P. S. və Cornwall Dairə Şurasına qarşı (P. v. S. and Cornwall County Coun
104
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
170. AİHM, Zarb Adami Maltaya qarşı (Zarb Adami v. Malta) (No. 17209/02), 20 iyun 2006.
171. Geniş şəkildə qəbul olunmuş anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gender
Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on the
Application of International Human Rights law in Relation to Sexual Orientation and Gender Identity’)
götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm. Həmin prinsiplər
Beynəlxalq İnsan Hüquqları üzrə müstəqil ekspertlər qrupu tərəfindən qəbul olunmuşdur.
Gender mənsubiyyəti hər bir
şəxsin dərindən hiss etdiyi da-
xili və şəxsi gender təcrübə-
sinə əsaslanır ki, bu da
doğuşdan olan cinslə üst-üstə
düşə də bilər, bilməyə də. Bu-
raya şəxsin bədən duyumu
(yəni, azad şəkildə seçildiyi
halda bədənin xarici
görnüşünün və ya
funksiyasınıntibbi, cərrahi və
ya digər üsullarla dəyişdiril-
məsi) və geyim, nitq və mane-
ralar da daxil olmaqla genderin
digər ifadə formaları da aid-
dir.
171
cil) işindən sonra ayrı-seçkiliyə qarşı direktivlərə görə ‘cins’ dedikdə
həmçinin fərdin genderini dəyişmək istədiyinə və ya dəyişdiyinə görə ona
qarşı ayrı-seçkilik də başa düşüləcək. Bununla da məlum olur ki, AB
hüququ əsasında təfsir olunan mənada cins anlayışı gender
mənsubiyyətini yanlız dar mənada müdafiə edir.
Misal: K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions
Agency) işi KB-nin transeksual olan partnyoruna dullar üçün nəzərdə
tutulan pensiyanın verilməsindən imtina edilməsi ilə bağlı idi.
172
Bu
imtinanın səbəbi o idi ki, transeksual cütlük evli olmaq tələbinə cavab
verə bilməzdi; həmin vaxt qüvvədə olan İngilis hüququna əsasən
transeksuallar evlənə bilməzdilər.
Ayrı-seçkilik məsələsinə baxarkən AƏM müəyyən etdi ki, burada cinsi
əsasda heç bir ayrı-seçkilik yoxdur, çünki, pensiyanın kimə düşməsini
müəyyənləşdirərkən kişi və ya qadın olmaqdan asılı olan heç bir
əlverişsiz rəftar yox idi. Buna görə də AƏM mülahizəsinin istiqamətini
dəyişdi, və əsas diqqətini evlilik məsələsinə yönəltdi.
Qeyd olundu ki, transseksuallar həmin vaxt evlənmək iqtidarında
olmayıblar və bu səbəbdən də evli cütlüyün sağ qalan üzvü üçün
nəzərdə tutulan pensiyadan faydalana da bilməzdilər, lakin ho-
moseksuallar bunu edə bilərdi. AİHM-in baxdığı Christine Goodwin
173
işinə nəzər salındı. Bütün bunları nəzərə alaraq, AƏM o nəticəyə gəldi
ki, sözügedən Britaniya qanunvericiliyi bərabər rəftar prinsipinə uyğun
deyildi, çünki transseksualların onların partnyorlarının ödənişlərinin
bir hissəsindən faydalanmasına mane olurdu.
Misal: eyni məsələlər Richards işində də ortaya çıxdı.
174
Kişi kimi
doğulmuş Richards cinsinin dəyişdirilməsi üçün cərrahi əməliyyat
etdirmişdi. İş Birləşmiş Krallıqda Dövlət pensiya hüququ ətrafında
yaranmışdı. Həmin vaxt qadınlar Dövlət pensiyasını 60 yaşdan
etibarən, kişilər isə 65 yaşdan etibarən alırdılar. Richards 60 yaşında
Dövlət pensiyası üçün müraciət edəndə onun müraciəti rədd edilmiş
və izah edilmişdi ki, hüquqi baxımdan o kişi kimi tanınır və buna görə
105
Müdafiə olunan əsaslar
_____________________________________
172. K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions Agency), İş C-117/01 [2004] ECR I-
541, 7 yanvar 2004.
173. AİHM, Kristin Qudvin Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11
iyul 2002.
174. AƏM, Riçards İş və Pensiya məsələləri üçzrə Dövlət Katibliyinə qarşı (Richards v. Secretary of
State for Work and Pensions), İş C-423/04 [2006] ECR I-3585,27 aprel 2006.
də o, 65 yaşına çatana kimi Dövlət pensiyası üçün müraciət edə
bilməz. AƏM müəyyən etdi ki, bu şəxsin cinsini dəyişdirməsinə
əsaslanan qeyri-bərabər rəftar idi və buna görə də sosial təhlükəsizlik
məsələləri ilə bağlı kişi və qadınlara münasibətdə bərabər rəftar prin-
sipinin tətbiqi haqqında Direktivin 4(1)-ci Maddəsinə zidd olan ayrı-
seçkilik hesab olundu.
175
AİHM hələ, gender mənsubiyyətinin qorunan əsaslardan biri kimi 14-cü
Maddə ilə əhatə olunub-olunmadığı barədə qərar qəbul etməli və bunun
yalnız ‘transseksuallara’ aid olduğunu, yoxsa gender mənsubiyyətinin daha
geniş təfsir olunduğunu da müəyyən etməlidir. Bu o demək deyil ki,
məhkəmə hələ ümumiyyətlə gender mənsubiyyəti məsələsi ilə məşğul
olmayıb. Belə ki, AİHM müəyyən etmişdir ki, cinsi oriyentasiya kimi gender
mənsubiyyəti də fərdin şəxsi həyatının sahəsinin bir hissəsini təşkil edir və
bu səbəbdən də hökumətin müdaxiləsindən azad olmalıdır.
Misal: Christine Goodwin Birləşmiş Krallığa qarşı və I. Birləşmiş
Krallığa qarşı işləri oxşar faktlarla bağlı idi.
176
Hər ikisi kişidən-qadına
cinsdəyişmə üçün cərrahi əməliyyat etdirmiş ərizəçilər şikayət
etmişdilər ki, hökumət cinslərini göstərmək üçün onların doğum
haqqında şəhadətnamələrinə dəyişiklik edilməsinə icazə verməkdən
imtina edir. Başqa sənədlərin və ərizəçilərin adlarının dəyişdiril-
məsinin mümkün olmasına baxmayaraq, doğum haqqında
şəhadətnamələr hələ də, iş sahəsi və ya təqaüd kimi cinsin hüquqi
baxımdan uyğun olduğu məsələlərlə bağlı müəyyən məqsədlər üçün
istifadə olunurdu və bu da o demək idi ki, ərizəçilər hüquqla tanınan
cinslərini bildirmək məcburiyyəti qarşısında qalanda xəcalət çəkir və
alçaldılırdılar. AİHM (keçmiş presedent hüququna qarşı çıxaraq)
qərara gəldi ki, bu şəxsi həyata hörmət hüququ və 12-ci Maddə ilə
müəyyən olunan evlənmək hüququnun pozuntusudur, lakin 14-cü
Maddənin də pozulub pozulmadığına baxmadı.
Misal: Van Kück işində cinsinin dəyişdirilməsi üçün cərrahi əməliyyat
etdirmiş və hormonal müalicə götürmüş ərizəçiyə özəl sığorta şirkəti
106
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
175. Şuranın sosial təhlükəsizlik məsələlərində kişi və qadınlara bərabər münasibət prinsipinin proqres-
siv tətbiqi haqqında 79/7/EEC saylı 19 dekabr 1978-ci il tarixli Direktivi, OJ 1979 L 6, p. 24.
176. AİHM, Kristin Qudvin Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11
iyul 2002; AİHM, İ Birləşmiş Krallığa qarşı (I. v. UK) [GC] (No. 25680/94), 11 iyul 2002. oxşar olaraq,
AİHM, L Litvaya qarşı (L. v. Lithuania) (No. 27527/03), 11 sentyabr 2007
tərəfindən bu əməliyyatların xərclərinin əvəzinin ödənilməsindən
imtina olunmuşdu.
177
Ərizəçinin sığorta şirkətinə qarşı iddiasına baxan
Almaniya Apelyasiya Məhkəməsi müəyyən etdi ki, tibbi prosedurlar
razılaşma ilə tələb olunduğu kimi ‘zəruri’ olmayıb və buna görə də
ərizəçi çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququna malik olmayıb.
AİHM müəyyən etdi ki, gender mənsubiyyətinin xarakterini və əvvəlki
vəziyyətə qayıtmağın mümkün olmadığı tibbi prosedurlardan keçmək
barədə verilən qərarın ağırlığını nəzərə alsaq, milli məhkəmənin
yanaşması ərizəçinin təkcə ədalətli məhkəmə araşdırması hüququnu
təmin edə bilmədiyindən AİHK-in 6-cı Maddəsini pozmayıb, həm də
AİHK-in 8-ci Maddəsi ilə müəyyən olunan şəxsi həyata hörmət
hüququnu pozub. Bununla belə, mahiyyətcə eyni faktlardan söhbət
getdiyindən, AİHM 14-cü Maddə ilə uyğunluq məsələsinə baxmadı.
Ümumiyyətlə danışsaq, məlum olur ki, ‘gender mənsubiyyəti’ məsələsi ilə
bağlı qanunvericilik həm Avropa və həm də milli səviyyədə əhəmiyyətli
dərəcədə aydınlıq gətirilməsini tələb edir. Bu sahədə mövcud olan milli qa-
nunvericilik haqqında aparılan son araşdırmalar bu sahədə Avropada vahid
yanaşmanın olmadığını göstərir və Dövlətlər ‘gender mənsubiyyəti’ ilə cinsi
oriyentasiyanın bir hissəsi kimi və ‘cinsi ayrı-seçkiliyin’ bir hissəsi kimi
məşğul olan iki qrupa bölünür.
178
Təqaüd yaşı ilə bağlı cinsi əsasla fərqli rəftar haqqında bir sıra işlər göstərir
ki, AİHM Dövlətə fiskal və sosial siyasət məsələləri üzrə geniş
qiymətləndirmə sərbəstliyi verəcək.
179
Misal: Stec və Başqaları Birləşmiş Krallığa qarşı işində ərizəçilər
şikayət etmişdilər ki, kişilər və qadınlar üçün nəzərdə tutulan fərqli
pensiya yaşlarının nəticəsi olaraq, pensiya yaşına uyğun olaraq
müəyyənləşdirilən müavinətin dəyişməsinə görə onların hər biri
107
Müdafiə olunan əsaslar
_____________________________________
177. AİHM, Van Kück Almaniyaya qarşı (Van Kück v. Germany) (No. 35968/97), 12 iyun 2003.
178. FRA, Homophobia and Discrimination on Grounds of Sexual Orientation in the EU Member States:
Part I – Legal Analysis (Vienna, FRA, 2009), pp. 129-144; Commissioner for Human Rights, Human
Rights and Gender Identity (Issue Paper by Thomas Hammarberg, CoE Commissioner for Human
Rights, Strasbourg, 29 July 2009), CommDH/IssuePaper(2009)2.
179. Bu işlər həmçinin fərqli münasibətin əsaslandırılması ilə bağlı faydalı müzakirə təmin edir və
beləliklə də bu Vəsaitin əvvəlində əsaslandırılma ilə bağlı müzakirənin genişləndirilməsi üçün bu
konsepsiyanın daha ətraflı izah olunması üçün şərait yaradır.
əlverişsiz vəziyyətə düşüb.
180
AİHM müəyyən etdi ki, prinsipcə cins
əsasında ayrı-seçkiliyə yalnız o halda haqq qazandırmaq olar ki, ‘çox
ciddi səbəblər’ mövcud olsun. Lakin, iqtisadi və sosial strategiya
tədbirlərinə gəldikdə AİHK-a əsasən Dövlətə geniş sərbəstlik verilir ...
Çünki, dövlət cəmiyyət və onun ehtiyacları haqqında birbaşa biliyə
malik olduğundan, milli məhkəmələr nəyin sosial və iqtisadi
səbəblərlə ictimai maraqlara xidmət etdiyini beynəlxalq hakimlərdən
daha yaxşı bilir və Məhkəmə ümumilikdə qanunvericinin siyasət
seçiminə hörmətlə yanaşır ... yalnız bir şərtlə ki, həmin siyasət açıq-
aşkar əsassız olmasın. AİHM müəyyən etdi ki, mənşə etibarilə fərqli
pensiya yaşları əslində ‘xüsusi tədbirlər’in bir formasıdır, çünki onlar,
qadınların onları müstəqil gəlirdən məhrum edən evdəki ənənəvi
rolları ilə əlaqədar olaraq məruz qala biləcəyi maliyyə çətinliyini
aradan qaldırmaq üçün nəzərdə tutulub. Müəyyən olundu ki, hökumət
kişi və qadınların pensiya yaşlarının tədricən bərabərləşdirilməsinə
başlayıb və hökumət bunu bir neçə il ərzində etməyi seçməklə və ya
dəyişiklikləri tezliklə tətbiq etməməklə mülahizə sərbəstliyi
çərçivəsindən kənara çıxmayıb.
181
Oxşar yanaşma işə götürməklə əlaqədar daha geniş mülahizələrlə
əsaslandırılan fərqli yanaşma ilə bağlı işlər üzrə AƏM-in verdiyi qərarlarda
da sərgilənmişdir.
Misal: Schnorbus işində Hessenin Ədliyyə Nazirliyinin məcburi hərbi
və ya mülki xidməti başa vurmuş kişi namizədlərə praktiki hüquqi
təqlimlər üçün üstünlük verilməsi təcrübəsi dolayısı ilə cinsi əsasda
ayrı-seçkilik kimi müəyyən olunmuşdu.
182
Bununla belə, AƏM
müəyyən etdi ki, həmin təcrübə obyektiv şəkildə əsaslandırılmışdı,
çünki, kişi cinsindən olan müraciətçilərin karyeralarında hərbi xidmətlə
əlaqədar yaranan ləngimənin təsirinin aradan qaldırılması məqsədini
daşıyırdı.
Misal: Megner və Scheffel işi kiçik (həftədə on beş saatdan az) və
108
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
180. AİHM, Stek və Başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. UK) [GC] (Nos. 65731/01 və
65900/01), 12 aprel 2006.
181. Eynilə bax: AİHM, Barrou Birləşmiş Krallığa qarşı (Barrow v. UK) (No. 42735/02), 22 avqust 2006,
paras. 20-24, 37; AİHM, Pearson v. UK (No. 8374/03), 22 avqust 2006, paras. 12-13, 25; AİHM, Valker
Dostları ilə paylaş: |