“fələyin gərdişi rəqqasə qadınlar kimidir”. Mehdinin
sənətdə keçən ömrünün qütbləri “Bahar”la “İblis” olmalı idi,
vəssalam. “Bahar”ı xeyir (olum), “İblis”i şər (ölüm) kimi oxu,
hər şey aydınlaşacaq. Gizlin cədvəlin tələbi belədir, sakral
imperativ belədir. “Nə üçün” sualının isə konkret, birmənalı
cavabı yoxdur: əvəzində fərziyyələr, yozumlar yasaq edilmir.
İnsan onun üçün müəyyənləşmiş proqramdan heç vədə kənara
çıxa bilməz. Əgər elə isə, onda görək Mehdi fələyin Mehdi
üçün ayırdığı “proqram” çərçivəsində hansı tip rejissuraya
önəm verdi, öz teatr missiyasını nə tövr yerinə yetirdi və nəyi
sənət tarixində mədəni irsə çevirdi?
______________Milli Kitabxana_______________
343
Mehdi Məmmədov Azərbaycan teatrına pyeslə, aktyorla
analitik işin rus teatr mədəniyyətinə, K.S.Stanislavski
“sistemi”nə xas sahmanını, məntiqiliyini və ləzzətini gətirdi.
İlk dəfə məhz o, millətin teatr sənətçilərinə rejissor və aktyor
sənəti haqqında elmi-nəzəri əsaslarla danışmaq vərdişini
aşıladı, “əməli təhlil metodu”nun prinsiplərini, qayəsini səlis
bir şəkildə çözüb istifadəyə verdi, peşəkar rejissuranın azəri
türkcəsində “əlifba”sını tərtiblədi, rejissuranın kodifikasiya
edilmiş bilgiyə çevrilməsi prosesinin təməlini qoydu. Bu,
Mehdinin Moskvada aldığı mükəmməl teatr təhsilinin milli
zəminə uğurlu transformasiyası kimi dəyərləndirilə bilər.
Mehdi özünü və sənətini mədəniyyət üçün sonacan yazdı,
sənədləşdirdi, teatr işçisinin kiçik bir kitabxanasını yaratdı.
Onun Moskva Bədaye Teatrının, Malı Teatrın bədii- estetik
dünyasına bir teatr düşünəri kimi yaxın olmasına, səhnə
realizminə hədsiz böyük sayğı göstərməsinə baxmayaraq
Mehdi Məmmədov rejissurasının bir qütbünü bayram (şən
zarafatlar, şadyanalıq, sevgi dolu oyunlar), digər qütbünü isə
misteriya (təziyə, ağı, hüzn) təşkil edirdi. O, komediyalara
quruluş verəndə sanki İntibah teatrının, faciələri səhnəyə
gətirəndə isə qədim yunan teatrının estetikasına doğru gedirdi.
Odur ki, bu rejissorun quruluşlarında həm buffonada
təzahürləri ilə, həm yüksək lirizmlə, ritorika ilə, həm də qədim
yunan xorunun müxtəlif modifikasiyaları ilə rastlaşmaq
mümkün idi.
Mehdi Məmmədov milli teatr formalarına da biganə deyildi:
onun tamaşalarının strukturunda təziyə mərasiminin, şəbih
teatrının və xalq meydan məzhəkələrinin atribut və elementləri
həmişə özünə orqanik şəkildə yer bulurdu. Bu, təkcə sitat
səviyyəsində qalmırdı, tamaşanın təbiətini və estetik hüsnünü
formalaşdıran lokus, mənbə statusu alırdı. Mehdi öz teatrını
hələ uşaq ikən təmasda olduğu islam adət-ənənələrinin
teatrallığı içindən götürüb sivil dünyaya çıxardırdı. Onun
tamaşalarındakı təlqin və suggestiyanın kökü burda.
______________Milli Kitabxana_______________
344
Mehdi Məmmədovun rejissurasında poeziya teatrının
ünsürlərilə epik teatrın müəyyən cizgiləri romantizm pafosunda
bir-birinə calanırdı. Bu böyük istedad sahibinin qurduğu əksər
tamaşaların ayrı-ayrı farqmentlərində qiraətçi teatrının estetik
kanonları aparıcı mövqelərə yiyələnirdi. Qiraətçi teatrı isə epik
teatrdan qopmuş qəlpədir. Belə ki, Mehdinin “ədəbi dilin səhnə
dilinə çevrilməsi işindəki yüksək səriştəsi, professionalizmi,
orfoqrafiya qanunları ilə bərabər orfoepiya qanunlarına bələd
olma səviyyəsi”
260
tamaşanın partiturasında hər bir ifaçıya
potensial qiraət ustası kimi çıxış etməyə imkan verirdi. “Dil
dramaturqdan, danışıq aktyordan”
261
söyləyən rejissor aktyorun
ideal nitq mədəniyyətinə malik olub ifa etdiyi obrazın portretini
nitqdə, nitq vasitəsilə göstərməyə çağırırdı. Təsadüfi deyil ki,
Mehdi Məmmədovun tamaşalarına baxmayıb onları yalnız
dinləməklə də kifayətlənmək mümkün idi. Və bu an emosional
təlqin, təəssürat zəifləməyəcəkdi. Elə bu səbəbdən də Mehdiyə
tez-tez təklif olunurdu ki, tamaşalarının radio üçün yol veriləsi
ixtisarlar çərçivəsində qısa versiyasını hazırlasın.
Mehdi tamaşanın oyun olduğunu vurğulamaqdan heç vaxt
çəkinmirdi və hətta, əksinə, bir sıra quruluşlarında dekorçuları
da cəsarətlə səhnəyə çıxarırdı, illyuziya effektini sıfra endirirdi.
Bununla yanaşı o, səhnə realizmi, psixologizm üstündə də
“əsirdi”: aktyoru səhnədə canlı ünsiyyət prosesinə kökləyirdi.
Bəzən səhnə güzgüsünü bilərəkdən “vurub sındırırdı” ki,
aktyor seyrçilərlə birbaşa kontakt yaratsın, bəzənsə “dördüncü
divar”ın xəyali mövcudluq parametrlərinin diktə elədiyi oyun
tərzini aktuallaşdırırdı.
Mehdi Məmmədovun rejissurasında statuar poza ilə
davranış dinamizmi, gerçəkçi psixoloji ovqatla romantik teatral
ifa sintez olunurdu. Mizan və jestlərin səhnə məkanında sanki
nidaya bənzəməsi, cümlədəki nida işarəsinin funksiyasını
yerinə yetirməsi bu rejissorun dəst-xəttinin seçilən
tərəflərindən biri olub. Pauza (üç nöqtə) və nida onun sənətçi
üslubunun çox mühüm attraktiv əlaməti idi. Bu da dolayısı
______________Milli Kitabxana_______________
345
yolla Mehdinin kitab əhli olduğunu, bir filosof olduğunu
eyhamlaşdırır.
Mehdi Məmmədovun tamaşalarında fəlsəfə poeziyaya,
poeziya isə fəlsəfəyə çevrilirdi: ona görə də bu rejissor
aktyorlardan az qala “müqəddəsləşməyi”, “peyğəmbərləşməyi”
tələb edirdi. Onun sənətə münasibətdə əxlaqi kredosu məhz
buradan keçirdi. Çünki Mehdi Məmmədov öz rejissurası ilə
səhnədə İNSAN şərəfinə major tonallıqda səslənən fuqalar,
simfoniyalar “bəstələyirdi”. Alman musiqi mədəniyyəti üçün
İohan Sebastyan Bax kimdirsə, Azərbaycan teatr mədəniyyəti
üçün də Mehdi Məmmədov odur. Hətta Mehdinin
tamaşalarının səhnədə möhtəşəm bir orqan kimi səsləndiyini də
demək mümkündür. Mən bunu əbəs söyləmirəm. Onun
tamaşalarında kütləvi səhnələr həmişə ənənəvi səhnə
monumentalizminin bir fraqmenti kimi qavranılırdı və onların
Mehdi quruluşlarında öz “simfoniyası” olurdu. Kütləvi
səhnələri Mehdi qədim yunan xorunun müasirliyə proyeksiyası
qismində görürdü və çalışırdı ki, kütləvi səhnələrdə bu
rudimenti gücləndirsin, aktivləşdirsin. Mehdi həm də xoşlayırdı
ki, kütləvi səhnələrə yunan xorundan fərqli maksimal
dinamizm versin, onu azman enerji təmsilçisi kimi tanıtdırsın.
Bu sənətçi öz tamaşalarını həmişə Avropa teatr
gələnəklərilə milli teatr ənənələrinin kəsişdiyi nöqtələrdə
hazırlayırdı. O, Şekspir, Molyer, Lope de Veqa komediyalarını,
hətta müəyyən imitasiyalardan bəhrələnib, məhz Azərbaycan
seyrçisinə yaxınlaşdırmağa, bir maarifçi olmağa çalışırdı;
Azərbaycan klassik dramaturgiyasının isə Avropa teatr
dəyərləri müstəvisində əla göründüyünü hamıya sübut etməyə
səy göstərirdi.
Mehdi Məmmədov gerçəkçi psixoloji oyun tərziylə şərti
oyun prinsiplərini bacarıqla bir araya gətirirdi. O, kostyumlu,
qrimli, əlvan teatrallığı, bir sözlə, səhnənin şərtiliyini sevirdi,
onun dünya içində dünya olduğundan sonsuz həzz aparırdı.
______________Milli Kitabxana_______________
346
Çünki məhz teatr aləmi elə bir dünyadır ki, gerçək həyatda
mümkün olmayanları gerçəkləşdirir.
Mehdi
Məmmədovun rejissurası K.S.Stanislavski
“sistem”indən total teatra doğru bir sənət yolunu özündə
qapsayır. Burada teatr mədəniyyətinə aid heç nə çıxdaş edilmir:
hər şey məqbuldur; təki ilgiləndirmək, təsir etmək qüvvəsinə
malik olsun. Odur ki, onun tamaşalarından Avropa teatrının və
bizim milli teatrın tarixi və estetikası boylanır. Ol səbəbdən
Mehdi səhnədə nə qurubsa, kitab səhifələrində nə yazıbsa,
onların hamısı ustad dərsləridir.
Mən qorxuram ki, bütün bunları bir-bir rezüme kimi
dedikcə təzədən alışıb bir monoqrafiya yazım. Həqiqətən,
Mehdi yaradıcılığı ucsuz-bucaqsız dəniz kimidir. Nə qədər
üzürsən, sahil yenə görünmür ki görünmür.
1983-cü ildə Mehdinin daha iki kitabı mətbəələrdən
köşklərə, dükanlara daşınır: “Onun sənət ulduzu”, və bir də
“Acı fəryadlar, şirin arzular”. Bu qədər qüvvəni, enerjini
Mehdi haradan tapırdı? Tamaşalar qururdu, radio və televiziya
verilişlərində ssenarist və aparıcı kimi iştirak edirdi, dərs
deyirdi, kitab yazırdı... Mən söyləyəndə ki, milli teatr
mədəniyyətində Mehdi Məmmədov İntibah adamı olub, heç də
yanılmıram və heç nəyi də şişirtmirəm. Bu insanda İntibah
şəxsiyyətləri üçün xarakterik bir universallıq vardı. Və bu
Mehdinin hər işində özünü görükdürürdü. Amma onun
şəxsiyyətində kükrəyən
İntibah həmişə maarifçiliklə
cilovlanırdı, maarifçiliklə dialoqa girirdi. Və bu situasiyada
Mehdi bilmirdi ki, nəyə üstünlük versin; bilmirdi ki, nə ona
daha yaxındır. Bax, elə bu da Mehdinin iç dünyasının
“müəmma”sı idi. Elə bir müəmma ki, onun sənətkar
şəxsiyyətinin cazibəsini artırırdı, toplumda Mehdi fenomeninə
olan marağı şiddətləndirirdi. Mehdi İntibah şəxsiyyəti kimi
davranırdı, maarifçi kimi mühakimə yürüdürdü, maarifçi kimi
düşünürdü. Onun həyatının son akkordları da dediklərimə bir
sübut...
______________Milli Kitabxana_______________
347
1983-cü ildə Mehdi Məmmədov məşğulluq səviyyəsinin
həddən artıq olmasına baxmayaraq, yaşının 68 (pasporta görə
65) olmasına baxmayaraq, sanki özünə aşırı inam hissini
nümayiş etdirərək, gənclik şövqü, gənclik ehtirası nümayiş
etdirərək bir daha evlənir, rejissorluq kafedrasının cavan
laborant xanımlarından biri ilə ailə qurur. 1984-cü ildə isə bu
nigah Mehdiyə dördüncü oğul övladını hədiyyə eləyir: cahana
Mehdinin sonbeşiyi Vüqar gəlir.
Tamam! Pərdə! İşıqları söndürün! Bundan o yanası önəmli
deyil!
***
Epiloq və ya nekroloq əvəzi: 1985-ci il yanvarın 28-də saat 12-yə
qalmış Mehdi Məmmədov işıqlı dünyaya “əlvida” dedi. O,
bərbərxanada əyləşib öz növbəsini gözləyirdi. Hm... hansı
növbəni? Axı ölmək üçün də növbə mövcuddur. Olmaq ölüm
növbəsində yaşamaq deməkdir. Mehdi saçını vurdurmaq üçün
növbə gözləyirdi: əvəzində ölüm gəldi. Ölmək növbəsi səhər
qəzetlərini vərəqləyən Mehdiyə yetişmişdi. O, qəfildən ayağa
qalxdı, ürəyini tutub dərin bir “ah” çəkdi və... Mehdinin ruhu
bədənindən ayrılıb göylərə uçdu. Nə gözəl, nə rahat, nə xoşbəxt
bir ölüm... ağrısız, əzabsız, dərdsiz... bir saniyə içində... Xalq
arasında bu cür vəfat eləmiş şəxsə “əməli-saleh”, yəni əməli yaxşı
adam deyirlər. Bir də onu deyirlər ki, Allah yalnız öz sevimli
bəndələrinə belə ölüm göndərir. Təbii ki, mifdir, amma həqiqəti
də var. Mən eşitmişəm ki, Mehdinin qardaşları da beləcə, evdən
kənarda dünyalarını dəyişiblər. Mehdinin oğlu Elçin də öz
qapılarının ağzındaca ürəyini tutmuşdu və keçinmişdi. Allah
hamısına rəhmət eləsin.
1985-ci il yanvarın 29-u və 30-da Azərbaycanın, istisnasız,
bütün qəzetlərində nekroloqlar, 31-i isə “Son mənzilə” adlı
yazılar dərc olunur: “Yanvarın 30-da Azərbaycan paytaxtının
zəhmətkeşləri sovet teatr sənətinin görkəmli xadimi, SSRİ xalq
artisti, Respublika Dövlət mükafatı lauteatı, sənətşünaslıq
doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovu son
mənzilə yola saldılar. M.Əzizbəyov adına Akademik Dram
Teatrı matəm libasına bürünmüşdü. Diqqətəlayiq sənətkar bu
teatrın səhnəsində uzun illər ərzində quruluşçu rejissor və aktyor
______________Milli Kitabxana_______________
348
kimi çıxış etmişdir. Mərhumun cənazəsi hündür postament
üzərinə qoyulmuşdu. Bir sənətkar və alim kimi onun layiq
görüldüyü Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı ordenləri,
çoxsaylı medallar al məxmər balışların üstünə düzülmüşdü...
Minlərlə bakılı Mehdi Məmmədovla vidalaşmağa gələrək sovet
səhnəsinin görkəmli xadiminə ehtiramını bildirirdi.
Matəm melodiyasının sədaları altında M.Ə.Məmmədovun
cənazəsi teatrın binasından çıxarıldı. İzdiham Fəxri xiyabana
yollandı... Cənazə qəbrə endirildi. Məzarın üstünə çoxlu gül-
çiçək düzüldü”.
262
Bu dəfə, həqiqətən, bitdi. Qapıları qapadın və
Mehdi üçün ağlamayın! Titan getdi...
“BİR NƏFƏSDİR BU SÜRƏKSİZCƏ HƏYAT,
BİR NƏFƏS!.. GETDİMİ GƏLMƏZ... HEYHAT!”
______________Milli Kitabxana_______________
349
HAMLETİZMİN YARADICILIQDA TƏZAHÜR SIRASI
MEHDİ MƏMMƏDOVUN TAMAŞALARI,
ROLLARI VƏ KİTABLARI
TAMAŞALAR
C.Cabbarlı adına Gəncə Dövlət Teatrında
Məmmədhüseyn Təhmasib “Bahar” 1940
Mirzə İbrahimov “Madrid” 1941
Zeynal Xəlil “İntiqam” 1942
Jan Batist Molyer “Vasvası xəstə” 1942
Üzeyir bəy Hacıbəyli “O olmasın, bu olsun” 1942
Cəfər Cabbarlı “Od gəlini” 1942
Səməd Vurğun “Vaqif” 1942
Lope de Veqa “Bağban iti” 1943
Mehdi Hüseyn “Nizami” 1943
Sabit Rəhman “Toy” 1944
Nadejda Filippova “Partizan Kostya” 1944
Cəfər Cabbarlı “Oqtay el oğlu” 1944
Mehdi Hüseyn, İlyas Əfəndiyev “İntizar” 1944
Arkadi Qaydar “Timur və onun komandası” 1944 ?
Zeynal Xəlil “Qatır Məmməd” 1945
MİLLİ TEATRDA
Uilyam Şekspir “On ikinci gecə” 1946
Cəfər Cabbarlı “Yaşar” 1947
Aleksandr Fadeyev “Gənc qvardiya” 1948
Sabit Rəhman “Aydınlıq” 1949
Lope de Veqa “Rəqs müəllimi” 1949
Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” 1950
Məmmədhüseyn Təhmasib “Çiçəklənən arzular” 1951
Nikolay Vasilyeviç Qoqol “Müfəttiş” 1952
Karlo Haldoni “Mehmanxana sahibəsi” 1952
Yuri Yankovski “Prokuror qızı” 1954
Nəcəf bəy Vəzirov “Yağışdan çıxdıq, yağmura düşdük” 1955
İmran Qasımov,
Həsən Seyidbəyli “Uzaq sahillərdə” 1956
Sabit Rəhman “Əliqulu evlənir” 1961
______________Milli Kitabxana_______________
350
Viktor Rozov “Şadlıq sorağında” 1961
Mehdi Hüseyn “Alov” 1961
Mirzə İbrahimov “Kəndçi qızı” 1962
Lev Nikolayeviç Tolstoy “Canlı meyit” 1968
Hüseyn Cavid “Xəyyam” 1970
Səməd Vurğun “İnsan” 1974
Maksim Qorki “Meşşanlar” 1975
Cəlil Məmmədquluzadə “Dəli yığıncağı” 1978
Hüseyn Cavid “İblis” 1983
OPERA VƏ BALET TEATRINDA
Fikrət Əmirov “Sevil” 1953
Leo Delib “Lakme” 1957
Cahangir Cahangirov “Azad” 1957
Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” 1958
Fikrət Əmirov “Sevil” 1959
Üzeyir bəy Hacıbəyli “Koroğlu” 1959
Covanni Puççini “Toska” 1960
Üzeyir bəy Hacıbəyli “Leyli və Məcnun” 1976
AZƏRBAYCAN DÖVLƏT RUS DRAM TEATRINDA
Mixail Şatrov “Mənim Nadejdalarım” 1979
Maksim Qorki “Həyatın dibində” 1980
TƏDRİS TEATRINDA
(aktyor tələbələrin diplom və ya kurs işi kimi)
Karlo Haldoni “Mehmanxana sahibəsi” 1949
Tur qardaşları “Bir evin sirri” 1951
Nikolay Vasilyeviç Qoqol “Müfəttiş” 1954
Fridrix Şiller “Qaçaqlar” 1957
Nəcəf bəy Vəzirov “Hacı Qəmbər” 1959
Viktor Rozov “Şadlıq sorağında” 1960
Lope de Veqa “Sevilya ulduzu” 1961
Aleksandr Korneyçuk “Platon Kreçet” 1962
Cəfər Cabbarlı “Almas” 1963
Fridrix Şiller “Qaçaqlar” 1964
(kurs rəhbəri olduğu tamaşalar)
İlyas Əfəndiyev “Sən həmişə mənimləsən” 1969
______________Milli Kitabxana_______________
351
Aleksandr Salınski “Təbilçi qız” 1972
Cəlil Məmmədquluzadə “Dəli yöğıncağı” 1972
Mark Jilder Sovajon “Çao” 1981
Aleksandr Vampilov “Keçən yay Çulimskidə” 1982
Əbdürrəhimbəy Haqverdiyev “Bəxtsiz cavan” 1983
RADİODA
(tamaşaların radio üçün qısaldılmış variantları)
Əbdürrəhim bəy Haqverdiyev “Dağılan tifaq” 1951
Nikolay Vasilyeviç Qoqol “Müfəttiş” 1953
Karlo Haldoni “Mehmanxana sahibəsi” 1954
Mehdi Hüseyn “Alov” 1963
Uliyam Şekspir “Hamlet”* 1964
Lev Nikolayeviç Tolstoy “Canlı meyit” 1969
Hüseyn Cavid “Xəyyam” 1974
Səməd Vurğun “İnsan” 1976
QEYD:
burada yalnız “Hamlet” radiotamaşadır, qalanları isə Milli Teatrın
tamaşalarının mikrofon qarşısında ixtisarla ifa edilmiş versiyasının radioyazısıdır.
ROLLARI
Gənc aqronom (BTİT, 1933, S.Rüstəm və H.Nəzərlinin “Yanğın” pyesi);
Bəxtiyar (BTİT, 1933, Seyid Hüseynin “Kölgə” əsəri); Prokuror (Kolxoz-
sovxoz teatrı, 1934, C.Cabbarlının “Yaşar” pyesi); Hacı Əhməd
(Azərbaycan Teatr Texnikumu, 1935, C.Cabbarlının “Almas” dramı); Karl
Moor (Azərbaycan Teatr Texnikumu, 1935, F.Şillerin “Qaçaqlar” faciəsi);
Neznamov (Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutu, 1938,
A.N.Ostrovskinin “Günahsız müqəssirlər” pyesi); Yevstiqneyko
(Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutu, 1939, M.Qorkinin
“Günəşin övladları” dramı); Söhbət (Gəncə teatrı, 1941, S.Vurğunun
“Xanlar” pyesi); Karton (Gəncə teatrı, 1941, M.İbrahimovun “Madrid”
əsəri); Qaya (Gəncə teatrı, 1942, M.Təhmasibin “Bahar” pyesi ); Əbdək,
Munis (Gəncə teatrı, 1943, M.Hüseynin “Nizami” dramı); Fərhad Kamalov
(Milli Teatr, 1962, M.Hüseynin “Alov” əsəri); Protasov (Milli Teatr, 1968,
L.N.Tolstoyun “Canlı meyit” dramı); Xəyyam (Milli Teatr, 1970,
H.Cavidin “Xəyyam” faciəsi); Şahbaz (Milli Teatr, 1974, S.Vurğunun
“İnsan” pyesi); Teterov (Milli Teatr, 1975, M.Qorkinin “Meşşanlar”
dramı); Qaya (kinorejissor R.Təhmasibin “Onu bağışlamaq olarmı?” filmi,
1959); Hamlet (eyniadlı radiotamaşa, 1964). Bundan əlavə radiomikrofon
______________Milli Kitabxana_______________
352
qarşısında Fərhad Kamalovu, Fedya Protasovu, Xəyyamı, Şahbazı ifa
eləyib.
Dostları ilə paylaş: |