Şəfiqə Məmmədova teatr institutuna artıq qəbul
olunmuşdu. Mehdininsə bundan xəbəri yox idi...
Fələk kimisə kiməsə tərəf aparırdı...
***
Aprelin 8-dir. Hələ çoxları plaşlarını əyinlərindən
çıxarmayıb. Bu yaz Bakıda elə bil yağışlı günlər küləkli
günləri üstələyib. Mehdi əlində bükülmüş çətrini tutub
Hüsü Hacıyev küçəsilə irəliləyir. Hava dumanlıdır. Yağış
təzəcə kəsib. Mehdi fikirlidir: sevimli teatrından
ayrılmağın acısı onun üz ifadələrində donub qalıb. Lakin
bizim qəhrəman nə etdiyini yaxşı bilir. Elm maqnit kimi
onu özünə çəkir. Ömrünün müəyyən bir parçasını Mehdi
Məmmədov fəlsəfəyə, estetikaya həsr etməyi planlaşdırır.
Kitablar dünyası onun yolunu gözləyir.
**
______________Milli Kitabxana_______________
248
______________Milli Kitabxana_______________
249
FƏLSƏFƏDƏN ÖLÜMƏ...
(konseptual hamletizm)
“Fələyin gərdişi rəqqasə qadınlar kimidir”.
Şeyx Nizami
Olum, ya ölüm?
Fəlsəfənin canı burda, ruhu burda.
Çünki insan burda, insanın ekzistensiyası burda. Sən yaşaya
da bilərsən, ölə də bilərsən. Buyur, seç, iki mövcudluq
formasından birini. Əgər belə bir şansın varsa, deməli, sən,
həqiqətən, azadsan.
1963-cü il aprelin 8-i də Mehdi Məmmədovun azad seçimi
idi. O, teatrdan getdi, incidi getdi, çönüb heç arxaya da
baxmadı və bəlkə də ömründə ilk dəfə teatrın kollektivinə qarşı
səssiz və gizlin üsyan elədi. Mehdi yaradıcılığında “şübhələr
dövrü”nün başlanğıcı elə bu nöqtə, yəni onun “işdən getmək
haqqında ərizə”sində eyhamlaşan məxfi Hamlet qiyamı: heç
kəslə sağollaşmadı, “salamat qalın” demədi, qapını yavaşca
örtdü və getdi... Özünün yaxasından möhkəm yapışıb Mehdini
teatrdan bayıra tulladı, teatrı isə öz içindən heç cürə ata
bilmədi. İnsan fəlsəfə astanasına yetişəndə sanır ki, dünya
boyda türmədə dustaqdır və eynən Şekspir kimi düşünür.
Bundan o yana Mehdi Azərbaycan mədəniyyəti tarixində
Komandor görkəmli bir Hamlet həyatı yaşayacaq. Müqayisə
şərtidir, birbaşa paralellər axtarmayın.
Olum, ya ölüm?
Harada şübhə varsa, oradan Hamletin sualı boylanır.
Filosof kimə deyilir? Fəlsəfəni öyrənənə, yoxsa filosofluq
eləyənə?
Mehdi fəlsəfəni sevirdi, Hamleti filosof obrazı kimi
qavrayırdı və görürdü ki, teatr fəlsəfə üçün sınaq
laboratoriyasıdır.
______________Milli Kitabxana_______________
250
Keçmiş Sovetlər Birliyinin Qafqaz respublikasında nə qədər
azad olmaq mümkün idisə, Mehdi də ömrünün sonunadək elə o
qədər azad ola bildi, təbii ki, öz şübhələriylə birgə, içində
yaşayan hamletizmlə birgə və hətta sovet ideologiyasına
inamla birgə.
Mehdi artıq professor idi, xalq artisti idi. İndi də o, estetika
üzrə müdafiə eləyib fəlsəfə elmləri doktoru olmaq istəyirdi.
Nəyinə gərəkdi doktorluq? Sualın cavabını bilmirəm. Kimə
nəyi sübut eləmək istəyirdi? Onu da bilmirəm. Amma istəyirdi
Elə bu üzdən də 1963-cü il sentyabrın 1-də Azərbaycan Dövlət
Universitetinin qapılarını döydü. Açdılar və Mehdini estetika
kafedrasının da professoru elədilər.
186
İki ali məktəbin bir
professoru Mehdi Məmmədov. O, həm teatr institutunun
187
aktyorluq kafedrasında çalışırdı, həm də universitetdə
188
estetikadan dərs deyirdi. Üstündən heç bir az keçmədi ki,
Mehdinin namizədlik mövzusunu da təsdiq elədilər: “Müasirlik
kateqoriyası və Azərbaycan sovet dramaturgiyasının estetik
problemləri”.
1963-cü ildə Mehdi Məmmədov estetika kafedrasını öz
müdafiəsi üçün təsadüfdən və ya kübarlıqdan əlverişli
saymamışdı. Onu bura imkansızlıq gətirmişdi, bir də rejissor
Mehdini, aktyor Mehdini sevən ziyalılar. Həqiqətdə, Mehdi
“Teatr sənəti” ixtisası üzrə müdafiə etməliydi. Busa əlavə
əziyyətlər, vaxtaşırı ezamiyyətlər və müxtəlif tipli əngəllər
demək idi. Çünki o zaman Azərbaycanda bu profildə cəmi bir
sənətşünaslıq doktoru vardı. Ol səbəbdən Ümumittifaq Ali
Attestasiya Komissiyası Azərbaycan Milli Elmlər
Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda “Teatr
sənəti” ixtisası üzrə müdafiə şurası yaratmamışdı: əgər
sənətşünaslıq doktorlarının minimal sayı üç olmurdusa, bu,
mümkünləşmirdi. Ona görə də kim ki bu sahədə alimlik
dərəcəsi almaq istəsəydi, gərək ya gedib Moskvada, ya Sankt-
Peterburqda, ya Tiflisdə, ya da Orta Asiya respublikalarının
birində mövzusunun müdafiəsini rus dilində gerçəkləşdirəydi.
______________Milli Kitabxana_______________
251
Odur ki, Mehdi nisbətən asan yol seçdi, uzaq-uzaq məsafələrə
gedib-gəlməkdən canını qurtardı, estetika kafedrası ilə ilişkilər
qurdu, fəlsəfə ilə bağlı iddiasını ortaya qoydu.
Mehdinin artıq xəbəri vardı ki, Şəfiqə adlı bir qız teatr
institutuna qəbul olunub...
Estetika sənətin nəzəriyyəsidir: gözəllik haqqında elm ola
bilməz. Amma bütün elmlər gözəlliyi öyrənir.
Mixail Bulqakovdan: Anna... dağıdılmış günəbaxan yağı...
və tramvay relsləri...
Olum, ya ölüm?
1963-68-ci illər intervalında Mehdi elmin, dəftər-kitabın,
yazı-pozunun içindədir. Hərçənd o, həmişə belə olub. Düzdür,
buracan Mehdi öz kefinə yazırdı, marağının diqtəsilə yazırdı:
dissertasiyanı isə doldurmaq və müəyyən standartları,
çərçivələri gözləmək məcburiyyətindəsən. Mehdi professor
ola-ola buna da qatlaşdı, aşırı çalışdı. Məhz bu müddətdə onu
tez-tez dostu Zəfər Nemətovun yanında, daha doğrusu, Zəfərin
teatrında tapmaq olardı. Bu informasiyanın iki mötəbər
mənbəyi var: rejissor Zəfərin oğlu rejissor Azərpaşa və xalq
artisti Firdovsi Naibov. Onlar təsdiqləyirlər ki, Mehdi Gənc
Tamaşaçılar Teatrına gələndə
Zəfər baş rejissor
səlahiyyətlərindən yararlanıb dostu üçün ayrıca bir otaq
ayırardı, və Mehdi də həmin otağın qapısını bağlayıb
axşamacan, qaranlıq düşənəcən işləyərdi, oxuduğunu oxuyardı,
yazdığını yazardı. Deyirlər ki, elmin, sənətin Hamleti elə bu
cür də olur, yəni bilgilərindən, uğurlarından şübhəli, inadcıl,
rahatsız və iddialı. Ona görə yolundan dönmür; şübhələrini yox
edənədək gedir.
Hamlet aşırı xiridar olmaq deməkdir, bir işin sonuna yetmək
deməkdir, qutsal bilginin, müqəddəs həqiqitətin ali mərtəbəsinə
çatmaq deməkdir, idrak piyaləsini axırıncı damlaya qədər
içmək deməkdir.
Fəlsəfə insanın içindəki tənhalıqdan başlayır. Tənhalıq
dünyada mövcud pislik qarşısında ümidsizlikdir. Ümidsizlik
______________Milli Kitabxana_______________
252
yaxşıya inamın itdiyini eyhamlaşdırır. Rejissor yaxşı və pisin
konfliktini görür, həyatı onların mübarizəsi kimi anlayır;
sosioloq yaxşı və pisin mövcudolma səbəblərini axtarır,
tapammır və axırda gedib psixolojinin qapılarına dirənir;
filosof yaxşı və pisin şərtiliyini, nisbiliyini konstatasiya edir,
onları kosmik harmoniyanın neytron və protonları qismində
yozur; müdrik insan yaxşını və pisi bir-birindən ayırmır, onları
fərqləndirmir. Şairlər, və bir də estetlər gözəlliyi görəndə
yaxşını və pisi unudurlar.
1964-cü ildə aktrisa Şəfiqə Məmmədovanı, faktiki surətdə II
kurs tələbəsini, rejissor Şamil Mahmudbəyov “Qaraca qız”
qısametrajlı bədii filmində gözəl və zalım, hikkəli və ədalı,
aqressiv və tündməcaz Pəricahan xanım roluna çəkir. Nəticə
yüzfaizlidir. 19 yaşlı qızın kamera qarşısında sərbəst oyun
manerası və xanım fakturası heyranlıq obyektidir.
Fələk kimisə kiməsə tərəf sürükləyirdi...
Mehdi nə qədər rejissor idisə, nə boyda aktyor idisə, bir o
qədər də estet idi, filosof idi, sənətşünas idi, teatr nəzəriyyəçisi
idi. 1935-ci ildən bu adam teatrşünas kimi yazmışdı, yazırdı və
yazacaqdı da. İlk resenziyalarından, nə gizlədim, həvəslə
danışmışam. Məntiqli təhlil və cəsarətli tənqid. Sonralar bu
janra Mehdi bir elə də meyl göstərməyəcək. Çalışacaq ki, öz
liberal mövqeyini qoruyub saxlasın, heç kəsi ciddi tənqid
eləməsin, oturduğu yerdə özünü cəncələ salmasın. Əvəzində
Mehdi sırf teatrşünaslıq fəaliyyətinə qoşulacaq. Hələ Gəncədə
olarkən “Ədəbiyyat” qəzetilə əməkdaşlıq edəcək, Lope de
Veqadan, Şekspirdən maarifçilik ruhunda palaz-palaz
məqalələr yazacaq, Bakıya döndükdə isə bu missiyanı bir az
daha gücləndirəcək. Azərbaycan - rus teatr əlaqələri
marşrutunda bir təbliğatçı rolunu oynayacaq: 1948 və 1949-cu
illərdə “Azərnəşr”də iki balaca kitabça buraxdıracaq: biri
Moskva Bədaye Teatrı haqqında, biri də Malı Teatrı haqqında.
Bu əsərlərin hər ikisi qısa tarixi icmaldır, xronoloji
informasiyadır, teatrların inkişaf müstəvisində qərarlaşmış
______________Milli Kitabxana_______________
253
mühüm personalarla tanışlıqdır. Mehdi 1977-ci ildə çapdan
çıxmış “Teatr düşüncələri” adlı məqalələr toplusunda da bu
yazıları yenidən bir araya gətirəcək və, düzünü söyləsəm,
koordinal heç nəyi dəyişməyəcək. Hərçənd Moskvanın Malı
Teatrı ilə bağlı dediklərini sırf tarixilik zəminindən qoparıb
kulturoloji istiqamətə yönəldəcək, bu teatrın ənənələrinin bizim
peşəkar teatra təsirindən danışacaq və fikirlərini 16 səhifəyə
sığışdıracaq; 10 səhifə də Moskva Bədaye Teatrının tarixi
tutacaq. Azərbaycan türkcəsində bu teatrlar haqqında heç bir
elmi və ya publisistik material olmadığı bir məqamda
Mehdinin yazdıqlarının dəyərini özünüz təsəvvür edin.
Mehdi 1966-cı ildə “Teatrlar. Aktyorlar. Tamaşalar.” adlı
ilk məqalələr toplusunu nəşr etdirir və Milli Teatr, Opera və
Balet Teatrı, Gəncə Dram Teatrı haqqında hazırladığı kiçik
həcmli tarixi oçerk-icmalları ora yığır. Bu oçerklər “Teatr
düşüncələri”ndə bir də 11 ildən sonra bəzi ixtisarlarla, cüzi
əlavə və redaktələrlə təkrarlanır. 1977-ci ilin “Teatr
düşüncələri” kitabı üç bölmədən ibarətdir: “Teatr”, “Teatr və
dramaturq”, “Teatr və aktyor”. Birinci bölmə üç yerli və iki
Moskva teatrının tarixi barədə yığcam məlumatdır. İkinci
hissədə Mehdinin müxtəlif vaxtlarda Uilyam Şekspir,
Aleksandr Ostrovski, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyli, Səməd
Vurğun haqqında yazdığı orta hesabla 10-12 səhifəlik təqdimat
xarakteri daşıyan məqalələri toplanıb. Məqalələrin dili və
təhlilin manerası xalis romantik pafosdan yoğrulub müəllifin
yazı predmetinə vurğunluğunu bildirir. Onun təhkiyəsi
Komandor təhkiyəsidir: aram, təmkinli, amiranə və şairanə.
Qəribədir, nədənsə mənə elə gəlir ki, Mehdinin yazısı və bəlkə
də yazı üslubu onun Komandor addımlarının əks-sədasıdır,
obrazıdır. Mehdi yazmayıb, yazı üstündə addımlayıb, elə bil ki
yazı ilə düşüncə pillələrini çıxıb. Pyeslərin analizində onu hər
şeydən öncə mövzu və ideya maraqlandırıb: çünki əsərin
müasirlik pasportunda bu qrafalar birincidir.
______________Milli Kitabxana_______________
254
“Teatr
düşüncələri” toplusunun üçüncü bölməsi
Azərbaycanın altı ən məşhur sənətçisinin həyat və
yaradıcılığını güzgüləyən altı portret-məqaləni bir araya gətirir.
“Hüseyn Ərəblinski” və “Mirzağa Əliyev” sanki miniatür
formatda işlənmiş monoqrafiyalardır: biri 35, o birisə 19
səhifədir. Mehdi Məmmədov hələ 1949-cu ildə M.Əliyev
barəsində kiçik həcmli bir monoqrafiya nəşr elətdirmişdi.
H.Ərəblinski haqqında tədqiqat isə ilk dəfə 1973-cü ildə işıq
üzü görmüşdü. Deməli, “Teatr düşüncələri” haradasa Mehdi
külliyyatının və ya onun seçilmiş əsərlərinin birinci cildi
qismində bir şeydir.
Mehdi Məmmədovun ilk monoqrafiyasını oxuyan insan
həməncə yəqin edir ki, M.Əliyev realist bir aktyor olub, öz
istedadının hüsnünə və masştabına görə dahi rus aktyoru
Şepkinlə bir hücrəni bölüşüb. Bu yığcam əsərdə onun oynadığı
obrazların böyük əksəriyyəti bir-bir təhlilə çəkilir, aktyorun
səhnədə varolma üslubundan danışılır. Sonucda isə M.Əliyev
sənətinin qısa tarixi və nəzəri xülasəsi verilir. Hüzurunuza
həmin tədqiqatın kiçik bir fraqmenti:
“Surət yaratmaq üçün
aktyorun özünü zahirən dəyişmək və ya bu yolla başqa cildə
girmək texnikası Mirzağanın yaradıcılıq metoduna yabançı idi.
O, surəti daxildən dərk edir, bütün varlığı ilə ona qoşulurdu.
Aktyorla surət arasındakı vəhdət o qədər olurdu ki, onların
arasında sərhəd çəkmək, onları bir-birindən ayırmaq çətin
görünürdü. Lakin bu, heç də aktyorun surət əvəzinə özünü
oynamasından irəli gəlmirdi, əksinə, belə metod surətin
inandırıcı və təbii olmasına yardım edirdi. M.A.Əliyevin
(maraqlıdır, Mehdi aktyorun adını yazanda Mirzağa yazır, inisialı
göstərəndə isə “Mirzə”ni “Ağa”dan ayırır: bu da izahı tapılmayan bir
Mehdi müəmmasıdır - A.T.) yumoru son dərəcə mənalıdır... Bu
yumor üç səciyyəvi xüsusiyyətə malikdir. Ciddilik... məntiq və
aydınlıq... doğruluq...”
189
Mən bu sitatı niyə gətirdim?
Mehdinin yazı manerasını, düşüncə manerasını nümayiş
etdirmək üçün. Cümlələrdən ciddilik, məntiq və aydınlıq,
doğruluq fışqırır; təhkiyə elmidir, qurudur, nəzəri mülahizələrlə
______________Milli Kitabxana_______________
255
doludur və haradasa bir az məktəbli səliqəsindədir. Mehdi xalis
teatrşünasdır və sanki özünün rejissor olduğunu və M.Əliyevlə
səhnədə dəfələrlə birgə işlədiyini unudub. Burada Mehdi özünü
amorf “biz”lə identifikasiya eləyir. Biz çoxluqdur və Mehdi
“mən”ini bu çoxluğa tabe etdirir, onun adından danışır. Odur
ki, M.Əliyev bu qısa monoqrafik tədqiqatda bizimki ola-ola
özgəsidir, muzey fiqurudur, rəylər dışında dayanan ustaddır,
əlçatmaz bir klassikdir.
“Hüseyn Ərəblinski” monoqrafiyasında isə vəziyyət bir
balaca başqadır. Nədən ki, bu əsərlərin yazılma tarixləri
arasında 25 ilə yaxın fərq var. Təbii ki, bu 25 ildə Mehdi xeyli
dəyişir və onun yazıları bir qədər daha elastik olur. Bu
tədqiqatda H.Ərəblinski “Azərbaycan teatr mədəniyyətinin
əzabkeş və şəhid aktyoru” obrazında zühur eləyir. Mehdinin
H.Ərəblinski adlı tarixi personajı potensial qəhrəmandır,
altruistdir, fədaidir, istedadının tipinə, görkəminə görə nadir
teatr sənətçisidir və ona yaşadığı dövrün ictimai-siyasi,
kulturoloji kontekstindən yanaşılır. Mehdi Məmmədovun 1973
və 1977-ci illərdə çap elətdirdiyi “Hüseyn Ərəblinski”
monoqrafiyası yalnız xırda redaktə etibarı ilə bir-birindən
seçilir. Hər iki nəşrdə sosioloji, kulturoloji və nəzəri aksentlər
eynidir.
“Teatr düşüncələri”ndə təqdim olunan digər kiçik həcmli
dörd portret Abbas Mirzə Şərifzadənindir, Bülbülündür,
Hökümə Qurbanovanındır, İsmayıl Osmanlınındır. Bu xüsusda
sonuncu mənim daha çox diqqətimi özünə çəkdi. Nədən ki,
burada artıq Mehdinin “mən”i var: o, burada təhkiyəsini birinci
şəxsin dilindən qurur və deyir ki, onu bir tamaşaçı kimi 40
ildən, bir rejissor kimisə 30 ildən çoxdur ki, tanıyır. Bunu
deyib Mehdi belə bir fraza işlədir:
“O, görkəmli obrazlarından
bir qismini mənim rejissorluq etdiyim tamaşalarda
yaratmışdır”.
190
Mehdi əsərlərində rast gəlmədiyim ifadələr var
burda. İ.Osmanlını o, az qala öz aktyoru kimi təqdim edir,
“mən” faktorunu qabardır, önə çəkir. Mehdi heç vədə belə
yazmamışdı. Lakin bu hissə məqalədə yalnız bir fraqmentdir,
______________Milli Kitabxana_______________
256
ani sərbəstlik məqamıdır. Çünki başqa abzasların hamısında
Mehdi sanki zirehli analitikdir; nəzəri düşüncələrdən kənara
çıxmaq istəmir və hətta... bundan ehtiyatlanır da. Mehdinin
portret yazılarında onu maraqlandıran əsas amil öz tədqiqat
predmetinin yerini, mövqeyini mədəniyyətdə düzgün
müəyyənləşdirmək, onu potensial nümunə kimi tarix üçün
təsvir etməkdir. Mehdi hər portret məqaləsində sevdiyi
aktyorların milli teatr sisteminə elmi definisiyasını yazmaqdan
yorulmur, hər dəfə onları dəqiqləşdirməyə cəhd edir. Örnək
İsmayıl Osmanlı haqqında portret məqalədir:
“Axı M.A.Əliyev
səhnə həqiqətinin, doğruluğun, A.M.Şərifzadə əsl dramatizmin,
İ.Hidayətzadə rola girmək, xarakter yaratmaq bacarığının
meyarı adlana bilər. Belə aktyorlarla bərabər səhnəyə çıxmağın,
onlarla yanaşı dayanmağın özü sənətin məhək daşına çəkilməyə
bənzər. Burda doğru ilə yalan, süniliklə təbiilik, sənətkarlıqla
həvəskarlıq arasındakı fərqlər dərhal üzə çıxır, fitri aktyorluq
vergisinin nişanələri və dərəcəsi əyan olur. İ.Osmanlı Bahadur
bəy (“1905-ci ildə” pyesinin personajı - A.T.) rolunda məhz həqiqi
aktyorluq vergisinə malik realist səhnə sənətinin ləyaqətli
davamçısı olduğunu göstərmişdir. Başqa sözlə, o, həmin rolda
özünü bir sənətkar kimi tapmış və tanıtmışdır”.
191
Nə qədər məqamdır maraqlı bir məsələdən danışım “Teatr
düşüncələri” toplusu ilə bağlı. Sirr deyil ki, Mehdi
Məmmədovun “Teatr düşüncələri” haradasa onun “Teatrlar.
Aktyorlar. Tamaşalar” kitabının, təbii ki, müəyyən redaktələrlə
təkrarı idi. Həmin toplu 1966-cı ildə çapdan çıxanda Yaşar
Qarayev, müasir Azərbaycan
ədəbiyyatşünaslığının
sütunlarından biri, “Teatr düşüncələri” adlı bir məqalə ilə
nəşri qutlayır, Mehdinin teatr publisistikasını alqışlayır. Amma
təkcə bununla kifayərlənmir, “dinc dayanmayıb” və “şəhərin
teatr mənzilləri ilə gəzib-gəzib” axırda Mehdini möhkəm və
tutarlı surətdə tənqid eləyir: “Yeri gəlmişkən qeyd etmək
lazımdır ki, səhnə tariximizin mühüm bir mərhələsini təşkil
edən romantik teatr kitabdakı təhlillərdə əhatə olunmur.
Müəllif bir neçə yerdə “romantizm” və teatrın “romantik qolu”
______________Milli Kitabxana_______________
257
ifadəsini işlətsə də, bu istilahı təhlildə təsdiq etmir. O, hətta
A.M.Şərifzadəni də hər yerdə realist sənətkar adlandırır və
əsasən onun realizmindən danışır. Ə.Ələkbərovdan bəhs etdiyi
oçerkdə isə həm realizmi, həm də romantizmi eyni bir “səhnə
realizminin qolları” adlandırır. Halbuki Azərbaycan teatrının
çox zəngin, müstəqil, möhtəşəm bir romantik dövrü və üslubu
olmuşdur. Kitab teatrın xeyirxah bir dostu tərəfindən
yazılmışdır. Lakin burada teatrın keçdiyi mürəkkəb yol heç də
bütün ziddiyyətlərilə əhatə oluna bilmir, nəticədə teatrın
mübarizələrindən, çətinliklərindən çox onun qələbələri
haqqında söhbət gedir. Bu isə məqalələrdə tənqidi elementin,
mübariz polemik ruhun zəifləməsinə səbəb olmuşdur. Müəllif
təbliği çox yerdə tələbkarlıqdan üstün tutmuşdur. Kitabda
bəzən təsdiq həqiqi estetik təhlili üstələyir, repertuar və adlar
siyahısı canlı poetik müşahidə ilə uyuşmur”.
192
Yaşar
Qarayevlə tam razıyam. Amma Mehdini də müdafiə etmək
istəyirəm. Bəyəm o, bir vaxtlar baş rejissoru olduğu teatrı
tənqid edə bilərdimi? Bəs mənəvi hüquq? Bu, nə dərəcədə
mənntiqi və etikdir? Şünasdan tələb olunanı rejissordan ummaq
heç korrekt deyil. Hər halda Yaşarın məqaləsinin Mehdi
təfəkküründə dərin iz buraxması şəksizdir. Gərçi belə
olmasaydı, 11 ildən sonra o, bu məqalələri təkrar nəşr
elətdirəndə toplunun adını “Teatr düşüncələri” qoymazdı ki?
Buradan aşkar plagiat iyi gəlmir ki? Rus teatrşünaslığında bu
adın bir xeyli variasiyası mövcud olub hələ Mehdinin vaxtında.
Ona görə də “birbaşa plagiatdır” fikri qəbul edilməzdir.
Mehdinin “Teatr düşüncələrini”nin nəşri də Azərbaycan
ziyalıları arasında yayılan kimi milli filologiyamızın dəyərli və
həqiqi elm adamlarından biri Əkbər Ağayev mətbuat
səhifələrində çıxış edib kitabı əməllicə təriflədi. Və yəqin ki,
onun Yaşar Qarayevin məqaləsindən ya xəbəri yoxdu, ya da
həmin resenziyanı unutmuşdu. Ola da bilsin ki, Mehdinin
“Teatrlar. Aktyorlar. Tamaşalar” adlı toplusu barədə
ədəbiyyatşünas alim, ümumiyyətlə, məlumatsızdı. Lakin fərq
______________Milli Kitabxana_______________
258
eləməz: nədən ki, Əkbər Ağayev öz mülahizələrində
mühafizəkar akademik elm müstəvisindən çıxış edir: o, sanki
opponent kimi dissertasiya işinə rəy verir. Ona görə də hər
şeydən öncə topludakı məqalələrin janrına diqqət yetirir:
“Doğrusu, bu yazıları ənənəvi “məqalə” formasında təsəvvür
etmək düzgün olmaz, çünki bunların bəzilərində məqalə üslubu
və formasının izləri olsa da, əksəriyyətində elmi-bədii oçerkin,
xülasənin cizgiləri üstün gəlir; elə buna görə də bu yazıları
oçerk adlandırmaq daha çox məqsədə uyğundur”.
193
Qoy
oçerklər toplusu olsun “Teatr düşüncələri”: fakt bu ki, Mehdi
xarakterinin, Mehdi istedadının və teatr mədəniyyəti tarixinin
fiksə edilmiş fraqmentləri gələcəyə ötürülür “Teatr
düşüncələri”ndə sıralanmış oçerklər vasitəsilə.
Mən nə üçün monoqrafiyanın xronoloji düzümünü pozaraq
nəşr illəri müxtəlif əsərləri, qismən də olsa, bir hücrəyə
yığmağa çalışıram? İstəyirəm sübut eləyəm ki, Mehdi mövzunu
artıq təsdiqləyəndə bir sənətşünaslıq doktoru qədər resenziya,
portret, tarixi oçerk yazmışdı. Lakin bunlardan əlavə onun
dramaturgiya problemlərinə həsr olunmuş çoxsaylı məqalələri
də vardı ki, bir dissertasiya həcmi üçün kifayət idi. Mehdi hələ
1957-ci ildə Opera və Balet Teatrının baş rejissoru işləyə-işləyə
“Azərbaycan” jurnalında “Müasir dramaturgiyanın inkişaf
məsələləri” başlığı altında bir yazı çap elətdirmişdi. Sonradan
1958-60-cı illərdə C.Cabbarlıdan, Sabit Rəhmandan yaxşı
analitik məqalələr yazmışdı və hətta onların rusca variantlarını
da işləmişdi. Onun 1961-1964-cü illərdə müxtəlif jurnallarda
işıq üzü görmüş “Dramaturgiya və müasirlik”, “Müasir
komediya yaradıcılığı haqqında” və bu kimi sairə məqalələri də
dediklərimin sübutudur. “Müasir komediya yaradıcılığı
haqqında” məqalə iri həcmlidir və panoram xarakterlidir:
burada Sabit Rəhmanın və Mirzə İbrahimovun komediyalarının
təhlili jurnalın ard-arda iki nömrəsində dərc edilmiş məqalənin
üçdə ikisini özündə qapsayır. Bu da heç bica deyil. Mehdi
S.Rəhmanın və M.İbrahimovun yaradıcılığını beş barmağı kimi
______________Milli Kitabxana_______________
259
bilirdi, Gəncədə və Bakıda baş rejissor vəzifəsində çalışdığı
zamanda məhz onların ədəbiyyat dünyasından bəhrələnmişdi.
Deməli, Mehdi elmə teatr aləmində
eşitdiklərinin,
gördüklərinin və elədiklərinin analizini vermək və sonradan bu
müstəvidən nəzəri ümumiləşdirmələr səviyyəsinə yüksəlmək
üçün gəlirdi
Lakin 1964-cü ildə Mehdi sanki bu dəftər-kitabların
içindən, yazı-pozunun içindən, makinanın arxasından dikəlib
təqvimə baxır və görür ki, dahi ingilis Şekspirin 400 illik
yubileyidir. Ona görə ləngimədən hər şeyi bir kənara qoyub
“Hamlet” faciəsi əsasında bir radiotamaşa hazırlayır.
H.Salayevi, S.Bəsirzadəni, Ə.Ağayevi yığır başına, birinə
Klavdinin, birinə Gertrudanın, birinə Poloninin mətnini
oxutdurur, özü isə olur Hamlet.
Olum, ya ölüm?
Şəfiqə Məmmədova artıq II kursa keçmişdi və Mehdi
ona etikadan dərs deyirdi.
Taleyə bax, sevgilim!
Teatr institutunda etika, universitetdə estetika: həyatda isə
Hamlet və faciə janrına sonsuz bir ehtiram. Faciə maqnit
dəmiri çəkən kimi Mehdini özünə çəkirdi. Sonralar Mehdi
Məmmədov İncəsənət İnstitutunda da estetikadan dərs
deyəcək.
Mehdi adi sovet vətəndaşının geyimində mikrofon
qarşısında dayanıb Hamletin mətnini oxuyanda özünü Hamlet
bilirdi, Hamlet masştablı şəxsiyyət kimi qavrayırdı. Burada,
həqiqətən, identifikasiya faizi çox yüksək idi. O, Hamletin
mübarizəsinə öz mübarizəsi kimi baxırdı, Hamletin dərdini öz
dərdi kimi görürdü. “Azəri dramaturgiyasının estetik
problemləri” kitabından bir sitat mənim mülahizələrimi
təsdiqlər:
“Danimarka prinsinin iztirabları mühitin və zamanın
dərin idrakından doğur. Bu, yer üzündəki ədalətsizliyi,
müsibətləri görən, duyan və dərk edən bir adamın iztirablarıdır.
O, “bəlalar selinə” qarşı durmağın, “zamanın qırılmış
bağlarını” bərkitməyin çarəsini tapmasa da, bunu edə bilməsə
______________Milli Kitabxana_______________
260
də, bu zərurəti və tarixi ehtiyacı duyduğu üçün bizim
nəzərimizdə nəcibdir, ülvidir, böyükdür. Onun dərdi təkcə ata
dərdi deyil. Onun kədəri heç də taxt-tacı qəsb edilmiş bir prinsin
kədəri deyil. Hamletin dərdi bəşəriyyətin dərdi, Hamletin kədəri
dünya kədəridir”
194
və rejissor Mehdi, aktyor Mehdi, şünas
Mehdi də bu dərdə, bu kədərə şərik. Əks təqdirdə onu London
mətbuatı “azərbaycanlı şahzadə Hamlet”
195
adlandırmazdı
ki? 1964-cü ildə Bakı radiosu ilə Mehdinin Hamletini yəqin ki
dinləyənlər olmuşdu. Hətta bu tamaşadan qısa bir televiziya
görüntüsü də var. Həmin görüntüdə çalsaç Mehdinin gözlərilə
ekrandan baxan bu radio Hamleti filosof Hamletdir,
düşüncənin Hamletidir və şübhəsiz ki, poetik təfəkkürün
Hamletidir. 1964-cü ildə Uilyam Şekspirin anadan olmasının
400 illiyilə əlaqədar keçirilən tədbirlərə, təbii ki, sovet
nümayəndəliyinin tərkibində Mehdi də bir Azərbaycan
təmsilçisi kimi qatılmışdı və orada, soyuq Albionda, Şekspirin
vətənində səhnəyə çıxıb Hamletin monoloqunu oxumuşdu.
Lourens Olivyenin və digər dünya şöhrətli aktyorların
Hamletini ekrandan və səhnədən görmüş ingilislər uzaq
sahillərdə bizim Mehdini qəbul eləmişdilər, onun səsinin
sehrinə, görkəminin cazibəsinə, pafoslu ekspressiyasının
tilsiminə düşmüşdülər, Mehdiyə “azərbaycanlı şahzadə
Hamlet” demişdilər. Yaxşıdı, çox yaxşıdı və bu, ümumilikdə,
Mehdi teatrının qələbəsi anlamına gəlir. Lakin təəccüblüdür, bu
haqda Cəfər Cəfərov nə danışıb, nə yazıb. Faktı da mən
akademik Fuad Qasımzadənin məqaləsindən tapdım, Yaşar
Qarayevdə isə bunun təsdiqilə üzləşdim. Teatrşünasların bu
olaya biganəliyinin səbəbini mən özüm üçün aydınlaşdıra
bilmədim. Nə isə...
Olum, ya ölüm?
1964-cü ildə Çexoslavakiyada “Olum, ya ölüm” adlı rəngli
multiplikasiya filmi istehsal olunur. Bunun “Hamlet”lə heç bir
ilişkisi yox idi: personajlar “xoşbəxtlik nədir?” sualına
komediya üçün xarakterik situasiyalarda cavab axtarırdılar.
Mehdiyə “xoşbəxt adam” demək mümkündürmü?
______________Milli Kitabxana_______________
261
Baxır nədə...
Bir də ömür sona yetməyincə bilinməz ki, xoşbəxt kimdir,
bədbəxt kim...
“Xoşbəxt ölüm” anlayışı mövcuddur: yəni ölümü duymadan
ölmək...
“Xoşbəxt ölüm!” arzusu da mövcuddur: yəni xoşbəxtlikdə
ölmək... yəni bədbəxtliyi duymadan, yaşamadan ölmək...
Mehdi 1965-ci ildə bu fikirlərdən çox-çox uzaqlarda idi və
dissertasiyasını yazırdı: burdan yazırdı, ordan çap elətdirirdi.
“Həyat və sənət yollarında” kitabı elə həmən bu ilin
məhsuludur. Monoqrafiya Azərbaycan dramaturgiyasına həsr
olunub və Mehdinin jurnal məqalələrinin daha geniş və daha
mükəmməl variantı təəssüratını oyadır. Əsər 234 səhifədir: bir
neçə məqalədən, iki böyük bölmədən və nəticə əvəzi kimi
anlaşılan “Əsrimizin qəhrəmanı müsbət qəhrəmandır” başlığı
altında təqdim edilmiş fəsildən ibarətdir. Monoqrafiyanın
personajları milli dramaturgiya tarixinin fiqurlarıdır. Lakin
birinci hissənin qəhrəmanı yenə Cəfər Cabbarlıdır, ikinci
hissənin qəhrəmanı da yenə Sabit Rəhman. Tədqiqatın “Gülüş
və ciddiyyət” adlanan ikinci bölümü oxuculara, yəni sənətlə,
ədəbiyyatla əlaqəsi olan adamlara müasir komediya
yaradıcılığına bir nəzər kimi təqdim edilir Mehdinin
“Azərbaycan” jurnalında “Müasir komediya yaradıcılığı
haqqında” adı ilə işıq üzü görmüş məqaləsi yadınıza düşdümü?
Üstündən heç bir il keçməmiş yazı genişləndirilib, bir az daha
elmiləşdirilib və kitaba salınıb. Əhsən! Tədqiqatda
sitatlaşdırılan əsas müəlliflər bunlardır: Marks və Engels,
Lunaçarski, Belinski, Çernışevski, bir də Maksim Qorki.
Mehdi ideoloji və intellektual “türmədədir”. Qəribədir, mən
indi “Həyat və sənət yollarında” monoqarfiyasını oxuyuram və
görürəm ki, bu əsər sovet təhsil şəbəkəsində mühüm yer tutan
“Dram nəzəriyyəsi” predmetindən qopmuş bir qəlpədir.
Mahiyyətcə, Mehdinin bu kitabı Azərbaycan dramaturgiyası və
qismən də dram nəzəriyyəsi barəsində dərslikdir. Əksərən, sən
______________Milli Kitabxana_______________
262
özün nəyisə öyrənmək, qəlibi, trafareti, düsturu tam
mənimsəmək və suallardan qurtulmaq istəyəndə dərslik
yazırsan. Bir nümunə:
“Məzhəkənin formaları, ifadə vasitələri,
gülmək və güldürmək tərzi müxtəlifdir, zəngindir. Gülüşün ən
yumşaq və ən kəskin formaları arasında, yəni yumorla satira
arasında zəngin gülüş vasitələri, gülməyin çoxlu, çeşid tərzləri
vardır. Onları iki qütbdə cəmləşdirmək olar. Komediya ya
əsasən müsbət, faydalı və gözəl olan bir işin, bir xarakterin
xüsusi, təsadüfi nöqsanlarını göstərir ki, gələcək təkamülə yol
açsın; ya da təməlindən zərərli olan, vaxtını ötürən və ictimai
təhlükə törədən, cəmiyyətin inkişafına mane olan əməlləri və
xarakterləri kəskin surətdə pisləyir ki, onları büsbütün yox etsin.
Birinci təsadüfdə o, yumor boyalarından, ikinci təsadüfdə
satiradan istifadə edir”.
196
Açığını deyim ki, bu nəzəri
mülahizələrdən bir məktəbli primitivliyi, bir məktəbli
sadəlövhlüyü fışqırır. Mehdinin pyes, obraz təhlili onun nəzəri
fikirlərindən, nəzəri müddəalarından qat-qat güclüdür. Bu,
rejissor vərdişlərinin onun düşüncə manerasına təsirinin
nəticəsidir. Təsadüfi deyil ki, Mehdi öz rejissurasında
yazılarında (elmi əsərlərində, oçerklərində, məqalə və
resenziyalarında) olduğundan daha sərbəst, daha ifadəli və
daha orijinal görünürdü. Bəlkə də Azərbaycanda elə adam
tapılardı ki, Mehdinin monoqrafiyalarını yazmağı bacarardı;
lakin dünyada elə bir kimsə yoxdu ki, onun tamaşalarını qura
biləydi. Bax, bu, gərək unudulmasın. Mən hesab edirəm ki,
1965-ci ilin “Həyat və sənət yollarında” kitabı Mehdinin
gələcək müdafiəsinin baş məşqi idi.
Mehdi Milli Teatrda birinci olmaq yükünü çiyinlərindən
atdıqdan sonra, hətta yenə də işinin çoxluğuna baxmayaraq,
sanki bir qədər sərbəstləşmişdi, bir qədər asudə olmuşdu. Məhz
bu arada Zəfər Nemətov Mehdinin “saqqızını oğurlayıb” onu
futbol matçına aparmağı bacarmışdı. Məhz bu arada Mehdini
Zəfər Nemətovla, Tofiq Quliyevlə daha tez-tez birgə şam
eləyən görmək olardı. Məhz bu arada Mehdi Bakı bulvarının
dadını çıxara bilmişdi. Məhz bu arada, daha doğrusu, 1964-cü
______________Milli Kitabxana_______________
263
ildə rejissor Zəfər Nemətov “Ürək yanarsa” tamaşasını
hazırlamışdı. Pyesin müəllifi kim olsa yaxşıdı? Mehdinin
qardaşı Teymur Məmmədov, dil və ədəbiyyat müəllimi. Mehdi
vaxtilə onu Pza Təhmasibin yanına əbəs göndərməmişdi ki?
Teymur öz böyük qardaşına müqəddəs adama yanaşan kimi
yanaşırdı. Nədən ki, Teymurun da içi ədəbiyyatla, sənətlə dolu
idi və bu, nəhayət ki bir gün pyes formasında zühur eləmişdi.
Pyes yaşlı müəllimin vaxtilə tələbəsi olmuş bir qızla həzin,
kövrək sevgisinin taleyindən danışırdı. Sizə xatırladım rusların
çəkdiyi “Bazar ertəsinə çıxaq” bədii filmini. Filmə baxanda
fikirləşirsən ki, yəqin onu Teymur Məmmədovun pyesi
əsasında çəkiblər. Lakin bu, belə deyil. Filmin ssenari müəllifi
var: tamam ayrı adamdır. Bəlkə... Xeyr, şübhələrə yer yoxdur.
Çünki pyes rusların filmindən qat-qat öncələr yazılıb. Amanın
günüdür, Mehdidən uzaqlaşmayaq... “Ürək yanarsa”
tamaşasının premyerasına Mehdi də baxır və heç bir söz
demir, dərin sükuta qərq olub qalır. Premyeradan sonra o öz
evinə dönmür; Teymurla birgə Tolstoy küçəsindəki köhnə
mənzillərinə yavaş-yavaş gedirlər. Gənc Tamaşaçılar
Teatrından bura gəzə-gəzə piyada gəlməyə nə var ki... Mehdi
yenə bir şey söyləmir, pauzanı uzatdıqca uzadır. Yalnız qonaq
otağına keçərkən qapıda intizarla dayanmış Teymurun üzünə
də baxmadan, öz-özünə danışırmış kimi
“Sən bu gün məni
kövrəltdin”
deyir və bir də bu söhbətin üstünə qayıtmır, heç
nəyi çözüb təhlil eləmir, heç nəyi aydınlatmır.
Mehdi artıq Şəfiqə Məmmədovanın ərköyünsov, dəcəl bir
qız olduğunu bilirdi və heç də bundan xoşhallanmırdı, ona
xüsusi diqqət göstərmirdi. Lakin bir dəfə... vokal kafedrasının
açıq dərslərindən birində iştirak edərkən... Mehdi görür ki,
Şəfiqənin gözəl opera səsi var... və o, doğrudan da, çox
istedadlıdır...
Tale kimisə kiməsə tərəf inadla sürükləyirdi...
Mehdi Komandor imicində Azərbaycan Hamleti ömrünü
yaşayırdı... və qızlar, qadınlar onun görkəminə, qamətinə,
______________Milli Kitabxana_______________
264
Hamletsayağı ədalarına, filosof görünüşünə, səsinin ecazkar
tembrinə vurulub Mehdini, necə ki fanatları müasir
“ulduzları”n hər addımını izləyirlər, bax, eləcə izləyirdilər.
Hətta öz şəxsi hesablarına bilet alıb onun ezamiyyətə getdiyi
şəhərlərə yollanırdılar... Təki öz qəhrəmanlarına yaxın olsunlar,
onunla təmasda olsunlar... Mehdi maqnit kimi qadınalrı özünə
cəzb eləyirdi: ancaq o, bunun üçün məxsusi şəkildə heç bir səy
göstərmirdi; hərçənd dəblə və səliqə ilə geyinməyindən də
qalmırdı.
1966-cı ildə Mehdi Məmmədov Azərbaycan Dövlət
Uneversitetinin ixtisaslaşdırılmış müdafiə şurasının qarşısına
çıxır. Bir iddiaçı qismində tədqiqatının məna və mahiyyətindən
danışır, keçib yerində əyləşir. Dissertasiyanın müzakirəsi
başlanır. Fəlsəfə elmləri doktorlarından iki nəfər bu müdafiəyə
qəti etirazını bildirib deyir ki, Mehdi burada yox, sənətşünaslıq
üzrə müdafiə etməlidir. Mən akademik Fuad Qasımzadənin
xatirələrinə əsasən bunları yazıram. Gerçəklikdə bu iki nəfərin
rəyi bir elə də önəm kəsb etmirdi. Çünki çoxluq Mehdi
tərəfində idi. Amma... buna baxmayaraq... Mehdi bərk inciyir
və tədqiqatını götürüb müdafiə şurasının iclası aparıldığı
auditoriyanı tərk edir. Təbii ki, məsələnin gözlənilmədən belə
dəyişməsi nəyəsə kökündən təsir etmək iqtidarında deyildi.
Ona görə ki, dissertasiyaların hamısı rus dilinə çevrilib
Moskvaya göndərilməliydi. Bu səbəbdən bütün aspirantlar,
dissertantlar, doktorantlar elmi tədqiqatlarını ya rusca
yazırdılar, ya da müdafiəyə çıxıncaya qədər öz işlərini rus
dilinə tərcümə elətdirirdilər. Bu aspektdə Mehdinin problemi
yox idi. Ol səbəbdən Mehdi daxili bir inamla, arxayınlıqla
sənətşünaslıq üzrə müdafiə etmək qərarına gəldi və
opponentlərini Moskvadan “sifariş elədi”.
1967-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının
Memarlıq və İncəsənət İnstitutunda Mehdi Məmmədovun
müdafiəsi keçdi. Bənzərsiz bir müdafiə. Mehdinin avtoreferatı,
çıxışı, arqumentli müddəaları o qədər uğurlu alınmışdı ki, ona
______________Milli Kitabxana_______________
265
birbaşa “sənətşünaslıq doktoru” alimlik dərəcəsi verməyi
tövsiyə etdilər. Bax, bu prosesdə yenə birinci skripka rolunu
teatrşünaslığın “şefi”, ideoloqu, rəhbəri Cəfər Cəfərov oynayır:
fitva ondan gəlir, təklif onun təklifidir. Belə ki, teatrşünas
Cəfər rejissor Mehdinin tədqiqatını Azərbaycan humanitar
elminin tarixində faydalı, yeni və fenomenal bir iş saymışdı.
Və həqiqətən, 1968-ci il aprelin 12-də Ümumittifaq AAK-ın
Mehdi Məmmədovun doktor elmi dərəcəsini təsdiqləyən
sənədinin surəti Teatr İnstitutunun dəftərxana şöbəsinə daxil
olur. Bu gündən etibarən professor Mehdi artıq sənətşünaslıq
doktorudur.
“İstədiyi yar idi, yetirdi pərvərdigar”...
1968-ci ildə Mehdi Məmmədovun dissertasiya işi “Azəri
dramaturgiyasının estetik problemləri” adı ilə nəşr olunur.
Həmin çağlarda “azəri” sözünü rəsmi şəkildə sənədləşdirmək
və ya kitab sərlövhəsinə çıxarmaq heç də asan məsələ deyildi.
Çünki bu sözdən “millətçilik” qoxusu gəlirdi və bu qoxu
çoxlarını qorxudurdu, təkcə bir coğa (qrup) Azərbaycan
ziyalısından savayı. Onlar, yəni Azərbaycanın bir sıra dəyərli
millətsevərləri, sadalasam siyahı böyük olacaq, hətta “azəri”
sözünün dildə aktivləşməsini belə fəxrlə, qürurla, coşqu ilə
qarşılayırdılar. Mehdidə də milli heysiyyət duyğusu son dərəcə
güclü idi. Hələ 1966-cı ildə “Teatrlar. Aktyorlar. Tamaşalar”
toplusunda Gəncə teatrının ixtisarlı tarixini yazarkən məhz
Mehdi Məmmədov akyor Muxtar Afşarovun soyadını
“Əfşarov”
197
kimi qələmə vermişdi, onun qədim Azərbaycan
nəsli əfşarların birbaşa varisi olduğunu vurğulamışdı. Əfşarlar
isə şah şəcərəsi olublar, türk soylarının elitasından sayılıblar.
Hətta Muxtar Avşarovun özü də öz soyadından səksənirdi, az
qala məşhur əfşarlarla qohumluqdan imtina edirdi. Axı onu
vaxtilə bu soyada görə xeyli incitmişdilər! Mehdisə əksinə, heç
nədən çəkinmədən öz kitabında israrla “Afşarov” yox,
“Əfşarov” yazırdı və bunu belə təqdim etməkdən gizli bir zövq,
bir həzz duyurdu: qürrələnirdi ki, Azərbaycan türküdür və
______________Milli Kitabxana_______________
266
türklər həmişə bütün siyasi-toplumsal vəziyyətlərdə və
müxtəlif insinuasiyalar içində özlərini itirməyiblər, bölgənin
birinci şəxsləri cərgəsində dayanıblar. Amma öz xarakter tipinə
görə Mehdi fleqmatik olduğundan hisslərini affektiv şəkildə
büruzə vermirdi və ehtiyatını da əlindən buraxmırdı. Nədənsə
Dövlət Təhlükəsizlik Komitəsinin xofu onunla hər yerdə
bərabər bulunurdu. Çünki Mehdi heç vaxt Cəfər Cəfərovun
“Dağılan tifaq” barədə yazdığı siyasi-ideoloji ünvanlı tənqidi
unutmurdu.
Hər halda Mehdi, mənim bütün ehtimallarım fövqündə
dayanaraq, kitabının sərlövhəsində “azəri” sözünü saxlayır və
bununla da özünün yarımməxfi “millətçi ziyalı” mövqeyini
eyhamlaşdırır.
Bu, hamletizm deyilsə, bəs nədir? Gözəl müdafiə edilmiş
bir dissertasiyadan sonra Mehdi niyə özünə ictimai müstəvidə
qalmaqal axtarmalıydı və ya özünü rəsmi sovet ideologiyasına
qarşı qoymalıydı, camaata bir millət sevgisi sərgiləməliydi?
Məntiqə sığmaz bir şeydir, hamletizm təzahürüdür. “Müasirlik
kateqoriyası və Azərbaycan sovet dramaturgiyasının estetik
problemləri” adının “Azəri dramaturgiyasının estetik
problemləri”
şəklində monoqrafiyanın sərlövhəsinə
çıxarılmasına nə ehtiyac vardı? “Azərbaycan sovet
dramaturgiyası” ifadəsi hara, “Azəri dramaturgiyası” ifadəsi
hara? Fərqi duyursunuzmu? Mehdi düz getdiyi yerdə bu nə
oyundu öz başına açırdı? Könlündən dissidentlik keçirdimi?
Və nəhayət, bu, Mehdiyə nə kimi dividentlər vəd edirdi? Bir
sıra Azərbaycan ziyalılarının hörmətindən savayı, praktiki
surətdə, heç nə. Onda mən bunu hamletizmin təzahürü kimi
anlamaqda haqlıyam və özümə bəraət qazandırıram.
Şəfiqə Məmmədova artıq Milli Teatrın aktyor truppasında
fəaliyyətə başlamışdı. Rejissor Tofiq Kazımov isə onu öz
gələcək “Hamlet” tamaşasının Gertrudası qismində görürdü və
Mehdinin bundan xəbəri, əgər mən səhv etmirəmsə, mütləq
vardı.
______________Milli Kitabxana_______________
267
“Azəri dramaturgiyasının estetik problemləri” tədqiqatı,
belə deyim də, “Həyat və sənət yollarında” kitabının yeni və
geniş versiyada təqdimidir. Bu əsər Mehdi Məmmədovun sənət
proqramıdır, onun fəlsəfi düşüncələrinin proqramıdır,
Mehdinin fikir okeanının marşturudur. Əvvəla onu söyləyim
ki, “Azəri dramaturgiyasının estetik problemləri”
monoqrafiyası o dövrün rus teatrşünaslığında mövcud dəblərə,
tendensiyalara bir reaksiyadır, yaxşı imitasiyadır. İkinci: bu
araşdırma dram nəzəriyyəsi və estetika fənləri üzrə tələbələr
üçün “əlavə oxu” kitabını xatırladır. Mehdini estetikada və
teatrda professional bir rejissor kimi nə maraqlandırıbsa, bu
tədqiqatın içinə yığıb, praktikada üzləşdiyi, və bəlkə də
ustalıqla həll etdiyi məsələlərin elmi cavabını vermək istəyib.
Ancaq cavablar əvəzinə Mehdi sanki təntənəli və təmtəraqlı, və
bir az da pafoslu mühazirələr, natiqlər üçün mətnlər yazıb. Bu
elmi-nəzəri risalənin ilk sualı “Müasirlik nədir?” kimi
səsləndirilir. Və Mehdi əlüstü çalışır ki, buna tutarlı bir
definisiya versin. Başlayır problemin ətrafında onu-bunu
sitatlaşdıra-sitatlaşdıra Komandor addımlarıyla gəzişməyə və
gəlib heç cürə mahiyyətə çıxa bilmir; tapammır ki, müasirlik
nədir və onu necə açmaq, necə xırdalamaq olar. Elə bu arada
teatr bilgisi onun köməyinə gəlir və Mehdi bəyan edir ki,
“müasirlik mübarizədir”. Doğrudur, amma elm üçün nəsə
çiydir. Müasirliyin içi mübarizə ilə doludur və bu, aksiomdur.
Mübarizə prosesdir. Onda, deməli, proses müasirlikdir. Bu da
aksiomdur və doğrudur, amma elm üçün nəsə çiydir. Zaman
axımında permanent yaşanan mübarizələrin müasirliyə heç bir
dəxli olmaya da bilir. Mübarizə faktdır, həyatın faktıdır. İki
quşbaz bir göyərçin üstündə dalaşırsa, bunun müasirliklə
ilişkisi nə?
“Müasirlik zamanın inqilabi fikirlərinin incəsənətdə
təsdiq və təsbit etmək yolunda davamlı, ehtiraslı bir
mübarizədir”
198
.
İnanmıram. Sovet siyasi-ideoloji
demaqogiyasının təsiri var burda. Müasirlik düşüncə
modusudur, bu modusa qatılmaq, bu modusda olmaq və öz
zamanını anlamaq deməkdir. Sənətdə müasirlik resipiyentin
______________Milli Kitabxana_______________
268
(seyrçinin, oxucunun) özünütanıma, özünübilmə
(identifikasiya) dərəcəsi ilə ölçülür. Mehdisə Nikolay
Dobrolyubova istinadən yazırdı ki,
“müasirlik... ləyaqət
meyarıdır”
199
. Definisiya elmi deyil, sıyıqdır, sürüşkəndir,
gəlişi gözəl ifadədir. Bir də müasirliyi meyar adlandırmaq nə
dərəcədə korrekt? Müasirlik meyar ola bilməz: çünki içi,
mündəricəsi zaman-zaman dəyişir. Bundan əlavə ləyaqət daha
çox ənənə ilə bağlı bir şeydir, nəinki müasirliklə. Yəni dediyim
bu ki, Mehdi müasirliyin mündəricə baxımından nədən ibarət
olduğu haqqında aydın və dolğun təsəvvür yarada bilmir,
fikirlərini filosof kimi yox, rejissor kimi izah edir.
Müasirlik Mehdi tədqiqatının birinci dayanacağıdır.
İkinci dayanacaq ənənə və novatorluqdur. Elmi
definisiyalar, müəyyənləşdirmələr baxımından burada da nə
bol nöqsan. İsnad yeri kommunist-bolşevik məfkurəsinin
siyasi-ideoloji klassikləridir. Bu dayanacaqda Mehdinin orijinal
fikri yoxdur: o, imitatordur: sovet humanitar elmində mövcud
qəlibin məzmununu danışır:
“Ənənə novatorluğa qovuşub sanki
cavanlaşır. Novatorluq isə mütərəqqi ənənələrə istinad etdiyi
üçün zəminəsi daha möhkəm olur”.
200
İki üstəgəl iki dörd eləmir
bəyəm? Lakin... “ənənə və novatorluq” məsələsini həmin
dövrdə Azərbaycan sənətşünaslığının gündəmində
aktuallaşdırdıqdan sonra mədəniyyətdə Mehdinin də
imitatorları peyda olur və bu mövzuda yazılan kitab və
məqalələrin sayı artır.
Üçüncü dayanacaq yaradıcılıq metodu müstəvisindədir.
Mən bu dayanacaqda düşən kimi oradan qaçmaq istədim. Bura
başdan-ayağa siyasi-ideoloji söz palçığı idi.
“Partiyaçı olmaqla
Dostları ilə paylaş: |