3.5. Konvensiyanın Aİ hüququndan kənar tətbiqi
AİHK-na uyğun olaraq müdafiənin ayrı-seçkilik əleyhinə olan direktivlərin
müdafiəsi ilə üst-üstə düşdüyü yuxarıda müzakirə edilmiş işlərə əlavə
olaraq, əhəmiyyətli sayda sahələr mövcuddur ki, orada AİHK əlavə
müdafiəni təmin edir.
3.5.1. “Şəxsi” Sfera: şəxsi və ailə həyatı, övladlığa
götürmə, ev və nikah
148
Xüsusilə əhəmiyyət kəsb edən sahələrdən biri də Üzv dövlətlərin Aİ
qanunvericiliyinə geniş səlahiyyət vermədiyi ailə və şəxsi həyat sferasıdır.
AİHM-nə verilmiş şikayətlər əsasən vərəsəlik, boşanmış valideynlərin
uşaqlarla görüşmək imkanı və atalıq məsələləri ilə bağlı işlərdə müxtəlif
münasibətlərin olması ilə əlaqədar olub.
Növbəti və 4-cü Fəsildə müzakirə edilən Mazurek Fransaya qarşı,
149
Sommerfeld Almaniyaya qarşı
150
və Rasmussen Danimarkaya qarşı
151
işləri
vərəsəlik qaydaları, boşanmış valideynlərin övladlarla görüşməsi və atalıq
məsələləri ilə bağlı işlərdə fərqli rəftar məsələsinə aid olub. 8-ci Maddə
həm də övladlığa götürmə hallarını da əhatə edəcək. Yuxarıda müzakirə
edilmiş E.B. Fransaya, qarşı işi də bir daha göstərdi ki, hətta AİHK-in
mətnində övladlığa götürmə ilə bağlı birbaşa hüquq nəzərdə tutulmasa da,
bu hal Konvensiyanın əhatə dairəsinə düşə bilər. Əlavə olaraq, AİHM
əvvəlki presedent hüququna istinad edərək, bu məsələnin 8-ci Maddə ilə
tənzimlənməsi üçün ümumi istiqaməti müəyyən edir:
91
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
148. AİHK-nın 8-ci Maddəsinin əhatə dairəsinin izahı AŞ-nın Hüquqşünaslar üçün İnsan Hüquqlarının
Təhsili internet səhifəsində verilib: Kilkelly, Şəxsi və Ailə Həyatına hörmət hüququ İnsan Hüquqları üzrə
stolüstü No. 1, 2001, bax: www.coehelp.org/mod/resource/view. php?inpopup=true&id=1636.
149. AİHM, Mazurek Fransaya qarşı (Mazurek v. France) (No. 34406/97), 1 fevral 2000
150. AİHM, Sommerfeld Almaniyaya qarşı (Sommerfeld v. Germany) [GC] (No. 31871/96), 8 iyul 2003.
151. AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984.
‘…8-ci Maddə çərçivəsində ”şəxsi həyat” anlayışı digər insan
hüquqları ilə əlaqəli şəkildə daha geniş məzmun alır ki, buraya da,
digər məsələlərlə yanaşı, digər insanlarla əlaqələrin yaradılması və
inkişaf etdirilməsi də daxildir… “şəxsi inkişaf” hüququ......və ya öz
müqəddəratını təyin etmə hüququ. 8-ci Maddə ilə müdafiə edilən şəxsi
sferanın əhatə dairəsinə düşən…. gender baxımından identifikasiya,
cinsi oriyentasiya və cinsi həyat anlayışları .....və uşağın olub
olmaması seçiminə hörmət də bu məzmuna daxildir.
152
Beləliklə, 8-ci Maddənin əhatə dairəsi olduqca genişdir. AİHK xüsusən
12-ci Maddə ilə mühafiə olunan nikah hüququ kimi digər sahələri də
əhatə edir.
Misal: Muñoz Díaz İspaniyaya qarşı işdə ərizəçi öz ölkəsinin
qanunvericiliyində tanınmayan Roma adətləri ilə nikaha daxil olmuşdu
və buna görə də onun nikahı rəsmi hesab edilmirdi.
153
Buna baxma-
yaraq, hakimiyyət orqanları ərizəçiyə onlara verilmiş şəxsiyyəti təsdiq
edən sənədlər, güzəştlərin ödənilməsi və onların “nikah kitabında”
qeydiyyat aparılması baxımından evli münasibəti göstərmişdilər.
Həyat yoldaşının vəfatından sonra yaşayış pensiyasının alınması
üçün hökumətə müraciət etsə də, onun nikahı yerli qanunverciliklə
etibarsız sayıldığından, müraciəti rədd edilmişdi. AİHM müəyyən etdi
ki, hökumət ərizəçiyə evli kimi davrandığına görə, o digər “təmiz
niyyətl” cütlüklərlə ”(texniki səbəbdən nikahları etibarlı olmasa da, evli
olduqlarına inananlar) eyni vəziyyətdə idi və həmin cütlüklərin yaşayış
pensiyası almaq hüququ var idi. AİHM bu nikahın etibarsız
sayılmasında qeyri-qanuni hal olmamasını (12 və 14-cü Maddələrə
əsaslanaraq) müəyyən etsə də, digər xoş niyyətli həyat yoldaşlarına
verilən yaşayış pensiyasının ərizəçiyə verilməməsini ayrı-seçkilik kimi
(14-cü Maddə ilə birgə Protokol 1-in 1-ci Maddəsinə əsaslanaraq)
dəyərləndirdi.
Beləliklə, əsas insan ləyaqətinin qorunması sahəsində AİHM olduqca dar
mülahizə sərbəstliyi nəzərdə tutsa da, bu hüquqları pozula bilən və
həssas vəziyyətdə olan digərlərinin müdafiəsi ilə bağlı narahatlıq
doğuran məsələlərlə münasibətdə tarazlaşdırılmalıdır.
92
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
152. AİHM, E.B. Fransaya qarşı (E.B. v. France) [GC] (No. 43546/02), 22 yanvar 2008, para. 43.
153. AİHM, Munoz Diaz İspaniyaya qarşı (Muñoz Díaz v. Spain) (No. 49151/07), 8 dekabr 2009.
Misal: Sommerfeld Almaniyaya qarşı iş Alman qanunvericiliyi
çərçivəsində atanın övladı ilə görüşə bilməsi məsələsi ilə əlaqəli idi.
154
Milli qanunvericiliyə görə uşağın valideynlərinin nikahı olmadığı halda
anaya atanın uşağı görməsinə etiraz etmə hüququ verirdi. Bu halda
ata bu etirazı aradan qaldırmaq üçün məhkəməyə müraciət etməli idi.
Hökumət bu qanunun ayrı-seçkilik yönümlü olmamasını nikahdan
kənar münasibətlərdə ataların uşaqlara qarşı aşağı maraqda olması
ilə əsaslandırırdı. AİHM müəyyən etdi ki, valideynlərin övladlarını
görmək hüququ ilə bağlı işlərdə Dövlətin mülahizə sərbəstliyi xüsusilə
dar olmalıdır. Bundan əlavə o, müəyyən etdi ki, nikahdan kənar və ya
onun çərçivəsində doğulan uşaqlara valideynlik hüququ ilə bağlı fərqli
münasibət bəslənməsini AİHK-a əsasən əsaslandırmaq üçün olduqca
tutarlı səbəblərin olması vacibdir. Eyni məsələ nikahda doğulmuş
uşağın atası ilə müqayisədə nikahdan kənar doğulmuş uşaqların
atalarına münasibətdə fərqli münasibət göstərilməsinə də şamil
edilməlidir. Məhkəmə müəyyən etdi ki, Hökumətin izahatı belə fərqli
münasibəti əsaslandırmır.
Yuxarıdakı işdə AİHM, atanın marağının uşağın marağı ilə üst-üstə
düşdüyünü nəzərə aldı, belə ki, atası ilə ünsiyyət uşağın da xeyrinə idi.
Bununla belə, uşağın marağının atanın marağına zıdd olduğu
məqamlarda, dövlətə uşağı müdafiə etmək üçün qaydaları geniş təfsir
edərək tətbiq etməyə icazə veriləcək.
Misal: Rasmussen Danimarkaya qarşı işdə ərizəçi onun valideynlik
hüququ üzrə mübarizə aparmasına qoyulan məhdudiyyətlərdən
şikayət edirdi.
155
AİHM burada cinsi mənsubiyyət baxımından fərqli
rəftar olmasına baxmayaraq, bu davranışın əsaslandırılmış olduğunu
müəyyən etdi. Bu uşağın statusunda dəqiqlik və təhlükəsizliyi təmin
etmək məqsədi ilə atanın daha sonra atalıq hüququndan istifadə
etməsi ilə bağlı iddia qaldırmasının məhdudlaşdırılmasına yönəlmiş
qanuni bir addım idi. Bu məsəıəyə AİHK üzv dövlətləri arasında
yeknəsək münasibətin olmaması səbəbilə AİHM Dövlətə geniş
mülahizə sərbəstliyi verərək bu qərarı əsaslandırılmış hesab etdi.
156
93
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
154. AİHM, Sommerfeld Almaniyaya qarşı [GC] (No. 31871/96), 8 İyul 2003, paraq. 93. Oxşar faktlarla:
AİHM Sahin Almaniyaya qarşı [GC] (No. 30943/96), 8 İyul2003. Həmçinin bax: AİHM, Mazurek Fransaya
qarşı (No. 34406/97),1 Fevral 2000, 4-cü Fəsildə (Mühafizə əsasları) müzakirə edilən kəbindən kənar
doğulmuş uşaqlara fərqli rəftar.
155. AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984.
156.
AİHM, Rasmussen Danimarkaya qarşı (Rasmussen v. Denmark) (No. 8777/79), 28 noyabr 1984, par. 40-42.
|