Maddə ilə birlikdə pozulması anlamına gəlir.
157. AİHM, Baqczkovski və Başqaları Polşaya qarşı (Bączkowski and Others v. Poland) (No. 1543/06),
158. Məsələn, AİHM, Sosialist Partiyası və digərləri Türkiyəyə qarşı (No. 21237/93), 25 may 1998.
159. AİHM, Kastells İspaniyaya qarşı (Castells v. Spain) (No. 11798/85), 23 aprel 1992.
and 43579/98), 6 iyul 2005; AİHM, Turan Çakır Belçikaya qarşı (Turan Cakir v. Belgium) (No. 44256/06), 10
mart 2009; oxşar olaraq, AİHM, Secic Xorvatiyaya qarşı (Šečić v. Croatia) (No. 40116/02), 31 may 2007.
Misal:
Turan Cakir Belçikaya qarşı işdə ərizəçi onun həbsi anında
polisin kobud davranışlarının onun səhhətinə vurduğu ağır
xəsarətlərdən və bu davranışların təhdid və irqçi təhqirlərlə müşayiət
olunduğundan şikayət etmişdi.
161
AİHM bu pozuntunun ərizəçinin
qeyri-insani rəftar və insan ləyaqətini alçaldan rəftara məruz qalma-
maq hüququnu (AİHK-in 3-cü Maddəsinə əsasən) pozduğunu
müəyyən etdi. Eyni zamanda dövlətin ərizəçinin qeyri-insani rəftarla
bağlı müraciətini dəqiq surətdə araşdırmamasının həmin maddəyə
müvafiq olaraq prosedur pozuntusu təşkil etdiyi aşkar edildi. Bundan
əlavə o. müəyyən etdi ki, araşdırma aparılmaması 3-cü Maddənin
ayrı-seçkiliyə məruz qalmama hüququ ilə birlikdə pozulmasını təşkil
edib, belə ki, dövlətin sadəcə pis rəftarla bağlı halları araşdırmaqla
bağlı öhdəliyi deyil, eyni zamanda onların irqi motivli və ayrı-seçkilik
yaradan olub-olmadığını araşdırmaq öhdəliyi var idi.
Misal: Nachova və digərləri Bolqarıstana qarşı iş iki roma (qaraçı)
milliyyətli şəxsin icazəsiz çıxdıqları üçün hərbi polis tərəfindən tutul-
maq istədikdə güllələnib öldürülmələri ilə əlaqədardır.
162
Hadisə
zamanı qurbanları öldürən polis “Sizi lənətə gəlmiş qaraçılar” deyə
qonşusuna qışqırmışdı. AİHM müəyyən etdi ki, Dövlət qurbanların
yaşamaq hüququnu (AİHK, Maddə 2-yə əsasən) təkcə mahiyyət
etibarı ilə deyil, həm də prosessual cəhətdən pozub, belə ki, onların
ölümünü adekvat şəkildə araşdırmayıb. Müəyyən edildi ki, araşdırma
aparılmaması 2-ci Maddənin ayrı-seçkiliyə məruz qalmama hüququ
ilə birlikdə pozulmasını təşkil edib, belə ki, dövlətin xüsusilə irqçi
motivlərin olub-olmadığını araşdırmaq öhdəliyi var idi.
Hər iki iş dövlətin rəsmi nümayəndələri tərəfindən edilən hərəkətləri ehtiva
etdiyindən, Dövlətin öhdəliyi həm cinayət qurbanlarını müdafiə etmək üçün
tədbirlərin görülməsindən, həm də fərdi şəxslər arasında münasibətlərə də
şamil edilən araşdırma aparma öhdəliyindən ibarət idi.
Misal: Yahova Şahidlərinin Gldani Konqreqasiyası və digərləri Gür-
cüstana qarşı
163
işində bir qrup Yahova Şahidləri qatı pravoslav
95
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
161. AİHM, Turan Çakır Belçikaya qarşı (Turan Cakir v. Belgium) (No. 44256/06), 10 mart 2009)
162. AİHM, Naçova və Başqaları Bolqarıstana qarşı (Nachova and Others v. Bulgaria) [GC] (Nos.
43577/98 and 43579/98), 6 iyul 2005.
163. AİHM, Yahova Şahidlərinin Gldani Konqreqasiyası və digərləri Gürcüstana qarşı (Members of the
Gldani Congregation of Jehovah’s Witnesses and Others v. Georgia) (No. 71156/01), 3 may 2007.
qrupunun hücumuna məruz qalmışdılar. Qeyd etmək lazımdır ki, polis
qarşıdurmanı dayandırmaq üçün müdaxilə etməmişdi. Polis
qiyamçıların kimliyinin müəyyənləşdirməsinin qeyri-mümkün
olduğunu aşkar etdiyi zaman təhqiqatı dayandırdı. AİHM müəyyən
etdi ki, polis lazımi vaxtda müdaxilə etməyib və qurbanları irqçilik
zəminində zorakılıqdan müdafiə etməyib. Daha sonra isə polis lazımi
istintaqı aparmayıb və bununla da, 3-cü Maddə (qeyri-insani rəftar və
insan ləyaqətini alçaldan rəftar və cəzaya məruz qalmama) və dini
əsaslarla olduğu üçün 14-cü Maddə ilə birlikdə götürüldükdə 9-cu
Maddənin pozuntusuna yol verib.
Belə görünə bilər ki, Aİ hüququ Şuranın Çərçivə Qərarlarının irqi və kseno-
fobiya məsələlərinə qarşı cinayət hüququ vasitəsilə mübarizə kontekstində
eyni vəzifələri nəzərdə tutur (46-cı Fəsildə müzakirə edilib).
164
Bununla belə Çərçivə Qərarları şəxsə qarşı təhqirlər və cinayətlərdə irqi
motivlərin olub-olmamasını araşdırmaq üzrə xüsusi öhdəlik yaratmır.
Dostları ilə paylaş: