (utun. uyun) kişiylə söz çıxsa, yol tapılar, həyasızla sözləşsən, baş çaxılar (yarılar) (savaş yapılar)}.
utun qoru utsuzdan. (üzün saxla üzü susuzdan) (yamandan gördüyün yetər, görkəzməyin istəmə).
utun utmuş, sevin atmış. (utun: utanmasın. hayasın). (sevin: mə'şuqun).
utun utmuş, suyun atmış. (utun: utanmasın. hayaın). (suyun: içə hopan gözəlliyin).
utuş kimdə, utuz kimdə, oyun bitər bəllənər.
utuş utuz sırayladır. birinə erkən birinə geykən. (utmaqda var utuzmaqda, gahdan biri tez düşür, gahdan biri gec).
utuzmağı düşünsən, utan kimi yaşarmaz. (yaşarmaz: yaş sürməz).
uyalla dolursa yaşın, könlün əzik, başın boş qalır! (uyalla: xəyalla).
uyan sudan çəkin. (yatan sudan çəkin). (durqun sudan çəkin). (çəkin: ehtiyatlı ol).
uyar ağlını qəflət uykusunda, sağalmış tut qiyamət qorxusundan.
uyar isən doğuya, sən sürəcəksin ona. (təbiətin qanunların bilməklə, onu sürə bilirsin).
uyatsızlar bağlanmır, bağımsızlar utanmır. (uyatsızlar bağlanmır: utanmazlar bəfalı olmur, bəfasız utancın nə olduğun bilmir).
uydurmadan gerçək olan yaranmaz, inanmasan könül yağı coşanmaz.
uyku, yaşamla doğur, ölümlə bitir.
uykular sən görmədən barlanmır. (barlanmır: doğrulmur).
uyma çəkin hovandan, açıq gözün kor qalar. (hovandan: axmaqdan).
uymallıq, qaramallıq. (uymallıq: avanallıq. təəssüb. mütəssiblik).
uysul susmuş, uysuz susdurub sanmış. (uylu utanıb çəkinmiş, utsuz, çəkindirib demiş). (uylu utanıb susar, utsuz, susdurdum sanar). (ədəbli susmuş, ədəbsiz, susdurdum.
uysuz çıxsa dağa, uylu qaçar bağa (uysuz: həyasız) (uylu: həyalı).
uytuğa dalan bulutda gəzər, ikidirsə ayaq yerindən üzər. (uytuğa: xəyala).
uyuyan qalmış, unutan çaşmış.
uyuyan, yuxusun görər. uyuyan, düşünü görər, uyuyan, düşündə görər.
uz dolabı inanmamış ısığa, üzü gəzən inanmamış içiğə. (üzə vurqun könlündəkin aramaz).
uz ged asda ged.
uz ged, asda ged. (uz: yaxcı).
uz gəlsə yavuz gedər.
uz yaşa, düz yaşa, duz yaşa. (uz: uzun). (duz: dadlı).
uzağdaki su, qorumadı oddan kişini.
uzaq (ıraq) yerin xəbərin karvan gətirər.
uzaq (ıraq) yerin xəbərin, kərvan gəlsə, ıraqlardan sav gələr. (sav: xəbər).
Uzaq doğmalardan, yaxın qonşu yaxşıdır. (Ara Gündüz).
uzaq olsanda özün, könlüdə saldın yurdun, ey cana can olalı, dərdimə dәrman olmuş,.
uzaq olsun oğrular, xoş gəlirlər doğrular.
uzaq olsun yol olsun, yava olsun, el olsun. (
Dostları ilə paylaş: |