Ayətullah Seyid Əli Xamenei Vİlayət nuru


Sionist rejimin məhv olmaqdan başqa çarəsi yoxdur!



Yüklə 189,59 Kb.
səhifə25/29
tarix02.01.2022
ölçüsü189,59 Kb.
#2351
1   ...   21   22   23   24   25   26   27   28   29
Tələbələrlə görüşdə bəyanat

Sionist rejimin məhv olmaqdan başqa çarəsi yoxdur!


Hicri 1435-ci il, mübarək ramazan ayının 25-ci günü

İmam Xomeyni (r) hüseyniyyəsi

Bismillahir-Rəhmanir-Rəhim...

Allah-Taalaya şükür edirik ki, belə bir zamanda məmləkətimiz belə bir mömin, enerjili, təlaşlı, məntiq və düşüncəli gəncliyin hüzuruna şahiddir. Bugünki məclisimiz gözəl bir məclisdir. Məclisdə mövzu iki hissədən ibarətdir. Bir hissə dostların burada bəyan etdiyi təfərrüatla bağlıdır. Gözəl və faydalı mövzular açıqlandı. Bəyanatlardan bəzilərinə müvafiq, bəzilərinə müxalif olmağım mümkündür. Mahiyyət məsələsi əsas məsələlərdəndir. Düşünürəm ki, təqdir olunacaq bir məsələ tələbə toplumunda təravət və araşdırma ruhiyyəsinin olmasıdır. Bu xüsusiyyət çıxışlarda özünü göstərdi. Deyilən sözlərdən bəziləri məntiqi olmaya bilər. Bəzi istəklərin reallaşması mümkün deyil. Bəzi tələblər qeyri-məqbuldur. Amma bu tələbakarlıq, düşünmək və təklif vermək, tənqid etmək ruhiyyəsi arzulanan bir hadisədir. Əlbəttə ki, hər zaman əxlaq, alicənablıq, şəriət ölçülərinə əməl olunmalıdır. İnsafsız olmaqdan çəkinək. Qeyri-elmi söz danışmayaq. Bütün bunlar öz yerində. Gənc tələbələrimizin enerjili, tələbkar, ölkənin problemlərinə diqqətli olması çox yaxşıdır. Həmd olsun Allaha ki, bu gün mən həmin ruhiyyəni görürəm.

Vaxtımızın bir hissəsini dostların dilə gətirdiyi məsələlərə həsr edək. Bir daha qeyd edirəm ki, tələbə təşkilatlarının nümayəndəsi olan gənclərin ruhiyyəsindən xoşhalam və Allaha şükür edirəm. Onların sözlərindən bir təravət, təlaş, intuziazm duyulur. Ümid edirəm ki, inşaallah bu ruhiyyə sizdə daim yaşayacaq və bu ruhiyyə ilə müxtəlif sahələrdə məsul olacaqsınız. Aydın məsələdir ki, ölkənin gələcəyi sizin əlinizdədir və siz ölkəni idarə edəcəksiniz. İnşaallah, tənqidçi ruhiyyəniz məsuliyyət hissi ilə birlikdə fəal olar. Belə olsa ölkə problemlərdən qurtular.

Dostlar mənim nəzərimcə bir neçə mühüm məsələyə toxundular. Elmin məmləkətə faydasını nəzərə almadan elmə baxış ifadəsinə bir neçə nəfərin çıxışında rast gəldim. Düzgün fikirdir, biz də dəfələrlə bu barədə danışmışıq. Ölkədə və təhsil ocaqlarımızda elmi iş müvəffəq və təqdirəlayiqdir. Amma hamı yadda saxlamalıdır ki, elm əməl üçün müqəddimədir. Faydalı elm o elmdir ki, məmləkətin ehtiyaclarına cavab versin, problemlərin aradan qaldırılmasında faydalı olsun. Təsəvvür edin ki, bir məqaləmiz dünya miqyasında İSİ mərkəzlərində çap olunub. Elmi baxımdan bu təqdirəlayiq haldır. Amma son məqsəd deyil. Elmi iş məmləkətin ehtiyaclarına münasib olmalıdır. Bu barədə dostlar danışdı, mən də təsdiqləyirəm. Məclisdə iştirak edən məsullar inşaallah bu nöqtəni nəzərə alar.

Söhbətlərdə haqlı sözlərdən biri iqtisadi müdiriyyət üsulları ilə cəmiyyətin mədəniyyəti arasında əlaqə məsələsi idi. Deyirlər ki, 70-ci illərdə biz iqtisadi basqılar, hücumlar zamanı ideoloji hücum məsələsini gündəmə gətirdik. Bu düzgün sözdür və biz bunu rədd etmirik. Amma mədəniyyət, ideologiya həyati bir məsələ olaraq daim diqqət mərkəzində saxlanılmalıdır. Bu zaman iqtisadi üsullara etiraz da dəyərli olur. Amma bu gün əsas əhəmiyyət daşıyan mədəniyyət və ideologiya üzrə cərəyanlara baxışdır. Qəbul edirik ki, iqtisadiyyat mədəniyyətə təsir edir. Bunun əksi də doğrudur.

Haşiyədə qeyd olunan məsələ mənim nəzərimcə haşiyə məsələsi deyil, ciddi problemlərdəndir. Bu, gənclərin izdivac, ailə həyatı qurması məsələsidir. Gənclərin izdivacı ciddi məsələdir. Təəssüf ki, bu gün bu məsələyə az-çox biganəlik müşahidə olunur. İzdivaca biganəlik məmləkətimizin gələcəyi üçün çətinlik yarada bilər. Siz hərbi xidmət məsələsindən danışdınız. Düşünürəm ki, hərbi xidmət çətin məsələ deyil və bu sahədə nə isə fikirləşmək olar. Hərbi xidmətin izdivaca mane olması hərbi xidmət müddətini qısaltmaqla aradan qalxan maneə deyil. Başqa üsullar seçə bilərik. İzdivac üçün stimul elmi addıma çevrilməlidir. Yəni izdivac mövzusu araşdırılmalıdır. Nur surəsinin 32-ci ayəsində buyurulur: “Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər...” Bu ilahi bir vəddir. Bu vədə də başqa ilahi vədlər kimi əmin olmalıyıq. Ailə təşkili insanların dolanışıq vəziyyətini ağırlaşdırmır. Kimsə evlənməklə çətinliyə düşmür. Əksinə, ailə təşkili insan həyatında bir açılışdır. Tələbə mühiti izdivaca zəminə üçün münasib mühitdir. Düşünürəm ki, ailə təşkili mövzusunda gənclər özü, valideynlər, universitet məsulları düşünüb bir iş görə bilərlər. İmkan verməyək ki, bu gün xüsusi ilə qızların izdivac yaşının yüksəlməsi davam etsin. Ailə təşkili barədə yanlış təsəvvürlər var. Bu təsəvvürlər izdivaca mane olur. Belə zərərli adətləri aradan qaldırmaq lazımdır. Siz gənclər enerjili və tələbkarsınız, bir çox adətlərə qarşı çıxırsınız. Məncə ailə təşkili qarşısında maneəyə çevrilmiş adətləri də siz aradan qaldırmalısınız. Mən bu məsələnin üzərində ciddi dayanıram. Keçmişdə qayda bu idi ki, xeyriyyəçi və mömin şəxslər gənclərin ailə qurması üçün vasitəçilik edərdilər. Münasib qızlar münasib oğlanlara tanıtdırılardı. Bu sahədə bir iş görülməli, addım atılmalıdır.

Dostların söhbətlərində maraqlı bir sual var idi. Əvvəllər tələbələrə təklif olunmuşdu ki, danışmaq imkanı olmayanlar suallarını yazsınlar. Yəni məclisdə danışa bilməyən tələbələrin fikirləri də maraqlıdır. Mənə 100 səhifədən artıq bir yazı gətirdilər, burada tələbələrin fikirləri açıqlanmışdı. Həmin yazılarda bu gün səsləndirilən sual da var idi. Sual bundan ibarətdir ki, tələbələr və tələbə təşkilatlarının siyasi mövqeyi Rəhbərin baxışlarına nə dərəcədə uyğun olmalıdır? Düşünürəm ki, bu sual bir o qədər də aktual deyil. Belə deyil ki, xalq kütlələrinin, müxtəlif zümrələrin, o cümlədən tələbələrin mövqeyi Rəhbərin tutduğu mövqe ilə uyğunlaşdırılmalıdır. Xeyir, siz bir müsəlman və mömin olaraq fikir sahibisiniz. Siz araşdırmalı, təhlil etməli, məsuliyyətinizi dərk etməlisiniz. Mən deyirəm ki, şəxsiyyətlər, cərəyanlar, dövlətlər haqqında fikriniz olsun. Bu o demək deyil ki, siz mənim şəxslər və hərəkatlar haqqında sözümü gözləyib mövqe tutasınız. Belə bir münasibət fəaliyyətlərimizi tormozlaya bilər. Rəhbərin vəzifəsi var. Əgər Allah-Taala yardım etsə vəzifəmə əməl edəcəyəm. Sizin də vəzifəniz var. Səhnəyə baxın, qərar çıxarın. Bir meyarımız var, o da təqvadır. Təqva odur ki, nəfs istəyinə əsir olmayaq. Müxalifətçilik, tərəfdarlıq, təqdir və tənqiddə təəssüb çəkməyək. Əgər təqvalı olsaq, tərəfbazlıq etməsək, həm tənqid gözəldir, həm də təqdir. Bu meyarla şəxsiyyətlərin, dövlətlərin, siyasi cərəyanların, siyasi hadisələrin tənqidi problem deyil. Əlbəttə ki, mənim münasibətim etimad göstərən insanlar üçün mövqe tutmaqda yardımçı ola bilər. Amma bu o demək deyil ki, mənim baxışım əsasında mövqe tutmaq vəzifədir. Əsas məsələ çıxarılan qərara nəfs istəyinin təsir göstərməməsidir.

Dostlardan biri dedi ki, tələbələrin gözünün yuxusu qaçıb. Bu çox yaxşıdır. Tələbənin nigarançılığı bu şəkildə özünü göstərirsə, faydalıdır. Amma ümid edirik ki, yuxu rejiminə əməl edəcəksiniz. Yuxunun gözdən qaçması gözəl təbirdir. Bu nigarançılığı göstərir. Bu o deməkdir ki, insan problemlərə açıq gözlə baxır.



Mənim də sizə deyəcəyim sözlər var. Hər sözü öz məqamında nəzərinizə çatdıracağam. Əvvəla, biz tələbəni millət və məmləkətin oyaq vicdanından hesab edirik. Əgər bir cəmiyyətdə tələbələrin istəkləri və hərəkatı varsa, bu bütün cəmiyyətin hərəkatıdır. Bütün dünyada belədir. Tələbə millətin oyaq vicdanı və hərəkət istiqamətini göstərir. Buna görə də tələbələrimiz diqqətli olmalı, öz vəziyyətlərini, cəmiyyətin vəziyyətini, təhlükə və imkanları, dostluq və düşmənçilikləri düzgün tanımalıdırlar. Nəzərdə tutduğum bu deyil ki, tələbə təhsili kənara qoyub siyasi iş dalınca getsin. İstəyimiz budur ki, tələbə ayıq olsun. Məsələlərə məsuliyyətlə nəzər salsın. Tələbədən gözləntimiz budur.

Bu gün qarşımızda dayanan problemlərin bir hissəsi regional problemlərdir. Regionun problemi məmləkətin problemindən təcrid olunmayıb. Bu gün mühüm bir məsələ Fələstin, Qəzzə məsələsidir. Qəzzə xalqının başına gətirilən müsibətlər bu günün problemi deyil. Bu məsələyə iki yöndən yanaşmalıyıq. Qəzzə faciəsi bir tərəfdən sionist rejimin mahiyyətini göstərir. Tanıyın, budur sionist rejim. Sionist rejim öz qeyri-qanuni doğum günündən amansızlıq, qəddarlıq, vəhşilik yolunu tutub. O, bu çirkin sifətini inkar etmir. Hər yerdə qəddarlıqlarından danışır və iftixar edirlər. Bu saxta rejim 1946-cı ildə rəsmi şəkildə tanındı. 66 ildir amansız siyasətini davam etdirir. Bu rejim rəsmən tanınmazdan əvvəl də dünya imperializmi ona arxa durmuşdu. Sionistlər bu dəstək sayəsində Fələstində böyük cinayətlər törədib. Ötən 66 ildə siyasi quruluş adı altında ağıllarına gələn cinayəti həyata keçiriblər. Heç kimdən də çəkinmirlər. Sionist rejimin mahiyyəti budur. Bu rejimin məhv olmaqdan başqa çarəsi yoxdur. Bu rejimin məhvi yəhudi xalqın qətliamı demək deyil. İmam (r) buyurdu ki, İsrail məhv olmalıdır. Burada qeyri-insani məntiq yoxdur. Biz İsrailin ləğv olması planını da dünyaya təqdim etdik. Heç bir məntiqi iradla rastlaşmadıq. Dedik ki, bu məntəqədə yaşayan insanlar arasında referendum keçirilsin. Məntəqəyə hakim qüvvəni xalq seçsin. Sionist rejimin məhvi dedikdə bunu nəzərdə tuturuq. Bu məntiq dünyada qəbul olunub. Hamı onu qəbul edir və bəyənir. Biz hətta bu referendumun formatlarını BMT və beynəlxalq təşkilatlar üçün açıqladıq. Vəhşi, canavarsifət, siyasəti dəmir yumruq olan, xalqla amansız rəftar edən, dinc insanları və körpələri qətliam edən, eyni zamanda bütün bu çirkin əməllərini inkar etməyən bir rejimin çarəsi məhv olmaqdır. İnşaallah bu rejimin məhv olacağı gün çatar. Amma onun səhnədə olduğu zaman nə etməli olduğumuzu bilməliyik. Yeganə çıxış yolu müqavimət və silahlı mübarizədir. Fələstinlilər sionist rejimə gücünü göstərməlidir. Kimsə güman etməsin ki, Qəzzənin raketləri olmasaydı sionist rejim güzəştə gedərdi. İndi baxın görün Qərb Sahilində nə baş verir. Bu məntəqədə silah-sursat, raket yoxdur. Heç tüfəng də ələ gəlməz. Bu məntəqədə yeganə silah daşdır. Sionist rejim bu məntəqədə evləri uçurur, bağları xaraba qoyur, insanları alçaldır və məhv edir. İstədikləri vaxt suyu kəsir, elektrik enerjisinin nəqlini dayandırırlar. Sionist rejimlə yaxınlıq edən Yasər Ərəfat bir misaldır. Sionistlər hətta bu adama dözə bilməyib, onu alçaltdılar, zəhərləyib öldürdülər. Bu səhv fikirdir ki, sionizmə güc göstərilməsə onlar mərhəmətlə davranıb, cinayətdən əl çəkəcəklər. Sionist rejim məhv olana qədər yeganə yol fələstinlilərin güc nümayişidir. Canavarsifət bu rejim yalnız güc qabağında geri çəkilə bilər. İndi özlərini elə göstərirlər ki, guya atəşkəs ardıncadırlar. İnsan öldürür, körpələri qətlə yetirir, insan ağlına gəlməyən cinayətlər edirlər. Bununla belə acizdirlər. Çox çətin bir vəziyyətdədirlər. Ona görə də sülhə çalışırlar. Bizim əqidəmiz budur ki, Qərb sahili də Qəzzə kimi silahlanmalıdır. Fələstinin taleyinə ürəyi yananlar bir iş görmək istəyirsə, iş budur. Bu xalqı silahlandırmaq lazımdır. Fələstinlilərin üzərindən həqarəti götürəcək yeganə şey iqtidardır. Fələstin güc göstərməlidir. Mütilik, sazişçiliklə Fələstinin xeyrinə heç bir nəticə əldə olunmayacaq. Saziş bu canavarsifət rejimin vəhşiliyini azaltmayacaq.

Əlbəttə dünya xalqlarının vəzifəsi Fələstin xalqını siyasi cəhətdən himayə etməkdir. Buna şübhə yoxdur. Bu gün şahidsiniz ki, İslam, hətta qeyri-müsəlman ölkələrdə xalq etiraz aksiyaları keçirir. İnşaallah, Qüds günü dünya İran xalqının əzəmətli etirazını görəcək. İran inşaallah Qüds günü göstərəcək ki, bu ölkədə Fələstinə münasibətdə necə böyük diqqət var. İndi bir qrup tapılıb ki, “Nə Qəzzə, nə Livan” şüarını verir. Amma İran xalqı məzlumların müdafiəsinə sadiqdir. Nəhcül-bəlağədə məzluma sevgi, zalıma qəzəb əmri var. Bu İran xalqının istəyidir. Bu Qəzzə hadisəsinə bir baxışdır. Bundan da mühüm olanı odur ki, dünya imperializmi başda ABŞ olmaqla bu faciəni, bu cinayəti, bu vəsfəgəlməz amansızlığı himayə edir. Mövzuya daha dərin baxış budur. Bu nöqtə üzərində dayanmaq lazım gəlir. Bu gün Qərbin müstəmləkəçi gücləri, bir neçə böyük və varlı dövlət, başda Amerika olmaqla Britaniyaya arxalanaraq İsrailin himayəsində dayanıb. Bu mühüm məsələdir. Dərhal müdafiəyə qalxırlar. Nəyi müdafiə edirlər? O müsibəti müdafiə edirlər ki, heç bir insaflı insan bu hadisə qarşısında biganə qala bilməz. Qəzzə kiçik, bir qarışlıq torpaqdır. Bu torpaqda əhalinin başına təyyarələrdən bomba yağdırılır, raketlər atılır, qurudan tanklar təcavüz edir. Heyrətamizdir ki, bu qədər uşaq öldürülür, bu qədər ev dağıdılır, xalq öz evinin içərisində əzab çəkir, amma imperialistlər İsraili müdafiə edir. Hansı məntiqlə? Çox gülünc bir məntiqdir. ABŞ prezidenti deyir ki, İsrail özünü müdafiə etmək hüququna malikdir. Soruşuram ki, fələstinlilərin özünü müdafiə etmək hüququ yoxdur?! Öz vətəndaşının təhlükəsizliyini qoruyan bir dövlət amansız mühasirədə qalmış xalqa biganəlik göstərir, hətta hədələyir. Bu məntiq məqbuldur? Kim bunu qəbul edər? Tarix bu məntiqi necə mühakimə edəcək? Bu müstəmləkəçi ölkələrin məsulları anlamırlar ki, İsraili himayə etməklə öz ləyaqətləri, nüfuzları ilə oynayırlar. Həyasızcasına bəyanat verirlər ki, biz İsraili himayə edirik. Məntəqədə baş verən hadisəni yada salmırlar. Demirlər ki, bu dağıdıcı ünsür məntəqədə necə faciələr törədir!

Bu onu göstərir ki, hazırda Qərb ölkələrinin idarə üsulu olan liberal demokratiya məntiqində əxlaqi dəyərlərə zərrəcə qiymət verilmir. Bu məntiqdə heç bir əxlaq, insan duyğusuna yer yoxdur. Özlərini rüsvay edir, xalqların nifrətini qazanır, adlarını tarixə qara yazırlar. Biz bu hadisəni bir təcrübə olaraq yadda saxlamalıyıq. Amerikanı tanımalıyıq. Amerika budur, liberal demokratiya budur. ABŞ-ın münasibəti bizim fəaliyyətlərimizə, mühakimələrimizə, rəftarlarımıza təsir edəcək. Bu gün İslam Respublikası qarşısında açılmış cəbhə ölkəmizlə müxtəlif istiqamətlərdə qarşıdurmadadır. Revanş ardınca olan ABŞ-ın mahiyyəti budur. İnsanların, müdafiəsiz xalqın qətliamına biganədirlər, Qəzzədəki cinayətə imza atan azğın rejimi müdafiə edirlər. Bu bizim üçün meyar olmalıdır. İran xalqı, ideoloqlarımız, tələbələrimiz, ziyalılarımız bunu unutmamalıdır. İdeoloji bünövrəsi liberal demokratiya olan Qərb budur. Bu gün qarşımızda dayanan məntiq budur.

Bu gün dünyanın ən etinasız siyasətçiləri bu ölkələrə başçılıq edirlər. Onların insan haqlarına, insanlığa etiqadı yoxdur. Qəzzədə və başqa yerlərdəki rəftarları buna sübutdur. Onlar heç nəyə, nə insan haqlarına, nə də xalqların seçiminə inanır. Heç nəyə inanmırlar. Qəbul etdikləri bir şey varsa pul və zordur. Başqa məntiq yoxdur. Onların azadlıq və insan haqları barədə dedikləri azadlığın məsxərəyə qoyulmasıdır. Bu qüvvələr azadlığı məsxərəyə qoyublar.

Mən bu sözləri ABŞ, ABŞ prezidenti, ABŞ rəsmilərinə nəsihət ünvanında demirəm. Bunu özümüz üçün deyirəm. Analizlərimizdə, mühakimələrimizdə, fəaliyyətlərimizdə kiminlə üz-üzə dayandığımızı bilək. Bilək ki, onların qəlbindəki nədir. Biz öz vəzifəmizi müəyyən etməliyik. Bu gün Qərbin rəftarlarından düzgün nəticə çıxarmalıyıq. Onların İslam Cümhuriyyəti, İslam İnqilabı, İslam hərəkatı, İslam oyanışı ilə münasibətləri qlobal siyasətlərinin bir hissəsidir.

İmperializmin qlobal siyasəti xalqların əsarət altına alınması, onların istəklərini nəzərə almadan istismar edilmələridir. Bu, Qərbin baş siyasətidir. Buna diqqətli olaq. Ölkəmizdə ABŞ, Qərb, imperializm ziddinə şüarlar bu həqiqətə əsaslanır. Qərb və ABŞ əleyhinə şüar eşidənlər elə düşünməsin ki, bu işdə məntiq yoxdur. Xeyir, Qərb və ABŞ-a qarşı narazılıq böyük təcrübəyə malik məktəbə, dəqiq hesabatlara əsaslanır. Mən ötən görüşdə ölkə məsullarına dedim ki, düşmənin əsas məqsədi bizim hesablamalarımızda xəta yaratmaqdır. Hesablamalar o zaman xətalı olur ki, verilənlər düzgün ikən nəticələr yanlış olur. Bu halda təcrübə də fayda vermir. Hesablama qrumlarımız düzgün işləməyəndə təcrübələrdən bəhrələnə bilmirik.

Diqqət edin, görün öz ölkəmizdə qərblilərin, Qərb mədəniyyəti daşıyıcılarının son 100 ildə rəftarları necə olub? Biz Qərbdən çox zərbə almışıq. Bu təcrübələr Qərbə vurğun ziyalıların gözü qarşısındadır. Təcrübələrdən dərs götürmürlər. Onlar görür ki, Britaniya Rzaxanı İranda hakimiyyətə gətirməklə ölkəni məntiqsiz, dövlətçilik üsullarına biganə quldurun ixtiyarına verdi. 20-ci illərdə həmin qüvvələr İranı işğal etdi, əslində ölkəni öz aralarında böldülər. Neftə sahib durdular, zorakı müqavilələrə imza atdırdılar. Sonra 28 mordad çevrilişi oldu. Bütün eyblərinə baxmayaraq yaranan milli hökumət xalqın seçimi idi. Onu devirdilər, neftin milliləşməsi hərəkatını süquta uğradıb təbii sərvətlərimizə sahib durdular. Ölkəyə uzun müddətə Məhəmmədrza diktaturasını hakim etdilər. Onun arxasında dayandılar, 30 ildən çox sürən hakimiyyəti dövründə var-yoxumuzu taladılar. Xalq səfalət, cəhalət içində boğulurdu. Ölkənin mədəniyyəti, dini məhv edildi. Bütün bunlar Qərb dövlətlərinin himayəsi ilə mümkün oldu. İran xalqının inqilabına qarşı bütün təxribatlara əl atdılar. Özləri də qəbul etmədikləri Səddamı İrana təcavüzə sürüklədilər. Bu qərblilər, bu Britaniya, bu ABŞ, bu Fransa Səddama kimyəvi bombaya qədər silah-sursat, hərbi texnika verib, arxasında dayandılar. Bu bizim təcrübəmizdir. Qərbə vurğun ziyalı hesablamalarında xəta olduğundan bu təcrübələrdən faydalana bilmir.

İran İslam İnqilabının mühüm xidmətlərindən biri ölkədə əqli-intellektual yanaşmanı önə vermək oldu. Belə ki, siz gənc tələbələr regional məsələləri təhlil edəsiniz, iti baxışla zərif nöqtələri görəsiniz, düşməni tanıtdırasınız, məntəqə hadisələrini təhlil edib müqavimət göstərəsiniz. Bu bir məmləkətin düşüncəli həyatının göstəricisidir. Bunu bizə inqilab verib. Bu gün bəziləri keçmiş günlərə qayıtmaq həvəsinə düşüb. Qərbə vurğun cərəyanlar milləti, onun dəyərlərini, mədəniyyətini, milli kimliyini təhqir edirlər. Qərb imperializminin xeyrinə addım atırlar. İstəyirlər ki, məmləkət, mədəniyyətimiz, meyarlarımız yenidən müəyyən olunsun. Bu gün xaricdə İran xalqının qanlı düşmənlərinin bayrağı altında İslam Cümhuriyyətinə qarşı çalışanlar istəyirlər ki, bu məmləkətin baxışında bir zaman hakim olmuş şeytan təlqinlərini, yanlış hesablamaları günümüzə qaytarsınlar. Əziz tələbələrə tövsiyəm budur ki, həm dini, həm siyasi məsələlərdə mütaliələrini elmi çalışmaları ilə yanaşı gücləndirsinlər. Çalışın ki, analiz gücünüzü artırasınız. Əlbəttə ki, bu gün tələbələrin çıxışlarında könül açan, dəyərli nöqtələr görürəm. Yenə də bacardığınız qədər çalışın. Bugünki görüşümüzdə məmləkətin zəruri məsələlərini bütünlüklə nəzərdən keçirmək imkanımız olmadı. İnşaallah qarşıdakı görüşlərdə bu barədə danışarıq. Əziz tələbələr ictimai-siyasi, iqtisadi, başqa zəruri sahələrlə bağlı təhlillərini xalqın ixtiyarına verməlidir. Cəmiyyət tələbələrin təhlillərindən faydalanmalıdır. Tələbənin təhlil gücü belə bir həddə olmalıdır. Bu da mütaliədən asılıdır. Tələbə duyğular yox, mütaliəyə əsaslanmalıdır. Təhlilinizin əsası təkcə mətbuat olmasın. Araşdırma aparın, mübahisə edin. Dostların burada dilə gətirdiyi çox sözlər azad tələbə diskusiyalarında aydınlaşmalıdır. Mən bu nöqtəni dəftərçəmə qeyd etdim. Azad düşüncə tribunaları universitet mühitində çox məsələləri aydınlaşdırar. Tələbə diskusiyalarında mövzunun müsbət və mənfi cəhətləri üzə çıxmalıdır.

Tələbə mühiti üçün nəzərinizə çatdıracağım başqa bir nöqtə dialoq rəqabətidir və bu faydalıdır. Bir şərtlə ki, müxalif tərəfi dözümlə qarşılayasan. Müxalifin mövcudluğu insanı təəccübləndirməməlidir. Nə qəzəblənmək, nə də qorxmaq lazımdır. Müxalif qarşısında bu 3 reaksiya yersizdir. Müxalif qarşısında təəccüb insanın özündən razılığından yaranır. Burada təəccüblü nə var ki! Hər düşüncənin, hər cərəyanın müxalifləri var. Biz müxalifin səhv etdiyini iddia edə bilmərik. Zəif nöqtələr var və bu nöqtələr müxalifət yaradır. Qəzəblənmək də yersizdir. Müxalifət məqbul bir hadisədir. Qorxmağa da dəyməz. Qorxu bunu göstərir ki, insan öz mövqeyinə etibar etmir.

Bizim məntiqimiz var və bu məntiqin əsaslarını möhkəmləndirərək dialoqa gedirik. Mübahisə tələbə ruhiyyəsində yeri olan hadisədir. Beləcə tələbə fəzaları bugünki kimi təravətli olacaq. Həm mübahisə edilir, həm qarşı tərəf dinlənilir, eyni zamanda əsaslar möhkəmlənir. Elmi sahələrdə işin əsası təqvadır. Düşüncədə İslam hüdudlarında, düşməni tanımaqda təqva gözlənilir.

Ümid edirik ki, inşaallah Allah-Taala hər birinizi müvəffəqiyyətə çatdıracaq. Allah inqilabın məqsədlərini reallaşdırmaq yolunda vücudunuzu qorusun, sizə yardımını hər gün artırsın, inqilabımız və məmləkətimiz üçün siz gənclərə gözəl gələcək nəsib etsin. İnşaallah.

Vəssəlamu ələykum və rəhmətullahi və bərəkatuh

Iyul, 2014


Yüklə 189,59 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin