137. İqtisadi, Sosial və Mədəni Hüquqular üzrə BMT Komitəsi, “Ümumi Şərh No 4: Adekvat evlə təmin
138. FRA, Roma hökuməti və Aİ-da Səyyahların yerləşməsi: Bərabərliyə doğru addımlar, İcmal Hesabatı
139. Correctionele Rechtbank van Antwerpen, Qərar 6 Dekabr 2004 (Belçika). İngiliscə icmalı üçün bax:
FRA InfoPortal, İş 15-1, orijinal mətn üçün bax: http://infoportal.fra.europa.eu/InfoPortal/ caselawDown-
edib. AİHM eyni zamanda 8-ci Maddə ilə təmin edilən mənzil hüququnu da
genişlənmiş şəkildə tövsif edib. Qeyd edildiyi kimi, bu karvan, daşınar evlər
kimi adi olmayan evləri özündə ehtiva edəcək. Dövlətdə yaşayış üçün
çətinliklər yaradan, pis şəraitli evlərin olması da AİHM tərəfindən qeyri-in-
sani davranış kimi dəyərləndiriləcək.
Misal: Moldovalı və digərləri Rumıniyaya qarşı (N 2) işində ərizəçilər
evlərindən təqib olunaraq çıxarılmışdılar, daha sonra isə ev travma
yaradan bir şəraitdə sökülmüşdü.
140
Onların evlərinin yenidən
qurulması ləng getmiş və aralıq müddətdə onlara verilən müvəqqəti
yaşayış yerinin şəraiti olduqca aşağı keyfiyyətdə olmuşdu. AİHM
bəyan etdi ki:
‘… ərizəçilərin son on ildə yaşayış şəraitindəki keyfiyyətin olduqca
aşağı, sanitariya baxımından problemli, olduqca çox insanın yaşadığı
şəraitə malik olması, eyni zamanda məmurların onlara münasibəti
ərizəçilərin sağlamlığına, psixoloji vəziyyətinə təsir edib, bu isə on-
lara qarşı qeyri insani münasibətin göstərilməsi, şərəf və ləyaqətin
alçaldılması ilə nəticələnib.’
Digər faktorlarla birgə müəyyən olunan bu məqam AİHM-i 3-cü
Maddəyə zidd olaraq alçaldıcı münasibətin olmasını müəyyən etməyə
yönləndirdi, baxmayaraq ki, yuxarıdakı çıxarışda mənzil şəraitini təsvir
edən ifadə tərzinin özü belə bir pozuntunu aşkar etmək üçün kifayət
idi.
141
Misal: Dokic Bosniya və Herseqovinaya qarşı işdə ərizəçi mülkiyyət
hüququna müdaxilə ilə üzləşmişdi.
142
Keçmiş Yuqoslaviyanın
parçalanmasından öncə, ərizəçi həmin ölkənin silahlı qüvvələrinin
üzvü və hərbi məktəbdə mühazirəçi idi. O Sarayevoda mənzil
almışdı, lakin Bosniya və Herseqovinada müharibə olduğu zaman,
onun hərbi məktəbi hazırkı Serbiyaya köçməsi səbəbindən, ərizəçi
də hazırkı Serbiyanın silahlı qüvvələrinə qoşulmuşdu. Münaqişə
zəminində məmurlar ona mülkiyyətinin restitusiyasına (bərpasına)
88
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
140. AİHM, Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (Nos.
41138/98 və 64320/01), 12 iyul 2005
141. AİHM-nin presedent hüququ müəyyən edir ki, müəyyən hallarda ayrı-seçkiliyə yönəlmiş münasibət,
alçaldıcı münasibətlə nəticələnə bilər, məsələn bax, AİHM Smith və Grady Böyük Britaniyaya qarşı Nos.
33985/96 və 33986/96),27 sentyabr 1999.)
142. AİHM, Đokić v. Bosnia and Herzegovina (No. 6518/04), 27 may 2010.
icazə verməmiş və bunu onun xarici dövlətin silahlı qüvvələrinin üzvü
olması ilə əsaslandırmışdılar. Milli səviyyədə, bu addım
əsaslandırılmış hesab edilmişdi, belə ki, ərizəçi Bosniya və Herse-
qovinada hərbi əməliyyatlar keçirmiş xarici ölkənin silahlı qüvvələrinin
üzvü olduğundan “qeyri-loyal” (etibarsız) vətəndaş sayılmışdı.
Ərizəçinin qeyd edilən silahlı qüvvələrin üzvü olmasından başqa,
digər qeyri-loyallıq nümayiş etdirməsi faktının olmamasını nəzərə
alaraq AİHM AİHK-in 14-cü Maddəsinə əsasən mülkiyyət ilə bağlı
qərarın ərizəçinin etnik mənsubiyyəti səbəbindən (belə ki, müəyyən
silahlı qüvvələrdə xidmət şəxsin etnik mənsibiyyəti ilə səciyyələnirdi)
verildiyini müəyyənləşdirmişdi. Restitusiyanın olmaması və alternativ
yerləşmənin, kompensasiyanın təmin edilməməsi şəxsin mülkiyyət
hüququnun pozulması ilə nəticələnmişdi.
Dostları ilə paylaş: