3.4.3.Ev də daxil olmaqla, mal və xidmətlərə
çatımlılıq
Ev də daxil olmaqla, mal və xidmətlərə çatımlılıqda ayrı-seçkilikdən
müdafiə İrqi Bərabərlik Direktivində irqi zəmində müdafiə, Mal və Xidmətlər
üzrə Gender Direktivində isə cinsi zəmində müdafiə maddələri ilə təmin
olunur. Mal və Xidmətlər üzrə Gender Direktivinin 3-cü Maddəsinin 1-ci
bəndi bu müddənı daha da dəqiqləşdirərək bildirir ki, onun “sözügedən
şəxsdən asılı olmayaraq dövlət qurumları da daxil olmaqla, dövlət və özəl
sektorda ictimaiyyətə açıq olan və özəl və ailə həyatından kənarda təklif
edilən bütün mal və xidmətləri və bu kontekstdə həyata keçirilən bütün
əqdləri” əhatə edir. Lakin o, Preambulanın 13-cü Maddəsi açıq şəkildə
“media və ya reklam məzmunlu” və “özəl və dövlət təhsili” məsələlərinə
şamil edilməni istisna etdi, baxmayaraq ki, sonuncu istisna Etnik Bərabərlik
Direktivinin təhsillə bağlı olan əhatə sahələrini daraltmadı. Mal və Xidmətlər
üzrə Gender Direktivi Aİ-nın Fəaliyyəti üzrə Müqavilənin 57-ci maddəsinə
də istinad edir:
‘Xidmətlər bu Müqavilənin məqsədləri üçün əvəzi ödənilən “xidmətlər”
kimi başa düşülür …
“Xidmətlər” xüsusən aşağıdakıları ehtiva edəcək
(a) sənaye yönümlü xidmətlər;
(b)kommersiya yönümlü xidmətlər;
(c)əl işi ilə məşğul olan sənətkarların fəaliyyəti;
(d) peşələrin fəaliyyəti.’
Buradan belə nəticə meydana gələ bilər ki, bu, tam şəxsi kontekstdə baş
verməyən və özəl və dövlət təhsil sahələrini istisna etməklə, ödəniş
müqabilində təmin edilən bütün mal və xidmətlərə şamil edilir.
Milli qurumların təcrübəsi bu sahəyə həm də barlarda,
130
restoranlarda və
85
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
130. Bərabər münasibət üzrə hökümət qurumu (Macarıstan) İş No. 72, aprel 2008. İngiliscə xülasə üçün
bax - Ayrıseçkiliyə qarşı mübarizə aparan ekspertlərin Avropa Şəbəkəsində mövcuddur, iş 322-1; 8 (iyul
2009) ‘Ayrıseçkilik əleyhinə Avropanın Hüququnun İcmalı s.49
gecə klublarında,
131
dükanlarda,
132
sığorta alışı zamanı,
133
eyni zamanda it
seleksionerləri kimi şəxsi satışlarda
134
göstərilən xidmətlərin də bu sahəyə
aid edilməsini təklif ediblər. Səhiyyənin birbaşa Etnik Bərabərlik Direk-
tivinin əhatə dairəsində olmasına baxmayarq, bu sahə özəl səhiyyə və
xüsusən də şəxslərin xəstəlik üzrə məcbüri sığortanın verilməsi sahəsində
sağlamlıq xərclərinin ödənilməsini ehtiva edən xidmətlərin əhatə dairəsinə
düşə bilər. Bu mənada AƏM xidmətləri gəlir əldə edən orqanın ödəniş
müqabilində səhiyyə xərclərinin ödənilməsini nəzərdə tutan sərbəst
hərəkət etmə azadlığı kontekstində şərh edir.
135
Etnik Bərabərlik Direktivi ev təminatını müəyyən etməmişdi. Lakin təklif
olunmuşdu ki, bu məsələ beynəlxalq insan hüquqları kontekstində
müəyyən olunsun. Xüsusən isə AB Fundamental Hüquqlar Xartiyasının 7-
ci Maddəsi ilə tənzimlənən şəxsin evinə hörmət hüququ, AİHK-in 8-ci
Maddəsi (nəzərə alsaq ki, Aİ-na üzv dövlətlər bu konvensiyaya qoşulub,
gələcəkdə Aİ-nin AİHK-a qoşulacağı nəzərdə tutulur) və Beynəlxalq İqti-
sadi, Sosial və Mədəni Konvensiyanın 11-ci Maddəsində nəzərdə tutulmuş
adekvat yerləşmə hüququ ilə tənzimlənsin. AİHM mənzil hüququna geniş
mənada baxdı belə ki, bura mobil evlər, treyllerlər, karavanlar və hətta
onların qeyri qanuni yerləşməsi halları da daxil edildi.
136
İqtisadi, Sosial və
Mədəni Hüquqlar üzrə BMT Komitəsinə görə, adekvat evlə təmin olunma,
bir sıra tələblərə cavab verməlidir. Xüsusən isə növbəti addımlar atılmalıdır:
ev müəyyən elementlərdən qorunmaq üçün lazımi keyfiyyətdə olmalıdır;
məskunlaşan şəxsin mədəni özəlliklərini əks etdirməlidir (eyni ilə karvan,
86
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
131. İsveçrə Ali Məhkəməsi, Escape Bar və Restoran Etnik Ayrıseçkiliyə qarşı Ombudsmana qarşı
T-2224-07, 1 Oktyabr 2008. İngiliscə icmalı üçün bax FRA InfoPortal, İş 365-1; Ayrıseçkiliyə qarşı
mübarizə aparan expertlərin Avropa Şəbəkəsində mövcuddur, 8 (İyul 2009) ‘Ayrseçkilik əleyhinə
Avropanın Hüququnun İcmalı s. 68
132. Bezirksgericht Döbling (Avstriya), GZ 17 C 1597/05f-17, 23 yanvar 2006. Engiliscə xülasə üçün bax
FRA InfoPortal, İş1-1. Orijinal mətn: http://infoportal.fra.europa.eu/InfoPortal/caselawDownloadFile.
do?id=1
133. Nîme Apelyasiya Məhkəməsi, Lenormand Balensiyaya qarşı No. 08/00907 6 noyabr 2008 və
Fransa Cinayət Platası – Kassasiya Məhkəməsi, No. M 08-88.017 və No. 2074 7 Aprel 2009. İşin ingilis
dilində xülasəsi, Ayrıseçkiliyə qarşı mübarizə aparan expertlərin Avropa Şəbəkəsində mövcuddur, 9
(Dekabr 2009) ‘Ayrseçkilik əleyhinə Avropanın Hüququnun İcmalı s. 59.
134. Svea Apelyasiya Məəhkəməsi, Ombudsman Cinsi Oriyentasiya zəminində Ayrı Seçkiliyə qarşı
A.S., qarşı İşi No. T-3562-06, 11 fevral 2008. İşin ingilis dilində xülasəsi, Ayrıseçkiliyə qarşı mübarizə
aparan ekspertlərin Avropa Şəbəkəsində mövcuddur, 8 (İyul 2009) ‘Ayrseçkilik əleyhinə Avropanın
Hüququnun İcmalı s. 69.
135. ECJ Kahll v. Union des Caisses de Maladie, Case C-158/96, [1998] ECR I-1931, 28 April 1998,
ECJ, Peerbooms v. Stichting CZ Groep Zargverzekeringen, Case C-157/99 [2001] ECR I-5473, 12 July
2001, and ECJ, Muller Faure v. Onderlinge Waarborgmaatschappij, Case C-385/99 [2003] ECR I-4509,
13 May 2003
136. AİHM, Bukley Birləşmiş Krallığa qarşı (Buckley v. UK) (No. 20348/92), 25 sentyabr 1996.
nəqliyyat vasitəsi, düşərgə dayanacağı və digər qeyri mənzil vasitələri də
daxil olmaqla); ictimai xidmətlərə, sanitar xidmətlərinə, iş imkanlarını təmin
edən xidmətlərə yaxın olmalı; müvafiq infrastruktur vasitəsilə iş yerlərinə
və ictimai xidmətlərə çatımlı olmalıdır. Eyni zamanda müvafiq qiymətə,
zorla və yekun köçürülmədən qorunmuş olmalıdır.
137
Bu yerləşmə
(məskunlaşma) anlayışı həm də Fundamental Hüquqlar üzrə Avropa
Agentliyinin (FHAA) Avropa İttifaqında Roma hökuməti və Səyyahın
Məskunlaşması: Bərabərliyə Doğru
138
yekun hesabatının yanaşmasında
da mövcuddur.
Bu yanaşmanın qəbul edilməsi o deməkdir ki, evlə təmin olunmağa
çatımlılıq anlayışı yalnız dövlət və özəl ev sahibləri və əmlakçılar tərəfindən
bu və ya digər şəxsə əmlakın satılıb-satılmaması ilə bağlı qərarın
verilməsini əhatə etməyəcək. Bura eyni zamanda, təmin edilən evin
yerləşməsi (məsələn, etnik qruplar üçün aşağı keyfiyyətli və yaxud uzaqda
yerləşmiş məkanlarda məskunlaşdırmaq), təmirli (məsələn, xüsusi qrup-
ların mülkiyyətinin yaxşı halda saxlanılmasında problemlərin olması) və
kirayə zamanı (məsələn, xüsusi qruplar üçün qalma müddətində müha-
fizənin aşağı olması, yüksək kirayə haqqları, və ya yüksək depozitlərin
olması) da bərabər münasibətlərin təmin edilməsi daxil olacaq.
Misal: Belçikada Konqoles mənşəli şəxslərə mənzil verməkdən
çəkinən ev sahibi həm cinayət məsuliyyətinə, həm də cərimə olu-
naraq, mülki məsuliyyətə cəlb edilib. Şəxsin keçmiş ev sahiblərindən
verdiyi xasiyyətnamə və yaxşı gəlirinin olması faktına baxmayaraq,
məsuliyyətə cəlb edilmiş ev sahibi keçmişdə qeyri-vətəndaşların
ödəmələrində problem yaşadığını əsas gətirərək, onunla kirayə
müqaviləsi bağlamaqdan imtina edib.
139
Dostları ilə paylaş: |