3.5.2.Siyasi iştirak: ifadə, sərbəst toplaşma və
birləşmə azadlığı və azad seçkilər
Avropa Şurasının əsas məqsədlərindən biri demokratiyanın inkişafıdır. Bu
özünü AİHK-da təsbit edilən və siyasi iştirakı həvəsləndirən bir sıra
hüquqlarda büruzə verir. Aİ-nin bu sahədə daha az hüquqları (əsasən Aİ
vətəndaşlarının icra və Aİ parlament seçkilərində iştirak hüququ) əhatə et-
diyi halda, AİHK bu məsələyə geniş yanaşaraq təkcə seçmək və seçilmək
hüququnu deyil, həm də ifadə, sərbəst toplaşmaq və birləşmək
azadlıqlarını da əhatə edib.
Misal: Yuxarıda müzakirə edilmiş, Bączkowski və digərləri Polşaya qarşı
işində cinsi oriyentasiya zəminində ayrı-seçkilik barədə məlumatlılığın
artırılması məqsədi ilə keçiriləcək yürüşün qadağan edilməsi və merin
homoseksuallığa nifrətlə səslənən çıxışları 14-cü Maddə ilə birlikdə sərbəst
toplaşmaq hüququnun (Maddə 11) da pozulması kimi qiymətləndirildi.
157
Sərbəst toplaşma və birləşmə hüququ həm də siyasi partiyaların
yaradılması üzrə müdafiəni də ehtiva edir ki, AİHM bu hüquqa müdaxilədən
yüksək səviyyəli müdafiəni müəyyən edir.
158
Eynilə, 4.11-ci Fəsildə qeyd
edildiyi kimi, siyasi debatlar kontekstində ifadə azadlığına edilən hər hansı
bir müdaxilə üzrə ətraflı araşdırma aparılmalıdır.
159
Dostları ilə paylaş: |