3.4.2.3. Təhsil
Təhsilə çatımlılıq üzrə ayrı-seçkilkdən müdafiə ilkin olaraq xüsusilə işçilərin
uşaqlarına yönəldilmiş 1612/68 saylı Qaydanın 12-ci Maddəsində şəxslərin
sərbəst hərəkəti kontekstində inkişaf etdirilib. Göründüyü kimi təhsil sahəsi
peşə təlimi məsələsi ilə üst-üstə düşə bilər. Lakin bunun əsas məqsədi
sadəcə ümumi biliyin inkişafına yönələn peşə təlimi sahəsinə aidiyyatı is-
tisna olunan ali təhsil proqramlarına aid olub olmaması aydın deyil.
Misal: Casagrande Landeshauptstadt Münchenə qarşı işdə ərizəçi
Almaniyada işləyən İtalyan vətəndaşının qızı idi.
124
Alman məmurları
“təhsildə davamiyyəti” təmin etmək üçün təhsil yaşı çatmış
məktəblilərə aylıq təqaüd verirdilər. AƏM müəyyən edir ki, təhsildə
davamiyyəti həvəsləndirmək üçün atılan hər bir addım təhsilin əhatə
dairəsində sayılır.
83
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
120.
AƏM, Komissiya Fransaya qarşı (Commission v. France), İş C-35/97 ECR I-5325, 24 sentyabr 1998.
121. AƏM, Reina Landeskreditbank Baden-Württembergə qarşı (Reina v. Landeskreditbank Baden-
Württemberg), İş 65/81 [1982] ECR 33, 14 yanvar 1982.
122. AƏM, Matteucci Belçikanın fransız icmasına qarşı (Matteucci v. Communauté française of Bel-
gium), Case 235/87 [1988] ECR 5589, 27 sentyabr 1988.
123. AƏM, Mutscha qarşı cinayət prosesi (Criminal Proceedings against Mutsch), Case 137/84 [1985]
ECR 2681, 11 may 1985.
124. AƏM, Casagrande v. Landeshauptstadt München, İş 9/74 [1974] ECR 773.
|